Məhkəmə qərarları › İş №1(102)-764/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-764/2019

12.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-764/2019 12.06.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 764/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "12" iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum iştirakları ilə Sumqayıt şəhər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Elman Tofiq oğlu) xx xxxxxx 1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Bakı şəhər Nizami rayon Məhkəməsinin 03 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin 20 may 2016-cı il tarixli Amnistiya qə rarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq 28 iyun 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Sumqayıt şəhər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 yanvar 2018-ci il tarixdə, saat 1840 radələrində Sumqayıt şəhəri, 41A məhəllə ərazisində 5 saylı marşrut üzrə hərəkət edən avtobusda olan zaman, həmin avtobusda olan sərnişin Zərərçəkmiş şəxs əynində olan paltonun sağ yan cibindən sonuncuya məxsu s 1 ədəd 120 manat dəyərində “Samsung Galaxy GTİ9152” markalı mobil telefonu, “Samsung Galaxy GT-İ9152” markalı mobil telefonun içərisində olan 04 manat dəyərində ***-***-**-** saylı GSM nömrəni və 04 manat dəyərində ***-*****-** saylı GSM nömrəni gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 128 manat ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Cəfərov Vidadi Cəfər oğlu, hakimlər Zeynallı Fərmayıl Gülmalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 14 dekabr 2018-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Sumqayıt Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsinin onun apellyasiya şikayətini düz, hərtərəfli və obyektiv araşdırmadığını, onun özünü təqsirli bilmədiyini, cinayət hadisəsinin 05 yanvar 2018-ci il tarixdə baş verdiyini, onun 06 yanvar 2018-ci il tarixdə, səhər 1145 radələrində oğurluğa görə həbs edildiyini, Polis Bölməsində axşamadək ona fiziki təzyiq göstərildiyini və oğurluqla bağlı “102” xidmətinə zəng edildiyindən bu işin bağlanılmalı olduğunun bildirildiyini, oğurluq epizodunun videogörüntüsündən də zərərçəkmiş şəxsin ondan bir metr aralıda dayanmasının göründüyünü, oğurluq cinayətinin törədilməsini öz üzərinə götürmədikdə onun qabağına külli miqdarda narkotik qoyulduğunu və ya narkotiki, ya da oğurluğu seçməsinin deyildiyini, o, bununla da razılaşmadıqda ona oğurlanmış telefonun 30 manat qiymətinin olmasının, həmin məbləğə görə iki ay həbs ediləcəyinin deyildiyini, bundan sonra iş bağlansın deyə onun razılaşıb sənədlərə imza etdiyini, o, 06 yanvar 2018-ci il tarixdə, səhər saatlarında tutulsa da, oğurlanan mobil telefonun 06 yanvar 2018-ci il tarixdə axşam saatlarında satıldığını, həmin telefon satılarkən, onun Polis Bölməsində olduğunu, belə olan halda onun mobil telefonu satmasının qeyrimümkün olduğunu, mobil telefon satılarkən, onun şəxsiyyət vəsiqəsindən istifadə olunmadığını, onun ümumiyyətlə, şəxsiyyə t vəsiqəsinin olmadığını, bundan başqa mobil telefonu alan şəxsin də istər ibtidai istintaq zamanı, istərsə də məhkəmədə verdiyi ifadələrində onu tanımadığını bildirdiyini qeyd edib, apellyasiya məhkəməsinin qərarını ləğv edərək ona bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə icl asında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələrin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, bu dəlillər iş materiallarına uyğun olmadığı üçün məhkəmə kollegiyası onları əsassız sayır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin məhkəmənin əsaslandığı sübutlar sadalanmaqla aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası toplanmış sübutları və materialları araşdıraraq belə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsə məxsus əmlakı gizli yolla talayaraq oğurluq etməsi cinayət işində olan m ateriallarla sübuta yetirilir. Məhkum törətmiş olduğu cinayət əməlini etiraf etməməsi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Onun özünü təqsirli bilməməsinə dair ifadəsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut və işin digər materialları ilə tam təkzib olunur. Belə ki, işdə olan videogörüntülərdən görünür ki, Məhkum hadisə baş verən zaman avtobusda olmuşdur. Cinayət işinin materiallarında olan şahid ifadələrindən, maddi sübutlardan, üzləşdirmə protokollarından və digər sübutlardan Məhkum talama cinayətini törətməsi şübhə doğurmur. Məhkəmə kollegiyası Məhkum şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, X6 ibtidai istintaqda verdiyi ifadəsində telefonu ona 06.01.2018-ci il tarixdə saat 1820 radələrində verildiyini bildirmişdir. Həmin tar ixdə və həmin vaxtda Məhkum artıq saxlanılmışdır və bu səbəbdən X6a telefonu verə bilməzdi. Lakin məhkəmə araşdırması zamanı X6 qeyd etmişdir ki, hadisədən uzun müddət keçmişdir. O, ibtidai istintaqa ifadə verən zaman hadisənin nə vaxt olmasını səhv sala bilərdi. Ondan bu barədə polis əməkdaşları heç bir dəqiqləşdirmə aparmamışlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, t əqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi cəza təyin edərkən məhkumun əvvəllər də cinayətlər törətməsini, məhkumluğunu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini cəzanı ağırlaşdıran hallar kimi nəzərə almışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsiqanunivəəsaslıdır. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərar ı yalnız həmin Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum verilmiş ittihamın təsdiq olunduğuna, onun təqsirli bilinməli olduğuna, əməllərinin tövsifinə və təyin edilmiş cəzaya dair gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır v ə hesab edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir, apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticə də qanunidir, kassasiya şikayət inin dəlilləri isə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola b iləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar