Məhkəmə qərarları › İş №1(102)-764/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-764/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-764/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Əliyev Mehman Qardaşxan oğlunun iştirakları ilə x xxxxx 1955-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı rayonu Quşçu kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.4.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Əliyev Mehman Qardaşxan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: H.S.Əliyev (sədrlik edən), F.H.Əliyev və F.Z.Hümbətov) Məhkum Azərbaycan Respublikası CM-in 188.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etm ə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq olunmaqla, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və onun üzərində 3 (üç) il 6 (altı) ay sınaq müddətinin müəyyən edilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2023cü il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), A.İ.İsmayılov və R.Ə.Ağayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 188.4.1-ci maddəsi ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahələrini özbaşına tutmuş və becərmiş, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Belə ki, o, 2017-ci ilin payız aylarından etibarən başlayan əkin mövsümündə Şamaxı rayonu, Quşçu kəndi yaxınlığında yerləşən "Daş-Ağıl" adlı qış otlaq sahəsində əvvəllər icarəsində olmuş, lakin sonradan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli Sərəncamı ilə icarə müqaviləsinə xitam verilmiş rayon icra hakimiyyətinin balansında olan, kənd təsərrüfatı təyinatlı dövlət fondu torpaqlarının 5,5 (beş hektar əlli sot) hektar sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qəsdən özbaşına tutub xüsusi texnikalardan istifadə etməklə şumlayaraq taxıl məhsulu əkib becərmiş, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Bundan başqa, o, 2017-ci ildə rayon İcra hakimiyyətinin balansında olan, kənd təsərrüfatı təyinatlı dövlət fondu torpaqlarının 5,5 (beş hektar əlli sot) hektar sahəsini özbaşına tutub becərməsi ilə əlaqədar qanunazidd hərəkəti ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin əməkdaşları tərəfindən ona məlumat verilməsinə, yuxarıda qeyd olunan dövlət qurumunun əməkdaşları tərəfindən özünün iştirakı ilə əraziyə baxış keçirilməklə 25 oktyabr 2018-ci il tarixli torpaq sahəsindən qanunsuz istifadə ilə bağlı akt tərtib olunmasına baxmayaraq təkrarən, 2019-cu ilin payız aylarında n etibarən başlayan əkin mövsümündə həmin torpaq sahəsini, yəni Şamaxı rayonu, Quşçu kəndi yaxınlığında yerləşən "Daş-Ağıl" adlı qış otlaq sahəsində əvvəllər icarəsində olmuş, lakin sonradan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli Sərəncamı ilə icarə müqaviləsinə xitam verilmiş rayon İcra hakimiyyətinin balansında olan, kənd təsərrüfatı təyinatlı dövlət fondu torpaqlarının 5,5 (beş hektar əlli sot) hektar sahəsini, eləcə də həmin ərazi ilə sərhəddə yerləşən, Şamaxı rayon Quşçu bələdiyyəsinə məxsus rayonun Quşçu kəndi ərazisində “Səfəralı” adlanan sahədə 02 (iki) fərqli qonşu ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı örüş-torpaq sahəsindən 05 (beş) hektar və bələdiyyənin ehtiyat fond torpaqlarından isə 15 (on beş) hektar sahəni qanunla müəyyən ed ilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qəsdən özbaşına tutub xüsusi texnikalardan istifadə etməklə şumlayaraq taxıl məhsulu əkib becərmiş, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Bundan başqa, o, 2017-ci ildə rayon İcra hakimiyyətinin balansında olan, kənd təsərrüfatı təyinatlı dövlət fondu torpaqlarının 5,5 (beş hektar əlli sot) hektar sahəsini özbaşına tutub becərməsi ilə əlaqədar qanunazidd hərəkəti ilə bağlı 2018-ci ildə, habelə 2019-cu ildə Şamaxı rayon Quşçu bələdiyyəsinə məxsus 02 (iki) fərqli ərazidə yerləşən 20 (iyirmi) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutub becərməsi ilə əlaqədar qanunazidd hərəkəti ilə bağlı isə 2020-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsi nin əməkdaşları və Şamaxı rayon Quşçu bələdiyyəsinin sədri tərəfindən ona məlumat verilməsinə, yuxarıda qeyd olunan dövlət qurumunun əməkdaşları və bələdiyyə sədri tərəfindən özünün iştirakı ilə əraziyə baxış keçirilməklə müvafiq olaraq 25 oktyabr 2018-ci il tarixli və 21 aprel 2020-ci il tarixli torpaq sahələrindən qanunsuz istifadə ilə bağlı aktlar tərtib olunmasına baxmayaraq təkrarən, qanunsuz hərəkətlərini qəsdən davam etdirərək 2020-ci ilin payız aylarından etibarən başlayan əkin mövsümündə yenidən həmin torpaq sahələrini, yəni Şamaxı rayonu, Quşçu kəndi yaxınlığında yerləşən "Daş-Ağıl" adlı qış otlaq sahəsində əvvəllər icarəsində olmuş, lakin sonradan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli Sərəncamı ilə icarə müqaviləsinə xitam verilmiş rayon İcra hakimiyyətinin balansında olan, kənd təsərrüfatı təyinatlı dövlət fondu torpaqlarının 5,5 (beş hektar əlli sot) hektar sahəsini və Şamaxı rayon Quşçu bələdiyyəsinə məxsus rayonun Quşçu kəndi ərazisində “Səfəralı” adlanan sahədə 02 (iki) fərqli ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı örüş-torpaq sahəsindən 05 (beş) hektar və bələdiyyənin ehtiyat fond torpaqlarından isə 15 (on beş) hektar sahəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutub xüsusi texnikalardan istifadə etməklə şumlayaraq taxıl məhsulu əkib becərmiş, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuş, taxıl məhsulu yetişməsə də, həmin ərazilərdə yetişmiş yabanı ot bitkilərini 2021-ci ilin aprel ayının sonlarında biçib ot bağl amaları şəklində yaxınlıqda yerləşən istifadəsindəki fermanın ərazisinə yığmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və əməlində cinayət tərkibi olmadığına görə barəsində olan cinayət işinin xitam verilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, X1 məhkum edildiyi cinayət əməlini törətməsi iş materialları ilə sübuta yetirilmir. Belə ki, məhkəmə zərərçəkmiş şəxs Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi qismində dindirilmiş Şamaxı rayon İcra Hakimiyyəti Aparatının Hüquq Şöbəsinin müdiri X10 ifadəsini saxtalaşdırmışdır. Bunu işə əlavə edilməli olan elektron məhkəmə portalının video müşahid ə kameralarının yazısı da tam təsdiq edir. İş materiallarından və zərərçəkmiş şəxsin nümayəndələrinin izahatlarından, məhkəmənin şifahi sorğusuna verilmiş məlumatdan görünür ki, həmin ərazinin Şamaxı rayonuna aid olması barədə xəritə və digər təsdiqedici və hüquqmüəyyənedici sənədlər mövcud deyildir. İttihamda göstərilən ərazinin Şamaxı rayonuna aid olması ilə bağlı nə ittiham tərəfi heç bir sübut təqdim etməmiş, əksinə heç bir sübut olmadan, hətta zərərçəkmiş şəxsin nümayəndələrinin həmin ərazinin Şamaxı rayon ərazisi olmaması barədə ifadələrinə və çıxışlarına baxmayaraq məhkəmə heç bir xəritə, təsdiqedici və hüquqmüəyyənedici sənədlər olmadan, həmin yerə yerində baxış keçirib GPS proqramı ilə yoxlamadan həmin ərazini havadan-sudan hesab etmişdir ki, həmin ərazi Şamaxı rayonu ərazisidir. İkincisi zərərçəkmiş şəxsin nümayəndəsi Mənəfov Nəsimi bildirmişdir ki, Məhkumın 20 hektarlıq icarə müqaviləsi qismən ləğv edilmişdir. AGRO DAİRY MMC-yə verilmiş torpaq sahəsindən başqa bütün torpaq sahələri Məhkumın qanuni istifadəsində qalmışdır. Beləliklə müəyyən edilir ki, 5.5. ha torpaq sahəsi Məhkumın qanuni istifadəsində olmuşdur. Hər iki zərərçəkən ərizə verərək bildirmişlər ki, onların heç bir şikayət və tələbi yoxdur. Belə olan halda isə əməlin ictimai təhlükəliliyi aradan qalxır, yəni şərait dəyişməsi baş verir. Belə çıxır ki, hər iki zərərçəkənin Cəbrayılovun onlara məxsus (məxsus olması sübuta yetirilməsə də) əkilməsinə və biçilməsinə etirazları yoxdursa cinayət məsuliyyəti də yoxdur. Ona görə ki, torpaq üzərində mülkiyyət hüququnu pozma o halda baş verir ki, bu zərərçəkənin i radəsi əleyhinə baş verir. Qeyd edilməlidir ki, hazırkı işdə zərərçəkənlərin iradəsinin əleyhinə torpaqların əkilməsi və biçilməsinin baş verməsi müəyyən edilmir. Çünki, zərərçəkənlərin onların mülkiyyətində olan torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulması ilə bağlı şikayətləri əvvəlcədən olmamış, sonradan isə barışdıqlarını elan etmişlər. Artıq barışığın baş verməsi, şikayətin və tələbin olmaması torpaq üzərində mülkiyyət hüququnun pozulmasını inkar edir və şərait dəyişməsinə görə ən azı cinayət işinin xitam edilməsini zəruri edir. Məhkəmədə şahid qismində dindirilmiş X4, Şahid3, Şahid11, Şahid12, Şahid13, Şahid14, Şahid15, Şahid16, Şahid7, Şahid10 və Şahid8 məhkəmədə dindirilən zaman verilən suallara cavab olaraq həmin torpaq sahəsinin Məhkum tərəfindən şəxsən zəbt edilməsini, orada əkin-biçin aparılmasını, Məhkum tərəfindən həmin torpaq sahəsinin mühafizə edilməsini, həmin torpaq sahəsinin sərhədlənməsini (çəpərlənməsini) görmədiklərini bildirmişlər. Ümumiyyətlə torpaq sahələri çəpərlənməmişdir. İbtidai istintaq zamanı torpaq sahələrinin Cəbrayılov tərəfindən zəbt edildiyini ona görə demişlər ki, həmin torpaq sahəsində Məhkumm yaxın qohumlarım görmüşlər və Xəqani adlı qohumundan şikayət edərkən, Cəbrayılov Xəqanini müdafiə etdiyinə görə Cəbrayılovdan da şikayət etmişlər. Deməli, qeyd edilən torpaq sahəsinin məhz təqsirləndirilən şəxs tərəfindən çəpərlənməsi, zəbt edilməsi, əkilib-biçilməsi və ya hər hansı bir formada torpaq üzərindəki mülkiyyət hüququnun məhz təqsirləndirilən şəxs tərəfindən pozulması da sübuta yetirilməmişdir. Məhkəmə heç bir əsas olmadan b ioloji ekspertizanın rəyinə əsaslanıb ki, əkildiyibiçildiyi qeyd edilən torpaq sahəsindən götürülmüş otların tərkibi ilə Cəbrayılova məxsus olduğu bildirilən fermada ot tayasından götürülmüş ot nümunəsinin tərkibi eynidir. Əvvəla qeyd etmək lazımdır ki, həmin fermanın və ot tayasının yerləşdiyi ərazinin Cəbrayılova məxsus olması ilə bağlı heç bir sübut mövcud deyildir, ikincisi iş materiallarından görünür ki, qeyd edilən ərazi yüzlərlə hektardır və həmin ərazinin hamısını otunun tərkibləri eyni ola bilər. Bu o demək deyil ki, həmin ot tayasında olan torpaq həmin yüzlərlə hektar ərazinin ancaq ittihamda göstərilən sahəsində bitir. Digər sahələrin də otlarının tərkibi eynidir. İş materiallarındakı alğı-satqı barədə aktdan görünür ki, qeyd edilən ot tayasındakı ot bağlamaları Cəbrayılov tərəf indən satın alınmışdır. Cinayət işinin 4-cü cildinin 119-120ci səhifələrində olan məhkəmə mühəndis-texniki ekspertizası tikinti-texniki obyektlərinin obyektlərinin tədqiqi ekspertizasının rəyində qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Xidməti, Şamaxı ərazi şöbəsinin məsləhətçisi, Şamaxı rayonu üzrə torpaq müfəttişi vəzifəsində işləyən Şahid1 rəyinə əsasən hər iki torpaq sahəsi Şamaxı rayon ərazisidir. Lakin 4-cü cild 200-203-cü səhifələrində olan baxış protokolundan görünür ki, “mütəxəssis” Nağdəliyev Fəridin iştirakı ilə ərazilərə baxış keçirilmiş, guya müəyyən edilmişdir ki, həmin ərazi Şamaxı rayon ərazisi olmuş, baxış protokolundan görünür ki, baxış zamanı xəritədən və xüsusi heç bir cihazdan istifadə edilməmişdir. Həmçinin 4-cü cild 214-cü səhifəsindəki mütəxəssis rəyindəndən görünür ki, mütəxəssis rəyi 7 sentyabr 2021-ci il tarixdə tərtib edilmişdir. Deməli ekspert rəyi 1 sentyabr 2021-ci il tarixdə tərtib edildiyinə görə ekspert həmin rəydən 7 gün sonra, yəni 7 sentyabr 2021-ci il tarixdə verilmiş mütəxəssis rəyinə istinad edə bilməzdi, çünki həmin vaxtı mütəxəssis rəyi mövcud deyildi və mütəxəssis ümumiyyətlə əraziyə baxış keçirməmişdi. Ona görə də, cinayət işinin 4-cü cildinin 119-120-ci səhifələrində olan məhkəmə mühəndis- texniki ekspertizası tikintitexniki obyektlərinin tədqiqi ekspertizasının rəyi etibarsız hesab edilməli və iş materiallarından, sübutlar siyahısından çıxarılmalı idi. İrəli sürülmüş ittihamda göstərilmiş epizodlar üzrə cinayət hadisəsi olmadığına görə bəraət hökmü çıxarılmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlil lərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi M.Əliyevin, təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya inst ansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkumun müdafiəçisi tə rəfindən verilmiş kassasiya şikayətində məhkuma elan edilmiş ittihamın əsaslılığı mübahisələndirilir. Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsində “Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma”ya görə cinayət məsuliyyətini nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsində “Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma”ya görə cinayət məsuliyyətini nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsinə əsasən bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə” cinayət məsuliyyətini nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in “188.4-cü maddəsinə görə Bu Məcəllənin 188.1188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər: 188.4.1. təkrar törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmamas ı və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı in stansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhin ə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellya siya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 188.4.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum edilmiş cinayət əməllərinin törədilməsində özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxs X10 v ə Nümayəndə1 Mürsəl oğlunun, şahidlər Şahid1, Şahid2, X4, Şahid3, Şahid11, Şahid12, Şahid13, Şahid14, Şahid15, Şahid16, Şahid7, Şahid10 və Şahid8, Şahid6, Şahid9, Şahid4, Şahid17 və ş Şahid18 ifadələri, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli **********59 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş xx.xx.2018-ci il tarixli akt, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli **********69 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli akt, xx.xx.2021-ci il tarixli baxış protokolu, xx.xx.2021-ci il tarixli baxış protokolu, “məhkəmə-kimyəvi ekspertiza” üzrə xx.xx.2021-ci il tarixli 6/651 nömrəli ekspert rəyi, xx.xx.2021-ci il tarixli baxış protokolu, x x.xx.2021-ci il tarixli mütəxəssis rəyi, “məhkəmə tikinti-texniki ekspertiza” üzrə xx.xx.2021-ci il tarixli 10/4357 nömrəli ekspert rəyi, Quşçu bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 29, 31 və 32 nömrəli müraciətləri, Şamaxı rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2021-ci il tarixli Ş-031617 nömrəli məktubu, verilmiş əməliyyat tapşırığı əsasında Şamaxı RPŞ-nin CAB-dan daxil olmuş cavab məktubu, xx.xx.2021-ci il tarixli baxış protokolu, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 67 yaşının olmasını, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, ayaq barmağının amputasiya olunmasını cəzanı yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edə rək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişikl ik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq. Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2023-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar