Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-764/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Qocayev Ramil Alim oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 27 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.2.9 və 145.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər: Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət tərkibdə) Məhkum, xx xxx 1968-ci il tarixdə Gədəbəy rayonunun Fərzah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvandada yaşamış, CM-in 120.2.9 və 145.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 120.2.9-cu maddəsi ilə 17 (on yeddi ) il 6 (altı) ay müddətə, CM-in 145.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 66.3-cü maddəsinin tələblərinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin zərər çəkmiş şəxsin hüquqi varisi X7 və mərhum Zərərçəkmiş şəxs anası Şahid1 Məhkum qarşı verdikləri mülki iddia qismən təmin edilmiş və Məhkum X7 mənəvi iztirablara məruz qaldığına və ona dəymiş mənəvi zərərə görə 6000 (altı min) manat, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 238 (iki yüz otuz səkkiz) manat məbləğində pulun Məhkum tutularaq X7nın xeyrinə ödənilməsi qərara alınmış, sonuncunun və onun anası Şahid1 isə iddianın təmin edilməmiş hissəsində mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ onlara izah edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qızı Şahid2 ilə sevgi münasibətində olan, görüşüb söhbət etmək məqsədi ilə gizlin onun evinə gəlmiş Zərərçəkmiş şəxs bu hərəkətlərindən xəbər tutub 26 avqust 2022-ci il tarixdə sonuncuya zəng vuraraq qızı ilə bir daha görüşməməsi və onun yaşadığı evə gəlməməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs 06 sentyabr 2022-ci il saat 23:50 radələrində onun yaşa dığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rəsul Rza küçəsində yerləşən nömrəsiz fərdi evinə gəldikdə təsadüfən Zərərçəkmiş şəxsla evinin həyətində rastlaşıb onu tutaraq həyətindəki qaraja salıb, ona xəbərdarlıq etməsinə məhəl qoymadan hansı səbəbə görə yenidən evinə gəlməsini soruşub irad tutmuş, qızı ilə aralarında intim münasibət olmasını güman edib şübhələnərək ondan qisas almaq niyyəti ilə qəsdən onu öldürmək qərarına gəlib bu məqsədlə qarajdan götürdüyü yapışqan lent, ip və kilimi avtomobilinin yük yerinə qoyaraq, eləcə də həmin iplə 2006-cı il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs əl-qolunu ön hissədən bağlayaraq istifadəsində olan “Toyota Prado” markalı, Az **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağında əylə şdirib 07 sentyabr 2022-ci il tarixdə gecə saat 01:10 radələrinədək, təxminən bir saat müddətində əl-qolu bağlı vəziyyətdə, iradəsinə zidd olaraq özünə məxsus həmin nəqliyyat vasitəsində saxlayıb sərbəst hərəkət etmək imkanını məhdudlaşdıraraq Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivində ünvansız əraziyə gətirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, 07 sentyabr 2022-ci il tarixdə gecə saat 01:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivində, ünvansız boş ərazidə sonuncunu avtomobildən düşürdükdən sonra əl-qoluna bağladığı ipi açıb yerə ataraq onunla söhbət etmək istədiyini bildirib qızı Şahid2 ilə aralarında cinsi əlaqənin olubolmaması, əgər olmuşdursa indiyədək harada və necə görüşmələri, ha belə hansı vaxtdan bəri görüşdükləri barədə onu sorğu sual edərkən Zərərçəkmiş şəxs ona qızı ilə 2022-ci ilin aprel ayından bəri görüşdüklərini, bəzən onların evinin bağında, bəzən isə öz evində dəfələrlə cinsi əlaqədə olmalarını bildirdikdən sonra o, cinayətkar əməllərini davam etdirib sonuncunu qəsdən öldürməkdən ötrü yetkinlik yaşına çatmayan, fiziki cəhətdən zəif olduğundan ona müqavimət göstərmək iqtidarında olmayan, bu səbəbdən onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə sillə, yumruq zərbələri vurub ona sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib yerə yıxdıqdan sonra qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdırmaq üçün az əvvəl yerə atdığı ipi götürüb sonuncunun boğazına dolayıb sıxaraq ona boynunun orta 1/3-də üfüqi vəziyyətdə yerləşmiş qapanan ikıqath stranqulyasiya şırımı və stranqulyasiya şırımı boyunca boyunun yumşaq toxumalarına qansızma ilə nəticələnən, ölümü ilə birbaşa səbəbli əlaqəli olan, boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya (ilgəklə boğma) ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Süleymanov Türkel Hümbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədi m Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 4 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış və nətiəcədə o, təqsirli bilindiyi cinayətləri törətmədiyi halda qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Halbuki, 6 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində o, Bilgəh qəsəbəsində yerləşən evinə gəldikdə Zərərçəkmiş şəxs artıq qətlə yetirildiyini görmüş və bunun sonuncu tərəfindən qızına qarşı etdiyi hərəkətlərə, onu daim təqib etdiyinə, yəni namus üstündə edildiyini bilib mərhumun meyitini öz avtomaşınına qoyaraq aparıb gizlətmiş, özü isə Zərərçəkmiş şəxs onun tərəfindən öldürülməsini etiraf etmək qərarına gələrək ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında bu barədə həqiqətə uyğun olmayan ifadələr vermiş, mərhumun meyitinin basdırıldığı yeri göstərməklə isə müstəntiqi bu ifadələrə inandırmağa çalışmışdır. Qeyd etdiyi səbəblərə görə o, məhkəmə iclasında da ittiham olunduğu c inayətləri törətməsi barədə etirafedici ifadələr vermiş, lakin əsl həqiqətdə o, Zərərçəkmiş şəxs öldürməmiş, onun kim tərəfindən öldürülməsi isə sonuncunun yaxın qohumlarına da məlumdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına təyin edildikdə o, da bu qətlin həqiqi təfərrüatları, o cümlədən kim tərəfindən törədilməsi barədə ətraflı ifadələr verəcək. Qeyd olunan dəlillərə əsaslanarq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxsin hüquqi varisi X7 naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarını n rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin hüquqi varisi X7in iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan belə nəticə hasil olur ki, şikayət müəllifi öz müraciətində faktiki olaraq apellasiya instansiyası məhkəməsi tərəfindən süblutlara qanunvericilikdə nəzərdə tutulmuş şəkildə qiymət verilməməsini, onun təqsirli bilindiyi cinyaətləri törətmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edildiyini iddia edir və bunlarla əlaqədar kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2 və və 416.1.11-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslağını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normaları nın tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə bax ışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasınd a prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Kon stitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələblər eyni zamanda hər bir insanın, dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozlumuş hüquqlarının bərpa edilməsi, habelə cinayət törətmiş şəxslərin ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlili kləri müəyyən edildikdə məhkum olunaraq cəzalandırılmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsul iyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlve rişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyi n bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxs lər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə a lınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Ci nayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi va cib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühaki mə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur da xilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəx s tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqi bi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkə mənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllə də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, ə ldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 200 9-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvlər i və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il ta rixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qi ymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə k ollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamın həmin mərhələdə toplanmış sübutlarla tam təsdiq edilməsini hesab edən məhkəmələr belə nəticəyə gəlmişlər ki, o, qızı Şahid2 ilə sevgi münasibətində olan, görüşüb söhbət etmək məqsədi ilə gizlin onun evinə gəlmiş Zərərçəkmiş şəxs bu hərəkətlərindən xəbər tutub 26 avqust 2022-ci il tarixdə sonuncuya zəng vuraraq qızı ilə bir daha görüşməməsi və onun yaşadığı evə gəlməməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs 6 sentyabr 2022-ci il saat 23:50 radələrində onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rəsul Rza küçəsində yerləşən nömrəsiz fərdi evinə gəldikdə təsadüfən Zərərçəkmiş şəxsla evinin həyətində rastlaşıb onu tutaraq həyətindəki qaraja salıb, ona xəbərdarlıq etməsinə məhəl qoymadan hansı səbəbə görə yenidən evinə gəlməsini soruşub irad tutmuş, qızı ilə aralarında intim münasibət olmasını güman edib şübhələnərək ondan qisas almaq niyyəti ilə qəsdən onu öldürmək qərarına gəlib bu məqsədlə qarajdan götürdüyü yapışqan lent, ip və kilimi avtomobilini n yük yerinə qoyaraq, eləcə də həmin iplə 2006-cı il təvəllüdlü olmaqla onun üçün aşkar surətdə yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs əl-qolunu ön hissədən bağlayaraq istifadəsində olan “Toyota Prado” markalı, Az **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağında əyləşdirib 7 sentyabr 2022-ci il tarixdə gecə saat 01:10 radələrinədək, təxminən bir saat müddətində əl-qolu bağlı vəziyyətdə, iradəsinə zidd olaraq özünə məxsus həmin nəqliyyat vasitəsində saxlayıb sərbəst hərəkət etmək imkanını məhdudlaşdıraraq Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivində ünvansız əraziyə gətirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, 7 sentyabr 2022-ci il tarixdə gecə saat 01:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivində, ünvansız boş ərazidə sonuncunu avtomobildən düşürdükdən sonra əl-qoluna bağladığı ipi açıb yerə ataraq onunla söhbət etmək istədiyini bildirib qızı Şahid2 ilə aralarında cinsi əlaqənin olubolmaması, əgər olmuşdursa indiyədək harada və necə görüşmələri, habelə hansı vaxtdan bəri görüşdükləri barədə onu sorğu-sual edərkən Zərərçəkmiş şəxs ona qızı ilə 2022-ci ilin aprel ayından bəri görüşdüklərini, bəzən onların evinin bağında, bəzən isə öz evində dəfələrlə cinsi əlaqədə olmalarını bildirdikdən sonra o, cinayətkar əməllərini davam etdirib sonuncunu qəsdən öldürməkdən ötrü yetkinlik yaşına çatmayan, fiziki cəhətdən zəif olduğundan ona müqavimət göstərmək iqtidarında olmayan, bu səbəbdən onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs baş və bəd ən nahiyələrinə sillə, yumruq zərbələri vurub ona sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib yerə yıxdıqdan sonra qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdırmaq üçün az əvvəl yerə atdığı ipi götürüb sonuncunun boğazına dolayıb sıxaraq ona boynunun orta 1/3-də üfüqi vəziyyətdə yerləşmiş qapanan ikiqat stranqulyasiya şırımı və stranqulyasiya şırımı boyunca boyunun yumşaq toxumalarına qansızma ilə nəticələnən, ölümü ilə birbaşa səbəbli əlaqəli olan, boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya (ilgəklə boğma) ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən hə yatdan məhrum etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona elan olunmuş ittiham üzrə yuxarıda şərh edilən əməlləri törətməkdə qismən təqsirli bilərək zərərçəkmiş – yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs 7 sentyabr 2022-ci il tarixdə qanunsuz olaraq azadlıqdan məhrum etməsini və onu boğmaqla qəsdən öldürməsini etiraf etmiş, lakin eyni zamanda qeyd etmişdir ki, həmin vaxt sonuncu aşkar surətdə köməksiz vəziyyətdə olmamış, hətta ona müqavimət göstərərk ona xəsarətlər də yetirmiş və buna görə də onun əməli aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə kimi düzgün qiymətləndirilməyərək CM-in 120.2.9-cu maddəsi ilə səhv tövsif edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum ibtidai araşdırma zamanı özünü ona qarşı irəli sürülmüş it tiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, 25 avqust 2022-ci il tarixdə təxminən saat 02 radələrində o, yaşadığı evdə olarkən evin həyətindən səs gəldiyini eşidib bayıra çıxdıqda bir nəfər cavan oğlanın həyətin hasarından küçəyə tullanmasını görmüş, buna görə də dərhal həyətdən küçəyə çıxıb hasarın qarşısında onu saxlamış və ona 2 şillə zərbəsi vuraraq onun oğru olmasını zənn edərək evdən nə oğurladığını soruşmuşdur. Həmin oğlan, adını sonradan bildiyi Zərərçəkmiş şəxs isə ona adını deyərək bildirmişdir ki, o, kiçik qızı Şahid 2ni sevdiyi üçün onun evinə gəlmiş, sonuncuya qarşı fikri ciddidir və onunla evlənmək istəyir. O, isə Zərərçəkmiş şəxsə onun və qızının hələ uşaq olmalarını və evlənmək vaxtlarının olmadığını, bunun üçün tələb olunan yaşa çatıqda el adəti ilə elçi göndərə biləc əyini, özünün isə qızını ona veribverməyəcəyi barədə fikirləşəcəyini bildirərək Zərərçəkmiş şəxsdən bir daha onların evlərinə gəlməməsini tələb etmiş, sonuncu da bu tələbi yerinə yetirməyi vəd etmişdir. O, bu barədə 25 avqust 2022-ci il tarixdə səhər arvadı Şahid3ə danışmış və arvadı da həmin oğlanı hələ iki ay əvvəl, 2022-ci ilin iyun ayında evlərinin həyətində tutduğunu, onun qızı Şahid2la əlaqələsinin olmadığını və yalnız qızını görmək üçün gəlməsini zənn etdiyini və özünün də ondan evlərinə gəlməyi qadağan etdiyini bildirmişdir. Arvadı Şahid3 verdiyi bu məlumata və özünün də Zərərçəkmiş şəxsi evin həyətindən çıxmasını şəxsən gördüyünə əsasən, o, Zərərçəkmiş şəxsin qızı Şahid2la əlaqələrinin olmasından şübhələnmiş, buna görə qızı Şahid2nı tənbeh edərək ona bir-iki sillə vurmuş, qızına həmin oğlanla görüşməsini qadağan etmiş və eyni zamanda əsəbləşib Zərərçəkmiş şəxsə zəng etməsini tapşıraraq onunla qızı ilə görüşməsi barədə məlumatın olması barədə danışmaq istəməsini bildirmişdir. Onun tələbinə əsasən Şahid2 istifadəsində olan telefonla Zərərçəkmiş şəxsə zəng etmiş, o, Şahid2dan telefonu alıb Zərərçəkmiş şəxs ilə telefonla danışmış və onunla görüşmək istəməsini demiş, məqsədi isə Zərərçəkmiş şəxs sonuncu dəfə tənbeh etmək olmuşdur. Bundan sonra o, qızı Şahid2nın telefonunu alıb ona telefondan istifadə etməyi qadağan etmiş, 25 və ya 26 avqust 2022-ci il tarixdə isə özü Zərərçəkmiş şəxsin istifadəsində olan telefon nömrəsinə zəng edib onu görüşə çağırmış, həmin gün saat 16 radələrində onunla Bilgəh qəsəbəsində görüşüb idarə etdiyi “Toyota Prado” markalı avtomobilə oturma sını və qızı Şahid2 barədə söhbət etmək üçün onunla getməsini təklif etmiş, Zərərçəkmiş şəxs da bu tkliflə razılaşıb avtomaşına əyləşdikdən sonra onu Bilgəh qəsəbəsində boş əraziyə aparmış, orada isə qızı ilə 2022-ci ilin iyun ayından görüşməsi barədə məlumatlı olmasını bildirərək onu sillə və yumruqla döymüş, həmçinin ondan qızından əl-çəkməsini və bir daha qızının dalınca gəlməməyi tapşırmışdır. Bundan 2 gün sonra, yəni 28 avqust 2022-ci il tarixdə onun atası X vəfat etdiyindən bir neçə gün ərzində yas mərasimlərinin keçirilməsi ilə məşğul olmuş, 06 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində o, işdən çıxıb Bilgəh qəsəbəsində yaşadıqları evə gəlmiş, həmin gün oğlu Şahid4 da Bilgəh qəsəbəsindəki evlərinə gəlmiş, onlar birlikdə oturub yemək yeyib çay içdikdən sonra həm arvadı Şahid3ü, həm də oğlunu metronun “Qara Qarayev” stansiyasının yaxınlığındakı evinə aparmışdır. Orada olarkən Şahid4 səhər məşqə getməli olduğunu, bunun üçün geyinəcəyi köynəyin Bilgəh qəsəbəsindəki evlərində qaldığını bildirdiyinə görə, o, həmin köynəyi gətirmək məqsədilə Bilgəh qəsəbəsinə getmiş və təxminən saat 23 radələrində evə çatdıqda idarə etdiyi avtomaşını evin həyətindəki qaraja sürüb orada saxlamış, həmçinin qarajda olan və səhər işə gedərkən asfalt çəkmək üçün işinə lazım olan bəzi avadanlıqları axtarıb taparaq avtomaşının baqajına qoymuş, sonra isə qarajdan evin həyətinə keçərkən Zərərçəkmiş şəxs evin həyətindən küçəyə çıxmaq istədiyini görmüşdür. O, Zərərçəkmiş şəxsə yaxınlaşıb onun qolundan tutaraq evin həyətində olmasının səbəbini soruşaraq ona əvvəl də evinə gəlməməyi barədə xəbərdar lıq etdiyini xatırladıb onun buna məhəl qoymadığına görə əsəbləşmiş və sonuncunun qolundan tutub qaraja aparmışdır. Qarajda o, Zərərçəkmiş şəxsə bir iki sillə vurmuş, sonra isə onun əl-qolunu iplə bağlayıb qızı ilə aralarında nə kimi münasibətlərin olması barədə suallar vermişdir. Zərərçəkmiş şəxs onun suallarına cavab verməkdən yayındığına görə və sonuncuya verdiyi suallara cavab almaq məqsədilə onu döyməklə hədələmiş, lakin Zərərçəkmiş şəxsə təzyiq göstərməklə onunla səmimi danışmasına nail olmayacağını fikirləşib onu guya “kişi kimi” səmimi olmağı və hər şeyi açıqlayacağı təqdirdə qızı Şahid2lə danışmağına icazə verəcəyini bildirərərk onu bu yolla ələ almaq qərarına gəlmiş və buna görə də Zərərçəkmiş şəxsi qarajdakı özünə məxsus “Toyota Prado” markalı avtomaşına əyləşdirərək onunla evdə n kənara gedib yolboyu səmimi söhbət etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs avtomaşının arxa oturacağına əyləşdikdən sonra o, qarajdan çıxaraq oğlu X4in köynəyini axtarmağa başlamış, bu vaxt bacısı X evin həyətinə çıxıb Bigəhə qayıtmasını səbəbini soruşmuş o, da bunun səbəbi barədə ona məlumat verərərk X4in köynəyini sellofanda stolun üstündən götürüb qaraja qayıtmış, oradan isə avtomaşının küçəyə sürmüş və X avtomaşında olan Zərərçəkmiş şəxsi görməsin deyə dayanmadan sonuncunu Albalılıq yaşayış massivinə boş əraziyə aparmışdır. 07 sentyabr 2022-ci il tarixdə gecə saat 00 radələrində onlar dəniz kənarına çatdıqda avtomobildən düşmüş, orada o, Zərərçəkmiş şəxsin əl-qolunu açmış, bundan sonra onunla söhbət edib qızı ilə nə vaxtan görüşməsi, aralarında yaxın əlaqə, yəni intim münasib ətin olub-olmamaması barədə suallar vermiş və bildirmişdir ki, sonuncu bu suallara düzgün versə ona Şahid2la danışmasına icazə verəcək və elçi gəlib onu istəyəndə Şahid2la ailə qurmağa razılaşacaq Zərərçəkmiş şəxs bu suallara xavab olaraq Şahid2la 2022-ci ilin fevral ayından münasibəti olmasını, onunla bir neçə dəfə cinsi əlaqədə olmasını etiraf etdikdə bu əlaqələrin nə vaxt və harada baş verməsi barədə də ona suallar vermiş, Zərərçəkmiş şəxs da Şahid2la gecə vaxtlarında onun yaşadığı evin həyətində, bəzən isə onların yaşadıqları evində cinsi əlaqədə olduğunu etiraf etmişdir. Zərərçəkmiş şəxsin bu sözlərini eşitdikdə o, bərk əsəbləşmiş və onu sillə və yumruqla vurmağa döymüş, sonuncu isə ona müqavimət göstərərərk ona sillə və yumruq zərbələri yetirmişdir. Lakin o, fiziki cəhətlərinə, yən i çəkisinə, boyuna və qüvvəsmnə görə Zərərçəkmiş şəxs daha güclü olduğundan onun müqavimətini qırmış və onu yerə yıxıb üstünə oturaraq bundan əvvəl onun əl-qolunu bağladığı ipi boğazına salıb onu boğmağa başlamışdır. Bunun nəticəsində sonuncunun nəfəsinin kəsildiyini və ölməsini görüb o, bir anlıq peşmançılıq hiss keçirmiş, lakin, onu öldürdüyündən və tutulacağından qorxduğu üçün Zərərçəkmiş şəxsin meyitini gizlətməyi qərara almışdır. Bunun üçün o, Zərərçəkmiş şəxsin meyitinin əl-qolunu, ayaqlarını yapışqan lentlə və iplə bağlayıb meyiti qatlamış və avtomobilində olan xalçaya bükərək avtomaşının baqajına qoymuş, oradan isə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən evinə gedib, arvadı Şahid3ı oradan götürərək Bİlgəh qəsəbəsinə getmiş, lakin sonuncuya törətdiyi əməl barəsin də və avtomaşında Hüseynağanın meyitinin olması barədə heç nə deməmiş, Şahid3 da meyiti görməmiş, meyit isə səhərə qədər avtomaşında qalmışdır. 07 sentyabr 2022-ci il tarixdə təxminən səhər saat 08 radələrində isə o, idarə etdiyi avtomaşınla Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinin arxasında işlədiyi yerin yaxınlığında olan boş əraziyə getmiş, günortayadək orada gözləyib, ətrafa göz gəzdirmişdir ki, Zərərçəkmiş şəxsin meyitini orada torpağa basdırsın. Həmin ərazidə işləyən insanların seyrəldiyini gördükdən sonra o, Zərərçəkmiş şəxsin meyitini avtomaşının baqajından götürüb boş ərazidə olan çuxura atmış, sonra əli ilə meyitin üstünə torpaq töküb çuxurun təxminən 2 metr dərinliyi olduğunu və əli ilə bu çuxuru doldura bilməyəcəyini görüb, həmin ərazidə olan asfalt qazıyan maşınla çuxurun üzərinə xeyli torpaq töküb, meyitin üstünü tamamilə bağlamışdır ki, meyiti heç kim tapa bilməsin. Meyiti basdırdığı ərazi Sədərək Ticarət Mərkəzinin balansındadır və o, Sədərək Ticarət Mərkəzinə aid traktorların təmiri işi ilə məşğul olduğu üçün həmin traktorların açarları bəzən onda olmuş, o, da hadisə günü bu açarlarıın birindən istifadə edərək asfalt qazıyan traktoru işə salıb Zərərçəkmiş şəxsin meyitinin basdırıldığı çuxuru torpaqla doldurmuşdur. O,bu əməlləri törətməsini etiraf etməzdən əvvəl 14-cü polis bölməsinə 2-3 dəfə çağırılıb orada sorğu-sual edilmişdir və tutularaq cinayət məsuliyyətinə cəlb edilmək istəmədiyi üçün cinayəti törətdiyini etiraf etmək istəməmişdir. Polis əməkdaşları tərəfindən xeyli sorğu sual olunduqdan sonra o, Zərərçəkmiş şəxsi dəniz kənarında öldürdüyünü bildirərək onun meyitini dənizə atdığını göstərmişdir. Lakin, polis əməkdaşları dəniz kənarında meyitin aşkar edilmədiyini bildirdikdə o, meyiti basdırdığı yeri doğru olaraq onlara göstərmiş Məhkum qeyd etmişdir ki, onun Zərərçəkmiş şəxsi öldürəcəyini heç özü də planlaşdırmamış və hadisələrin təsadüfi gedişatı nəticəsində onu öldürmüşdür. İş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum həm bu, həm də məhkəmə iclasında faktiki olaraq eyni məzmunda verdiyi ifadələrində göstərdiyi xüsusatlar həmin sübutlarla – zərər çəkmiş şəxsin hüquqi varisi X7nın, Şahid1, Şahid2, Qanuni nümayəndə, Şahid4, Şahid5 ifadələri ilə, məhkəmə-tibbi ekspertizasının 10 sentyabr 2022-ci il tarixli, 220 saylı, məhkəmə-tibbi-bioloji ekspertizasının 12 dekabr 2022-ci il tarixli, məhkəmə-tibbi kriminalistik ekspertizasının 9 dekabr 2022-ci il tarixli rəyləri ilə, Zərərçəkmiş şəxs meyitinin aşkar olunduğu əraziyə baxış keçirilməsi barədə protokolla, telefon danışıqlarının və yazışmalarının aparılması haqqında məlumatlarla, Təhlükəsizli Şəhər Kameraları ilə qeyd alınmış videogörüntülərlə və digər mötəbər sübatlarla müəyyən edilmiş hallarla tam üst-üstə düşür və həm Məhkum, həm də onun müdafiəçiləri cinayət təqibinin hər hansı mərhələsində istər sonuncunun ifadələrinin, istərsə də iş üzrə toplanmış başqa sübutların yolverilməz olmasını, yəni qanun pozuntusu ilə əldə edilməsini iddia etməmişlər. Daha sonra cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də i şə məhkəmələr tərəfindən baxılarkən də Məhkum ona istinad olunan cinayət əməllərinin, yəni köməksiz vəziyyətdə olan şəxsin qəsdən öldürülməsi və yetkilin yaşına çatmayan şəxsin qanunsuz olaraq azadlıqdan məhrum edilməsi cinayətlərinin hər hansı başqa şəxs tərəfindən törədilməsini bildirməmiş və bu səpkidə hansısa əlavə araşdırmanın aparılmasını xahiş etməmişdir. Məhkum barəsində çıxarılmış 27 sentyabr 2023-cü il tarixli hökmdən onun müdafiəçisi T.H.Süleymanov tərəfindən verilmiş apellyasiya şikayətində də hər hansı əsasla həmin hökmün ləğv edilərək məhkum olunmuş şəxsin barəsində bəraət hökmünün çıxarılması, bunun üçün isə iş üzrə əlavə araşdırmanın aparılması barədə tələb irəli sürülməyərək yalnız Məhkum törətdiyi qəsdən adam öldürmə cinayətinin hüquqi tövsifi mübahisələndirilmiş, buna gö rə də apellyasiya instansiyası məhkəməsi həmin şikayətə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılmasını mümkün bilərək sonuncunun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi və bu əməllərə münasibətdə maddi hüquq normalarının düzgün tətbiq edilməsi, yəni həmin əməllərin CM-in 120.2.9 və 145.2.3-cü maddələri ilə düzgün tövsif edilməsi barədə nəticəyə gələrək bu haqda kassasiya qaydasında mübahisələndirən 4 dekabr 2023-cü il tarixli yekun qərarı qəbul etmişdr. Həmin qərardan isə görünür ki, məhkəmə qeyd olunan nəticələrə gələrkən toplanmış və araşdırılmış sübutlara, o cümlədən Məhkum cinayət təqibinin bütün mərhələlərində verdiyi etirafedici ifadələrinə, maddi və prosessual hüquq normalarına, habelə qəsdən adam öldürmə cinayətlərinə məhkəməl ərdə baxılarkən formalaşmış vahid məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanmışdır. Əvvəla Məhkum verdiyi ifadələrinin ibtidai araşdırma orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamın, məhkəmələr tərəfindən isə yekun məhkəmə aktlarının əsası kimi qəbul edilməsində heç bir qanun pozuntusu görmür və qeyd edir ki, belə qənaət CPM-in 126.6-cı maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən isə, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə onun etirafedici ifadələri iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla tam təsdiq edilmiş və bu sübutların fonunda məhkəmələr iş üzrə hər hansı başqa nəticəyə gəlmək üçün heç bir əsas görməmişlər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin vurğulayır ki, araşdırılmış sübutlara əsaslanan məhkəmələr haqlı olaraq Məhkum əməllərinin CM-in 120.2.9 və 145.2.3-cü maddələri ilə tövsif edilməsi barədə ibtidai araşdırma orqanının mövqeyi ilə razılaşmış və digər məsələlərlə yanaşı bu məsələnin həllində hər hansı səhvə yol verməmişlər. Belə ki, CM-in 120.2.9-cu maddəsində təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə, CM-in 145.2.3-cü maddəsində isə yetkinlik yaşına çatmayan şəxsin adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edilməsinə görə cinayət məsu liyyəti nəzərdə tutulmuşdur. Toplanmış və araşdırılmış sübutlardan göründüyü kimi, hazırki iş üzrə 8 mart 2006-cı il tarixdə anadan olmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona qarşı cinayət əməllərinin törədilməsi tarixində, yəni 7 sentyabr 2022-ci il tarixdə on altı yaşında olmaqla yetkinlik yaşına çatmamış, Məhkum tərəfindən 6 sentyabr 2022-ci il tarixdə saat 23.50-dən 7 sentyabr 2022-ci il tarixdə saat 1.10-dək onun iradəsi əleyhinə öz avtomaşınına mindirilib saxlanılmaqla qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, həmçinin zərər çəkmiş şəxs öz fiziki cəhətlərinə görə ondan daha qüvvətli, yəni boyuna, çəkisinə və güc tətbiqi imkanlarına görə ondan üstün olan Məhkum müqavimət göstərmək imkanına malik olmamış (bu halı Məhkum də öz ifadələrində təsdiq etmiş) və sonuncu Zərərçəkmiş şəxs məhz bu vəziyyətindən istifadə edərək onu boğmaqla qəsdən öldürmüşdür. İbtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum Zərərçəkmiş şəxs boğarkən sonuncunun ona qarşı müqavimət gsötərərək vurduğu zərbələrlə hətta ona xəsarət yetirməsini göstərsə də, obyektiv sübutlarla bu hal da təkzib edilmişdir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, 2490A saylı rəyi ilə müəyyən olunmuşdur ki, Məhkum 14 sentyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasının tibb sanitar hissəsində müayinə edilərkən onun üzərində sol qulaq seyvanı və hər iki bazu nahiyəsində qançırlar müəyyən edilmişdir. Sol qulaq seyvanının qançırı tibb sanitar hissəsində müayinədən 3-5 gün, hər iki bazu qançırları isə 9-11 gün əvvələ uyğun gəlməklə, ümumilikdə həmin xəsarətlər hadisənin baş verdiyi gün, yəni 7 sentyabr 2022-ci il tarixdə əmələ gəlməyə xarakterik deyillər. Göründüyü kimi, bütün bu hallar Məhkum əməllərinin yuxarıda göstərilən maddələrlə tövsif edilməsi üçün kifayət qədər əsaslar yaratmışdır. Məhkum cinayət əməllərini törətdiyi dövrdə qüvvədə olmuş “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarında (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə həmin Qərarda bir sıra dəyişikliklər edilmişdir) məhkəmələrə tövsiyə edilmişdir ki, qəsdən adam öldürmə işlərinin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində həmçinin göstərilmişdir ki, CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsir kar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işinin materiallarına əsasən istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən, məhkumun kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş, iş üzrə keçirilmiş ekspertiza rəyləri, işə əlavə olunmuş sənədlər və başqa sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmələr Məhkum təqsirli olması hissəsində yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və özləri də əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi də işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin Məhkum “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları tam həcmdə təmin olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin faktiki hallarına əsasən məhkəmələrin gəldikləri nəticə və bu nəticəyə uğun olaraq Məhkum törətdiyi əməllərin 120.2.9 v ə 145.2.3-cü maddələri ilə tövsif edilməsi araşdırılmış sübutların məzmunu və cinayət qanun normalarının tələbləri ilə yanaşı həmçinin “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarında əksini tapmış izah və tövsiyələrlə də tam uzlaşır. Kassasiya şikayətində Məhkum qəsdən adam öldürmə cinayətini törətməməsini və bu cinayətin başqa şəxs tərəfindən törədilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin 4 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə tələb irəli sürsə də, məhkəmə kollegiyası bütün yuxarıda təsvir edilənlərdən çıxış edərək bu tələbin təmin edilməsini mümkün bilmir ona görə ki, apellyasiya instan siyası məhkəməsi hazırki iş üzrə çıxarılmış 23 sentyabr 2023-cü il tarixli hökmdən verilmiş apellyasiya şikayətinə baxarkən və bu baxışın nəticələrinə əsasən yekun qərar qəbul edərkən CPM-in 416.1-ci maddəsində sadalanmış hər hansı pozuntuya yol verməmişdir. Qanunun tələblərinə görə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qəbul edilmiş digər yekun qərar kassasiya instansiyası məhkəməsi tərəfindən o halda ləğv edilə və ya dəyişdirilə bilər ki, kassasiya icraatı zamanı həmin məhkəmə tərəfindən CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməsi müəyyən edilmiş olsun. Hazırki cinayət işindən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2023-cü il tarixli qərarından belə pozuntulara yol verilməsi müəyyən edilmir. M əhkəmə kollegiyası həmçinin onun təqsirli bilindiyi qəsdən adam öldürmə cinayətinin başqa şəxs tərəfindən törədilməsi və buna görə onun həmin cinayəti törətmədiyi halda qanunsuz və əsassız məhkum olunması barədə kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, bunu təsdiq edən hər hansı sübut ibtidai araşdırma zamanı əldə olunmamış, məhkəmələr də belə sübutları araşdırmamış, məhkum özü də cinayət təqibinin bütün mərhələlrində verdiyi etirafedici ifadələrində həm belə hal, həm də cinayətin törədilməsində başqa şəxsin və ya şəxslərin iştirak etmələri barədə heç nə bildirməmiş, əksinə, təqsirli bilindiyi cinayəti təkbaşına törətməsini, bu haqda isə digər şəxslərə, o cümlədən yaxıq qohumlarına bildirməməsini göstərmişdir. Buna görə məhkəmə kollegiyası Məhkum bu dəlillərini qəbul edilməz sayır və həmin dəlilləri yalnız cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülmüş dəlillər kimi dəyərləndirir və heç bir sübuta əsaslanmayan belə dəlillər əsasında apellyasiya instansiyası məhkəməsinin 4 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün əsaslar görmür. Kassasiya şikayətində Məhkum həm onun təqsirli bilindiyi maddələrlə, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaların ağırlığını mübahisələndirməsə də, məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq bu məsələni də yoxlamış və müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli hökmü ilə bu məsələni həll edərkən həmin məhkəmə Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, CM-in 59.2-ci maddəsinə əsasən cə zanı yüngülləşdirən hal kimi onun əvvəllər məhkum olunmamasını, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona bu hallara uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, eyni zamanda CM-in 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə riayət edərək cəza təyini sahəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin Plenumunun bəzi Qərarlarında məhkəmələrə ünvanlanmış izah və iövsiyələrə uyğun olan mövqe sərgiləmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu nəticə ilə də razılaşaraq məhkumat təyin olunmuş cəzaların hər hansı şəkildə yüngülləşdirilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı hissədə də apel lyasiya instansiyası məhkəməsinin 4 dekabr 2023-cü il tarixli qərarını qanuni və əsaslı hesab edir, digər tərəfdən isə kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayraq həmin şikayətin təmin edilməsini və CPM-in 416.1-ci maddəsində sadalanan pozuntuya yol verməyən həmin məhkəmənin göstərilən qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkum kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə onun özünün və müdafiəçisi R.A.Qocayevin, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 120.2.9 və 1 45.2.3cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2023-cü il tarixli qərarı isə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-764/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-764/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver