Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-763/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum3 müdafiəçisi, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Məlikov Hacıbala Məlik oğlunun iştirakları ilə xx xxxxx 1994-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Yergüc kəndində fərdi yaşayış evin də yaşamış, hal-hazırda həbsdə olan Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.2.1 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Məlikov Hacıbala Məlik oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: R.Ş.Əliyev (sədrlik edən), F.Z.Hümbətov və H.S.Əliyev) Məhkum3 - Azərbaycan Respublikası CM-in 29, 120.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 29, 120.2.1-ci maddəsi ilə 11 (on bir) il 3 (üç) ay mü ddətə, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 24 aprel 2021ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 və Məhkum2 da Azərbaycan Respublikası CM-in 29, 120.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək məhkum olunmuşlar. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi, təqsirləndirilən şəxs Məhkum3 Şahhüseyn oğlunun mü dafiəçisi və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.C.Cəfərov (sədrlik edən), R.O.Əsgərova və R.Ə.Ağayev) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum1, Məhkum2 və Məhkum3 ona görə məhkum edilmişlər ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan mərhum etməyə cəhd etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zər ər çəkmiş şəxsə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişlər. Belə ki, Məhkum1 Zərərçəkmiş şəxs onun sifət nahiyəsinə küt əşya ilə vurub xəsarət yetirməsini zənn edərək yaxın münasibətdə olduğu Məhkum3 və Məhkum2 ilə müxtəlif vaxtlarda görüşüb aralarında əvvəlcədən əldə olunmuş razılığa əsasən onlarla birlikdə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə 22 aprel 2021-ci il tarixdə saat 21 radələrində Xaçmaz şəhəri Bakı prospektində yerləşən ictimai yer hesab olunan “Zeytun” restoranının qarşısında Məhkum3 Zərərçəkmiş şəxs söhbət etmək üçün kənara gəlməsini bildirərək onunla razılığa gələ bilmədiyi üçün ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək sonuncunun sifət nahiyəsin ə yumruq zərbəsi vurub onun müqavimətini qırdığını görərək Zərərçəkmiş şəxs üzərinə doğru hücum edib onu restorana daxil olmağa vadar edərək, orada Məhkum2 Zərərçəkmiş şəxs təpik zərbəsi vurub onu zərərsizləşdirməsindən istifadə etməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək cibində gəzdirdiyi, növü istintaqla müəyyən edilməyən kəsici-deşici aləti silah qismində istifadə edərək sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vurub ona “hemorragik şokla müşayiət olunmuş böyük piyliyin eventrasiyası (xaricə çıxması) ilə qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yara” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, “sol, bazu, sağ said, sağ əlin İ barmağı, döş qəfəsi və sol bud nahiyələrinin deşilmiş kəsilmiş yaraları” kimi sağ lamlığa yüngül zərər vuran və “sol çiyin qurşağının qançırı” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs qaçıb uzaqlaşması səbəbindən restoranı tərk edərək əlindəki kəsici-deşici alətlə restoranın yaxınlığında mühərriki sönük vəziyyətdə dayanmış sonuncunun istifadəsindəki “Ford Transit” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinə zərbələr endirib maşına ümumilikdə 483 manat maddi ziyan vurmuş,lakin Zərərçəkmiş şəxs restorandakı şəxslərin köməyi ilə “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin reanimasiya şöbəsinə yerləşdirilərək həkimlər tərəfindən göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunması səbəbindən bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməllərini öz iradəsindən asılı olma yan səbəblərdən başa çatdıra bilməmiş, bununla da, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması və onun əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2022-ci il tarixli qərarının məhkum edilmiş şəxs Məhkum3 aid hissədə dəyişdirilməsi və onun əməlinin CM-in 221.1- ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası həddində cəza təyin edilməsinə dair qərar qəbul edil məsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı Məhkum3 aid hissədə qanunsuz və əsassızdır, qərar həmin hissədə ləğv edilməlidir. Belə ki, təqsirləndirilən şəxslərin üçü də həm ibtidai istintaqda, həm də məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, onların Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, heç vaxt bu barədə aralarında söz-söhbət və yaxud qabaqcadan razılıq olmamış, hadisə vaxtı Müşfiqlə təsadüfən “Zeytun “ restoranının qarşısında rastlaşmışlar, onu heç vaxt güdməmişlər. Məhkum və X10 ifadələrində göstərmişlər ki, hadisədən qabaq X11un üzərində bıçaq gəzdirdiyini bilməmişlər, X11un özü də təsdiq etmişdir ki, o, üzərində bıçaq gəzdirdiyini Məhkum və X11 bildirməmişdir. İş materiallarında elə bir sübut yoxdur ki, təqsirləndirilən şəxslə rin Zərərçəkmiş şəxs öldürmək barədə qabaqcadan razılığa gəlməsini, bunun üçün hazlrlaşdığını təsdiq etmiş olsun. Hadisə vaxtı Məhkum3 hərəkətləri də onun Zərərçəkmiş şəxs öldürmək məqsədində olmadığını bir daha təsdiq edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi H.Məlikovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayə ti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları ü zərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum3 Şahhüseyn oğlu məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin hüquqi tövsifi mübahisə edilir. Hesab edilir ki, Məhkum3 əməli CM-in 221.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həy atdan məhrum etmə”yə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə əsasən “Qəsdən: 120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməon dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— 221.2. Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. icti mai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə— 221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən mə hkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərd ə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşma yan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri- obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya ins tansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum3 Şahhüseyn oğlunun verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum3 Şahhüseyn oğlunun əməlini Azərbaycan Respublikası CM-in 29, 120.2.1 və 221.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq məhkumun əməlinin CM-in 221.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. İş materiallarından görünür ki, Məhkum3 yaxın münasibətdə olduğu Məhkum1 Zərərçəkmiş şəxs tərəfindən küt əşya ilə vurularaq xəsarət almasını zənn edərək Məhkum2 və Məhkum1 ilə birlikdə müxtəlif vaxtlarda görüşüb aralarında əvvəlcədən əldə olunmuş razılığa əs asən onlarla birgə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə 20 aprel 2021-ci il tarixdə saat 15:46-da və 17:29-da istifadəsində olan mobil nömrə ilə Zərərçəkmiş şəxs mobil nömrəsinə zəng edib sonuncunu görüşə dəvət etmiş, lakin Zərərçəkmiş şəxs onunla görüşməkdən imtina etmiş, 22 aprel 2021-ci il tarixdə saat 21 radələrində Xaçmaz şəhəri Bakı prospektində yerləşən ictimai yer hesab olunan “Zeytun” restoranının qarşısında Zərərçəkmiş şəxs yaxalayaraq söhbət etmək üçün ona kənara gəlməsini bildirmiş, lakin onunla razılığa gələ bilmədiyi üçün ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək sonuncunun sifət nahiyəsinə yumruq zərbəsi vuraraq onun müqavimətini qırıb Məhkum1 Zərərçəkmiş şəxs üzərinə doğru hücum edərək onu restorana da xil olmağa vadar edib orada Məhkum2 köməyi ilə cibində gəzdirdiyi, növü istintaqla müəyyən edilməyən kəsicideşici aləti silah qismində istifadə edərək sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vurub ona “hemorragik şokla müşayiət olunmuş böyük piyliyin eventrasiyası (xaricə çıxması) ilə qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yara” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, “sol, bazu, sağ said, sağ əlin İ barmağı, döş qəfəsi və sol bud nahiyələrinin deşilmiş kəsilmiş yaraları” kimi sağlamlığa yüngül zərər vuran və “sol çiyin qurşağının qançırı” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsinə köməklik göstərmiş, Zərərçəkmiş şəxs qaçıb uzaqlaşması səbəbindən Məhkum1 və Məhkum2la birlikdə restoranı tərk etmiş, daha sonra Məhkum1 əlindəki kəsi ci-deşici alətlə restoranın yaxınlığında mühərriki sönük vəziyyətdə dayanmış sonuncunun istifadəsindəki “Ford Transit” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinə zərbələr endirib maşına ümumilikdə 483 manat maddi ziyan vurmuş, lakin Zərərçəkmiş şəxs restorandakı şəxslərin köməyi ilə “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin reanimasiya şöbəsinə yerləşdirilərək həkimlər tərəfindən göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunması səbəbindən bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiy yətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması və onun əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hər əkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs restorandakı şəxslərin köməyi ilə “Xaçmaz ray on Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin reanimasiya şöbəsinə yerləşdirilərək həkimlər tərəfindən göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində sağ qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi ETTB” Publik Hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 23 aprel 2021-ci il tarixli, 209 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlərhemorragik şokla müşayiət olunmuş, böyük piyliyin eventrasiyası (xaricə çıxması) ilə qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara, sol bazu, sağ said, sağ əlin birinci abrmağı, döş qəfəsi və sol bud nahiyələrin deşilmiş-kəsilmiş yaraları, deşici-kəsici alətin (bıçağın) təsirindən törənməklə d ərəcələrinə görə hemorragik şokla müşayiət olunmuş, böyük piyliyin eventrasiyası (xaricə çıxması) ilə qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol çiyin qurşağının qançırı bərk küt əşyanın təsirindən törənməklə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir. Göstərilən xəsarətlərin yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixə uyğun gəlir. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMC-nin məlumatlarına baxış keçirilməsi haqqında 09 iyul 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:46-d a və həmin gün saat 17:29-da təqsirləndirilən şəxs Məhkum3 istifadəsində olan 050-413- 06-30 mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edilmiş və müvafiq olaraq 40 və 72 saniyədən ibarət telefon danışığı baş tutmuşdur. İş materiallarında olan videogörüntülərdən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20:50-də Xaçmaz şəhərində yerləşən “Zeytun” restoranının bayır tərəfində iki nəfər şəxs bir-biri ilə salamlaşır, onlardan birinin üzü saqqallıdır və bu şəxs Məhkum3dur. Həmin şəxslər salamlaşdıqdan sonra restorandan digər şəxs, yəni başında papaq və əlində sellofan olan Zərərçəkmiş şəxs çıxır. Zərərçəkmiş şəxs Məhkum3la salamlaşır, sonra Məhkum3 Zərərçəkmiş şəxs kənara tərəf çəkmək istəyir, lakin Zərərçəkmiş şəxs onunla getmir və bu z aman Məhkum3 qəflətətən yumruqla Zərərçəkmiş şəxs vurur, sonra isə onu yanlarında dayanmış avtomobilin kapotu üzərinə yıxır. Bu zaman orada əvvəlcədən Məhkum3la söhbət edən digər şəxs və orada olan kənar şəxslər Məhkum3 uzaqlaşdırmağa çalışır. Bundan sonra Zərərçəkmiş şəxs ona vurulan zərbə nəticəsində əlindən yerə tökülmüş əşyaları yığır, lakin elə bu anda o, üzərinə yenidən artıq sifət nahiyyəsinə tibbi maska taxılmış Məhkum1 və onunla eyni zamanda Məhkum2 tərəfindən hücum olunduğunu görüb, qaçıb restorana girir. Məhkum1 onun ardınca içəri daxil olur və bu zaman əlində əşya olduğu hiss edilir. Məhkum1 ardınca daha bir nəfər, onun ardınca Məhkum2, sonra isə daha bir neçə şəxs və Məhkum3 restoranın içərisinə daxil olurlar. Bu zaman hətta Məhkum2 özündən irəlidə Məhkum1 arxasınca iti addı mlarla gedən şəxsi bir qədər kənara itələyərək özünün içəriyə daxil olmasını tezləşdirir. Bundan 20 saniyə sonra əlində hələ də, bıçaq olan Məhkum1lə Məhkum2, onların ardınca isə Məhkum3 və kənar şəxslər restorandan çıxırlar. Məhkum1lə Məhkum2 qaçaraq, Məhkum3 isə iti addımlarla orada uzaqlaşırlar. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən və iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum3 əməlinin CM-in 221.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Həmçinin, məhkəmələr Məhkum3 Şahhüseyn oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum3 barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin məhkumdan şikayətin olmamasını cəzasını yüngü lləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum3 Şahhüseyn oğluna elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağl abatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2022ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarl a təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum3 Şahhüseyn oğlu barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-763/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-763/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver