Məhkəmə qərarları › İş №1(102)-762/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-762/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-762/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 27 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Səyavuş Köçəri oğlu Sadıqov tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 1(124)-15/2022 nömrəli hökmü (hakimlər X6 (sədrlik edən), X7 (məruzəçi) və X2 ibarət tərkibdə) ilə xx xxxx 1997-ci ildə Qobustan rayonu, Üzümçü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Qobustan rayonu Bədəlli kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 7 0-ci maddəsi tətbiq olunmaqla, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilərək, üzərində 04 (dörd) il sınaq müddəti müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 08 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə külli miqdarda birədəd şəffav rəngli selofana bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindədövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan təmiz çəkisi 190,835 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib bir ədəd qara rəngli corabın içərisinə qoyaraq əynində olan qara-sarı rəngli idman gödəkçəsininsağ yan cibinə qoyub Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsinə daşıyaraqüzərində saxlamış, 18 avqust 2020-ci il tarixdə 01:30 radələrində Abşeron RPİnin əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara-sarı rəngli idman gödəkçəsinin sağ yan cibindən həmin bir ədəd qara rəngli corabın içərisindəki bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə təmiz çəkisi 190,835 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Məhəmmədli Rzayev) 27 sentyabr 2022-ci il il tarixli 1(105)-318/2022 nö mrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 1(124)-15/2022 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı Səyavuş Sadıqov kassasiya protesti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkuma cəza təyin edərkən Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Pl enum qərarlarında şərh edilən mövqelərə əməl etməmiş, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəzanı yüngülləşdirən halları isə düzgün müəyyən etməmiş, nəticədə məhkum edilmiş şəxsə münasibətdə CM-in 70-ci maddəsinin tətbiqi əsassız olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə düzgün olaraq onun cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc yaşda olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşı X3 Vətən müharibəsində şəhid olmasını, habelə Məhkum azadlıqdan məhrumetmə cəzasını cəzaçəkmə müəssisəsində real çəkməsi Azərbaycan Respublikas ının ərazi bütövlüyü uğrunda qəhrəmanlıq və şücaət göstərərək şəhid olmuş şəxsin ata və anasına mənəvi cəhətdən böyük zərbə olmaqla, onların psixoloji reabilitasiyasına mane olaraq ahıl yaşda olan şəhid valideynlərini övlad qayğısından məhrum edəcəkdir ki, belə olan halda da apellyasiya protesti təmin olunması ədalətsiz olardı. Dövlət ittihamçısı apellyasiya protestində məhkum edilmiş şəxsə təyin olunmuş cəzanın şərti tətbiq edilməsini törətmiş olduğu cinayət əməlinə nədə adekvat olmamasını əsaslandırmamış, əksinə birinci instansiya məhkəməsi dövlət ittihamçısının apellyasiya protestində göstərdiyi mülahizələrdən fərqli olaraq, cəza təyini məsələsində düzgün və əsaslı nəticəyə gəlmişdir. Ədalətli cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi hər şeydən əvvəl cəzanı n məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin ədalətli olması dedikdə, həmin cəza və ya tədbirin törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Hər iki məhkəmə instansiyasının CM-in 70-ci maddəsini tətbiq edərkən nəzərə almadığı digər xüsusat isə cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsidir. Məhkəmələr tərəfindən Məhkum təyin olunmuş cəz anın şərti hesab edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifiəməsi isə təkcə cinay ətkarhqla mübarizə üçün deyik həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili birinci apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəzanı yüngülləşdirən halları düzgün nəzərə almadan törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan cəzanın təyin edilməsidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 8.1 -ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmu ş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məh kumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində şərti məhkum etmə insti tutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilməmişdir. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 4 1.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilə r. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ilk dəfə cinayət məsuliyyətinəcəlb olunmasını, gənc yaşda olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşı X3 Vətən müharibəsində şəhid olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul etmişdir. Həmçinin birinci instansiya və apellyasiya instansiyası məhkəmələri təqsirləndirilən şəxs Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmaması müəyyən etmişlər. Azərbaycan Respublikası CM-in 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı verilmişdir. Bununla belə, həmin Məcəllənin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cə zanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanunun bu normasının mənasına görə məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasında sərbəstdirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 4-cü və 8-ci bəndlərinə əsasən, «Azərbaycan Respublikası CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alma bilər. Belə halların cəzanın yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Hökmdən və qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun ilk dəfə cinayət məsuliyyətinəcəlb olunmasını, gənc yaşda olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsi əsaslandırılmamışdır. Kassasiya məhkəməsi işin faktiki hallarını nəzərə alıb hesab edir ki, Məhkum tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitə olan heroinin külli miqdarda - 190,835 qram çəkidə olmasını, bu halların öz-özlüyündə törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsi, heroinin həmin narkotik vasitə üçün müəyyən edilmiş külli miqdarının minimal miqdarından təxminən 95 dəfə çox olması onun törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini xeyli artırır. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Məhkum ona elan edilmiş it tiham üzrə özünü təqsirli bilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum barəsində şərti məhkumetmənin tətbiqinin cəzanın məqsədlərini təmin edə biləcəyinə əmin deyildir. Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını şərti olaraq çəkməsi onun islah olunmamasına və yenidən cinayət törətməsinə səbəb ola bilər. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs Məhkum şəxsiyyəti cəmiyyət üçün təhlükəli olaraq qalmaqdadır və onun azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkmədən islah olunacağı inandırıcı görünmür, habelə azadlıqda qalacağı təqdirdə onun yenidən cinayət törətməsi riski aradan qalxmamışdır. Apellyasiya instansiyası məhkəməsi onun əməlində cəzasını yüngülləşdirən halları nəzərə alıb məhkumun cəza çəkmədən isl ah olunmasını mümkün saymış və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqinin əsaslı olmasını vurğulamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Punzeli Çex Respublikasına qarşı” iş üzrə qərarında Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hər hansı işdə uzun müddətli həbsə yalnız o halda haqq qazandırmaq olar ki, «təqsirsizlik prezumpsiyasına baxmayaraq, azadlıq hüququndan üstün tutula bilən həqiqi ictimai marağın mövcudluğunu göstərən aydın əlamətlər olsun». Bu baxımdan da məhkəmə kollegiyası birinc i instansiyası məhkəməsinin Məhkum barəsində şərti məhkum etmənin tətbiqi barədə mövqeyini və şəxsin barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını real şəkildə çəkmədən islah olunmasının mümkünlüyünü kifayət qədər əsaslandırmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü barədə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması nəticəsində bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyətə malik halları nəzərdən qaçırmışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya protesti ilə razılaşaraq, nəticəyə gəlir ki, aşağı instansiya məhkəmələri Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edərkən CM-in 41.2, 58.3 və 70-ci maddələrinin tələblərinə formal yanaşmışdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinin tələbinə görə apellyasiya baxışı zamanı məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinay ət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar