Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-761/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 1 iyul 2023-cü il tarixli qərarından məhkum Xalıqov Müşfiq Nəcəfqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Məmmədov (sədrlik edən və məruzəçi), Səbuhi Hüseynov və Telman Hüseynov) 03 may 2021-ci il tarixli, 1(101)501/2021 nömrəli hökmü ilə Xalıqov Müşfiq Nəcəfqulu oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona CM-in 206.3.2-ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Xalıqov Müşfiq Nəcəfqulu oğluna qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 iyun 2020-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 01 iyul 2021-ci il tarixli, 1(103)-1072/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum Xalıqov Müşfiq Nəcəfqulu oğlunun müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. 05 iyun 2023-cü il tarixdə Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2021-ci il tarixli, 1(103)-1072/2021 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Elbəy Allahverdiyev) 21 iyul 2023-cü il tarixli 1(103)-1072/2021 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Müşfiq Xalıqov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hüquqi cəhətdən savadsız olması səbəbindən vaxtında kassasiya şikayəti verə bilməmişdir. COVİD-19 virusu ilə əlaqədar tətbiq olunan pandemiya şəraiti ona öz yaxınları daxil heç kimlə əlaqə saxlamağa imkanı verməmiş, ona görə də prosessual qanunvericiliklə apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün nəzərdə tutulan müddətin 12 aya endirilməsindən məlumatsız olmuşdur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza müddətinin yüngülləşdiriləcəyinə ümid etmiş, lakin hökmün dəyişdirilmədən saxlanılması onda böyük psixoloji sarsıntıya səbəb olmuş, azyaşlı övladını və 74 yaşlı valideyninin çətin həyat şəraiti onu çaşqınlıq vəziyyətinə salmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cin ayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2023-cü il tarixli 1(103)-1072/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Xalıqov Müşfiq Nəcəfqulu oğlunun kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onun kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız təmin olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, məhkum barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2021-ci il tarixli, 1(103)-1072/2021 saylı qərarı məhkum Xalıqov Müşfiq Nəcəfqulu oğlu tərəfindən 22 iyul 2021-ci il tarixdə imzalanmaqla qəbul edilmiş, kassasiya şikayəti isə 05 iyun 2023 cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. Qüvvədə olan qanunvericiliyə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 1(103)-1072/2021 saylı qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 12 aylıq prosessual müddətin axımı məhkuma münasibətdə 22 iyul 2021-ci il tarixdən başlamış 22 iyul 2022-ci il tarixdə başa çatm ışdır. Məhkum Müşfiq Xalıqov barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarından kassasiya şikayəti 05 iyun 2023-cü il tarixdə vermişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmə k hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə məhkum tərəfindən kassasiya şikayətinin qanunla müəyyən edilmiş 12 ay ərzində verilməsinə mane olan üzrlü səbəblər müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1072/2021 nömrəli 21 iyul 2023-cü il qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1072/2021 nömrəli 21 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azər baycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1072/2021 nömrəli, 21 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum Xalıqov Müşfiq Nəcəfqulu oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-761/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-761/2024
17.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver