Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-762/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayəti işi Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 19 fevral 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Ağalarov Mahmud Muradxan oğlu, hakimlər Abasov Əliövsəd Məzahir oğlunun, Mikayılov Eldar Əli oğlunun) 17 aprel 2017-ci il tarixli hökmü ilə, xx.xx.1979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, ünvan 1-da qeydiyyatda olub, ünvan 2-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinə rək həmin maddə ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2016-cı il tarixli qərarı ilə ona təyin edilmiş 02 il 25 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2015-ci il tarixdən hesablanmaqla Məhkum qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə əvvəlki hökm üzrə çəkilmiş cəza müddətinə hesablanmışdır. Hökmlə eyni zamanda zərərçəkmiş şəxslər X59, X22, X52 və X30 mülki iddiaları tam, zərərçəkmiş şəxslər X45, X23 və X6 mülki iddiaları isə qismən təmin edilərək Q uliyev' Kənan Vəli oğlundan 39.999 manat 30 qəpik zərərçəkmiş şəxs X38 xeyrinə, 4821 manat 60 qəpik zərərçəkmiş şəxs X24 xeyrinə, 210.000 manat zərərçəkmiş şəxs X7 xeyrinə, 25.000 manat zərərçəkmiş şəxs X8 xeyrinə, 23.529 manat zərərçəkmiş şəxs X6 xeyrinə, 139.986 manat 60 qəpik zərərçəkmiş şəxs X31 xeyrinə, 3.300 manat zərərçəkmiş şəxs X30 xeyrinə tutulmuş, zərərçəkmiş şəxs X25 mülki iddiası üzrə icraata xitam verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 2008-ci ilin sentyabr ayının 2-ci yarısından 2009-cu ilin yanvar ayının sonuna kimi olan müddət ərzində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X16 zaminliyi ilə sonuncunun tanışından vahid niyyətlə Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti ndə 145.000 ABŞ dolları dəyərində armatur, 113.000 ABŞ dolları dəyərində sement və qum alıb ələ keçirərək pulunu 3 ay müddətində qaytaracağını bildirib vədinə əməl etməmiş, X4 tərəfindən mal sahibinə pul tam ödənilmiş və nəticədə X4i aldadaraq cəmi 258.000 ABŞ dollarını yəni, 210.502 manat 20 qəpiyini ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 15 yanvar 2009-cu ildə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X12 ona məxsus 22.000 ABŞ dolları dəyərində olan «Mercedes» markalı 10-BK- *** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti olaraq ona idarə etmək üçün etibarnamə verməsi adı ilə aldadıb ünvan 1 ünvanda yerləşən 19 saylı notariat kontorunda öz adına etibarnamə almaqla həmin avtomobili tanışın a satıb X4in əmlakını ələ keçirməklə 22.000 ABŞ dolları, yəni 17.688 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Daha sonra o, təkrarən 26 may 2009-cü ildə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaxın tanışları vasitəsi ilə tanış olduğu X32 gömrükdə olan mallarını ölkə ərazisinə keçirmək yəni, gömrük xərclərinin ödənməsi adı ilə 6.000 ABŞ dollarını ələ keçirmək üçün adına olmuş həmin tarixdə hər hansı bir hüquqi qüvvəsi olmayan baş etibarnamədən istifadə etməklə “MitsubishiPajero" markalı **ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 26 may 2009-cu il tarixdə X2un adına Bakı şəhəri Xətai rayonu, ünvan 2 ünvanda yerləşən 6 saylı dövlət notariat kontorundan baş etibarnamə vermək yolu ilə sonuncunu aldadıb etibarını qazanmaql a, alacağı 6.000 ABŞ dollarını 15 gün müddətində qaytaracağını vəd edib 27 may 2009-cu ildə ünvan 3 ünvanda olan çay evində tanışları vasitəsi ilə X2un 6.000 ABŞ dollarını, yəni 4.821 manat 60 qəpiyini alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 10 fevral 2014-cü ildə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaxın tanışları vasitəsi ilə tanış olduğu və əvvəllər də aralarında birgə armatur alğı-satqı işi olmuş X17 məxsus olan ünvan 3zavodunda olan 41.342 manatlıq 59.060 ton armaturunu satıb pulunu 10 gün müddətində tam olaraq ödəyəcəyi adı ilə aldadaraq ələ keçirmiş və 6 may 2014-cü il tarixdə alınmış armaturun dəyərinin tam olaraq ödənməsi üçün ölkə sərhəddində olan 1 vaqon Ukrayna istehsallı armaturun gömrük xərcləri üçün 15.000 manatını ödəməsi halında, yəni cəmi 56.342 manatlıq bir vaqon armaturu ona verib onun xərclərinin tam ödənməsi adı ilə vahid niyyətlə həmin günü sonuncunun yaşadığı Nərimanov rayonu X85 küçəsi, 1969-cu məhəllədəki 23 saylı evin qarşısında taksi sürücüsü X46 vasitəsi ilə X7 əlavə olaraq 15.000 manatını alıb ələ keçirərək sonuncuya 56.342 manat yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 11 mart 2014-cü ildə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X8 vasitəsi ilə tanış olduğu X1 məxsus 23.000 ABŞ dolları dəyərində olan “VolsvagenTiguan” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili armatur və ya betona dəyişdirib bir ay müddətində pulunu verə cəyi adı ilə aldadıb ünvan 4 ünvanda yerləşən 16 saylı notariat kontorunda baş etibarnamə ilə tanışının adına sənədləşdirilməsinə nail olub Rəşadət Allahverdiyevin əmlakını ələ keçirməklə ona 23.000 ABŞ dolları, yəni 18.041 manat 20 qəpik külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 15 mart 2014-cü il tarixdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X8 vasitəsi ilə tanış olduğu X47 məxsus 12.000 ABŞ dolları dəyərində olan “MercedesBenz280” markalı **SB-*** dövlət qeydiyyat nişanlı avtomobili armatur və ya betona dəyişdirib 20 gün müddətində pulunu verəcəyi adı ilə aldadıb ünvan 5 ünvanda yerləşən 43 saylı notariat kontorunda baş etibarnamə ilə tanışının adına sənədləşdirilməsinə nail olub Şahin Usubovu n əmlakını ələ keçirməklə ona 12.000 ABŞ dolları, yəni 9.411 manat 60 qəpik xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 28 mart 2014-cü il tarixdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X8 vasitəsi ilə tanış olduğu X47 məxsus 51.000 ABŞ dolları dəyərində olan “Mercedes GL 550” markalı **-FC*** dövlət qeydiyyat nişanlı avtomobili armatur və ya betona dəyişdirib bir ay müddətində pulunu verəcəyi adı ilə aldadıb ünvan 6 ünvanda olan Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasında avtomobili texniki şəhadətnamə ilə tanışının adına sənədləşdirilməsinə nail olub Şahin Usubovun əmlakını ələ keçirməklə ona 51.000 ABŞ dolları, yəni 39.999 manat 30 qəpik külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Da ha sonra o, təkrarən 3 aprel 2014-cü il tarixdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X48 məxsus, lakin, qohumu X11 adına olan 90.000 ABŞ dolları dəyərində olan «BMW 640İ» markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilini satıb qısa müddət ərzində pulunu verəcəyi adı ilə aldadaraq ünvan 7 ünvanda yerləşən 38 saylı notariat kontorunda baş etibarnamə ilə tanışının adına sənədləşdirilməsinə nail olub həmin avtomobili sataraq X9un əmlakını ələ keçirməklə ona 90.000 ABŞ dolları, yəni 70.587 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 7 aprel 2014-cü il tarixdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X8 vasitəsi ilə tanış olduğu X2 məxsus 18.000 ABŞ dolları dəyərində olan “Cadillac” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili armatur və ya betona dəyişdirib ən geci 20 gün müddətində pulunu verəcəyi adı ilə aldadıb ünvan 8 ünvanda yerləşən 12 saylı notariat kontorunda baş etibarnamə ilə tanışının adına sənədləşdirilməsinə nail olub Yavər Məmmədovun əmlakını ələ keçirməklə ona 18.000 ABŞ dolları, yəni 14.119 manat 20 qəpik külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən 9 aprel 2014-cü il tarixdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X8 vasitəsi ilə tanış olduğu X9 məxsus 105.000 ABŞ dolları dəyərində olan ünvan 3 mənzilini armatur və ya betona dəyişdirib bir ay müddətində pulunu verəcəyi adı ilə aldadıb ünvan 9 ünvanda yerləşən 21 saylı notariat kontorunda daşınmaz əmlakın alğı-satqısına dair müqavilə ilə tanışına satmaqla adına sənədləşdirməsinə nail olub Cavanşir İsgəndərovun əmlakını ələ keçirməklə ona 105.000 ABŞ dolları, yəni 82.362 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Daha sonra o, təkrarən 2014-cü ilin aprel ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X8 vasitəsi ilə tanış olduğu X33 armatur işləri əlaqədar armatur vermiş şəxslərə borcunun yaranması və həmin borcun qeyd edilən günü vacib verilməli olması və aldığı borcu qısa müddət ərzində qaytarmaq şərti ilə sonuncuya məxsus 50.000 manatı taksi sürücüsü X63 vasitəsi ilə ünvan 10 ünvanda yerləşən “Konfetti” çay evinin qarşısında alıb ələ keçirərək vədinə əməl etmədən Şahin Usub ova külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən 3 may 2014-cü il tarixdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X8 vasitəsi ilə sonuncunun qardaşı X3 qardaşı ilə birgə qurmuş olduqları armatur işi ilə əlaqədar armatur vermiş şəxslərə borcunun yaranması və həmin borcun qeyd edilən günü axşam saatlarına kimi vacib verilməli olması və aldığı borcu qısa müddət ərzində qaytarmaq şərti ilə sonuncuya məxsus 30.000 ABŞ dolları dəyərində olan “X82” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 6 ünvanda olan BDYPİ-nin inzibati binasında texniki şəhadətnamə ilə satdırıb, satışdan əldə olunmuş 30.000 ABŞ dolları pulu taksi sürücüsü X49 vasitəsi ilə ünvan 10 ünvanda yerləşən “Konfetti” çay evinin qarşısında 30.000 ABŞ dollarını, yəni 23.529 manatını alıb ələ keçirərək vədinə əməl etmədən x9ə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 29 may 2014-cü il tarixdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X39 məxsus gömrük xərci ilə birlikdə 40.000 ABŞ dolları dəyərində olan tranzit JN1TDNJ50U0620399 ban nömrəli “İnfiniti EX 35” markalı avtomobilin gömrük rüsumu olan 16.000 ABŞ dollarını ilkin olaraq ödəyib sonuncunun etibarını və inamını qazanmaqla yerdə qalan 24.000 ABŞ dolları pulunu isə bir ay müddətində avtomobili armatur və ya betona dəyişdirib pulunu verəcəyi adı ilə aldadıb ünvan 11 ünvanda yerləşən 3 saylı notariat kontorunda etibarnamə ilə tanışının adına sənədləşdirilməsinə nail olub X4un 24.000 ABŞ dollarını, yəni 18.825 manat 60 qəpiyini alıb ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən 26 sentyabr 2014-cü il tarixdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaxın tanışları vasitəsi ilə tanış olmuş olduğu X50 və sonuncunun tanışı olan X40 məxsus Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yeni tikilmiş məktəbin yaxınlığında olan sonunculara məxsus 5 sota yaxın ünvansız torpaq sahəsində tikinti aparılması üçün hər ikisinə cəmi 9.500 manata Binəqədi Rayon İcra Hakimiyyətindən icazə alacağı adı ilə vahid niyyətlə 26 sentyabr 2014-cü il tarixdə ünvan 12 ünvanda olan piyada keçidinin yanında yaxın tanışı vasitəsi ilə X5in qaynatası X10dan 3.000 manat, 27 sentyabr 2014-cü il tarix də Yasamal rayonu 10-cu Xribtovıy küsəsi 23 saylı evin qarşısında X5dən 2.500 manat, 23 oktyabr 2014-cü il tarixdə ünvan 13 ünvanda yerləşən “İSTPETROL” Yanacaq Doldurma Məntəqəsində sonuncudan 4.000 manat alıb ələ keçirərək sonuncuların yəni X5in 4.750 manatını və Rüstəm İmanovun 4.750 manatını yəni cəmi 9.500 manatlarını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2014-cü sentyabr ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X4 dəqiq ünvanını bilmədiyi evi adına sənədləşdirəcəyi və bundan sonra həmin evi satıb armatur almış olduqları şəxslərin borcundan ödəyəcəyini vəd verib Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən Nərimanov metrostansiyasının yaxınlığında 25.000 ma nat pulunu alıb ələ keçirərək Hamlet Həmzəyevə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Daha sonra o, təkrarən 13 dekabr 2014-cü il tarixdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X34 Xətai rayonu ünvan 14 ünvanda yerləşən «Optimal» servisin qarşısında özü barəsində Bakı Apellyasiya Məhkəməsində olan işini xeyrinə həll etdirəcəyi adı ilə inandırıb 5.000 manat pulunu alıb ələ keçirərək X9a xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2014-cü ilin dekabr ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X41 məxsus 19.000 ABŞ dolları dəyərində olan “Volksvagen Passat” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili armatur və ya betona d əyişdirib 10 gün müddətində pulunu verəcəyi adı ilə aldadıb ünvan 6 ünvanda olan Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasında avtomobili texniki şəhadətnamə ilə tanışının adına sənədləşdirilməsinə nail olub Mətin Bədəllinin əmlakını ələ keçirməklə 19.000 ABŞ dolları, yəni 14.905 manat 50 qəpik külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X8 vasitəsi ilə tanımış olduğu əvvəllərdə aralarında nisyə olaraq birgə armatur alğı-satqı işi olmuş X26 Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Dərnəgül bazarından nisyə armatur alıb həmin armaturun pulunu bir ay müddətinə ödəmək adı ilə vahid niyyətlə 18.01.2014-cü il tarixdən 08.02.2014-cü il ta rixə kimi olan müddət ərzində müxtəlif çəkilərdə və müxtəlif qiymətlərdə armatur alaraq həmin armaturun dəyərinin 139.986 manat 60 qəpiyini ödəməyərək Şahin Mahmudova külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X8 vasitəsi ilə tanımış olduğu əvvəllərdə aralarında nisyə olaraq birgə armatur alqı-satqı işi olmuş X13 Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Dərnəgül bazarından nisyə armatur alıb həmin armaturun pulunu bir ay müddətinə ödəmək adı ilə vahid niyyətlə 05.01.2014-cü il tarixdən 08.04.2014-cü il tarixə kimi olan müddət ərzində müxtəlif çəkilərdə və müxtəlif qiymətlərdə armatur alaraq həmin armaturun dəyərinin 508.313 manat 20 qə piyini ödəməyərək Səxavət Hüseynova külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X8 vasitəsi ilə tanımış olduğu əvvəllərdə aralarında nisyə olaraq birgə armatur alqı-satqı işi olmuş X18 Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Dərnəgül bazarından nisyə armatur alıb həmin armaturun pulunu bir ay müddətinə ödəmək adı ilə vahid niyyətlə 08 yanvar 2014cü il tarixdən 19 dekabr 2014-cü il tarixə kimi olan müddət ərzində müxtəlif çəkilərdə və müxtəlif qiymətlərdə armatur alaraq həmin armaturun dəyərinin 392.654 manatını ödəməyərək Əbülfəz Abbasova külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə e tmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X8 vasitəsi ilə tanımış olduğu X5 onun zaminliyi ilə külli miqdarda armatur alınmış şəxslərin borcunun verilməsi və aldığı borcu qısa müddət ərzində qaytarmaq şərti ilə vəd verib X6u aldadıb 2014-cü ilin iyun-iyul ayları ərzində vahid niyyətlə Nərimanov rayonu Təhsil Nazirliyinin, Heydər Əliyev prospektində yerləşən 9 saylı dövlət notariat kontorunun yaxınlığında, A.Nemətulla küçəsində yerləşən Vergilər Departamentinin qarşısında və Nizami rayonu “Komfort” şadlıq evinin yaxınlığında hissə-hissə 20.000, 50.000, 54.000, 30.000, 40.000 və 16.000 manat olmaq şərti ilə əlbəəl və taksiçi X46 vasitəsi ilə cəmi 210.000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etmədən sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş dir. Hökmdən zərərçəkmiş şəxs X23 apellyasiya şikayəti verərək təyin olunmuş 10 il azadlıqdan məhrum etmə cəzasının təqsirləndirilən şəxsin şəxsiyyətinə və onun tərəfindən törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmadığını göstərib Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan ən ağır cəzasının verilməsini və verdiyi mülki iddianın tam təmin olunmasını xahiş etmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi X64 ayrı-ayrılıqda apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə verərək verilmiş ittiham üzrə bir sıra epizodların mülki xarakter daşımaqla həmin epizodlar üzrə məhkəmə qətnaməsinin olmasının, bir sıra epizodlar üzrə vurulmuş ziyanın ödənilməsinin, bir sıra epizodlar üzrə isə məbləğlərin ziddiyyətli olmaqla işi n hallarına uyğun gəlməməsinin məhkəmə tərəfindən nəzərə alınmadığını və barəsində ağır cəza təyin edildiyini göstərib iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2017-ci il tarixli, 1(101)-65/2017 saylı hökmünün dəyişdirilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və 70-ci maddələri tətbiq edilməklə Məhkum barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim: Məmmədov Namiq Eyyub oğlu, Bayramov Əmir Novruz oğlundan və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) zərərçəkmiş şəxs X23, Məhkum və onun müdafiəçisi X64 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2017-ci il tarixli, 1(101)-65/2017 saylı hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilən 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017ci il tarixli Qanunu nəzərə alınmaqla 08 (səkkiz) il 06 (altı) aya endirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2016-cı il tarixli qərarı ilə Məhkum təyin edilmiş 02 (iki) il 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası sözügedən qərarla təyin edilən 08 (sək kiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq Məhkum qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 01 dekabr 2017-ci il tarixdən qanuni qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Məhkum X32 və X48 qarşı dələduzluq cinayətini törətməsi barədə ittihamın məzmunundan “xeyli miqdarda” sözləri çıxarılsın və zərərçəkmiş şəxslər X28, X1, X2, X47, X14, X39, X15, X42 qarşı dələduzluq cinayətini törətməsi barədə ittihamda nəzərdə tutulmuş “külli miqdarda” sözü “xeyli miqdarda” sözü ilə əvəz edilmişdir. Məhkum X16 15 yanvar 2009-cu il tarixdə 22.000 ABŞ dolları, yəni 17.688 manat xeyli miqdarda, X24 27 may 20 09-cu ildə 6.000 ABŞ dollarını, yəni 4.821 manat 60 qəpik və 13 dekabr 2014-cü ildə X43 5000 manat pulunu ələ keçirməklə dələduzluq etməsi barədə epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, onun barəsində həmin epizodlar üzrə cəza təyin olunmamışdır. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2018-ci il tarixli qərarından narazı qalan Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verərək yuxarıda qeyd olunan qərarın dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Məhkum şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmamış, əməli düzgün tövsif edilməmiş, həmçin in ona cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallar-zərərçəkmiş şəxslərə yetirilmiş ziyanı çox hissəsini ödəməsini, ağır şəkər xəstəsi olduğunu, səhhətində çoxlu problemlərin olduğunu, himayəsində 11 yaşında bir uşaq və xəstə valdeyinlərinin olduğu nəzərə alınmayaraq barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, şikayətin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 19 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlillər i ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanunu nun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətinin sübutların hərtərəfli araşdırılmaması əməlinin düzgün tövsif edilməməsi və cəza təyin edilərkən yüngülləşdirici halları lazımı qədər nəzərə alınmaması barədə dəlilləri əsassızdır. İşin hallarından müəyyən olunur ki, iş üzrə toplanmış sübutlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddəlıəriə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilşimişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkumun istinad edilmiş cinayət əməlini törətməsi, mötəbər sübutlar lazərərçəkmiş şəxslərin,şahidlərin ifadələri ilə, sənədlərlə və işin digər obyektiv halları ilə sübuta yetirilmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən məhkuma səza təyin edilərkən cəza təyin etmənin ümumi prinsipini özündə ehtiva edən Azərbaycan RespublikasıCM-nin 58.3, 8.1, 41.2-ci maddələrinin tələblərini,cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halın olmamasını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarınınn təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının tövsiyyələrini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində təsbi t edilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla, iş üzrə məhkumun törətdiyi cinayətin ictimai təhlükəlili yini əhəmiyyətli dərəcədə azaldan, məhkumun cəza çəkmədən islah olunmasını mümkün edən digər hallar mövcud olmadığından, məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2 maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. İşə kassasiya instansiyasında baxılan zaman zərərçəkmiş şəxslər X23, X19, X29 tərəfindən ərizələr daxil olmuşdur. Həmin ərizələrdə qeyd olunur ki, onlara dəymiş maddi ziyandan heç bir məbləğ ödənilməmişdir. Zərərçəkmiş şəxslər Məhkum şikayətçi olduqlarını ərizələrdə bildirmiş dirlər. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 22-ci maddəsində nəzərdə tutulan müddəa, yəni hər kəsin ona qarşı irəli sürülmüş ittiham, yaxud barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri ilə əlaqədar ədalətli və açıq məhkəmə baxışını tələb etmək hüququ həyata keçirilmiş və Azərbaycan Respublikası CPM-in və CM-in normalarına əməl edilmişdir. Kollegiya qeyd edir ki, işə baxılarkən İnsan Hüquqlarının və X36 Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu əks etdirən 6-cı maddəsinin tələbləri pozulmamışdır. İşin şərh olunan hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin hökm və qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları təsbit edən Azərbaycan Respublikası CPM-in 416-ci maddəs ində nəzərdə tutulan əsaslar yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 19 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-762/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-762/2019
11.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver