Məhkəmə qərarları › İş №1(102)-762/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-762/2025

18.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-762/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmuş, Masallı şə həri, R.Axundov küçəsi, ev 12-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 274-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-991/2023 nömrəli 28 sentyabr 2023-cü il tarixli hökmünə əsasən (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), T.Q.Hüseynov və F.A.Namazov) Məhkum - Azərbaycan Respublikası CM-in 274-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cə zasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 20 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2214/2023 nömrəli 14 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubov) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına görə, Məhkum Azə rbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə X10 Mühafizəçiləri Korpusu - «SEPAH» və həmin xüsusi xidmət orqanının «Qüds» qüvvələrinin Qafqaz və Orta Asiya istiqaməti üzrə kəşfiyyat fəaliyyətinə rəhbərlik edən «Doktor» ləqəbli Qafur Kargəri və onların tabeliyində olan şəxslər tərəfindən İranın Qum şəhərində qeyrirəsmi dini təhsil aldığı müddətdə «Mustafa Rəhməti» və «Ağayi Rəhman» təxəllüsləri ilə məxfi əməkdaşlığa cəlb edilmişdir. Məxfi əməkdaşlığa dair razılığını bildirdikdən sonra Məhkum İran xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası ərazisində təsir dairəsinin genişləndirilməsi, o cümlədən fəaliyyəti onlar tərəfindən idarə olunan «Azərbaycan Ruhanilər Məclisi» adlı təşkilatın yaradılması, həmin təşkilatın adından Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş şəxslərin həbslərinə müxtəlif dini sayt və sosial şəbəkələr vasitəsilə etiraz bəyanatlarının verilməsi, fəaliyyət istiqaməti xüsusi xidmət orqanı tərəfindən müəyyənləşdiriləcək www.maide.az informasiya saytının yaradılaraq ona rəhbərlik etməsi, həmin saytda xarici xüsusi xidmət orqanları ilə razılaşdırmış formada dini dövlət ideyalarının təbliği, Azər baycan Respublikası ərazisində həmin xüsusi xidmət orqanının təsir edə biləcəyi radikal dini kontinqentin formalaşdırılmasına yönələn dini-siyasi məqalələrin dərc edilməsi, yayılması, dünyəvi dövlət ideyalarına kölgə salan təxribat xarakterli məlumatların yayılması, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üzrə 2015-ci ilin noyabr ayının 26-da Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyatın keçirilməsinə dair etiraz xarakterli xəbər və məlumatların, İranın maraq və mənafelərinə uyğun olan, həmin d övlətin siyasi quruluşunun təbliği məqsədi daşıyan məzmunda müsahibələrinin www.maide.az informasiya saytında geniş dərc edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 4 avqust 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatı ləğv edilmiş, İran xüsusi xidmət orqanının təsiri altında olan «Azərbaycan İslam Partiyası» adlı təşkilatın fəaliyyətinin, eləcə də həmin təşkilatın adından xarici xüsusi xidmət orqanının göndərdiyi maliyyə vəsaitləri hesabına Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş bir sıra şəxslərin ailələrinə maddi yardımların edilməsinin, həmin şəxslərin həbsinə etiraz olaraq və dövlət əleyhinə yönəlmiş digər aksiya və mitinqlərin keçi rilməsinin diqqət cəlb etmədən kənardan koordinasiya edilməsi, «İslam Birliyi və İnkişafı» adlı ictimai birliyin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi məqsədilə hər ay maliyyə yardımının edilməsi, Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi və digər sahələrdə cərəyan edən proseslərin izlənməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması, aldığı ayrı-ayrı tapşırıqların icrasını özündə əks etdirən hesabatları fars dilində hazırlayaraq İran xüsusi xidmət orqanına çatdırılması barədə və sair hallara dair tapşırıqlar verilmişdir. Azərbaycan Respublikasının vətəndaşı Məhkum İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «SEPAH»-ın nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 19 ok tyabr 2021-ci il tarixədək olan müddət ərzində tamah niyyəti ilə qəsdən fəaliyyət göstərərək 2011-ci ildə Bakı şəhərində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmamış «Azərbaycan Ruhanilər Məclisi» adlı təşkilat yaratmış, həmin təşkilatın adından müxtəlif dini sayt və sosial şəbəkələr vasitəsilə etiraz bəyanatlarını vermiş, 28 mart 2014-cü il tarixdə www.maide.az informasiya saytını yaradaraq ona rəhbərlik etmiş, həmin saytda 2014-2021-ci illər ərzində xarici xüsusi xidmət orqanları ilə razılaşdırmış formada dini dövlət ideyalarının təbliği, bu və ya digər məqsədlərə xidmət edəcək, fəaliyyəti qanunazidd xarakter daşıyacaq dini kontingentin yaradılmasına, belə kontingentin təbliğinə və təqdirinə yönələn materiallar, məqalələr, xəbər xarakterli məlumatlar, elə cə də dini dözümsüzlük, dini nifrət və düşmənçilik təbliğ edən fikirlərin olduğu materialları yerləşdirib yayılmasını təşkil etmiş, 2015-ci il ərzində «İslam Birliyi və İnkişafı» adlı ictimai birliyin fəaliyyətində iştirak edib onun maliyyələşməsini həyata keçirmiş, «Azərbaycan İslam Partiyası» adlı təşkilatın fəaliyyətini diqqət cəlb etmədən kənardan koordinasiya etmiş, İran xüsusi xidmət orqanının nümayəndələrinin Azərbaycan Respublikası ərazisinə göndərdikləri maliyyə vəsaitlərini Bakı şəhərində yaşadığı ünvanda ciddi konspirasiya qaydalarına əməl edib təhvil almış, aldığı ayrı-ayrı tapşırıqların icrasını özündə əks etdirən yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində fars dilində hazırlanmasını təşkil etdiyi müxtəlif məzmunlu, o cümlədən «Bəzi facebook və sosial şəbəkə fəalla rı ilə yazışmalar və görüşlərin keçirilməsi», «Ruhanilər məclisinin iclası», «Bəzi bölgələrdə X13 ruhanilərlə görüşünün təşkili», «Bazarlarda dindar cavanlar üçün xütbələrin təşkili və sualların cavablandırılması - ayda bir dəfə» məzmun və mətnli hesabatları və topladığı digər məlumatları 2021-ci ilin oktyabr ayının 21-dək olan müddət ərzində İran İslam Respublikasına və Qazaxıstan Respublikasına etdiyi səfərlərində konspirativ görüş üçün nəzərdə tutulmuş xüsusi məkanlarda X10 Mühafizəçiləri Korpusu- «SEPAH»ın nümayəndələrinə, o cümlədən «Qüds» qüvvələrinin X4 Gari adlı əməkdaşına vermiş, digər formada bütün davranış və fəaliyyətini xarici xüsusi xidmət orqanının nümayəndələri ilə razılaşdırmaqla Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi və digər sahələrdə cərəyan edən proseslərl ə bağlı Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olan topladığı həmin informasiyaları xarici xüsusi xidmət orqanı nümayəndələrinə ötürmüş, onların müvafiq tapşırıqlarının yerinə yetirilməsinə köməklik və casusluq etməklə dövlətə xəyanət etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, hüquqlarını müdafiə etdiyi şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-ci maddəsi ilə verilmiş ittihama bəraət verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərmişdir ki, məhkuma Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə yekun ittiham verilərək iş məhkəməyə göndərilmişdir. Məhkəmə işə qapalı məhkəmə iclasında baxmışdır. Məhkəmədə dindirilən şahidlərin heç biri ərizəçinin əleyhinə ifadə verməmiş və ittihamda olunanları təsdiq etməmişlər. Məhkəmə məhkumun müdafiəçisi tərəfindən verilən bütün vəsatətləri əsaslandırma aparılmadan rədd etmişdir. Sonda məhkəmə formal olaraq ittiham aktını hökmə köçürmüş və ittihamedici hökm çıxararaq ərizəçinin CM-nin 274-cü maddəsi ilə təqsirli bilib ona 17 il azadlıqdan məhrum edilmə cəzasını təyin etmişdir. Həmin hökm qanunsuz və əsassızdır. İstintaq materiallarında Məhkum yuxarıda göstərilən ittihamlar üzrə təqsirliliyini təsdiq edən heç bir sübut yoxdur. İttiham ümumi frazalardan ibarətdir və konkret olaraq Məhkum 274-cü maddəsinin dispozisiyasında əks olunan hansı hərəkətlərin etdiyi aydın deyildir. Ərizəçiyə verilən ittihamlarda onun Azərbaycan ərazisində ictimai-siyasi məsələlərə təsir vasitəsi kimi istifadə olunan «Azərbaycan Ruhanilər Məclisi» adlı təşkilat yaratmaqla, həmçinin «maide.az» saytı təsis etməsi və «İslam Birliyi və İnkişafı» təşkilatın təsis edilməsi ilə bağlı məsələlər yer almışdır. Məhkumun təsisçisi olduğu maide.az saytı xəbər portalıdır və onun kontentində hər hansı qanunsuz yazılarla bağlı dövlət qurumları tərəfindən iradlar gətirilməmişdir. Eyni zamanda istintaq orqanı da bununla bağlı ilkin sübut kimi hər bir saytdan yazı belə təqdim etməmişlər. Məhkumun Azərbaycan Ruhanilər Məclisinin üzvü kimi fəaliyyəti də şəffaf olmuşdur. Məclis tərəfindən ictimai əhəmiyyətli məsələlərə mövqe bildirildikdə bu barədə mətbuatda açıqlama gedirdi. Beləliklə ərizəçinin istər fikir, vicdan və din azadlığı, istərsə ifadə azadlığı, istərsə də birləşm ə azadlığı ilə bağlı olmuşdur. Beləliklə Konvensiyanın 9, 10, 11-ci maddələrinin pozuntusu baş vermişdir. Məhkumun həbsi Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda baş vermişdir. Buna qədər hər iki dövlətin rəsmi şəxsləri səviyyəsində bir-birinə qarşı qarşılıqlı ittihamlar səsləndirimişdir. Azərbaycanın hökümət yönülü mətbuatında və sosial şəbəkə sementində İranla bağlı olan şəxsləri “İranın aqentura şəbəkəsi” adlandırılması kimi ittihamlar yer almışdır. Bunun ardınca tanınmış din xadimlərinin kütləvi saxlanılması, evlərində axtarış aparılmaları kimi hərəkətlər başlanılmışdır. Məhkum bu kampaniya daxilində həbs edilmişdir və özü bəyanat verərək özünü iki dövlətin gərginləşməsi fonunda siyasi reressiya qurbanı adlandırmışdır. Ərizəçi 2017-ci ilin fevral ayından- 2020-ci ilin fev ral ayına qədər üç il azadlıqdan məhrum edilmə cəzası çəkmişdir. Həmin cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin Masallı rayon Şöbəsi tərəfindən rayon polis idarəsinə müraciət əsasıında başlanılmışdır. Məhkumun üzvü olduğu Azərbaycan Ruhanilər Məclisinin fəaliyyəti şəffaf olmuş, bəyanatları mətbuatda işıqlandırılmış və dövlət qurumlarının bununla bağlı hər hansı iradları olmamışdır. Eyni ilə maide.az saytında gedən hər hansı yazıya görə dövlət qurumlarından onların silinməsi ilə bağlı heç bir irad, məhkəmə iddiası daxil olmamışdır. Həmin saytda qanunsuz kontent yerləşdirdiyi təqdirdə hökümətin bununla bağlı həmin saytı bloklamaq kimi imkanları vardır. Meydan.tv, azadlıq.org və digər saytların bloklandığı kimi. Göründüyü kimi məhkumun həbs edilməsi, həbsdə saxlanılması onun mücərrəd itti hamlar irəli sürülməsi və məhkəmələrin bu ittihamları təsdiq edəcək ilkin və yaxud sonrakı mərhələdə digər sübutlara əsaslanmaması, ərizəçinin həbsinə qədər olan Azərbaycan-İran münasibətlərində yaranan durum onu göstərir ki, ərizəçinin həbsi Konvensiyada nəzərdə tutulmuş məqsədlər üçün deyil, digər məqsədlər üçün istifadə olunmuşdur və yuxarıda göstərilən Konvernsiyanın 5, 9, 10, 11-ci maddələrinin Konvensiyanın 18-ci. maddəsi ilə birlikdə pozuntusu baş vermişdir. Məhkum elan edilmiş ittiham və məhkəmənin hökmü şəxsin təqsirliliyi üçün kifayət etmir. Məhkəmədə dindirilən şahidlər onun əleyhinə ifadə verməmişlər, məhkəmənin hökmündə əks olunan sübutlar sübut əhəmiyyəti daşımır və məhkəmə onların mötəbərliyinə dair vəsatətləri təmin etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiy a şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifa dələrinə, ekspert rəyinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində “Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Re spublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə”yə görə məsuliyyət nəzərdə tutulub və bu əməl on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmam ası və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tə rəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə ist intaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gə ldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm ye r tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi i şə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 1 45.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Belə ki, məhkəmə qərarlarınd an görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 15 fevral 2022-ci il tarixli, 4/1815 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-fonoskopik ekspertizasının rəyində həmin danışıqların təqsirləndirilən şəxs Məhkum tərəfindən aparıldığı təsdiq edilmişdir. Ekspertizaya 1 ədəd “PRİNCO” markal DVD-R formatlı diskdə təqdim olunmuş mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmamışdır. Məhkəmə qərarlarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İİ Baş idarəsi tərəfindən 19 oktyabr 2021-ci il tarixli 7-2043 nömrəli məktubla ibtidai istintaq orqanına təqdim edilmiş iş üzrə təqsirləndirilən şəxs Məhkum və qeyrilərinin danışıqlarının yazıldığı 1 ədəd diskə keçirilmiş 20 oktyabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, “Sərdar Qədirə tapşırır ki, saytlarla bağlı fəal olsunlar. Çünki iclasda Sərdara bu irad tutulub. Deyilib ki, niyə Nardaranla bağlı hadisələr saytlarda tam işıqlandırılmayıb. Sərdar iclasda deyib ki, ağalar hamısı bilir ki, sayt birbaşa Ağaya bağlıdır, həssas məsələləri bundan artıq işıqlandıra bilməzlər. Çünki, saytı qorumalıdır, təhlükə yaradan şeyləri saytda verə bilməzlər. Bu sayt Azərbaycanda Ayətullah Xomeneini tərənnüm edən birinci saytdır.” Həmşinin digər məzmunda danışıqlar həmin səs yazılarında öz əksini tapmışdır. Həmçinin məhkəmə qərarlarında olan təqsirləndirilən şəxs Məhkum yaşadığı ünvan 4 ünvanda 19 oktyabr 2021-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, baxış zamanı mənzildən 1 ədəd üzərində "Harry Potter” yazılmış qırmızı rəngli kitabça, 1 ədəd üzərində “Diari” sözləri yazılmış qara rəngli kitabçada, 1 ədəd üzərində elektron hesablayıcı bərkidilmiş tünd göy rəngli kitabça, üzərində kiril, latın əlifbasında müxtəlif qeydlər aparılmış kağız parçaları, üzərində “Əli ibn X8 Xamənei” qeydləri olan, yaşıl rəngli dairəvi möhür izləri əks olunmuş qəbzlər, üzərində rus əlifbası ilə yazılmış qırmızı rəngli “Qalvusmet” qeydləri olan ağ rəngli karton materialından olan kağız parçası, üzərində fars əlifbası ilə yazılmış 3 ədəd ağ rəngdə olan kağız parçaları, üzərində fars dilində müxtəlif qeydlər aparılmış şəhadətnamə, saralmış kağızdan olan zərfin üzərində ərəb dilində “İmam Rzanın müqəddəs Hərəmi” Şərəfli Xidmətçi Hüccətül İslam vəl X9 Məhkum”, həmin zərfin içərisindəki Şəhadətnamə, “İslam Birliyi və İnkişafı” İB-nin dəvətnaməsi və onun zərfi, Taxta Saxlanca yerləşdirilmiş 1 ədəd kart və 1 ədəd medala bənzər əşya, kənarları firuzə rəngdə olan kart, üzərinə “X5” sözləri qeyd edilmiş qırmızı rəngli 1 ədəd möhür, üzərində “X11” sözləri qeyd edilmiş qara-qırmızı rəngdə olan möhür, 1410 manat, 5523 ABŞ dolları, 15 Türk lirəsi, 255.000 İran rialı, 2 ədəd bank kartları, 1 ədəd “Lenovo” markalı notebook tipli kompüter, 1 ədəd “X12” markalı planşet, 2 ədəd “Samsung” markalı mobil telefon (smart), 2 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd avtomobil üçün videoqeydiyyat və “GPS” cihazı, 2 ədəd “Sony” markalı səs qeydiyyat (audio recorder) cihazı,1 ədəd qara rəngli “İphone” markalı mobil telefon karopkasının içərisinə yerləşdirilmiş videokamera, 1 ədəd qara rəngli mikro videokamera, 1 ədəd “Wexl er.” markalı elektron kitab, 1 ədəd üzərində “Nar 3G+” sözləri yazılmış datakart, 1 ədəd üzərində “Azercell DataKart 3G+” sözləri yazılmış datakart,1 ədəd “TürkTelekom” mobil operatoruna məxsus sim-kart və onun yerləşmə kartı, 1 ədəd üzərində “+**********7” rəqəmləri qeyd edilən “Tele2” mobil operatoruna məxsus sim-kartın yerləşmə kartı, 2 ədəd “Azercell” mobil operatoruna məxsus sim-kartın yerləşmə kartı, 1 ədəd “Beeline” mobil operatoruna məxsus simkartın yerləşmə kartı, 3 ədəd “Azercell” mobil operatoruna məxsus sim-kart, 1 ədəd “Bakcell” mobil operatoruna məxsus sim-kart, 1 ədəd “Beeline” mobil operatoruna məxsus sim-kart, 1 ədəd üzərində “MTC” sözləri həkk edilmiş sim-kart, 1 ədəd üzərində “Kievctar” sözləri həkk edilmiş sim-kart aşkar edilərək götürülmüşdür. Həmçinin məhkumun törətdi yi əməl 19 oktyabr 2021-ci il tarixdə Şahid1 yaşadığı ünvan 5 ünvanda keçirilmiş baxış protokolundan, 19 oktyabr 2021-ci il tarixdə Şahid2 yaşadığı ünvan 6 ünvanında keçirilmiş baxış protokolundan, Şahid2 yaşadığı ünvandan aşkar edilərək götürülmüş 1 ədəd qəhvəyi rəngli dəri üzlüklü kitabçaya keçirilmiş 23 noyabr 2021-ci il tarixli baxış protokolundan, Məhkum yaşadığı ünvandan aşkar edilərək götürülmüş mobil telefonlar və digər əşyalarla bağlı təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli, 5/44 nömrəli rəyə əlavə edilmiş xarici yaddaş qurğusuna keçirilən 31 oktyabr 2022-ci il tarixli baxış protokolundan, Məhkum yaşadığı ünvandan aşkar edilərək götürülmüş mobil telefonlar və digə r əşyalarla bağlı təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli, 5/44 nömrəli rəyə əlavə edilmiş xarici yaddaş qurğusuna keçirilən 31 oktyabr 2022-ci il tarixli baxış protokolundan, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat Baş idarəsindən İstintaq baş idarəsinə göndərilmiş 18 fevral 2016-cı il tarixli məktubdan çıxarışdan, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-Kəşfiyyat Baş idarəsindən istintaqa təqdim edilmiş 30 aprel 2016-cı il tarixli 2/589 nömrəli məktubdan, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-Kəşfiyyat Baş idarəsindən istintaqa təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 2/895 nömrəli məktubdan sü but edilir. Bundan əlavə məhkumun törətdiyi əməl şahidllərin verdiyi ifadələrdə də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkumun törətdiyi əməlin – dövlətə xəyanət kimi qiymətləndirilməsinin əsassız olmasına dair kassasiya şikayətində əks edilmiş mövqe həqiqəti əks etdirmir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkumin əməlində CM-in 274-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanm ış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 274-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Cinayət işinin materiallarından da görünür ki, məhkum ibtidai istintaq zamanı təqsirini etiraf etmiş və baş vermiş cinayət hadisəsini məntiqi ardıcıllıqla müfəssəl şəkildə təsvir etmişdir. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun ola raq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə ə laqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)2214/2023 nömrəli 14 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar