Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-765/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-ha zırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: C.İ.Hüseynov (sədrlik edən ), E.H.İsmayılov və S.İ.Əliyev) Məhkum Azərbaycan Respublikası CM-nın 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 11 fevral 2019-cu il il tarixdən hesablanm ası hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), Q.X.Babayev və K.H.Əkbərov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 12.08.1997-ci ildən rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs sevgi münasibətində olduğu Şahid6 ilə ona xəyanət edib-etməməsini dəqiqləşdirmək üçün 11.02.2019-cu il tarixdə saat 12:15 radələrində yaşadığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə söhbət edən zaman sonuncunun Şa hid6 tanımadığını bildirməsindən sonra istifadəsində olan “***-***-**-**” nömrəli mobil telefon ilə Şahid6 istifadəsində olan “***-***-**-**” nömrəli mobil telefona zəng edib telefonu mikrofon rejiminə qoyaraq, sonuncuya “Lalə səni həmin yerdə gözləyir, gəl onu maşınınla götür” sözünü dedikdən sonra aralarında aparılmış telefon danışıqları zamanı Şahid6 Zərərçəkmiş şəxs ilə qarşılıqlı, hətta intim münasibətdə olduğunu müəyyən etdikdən sonra Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir sillə zərbəsi vurub Şahid6 dedikləri barədə soruşsa da, sonuncu onun suallarına cavab verə bilmədikdə, artıq Zərərçəkmiş şəxs Şahid6lə ona xəyanət etməsinə tam əmin olub ona xəyanət etməsi ilə bağlı sonuncuya qarşı yaranmış nifrət hissinin təsiri altında qisas almaq məqsədilə qəsdən öldürmək niyyəti ilə mənzildə ist ifadə etdikləri mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs boyun nahiyəsinə, daha sonra bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, sol said nahiyəsində bir ədəd səthi kəsilmiş yara, sol əlin ovuc səthində və həmin əlin II barmağının ovuc səthində iki ədəd kəsilmiş yaraları kimi sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin edilməyən, çənə və çənəaltı nahiyələrinin iki ədəd, sol süd vəzisi üzərində boşluğa nüfuz etməyən bir ədəd, sağ və sol bazu nahiyələrinin hər birində bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ süd vəzisi üzərində plevra boşluğuna nüfuz etmiş, habelə kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan sol yuxu arteriyasının yaralanması ilə m üşayiət olunan boynun ön və yan səthlərinin, döş qəfəsinin ön səthinin plevra boşluğuna nüfuz etmiş və sol ağ ciyərin yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yaralar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, Məhkum əməlinin CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəzanın təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum haqqında apellyasiya instansiyası məhkəməsinin qərarı həm əməlin tövsifi hissəsində, həm də cəza təyini hissəsində ədalətsiz olmuşdur. Belə ki, Şahid3 Zərərçəkmiş şəxs yetirdiyi xəsarətlərdən görünür ki, o, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qətlə yetirmişdir. Ona görə də Şahid3 əməli CM-nin 120.2.4-cü maddəsi ilə tövsif olunmalı idi. Həmçinin məhkəmənin və istintaqın Zərərçəkmiş şəxs xəyanət etməsinə dair gəldiyi nəticələr saxtadır. Mərhum qızına şər və böhtan atılması onları qəlbən çox incidir. Şikayət müəllifi həmçinin hesab edir ki, Şahid3 məhkəmələr tərəfindən təyin edilən cəza onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, məhkumun şəxsiyyətinə uyğun olmayaraq yüngül, yəni CM-nin 120.1-ci maddəsinin sanksiyasının aşağı həddində olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materi alları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin və məhkumun müdafiəçisi Ş.Meybullayevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyə n edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir və ona daha ağır cəza təyin edilməsi xahiş olunur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi tərəf indən mübahisələndirilən dəlillər ilə qismən razılaşaraq öz mövqeyini əsaslandırmaq üçün cinayət qanunu normalarının tələblərinə və mənasına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyyələrinə müraciət etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Məhkum barəsində cəza təyini ilə əlaqədar gəlinən nəticəni ədalətsiz hesab edir, lakin onun əməlinin CM-in 120.1-ci maddəsi ilə tövsif edilməsi barədə düzgün nəticəyə gəlindiyini hesab edərək aşağıdakıları qeyd edir: CM-nin 120.1-ci maddəsi “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutur. CM-nin 120.2.4-cü maddəsində “xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə” yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməs inə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı insta nsiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum arvadı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə kimi deyil, qısqanclıq zəminində qəsdən öldürməsi nəticəsinə g əlinmiş və ona CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə cinayətini törətməsi barədə ittiham irəli sürülmüşdür. Həmçinin ibtidai araşdırma orqanı belə nəticəyə gəlmişdir ki, Məhkum Zərərçəkmiş şəxs digər şəxslərin iştirakı ilə öldürməmiş, cinayətin törədilməsində yalnız özü iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbayca n Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli sürülməyən ittihama baxa bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlinin CM-in 120.1-ci maddəsinə tövsif edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almamış, ona tör ətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin etmiş, həmçinin qərarda məhkuma təyin edilmiş cəzanı əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum baş vermiş cinayət hadisəsini arvadı, Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi nəticəsinə gələrkən mötəbər sübutlara əsaslanmamış və əsassız olaraq həmin xüsusatı Məhkum cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. İş materiallarından görünür ki, nə ibtidai araşdırma orqanı tərəfindən Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərinin nədən ibarət olduğu müəyyən edilməmiş, nə də ki birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən Zərərçəkmiş şəxs konkret hansı hərəkətlərinin əxlaqsız hə rəkətlər etməsi müəyyən edilməmişdir. Belə ki, ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsə dlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət c əzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Hazırki işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Belə ki, Məhkum cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış - yəni baş vermiş cinayət hadisəsini arvadı, Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini təsdiq edən heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Konstitusoyasının “Əsas insan və vətəndaş hüquqları və azadlıqları”ndan biri kimi təsbit etdiyi “Şərəf və ləyaqətin müdafiəsi hüququ”nun müdafiəsinə həsr olunmuş 46-cı maddəsinə əsasən: “İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi” adlanan 23-cü maddəsinə əsasən: “23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqi qətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.” CPM-nin 12.1-ci maddəsinə əsasən “Cinayət proses ini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.” CPM-nin 13.1-ci maddəsinə əsasən “Cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır.” Məhkəmə kollegiyası qeyd edir ki, ölmüş Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlər törətməsi nəticəsinə gəlinməsi bilavasitə onun şərəf və ləyaqəti ilə bağlı məsələ olduğundan məhkəmələr həmin nəticəyə gəlmək üçün kifayət qədər mötəbər sübutlara istinad etməli idilər. Lakin belə sübutlar iş materiallarında yoxdur. Zərərçəkmiş şəxs özü öldür üldüyündən öz hüquqlarını müdafiə edə bilməsə də, onun şərəf və ləyaqətinin müdafiəsi bilavasitə dövlətin qoruması altındadır. Təqsirləndirilən şəxs Məhkum arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsindən şübhələnməsi, sonuncunun əxlaqsız hərəkətlər etməsi nəticəsinə gəlməyə əsas ola bilməz. Beləliklə, kassasiya şikayətinin məhkuma cəza təyin edilməsi ilə bağlı dəlilləri ilə razılaşan və həmin şikayətin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyində n Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar araşdırılmalı və bu hallara cinayət q anunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, işin hallarına uyğun olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkə
Məhkəmə qərarları › İş №1(102)-765/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-765/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver