Məhkəmə qərarları › İş №1(102)-763/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-763/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-763/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X17, zərərçəkmiş şəxs X22 nümayəndəsi X24, Məhkum müdafiəçiləri Müdafiəçi və X25 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Res publikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.3.2 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarından Məhkumnin müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim İradə Həsənzadə, hakimlər Əhməd Quliyev və Azər Paşayevdən ibarət tərkibdə) 1(101)-388/2018 nömrəli 05 iyun 2018-ci il tarixli hökmü ilə, Məhkum, xx xxxxxx 1964-cü ildə Azərbaycan SSR-in ******** şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamama ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi qaydada sahib karlıqla məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 182.3.2-ci maddəsi ilə ona 10 (on) il 06 (altı) ay müddətinə, CM-in 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tanışı X38 ilə yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərib əmlaklarını tələf etmə hədəsi ilə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə tələb etməsi haqqında cinayət əlaqəsinə girdiyi, qabaqcadan əlbir olan bir qrup şəxslə razılaşaraq qrupun digər üzvünün təklifinə əsasən 2017-ci il iyulun 8-də qrupun başqa üç nəfər üzvü ilə birlikdə zərərçəkmiş şəxs X26 işlətdiyi, Bakı şəhəri, ************** ünvanında yerləşən «********* » mebel salonuna gəlməklə X38 ilə yaxın qohumlarını öldürəcəkləri hədəsi ilə 85.100 manat məzənnəsi ilə 50.000 ABŞ dollarını nağd şəkildə və 85.100 manat məzənnəsi ilə 50.000 ABŞ dolları dəyərində mebel əşyalarını tələb etmiş, 2017-ci il iyulun 9-da qrupun digər üzvü istifadəsindəki, Rusiya Federasiyasının mobil operatoruna məxsus +********** mobil telefon nömrəsindən pul məbləğini n çox olması ilə bağlı möhlət istəyən X26 istifadəsindəki 050 ************ mobil telefonun nömrəsinə «Whatsapp» proqramı vasitəsi ilə zəng edib «oğru aləmi»nin bu məsələdən xəbərdar olduğunu bildirərək hədə-qorxu ilə ilkin 10.000 ABŞ dollarını 2017-ci il iyulun 12-də yollayacağı şəxsə ötürməsi tələbi barədə X38 deyilən tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etdikdə əməliyyat qrupu yaradılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulan vəsaitdən AE40374392H, AE14174301H, AH35109228B, BF52474300H, AB42170577A, AJ23674386B, AH42601873B, BE46474302H, AB42170502A, AB62702765L, AL41954125C, AL41954158C, AL41954138C, AB35145386H AL41954115C, AL41954100C, AL4195416 7C, AB17205746A, AE40574304H, BF64974312H, BC42859888B, AB64279507A, BJ42174305H, AE89141574A, AE42243531A, BF69974315H, AL41954195C, BE29774311H, AB62702663L, BE21774308H, BC19169585B, AL41954160C, AL41954188C, AL41954127C, AH23001669B, AB62790386L, AB42170508A, BF54274318H, AB23503478L, AH36301736B, AB17205741A, BE28574302H, AB62792461L, BF70474300H, AE76841574A, AB62790470L,AE29674301H, AE75841574A, AB30056027A, AB27702199H, AB78536382A, AL41954110C, AB23504463L, AH35129121B, AF43474388B, AB35125449H, AB23511511L, AH23901660B, AH13501564B, AF39174387B, AB62794431L, AH20001699B, AB35125113H, AB64279532A, AB42170515A, AB42170552A, AH32801771B, AH35158144B, AH35187471B, AB27943511A, AB46543531A,BE15374312H, AH37201727B, BE23774312H, BF88374300H, AB23500486L, BF51574318H, AE18943501A, AB172 05715A, BF50274318H, BF65174300H, BF62574302H, BF50574316H, BJ48974306H, BJ15574302H, BJ31674305H, BE27774305H, BF74574318H, BJ36739701B, AB62794465L, AB35136407H, AE70641574A, BF78674302H, AE48074301H,AE15443501A,AB42170506A, AE40374304H, BE25474312H, AE40074301H, AB30475202A seriyalı və nömrəli 100 ədəd hər biri 100 ABŞ dolları olmaqla cəmi 10.000 ABŞ dolları məbləğində əsginası X32 təhvil verilib sonuncunun iştirakı ilə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Məhkumnin və qrupun üzvlərinin özlərini ifşa etməməyə görə 2017-ci il iyulun 12-də saat 13 radələrində kənar adam kimi göndərdikləri, taksi fəaliyyəti ilə məşğul olan «Renault» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X14 Bakı şəhəri, ************** ünvanında yerləşən «*******» mebel salonunda saxlanark ən həmin pul vəsaitini şalvarının sağ yan cibindən çıxararaq təqdim etmiş, bununla da Məhkum zərər çəkmiş şəxs ilə yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərməklə əmlaklarını tələf etmə hədəsi ilə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə 17.020 manat məzənnəsi ilə 10.000 ABŞ dollarını tələb etmə cinayətini törətmişdir. Bundan başqa, Məhkum satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda, iki bükümdəki ayrı-ayrılıqda təmiz çəkisi 2,153 qram və 1,758 qram, ümumilikdə 3,911 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki bükümdəki ayrı-ayrılıqda təmiz çəkisi 5,552 qram və 5,772 qram, cəmi 11,324 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üstündə saxlayaraq daşımış, onun zərər çəkmiş şəxs ilə yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərərək əmlaklarını tələf etmə hədəsi ilə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə tələb etməklə yanaşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 2017-ci il iyulun 13-də saat 14 radələrində Məhkum Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2208 ünvanındakı AFFA-nın inzibati binasının yaxınlığında saxlanmış, polis işçilərinin təklifi ilə Məhkum əynindəki şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi göstərilən növlər və çəkidə narkotik vasitələr heroin və tiryək müvafiq qaydada götürülmüş dür. Hökmdən məhkum edilmiş şəxs Məhkum, müdafiəçisi Vasif Mirzəyev və zərərçəkmiş şəxs Rəşad Babayev tərəfindən verilən apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Rizvan Səfərov, hakimlər Həsən Əhmədov və İlqar Murquzovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi və X40 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassatorlar kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-cı il tarixli qərarı ləğv edilməli və Məhkumnin təqsirli bilindiyi CM-in 182.3.2 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə cinayət işinə bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Məhkumnin Azərbaycan Respublikası CM-in 182.3.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi Azərbaycan Respublikası Cinayət-0Prosessual Məcəlləsinin 8-36-cı maddələrində təsbit olunmuş cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri barədə müddəalarının, eləcə də həmin Məcəllənin 145-cı (sübutların qiymətləndirilməsi), 146-cı (sübutların kifayət etməsi) maddələrin tələblərinə uyğun deyildir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sü butlar əsasında Məhkumnin Azərbaycan Respublikası CM-in 182.3.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, onun barəsində ittiham hökmü çıxartmaq üçün yekun nəticəyə gəlməyə imkan vermədiyi halda məhkəmə ittiham hökmü çıxarmışdır. Həmçinin ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldırılmamış, bütün şübhələr qanunvericiliyin tələblərinə zidd olaraq təqsirləndirilən şəxsin əleyhinə təfsir edilmişdir. Apellyasiya məhkəməsində qeyd olunan pozuntular aradan qaldırılmamışdır. Cinayət işi materiallarında öz əksini tapmış, məhkəmənin “mötəbər” sübut kimi qəbul etdiyi sənədlər birmənalı olaraq sübutlar siyahısından çıxarılmalı olduğu halda birinci instansiya məhkəməsi həmin “sübutlara” əsaslanaraq ittiham hökmü çıxartmış, apellyasiya məhkəməsinin qərarı ilə həmin yanlış nəticədə olduğu kimi qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyasının diqqətinə həmin pozuntulara çatdırmaq istərdik: 12.07.2017-cu il tarixli “Əməliyat-axtarı tədbirlərinin həyata keçirilməsinə dair qərar. "Əməliyat-axtarı tədbirlərinin həyata keçirilməsinə dair” qərarın qəbul edilməsinin əsası Məhkumnin mütəmadi olaraq narkotik vasitələrin saxlanması və satışı ilə məşğul olması həmçinin hədə-qorxu ilə pul tələb etməsi barədə əməliyyat məlumatlarının daxil olmasına istinad olunmuşdur. Həmin qərarda X8 nəzərdə tutulmuş tədbirlərin keçirilməsi qət olunmuş, qərarın surətinin 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qeyd olunmuşdur. Cinayət işi materiallarında, 12.07.2017-cu il tarixli “Əməliyat-axtar ı tədbirlərinin həyata keçirilməsinə dair qərarın surətini məhkəmə nəzarətini həyata keçirən Xətai Rayon Məhkəməsinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş Prokurorun birinci müavininə məlumat üçün göndərildiyi qeyd olunsa da, cinayət işinin materiallarında bunu təsdiq edən hər hansı sübut mövcud deyil. Həmçinin həmin gün Məhkum barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə baxmayaraq, bununla bağlı hər hansı qərar qəbul edilməmiş, həmçinin qəbul edilməli olan əsaslandırılmış qərarı 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən Xətai Rayon Məhkəməsinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş Prokurorun birinci müavininə təqdim edilməmiş və bununla da əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxs tərəfindən “Əməliyyataxtarış fə aliyyəti haqqında" Qanunun yuxarıda göstərilən normalarının tələbləri kobudcasına pozulmuşdur. İş materallarında olan 12.07.2017-cu il tarixli “Əməliyyat-axtarış tədbirində istifadə ediləcək pul əskinaslarının verilməsinə dair” Qərar, 12.07.2017-cu il tarixli “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi və əşyaların götürülməsi haqqında” Protokol qəbul olunarkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Hər iki sənəddə hal şahidi kimi qeyd olunan X2 əvvəllər mütəmadı olaraq hal şahidi qismində işlərə cəlb olunmuşdur. Digər hal şahidi X1 da analoji fəaliyyəti şübhə doğurur. Lakin nə ibtidai istintaq, nə də məhkəmələrdə işə baxılarkən buna fikir verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 115.2-ci maddəsinə əsasən, hal şahidinin iştirakının mütəmadi xara kter daşıması halları istisna edilməklə, onun istintaq hərəkətin icraatında əvvəllər iştirakı həmin cinayət işi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Bu Məcəllənin 115.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd olaraq hər hansı bir şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Göründüyü kimi, 12.07.2017-cu il tarixli “Əməliyyat-axtarış tədbirində istifadə ediləcək pul əskinaslarının verilməsinə dair” Qərar, 12.07.2017-cu il tarixli “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi və əşyaların götürülməsi haqqında” Protokolda hal şahidi kimi X2 mütəmadi olaraq işlərdə hal şahidi kimi iştirak edir, belə olan hald a onun iştirakı ilə aparılan istintaq hərəkətləri qanunvericiliyin tələblərinə uyğun hesab oluna bilməz. 13.07.2017-cu il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əşyaların götürülməsi haqqında” Protokol. Qeyd etmək istərdik ki. Məhkum faktiki olaraq saxlandıqdan uzun müddət sonra Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əşyaların götürülməsi haqqında (faktiki olaraq şəxsi axtarış və götürmə) keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Həmçinin protokol şəxs saxlandığı yerdə deyil idarədə tərtib edilmişdir. Hazırkı cinayət işinin materiallarında Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əşyaların götürülməsi haqqında (faktiki olaraq şəxsi axtarış və götürmə protokolu) Məhkumnin faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən saat yarım sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilmişdir. Məhkum barəsində Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əşyaların götürülməsi haqqında faktiki “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti cinayət işi başlamadan, məhkəmə qərarı olmadan və belə səlahiyyətə malik olmayan təhqiqatçı tərəfindən həyata keçirilmişdir. Cinayət işi materialları ilə müəyyən olunur ki Məhkum 17 iyul 2014-ci il tarixdə saat 14:00 radələrində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş şübhəli şəxsin tutulması əsasları olmadan qanunsuz saxlanılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış, onun hüquqi statusu müəyyən edilməmiş və bu Məcəllənin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, onun hüquq və vəzifələri, habelə məsuliyyəti dərhal izah olunmamış, üzərində baxış (faktiki olaraq şəxsi axtarış və götürmə) istintaq hərəkəti aparıldıqdan sonra müvəqqəti saxlama yerinə keçirilmiş, əməliyyat axtarış tədbirin həyata keçirilməsinə dair əsaslandırılmış qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə ümumiyyətlə göndərilməmişdir. Həmçinin cinayət işi materiallarından görünür ki, şəxsi axtarış Azərbaycan Respublikası CPM- nin 236-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkəti olduğu və cinayət işi başlandıqdan sonra müstəntiq tərəfindən keçirilməli olduğu halda, cinayət işi başlanmadan və bu barədə hər hans ı bir qərar qəbul edilmədən təhqiqatçı tərəfindən keçirilmişdir. Bununla da Azərbaycan Respublikası CPM-nin 207.4-cü maddəsinin tələbi də pozulmuşdur. Həmin Məcəllənin 207.4-cü maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxsi ərdən'izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərim apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddəl ərində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkumnin müdafiə hüququ kobud surətdə pozulmuşdur. Az ərbaycan Respublikası CPM-nin 90.7, 90.7.2- 6 ci maddəsinə əsasən, tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxsin, o cümlədən tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüququ vardır. Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokolda müdafiəçinin iştirak etməsi qeyd olunsa da, bundan dərhal sonra həyata keçirildiyi iddia olunan faktiki “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti həmçinin X30 ilkin izahatı müdafiəçinin iştirakı olmadan həyata keçirilmişdir. Digər tərəfdən Cinayət işi materiallarının 118-ci maddəsində olan təqsirləndirilən şəxsin dindirilməsi protokol unda X30 21 iyun 12:00 - 13:20 arasında Suraxanı RPİ-də dindirilməsi, cinayət işi materiallarının 126-127-ci səhifəsində olan eyni tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarın saat 14:30-da hüquq və vəzifələri izah edilməklə X34 təqdim olunması, cinayət işi materiallarının 131132-ci səhifəsində olan 21 iyun 2019-cu il təqsirləndirilən şəxsin dindirilməsi protokolunda X30 21 iyun 14:40 - 15:20 arasında Suraxanı RPİ-də dindirilməsi qeyd olunmuşdur. Vəkil sorğusu ilə əldə etdiyimiz sənədlə müəyyən olunur ki, X42 21.06.2019-cu il tarixində saat 16:45-də istintaq təcridxanasından Suraxanı RPİ-nin müvəqqəti saxlama yerinə keçirilib. Bu da sənədlərin müstəntiq tərəfindən əvvəldən hazırlanması, müdafiəçinin bütün sənədlərə avtomatik imza atmasını deməyə əsas verir. Av ropa Məhkəməsi öz qərarlarında qeyd edir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır: məhkəmə araşdırmasının ədalətli olmasının təmin edilməsi məhkəmələrin vəzifəsidir, müvafiq olaraq məhkəmədə iştirak etməyən təqsirləndirilən şəxsi müdafiə etmək üçün məhkəmə iclasında iştirak edən vəkilə bunu etmək üçün fürsət verilməlidir. Kassatorlar göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-cı il tarixli qərarının ləğv edilməsini və Məhkum Azərbaycan Respublikası CM-in 182.3.2 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə cinayət işinə bəraətverici əsasla xita m verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə məhkumun müdafiəçiləri Müdafiəçi, Anar Məmişovun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hafiz İmranovun və zərərçəkmiş şəxsin nümayəndəsi С6 Y6in çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarı qismən ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəmə si kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassatorlar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2019cu il tarixli qərarının ləğv edilməsini və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş v ə bu tələblərini bir sıra dəlillərlə əsaslandırmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum törətdiyi cinayət əməlləri iki epizoddan ibarətdir. İlk epizod Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə təqsirli bilinməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsində təsbit edilən hədə-qorxu ilə tələb etmə cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təhlil edilən maddədə nəzərdə tutulmuş əməlləri törətməklə təqsirkar zərərçəkmiş şəxsin nəinki əmlakına və əmlaka olan hüququna qəsd edir, həm də onun və ya onun yaxın qohumlarının sağlamlığına, şərəf və ləyaqətini təhlükə altına a lır. Cinayətin obyekti, mülkiyyət hüququ və başqa əmlak xarakterli mənafelər, şəxsiyyətin sağlamlığı, habelə şərəf və ləyaqəti təşkil edir. Hədə-qorxu ilə tələb etmə hədəsinin üç növü mövcuddur. Birincisi, zərərçəkmiş şəxs və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə hədələmə; ikincisi, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yaymaqla hədələmə; üçüncüsü zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının əmlakını tələf etməklə hədələmə. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından müəyyən edilir ki, N.İ.X9 ilə yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərib əmlaklarını tələf etmə hədəsi ilə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə tələb etməsi haqqında cinayət əlaqəsinə girdiyi, qabaqcadan əlbir olan bir qrup şəxslə razılaşaraq qrupun digər üzvünün təklifinə əsasən 2017-ci il iyulun 8-də qrupun başqa üç nəfər üzvü ilə birlikdə zərərçəkmiş şəxs X26 işlətdiyi, Bakı şəhəri, ************** ünvanında yerləşən «*******» mebel salonuna gəlməklə X38 ilə yaxın qohumlarını öldürəcəkləri hədəsi ilə 85.100 manat məzənnəsi ilə 50.000 ABŞ dollarını nağd şəkildə və 85.100 manat məzənnəsi ilə 50.000 ABŞ dolları dəyərində mebel əşyalarını tələb etmiş; 2017-ci il iyulun 9-da qrupun digər üzvü istifadəsindəki, Rusiya Federasiyasının mobil operatoruna məxsus +**********1 mobil telefon nömrəsindən pul məbləğinin çox olması ilə bağlı möhlət istəyən X26 istifadəsindəki 050 246-16-99 mobil telefonun nömrəsinə «Whatsapp» proqramı vasitəsi ilə zəng edib «oğru aləmi»nin bu məsələdən xəbərdar olduğunu bildirərək hədə qorxu ilə ilkin 10.000 ABŞ dollarını 2017-ci il iyulun 12-də yollayacağı şəxsə ötürməsi tələbi barədə X38 deyilən tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etdikdə əməliyyat qrupu yaradılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulan vəsaitdən AE40374392H, AE14174301H, AH35109228B, BF52474300H, AB42170577A, AJ23674386B, AH42601873B, BE46474302H, AB42170502A, AB62702765L, AL41954125C, AL41954158C, AL41954138C, AB35145386H, AL41954115C, AL41954100C, AL41954167C, AB17205746A, AE40574304H, BF64974312H, BC42859888B, AB64279507A, BJ42174305H, AE89141574A, AE42243531A, BF69974315H, AL41954195C, BE29774311H, AB62702663L, BE21774308H, BC19169585B, AL41954160C, AL41954 188C, AL41954127C, AH23001669B, AB62790386L, AB42170508A, BF54274318H, AB23503478L, AH36301736B, AB17205741A, BE28574302H, AB62792461L, BF70474300H, AE76841574A, AB62790470L, AE29674301H, AE75841574A, AB30056027A, AB27702199H, AB78536382A, AL41954110C, AB23504463L, AH35129121B, AF43474388B, AB35125449H, AB23511511L, AH23901660B, AH13501564B, AF39174387B, AB62794431L, AH20001699B, AB35125113H, AB64279532A, AB42170515A, AB42170552A, AH32801771B, AH35158144B, AH35187471B, AB27943511A, AB46543531A, BE15374312H, AH37201727B, BE23774312H, BF88374300H, AB23500486L, BF51574318H, AE18943501A, AB17205715A, BF50274318H, BF65174300H, BF62574302H, BF50574316H, BJ48974306H, BJ15574302H, BJ31674305H, BE27774305H, BF74574318H, BJ36739701B, AB62794465L, AB35136407H, AE70641574A, BF78674302H, AE48074301H, A E15443501A, AB42170506A, AE40374304H, BE25474312H, AE40074301H, AB30475202A seriyalı və nömrəli 100 ədəd hər biri 100 ABŞ dolları olmaqla cəmi 10.000 ABŞ dolları məbləğində əskinası X32 təhvil verilib sonuncunun iştirakı ilə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Məhkumnin və qrupun üzvlərinin özlərini ifşa etməməyə görə 2017-ci il iyulun 12-də saat 13 radələrində kənar adam kimi göndərdikləri, taksi fəaliyyəti ilə məşğul olan «Renault» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X14 Bakı şəhəri, ************** ünvanında yerləşən «*******» mebel salonunda saxlanarkən həmin pul vəsaitini şalvarının sağ yan cibindən çıxararaq təqdim etmiş, bununla da Məhkum zərərçəkmiş şəxs ilə yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərməklə əmlaklarını tələf etmə hədəsi ilə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə 17.020 manat məzənnəsi ilə 10.000 ABŞ dollarını tələb etmə cinayətini törətmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində ifadə vermiş Məhkum ona Azərbaycan Respublikasının CM-nin 182.3.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək 1992-ci ildən mebel işi ilə məşğul olmasını, qohumluq və ailəvi münasibətlərinin olduğu X47 15 ildən artıqdır tanımasını, 2010-cu ilin əvvəllərində şərikli işləməyi qərarlaşdırmaqla icarə ilə işlətdiyi «Həzi Aslanov» metro stansiyasının yaxınlığındakı mağazadan, o cümlədən öz evinin altında yerləşən anbardan təxminən 120.000 ABŞ dolları dəyərində malları gətirib icarələdikləri «Xalqlar Dostluğu» metro stansiyasının yanındakı dükana yığaraq «**** ***» mebel mağazası kimi fəaliyyət göstərdiklərini, X26 həmin vaxt 15.000-20.000 ABŞ dolları dəyərində malının olduğunu, 2012-ci ilin əvvəlində Babək prospektində açdıqları «Arriqo» adlı ikinci mebel dükanında övladı X27 menecer kimi işə başladığını, bundan sonra Bakı şəhərində əlavə bir neçə mebel mağazası təşkil etdiklərini, 2016-cı il noyabr ayının axırlarında X38 ilə münasibətlərinin korlandığını, guya sonuncunun xəbəri olmadan borclu olduqları türk vətəndaşı H6 1.000 ABŞ dolları qaytarıldığına görə X26 onun ilə əsassız mübahisə etdiyini, bu səbəbdən qızını da işdən çıxarmaqla mebel salonunu tərk etməsini, təqribən 10 gün ötmüş X38 onunla barışmaq istədiyini söyləsə də razılaşmayıb haqqını tələb etdiyini, şərikinin atası X11 onunla görüşərək oğlunun xəstələndiyini deməklə söhbəti özünü n aparacağını, türklərin borclarını verib hesablaşacaqlarını bildirdiyini, X38 2,5-3 milyon ABŞ dolları ona borcunun olduğuna baxmayaraq qaimələri gizlətdiyindən şəriki ilə haqq-hesab edə bilmədiyini, mebel sərgisi ilə bağlı Belarus Respublikasında olanda getdiyi kazinoda tanış olduğu Gürcüstan vətəndaşının təkidi ilə şərikli qumar oynamaqla təxminən 40.000 ABŞ dolları uduzduqlarını, həmin vaxt üstündə 2.000 ABŞ dollarının olduğunu, qalan pulu Azərbaycan Respublikasında ödəyə biləcəyini dedikdə zamin tələb etdiklərini, bu zaman gürcünün ona «*****» ləqəbli X28 adlı şəxsin zamin dura biləcəyini deyərək sonuncu ilə əlaqə saxladığını, göstərilən şəxsin Azərbaycan Respublikasında bir neçə şəxslə əlaqə saxlayaraq onun biznesinin olmasını dəqiqləşdirdikdən sonra zamin durduğunu, sonradan «****** » ləqəbli X28 adlı şəxs ilə bir neçə telefon danışığından sonra ona pulunun şəriki X29 olduğunu, lakin sonuncu ilə haqq-hesab edə bilmədiyini danışdığını, göstərilən şəxsin X29 pulunun olub-olmamasını dəqiqləşdirmək üçün Bakı şəhərinə göndərəcəyi şəxslərlə sonuncunun yanına getməyi təklif etdiyini, razılaşaraq 2017-ci il iyulun 8-də X15 «Whatsapp» proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq X16 ilə danışmağını tapşırıb X26 onları gözlədiyini bildirdiyini, X16 ilə «********» metro stansiyasının yaxınlığında görüşdükdə sonuncunun yanında əvvəllər tanımadığı R6 adlı şəxsin olduğunu, X16 həmin şəxsin də X15 adamı olduğunu və X38 ilə söhbət aparacaqlarını bildirdiyini, üçü bir yerdə ******* prospektində yerləşən «*******» mebel mağazasına gəldikdə sonuncu ilə görüşdüyünü, habelə digərlərinin yanında X26 ona borclu olmasını sübut etdiyini, bundan sonra X16 ona bayırda gözləməsini tapşırdığını, bir neçə dəqiqədən sonra onların da mağazadan çıxdıqlarını, ancaq söhbətin nəticəsi barədə ona heç bir söz demədiklərini, həmin gün axşam X15 onunla «Whatsapp» proqramı vasitəsi ilə əlaqə saxlayaraq X38 ilə razılaşdıqlarını, ancaq uşaqların xərcləri çıxdığına, maşınlarını vurduqlarına görə sonuncunun verəcəyi 10.000 ABŞ dollarını onlara çatdırmasını dediyini, həmin pulu götürməyə etiraz etdiyini, 2017-ci il iyunun 13də isə Bakı şəhəri, **************** ünvanında yerləşən AFFA-nın inzibati binasının yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanarkən yanında X43 adlı dostunun olduğunu, idarəyə gətirilib döyülərək işgəncələr verildiyini və üzərindən narkotik vasitə aşkar edilməsinə dair etirafedici izahat verməyə məcbur olunduğunu, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, işçilərin yanında və ad günü məclisində X26 ona «patron» deyərək müraciət etdiyini göstərdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilən X38 ifadəsində 2009-cu ildən mebel satışı ilə məşğul olmağa başladığını, Məhkumni həmin vaxtdan tanıdığını, sonuncunun yeznəsi X12 xalası oğlu olduğunu, Məhkumnin mebel sahəsində səriştəli olduğunu eşitdiyindən 2009-cu ilin əvvəllərində yeznəsinin vasitəsi ilə sonuncu ilə görüşdüyünü, sonradan birlikdə Türkiyə Respublikasına gedərək özü Gəncə şəhərindəki, Məhkum isə Bakı şəhərindəki mağazaları üçün mebel gətirdiklərini, 2009-cu ilin yay aylarında sonuncunun ona mü raciət edərək mebellərdə ziyan etdiyini bildirib aldığı mebellərdən üstünə cüzi qazanc qoyub satmaq üçün ona verməsini xahiş etdiyini, beləliklə həmin mebeli bir qədər artıq pula sataraq qazanc əldə etməyi və ziyanını bağlamağı düşündüyünü dediyini, artıq həmin ərəfədə Bakı şəhəri Xətai rayonunun Fəhlə prospektində icarəyə yer götürərək «*******» mebel mağazasını açdığını, sonuncuya 25.000-30.000 ABŞ dolları dəyərində mebeli bir neçə dəfəyə göndərdiyini, sonradan Məhkumnin həmin mebelin pulundan ona 15.000 ABŞ dollarına yaxın borcunun qaldığını, yaxından tanıdığı və qohumluq münasibətləri olduğu üçün borca görə sonuncunu çox sıxmadığını, 2009-cu ilin təxminən sonlarında Məhkumnin təklifi ilə «Xalqlar dostluğu» metro stansiyasının yaxınlığında «*****» ticarət mərkəzində icarəyə yer götürərə k ikinci «*******» mebel salonu açdığını, bir müddət ərzində mağazanı mebellə doldurduğunu, Məhkumnin isə köhnə mağazasında olan 6.000-7.000 ABŞ dolları dəyərində mebellərini və ondan götürdüyü 7.000-8.000 ABŞ dolları dəyərində mebelləri, eləcə də başqa firmalardan nisyə götürdüyü divan dəstlərini yeni mağazaya gətirdiyini, sonuncu özünə aid olan mebelləri satdıqca öz adına yazdıraraq pulunu götürdüyünü, özünün isə bu müddət ərzində hər ay icarə haqqı ödədiyini, işçilərin, o cümlədən də Məhkumnin 1.500-2.000 manat məbləğində aylıq məvacibini verdiyini, həmin müddət ərzində də sonuncunun ona olan 15.000 ABŞ dolları borcunun 8.000 ABŞ dollarını ondan ilk əvvəl götürmüş olduğu malları qaytarmaqla, 7.000 ABŞ dollarını isə hər ay məvacibindən tutulmaqla qaytardığını, 2010-cu ilin ortalarından M əhkum işlərə zəif nəzarət etdiyinə görə məcburiyyət qarşısında qalaraq tez-tez Bakı şəhərinə gəlməyə başladığını, sərmayələr qoyaraq əlavə bir neçə mağaza açdığını, bəzilərini isə bağladığını, bu müddət ərzində sonuncunu özü ilə Türkiyəyə, Çinə, Belorusiyaya apardığını və bütün yol xərcini də özünün çəkdiyini, Məhkumnin alınacaq mebelləri seçməkdə ona kömək etdiyini və bunun qarşılığında sonuncuya pul verdiyini, onun xahişi ilə övladı X33 təxminən 2011-ci ilin əvvəllərindən kompüter mütəxəssisi kimi yeni açdığı, ******* prospektində yerləşən «Arriqo» mebel mağazasına işə götürdüyünü, 2016-cı ilin sonlarında Türkiyədən mebel aldığı bir firmanın mebellərində əskiklik olduğunu, firma sahibini bundan xəbərdar edərək əskikləri göndərməsini xahiş etdikdə onun öz növbəsində gələrək mebellərə baxı ş keçirdiyini və razılaşaraq əskikləri göndərəcəyinə söz verdiyini, ancaq bir qədər ödəniş etməsini xahiş etdiyini, etiraz edərək əskik hissələr gəlmədən ödəniş etməyəcəyini bildirdiyini, həmin ərəfədə səhhətində olan problemlərlə bağlı işə az-az gedib-gəldiyinə görə həmin vaxt Məhkumnin onun xəbəri olmadan mebellərin əskikləri gəlmədən göstərilən dövrdə onu əvəz edən yeznəsi Məzahirdən türk vətəndaşı H6 1.000 ABŞ dolları verməsini xahiş etdiyini, həmin pulun verilməsi barədə sonradan eşitdikdə Məhkumyə öz iradını bildirdiyini, sonuncunun isə bundan inciyərək səs-küy saldığını, artıq onun ilə işləmək istəmədiyini söyləyərək qızını da götürüb Babək prospektində yerləşən «*******» mebel mağazasını tərk edərək çıxıb getdiyini, bundan sonra heç bir əlaqə saxlamadıqlarını, 2017-ci il iyulun 7-d ə saat 21 radələrində istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə «Whatsapp» proqramı vasitəsilə +**********1 nömrəsindən zəng gəldikdə özünü «******» ləqəbli X7 təqdim edən şəxsin Məhkumnin onlara müraciət etdiyini deyərək sonuncuya olan borcunu təcili ödəməsini tələb etdiyini, həmin şəxsə onun Məhkumyə hər hansı bir borcunun olmadığını desə də X15 onun barəsində cinayət aləmindən soruşub maraqlanmağını, həmin aləmdə yaxşı tanındığını, ona Rusiya Federasiyasından zəng etdiyini, hazırda Gürcüstandan 15 nəfər cinayət aləminin adamlarının gəldiklərini, onu güddüklərini, harada yaşamağı, ailə üzvləri, işləri barədə kifayət qədər məlumatlarının olduğunu, ona görə də özü və ailə üzvləri üçün problem yaratmamağını məsləhət gördüyünü bildirərək borcu təcili olaraq ödəməsini tələb etd iyini, hətta heç nədən qorxmadıqlarını, 20 ili gözlərinin qarşısına alaraq bu işə girişdiklərini dediyini, bundan sonra sabah onun adamı olan Rasim Alıyev adlı şəxsin Məhkum ilə birlikdə zəng edib görüşəcəklərini və onun sonuncuya konkret olaraq nə qədər borclu olmasını söyləyəcəklərini əlavə etdiyini, səhərisi gün, yəni 2017-ci il iyulun 8-də saat 18 radələrində 055 ***-**-** mobil telefon nömrəsindən ona zəng edən şəxsin özünü X15 dediyi R6 kimi təqdim edib harada olmağını soruşduqdan qısa müddət sonra mağazaya dörd nəfər şəxsin daxil olduğunu, onlardan ancaq Məhkumni tanıdığını, həmin şəxslərdən birinin özünü R6, digərinin isə X3 təqdim etdiyini, dördüncü adamın isə adını bilmədiyini, göstərilən şəxslərin onu sorğu-suala tutaraq Məhkum ilə nə kimi əlaqələrinin olması və ona olan borcu ilə maraqlandıqlarını, sonuncuya hər hansı bir borcunun olmadığını desə də Məhkumnin yalandan səs-küy salaraq onun guya borclu olmasını sübut etməyə çalışdığını, elə həmin vaxt X15 yenə eyni nömrədən ona zəng etdiyini, telefonu ondan R6 alaraq sonuncu ilə danışdığını, ona «narahat olma, qardaşın düzgün qərar verəcək, çıxıb çöldən yenidən danışacam» dediyini, göstərilən şəxslərə dəfələrlə heç bir borcunun olmadığını bildirsə də ona qulaq asmadıqlarını, X15 özünün zəng edib son qərarını söyləyəcəyini dediklərini, saat 22 radələrində sonuncunun yenə əvvəlki nömrədən zəng edərək onun Məhkumyə milyonlarla borcunun olmasını söyləyərək oğrularla danışdıqdan sonra onun nə qədər pul qaytarmalı olmağı barədə ona bildirəcəyini deyib səhərisi gün isə 50.000 ABŞ dolları məbləğində pul və 50.000 ABŞ do lları dəyərində mebel verməli olduğunu bildirdiyini, etiraz etdikdə ona hədə-qorxu gələrək 10.000 ABŞ dollarını təcili Gürcüstandan gələn oğru uşaqları yola salmaq üçün verməli olduğunu bildirdiyini, qalan pulun və mebelin verilməsi üçün isə sonradan ona vaxt verəcəyini söylədiyini, hədə-qorxulardan çəkindiyindən onun şərtləri ilə razılaşdığını, 2017-ci il iyulun 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələrək ərizə ilə müraciət etdiyini və keçiriləcək tədbirdə iştirak etməyə hazır olduğunu bildirdiyini, yaradılan əməliyyat qrupuna iki nəfər hal şahidinin və onun da daxil edildiyini, əməliyyat tədbirində istifadə edilməsi üçün əməliyyat xərclərindən ona seriyaları və nömrələri qeyd edildikdən sonra 100 ədəd 100 ABŞ dolları p ul əskinasının verildiyini, göstərilən tarixdə saat 12 radələrində baş idarədən çıxaraq hal şahidləri və polis əməkdaşları ilə birlikdə icarəyə götürdüyü, Bakı şəhəri, ************** ünvanında yerləşən «*******» mebel salonuna gedərək mağazaya daxil olduğunu, polis əməkdaşlarının isə hal şahidləri ilə birlikdə bayırda mövqe seçərək gözləməyə başladıqlarını, saat 13 radələrində X28 +**********1 mobil telefon nömrəsindən «whatsapp» proqramı vasitəsi ilə ona zəng edərək ilkin tələb etdikləri 10.000 ABŞ dollarını hazır edib-etmədiyini soruşduqda pulun hazır olmasını dediyini, sonuncunun pulu götürmək üçün göndərəcəyi şəxsin qısa müddətdə mağazaya gələcəyini bildirdiyini, bundan 5 dəqiqə sonra mağazaya 35-40 yaşlarında bir nəfər kişinin daxil olaraq onu soruşduğunu, özünü həmin şəxsə təqdim etd ikdən sonra isə onu X15 göndərdiyini bildirdiyini, həmin şəxsə polis əməkdaşlarının ona vermiş olduqları 10.000 ABŞ dollarını ötürərək bundan sonra polis əməkdaşlarına bu barədə şərti işarə verdiyini, mağazaya daxil olan polis əməkdaşlarının özlərini və hal şahidlərini həmin şəxsə təqdim etdikdən sonra onun şəxsiyyətini müəyyənləşdirdiklərini, özünü X4 təqdim edən saxlanan şəxsi qərarla tanış etdikdən sonra üzərində hər hansı qanunsuz əşya, yaxud predmet varsa çıxarıb təqdim etməsini təklif etdiklərini, sonuncunun heç bir müqavimət göstərmədən əynindəki şalvarın sağ yan cibindən 100 ədəd hər biri 100 ABŞ dolları olmaqla cəmi 10.000 ABŞ dolları pul əskinasını çıxarıb təqdim etdiyini, həmin pulu bir neçə dəqiqə bundan qabaq ondan götürdüyünü, həmçinin pulu götürmək üçün onu X16 və Rasim Alıy ev adlı şəxslərin yolladıqlarını, ondan da pulu alarkən onu X15 göndərməsini söyləməsini bildirdiklərini dediyini, X10 üzərindən əlavə olaraq bir ədəd «Samsung» markalı mobil telefonun aşkar olunaraq götürüldüyünü, pul əskinaslarının və bir ədəd mobil telefonun ayrı-ayrılıqda qablaşdırılaraq möhürləndiyini, bundan sonra baş idarəyə dəvət edildiklərini, orada müvafiq protokol tərtib olunmaqla bütün iştirakçılar tərəfindən imzalandığını, Məhkum ilə ortaq işləmədiklərini, sonuncunun mebel mağazalarına hər hansı bir şərikliyinin olmadığını, sadəcə qohum olduğuna görə ona etibar etdiyini, Məhkumnin müdafiəçisinin istintaqa təqdim etdiyi mühasibatlıq kitabının surətindən də bir daha onun rəhbər olmasının öz təsdiqini tapdığını, mağazalarına təyin etdiyi müdirləri, o cümlədən də sonuncunu işçil ərə «patron-müdir» deyə təqdim etdiyini, lakin bunun onların ortaq olmasına dəlalət etmədiyini, Məhkumnin göstərmiş olduğu şahidlərin işdən azad edilmiş narazı şəxslərin olduqlarını, hazırda da təqsirləndirilən şəxs ilə barışmadığını göstərdi və ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Bundan başqa iş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin tərtib etdiyi 2017-ci il 13 iyul tarixli protokoldan görünür ki, Məhkum göstərilən tarixdə saat 14:20-də Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2208 ünvanında yerləşən AFFA-nın inzibati binasının yaxınlığında saxlanıb üzərində hər hansı qanunsuz əşya, yaxud predmet varsa, təqdim etməsi təklif olunduqda o, əynindəki şalvarın sağ yan cibindən dörd ədəd şəffaf s ellofan bükümü, sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon aparatını çıxarmış, hal şahidlərinin iştirakı ilə bükümlərə baxış keçirilərkən iki bükümdə toz halında narkotik vasitə heroinə, digər iki bükümdə tünd qəhvəyi rəngli tiryəkə bənzər maddələrin olması müəyyən edilmiş, ilkin sorğu vaxtı Məhkum aşkar olunan bükümlərdən ikisinin heroin, ikisinin tiryək olmaqla həmin gün səhər saatlarında yaşadığı evin yanndakı küçədən tapdığını göstərmiş, kütlələr götürülüb zərfə qablaşdırılmaqla Azərbaycan Respublikası DİN-nin 6 №-li möhürü ilə möhürlənmiş, bundan əlavə N6 X9 ilə birlikdə əvvəllər kommersiya fəaliyyəti ilə məşğul olduğunu, həqiqətən də aralarında yaranmış borc öhdəliyi ilə bağlı kriminal aləmin üzvləri olan X16, R6 və «*******» ləqəbli X28 adlı şəxslərə müraciət etdiyini və sonuncuların vasitəsi ilə X18 pul almaq istədiyini bildirmiş; vəkil dəvət edilərək baş idarədə saxlanan şəxsə təqdim olunduqdan sonra tərtib edilən protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin tərtib etdiyi 2017-ci il 15 iyul tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs X38 şübhəli şəxs qismində Məhkum ilə üzləşdirilərkən zərər çəkmiş şəxs istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edərək onun heç bir borcunun olmadığını, şübhəli şəxs Məhkumnin ondan əsassız olaraq pul tələb etdiyini, üstünə cinayət aləminin adamlarını göndərdiyini, «Alpaçino» ləqəbi ilə Elçin adlı şəxsin ona zəng edib hədə-qorxu gəlməklə pul tələb etdiyini, əks halda ail ə üzvlərinin, əmlakının məhv ediləcəyi ilə hədələndiyini, onun da qorxduğu üçün 50.000 ABŞ dolları məbləğində pul və 50.000 ABŞ dolları dəyərində mebel verməyə razılaşdığını, Elçin adlı şəxsin tələbinə əsasən ilkin olaraq 10.000 ABŞ dollarını göndərdiyi X14 adlı şəxsə verdikdən sonra sonuncunun polis əməkdaşları tərəfindən saxlandığını bildirmiş, şübhəli şəxs isə qeyd olunanları qismən təsdiq etmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin tərtib etdiyi 2017-ci il 15 iyul tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkumyə məxsus «Samsung» markalı **********92621, zərər çəkmiş şəxs X32 məxsus «Samsung» markalı ********** İMEİ kodlu mobil telefon aparatlarının yaddaşındakı «Whatsapp» proqramı vasi təsi ilə qeydə alınıb səs yazılarını əks etdirən audio və videofayllara baxış keçirildikdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilən X28 adlı şəxsin X32 hədəqorxu gələrək pul tələb etməsi ilə bağlı danışıqların olması müəyyən edilmiş; audio və videofaylların cinayət işi üzrə əhəmiyyət kəsb etməsini nəzərə alıb göstərilən səs yazıları və görüntülər CD diskinə köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin tərtib etdiyi 2017-ci il 3 oktyabr tarixli protokoldan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2017-ci il 25 avqust tarixli 20759 №-li məktubuna əlavə edilən bir ədəd «CD» diskindəki məlumat lara baxış keçirildikdə 2017-ci il iyulun 11-də saat 1437:07-də zərər çəkmiş şəxs X32 məxsus 050 ***-**-** mobil telefon nömrəsi ilə təqsirləndirilən şəxs Məhkumyə məxsus 050 ***-**-** mobil telefon nömrəsi arasında 1.419 saniyə, 2017-ci il iyulun 8-də saat 1752:25-də cinayətkar qrupun digər üzvü ehtimal edilən Rasim Alıyevə məxsus 055 ***-**-** mobil telefon nömrəsindən zərər çəkmiş şəxs X26 mobil telefon nömrəsinə zəng vurularaq 157 saniyə, qeyd edilən tarixdə saat 1802:15-də 32 saniyə telefon danışıqlarının aparılması müəyyən edilmişdir, zənglərin tarixi zərər çəkmiş şəxs X26 və təqsirləndirilən şəxs Məhkumnin istintaqa vermiş olduqları ifadələr ilə üst-üstə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, iş üzrə Məhkum özünü məhkəmə istintaqı zamanı qeyd olunan, yəni hədə qo rxu ilə tələb etmə cinayət əməlini törətməsini etiraf etməsə də, onun həmin əməli törətməsi iş materiallarında olan sübutlarla tam təsdiq edilir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları məhkuma isnad edilən CM-in 182.3.2-ci maddəsinə dair hissədə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun CM-in 182.3.2-ci maddəsi təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə zərərçəkmiş şəxsin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanm ışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, Məhkumnin CM-in 182.3.2-ci maddəsi ilə təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkumyə isnad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkumnin bu h issədə cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum oğlunun cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən kassatorların Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə dair dəlillərini təkzibbedilməz bir sübuta söykənmədiyindən qəbul etmir və onların əsassız olması qənaətinə gəlir. Bunlarla yanaşıməhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi il ə təqsirli bilinməsinə dair hissədə belə hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri məhkuma qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə işin bütün hallarını CPM-in 144-146-cı maddələrinə müvafiq surətdə tədqiq etməmiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış və bu hissədə əsaslandırılmamış qərar qəbul etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin bu hissəsinə münasibət bildirərək aşağıdakıları qeydetməyi zəruri hesab edir: 1.İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan DİN-in BMCMİ-nin əməliyyat müvəkkili, polis mayoru E6 raportundan müəyyən edilir ki, o, BMCMİ-n rəisinə raportla müraciət edərək göstərmişdir ki, “ 12 iyul 2017-ci iltarixəd Baş İdarəyə ərizə ilə müraciət etmiş X31 qarşı hədə-qorxu gəlib külli miqdarda pul tələb etməkdə şübhəli bilinən Məhkum eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Daxil olmuş həmin məlumatlara əsasən Məhkum cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat axtarış tədbirinin keçirilməsinə icazə vermənizi xahiş edirəm” (cild 1, iş vərəqə 20).

2. Məhkəmə kollegiyası qeyd edir ki, əməliyyat axtarış tədbirinin keçirilməsi icazə ilə deyil, qərarla həyata keçirilir. Məhkum yaşadığı mənzilə, üzərinə baxış keçirilməsi və ya yaşadığı mənzildə və ya üzərində axtarış keçirilməsi haqqında nə əməliyyat-axtarış orqanı, nədə ki, müvafiq məhkəmə tərəfindən qərar qəbul edilməmişdir.

3. Məhkəmə kollegiyası ümumiyyətlə, əməliyyat axtarış tədbirində vəkilin iştirakının təmin edil məsini anlaşılmaz hesab edir. Çünki, məntiqə əsasən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan baxışa və axtarışa məruz qalan şəxsin üzərindən nə isə qeyri-qanuni bir şeyin aşkar olunacağını bilmir ki, (yaxud bilməməlidir ki) “baxış”a məruz qalmış şəxsə əvvəlcədən müdafiəçi təyin edir.

4. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan “Əməliyyataxtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsi haqqında” 13 iyul 2017-ci il tarixli Protokolda göstərilmişdir ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə də məlumatlar daxil olmuşdur. Həmin məlumatlara əsasən Məhkum cinayət əməllərinin ifşa olunması üçün 13 iyul 2017- ci il tarixdə Bakı şəhəri ərazisində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edildi. Əmə liyyat-axtarış tədbirində iştirak etmək üçün dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə birlikdə əməliyyat qrupu 14:00-da Məhkum gedəcəyi yerin ehtimal olunduğu Bakı şəhəri *********** ünvanında yerləşən “AFFA”-nın inzibati binasının yaxınlığına getdi. Təxminən 10 dəqiqədən sonra saat 14:20-də xarici əlamətlərinə görə Məhkumyə bənzər şəxs tərəfimizdən müşahidə olunaraq saxlanıldı. Dəvət edilmiş hal şahidlərinin iştirakı ilə biz saxlanılan həmin şəxsə özümüzü təqdim edərək polis əməkdaşları olduğumuzu bildirib xidməti vəsiqələrimizi göstərdik, ona da özünü təqdim etməsini təklif etdikdə saxlanılan həmin şəxs bildirdi ki, xx.xx.1964-cü ildə Gəncə şəhərində şəhərində anadan olmuş, Bakı şəhəri, ****************** qeydiyyatda olan Məhkumdur. Məhkumni qəbul edilmiş qərarla tanış edib həd ə-qorxu ilə pul tələb etməsində və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirdik. Saxlanılan Məhkumyə üzərində hər hansı qanunsuz əşya, yaxud predmet varsa çıxarıb təqdim etməsini təklif etdik. Məhkum heç bir müqavimət göstərmədi və əynində olan şalvarın sağ yan cibindən dörd büküm şəffaf sellofan bükümü, eləcə də şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı telefon mobil telefon aparatını çıxarıb bizə təqdim etdi. Məhkumdən aşkar olunmuş dörd ədəd sellofan bükümlər hal şahidlərinin iştirakı ilə tərəfimizdən açılıb baxıldıqda içərisində iki bükümdə toz halında, narkotik vasitə heroinə oənzər, digər iki bükümdə isə tünd qəhvəyi rəngli tiryəkə bənzər maddələrin olması müəyyən edildi. Həmin maddələr barədə Məhkumdən soru şulduqda bildirdi ki, həmin maddələrdən ikisi narkotik vasitə olan heroin, ikisi isə tiryəkdi, özünə məxsusdur və həmin gün səhər saatlarında yaşadığı evin yaxınlığındakı küçədən tapıb götürmüşdür. Aşkar edilmiş dörd ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitələrə bənzər maddələr tərəfimizdən götürülərək ayrılıqda kağız zərfə qoyulub qablaşdırıldı və DİN-in 6 saylı möhürü ilə möhürləndi.Baxış saat 14:20-də başlandı və saat 14:55-də başa çatdı. (cild 1, iş vərəqə 71-73).

5. Qeyd edilən 13 iyul 2017-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsi haqqında” Protokoldan görünür ki, Məhkumnin hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X39 dəvət etmiş, X35 və X6 isə istintaq hərəkətində hal şahidləri kimi iştirak etmişlər.

6. Bun dan başqa, protokolda qeyd edilmişdir ki, “Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə də məlumatlar daxil olmuşdur. Həmin məlumatlara əsasən Məhkum cinayət əməllərinin ifşa olunması üçün 13 iyul 2017- ci il tarixdə Bakı şəhəri ərazisində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edildi. Məhkumni qəbul edilmiş qərarla tanış edib hədəqorxu ilə pul tələb etməsində və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirdik”. Amma cinayət işinin materiallarında belə bir qərar yoxdur. Məhkumyə elan edilən və onun tanış olduğu hansı qərardır? Bu xüsusata apellyasiya məhkəməsi cavab tapmalıdır.

7. Cinayət işinin materiallarındakı BMCMİ-in rəisi tərəfindən Baş prokurorun müavininə və məhkəmə nə zarətini həyata keçirən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədrinə ünvanlanan məktubda göstərilmişdir ki, CPM-in 445.2-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarın surəti nəzarət qaydasında Sizə göndərilir. Maraqlıdır, iş materiallarında belə qərar yoxdursa, o zaman göndərilən hansı qərardır? (cild 1, iş vərəqə 84-85).

8. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, DİNin BMCMİ-nin əməkdaşları tərəfindən Məhkumni saxlanılmış və məhkuma isnad edilən narkotik maddələri onun şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Məhkum məhkəmə araşdırmaları zamanı onun üzərində heç bir narkotik maddənin olmadığını bildirmiş və bu barədə olan “etirafedici ifadələri”ni könüllü vermədiyini bildirmişdir.

9. Məhkəmə kollegiyası aparıl an bu əməliyyat-axtarış tədbirinin “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun və CPM-in tələblərinə uyğun olub-olmamasını araşdırılmalı olduğunu apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

10. Belə ki, Azərbaycan Respublikası CPM-in 177.3-cü maddəsinə əsasən, aşağıdakı istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur:

11. Yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması (177.3.1); tutulmuş və ya həbs edilmiş şəxsdən başqa, şəxsin iradəsinə zidd olaraq onun şəxsi müayinəsi (177.3.2); əmlak üzərinə həbs qoyulması (177.3.3); poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması (177.3.4);. telefo n və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi (177.3.5); maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi (177.3.6); meyitin qəbirdən çıxarılması (ekshumasiya) (177.3.7); cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması (177.3.8)

12. Azərbaycan Respublikası CPM-in 177.4-cü maddəsinə əsasən, baxış, axtarış və götürmə istisna edilməklə (burada baxış dedikdə CPM-in 177.3.1-ci maddəsində nəzərdə tutulan yaşayış yerinə xidməti və istehsalat bi nalarına baxış nəzərdə tutulur) yaşayış yerində, xidməti və istehsalat binalarında digər istintaq hərəkətləri, habelə bu Məcəllənin 177.3.6 və 177.3.7-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri yalnız məhkəmənin qərarı əsasında aparıla bilər. Müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında aşağıdakı istintaq hərəkətlərini məcburi apara bilər:

13. Yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması-bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda (177.4.1); şəxsi müayinə aparılması-bu Məcəllənin 238-2-ci maddəsində nəzərdə tutulmuş hallarda (177.4.2); əmlak üzərinə həbs qoyulması-bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda (177.4.3); poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması, habelə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsişəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə olan ağır və ya xüsusilə ağır cinayətlər üzrə sübutların müəyyən edilməsi üçün təxirə salına bilməyən hallar yarandıqda (177.4.4.); cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması – pul vəsaitləri və ya digər əmlakla əməliyyatın terrorçuluğun maliyyələşdirilməsinə yönəlməsini və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasını güman etməyə kifayət qədər əsas verən təxirə salına bilməyən hallar yarandıqda (177.4.5)

14. Azərbaycan Resp ublikası CPM-in 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilməyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq bu Məcəllənin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Müstəntiqin qərarı istintaq hərəkətinin məhkəmənin qərarı olmadan aparılmasının zəruriliyi və təxirə salına bilməməyi əsaslandırılmaqla bu Məcəllənin 446.2-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edilir. (CPM 177.5).

15. Bundan başqa məhkəmə qeyd edir ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin İ hissəsinə əsasən, Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 1) vətəndaşların sorğusu; 2) soraql aşma; 3) telefon danışıqlarına qulaqasma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 6) məhkumların məktublarının yoxlanılması; 7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 8) binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; 9) binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; 10) insanların güdülməsi; 11) şəxsiyyətin eyniləşdirilməsi; 12) nəzarət qaydasında mal alınması; 13) əşya və sənədlərin tədqiqi; 14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 15) nəzarətli göndəriş; 16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; 17) hüquqi şəxsin yaradılması; 18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi.

16. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təh lükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər.

16. Məhkəmə vurğulayır ki, göründüyü kimi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun da şəxsin üzərinə baxış keçirilməsi kimi bir anlayışı nəzərdə tutmur. Qanun yalnız əsas olduqda binalara, tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

17. Məhkəmə qeyd edir ki, CPM-in 445.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir:

18. Telefon danışıqlarına qulaq asma (445.1.1); poçt, teleqraf və digər göndərişlərin yoxlanılması (445.1.2); texniki rabitə kanallarından və digər texniki vasitələ rdən məlumatın çıxarılması (445.1.3); binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi (445.1.4); texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi (445.1.5); insanların güdülməsi (445.1.6)

19. Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə əsasən, “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir

20. Məhkəmə qeyd edir ki, CPM-in 445.2-ci maddəsinin tələbindən də göründüyü kimi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. 21. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsinin ikinci bəndinə əsasən, cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər.

22. Şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini (243.3.1); şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən qaçmış şəxsin yaşayış yerində gizləndiyini (243.3.2); yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını (243.3.3); yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu (243.3.4).

23. Cinayət işinin materiallarındakı “götürülmə” protokolundan görünür ki, Məhkumyə istinad edilən narkotik vasitələr onun şalvarının sağ yan cibindən götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərində olan geyimdə olan cib şəxsi əşyanı qoymaq üçün fərdin gizli saxlanc yeridir. Şəxsin cibində olan əşyanı fiziki təsir olmadan aşkar etmək və görmək mümkün deyildir. Cibdə olan əşyanı aşkar etmək və onun növünü müəyyən etmək üçün mütləq axtarış aparılmalıdır. CPM-in tələbinə görə yalnız həmin Məcəllənin 243.3-cü maddəsində göstərilən hallar istisna olmaqla baxış, axtarış və götürmə məhkəmənin qərarına əsasən aparılmalıdır.

24. Bundan başqa, məhkəmə kollegiyası vurğulayır ki, əməliyyat-axtarış orqanları şəxsin üzərində axtarış aparmaq istəyirlərsə, bunun üçün qərar olmalıdır. Hər hansı bir şəxsi qərar olmadan saxlayıb “cibində nə var çıxarıb təqdim et” demək Azərbaycan Respublikasının Konstitusiyasının, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və Cinayət prosessual qanunvericiliyin tələblərinə dabandabana ziddir. Cinayət işinin materiallarından görünür ki, Məhkumnin üzərində axtarış aparılması barədə məhkəmə qərarı olmamışdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 10.1-ci maddəsinin tələbinə əsasən, əhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiya sının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. 10.2. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.

26. CPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konst itusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.

27. CPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmənin qərarı olmadan və ya tutulma, yaxud həbsə alma hallarından başqa hər hansı şəxsin axtarışı və şəxsi müayinəsi, onun toxunulmazlığı hüququnu pozan digər prosessual hərəkətlər bu şəxsin və ya onun qanuni nümayəndəsinin iradəsi əleyhinə aparıla bilməz.

28. CPM-in 125.2-ci maddəsinin tələblərinə əsasən, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 29. 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqla rından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə;

30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir.

31. Azərbaycan Respublikası CPM-in 144.1-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliy i müəyyənləşdirilir.

32. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

33. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

34. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, istər istintaq orqanı tərəfindən, istərsə də işə baxan məhkəmələr tərəfindən işin hallarında Məhkumnin üzərində olan şalvarının sağ yan cibindən aşkar edilməsi iddia olunan narkotik vas itə olan heroinin və tiryəkin Məhkumyə məxsus olması, həqiqətən də onun üzərindən aşkar edilməsi və aşkar edilən narkotik maddələrin məhkumun satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlaması təkzibedilməz sübutlarla əsaslandırılmamışdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun04 mart 2011-ci il Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0. 9-cu maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə i lə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

36. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Plenum qərarından göründüyü kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, na rkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Məhkumnin narkotik vasitəni satması barədə hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə, o cümlədən narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması dair iş materiallarında heç bir sübut yoxdur. Eyni zamanda, məhkumun şalvarının sağ cibindən aşkar edilib götürülmüş narkotik vasitələrin həqiqətən də məhkuma məxsus olması təkzibedilməz sübutlarla təsdiq edilməmiş və işə baxan məhkəmələr bu barədə kifayət qədər əsaslandırma apara bilməmişlər.

38. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Səhiyyə Nazir liyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi narkoloji tibbi yoxlamanın 2017-ci il 16 avqust tarixli 1309 №-li rəyindən görünür ki, Natiq İspəndiyar oğluSənaidə hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir və o, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur.

39. Məhkəmə kollegiyası o faktı da apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkumnin qabaqcadan əlbir olan bir qrup şəxslə razılaşaraq zərərçəkmiş şəxs X5 miqdarda əmlakını ələ keçirmək niyyətilə törətdiyi əməl artıq 12 iyul 2017-ci il tarixdə ifşa olunmuşdu və M.Sənainin bilirdi ki, polisin növbəti addımı onun barəsində olacaqdır. M.Sənainin bu xüsusatı bildikdən sonra üzərində narkotik maddə gəzdirməsi inandırıcı görün mür.

40. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun müddəalarının, istərsə də Plenum qərarının tövsiyyələri baxımından yanaşdıqda işə baxan məhkəmələr tərəfindən Məhkumnin külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, daşıması və üstündə saxlaması barədə gəldikləri nəticə əsaslı görünmür.

41. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən kassatorun bu barədə olan dəlilləri ilə qismən razılaşır, onları əsaslı hesab edir və qeyd edir ki, işə baxan məhkəmələr Məhkumnin CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə hərtərəfli, tam və obyektiv surətdə araşdırma aparmamış, sübutların həqiqiliyinə və yaranma mənbəyinə, həmçinin əldə edilməsi hallarına əhəmiyyət verməmiş, iş üzrə ifadə verən polis əməkdaşlarının və hal şahidlərinin ifadələri ndə göstərdikləri xüsusatların həqiqət olub-olmamasını araşdırmamış, həmin xüsusatların işdəki digər sübutlarla müqayisəli tədqiqini aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə əsaslandırılmamış nəticəyə gəlmişlər.

42. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını aparan orqanlar hər bir halda qanunun və hüququn aliliyini təmin etməlidirlər. Belə ki, hüququn aliliyi demokratik cəmiyyətin təməl prinsiplərindəndir.

43. Məhkəmə qeyd edir ki, sübutlar elə əldə edilməlidir ki, Konstitusiyada və ya Cinayət Prosessual Qanunvericiliyində təsbit edilmiş insan və vətəndaşın konstitusion hüquq və azadlıqlarını məhdudlaşdırmasın və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, eyni zamanda cinayət törətmiş hər bir şəxsin cinayət məsuliyyətinə cəlb edilib cəzalan dırılmasına və təqsiri olmayan şəxsin bəraət almasına xidmət etmiş olsun.

44. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.

45. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

46. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları və X21 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

47. Cinayət törətməkdə ittiham olunan hər kəs, onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının gəldiyi nəticəyə hər bir halda məhkəmələr qiymət verir. Ha kimlər isə cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələr ilə bağlı deyillər. (CPM 25.2) Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. (CPM 33.2) Yuxarıda qeyd edildiyi kimi işə baxan məhkəmələr tərəfindən isə CPM-in 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozulmuşdur.

49. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X36rşı» 09 dekabr 1994-cü il və “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmə qərarı əsaslandırılmış olmalı, əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin, hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır.

50. Bu hallarla əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı" 13 yanvar 2009-cu il, "Xirvisaari Finlandiyaya qarşı" 27 sentyabr 2001-ci il, "X37rşı" 9 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı" 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı i nstansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alınmadığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir.

51. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin "Hiro Balani İspaniyaya qarşı" iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarında qeyd edilmişdir ki, 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı m övqeyini konkret olaraq əsaslandırmalıdır.

52. Beləliklə, kassasiya kollegiyası məhkumun müdafiəçiləri tərəfindən birgə verilən kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və işə baxan məhkəmələrin qərarlarının təsvir-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək bu dəlilləri Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə əsassız hesab edir və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr bu hissədə qanuni və əsaslı qərar qəbul etmişlər.

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkumnin CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi ilə bağlı dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, kassasiya şikayəti qi smən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qərarı məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən CPM-in 143-146-cı maddələrinə uyğun olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə bütün sübutları hərtərəfli və obyektiv surətdə tədqiq etməli, sübutlara CPM-in 125-ci maddəsinin tələbləri nəzərə alınmaqla düzgün qiymət verməli, Məhkumyə isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin sübuta yetirilib-yetirilməməsini tək zibedilməz dəlillərlə əsaslandırmalı və iş üzrə qanuni və əsaslı qərar etməlidir.

54. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərini təsbit edir.

55. Məhkəmə kollegiyası hazırki halda apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi apellyasiya məhkəməsi tərəfindən göstərilən qanun müddəalarının pozulmasını görür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum müdafiəçilərinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qərarı Məhkumnin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməsi və cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 419.10.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Məhkum müda fiəçiləri Müdafiəçi və X23 birgə verdikləri kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarı məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilsin və cinayət işi bu hissədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar