Məhkəmə qərarları › İş №1(102)-765/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-765/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-765/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, Katib-İsa-zadə Elnur Nizami oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli h ökmü ilə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən və məruzəçi), Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət tərkibdə) Məhkum2 - xx xxxxxx 1994-cü il tarixdə Abşeron rayonu, Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci və 326.2-ci maddəsi ittihamdan çıxarılmış, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx xxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum1 - xx.xx.1993-cü il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 4-də qeydiyyatda olan, ünvan 5-də yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 0 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci və 326.2-ci maddəsi ittihamdan çıxarılmiş, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X11, X6, X7, X8 və X12 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşya tətbiq etməklə, xeyli miqdarda özgənin əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tədbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişd ir. Belə ki, o, 2017-ci ilin aprel ayının ortalarından sonrakı günlərdə tanışı X5 nənəsi X3 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,11 ha olan torpaq sahəsindəki bağ evini 50000 manat pula satdığını və həmin pulu yaşadığı ünvan 5-də saxladığını x1 özündən, habelə X2 bilib, həmin 50000 (əlli min) manat məbləğində xeyli miqdarda özgənin əmlakını ələ keçirmə məqsədi ilə x2 bərabər digər tanışları Məhkum1, X11, X7, X9 və X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək qrupa rəhbərliyi x2 üzərinə götürməklə vəzifə bölgüsü aparmış, qarşılıqlı razılaşmaya əsasən x1 qrupun üzvləri kimi ona və x2a nənəsi x3 yaşadığı ünvanı əvvəlcədən göstərib mənzilin şəraitini izah etmiş, xx xxxxx 2017-ci il tarixdə axşam saatlarında X23 telefon əlaqəsi saxlayaraq nənəsi x3 öz mənzilində deyil onlarda gecələyəcəyini, talamaq istədikləri 50000 manat pulun məhz həmin nənəsinin mənzilində olduğunu, həmin pulu ələ keçirmək məqsədi ilə oğurluğu həyata keçirə biləcəklərini bildirmiş, x2 da, bu barədə onu və qrupun digər üzvlərini məlumatlandırmış, bundan sonra x2 əvvəlcədən planlaşdırdıqları razılaşmaya əsasən əldə etdiyi odlu silaha bənzər zavod üsulu ilə tapança formasında hazırlanmış, odlu, qaz, soyuq və ya soyuq tullayıcı silah hesab edilməyən təyinatı üzrə istifadəyə yararsız alışqanı oğurluq zamanı silah qismində istifadə edilən əşya kimi tədbiq etməkdən ötrü özü ilə götürmüş və o, qrupun digər üzvləri x2, Məhkum1, x4, x5, x6 və x7 birlikdə 50000 manat pulu ələ keçirmək məqsədi ilə həmin vaxtı istifadəsində olmuş «Daewoo Gentra» minik markalı, az ** AU *** dövlət qeydiyyat nişanlı avtom obillə əvvəlcədən müəyyənləşdirdikləri ünvan 3 ünvandakı binanın qarsısına gəlib bir qədər gözləmiş, artıq xx xxxxx 2017-ci il tarixdə gecə saat 03:30 radələrində aralarında olan razılaşmaya əsasən qrupun üzvlərindən x7 basqından sonra hadisə yerini tez tərk etmələri üçün idarə edəcəyi «Daewoo Gentra» minik markalı, az ** AU *** dövlət qeydiyyat nişanlı avtomobili hazır vəziyyətdə saxlamaqla yanaşı x5 və x6la bərabər oğurluq zamanı başqa şəxslərdən ola biləcək müdaxilənin, maneələrin qarşısını almaq və xəbərdarlıq etmək məqsədi ilə ətrafa müşahidə aparmış, o isə qrupun digər üzvləri x2, Məhkum1 və x4lə birlikdə ünvan 3 mənzilinin qarşısına qalxaraq ətrafı yaxşı öyrənib özləri üçün əlverişli şərait seçmiş, mənzildə yalnız yaşlı (ahıl) Zərərçəkmiş şəxs4 qaldığına artıq əmin olduqlarından onl ar x1la əvvəlcədən planlaşdırdıqları razılaşmadan kənarə çıxmaqla basqın yolu ilə həmin əmlakı ələ keçirmək üçün x2da olan odlu silaha bənzər zavod üsulu ilə tapança formasında hazırlanmış, odlu, qaz, soyuq tullayıcı silah hesab edilməyən təyinatı üzrə istifadəyə yararsız alışqanı basqın zamanı silah qismində istifadə edilən əşya kimi tədbiq qərarına gəlmiş, bu məqsədlə Məhkum1 mənzilin giriş qapısını döyüb x8 yalandan özünü həmin mənzilin aşağısındakı birinci mərtəbədə yaşayan qonşu kimi təqdim edərək guya mənzilinə su axdığını, bunun qarşısını almaq üçün Zərərçəkmiş şəxs4 qaldığı mənzilə baxmaq istədiyini bildirib inandıraraq Zərərçəkmiş şəxs4 mənzilin giriş qapısını açdırmasına nail olmuş, həmin vaxtı o, Məhkum1, x4 və x2 birlikdə zorla mənzilə qanunsuz olaraq girib mənzilin içərisində hücuma məruz qalmış Zərərçəkmiş şəxs4 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığın tədbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmiş, əvvəlcə x2 özü ilə gətirdiyi həmin odlu silaha bənzər zavod üsulu ilə tapança formasında hazırlanmış alışqanı silah qismində istifadə edilən əşya kimi tədbiq edib həmin alışqanla Zərərçəkmiş şəxs4 başının təpə nahiyəsindən qəsdən zərbə vuraraq yerə yıxmış və Zərərçəkmiş şəxs4 qollarından və ağzından əli ilə tutub sıxaraq sakit qalmasını tələb edən x4lə bərabər həmin odlu silaha bənzər zavod üsulu ilə tapança formasında hazırlanmış alışqanla, habelə təpik və yumruqlarla Zərərçəkmiş şəxs4 baş, bədən nahiyələrindən vurmaqda davam edib Zərərçəkmiş şəxs4 təpə nahiyəsinin qançırşişkinlik və sıyrıq halında əziyi ilə müşayiət olunan dərəcə lərinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, ardınca Zərərçəkmiş şəxs4 müqavimətini sındırmaq məqsədi ilə x2 və x4 növbə ilə həmin odlu silaha bənzər zavod üsulu ilə tapança formasında hazırlanmış alışqanı hədənin reallığını möhkəmləndirmək üçün silah qismində istifadə edilən əşya kimi tədbiq edərək Zərərçəkmiş şəxs4 tərəf tuşlayıb qorxutmaqla uzanıqlı vəziyyətdə saxlamış, həmin vaxtı o, Məhkum1 ilə, habelə növbə ilə x4 və x2 birlikdə mənzildə saxlanılması güman olunan 50000 manat məbləğində xeyli miqdarda özgənin əmlakını tapmaq üçün mənzildə axtarış aparıb yalnız qonaq otağındakı divanın üzərində olan döşəyin altından arasında Zərərçəkmiş şəxs4 200 manat pulu talayaraq mənzili tərk etməklə çöldə hazır vəziyyətdə saxlanılan «Daewoo Gentra» minik markalı, az ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib onları çöldə gözləyən qrupun digər üzvləri x7, x5 və x6la bərabər hadisə yerindən uzaqlaşaraq quldurluq etmişdir. Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşya tətbiq etməklə, xeyli miqdarda özgənin əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tədbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, 2017-ci ilin aprel ayının ortalarından sonrakı günlərdə tanışı X5 nənəsi X3 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,11 ha olan torpaq sahəsindəki bağ evini 50000 manat pula satdığını və həmin pulu yaşadığı ünvan 5-də saxladığını x1 özündən, habelə X2 bilib, həmin 50000 (əlli min) manat məbləğində xeyli miqdarda özgənin əmlakını ələ keçirmə məqsədi ilə x2 bərabər digər tanışları Məhkum2, X11, X7, X9 və X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək qrupa rəhbərliyi x2 üzərinə götürməklə vəzifə bölgüsü aparmış, qarşılıqlı razılaşmaya əsasən x1 qrupun üzvləri kimi x2a və Məhkum2 oğurluğu həyata keçirmələrindən ötrü nənəsi x3 yaşadığı ünvanı əvvəlcədən göstərib mənzilin şəraitini izah etmiş, xx xxxxx 2017-ci il tarixdə axşam saatlarında X23 Salahovla telefon əlaqəsi saxlayaraq nənəsi x3 öz mənzilində deyil onlarda gecələyəcəyini, talamaq istədikləri 50000 manat pulun məhz həmin nənəsinin mənzilində olduğunu, x2 da, bu barədə onu və qrupun digər üzvlərini məlumatlandırmış, bundan sonra x2 əvvəlcədən planlaşdırdıqları razılaşmaya əsasən əldə etdiyi odlu silaha bənzər zavod üsulu ilə tapança formasında hazırlanmış, odlu, qaz, soyuq və ya soyuq tullayıcı silah hesab edilməyən təyinatı üzrə istifadəyə yararsız alışqanı oğurluq zamanı silah qismində istifadə edilən əşya kimi tədbiq etməkdən ötrü özü ilə götürmüş və o, qrupun digər üzvləri x2, Məhkum2, x4, x5, x6 və x7 birlikdə 50000 manat pulu ələ keçirmək məqsədi ilə həmin vaxtı Məhkum2 istifadəsində olmuş «Daewoo Gentra» minik markalı, az ** AU *** dövlət qeydiyyat nişanlı avtomobillə əvvəlcədən müəyyənləşdirdikləri ünvan 3 ünvandakı binanın qarsısına gəlib bir qədər gözləmiş, artıq xx xxxxx 2017-ci il tarixdə gecə saat 03:30 radələrində aralarında olan razılaşmaya əsasən qrupun üzvlərindən x7 oğurluqdan sonra hadisə yerini tez tərk etmələri üçün idarə edəcəyi «Daewoo Gentra» mi nik markalı, az ** AU *** dövlət qeydiyyat nişanlı avtomobili hazır vəziyyətdə saxlamaqla yanaşı x5 və x6la bərabər oğurluq zamanı başqa şəxslərdən ola biləcək müdaxilənin, maneələrin qarşısını almaq və xəbərdarlıq etmək məqsədi ilə ətrafa müşahidə aparmış, o isə qrupun digər üzvləri x2, Məhkum2 və x4lə birlikdə ünvan 3 mənzilinin qarşısına qalxaraq ətrafı yaxşı öyrənib özləri üçün əlverişli şərait seçmiş, mənzildə yalnız yaşlı (ahıl) Zərərçəkmiş şəxs4 qaldığına artıq əmin olduqlarından onlar x1la əvvəlcədən planlaşdırdıqları razılaşmadan kənarə çıxmaqla basqın yolu ilə həmin əmlakı ələ keçirmək üçün x2da olan odlu silaha bənzər zavod üsulu ilə tapança formasında hazırlanmış, odlu, qaz, soyuq tullayıcı silah hesab edilməyən təyinatı üzrə istifadəyə yararsız alışqanı basqın zamanı silah q ismində istifadə edilən əşya kimi tədbiq qərarına gəlmiş, bu məqsədlə o, mənzilin giriş qapısını döyüb Zərərçəkmiş şəxs4 yalandan özünü həmin mənzilin aşağısındakı birinci mərtəbədə yaşayan qonşu kimi təqdim edərək guya mənzilinə su axdığını, bunun qarşısını almaq üçün Zərərçəkmiş şəxs4 qaldığı mənzilə baxmaq istədiyini bildirib inandıraraq Zərərçəkmiş şəxs4 mənzilin giriş qapısını açdırmasına nail olmuş, həmin vaxtı o, x2, x4 və Məhkum2 birlikdə zorla mənzilə qanunsuz olaraq girib mənzilin içərisində hücuma məruz qalmış Zərərçəkmiş şəxs4 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığın tədbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmiş, əvvəlcə x2 özü ilə gətirdiyi həmin odlu silaha bənzər zavod üsulu ilə tapança formasında hazırlanmış alışqanı silah qismində istifadə edilən əşya kimi tədbiq edib həmin alışqanla Zərərçəkmiş şəxs4 başının təpə nahiyəsindən qəsdən zərbə vuraraq yerə yıxmış və Zərərçəkmiş şəxs4 qollarından və ağzından əli ilə tutub sıxaraq sakit qalmasını tələb edən x4lə bərabər həmin odlu silaha bənzər zavod üsulu ilə tapança formasında hazırlanmış alışqanla, habelə təpik və yumruqlarla Zərərçəkmiş şəxs4 baş, bədən nahiyələrindən vurmaqda davam edib Zərərçəkmiş şəxs4 təpə nahiyəsinin qançır- şişkinlik və sıyrıq halında əziyi ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, ardınca Zərərçəkmiş şəxs4 müqavimətini sındırmaq məqsədi ilə x2 və x4 növbə ilə həmin odlu silaha bənzər zavod üsulu ilə tapança formasında hazırlanmış alışqanı hədənin reallığını möhkəmləndirmək üçün silah qismində istifadə edilən əş ya kimi tədbiq edərək Zərərçəkmiş şəxs4 tərəf tuşlayıb qorxutmaqla uzanıqlı vəziyyətdə saxlamış, həmin vaxtı o, Məhkum2lə, habelə növbə ilə x4 və x2 birlikdə mənzildə saxlanılması güman olunan 50000 manat məbləğində xeyli miqdarda özgənin əmlakını tapmaq üçün mənzildə axtarış aparıb yalnız qonaq otağındakı divanın üzərində olan döşəyin altından arasında Zərərçəkmiş şəxs4 200 manat pulu talayaraq mənzili tərk etməklə çöldə hazır vəziyyətdə saxlanılan «Daewoo Gentra» minik markalı, az ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib onları çöldə gözləyən qrupun digər üzvləri x7, x5 və x6la bərabər hadisə yerindən uzaqlaşaraq quldurluq etmişdir. Hökmdən verilmiş apelyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Bakı Apelyasiya Məhkə məsinin Cinayət Kollegiyasının (hakimlər: E.Y.Şamayev (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və F.A.Qasımovdan ibarət tərkibdə) xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə apelyasiya şikayətləri təmin edilməmiş, apelyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü məhkumlar Məhkum2 və Məhkum1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli hökmündən məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 kassasiya şikayəti verərək bildirmişdir ki, barəsində qəbul edilmiş qərar əsassız və ədalətsizdir, həmin gün baş vermiş hadisədə heç bir günahı yoxdur və həmin hadisədən xəbərinin olmamasını hadisənin digər iştirakçıları da təsdiq etmişdir. Qeyd olunanları, ailə vəziyyətini, cəmiyyət tərəfindən müsbət xarakterizə olunmağını və ilk məhkumluğunu nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarını ona aid hissədə ləğv edərək baş vermiş hadisədə iştirakının olmaması əsası ilə bəraətverici əsaslarla barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkum1 da kassasiya şikayəti verərək məhkəmə qərarı ilə tam razı olmadığını, işin bir sıra hallarının məhkəmələr tərəfindən düzgün müəyyən edilməmiş, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, həmin nəticələr işin faktiki hallarına uyğun olmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Həmçinin məhkəmələr onun şəxsiyyətini, gəncliyini, ilk məhkumluğunu, cinayəti səmimi etiraf edərək əməlindən peşiman olmağını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 62 və ya 70-ci maddələrini tətbiq edərək onun şəxsiyyətinə uyğun cəza təyin edə bilərdi. Ona görə də qeyd olunanları, şikayətçisi olmadığını və dəymiş ziyanın tam ödənilməsi barədə şikayətçisinin nnotarial qaydada təsdiq olunmuş ərizəsinin olmasını, iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq barəsində CM-nin 62-ci maddəsini tətbiq edərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum2 kassasiya şikayətində baş vermiş hadisədə heç bir günahı olmadığını və həmin hadisədən xəbəri olmamasını hadisənin digər iştirakçılarının da təsdiq etdiyini göstərmiş, ailə vəziyyətini, cəmiyyət tərəfindən müsbət xarakterizə olunmağını və ilk məhkumluğunu nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarını ona aid hissədə ləğv edərək baş vermiş hadisədə iştirakının olmaması əsası ilə bəraətverici əsaslarla barəsində cinay ət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Məhkum2 elan edilmiş ittihamlar üzrə cinayət əməllərində iştirakı, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq müəyyən edilmiş qaydada toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş və qiymətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə tam sübut edilmişdir. Məhkum kassasiya şikayətində həmin sübutları təkzib edəcək heç bir dəlil göstərməmişdir. Cinayət işinə birinci instansiya məhkəməsi kimi baxmış Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclasında və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamış Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının məhkəmə iclasında məhkumun və müdafiəçisinin iştirakı ilə cinayət işi üzrə toplanmış bütün sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və birinci instansiya məhkəməsinin hökmündə və həmin hökmün dəyişdirilmədən saxlanmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarında hüquqi qiymət verilmişdir. Ona görə də Məhkum2 elan edilmiş ittihamlar üzrə cinayət əməllərində iştirakının olmaması barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Məhkum1 da kassasiya şikayətində konkret dəlillər göstərməsə də, işin bir sıra hallarının məhkəmələr tərəfindən düzgün müəyyən edilmədiyini, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını, gəlinmiş nəticələrin işin faktiki hallarına uyğun olmadığını, iş üçün əhəmiyyətli olan halların sü buta yetirilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri subyektiv mülahizə xarakterli mücərrəd ifadələrdən ibarət olmaqla konkret dəlillərlə əsaslandırılmamışdır. Cinayət işi üzrə sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində hansı qanun pozuntusuna yol verilməsi kassasiya şikayətində göstərilməmişdir. Ona görə də bu barədə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Məhkum1 kassasiya şikayətində onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməklə cəzasının yüngülləşdirilməsi də xahiş edilmişdir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davr anışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə məhkumlar Məhkum1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən edib nəzərə almış, cəzasını ağ ırlaşdıran hal müəyyən edilməmişdir Məhkum1 cinayətin törədilməsində rolu, cəzasını yüngülləşdirən halla yanaşı cinayətin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar cəza təyini zamanı birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmışdır. Cinayətin törədilməsi zamanı və bundan sonra Məhkum1 davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Ona görə də ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 181.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi üçün qanuni əsasların mövcudluğu müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri də əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkumlar Məhkum2 və Məhkum1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassas iya şikayətləri təmin edilməsin. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar