Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-765/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsi X, Məhkum 1 və onun müdafiəçisi Cəfərov Fərman Dəmir oğlunun, məhkum müdafiəçisi Salehzadə Ümman Tofiq oğlunun iştirakları ilə, 2 xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətən daşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, hal-hazırda cəza çəkən Məhkum1 və xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan və yaşamış, hal-hazırda cəza çəkən Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli 1(103)-23/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2, Məhkum2 müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu, Məhkum1 müdafiəçisi Cəfərov Fərman Dəmir oğlu və Məhkum1 tərəfi ndən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə və Məhkum1 və onun müdafiəçisi Cəfərov Fərman Dəmir oğlunun kassasiya şikayətinə verilmiş əlavələrə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 1(101)-770/2020 nömrəli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), Z.Q.Ağayev və S.S.Hüseynov) Məhkum1 və Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Məhkum1 20 avqust 2019-cu ildən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Məhkum2 isə cəzasının əvvəlinin 29 fevral 2020-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdilər. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum2 müdafiəçisi Səfərov Bəhruz Dostəli oğlu və Məhkum1 müdafiəçisi Cəfərov Fərman Dəmir oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2021-ci il tarixli 1(103)-284/2021 nömrəli hökmü ilə, (hakimlər: F.Şahid3 (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum1 və Məhkum2 barəsində olan 21 oktyabr 2020-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum2 təqsirliliyi sübuta yetirilmədiyinə görə, CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə bəraət verilmiş, Məhkum1 onun Zərərçəkmiş şəxs oğurlayarkən həyat və ya sağlamlığ ı üçün təhlükəli olan zor tətbiq etməsi sübuta yetirilmədiyinə görə, CM-in 144.2.4cü maddəsi ilə bəraət verilmiş və o, zərərçəkmiş şəxsi könüllü azad etdiyindən və əməlində başqa cinayətin tərkibi olmadığından ittihamın CM-in 144.2.3-cü maddəsi ilə olan hissəsi üzrə CM-nin 144-cü maddəsinin "Qeyd” hissəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş, Məhkum1 və Məhkum2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək onlar məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, həmçinin Məhkum2 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilmişdir. Hökmdən Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti, Zərərçəkmiş şəxs və Məhkum1 müdafiəçisi - Cəfərov Fərman Dəmir oğlu tərəfindən kassa siya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 1(102)-1769/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Q.Nəsibov, hakimlər T.L.Kazımov və Ə.C.Seyidovdan ibarət məhkəmə tərkibi) Məhkum1 müdafiəçisi Cəfərov Fərman Dəmir oğlunun kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının kassasiya protesti və Zərərçəkmiş şəxs kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 19 may 2021-ci il tarixli hökmü kassasiya protestinə və zərərçəkmiş şəxsin kassasiya şikayətinə əsasən ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 7 oktyabr 2023-cü il tarixli 1(103)-23/2023 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.M.Murquzov, hakimlər H.Ç.Məmmədov və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum1 müdafiəçisi Cəfərov Fərman Dəmir oğlu və Məhkum2 müdafiəçisi Səfərov Bəhruz Dostəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum cəzasından, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 20 avqust 2019-cu ildən 19 may 2021-ci il tarixədək həbsdə saxlanılıdığı 01 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddət təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan m əhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq ona 7 (yeddi) il 3 (üç) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli axtarış nəticəsində həbsə alındığı 23 mart 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum cəzasından, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 29 fevral 2020-ci il tarixdən 19 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 06 (altı) il 09 (doqquz) ay 10 (on) gün müddəti nə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli axtarış nəticəsində həbsə alındığı 09 aprel 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2, Məhkum2 müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu, Məhkum1 müdafiəçisi Cəfərov Fərman Dəmir oğlu və Məhkum1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri, Məhkum1 və onun müdafiəçisi Cəfərov Fərman Dəmir oğlu kassasiya şikayətinə əlavələr verilmişlər. İşin halları: Hökmə əsasən Məhkum1 29 iyul 2019-cu il tarixdə saat 19 radələrində qohumu Məhkum2 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs nikaha girməyə məcbur etmək məqsədi ilə qrupun üzvü Məhkum1 idarə etdiyi "X” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu, B.Bünyatov küçəsində olan "Ellada” şadlıq sarayının yanına gəlib Zərərçəkmiş şəxs yerini müəyyən etdikdən sonra Məhkum1 avtomobilini saxlamış və zərərçəkmiş şəxsə yaxınlaşaraq Zərərçəkmiş şəxs bədənindən yapışmaqla həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib ona üst alveol qövsünün sağdan İ-ci dişinin hissəvi sınması ilə müşaiyət olunan üst dodağın yumşaq toxumasının əziyi, selikli qişasının və üst damağının qansızması, üz nahiyyəsinin sıyrıqları, sağ saidin və sol saidin sağ diz oynağının, sağ budun, sağ baldırın, sol diz oynağı və sol baldırın qançırları, sağ əlin kəsilmiş yaraları, sol əl in V barmağının əzilmiş yarası ilə müşaiyət edilən dərəcələrinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan yüngül zərər vuran bədən xəsarəti yetirərək iradəsinə zidd olaraq avtomobilin salonuna salmaqla Məhkum1 avtomobili idarə edib Bakı şəhəri Xəzər rayonu ərasizinə "Koroğlu” metrosu çıxışına gələrək tanışı x avtomobili idarə etməsini tapşırmaqla, özü avtomobilin arxa oturacağına əyləşib Zərərçəkmiş şəxs tutub saxlamış, X avtomobili idarə edib Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsinə gəlmiş, orada gözləyən qrupun digər üzvü Məhkum2 həmin avtomobilə arxa oturacaqda əyləşərək, başqa yerə aparılması üçün Zərərçəkmiş şəxs əlini yapışqan lentlə bağlayaraq tutub saxlamış, daha sonra Məhkum1 tanışı X4 ilə mobil telefonla zəngləşərək avtomobilində yaranmış nasazlıq səbəbindən avtomobili i lə Sabunçu rayonu Maştağa qəsəbəsinə gəlməsini tapşırmış və Zərərçəkmiş şəxs Məhkum1 və Məhkum2 birlikdə zorla oraya gələn X "x” markalı dövlət qeydiyyat nömrəsi istintaqa məlum olmayan qara rəngli avtomobilinin arxa oturacağına əyləşdirmiş, X "x” markalı **-TM-*** dövlət nömrə nişanlı avtomobili sürüb apardıqdan sonra, digər qrup üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs Məhkum1 qohumu Şahid1 İsmayıllı rayonunun Diyallı kəndində olan fərdi yaşayış evinə apararaq saxlamaqla adam oğurluğu cinayətini törətmişlər. Kassasiya şikayətlərinin və onlara verilmiş əlavələrin dəlilləri: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi Məhkum1 və Məhkum2 tərəfindən törədilmiş əməllərin ictimai təhlükəliyini, zərərçəkmişin onlardan şikayətçi old uğunu və barışmadığını nəzərə almayaraq onlara yüngül cəza təyin etmişdir. Kassator şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsini və Məhkum1 11 ildən, Məhkum2 10 ildən az olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkum2 müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu, Məhkum1 müdafiəçisi Cəfərov Fərman Dəmir oğlu və Məhkum1 mahiyyət etibarı ilə eyni məzmunlu kassasiya şikayətlərini (əlavələr nəzərə alınmaqla) onunla əsaslandırmışlar ki, ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, sübutlar müqayisəli formada təhlil edilməmiş, yalnız formal mülahizələrə əsaslanan itti ham irəli sürülmüş, nəticədə Məhkum2 və Məhkum1 əsassız və qanunsuz olaraq törətmədikləri cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Kassasiya şikayətlərinin müəllifləri kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, məhkumlar barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılmasını xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdi rməyə haqlıdır. Məhkumlar və onların müdafiəçiləri kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum2 və Məhkum1 təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirli bilindiklərini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum2 barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə, Məhkum1 zərərçəkmiş şəxsi könüllü olaraq azad etdiyinə görə barəsində CM-in 144-cü maddəsinin qeyd hissəsi tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 isə kassasiya şikayətində və Məhkum1ların məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkum kassasiya şikayətlərini (və əl avələr) Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətlər kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətlərinə məhkəmə baxışı iclasında müəyyən edilmişdir ki, işə kassasiya instansiyası məhkəməsində baxılan zaman məhkumlar Məhkum1 və Məhkum2 ərizə ilə məhkəməyə müraciət edərək Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayətlərinin geri götürdüklərini bildirərək həmin şikayətlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyas ı məhkumların ərizələrinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərind ən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası verilmiş ərizələri nəzərdən keçirib, Məhkum1, onun müdafiəçisi F.D.Cəfərov və Məhkum2 müdafiəçisi Ü.T.Salehzadə tərəfindən verilmiş kassasiya şikayətlərinin geri qaytarılması haqda məhkumların ərizələrinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2, Məhkum1, onun müdafiəçisi F.D.Cəfərovun, Məhkum2 müdafiəçisi Ü.T.Salehzadənin çıxışlarını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum1 və Məhkum2 CM-in 144.2.3 və 144.2.4-cü maddələri il ə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli qərarından Məhkum1, onun müdafiəçisi F.D.Cəfərov və Məhkum2 müdafiəçisi Ü.T.Salehzadə tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılmalı, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 kassasiya şikayətinə isə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəll əsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngüll əşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddə sinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 61.3-cü maddəsi isə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın cəza təyin edilərkən təkrar nəzərə alınmasını qadağan edir. Qeyd olunan cinayət - hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda həmin dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum1 və Məhkum2 təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələrinin müəyyən etd iyi məhrumiyyətlər səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Kassasiya şikayətinin müəllifi Məhkum1 və Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə istinad edərək Məhkum1 təyin edilmiş 09 il müddətə azadlıqdan məhrum etmə, Məhkum2 isə təyin edilmiş 08 il müddətə azadlıqdan məhrum etmə cəzasını mübahisələndirmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Məhkum1 müsbət xarakterizə olunur və onun müsbət səciyyələndirilməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran – Cinayət Məcəlləsinin 61-ci maddəsinin təsbit etdiyi hallardan hər hansı biri hazırki işdə müəyyən olunmamışdır. Qeyd olunan hal birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş, apellyasiya instansiyası məhkəməsi də bununla razılaşmışdır. Məhkum2 isə cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, nə Məhkum1, nədə ki Məhkum2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, şəxslərin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması onları əvvəllər məhkum olunmuş, kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlabatan əsasdır. Birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaəti ilə yanaşı onların törətdikləri ci nayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almış, bütün bunlara görə məhkumlara sanksiya həddində cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışdır. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum1 və Məhkum2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələrinin nəzərdə tutduğu cinayətə görə təyin olunmuş cəza Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (CM, maddə 7), ədalət (maddə 8) v ə humanizm (maddə 9) prinsiplərinə cavab verən cəza tədbiridir. Odur ki, həmin cəzanın təyin edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətini isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasın olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş şəxsin n ümayəndəsi Nümayəndə2, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, Məhkum1, onun müdafiəçisi F.D.Cəfərovun və Məhkum2 müdafiəçisi Ü.T.Salehzadənin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barəsində olan 27 oktyabr 2023-cü il tarixli 1(103)-23/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414 və 419.10.1-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkumlar Məhkum2 və Məhkum1 ərizələri təmin edilsin. Məhkum2 müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu, Məhkum1 müdafiəçisi Cəfərov Fərman Dəmir oğlu və Məhkum1 tərəfindən verilmiş kass asiya şikayətləri (əlavələr ilə birlikdə) geri qaytarılsın. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barəsində olan 27 oktyabr 2023-cü il tarixli 1(103)-23/2023 nömrəli qərarı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-765/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-765/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver