Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-763/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Əliyev Nurlan Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamında müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə 07 fevral 1987-ci ildə Rusiya Federasiyasının Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, fərdi əm əklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2 və 234.1-ci maddələri ilə məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 14.08.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 04 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, ev 19 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.3-cü maddəsi ilə xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Anar Ələkbərov tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etd i: Sabunçu Rayon Məhkəməsinin 12 avqusr 2020-ci il tarixli qərarına əsasən (hakim S.Ə.Ağayev sədrliyi ilə) Səfixanov Xəyyam Ağamməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilərək cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) apellyasiya protesti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin qərarına əsasən, təqsirləndirilən Məhku m 01 iyun 2020-ci il tarixdə saat 20:50 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində yerləşən ətir və musiqi disklərinin satışı mağazasında tələsdiyini bildirərək ona tez xidmət olunmasını bildirməsinə görə Nəzərov Naib Asəf oğlunun ona irad bildirməsi səbəbindən aralarında qəflətən şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı sonuncunun üz nahiyəsindən vurmaqla ona sol göz yuvasının aşağı-arxa divarının əng sümüyü cibinə keçən sınığı, sol göz yuvası ətrafıalmacıq nahiyəsinin əzilmiş yarası və ənsə nahiyəsinin qançırı ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə müşayiət olunan hərəkətləri xuliqanlıq əməli kimi qiymətl əndirilməməli, onun bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi və işin apellyasiya baxışına təyin olunması xahiş olunur. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, baş vermiş hadisədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma əməlinə dair cinayət tərkibinin əlamətlərinin olması iş üzrə dindirilmiş təqsirləndirilən şəxs Məhkum qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidin ifadələri və məhkəmə tibbi ekspertizasının rəyi, eləcə də işin digər faktiki halları ilə tam sübuta y etirilməsinə baxmayaraq, məhkəmə əsassız olaraq Məhkum əməlini CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif etməkdə haqlı olmamışdır. Məhkəmə Xəyyam Səfıxanovun əməlini CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edərkən məhz onun məhkəmədə özünü müdafiə məqsədi ilə verdiyi ifadəsini əsas götürərək baş vermiş mübahisənin zərərçəkmiş şəxs Nəzərov Naib Asəf oğlunun təşəbbüsü ilə başlanmasını və onun qəsdinin zərərçəkmişin qanunsuz hərəkətlərinə qarşı yönəlməsini, davranışında xuliqanlıq niyyətinin olmamasını, baş vermiş əməlin intiqam hissindən qaynaqlanmasım vurğulayaraq, həmin maddə ilə ona istinad edilən cinayət əməlinin tərkibinin olmadığı qənaətinə gəlmişdir. Halbuki, cinayət işinin materialları, eləcə də işin obyektiv halları ilə sübuta yetirilmişdir ki, Xəyyam Səfıxanov 01 iyun 2020-ci il tarixdə təxminən saat 20.50-də Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində yerləşən ətir və musiqi disklərinin satışı mağazasına daxil olduqdan sonra mağazada növbədən kənar xidmət olunmasını tələb etdiyinə görə Nəzərov Naib Asəf oğlunun ona irad bildirməsini cüzi səbəb kimi bəhanə etməklə özünü başqalarından əsaslı fərqlənməsi və üstün olmasını təsdiq etmək məqsədilə qəflətən sonuncunun üz nahiyəsindən vurmaqla ona sol göz yuvasının aşağıarxa divarının əng sümüyü cibinə keçən sınığı, sol göz yuvası ətrafı- almacıq nahiyəsinin əzilmiş yarası və ənsə nahiyəsinin qançırı ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid edilə n xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Lakin məhkəmə həmin nəticəyə gələrkən nəzərə almamışdır ki, X. Səfıxanov istər istintaq zamanı, istərsə də məhkəmədə qeyri-səmimi, həqiqətə uyğun olmayan ifadələr vermiş, törətdiyi cinayəti məhkəmədə etiraf etməmiş, özünü müdafiə etmək məqsədilə münaqişənin gah zərərçəkmiş şəxs N.Nəzərovun satıcı E.Osmanovla mübahisə etməsinə görə baş verdiyini, gah da ətir alan şəxsin, yəni N.Nəzərovun aldığı ətiri musiqi diskinin üzərinə qoyaraq ona sərt cavab verdiyinə, həmin şəxsin cavabını sərt şəkildə qaytararkən aralarında sözlə mübahisənin olmasına, sonuncunun ona baş zərbəsi endirməyə cəhd etdiyinə görə baş verdiyini göstərmişdir. Belə ki, Məhkum ifadəsində göstəmişdir ki, 01.06.2020-ci il tarixdə saat 20:5 0 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində yerləşən ətir və musiqi disklərinin satışı mağazasına gəlmiş, həmin vaxt orada əvvəllər tanımadığı bir nəfər şəxsin özünə ətir aldığını görmüşdür. Musiqi diski seçərək kassaya yaxınlaşdıqda həmin şəxsin mağazanın Elvin adlı işçisi ilə sözləşməsini görmüşdür. Aldığı musiqi diskinin dəyərini ödəməsi üçün diski kassada piştaxtanın üstünə qoymuş, bu zaman ətir alan şəxs aldığı ətiri onun kassaya qoyduğu musiqi diskinin üzərinə qoyaraq ona sərt cavab vermiş, həmin şəxsin cavabını eyni şəkildə qaytararkən aralarında sözlə mübahisə baş vermiş, həmin vaxt ətir alan şəxs ona baş zərbəsi endirməyə cəhd etsə də, o, həmin zərbənin ona dəyməməsi üçün geriyə çəkilib əl zərbəsi ilə həmin şəxsin üz nahiyəsindən bir dəfə vurm uş, zərbənin təsirindən sonuncu yerə yıxılmışdır. Məhkəmədə zərərçəkmiş şəxs N.Nəzərov ifadəsində göstərmişdir ki, mağazada olarkən əvvəllər tanımadığı idmançı bədən quruluşlu bir nəfər şəxs ondan sonra mağazaya daxil olmuş, mağazada həmin şəxs, onun özü və satıcıdan başqa heç kim olmamışdır. Özünə ətir seçib pulunu ödəmək üçün kassaya yaxınlaşarkən, həmin idmançı şəxs də onun arxasınca kassaya yaxınlaşmışdır. Həmin şəxs kassirə bir ədəd disk verərək müxtəlif musiqilər yazmasını istəmişdir. Onun özü tələsdiyi üçün kassirdən seçdiyi ətiri verməsini xahiş etmiş, bu zaman digər müştəri kobud formada onun da tələsdiyini söyləmiş, o, həmin şəxsə “xətrinə dəyəcək hər hansı ifadə işlətdimsə, üzrlü sayın” demişdir. Həmin şəxs də “mənim xətrimə dəymək sənin başın üçün deyil” deyə cavab vermişdir. H əmin şəxsin cavabı xoşuna gəlmədiyi üçün üzünü çevirmiş, bu zaman sol yan üz nahiyəsindən yumruq zərbəsi dəymiş və o, yerə yıxılaraq huşunu itirmişdir. Mağazanın satıcısı E.Osmanov həm ibtidai istintaq zamanı, həm də məhkəmədə şahid qismində dindirilməsi zamanı verdiyi ifadəsində göstərmişdir ki, mağazaya bir nəfər tanımadığı şəxs gələrək özü üçün ətir seçmiş, həmin şəxsdən bir-iki dəqiqə sonra mağazaya Xəyyam Səfıxanov da gələrək özü üçün musiqi diski seçdikdən sonra kassaya yaxınlaşmışdır. Həmin vaxt özünə ətir seçmiş şəxs artıq kassanın qarşısında olmuş, Məhkum ona bir ədəd diski verərək tələsdiyi üçün tez bir zamanda həmin diskə müxtəlif musiqilər yazmasını demişdir. Ətir alan şəxs də tələsdiyini söyləyərək ondan seçdiyi ətiri verməsini xahiş etdiyi üçün üzünü çevirib ətiri vermək istə yərkən X.Səfıxanovun həmin şəxslə mübahisə etmələrini eşitmişdir. Onlara tərəf üzünü çevirib sakitləşdirmək istəyərkən ətir alan şəxsin huşsuz vəziyyətdə yerə yıxılmasını görmüşdür. X.Səfıxanovdan nə baş verməsini soruşduqda o, ətir alan şəxsin ona başla zərbə endirməyə cəhd etməsini, nəticədə geri çəkilərək həmin şəxsə bir yumruq zərbəsi vurduğunu demişdir. O, həmçinin bildirmişdir ki, Naib Nəzərovla onun arasında heç bir mübahisə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-birliyi tərəfindən verilmiş 05.06.2020-ci il tarixli, 824 nömrəli ekspert rəyindən görünür ki, Nəzərov Naib Asəf oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarət-sol göz yuvasının aşağı-arxa divarının əng sümüyü, cibinə keçən sınığı, sol göz yuvası ətrafı-alma cıq nahiyəsinin əzilmiş yarası və ənsə nahiyəsinin qançırı ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid edilir. Xəyyam Səfıxanov tərəfindən ibtidai istintaq zamanı ona verilmiş ittiham üzrə olan cinayət əməlinin törədilməsi öz təsdiqini tapsa da, məhkəmələr tərəfindən işin faktiki hallarına uyğun olmayan müxtəlif əsaslar gətirilməklə onun əməlinin hüquqi tövsifi üzrə əsassız nəticəyə gəlimişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin n ormalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Kassasiya protestində məhkəmələr tərəfindən hazırki iş üzrə gəldiyi nəticələr iş üzrə təsdiq edilmiş sübutlarla təsdiq edilməmiş və işin faktitki hallarına uyğun olmamışdır. Odur ki, kollegiya dövlət ittihaçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 26 noyabr 2020- ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət işi üzrə müəyyən olunmuş hallardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi, təqsirləndirilən Məhkum zərərçəkmiş Nəzərov Naib Asəf oğlu ilə barışdığından, müdafiə tərəfi olmaqla bəraətverici əsaslar olmadan işin icraatına xitam verilməsinə razı olduğuna görə onun barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan cin ayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi nəticəsinə gəlməklə birinci instansiya məhkəməsi qanuni və əsaslı qərar qəbul etmiş və təqsirləndirilən Məhkum əməlində xuliqanlıq niyyəti (təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında yaranan münasibət, zərərçəkmişin ilkin davranışı, əməlin bir hərəkətlə ifadə olunması, zərərin yetirildiyi bədən nahiyyəsi və üsulu) cinayətin motivi kimi özünü biruzə vermədiyindən əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi qanunauyğun sayılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin ) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmı ş hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Belə ki, Xəyyam Səfıxanov 01 iyun 2020-ci il tarixdə təxminən saat 20.50-də Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində yerləşən ətir və musiqi disklərinin satışı mağazasına daxil olduqdan sonra mağazada növbədən kənar xidmət olunmasını tələb etdiyinə görə Nəzərov Naib Asəf oğlunun ona irad bildirməsini cüzi səbəb kimi bəhanə etməklə özünü başqalarından əsaslı fərqlənməsi və üstün olmasını təsdiq etmək məqsədilə qəflətən sonuncunun üz nahiyəsindən vurmaqla ona sol göz yuvasının aşağı-arxa divarının əng sümüyü cibinə keçən sınığı, sol göz yuvası ətrafıalmacıq nahiyəsinin əzilmiş yarası və ənsə nahiyəsinin qançırı ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 iyun 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə p ozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlayaraq qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanla r arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməlidir. Çünki sübutlara qiymət verilməsində bu mütləq şərtdir. Belə ki, CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir -biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin mübahisələndirilən qərarını göstərilən səbəblərdən əsassız hesab edir və qeyd edir k i, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı" 13 yanvar 2009-cu il, "Xirvisaari Finlandiyaya qarşı" 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı" 9 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı" 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, əsaslandırmanın səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentl ərinin nəzərə alınmadığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə qeyd edir ki, sübutlar elə əldə edilməlidir ki, Konstitusiyada və ya Cinayət Prosessual Qanunvericiliyində təsbit edilmiş insan və vətəndaşın konstitusion hüquq və azadlıqlarını məhdudlaşdırmasın və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, eyni zamanda cinayət törətmiş hər bir şəxsin cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasına və təqsiri olmayan şəxsin bəraət almasına xidmət etmiş olsun. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarət dir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının gəldiyi nəticəyə hər bir halda məhkəmələr qiymət verir. Hakimlər isə cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələr ilə bağlı deyillər. (CPM 25.2) Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən CPM-in 144-146-cı maddələrinə uyğun olaraq sübutları hərtərəfli və obyektiv surətdə tədqiq etməli, sübutlara CPM-in 125-ci maddəsinin tələbləri nəzərə alınmaqla düzgün qiymət verməli, ittiham orqanı tərəfindən təqdim edilən zərərçəkmiş və şahidlərin məhkəmədə dindirilməsini, həmçinin müdafiə tərəfindən dindirilməsini təmin etməli və təsdiq edilmiş mötəbər sübutlara söykənən əsaslandırılmış qərar qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərildiyi kimi, “bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir”. Belə ki, Xəyyam Səfıxanov 01 iyun 2020-ci il tarixdə təxminən saat 20. 50-də Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində yerləşən ətir və musiqi disklərinin satışı mağazasına daxil olduqdan sonra mağazada növbədən kənar xidmət olunmasını tələb etdiyinə görə Nəzərov Naib Asəf oğlunun ona irad bildirməsini cüzi səbəb kimi bəhanə etməklə özünü başqalarından əsaslı fərqlənməsi və üstün olmasını təsdiq etmək məqsədilə qəflətən sonuncunun üz nahiyəsindən vurmaqla ona sol göz yuvasının aşağı-arxa divarının əng sümüyü cibinə keçən sınığı, sol göz yuvası ətrafıalmacıq nahiyəsinin əzilmiş yarası və ənsə nahiyəsinin qançırı ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsi əməlin tövsifi üzrə nəticəyə gələrkən təqsirləndirilən şəxsin cinayətə aid olan bütün hərəkətlərinin məcmusundan çıxış etmiş və bu zaman musiqi disklərinin satışı mağazasında tələsdiyini bildirərək ona tez xidmət olunmasını bildirməsinə görə Nəzərov Naib Asəf oğlunun ona irad bildirməsi səbəbindən aralarında qəflətən şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı sonuncunun üz nahiyəsindən vurmaqla ona sol göz yuvasının aşağı-arxa divarının əng sümüyü cibinə keçən sınığı, sol göz yuvası ətrafı-almacıq nahiyəsinin əzilmiş yarası və ənsə nahiyəsinin qançırı ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə müşayiət olunan hərəkət ləri xuliqanlıq əməli kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 mаy 2011-ci il tаrixli qərаrındа xuliqanlıq cinayət əməlinin əlamətlərini аçıqlаyаrаq göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər dir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görü r və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq əməlinin silah və silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, belə əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında (3-cü bənd) izah olunur ki, ictimai qaydanı kobud surətdə pozm adan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun “B.Yusifovanın şikayəti üzrə...” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın əsas xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməs i, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Məhkəmə təcrübəsində f ormalaşmış hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsinin və Ali Məhkəmənin istinad olunan Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Apellyasiya məhkəməsinin qeyd olunan halların fonunda, həm də CPM-in 139, 143146, 353.2.2-ci maddələrinin tələblərinin ziddinə olaraq - sübutları təhlil etmədən Məhkum əməlində xuliqanlıq niyyətinin olmaması haqında nəticəyə gəlməsi onu göstərir ki, apellyasiya məhkəməsi məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməli olmasına dair Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin müvafiq olaraq 349.5.1 və 349.5.3-cü maddələrinin tələblərini pozmuş, xuliqanlıq motivi nin təfsirinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərindən qaçırmışdır. Odur ki, kollegiya apellyasiya məhkəməsinin hazırki işə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.15-ci maddələrində göstərilən pozuntulara yol verməsi, kassasiya protestinin əsaslı olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Məhkum Ağaməmməd oğlunun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 26 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-763/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-763/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver