Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-764/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum, onun müdafiəçisi İsgəndərov Habil Mirzəhüseyn oğlunun iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil İsgəndərov Habil Mirzəhüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il hökmü ilə (sədrlik edən hakim: T.M.Ələkbərov) Məhkum - xx xxxxxxx 1954-cü ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, “Rüzigar” kiçik müəssisəsinin təsisçisi olmaqla rəhbərlik edən, ünvan 1 qeydiyyatda olan və yaşamış Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum vəzifə səhlənkarlığı etmiş, yəni vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.1996-cı il tarixli ********** nömrə ilə (VÖEN) qeydiyyata alınmış “xxx” kiçi k müəssisəsinin rəhbəri kimi müəssisəyə məxsus ünvan 2 ünvanında yerləşən avtomobil təmiri sexində heç bir iş görülmədiyi və sexin daxilində qaynaq avadanlıqları olduğu halda sexin mühafizəsini təşkil etməklə kənar şəxslərin sexə daxil olmalarını, habelə qaynaq avadanlıqlarından texniki-təhlükəsizlik qaydalarına riayət etmədən istifadənin qarşısını alınmasından ötrü tədbirlər görməli olduğu halda səhlənkarlıq etmiş, yəni işə laqeyd münasibət göstərərək öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib elektrik qaynaq işlərinə dair müvafiq təlim və təlimatlandırma keçməmiş həmin müəssisənin sabiq işçisi Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşməklə sahibkarı olduğu “xxx” kiçik müəssisəsinə məxsus avtomobil təmir sexinə daxil olmaq üçün heç bir maneə olmadığından özbaşına daxil olaraq oranın daxilində təhlükəli şəraitdə, yəni təzyiq altında olan avtomobil təkərini öz evi üçün dəmir masa düzəltməkdən ötrü altlıq kimi istifadə edərək üzərində qaynaq işləri görməsinin qarşısının alınması üçün hər hansı tədbirlər görməyərək “Elektrik qaynaq işləri. Ümumi təhlükəsizlik tələbləri. DÜST 12.3.00-75”-in 7.1ci və “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”-nın 2, 21-ci bəndlərinin tələblərini pozmuş, nəticədə Zərərçəkmiş şəxs xx xxx 2019-cu il tarixdə saat 18 radələrində qeyd olunan ünvanda yerləşən avtomobil təmiri sexində qaynaq işləri görüb dəmir masa düzəldərkən altlıq kimi istifadə etdiyi təzyiq altında olan avtomobil təkərinin partlaması nəticəsində sonuncu sağ gicgahtəpə sümüyünün kəllə əsasına keçən sınıqları, hər iki beyin yarımkürəsinin və beyin kötüyünün əzilməsi, hər iki mədəciyə qansızma, sağ və sol tərəfli qabırğaların çoxsaylı sınıqları, sağ baldır sümüklərinin yuxarı-orta 1/3-nin açıq, qəlpəli, yerdəyişən sınıqları, sağ qalça büküşünün-aralıq-bel nahiyəsinin cırılmış yarası, sağ qasıq və oturaq sümüyünün qəlpəli, yerdəyişən sınıqları, üz nahiyəsinin, burun nahiyəsinin, üst və alt dodağın, sağ və sol əlin arxa səthinin sıyrıqları kimi həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid xəsarətlər alaraq inkişaf edən ağır travmatik şok nəticəsində orada ölmüş, yəni Məhkum səhlənkarlığı - işə laqeyd münasibət göstərərək öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bununla da, Məhkum CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan ci nayət əməlini törətmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil İsgəndərov Habil Mirzəhüseyn oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil İsgəndərov Habil Mirzəhüseyn oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə ibtidai istintaq a parılarkən və məhkəmə qərarları qəbul edilərkən Azərbaycan Respublikası CPM-nin 21, 28-ci, 125-ci, 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq işin halları tam, hərtətəfli və obyektiv şəkildə yoxlanılmamış, iş üzrə ittihamın əsasını təşkil etmiş «sübutlar» işin faktiki hallarına uyğun olmamış və məhkəmə ekspertiza rəyi formasında tədqiq olunan «sübutu» qanunauyğun araşdırmadan, mötəbərliyini müəyyənləşdirmədən qiymətləndirmişdir. Ona görə iş üzrə məhkəmə tərəfindən ittihamın əsası kimi istinad edilən ekspert rəyi - sübut mötəbər sübut hesab edilə bilməz. Məhkəmə istintaqı dövründə təqdim olunmuş vəsatətlərimizdə, Məhkum izahat və ifadələrində göstərdiyi kimi, təqsirləndirilən şəxsə onun cinayətinin nədən ibarət olması, konkret olaraq hansı normativ aktda nəzərdə tutulmuş vəzi fələrini yerinə yetirməli olduğu halda yerinə yetirmədiyi və ya hansı normativ aktla ona qadağan edilmiş hansı hərəkəti etməli olmadığı halda etdiyi - bununla da cinayət əməlində təqsirləndirildiyi bəlli olmamışdır. Məhkəmə istintaqı boyunca ittiham tərəfindən bu suala cavab almağa çalışılsada, təəssüf ki, ittiham tərəfi və məhkəmə yalnız müstəntiqin tərtib etdiyi ittiham aktında yazılan, heç bir qanuni əsasa söykənməyən mülahizələri təkrar etməklə kifayətlənmiş, nəticədə şəxsin təqsirləndirilməsinə dair ittiham hökmü çıxarmışdır. Belə ki, İş üzrə qəbul olunan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2019cu il tarixli qərardan və xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş ittiham aktından görünür ki, cinayət işinin materialları ilə Zərərçəkmiş şəxs “xxx” kiçik müəssisəsində işləmədiyi nin, sonuncunun öz şəxsi evi üçün dəmir masa düzəltməkdən ötrü “xxx” kiçik müəssisəsinə məxsus ərizəyə özbaşına daxil olaraq altlıq kimi istifadə etdiyi avtomobil təkərinin üzərində qaynaq işləri aparıb dəmir masa düzəldərkən təkərin partlamasının təsdiq olunduğuna, sözügedən bu hadisədə Azərbaycan Respublikasının CM-nin 162-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətlərinin yaranmadığına istinad edən müstəntiq qəbul etdiyi bu qərarında göstərmişdir ki, cinayət işinin materialları və ekspertiza rəylərinin təhlili nəticəyə gəlməyə əsas verir ki, cinayət hadisəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması zərərçəkmiş şəxsin ölümünə səbəb olan, yəni Azərbaycan Respublikasının CM-nin 16 2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri deyil, Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin öümünə səbəb olan cinayətin tərkib əlaməti vardır. Göründüyü kimi, məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikasının CMnin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinin əsasını yuxarıda göstərilən mülahizələrə əsaslanan səhlənkarlığı və işə laqeyd münasibət göstərərək öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməməsi təşkil edir. Bu cür subyektiv mülahizələrlə ifadə olunan «səhlənkarlıq əsasını» məhkəmələr də öz qərarlarında təkrarlamışdır. Məhkməmə hökmündə CM-in 314.2-ci maddəsinin tərkib əlamətlərinin yaranması üçün Məhkum tərəfindən hansı hüquq və vəzifələrin pozulduğunu, bu hüquq və vəzifələrin konkret olaraq hansı qanunvericilik aktı ilə müəyyən edildiyinə dair hər hansı əsaslandırma aparılmamışdır. Birinci instasiya məhkəməsi kimi apelyasiya kollegiyası da Məhkum “Elektrik qaynaq işləri, Ümumi Təhlükəsizlik tələbləri DÜST 12.03.00-75” və “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər aparılarkən yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinin pozulması ilə CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilmişdir. Şəxsin təqsirləndirilməsində yalnız Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ekspertiza rəyi əsasında, guya, adları qeyd olunan həmin DÜST və Qaydaların tələblərinin pozulmasına istinad olunur. Birinci instansiya məhkəmə sinin hökmündən veridiyimiz şikayətdə şəxsin təqsirləndirilməsinə dair iş üzrə yeganə «sübut»un ekspertiza rəyi olduğunu, əməyin təhlükəsizliyinə dair ekspertiza rəyinin hüquqa dair məsələyə münasibət bildirdiyini, rayon məhkəməsinin hüquqa dair məsələni qanuna və qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun deyil, ekspertiza rəyinə uyğun həll etməsinin qanunsuzluğunu göstərmişik. Lakin Bakı Apelyasiya Məhkəməsinin Kollegiyası da eynilə rayon məhkəməsinin hökmündə yazılanları təkrarlamaqla, şikayətimizin bu dəlillərinə qiymət verməmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin ittiham hökmünün əsası kimi istinad etdiyi DÜST və Qaydaların rəsmi mətnləri iş materiallarına əlavə olunmamışdır. Adları qeyd olunan bu DÜST və Qaydaların Azərbaycan Respublikasının normativ aktları sistemində, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununda nəzərdə tutulmuş hansı kateqoriya sənədlərə aid olduğu, Azərbaycan Respublikasında qüvvədə olub-olmaması da məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Bu məqsədlə vəsatətimizə əsasən məhkəmə tərəfindən verilmiş sorğuya Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsindən verilən cavabdan da göründüyü kimi, istinad olunan sənədlərin Azərbaycan Respublikasının normativ aktı sayılmadığı məlum olur. Bir daha Ədliyyə Nazirliyindən daxil olmuş cavaba istinadla qeyd edirik ki, ittiham tərəfinin əsas tutduğu sənədlərin Azərbaycan Respublikasının Cinayət qanunvericiliyi ilə məsuliyyət yaradan hüquqi qüvvəsi yoxdur. Onu da qeyd etmişdir ki, xx xxxx 2018-cı il tarixli, 1174-VKQD nömrəli Qanunla yuxarıda sözügedən Qanunun 1.0.22-ci maddəsində təsbit olunan “Texniki normativ hüquqi aktlar” əsas anlayışında ehtiva olunmuş “standartlar, o cümlədən Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları, texniki şərtlər” və “texniki-iqtisadi məlumatların dövlət təsnifatı” sözləri çıxarılmışdır ki, bununla da artıq qeyd olunan bu aktlar texniki-normativ hüquqi akt hesab olunmurlar. Məhkum təqsirli bilinməsində məhkəmələrin istinad etdiyi «Qaydalar» və “DÜST” adlı sənədlərin normativ hüquqi akt olmadığı aydındır və bu sənədlərə istinad edərək şəxsə cinayət ittihamı verilməsi əsassız olduğu kimi, belə ittihamla şəxsin barəsində ittiham hökmü çıxarılması da qanunsuz və əsassızdır. Məhkum barəsindəki ittiham hökmünü əsaslandırmaq üçün məhkəmənin maddi hüquq normasına istinad etdiyi yeganə əsas “xx.xx.2019-c u il tarixdə qüvvəyə minmiş «Standartlaşdırma haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən standart təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, mala, onunla əlaqəli prosesə və istehsal metodlarına dair norma, qayda və tövsiyələri müəyyən edən, tətbiqi könüllü olan normativ sənəddir. Lakin məhkəmə qeyd edir ki, adı çəkilən Qanunun 19-cu maddəsinə müvafiq olaraq texniki tənzimləmənin şamil olunduğu malın, onunla əlaqəli prosesin, istehsal metodunun əhatə dairəsi müyəyyən edilənədək və həmin mala, prosesə, istehsal metoduna dair müvafiq texniki reqlamentlər qüvvəyə minənədək, mövcud standartlara dair normativ hüquqi aktlar öz hüquqi qüvvəsini saxlayırlar və təsərrüfat subyektrəri tərəfindən həmin standartaların və normativ hüquqi aktların tələblərinə riayət olunmal ıdır.” Əvvəla, məhkəmələr, yuxarıdakı möqeyində subyektivliyə yol verərək, standartların tələblərinə riayət olunmasının məcburiliyinə dair, öz mülahizəsinə əsasən «norma müəyyən etmişdir”. Qanunun birmənalı şəkildə standartın tələbinin icrasının könüllü olduğunu nəzərdə tutduğu halda, məhkəmənin öz qanunsuz mövqeiynı əsasdandırması üçün irəli sürdüyü mülahizə əsassızdır. Bundan başqa, məhkəmələr xx xxx 2019-cu ildə baş vermiş hadisəyə cinayəthüquqi qiymət verərkən, öz mülahizəsinə görə «əsaslandırma» apararkən xx.xx.2019-cu il tarixdə qüvvəyə minmiş qanuna istinad etmişdir ki, bu da həm Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə, həm də Cinayət Məcəlləsinin 10-cu maddəsinin tələblərinin məhkəmə tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsində təsbit olunan Azərbaycan Respublikasının qanunvericilik aktlarının sisteminə görə qanundan daha üstün qüvvəyə malik Konstitusiya qanunu olan “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.22-ci maddəsində təsbit olunan texniki normativ hüquqi aktlar anlayışının məzmunundan “standartlar, o cümlədən Azərbaycan Respublikasının dövlət standartlar, sahə standartları, texniki şərtlər və texniki-iqtisadi və texniki-iqtisadi məlumatların dövlət təsnifatı sözlərinin çıxarılması istinad olunan bu sənədlərin normativ hüquqi akt və ya texniki normativ akt olmadığını da əyani şəkildə göstərir. Bu da o deməkdir ki, hətta, standartların və s. tələblərinin pozulması heç bir hüquqi məsuliyyətə -əsas yaratmır. Di gər tərəfdən, nəzərə alınmalıdır ki, məhkəmənin istinad etdiyi “Elektrik qaynaq işləri, ümumi təhlükəsizlik tələbləri DÜST 12.3.003-75-ci 7.1-ci və “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər aparılarkən yanğın təhlükəsizliyi qaydalarf’nın 2.21 -ci bəndləri ilə də vəzifəli şəxs olaraq Məhkum üzərinə hər hansı məsuliyyət qoyulmamışdır. İstinad olunan sənədlərin Azərbaycan dilində rəsmi mətni iş materiallarına əlavə edilməmişdir. Əldə etdiymmiz rus dilində olan mətndə isə istinad olunan bəndlərdə «elektrik qaynaqçısının üzərinə qoyulan vəzifəlrdən» bəhs edilir ki, bu da elektrik qaynaq işləri görən şəxsin müəssisənin işçisi olduğu hallara şamil oluna bilərdi. Məhkəmə istintaqı zamanı şahidlərin verdiyi ifadələrlə bir daha təsdiq olunmuşdur ki, mərhum Zərərçəkmiş şəxs qapalı məkanda, dəmir qapı arxasında olan qaynaq aparatını özbaşına, müəssisə rəhbərliyindən və digər işçilərdən gizlin şəkildə götürərək istifadə etmiş və nəticədə bədbəxt hadisənin baş verməsinə özü şərait yaratmışdır. Mərhum Zərərçəkmiş şəxs müəssisənin ərazisinə özbaşına daxil olması və şəxsi məqsədləri üçün dəmir parçalarından qaynaq yolu ilə evinə lazım olan əşya düzəltmək istəməsi isə istintaq orqanı tərəfindən müəyyən olunan işin mübahisəsiz halıdır. Bütün bu qeyd olunanlar təsdiq edir ki, Məhkum təqsirli olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv edərək Məhkum əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti ol mayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum müdafiəçisi-vəkil İsgəndərov Habil Mirzəhüseyn oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə tərə findən ittihamın əsası kimi istinad edilən ekspert rəyi - sübut mötəbər sübut hesab edilə bilməz. Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan və xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş ittiham aktından görünür ki, cinayət işinin materialları ilə Zərərçəkmiş şəxs “xxx” kiçik müəssisəsində işləmədiyinin, sonuncunun öz şəxsi evi üçün dəmir masa düzəltməkdən ötrü “xxx” kiçik müəssisəsinə məxsus ərizəyə özbaşına daxil olaraq altlıq kimi istifadə etdiyi avtomobil təkərinin üzərində qaynaq işləri aparıb dəmir masa düzəldərkən təkərin partlamasının təsdiq olunmuşdur. Birinci instasiya məhkəməsi kimi apelyasiya kollegiyası da Məhkum “Elektrik qaynaq işləri, Ümumi Təhlükəsizlik tələbləri DÜST 12.03.00-75” və “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər ap arılarkən yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinin pozulması ilə CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin ittiham hökmünün əsası kimi istinad etdiyi DÜST və Qaydaların rəsmi mətnləri iş materiallarına əlavə olunmamışdır. Adları qeyd olunan bu DÜST və Qaydaların Azərbaycan Respublikasının normativ aktları sistemində, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununda nəzərdə tutulmuş hansı kateqoriya sənədlərə aid olduğu, Azərbaycan Respublikasında qüvvədə olub-olmaması da məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Bu məqsədlə vəsatətimizə əsasən məhkəmə tərəfindən verilmiş sorğjjya Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsindən verilən cavabdan da göründüyü kimi, istinad olunan sənədlərin Azərbaycan Respublikasının normativ aktı sayılmadığı məlum olur. Bir daha Ədliyyə Nazirliyindən daxil olmuş cavaba istinadla qeyd edirik ki, ittiham tərəfinin əsas tutduğu sənədlərin Azərbaycan Respublikasının Cinayət qanunvericiliyi ilə məsuliyyət yaradan hüquqi qüvvəsi yoxdur. Bundan başqa, məhkəmələr xx xxx 2019-cu ildə baş vermiş hadisəyə cinayət-hüquqi qiymət verərkən, öz mülahizəsinə görə «əsaslandırma» apararkən xx.xx.2019-cu il tarixdə qüvvəyə minmiş qanuna istinad etmişdir ki, bu da həm Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə, həm də Cinayət Məcəlləsinin 10-cu maddəsinin tələblərinin məhkəmə tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsində təsbit olunan Azərbaycan Respublikasının qanunvericilik aktlarının sisteminə görə qanundan daha üstün qüvvəyə malik Konstitusiya qanunu olan “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.22-ci maddəsində təsbit olunan texniki normativ hüquqi aktlar anlayışının məzmunundan “standartlar, o cümlədən Azərbaycan Respublikasının dövlət standartlar, sahə standartları, texniki şərtlər və texniki-iqtisadi və texniki-iqtisadi məlumatların dövlət təsnifatı sözlərinin çıxarılması istinad olunan bu sənədlərin normativ hüquqi akt və ya texniki normativ akt olmadığını da əyani şəkildə göstərir. Bu da o deməkdir ki, hətta, standartların və s. tələblərinin pozulması heç bir hüquqi məsuliyyətə -əsas yaratmır.Digər tərəfdən, nəzərə alınmalıdır ki, məhkəmənin istinad etdiyi “Elektrik qaynaq işl əri, ümumi təhlükəsizlik tələbləri DÜST 12.3.003-75-ci 7.1-ci və “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər aparılarkən yanğın təhlükəsizliyi qaydalarf’nın 2.21 -ci bəndləri ilə də vəzifəli şəxs olaraq Məhkum üzərinə hər hansı məsuliyyət qoyulmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin ittiham hökmünü şahidlər X3, X2 və X8 ifadələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid X9 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə Məhkum işləri yaxşı getmədiyi üçün x3 ilə yanaşı bir çox işçisini işdən çıxartmışdır. x3nın müəssisəyə gəlib-getməsinə səbəb iş olub- olmaması ilə maraqlanması olmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid X4 ifadəsində göst ərmişdir ki, x3 əvvəllər Məhkum yanında fəhlə işləmişdir. x3 onun çalışdığı yerə gələrək öz evi üçün dəmirdən masa düzəltmək istədiyini bildirərək lazımi künclük və digər müxtəlif növ dəmir verməsini xahiş etmişdir. Təxminən saat 18:00 radələrində məntəqədə əyləşərkən qəflətən bir partlayış səsi eşitmişdir. Məntəqədən çıxıb qaraja yaxınlaşdıqda qaynaq aparatının işləməsini görmüşdür. Sonradan Məhkum öyrənmişdir ki, partlayış baş verən zaman x3 qarajda olmuş, partlayan isə yük avtomobilinin təkəri olmuş və nəticədə x3 hadisə yerində ölmüşdür. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, əvvəllər Məhkum məxsus sexdə qaynaqçı kimi işləmişdir. İşlədiyi müəssisədə qaynaq aparatı xüsusi sexdə hər tərəfi bağlı bir yerdə saxlanılır. Qaynaq aparatından istifadə xüsusi bacarıq tələb edir. Belə ki, o, hər dəfə qaynaq aparatından istifadə etmək üçün aparatı sexin girişində olan paketin yanına gətirmişdir. Çünki qaynaq aparatı 3 elektrik cərayanı ilə işləyir. Aparatın olduğu yerlə paketə qədər olan məsafə 10-15 metrdir. Qaynaq aparatından istifadə etmək üçün o, hər zaman elektrikə müraciət edirdi. Sexə isə o, işi olandan-olana getmişdir. Qaynaq aparatının olduğu yerin qapısı boltla bağlanılır. Birinci instansiya məhkəməsinin hökmündə istinad etdiyi “Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” xx xxx 2019-cu il tarixli protokolda göstərilmişdir ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi X7 Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis texniki ekspertizalar şöbəsinin eksperti X5, “xxx” kiçik müəssisəsinin di rektoru Məhkum, hal şahidlərinin iştirakları ilə xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs ölməsi faktı ilə ilə əlaqədar hadisə yerinə iş üçün əhəmiyyət kəsb edə biləcək sübutların aşkar edilməsi məqsədi ilə əlavə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tikilinin içərisində avtomobilərin təmiri işləri görülür. Həmin tikiliyə bitişik olan ikinci tikili vardır. Tikilinin arxa və yan divarları mişar daşlardan inşa edilmiş, divarların üzəri suvanmışdır. Üçüncü qapı boşluğundan içəri daxil olduqda sağ tərəfdə girişə yaxın hissədə bir ədəd elektrik qaynaq aparatı vardır. Qaynaq aparatı elektrik şəbəkəsinə qoşulu haldadır. Belə ki, qaynaq aparatı 19 metr uzunluğunda elektrik kabeli ilə tikiliyə daxil olduqda uzaq sağ küncdə divara bərkidilmiş elektrik avtomatın a birləşdirilmişdir. Qaynaq aparatının üzərindəki işə salma düyməsini basdıqda elektrik qaynaq aparatı işlək vəziyyətə gəlir. Aparatın faza və “0” xəttlərinin kabellərinin uzunluğu 10 metrdir. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 15509 nömrəli əmək təhlükəsizliyinin tədqiqi ekspertizası rəyinin nəticə hissəsində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qaynaq işləri. Ümumi təhlükəsizlik tələbləri. DÜST 12.3.00-75”-in 7.1, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”-nın 2, 21 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin səbəbi olmuşdur. Elektrik qaynaq işlərinə dair müvafiq təli m və təlimatlandırma keçməmiş Zərərçəkmiş şəxs avtomobil təmir sexinin daxilində təhlükəli şəraitdə, yəni təzyiq altında olan avtomobil təkərinin üzərində qaynaq işləri görməsinin qarşısı alınması üçün hər hansı tədbirlər görmədiyinə görə, “Elektrik qaynaq işləri. Ümumi təhlükəsizlik tələbləri. DÜST 12.3.00-75”-in 7.1, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”-nın 2, 21 bəndlərinin tələbləri avtomobil təmir sexinin sahibi tərəfindən pozulmuşdur. Aparılmış tədqiqatın dəyəri 102 (yüz iki) manat təşkil edir; “Elektrik qaynaq işləri. Ümumi təhlükəsizlik tələbləri. DÜST 12.3.003-75”-in tələblərinə görə “Elektrik qaynaq işlərinə müvafiq təlim keçmiş, təhlükəsizlik tələblərinə dair təlimatlandırılmış, bilikləri yoxlanılmaqla xüsusi jurna lda rəsmiləşdirilmiş və peşə vəsiqəsi olan şəxslər buraxılırlar (bənd 7.1). xx xxxxxx 1972-ci ildə təsdiq edilmiş “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”nın tələbinə görə: - bənd 2. “Qaynaq və digər odlu işlərin aparılması zamanı yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilməsi üzrə cavabdehlik, yerləşən və ya ərazisində odlu işlər aparılan müəssisə, sex, təsərrüfat, təşkilat və s. rəhbərinin üzərinə qoyulur”; - bənd 21. “Təzyiq altında olan hər bir əşya və məmulatın üzərində qaynaq, kəsim sair işlərin aparılması qadağandır”; Birinci instansiya məhkəməsi hökmündə nəticəyə gəlmişdir ki, hadisənin baş vermə şəraitini, göstərilən qaydaların tələblərini nəzərə almaqla baş vermiş hadisənin səbəbi “Elektrik qaynaq işləri, Ümumi təhl ükəsizlik tələbləri, DÜST 12.3.003-75”-in 7.1, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər obyektələrində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”nın 2, 21 bəndlərinin tələblərinin pozulması olmuşdur. Vəzifəli şəxs - avtomobil təmir sexinin sahibi, yəni Məhkum təqsirkardır. Belə ki, o, vəzifə səhlənkarlığı edərək, işə laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, rəhbəri olduğu “xxx” kiçik müəssisəsinin yerləşdiyi ərazidə qaynaq işlərinin aparılması zamanı yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilməsinə cavabdeh şəxs kimi, həmin əraziyə kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlər görməmiş, nəticədə həmin əraziyə kənar şəxs daxil olaraq özbaşına təzyiq altında olan əşya üzərində qaynaq işi a pararaq partlayışın baş verməsinə və insan ölümünə səbəb olmuşdur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündə istinad etdiyi ittihama aid sübutların mötəbərliyi, mümkünlüyü və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən həcmdə toplandığı qənaətinə gəlmiş və hökmü dəyişdirilmədən saxlamışdır. Yuxarıda göstərilən sübutlardan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Məhkum sahibkarı olduğu “xxx” kiçik müəssisəsinin ərazisinə özbaşına daxil olmuşdur. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs həmin müəssisədə işləməmiş, müəssisənin ərazisində olan elektrik qaynaq aparatından istifadə üçün Məhkum razılığını və icazəsini almamış, texniki təhlükəsizlik qaydaları barədə təlimatlandırılmamışdır. Məhkum “xxx” kiçik müəssisə sinin yerləşdiyi ərazidə qaynaq işlərinin aparılması zamanı yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilməsinə cavabdeh şəxs kimi, həmin əraziyə kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlər görməməsi “Elektrik qaynaq işləri, Ümumi təhlükəsizlik tələbləri, DÜST 12.3.003-75”-in 7.1, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər obyektələrində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”nın 2, 21 bəndlərinin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Həmin qaydaların pozulması nəticəsində Zərərçəkmiş şəxs həmin əraziyə qanunsuz daxil olmuşdur. Lakin, Zərərçəkmiş şəxs həmin əraziyə qanunsuz daxil olması nəticəsində hər hansı partlayış baş verməmişdir. Yəni, Məhkum göstərilən qaydaları pozması ilə sexdə baş vermiş partlayış arasında səbəbi əlaqə olmamışdır. Zərərçəkmiş şəxs həmin əraziyə qanunsuz daxil olmasından sonra özbaşına elektrik qaynaq aparatından istifadə etməsi, qaynaq işlərini yüksək təzyiq altında hava ilə doldurulmuş avtomobil şini üzərində aparması və bu zaman onun özünün yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi nəticəsində onun ölümü ilə nəticələnən partlayış baş vermişdir. Başqa sözlə onun özünün qanunsuz hərəkətləri ilə baş vermiş onun ölümü ilə nəticələnmiş partlayış hadisəsi arsında səbəbi əlaqənin mövcudluğu müəyyən edilmişdir. Məhkəmənin istinad etdiyi “Elektrik qaynaq işləri. Ümumi təhlükəsizlik tələbləri. DÜST 12.3.003-75”-in tələblərinə görə “Elektrik qaynaq işlərinə müvafiq təlim keçmiş, təhlükəsizlik tələblərinə dair təlimatlandırılmış, bilikləri yoxlanılmaqla xüsusi jurnalda rəsmiləşd irilmiş və peşə vəsiqəsi olan şəxslər buraxılırlar (bənd 7.1). xx xxxxxx 1972-ci ildə təsdiq edilmiş “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”nın tələbinə görə: - bənd 2. “Qaynaq və digər odlu işlərin aparılması zamanı yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilməsi üzrə cavabdehlik, yerləşən və ya ərazisində odlu işlər aparılan müəssisə, sex, təsərrüfat, təşkilat və s. rəhbərinin üzərinə qoyulur”; - bənd 21. “Təzyiq altında olan hər bir əşya və məmulatın üzərində qaynaq, kəsim sair işlərin aparılması qadağandır”; Özü-özlüyündə əraziyə kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlərin görülməməsi, təzyiq altında olan hər bir əşya və məmulatın üzərində qaynaq, kəsim sair işlərin aparılmasına və müəssisədə p artlayış hadisəsinin baş verməsinə səbəb olmamışdır. Ona görə də bu hadisədə Məhkum hərəkətsizliyi, Azərbaycan Respublikası CM-nni 314.2-ci madəsinin dispozisiyasında nəzərdə tutulmuş əmələ aid təqsirli hərkətsizlik kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum baş vermiş hadisədə təqsirliliyi sübut olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM- nin 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.11-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti təmin edilərək, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil İsgəndərov Habil Mirzəhüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. Cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci və 42.1.4-cü maddələrində nəzərdə tutulmuş bəraətverici əsasla xitam verilsin. Məhkum cəza çəkməkdən azad edilsin.
Məhkəmə qərarları › İş №1(102)-764/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-764/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver