Məhkəmə qərarları › İş №1(102)-764/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-764/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-764/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və X6 ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Seyidov Cavanşir Nəriman oğlunun iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2021- ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi C.N.Seyidov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İbrahimov Anar Firdovsi oğlu) Məhkum, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər Abşeron Rayon Məhkəməsinin 16 aprel 2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 185.2.1, 185.2.2 -ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 2 (iki) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Binəqədi Rayon Məhkəməsinin 7 sentyabr 2012-ci il tarixli hökmü ilə CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 71.5 və 67.1-ci maddələri tətbiq olunmaqla hökmlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli hökmü ilə CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1 ə 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli qərarı ilə CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli hökmündən xaric edilərək həmin hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ilədək endirilmiş, Binəqədi Rayon Məhkəməsinin 5 fevral 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 (on) ay 4 (dörd) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Suraxanı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, mə hkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 4 (dörd) il müddətə, CM-nin 69.3-cü maddəsinə əsasən onun 24 may 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 7 (yeddi) gün müddət azadlıqdan məhru metmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla və bu müddət ona təyin olunmuş cəzadan çıxılmaqla 3 (üç) il 5 (beş) ay 23 (iyirmi üç) gün müddətə, CM-nin 66.5-ci maddəsinə əsasən isə bu cəza Suraxanı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq qəti olaraq cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (d örd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilərək, 6000 (altı min) manat ekvivalentində olan 3530 ABŞ dolları nağd pul, ümumi dəyəri 800 manat olan 750 əyarlı bir cüt briliyant qaşlı qadın sırğası, ümumi dəyəri 800 manat olan 750 əyarlı qızıl qadın qolbağı, ümumi dəyəri 600 manat olan 750 əyarlı briliyant qaşlı qadın qızıl üzüyü, ümumi dəyəri 1600 manat olan sibir briliyyant qaşlı qədimi qadın qızıl üzüyü, ümumi dəyəri 1200 manat olan 750 əyarlı yaqut və briliyant qaşlı qadın ağ qızıl üzüyü, ümumi dəyəri 800 manat olan 750 əyarlı briliyant qaşlı qadın ağ qızıl üzüyü və ümumi dəyəri 800 manat olan 750 əyarlı topaz qaşlı qadın üzüyü və ya bu əmlakların dəyəri təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum özgənin əmlakını ələ keçirmək məqsədilə 31 yanvar 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus, ünvan 2, 2 nömrəli fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan dəyəri 1500 manat olan bir ədəd 750 əyarlı briliyant qaşlı qadın üzüyünü, bir ədəd dəyəri 700 manat olan 750 əyarlı qadın üzüyünü, dəyəri 500 manat olan 350 qram kişi gümüş boyunbağısını, dəyəri 300 manat olan 200 qram kişi gümüş boyunbağısını, dəyəri 2 manat olan, siferblarının iç tərəfində “Calvin Klein” yazısı olan və 5 ədəd səthi qapalı olduğu üçün təbiətini müəyyən etmək mümkün olmayan rəngsiz şəffaf qaşları olan dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 38,04 qram olan bir ədəd qol saatını, 5 manat dəyərində olan, siferblarının iç tərəfində “MİCHAEL KORS” yazısı olan qiymətsiz metal ərintisindən hazırlanmış, çəkisi 89,52 qram olan bir ədəd qol saatını və 200 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 3207 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə 08 mart 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus, ünvan 3 fərdi yaşayış mənzilinə qanunsuz daxil olaraq, orada olan, dəyəri 1200 manat olan bir ədəd briliyant qaşlı qadın üzüyünü, dəyəri 600 manat olan bir ədəd qadın nişan üzüyünü, dəyəri 1400 manat olan iki ədəd qadın boyunbağılarını, dəyəri 1000 manat olan iki cüt qızıl sırğanı, dəyəri 6 manat olan, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış, 2,15 qram çəkisi olan bir ədəd üzüyü və 1500 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 5706 (min beş yüz altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 may 2020-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə hasardan aşmaqla, evin ön pəncərəsinin divarına bərkidilmiş dəmir barmaqlıqları yerindən çıxardaraq sındırmış, plastik pəncərəni açmaq yolu ilə qanunsuz içəri daxil olaraq, yataq otağından 6000 (altı min) manat ekvivalentində olan 3530 ABŞ dolları nağd pulu, digər yataq otağından isə ümumi dəyəri 800 manat olan 750 əyarlı bir cüt briliyant qaşlı qadın sırğasını, ümumi dəyəri 800 manat olan 750 əyarlı qızıl qadın qolbağını, ümumi dəyəri 600 manat olan 750 əyarlı briliyant qaşlı qadın qızıl üzüyünü, ümumi dəyəri 1600 manat olan sibir briliyyant qaşlı qədimi qadın qızıl üzüyünü, ümumi dəyəri 1200 manat olan 750 əyarlı yaqut və briliyant qaşlı qadın ağ qızıl üzüyünü, ümumi dəyəri 800 manat olan 750 əyarlı briliyant qaşlı qadın ağ qızıl üzüyünü, ümumi dəyəri 800 manat olan 750 əyarlı topaz qaşlı qadın üzüyünü, 2 manat dəyərində olan bir ədəd, üzərində “VVishing you...Have a very happy life” yazısı olan dördkünc formalı qutunu, 28 manat dəyərində olan, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli, 925 əyarlı üzərində “925” damğası olan gümüş materialdan hazırlanmış 6,99 qram çəkisi olan 1 dəst üzük-kulo nu, 4 manat dəyərində olan, sarı rəngli mis əsaslı ərintidən hazırlanmış, 42,53 qram çəkisi olan bir cüt sırğanı, 11 manat dəyərində olan, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 925 əyarlı, üzərində “925” damğası olan gümüş materialdan hazırlanmış 5,59 qram çəkisi olan bir ədəd sırğanı və 2 ədəd məmulat hissəsini, 2 manat dəyərində, üzərində rəngsiz şəffaf qiymətsiz qaşları olan, halqa formalı gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış 23,31 qram çəkisi olan 1 ədəd qolbağı, 5 manat dəyərində olan, uc hissəsində yarpaq formalı elementlər və rəngsiz şəffaf qiymətsiz qaşlar olan mis əsaslı ərintidən hazırlanmış gümüşü rəngli, çəkisi 9,44 qram olan 1 ədəd qolbağı, 1 manat 50 qəpik dəyərində olan, üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan dəmir və mis əsaslı əri ntidən hazırlanmış, çəkisi 14,38 qram olan 1 ədəd gümüşü rəngli qolbağı, qiyməti olmayan, üzərində göz formalı işləmələr olan dördkünc formalı gümüşü rəngli dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 23,38 qram olan 9 ədəd məmulat hissəsini, 50 qəpik dəyərində olan, üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan (1 qaş yeri boş) dəmir və mis əsaslı ərintidən hazırlanmış, çəkisi 2,61 qram olan 1 ədəd gümüşü rəngli sancağı, 2 manat dəyərində olan, sarı rəngli sink və mis ərintidən hazırlanmış, çəkisi 7,73 qram olan 1 ədəd qalstuk sancağını və 995 manat dəyərində olan, üzərində 8 ədəd, hər biri 0,021 karat və 48 ədəd hər biri 0,012 karat olmaqla, ümumilikdə 4/3 karat olan, 750 əyarlı qızıl materialdan hazırlanmış, çəkisi 6,82 qram olan gümüşü rəngli 1 cüt qızıl sırğanı gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 13651 (on üç min altı yüz əlli bir) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi Musayev Nazim Cəlal oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 17 sentyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi C.N.Seyidov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 14 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolleiyasının 17 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli hökmündən Məhkum müdafiəçisi N.C.Musayev tərəfindən verilmiş apellyasiya şikayətinə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 01 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellya siya şikayətinə münasibətdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarından müdafiəçi C.N.Seyidov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3, 5, 6 və 13-cü maddələrinə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin bir sıra normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi Qərarlarına, habelə iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bir çox sübutlara istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi C.N.Seyidov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı kobud prossesual pozuntularla aparılmış, yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar nəzərə almaqla nəticə etibarı ilə qanunsuz və əsassız ittiham hökmü çıxarmışdır. Kassasiya şikayətinin müəllifi bildirir ki, ibtidai istintaq zamanı da ittiham tərəfinin yol verdiyi kobud qanun pozuntuların müəyyən edilməsini müdafiə tərəfi tam sübuta yetirsə də qəbul olunan yekun qərarda qeyd olunan faktlara verilmiş hüquqi qiymət öz əksini tapmamış, həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri arasındakı ziddiyyətlərə diqqət yetirilməmiş, ittihamın əsasını təqsirləndirilən şəxsin istintaq dövrümdə işgəncə altında v erdiyi ifadələr təşkil etmiş, ittihamda video görüntünün olması qeyd olunsa da həmin video görüntülər iş materiallarında mövcud olmamış, iş üzrə toplanmış yolverilməz sübutlar ittihamın əsasını təşkil etmiş, əməliyyataxtarış tədbirləri qanun pozuntuları ilə keçirilmiş, hüquqlarını müdafi etdiyi şəxsin təqsirsiz olmasını sübut edən ekspertiza rəyi və telefon anten dairələri barədə məlumatlar məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilməmiş, Məhkum əvvəlcədən heç bir əsas olmadan tutulması onun cinayət törətməsinə dəlalət edən əsaslı şübhələrlə yox, əvvəllər oğurluq maddələri ilə məhkum olunması ilə bağlı olmuşdur. Odur ki, məhkəmələrin gəldikləri nəticə məhkəmə zamanı müəyyən edilmiş obyektiv hallarla və mötəbər sübutlarla yox, istintaq orqanın prosessual pozuntularla əldə etdiyi süb ut əhəmiyyətinə malik olmayan sənədlərlə bağlı olmuş və qeyd olunan hərəkətlərin qanunsuz olduğunu məhkəmə öz hökmündə qeyd etsə də bu yekun məhkəmə qərarında öz əksini tapmamış, nəticə etibarı ilə isə Məhkum qanunsuz və əsassız olaraq törətmədiyi cinayətlərə görə təqsirli bilinərək məhkum edilmişdir. Bunları nəzərə alaraq müdafiəçi apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və məhkum barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasına naməlum səbəblərdən gəlməmiş, Məh kum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmama sı kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi C.N.Seyidovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin müəllifi öz müraciətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların tədqiqi, sübutetməyə və sübutların qiymətləndirilməsinə dair cinayət-prosessual qanunun tələblərinin pozulmasını, onun iş üzrə qəbul etdiyi qərarın əsasını isə yolverilməz sübutlar təşkil etməsini, nəticədə də MəhkumM.M.Əsgərovun qanunsuz olaraq məhkum edilməsini iddia edərək həmin məhkəmə tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında kassasiya tələblərini CPM-nin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlənd irən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə.; 416.1.11. məhkəmə cinayət t əqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi C.N.Seyidovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyə ti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digə r qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhk əməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətlən dirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyan ın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəala rı, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Cinayət məsuliyyətin in əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM- nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə topl anmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddə sinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şü bhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində bu və ya digər c inayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı əməl olunmalıdır. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkd ir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə on un qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi di qqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetiril məsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəz a təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Qanunvericiliyin yuxarıda göstərilən t ələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və bu qərarın ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxs barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətlərində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarına əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibar ətdir ki, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədilə 31 yanvar 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus, ünvan 2, 2 nömrəli fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan dəyəri 1500 manat olan bir ədəd 750 əyarlı briliyant qaşlı qadın üzüyünü, bir ədəd dəyəri 700 manat olan 750 əyarlı qadın üzüyünü, dəyəri 500 manat olan 350 qram kişi gümüş boyunbağısını, dəyəri 300 manat olan 200 qram kişi gümüş boyunbağısını, dəyəri 2 manat olan, siferblarının iç tərəfində “Calvin Klein” yazısı olan və 5 ədəd səthi qapalı olduğu üçün təbiətini müəyyən etmək mümkün olmayan rəngsiz şəffaf qaşları olan dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 38,04 qram olan bir ədəd qol saatını, 5 manat dəyərində olan, siferblarının iç tərəfində “MİCHAEL KORS” yazısı olan qiymətsiz metal ə rintisindən hazırlanmış, çəkisi 89,52 qram olan bir ədəd qol saatını və 200 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 3207 manat məbləğində maddi ziyan vurmaqla, bundan başqa, o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə 08 mart 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus, ünvan 3 fərdi yaşayış mənzilinə qanunsuz daxil olaraq, orada olan, dəyəri 1200 manat olan bir ədəd briliyant qaşlı qadın üzüyünü, dəyəri 600 manat olan bir ədəd qadın nişan üzüyünü, dəyəri 1400 manat olan iki ədəd qadın boyunbağılarını, dəyəri 1000 manat olan iki cüt qızıl sırğanı, dəyəri 6 manat olan, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış, 2,15 qram çəkisi olan bir ədəd üzüyü və 1500 manat nağd pulu gizli olar aq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 5706 (min beş yüz altı) manat məbləğində maddi ziyan vurmaqla, həmçinin bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 may 2020-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə hasardan aşmaqla, evin ön pəncərəsinin divarına bərkidilmiş dəmir barmaqlıqları yerindən çıxardaraq sındırmış, plastik pəncərəni açmaq yolu ilə qanunsuz içəri daxil olaraq, yataq otağından 6000 (altı min) manat ekvivalentində olan 3530 ABŞ dolları nağd pulu, digər yataq otağından isə ümumi dəyəri 800 manat olan 750 əyarlı bir cüt briliyant qaşlı qadın sırğasını, ümumi dəyəri 800 manat olan 750 əyarlı qızıl qadın qolbağını, ümumi dəyəri 600 manat olan 750 əyarlı briliyant qaşlı qadın qızıl üzüyünü, ümumi dəyəri 1600 manat olan sibir briliyyant qaşlı qədimi qadın qızıl üzüyünü, ümumi dəyəri 1200 manat olan 750 əyarlı yaqut və briliyant qaşlı qadın ağ qızıl üzüyünü, ümumi dəyəri 800 manat olan 750 əyarlı briliyant qaşlı qadın ağ qızıl üzüyünü, ümumi dəyəri 800 manat olan 750 əyarlı topaz qaşlı qadın üzüyünü, 2 manat dəyərində olan bir ədəd, üzərində “VVishing you...Have a very happy life” yazısı olan dördkünc formalı qutunu, 28 manat dəyərində olan, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli, 925 əyarlı üzərində “925” damğası olan gümüş materialdan hazırlanmış 6,99 qram çəkisi olan 1 dəst üzük-kulonu, 4 manat dəyərində olan, sarı rəngli mis əsaslı ərintidən hazırlanmış, 42,53 qram çəkisi olan bir cüt sırğanı, 11 manat dəyərində olan, üzərində rəngsiz, şəffaf qiymətsiz qaşları olan gümüşü rəngli 925 əyarlı, üzərində “925” damğası olan gümüş materialdan hazırlanmış 5,59 qram çəkisi olan bir ədəd sırğanı və 2 ədəd məmulat hissəsini, 2 manat dəyərində, üzərində rəngsiz şəffaf qiymətsiz qaşları olan, halqa formalı gümüşü rəngli mis əsaslı ərintidən hazırlanmış 23,31 qram çəkisi olan 1 ədəd qolbağı, 5 manat dəyərində olan, uc hissəsində yarpaq formalı elementlər və rəngsiz şəffaf qiymətsiz qaşlar olan mis əsaslı ərintidən hazırlanmış gümüşü rəngli, çəkisi 9,44 qram olan 1 ədəd qolbağı, 1 manat 50 qəpik dəyərində olan, üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan dəmir və mis əsaslı ərintidən hazırlanmış, çəkisi 14,38 qram olan 1 ədəd gümüşü rəngli qolbağı, qiyməti olmayan, üzərində göz formalı işləmələr olan dördkünc formalı gümüşü rəngli də mir əsaslı ərintidən hazırlanmış, çəkisi 23,38 qram olan 9 ədəd məmulat hissəsini, 50 qəpik dəyərində olan, üzərində rəngsiz şəffaf qiymətsiz qaşlar olan (1 qaş yeri boş) dəmir və mis əsaslı ərintidən hazırlanmış, çəkisi 2,61 qram olan 1 ədəd gümüşü rəngli sancağı, 2 manat dəyərində olan, sarı rəngli sink və mis ərintidən hazırlanmış, çəkisi 7,73 qram olan 1 ədəd qalstuk sancağını və 995 manat dəyərində olan, üzərində 8 ədəd, hər biri 0,021 karat və 48 ədəd hər biri 0,012 karat olmaqla, ümumilikdə 4/3 karat olan, 750 əyarlı qızıl materialdan hazırlanmış, çəkisi 6,82 qram olan gümüşü rəngli 1 cüt qızıl sırğanı gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 13651 (on üç min altı yüz əlli bir) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. İş materiallarından görünür ki, Məhkum həmin əməlləri törətməsi hazırki iş üzrə məhkumun özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri yanaşı, zərər çəkmiş şəxs və mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs1, digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, şahidlər Şahid qızının, X5, X11, X2 ifadələri ilə, 24 may 2020-ci il və 25 may 2020-ci il tarixli ifadənin yerində yoxlanılması, “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 25 may 2020-ci il və 30 may 2020-ci il tarixli protokollarla, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 sentyabr 2020-ci il tarixli 6/1362-9/2584 saylı rəyi ilə, həmçinin cinayət işinə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tədqiq edilmiş digər sübutlarla tam təsdi q edilir. Həmçinin iş materiallarında olan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarı ilə əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, 70-876-35-58, 70-876-41-86, 77-324-15-65 və ***-***-**-** mobil nömrələri X7 adına qeydə alınmışdır. ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr 01 yanvar 2020-ci il tarixdən 30 iyun 2020-ci il tarixədək və ***-***-**-**, ***-***-**-**, ***-***-****, ***-***-**-** saylı mobil nömrələr 01 iyul 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək “Azerfon” şəbəkəsində istifadə edilməmişdir. Yalnız 77-324-15-65 mobil nömrəsi istifadə olunduğundan həmin nömrənin anten dairəsi müəyyən edilmiş, digər nömrələrin anten dairəsi müəyyən edilməmişdir. 77-324-15-65 mobil nömrəsi 21 noyabr 2019-cu il t arixdə aktivləşdirilmiş, 14 mart 2021-ci il tarixdə deaktiv edilmişdir; -77-324-15-65 mobil nömrəsinin 31 yanvar 2020-ci il tarixə aid anten dairəsinə dair məlumatlarla müəyyən edilmişdir ki, həmin nömrənin istifadəçisi olan Məhkum 31 yanvar 2020-ci il tarixdə saat 14:03-dən 17:03-dək Bakı şəhəri, Babək prospekti 2315 məhəllə /Khatai/ ünvanında, saat 17:03-dən 20:03-dək /Zeytun kuchesi/ ünvan 4 ünvanında, saat 21:58-dən sonra isə qeydiyyatda olub yaşadığı Bakı şəhəri, Hövsan qəsəbəsində olmuşdur. Məhkumin yerini dəyişdiyi həmin marşrut xəritədə izlənərkən onun saat 17:03dən sonrakı vaxtda, yəni 21:58-dək yolunun üzərində yerləşən, 31 yanvar 2020-ci il tarixdə, saat 22 radələrində oğurluq cinayətinin törədildiyi, Zərərçəkmiş şəxs3 məxsus ünvan 2, 2 nömrəli mənzilin yerləşdiyi ərazidə oldu ğu müəyyən edilir. -Həmçinin X7 istifadəsində olmuş 77-324-15-65 mobil nömrəsinin 08 mart 2020-ci il tarixə aid anten dairəsindən müəyyən edilmişdir ki, həmin nömrə 07 mart 2020-ci il tarixdə saat 00:45-də Bakı şəhəri, Nizami rayonu, 2404 məhəllə, M.Əliyev 17 ünvanında deaktiv edilmiş, yalnız xx.xx.2020-ci il tarixdə saat 08:23-də Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində aktiv edilmişdir. -77-324-15-65 mobil nömrəsinin 14 may 2020-ci il tarixə aid anten dairəsindən müəyyən edilmişdir ki, həmin nömrənin istifadəçisi olan Məhkum 14 may 2020-ci il tarixdə saat 12:25-dən 15:57-dək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi (Rəng Emalı Zavodunun yaxınlığında) olmuşdur. Məhkumin olduğu həmin marşrut xəritədə izlənilərkən onun saat 12:25-dən 15:57-dək, 14 may 2 020- ci il tarixdə, saat 15 radələrində oğurluq cinayətinin törədildiyi, Zərərçəkmiş şəxs1 məxsus, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin tam yaxınlığındaki ərazidə olduğu müəyyən edilir. Bundan başqa X7 istifadəsində olmuş 77-324-15-65 mobil nömrəsinin anten dairəsi izlənərkən, onun saat 22-dən sonra növbəti günlərdə səhər saatlarına kimi tez-tez yerini dəyişməsi, gecədən səhərə kimi Bakı şəhərinin müxtəlif ərazilərində olması müəyyən edilmişdir. Göründüyü kimi X7 istifadəsində olmuş 77-324-15-65 mobil nömrəsinin anten dairəsinədair məlumatlara əsasən onun 31 yanvar 2020-ci il tarixdə, saat 22 radələrində oğurluq cinayətinin törədildiyi, Zərərçəkmiş şəxs3 məxsus ünvan 2, 2 nömrəli mənzilin yerləşdiyi ərazidə, həmçinin 14 may 2020-ci il tarixdə, saat 15 radələrində oğurluq cinayət inin törədildiyi, Zərərçəkmiş şəxs1 məxsus, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin tam yaxınlığındaki ərazidə olduğu təkzibolunmaz şəkildə təsdiqini tapmışdır. İş materiallarından görünür ki, işə apellyasiya instansiyasında baxılarkən Məhkum müdafiəçisi C.N.Seyidovun kassasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilən dəlillərin hamısı tam, hərtərəfli və obyektiv yoxlanılmış, iilkin araşdırma və ibtidai araşdırma zamanı bir sıra sübutların qanunvericiliyinin tələblərinin pozulması ilə əldə edilməsi müəyyən olunaraq onlar sübutlar siyahısından xaric edilmiş (həmin sübutlar apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 01 dekabr 2022-ci il tarixli etdiyi yekun qərarda və eyni tarixli xüsusi qərarda əks etdirilmiş), lakin bununla belə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinə dəlalət edən və işin müəyyən olunmuş faktiki hallarının arxasında duran digər sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri qanuna müvafiq qaydada tərtib edilmiş müvafiq protokollarda öz əksini tapmış və həmin sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsi Məhkum ona istinad olunan oğurluq cinayətlərini törətməkdə təqsirli təqsirli olması barədə nəticəyə gələrkən yekun qərarın əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandığı sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələbinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətl ərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Məhkəmə kollegiyası kassasiya şikyətinin dəlillərinə cavab olaraq qeyd etməyi zəruri bilir ki, yuxarıda istinad olunmuş prosessual qanunvericiliyinin normalarında (CPMnin 144-146-cı maddələri) hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərin ə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Cinayət işinin materiallarının təhlili göstərir ki, hazırki iş üzrə, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparmaqla baxılmasını məqsədə uyğun hesab etmiş, qəbul etdiyi qərarı və apellyasiya şikayətinin dəlillərinə cavablarını isə əsasən birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutların üzərində quran apellyasiya instansiyası məhkəməsi əvvəla hər bir sübuta və onların məcmuyuna məhz yuxarıda tələb olunduğu şəkildə qiymət vermiş, işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məh kəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai araşdırma orqanı tərəfindən Məhkum əməlinin CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışdır. Bundan başqa, apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarında qeyd olu nan göstərişlərə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdıran apellyasiya instansiyası məhkəməsi ibtidai istintaqın ilkin dövründə bir sıra prosessual hüqüq normalarının, habelə “Əməliyyat-axtarış fəaliyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasını müəyyən etsə də, digər, yəni qanuni yolla əldə edilmiş digər sübutların Təbriz Ağasiyvə olunan cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini təsdiq edən əksər mötəbər sübutların şübhə altına alınmasını və onun barəsində bəraət hökmünün çıxarılmasını hesab etməmişdir. Məhkumun müdafiəçisi C.N.Seyidovun Məhkum istintaq zamanı təzyiqlər göstərilməsi və işgəncə altında ifadə verməsi ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi eyni dəlillərlə apellyasiya instansiya məhk əməsində də çıxış etmiş və apellyasiya instansiya məhkəməsi həmin dəlilləri yoxlamaq məqsədilə Məhkumin barəsində olan 1481 saylı şəxsi işi və 4421/2020 saylı Tibb kitabçasını tələb edilərək həmin sənədlərə baxış keçirmiş və bu baxış nəticəsində onun Bakı İstintaq Təcridxanasına qəbul edilərkən üzərində hər hansı bir zorakılıq əlamətinin və xəsarətlərin aşkar edilmədiyi müəyyən edilmişdir. Belə ki, Məhkumin barəsində olan 4421/2020 saylı Tibb kitabçasının “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri”ni əks etdirən 13-cü qrafasında “yeni zədə aşkar olunmadı”, “Obyektiv müayinə”ni əks etdirən 14-cü qrafasında “şikayəti yoxdur” qeydləri aparılmış, 1481 saylı şəxsi işin materiallarında olan 22 mart 2020-ci ildə tərtib edilmiş aktda isə ““sol boyun və sol qolunun hə r ikisinin arxa nahiyəsində çapıqlar” olması, Məhkum həmin xəsarətləri tutulmamışdan əvvəl aldığının bildirməsi barədə qeyd aparılmışdır. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında da Məhkum həmin çapıqların hansı şəraitdə yaranması ilə bağlı suala cavab olaraq sol boyun və sol qolunun hər ikisinin arxa nahiyəsindəki çapıqların tutulmamışdan əvvəl aldığı xəsarətlərlə bağlı olmasını, istintaq təcridxanasına daxil olan vaxt isə yeni xəsarətlərinin artıq qalmadığını bildirmişdir. Kassasiya şikayətində zərərçəkmiş Zərərçəkmiş şəxs1ının yaşadığı evdən oğurluq törədilən gün, yəni 14 may 2020-ci il tarixdə saat 15 radələrində Məhkum həmin evin ətrafında olmasını təsdiq edən videogörüntülər yazılmış diskin cinayət işinin materiallarındla olmaması ilə bağlı dəlilinə cavab olaraq məhkəm ə kollegiyası qeyd edir, cinayət işinin materiallarına əsasən həmin diski işə birinci instansiya məhkəməsində baxılarkən zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etmiş və diskdə yazılmış videogörüntülərə baxış keçirilərkən Məhkum həqiqətən göstərilən tarixdə zərərçəkmişin evinin ətrafında olması müəyyən edilmiş, bu halı isə məhkum özü də inkar etməmiş, lakin bununla bağlı məhkəmə iclaslarında araşdırılmış sübutlarla təsdiqini tapmamış hallar barədə (guya idarə etdiyi avtomaşını Əmircan qəsəbəsinə təmir etdirməkdən aparması haqda) ifadələr vermiş ki, bu ifadələr də inandırıcı görünmür. Məhkəmə iclasında nümayiş etdirilmiş videogörüntülərdə həqiqətən Məhkum olmasını iş üzrə əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş polis əməkdşalrı da məhkəmə iclasında verdikləri ifadələrində təsd iq edərək eyni zamanda bildirmişlər ki, məhz əldə etdikləri bu və digər videogörüntülərə əsasən Məhkum ona elan olunmuş ittihamda göstərilmiş oğurluqları etməsi müəyyən edilmiş və buna görə də o, şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulayır ki, ilkin araşdırmalar zamanı Məhkum oğurluq yolu ilə ələ keçirdliyi əmlakın bir qismi onun idarə etdiyi avtomaşında aşkar edilrək götürülmüş və tanınması üçün zərər çəkmiş şəxslərə təqdim olunmuş, sonuncular da bu əşyaların onların yaşadıqları ünvanlardan oğurlanmasını təsdiq etmişlər. İş üzrə keçirilmiş məhkəmə-daktiloskopik ekspertizasının 17 sentyabr 2020-ci il tarixli 3/1005 saylı rəyi ilə hadisə yerlərinə baxış zamanı aşkar edilərək götürülmüş əlbarmaq izlərinin Məhkum məx sus olmamasının müəyyən edilməsinə görə onun ittiham olunduğu oğurluqları törətməsinin də sübuta yetirilməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə toplanmış və araşdırılmış digər sübutların məcmusu ilə bu dəlil də təkzib olunur (həmin sübutlar məhkəmələrin yekun aktlarında ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür). Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, götürülmüş izlərin təkcə oğurluq etmiş şəxsə deyil, həmçinin oğurluq edilmiş ünvanlarda yaşayan və ya həmin ünvanlara gəlib-gedən şəxslərə də məxsus olması inkar olunmadğınıdan göstərilən rəy Məhkum tərəfindən ittihamda qeyd olunan yaşayış sahələrindən oğurluq etməməsi barədə nəticəyə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək həmçinin belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən təqsirli bilindiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında qanuni və əsaslı nəticəyə gəlmiş, onun törətdiyi əməlləri isə CMnin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif etmişlər. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb onları qəbuledilməz sayaraq və Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməklə cinayət işinin icraatına bəraətverici əsasla rla xitam verilməsi üçün əsaslar görməyərək belə nəticəyə gəlir ki, şikayətdə göstərilən dəlillər əvvəllər də dəfələrlə oğurluq cinayətlərini törətdiyinə görə təqsirli bilinərək məhkum olunmuş Məhkum bu dəfə cinayət məsuliyyətindən yayındırılmasına xidmət edir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi C.N.Seyidovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar