Məhkəmə qərarları › İş №1(102)-764/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-764/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-764/2021 15.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu(sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya unstansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə m əhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2019-cu il tarixli qərarından zərər çəkmiş şəxsin nümayəndəsi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim İ.X.Həsənzadə, hakimlər Ə.Q.Quliyev və A.İ.Paşayev ibarət tərkibdə), Məhkum 29 avqust 1957-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyada olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstinta q Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin 15 fevral 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Məhkum 2014-cü il iyun ayının ortalarında Abşeron rayonunun Zeynalabdin Tağyev qəsəbəsindəki fermada olan Seymur Adil oğlu Dadaşova məxsus ümumilikdə 35.000 manat dəyərində 55 baş inəyi satıb pulunu sonuncuya verəcəyini vəd etdikdə etibardan sui-istifadə və aldatma yolu ilə Seymur Adil oğlu Dadaşovdan gö türdüyü həmin sayda inəkləri istintaqa məlum olmayan şəxslərə satsa da vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Məhkum 2014-cü il avqust ayının əvvəllərində Seymur Adil oğlu Dadaşova məxsus Abşeron rayonu Xırdalan şəhərinin Heyldər Əliyev prospektində tikilməkdə olan binanın 2-ci girişinin 4-cü mərtəbəsindəki 84,5 kv metrlik sahəli 53.000 manat dəyərində mənzili satıb pulu sonuncuya verəcəyini vəd etdikdə etibardan suiistifadə və aldatma yolu ilə Seymur Adil oğlu Dadaşovdan aldığı həmin mənzili Gülnar Əjdər qızı Qədirliyə satsa da vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vuraraq təkrarən dəl əduzluq etmişdir. Bundan başqa Məhkum qabaqcadan əlbir olduğu bir qrup şəxs halında 2014-cü il avqust ayının ikinci ongünlüyündə Abşeron rayonunun Mehdiabad qəsəbəsində inşa edilən binadan mənzil satacağını Vəli Yaqub oğlu Əhmədova vəd etdikdə etibardan suiistifadə və aldatma yolu ilə sonuncudan ünvan 3 ünvanında yerləşən ofisdə 10.000 manat məbləğində pulu alsa da vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum 2014-cü il oktyabr ayının əvvəllərində Seymur Adil oğlu Dadaşova məxsus Bakı şəhəri Nəsimi rayonunun Bakıxanov küçəsindəyerləşən 116 nömrəli binanın 12-ci mərtəbəsindəki 175 kv metrlik sahəli 99 saylı dördotaqlı 280.000 manat dəyərində mənzili satıb pulu sonuncuya verəcəyini vəd etdikdə etibardan suiistifadə və aldatma yolu ilə Seymur Adil oğlu Dadaşovdan aldığı həmin mənzili satsa da 2014-cü il oktyabr ayının ortalarında yalnız 90.000 manat vermiş, qalan hissədə vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdar təşkil edən 190.000 manat məbləğində maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum qabaqcadan əlbir olduğu bir qrup şəxshalında 2014-cü il oktyabr ayının ortalarında ünvan 4 ünvanında yerləşən 27 saylı notariat kontorunun qarşısında Şəfi İsgəndər oğlu Nəbiyevə məxsus 68.242,8 manat məzənnəsi ilə 87.000 ABŞ dolları dəyərindəki «Maserati Quattroporte» markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb pulu sonuncuya verəcəyini vəd etdikdə etiba rdan sui-istifadə və aldatma yolu ilə Şəfi İsgəndər oğlu Nəbiyevdən aldığı həmin avtomobili Azər Məmmədəli oğlu Həsənova satsa da vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum 2014-cü ilin oktyabr ayı ərzindəSeymur Adil oğlu Dadaşova məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 62 ünvanında yerləşən ofisdən 184.000 manat dəyərində sementi, 50.000 manatdəyərində mişar daşını və 7.200 manat dəyəriində taxta materiallarını satıb pulu sonuncuya verəcəyini vəd etdikdə etibardan sui-istifadə və aldatma yolu ilə Seymur Adil oğlu Dadaşovdan ümumilikdə 241.200 manat dəyərində həmin materialları alsa da vədinə əməl etməmiş, yəni özgənin əmlakını ələ keçir məklə zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum 2014-cü il dekabrın 27-də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 24 «a» ünvanında yerləşən notariat kontorunun qarşısında Seymur Adil oğlu Dadaşovun arvadı Sevinc Vaqif qızı Bayramovanın adına rəsmiləşdirdiyi, özünə məxsus 121.000 manat dəyərində «Mercedes GL 500» markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb pulu Seymur Adil oğlu Dadaşova verəcəyini vəd etdikdə etibardan sui- istifadə və aldatma yolu ilə sonuncudan aldığı həmin avtomobili Amid Faqət oğlu Ağayevə satsa da 2014-cü il oktyabr ayının ortalarında yalnız 61.000 manat vermiş, qalan hissədə vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdar təşk il edən 60.000 manat məbləğində maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum qabaqcadan əlbir olduğu bir qrup şəxs halında Sahib Zöhrab oğlu Qələndərova Bakı şəhəri Nizami rayonunun 8-ci km qəsəbəsində tikilməklə olan «Avrositi Holdinq» ticarət mərkəzindən mağaza satacağını vəd etdikdə bir neçə dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə, yəni 2016-cı il fevralın 14-də Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində fəaliyyət göstərən kafenin qarşısında 25.650 manat dəyərində betonu, 2016-cı il mart ayının ikinciongünlüyündə Bakı şəhəri Yasamal rayonunun ərazisində yerləşən «Şahdağ» restoranın yanındakı notariat kontorununqarşısında Sahib Zöhrab oğlu Qələndərovun bacısı oğlu Firat Nemət oğlu Əhmədovun adına rəsmiləşdirdiyi, özünə məxsus 81.61 0 manat məzənnəsi ilə 50.000 ABŞ dolları dəyərindəki «Land Rover Diskovery» markalı 90-OK- 889 dövlət qeydiyyat nişanlı ağ rəngli 2014-cü il modelli avtomobili, 2016-cı il mart ayının ikinci ongünlüyündə ünvan 7 ünvanındakı Sahib Zöhrab oğlu Qələndərova məxsus ofisdə 5.000 manat məbləğində pulu, bir neçə gündən sonra 500 manat məbləğində pulu, 2016-cı il mart ayının axırlarında 2.950 manat dəyərində sementi sonuncudan alıb ələ keçirməklə zərər çəkmiş şəxsə ümumilikdə 115.710 manat məbləğində külli miqdar təşkil edən maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər Q.X.Babayev və K.H.Əkbərov) hökm məhkum Səmədov Əzizalı Mehralı oğlu barəsində də yişdirilmiş, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən 7 (yedd) il müddətindən 2 (iki) ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2019-cu il tarixli qərarından zərər çəkmiş şəxs Dadaşov Seymur Adil oğlunun nümayəndəsi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs Dadaşov Seymur Adil oğlunun nümayəndəsi vəkil Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və işə təkrar baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Zərərçəkmiş şəxs hesab edir ki, ona vurulmuş ziyan tam ödənilmədiyi halda apellyasiya instansiya məhkəməsi qanunsuz və əsassız olaraq məhkuma yüngül cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə onun verdiyi apellyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribver məməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator məhkəmə kollegiyasından iş üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2. maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qərarını dəyişdirərək, daha ağır cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində məhkumun təqsirli bilinməsi və əməlin tövsifi məsələləri mübahisələndirilmir. Şikayətdə təyin edilmiş cəzanın yüngül olması iddia edilir. Həmin dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, hökmdə təyin edilmiş cəzanın Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olmasını təmin edəcəyi faktiki olaraq əsaslandırılmamışdır. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin cinayət kollegiyası Məhkum törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini qanunvericiliyin tələbləri baxımından mümkün hesab etmişdir. Belə ki, 01 dekabr 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsinin sanksiyasında yeddi ildən on iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etmişdir. 01 dekabr 2017-ci i l tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında 5 (beş) ildən 10 (on) ilə qədər azadlıqdan məhrumetmə cəzasının həddi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin cinayət kollegiyası qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulan cəza həddi təqsirləndirilən şəxs Məhkum təyin edilmiş cəza həddini əhatə etsə də, məhkuma təyin edilmiş cəzanın hazırki qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyası daxilində aşağı həddə endirilməsini qanuni hesab etməklə yanaşı, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsi, ona qarşı he ç bir şikayətin olmaması, zərərşəkmiş şəxs Dadaşov Seymur Adil oğlunun məhkəməyə notariat qaydasında təsdiq edilmiş ziyanın tam ödənilməsi barədə ərizəsini nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsinin cinayət kollegiyası cəza təyin edərkən, yuxarıda qeyd olunanlardan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə və qanunun bir sıra normalarına əsaslanmaqla qərar çıxarmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyy ətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdiyi halda dəyişdirir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsinə istinad etmiş, lakin nəyə əsasən bunun cəzanı yüngülləşdirən hal kimi nəzərə alındığını qərarda əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.1.14-cü maddələrinə görə cəzanı yüngülləşdirən hallar kimi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət n əticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi yüngülləşdirici hallar kimi qeyd olunmuşdur. Bundan başqa apellyasiya instansiyası məhkəməsi Məhkum cavan, tələbə və idmançı olmasını yüngülləşdirici hal kimi nəzərə almışdır. İş materiallarından görünür ki, Məhkum 1957-ci il təvəllüdlüdür və yaşlı sayılır. Həmçinin onun idmançı və tələbə olması barədə iş materiallarına heç bir təsdiq edici rəsmi sənəd əlavə edilməmişdir. Mübahisəsizdir ki, belə çatışmaqlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CM-nin 8.1, 58.3 və 41.2-ci maddələrinin tələblərini və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8. 1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində qeyd olunmuşdur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit olunmuşdur ki, cəza sosial ədalətin bərpa sı, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalıdır. Başqa sözlə cəza törədilən cinayətə adekvat olmalıdır. Ədalətlilik prinsipi konkret cinayətlərin və cinayətkarın şəxsiyyətinin dəyişən təhlükəliliyinə uyğun olaraq cəza təyin etmənin prinsiplərinin hər birinin təsirinin “xüsusi çəkisini” nəzərə almağa imkan verir. Eyni zamanda ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirməsi baş verir. Təyin edilən cəzanın ədalətli olması həm də sosial ədalətin bərpasını təmin etdiyindən cinayət qanunu cəzanın ədalətli olmasına xüsusi əhəmiyyət verir. Təqsirə görə təyin edilən cəza növünə və müddətinə görə ədalət və humanizm prinsiplərinə söykənməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, "Delcourt Belçikaya qarşı" iş üzrə 17 yanvar 1970-ci il tarixli, "Piersack Belçikaya qarşı" iş üzrə 01 oktyabr 1982-ci il tarixli və "De Cubber Belçikaya qarşı" iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarlarında isə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir: "Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir". Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Odur ki, apellyasiya məhkəmə sinin qərarı əsassız olduğundan ləğv edilməli (Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsində göstərilən əsaslarla), kassasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 26 noyabr 2019-cuil tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar