Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-766/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 22 sentyabr 2022-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rasim Sadıxov (sədrlik edən və məruzəçi), Novruz Kərimov və Azər Paşayev) 28 iyun 2022-ci il tarixli 1(101)-830/2022 nömrəli hökmü ilə xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli,fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri təqsirli bilinərək, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə, CM-in 240.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cümaddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 8 (səkkiz) il 6 (alt) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum cinayətin haqqında icraat ayrılmı ş başqa şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 25 may 2021-ci il tarixdə saat 15 radələrindəBakı şəhəri, Binəqədi rayonu, “Azadlıq” metro stansiyasının qarşısında başqa şəxslə əvvəlcədən aralarında olan razılaşmaya əsasən satış məqsədi ilə qanunsuz olaraq 600 manata külli miqdarda 15,690 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olanheroini, 0,633 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindənkustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, tərkibində metadonuntəsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edən narkotik vasitə olan bir ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində bir ədəd “F/M 4C” göstəricilidərman həbini, 0,450 qram çəkidə Azərbaycan Respublikası ərazisində dövr iyyəsi qadağanedilən kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini, tərkibində klonazepamın təsir maddəsinin ümumi miqdarı 0,008 qram təşkil edən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunan psixotrop maddə hesab edilən 4 ədədklonazepam həblərini, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanmasındavə emalında istifadə etmək məqsədi ilə ümumi təmiz çəkisi 2,838 qram olan Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya(xüsusi razılıq) tələb olunan prekursor hesab edilən kalium permanqanatı, tərkibində qabapentinin təsir maddəsinin ümumi miqdarı 0,6 qram təşkil edən narkotik vasitələrə vəpsixotrop maddələrə aid olmayan Azərbaycan Respublikasında güclü təsir edən maddələrinsiyahı sına daxil edilmiş bir ədəd üzərində “Gabagamma 300 mg” göstəriciləri olan dərmankonvolyutunda 2 ədəd dərman kapsulunu və tərkibində triheksifenidilin (siklodolun) təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən narkotik vasitələrə və psixotrop maddələrəaid olmayan Azərbaycan Respublikasında güclü təsir edən maddələrin siyahısına daxil edilmişbir ədəd üzərində “Siklodol 2 mq” göstəricisi olan dərman konvolyutunda 20 ədəd dərmanhəblərini əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanında yerləşən evində saxlamış, 25 iyun 2021-ci il tarixdə saat10 radələrində qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinin 1,002 qram və psixotrop maddə olan metamfetaminin 0,054 qram hissəsini həmin ünvanda 30 manat müqabilində tanışıŞahid1 satmış, 25 iyun 2021-ci il tarixdə saat 13:00-da Şahid1ünvan 3 ün vanda Binəqədi RPİ CAŞninəməkdaşları tərəfindən saxlanılaraq, polis idarəsinə gətirilib şəxsi axtarış aparılarkən əynindəkiboz rəngli idman şalvarının sol yan cibindən 03 büküm şəffaf sellofana bükülmüş çəkisi 0,308qram, 0,335 qram və 0,359 qram olmaqla ümumi təmiz çəkisi 1,002 qram olan qəhvəyi rənglikustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 01 büküm 0,054 qram ağ rəngli kristalikhissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilibgötürülmüş, sonra 29 iyun 2021-ci il tarixdə Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindənkeçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum yaşadığı ünvan 2 ünvanında keçirilmiş baxış zamanı evinin yataq otağında 13 ədəd şəffaf selofan bükümdə ayrı- ayrılıqdatəmiz çəkiləri 0,909 qram, 1,887 qram, 0,374 qram, 0,392 qram, 3,594 qram, 1,770 qram,1,739 qram, 0,390 qram, 0,350 qram, 0,370 qram, 0,448 qram, 0,433 qram 2,032 qram, ümumi təmiz çəkisi 14,688 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitəolan heroin, bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,436 qram olan və bir ədəd kağızbükümdə təmiz çəkisi 0,197 qram olan, ümumi təmiz çəkisi 0,633 qram olan çətənə (kannabis)bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, tərkibindəmetadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edən narkotik vasitə olan bir ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində bir ədəd “F/M4C” göstəricili dərman həbi, kibrit qutusunda olan bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi0,396 qram olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən kustar üsullahazırlanmış psixotrop maddə hesab olunan metamfetamin, tərkibində klonazepamın təsir maddəsinin ümumi miqdarı 0,008 qram təşkil edən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunan psixotrop maddə hesab edilən bir ədəd şəffaf selofan bükümdə 4ədəd klonazepam həbləri, ümumi təmiz çəkisi 2,838 qram olan Azərbaycan Respublikasınınərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursor hesab edilən kalium permanqanatı, tərkibində qabapentinin təsir maddəsinin ümumi miqdarı 0,6 qram təşkil edən narkotik vasitələrə və psixotrop maddələrəaid olmayan Azərbaycan Respublikasında güclü təsir edən maddələrin siyahısına daxil edilmişbir ədəd üzərində “Gabagamma 300 mg” göstə riciləri olan dərman konvolyutunda 2 ədəd dərman kapsulu və tərkibində triheksifenidilin (siklodolun) təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan Azərbaycan Respublikasında güclü təsir edən maddələrin siyahısına daxil edilmiş bir ədəd üzərində “Siklodol 2 mq” göstəricisi olan dərman konvolyutunda 20 ədəd dərman həbləri aşkar edilərəkgötürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Cavid Hüseyn) 22 sentyabr 2022-ci il tarixli, 1(103)-1637/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yed di) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə endirilmiş, Məhkum hazırki qərarla CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş və hökmlə CM-in 240.2.1-ci maddəsi ilə təyin olunmuş cəzaları CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum hazırki qərarla CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzalarını CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (alt) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən ve rilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 isə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq orqanının verdiyi ittiham Məhkum əməlinə qətiyyən uyğun deyil. Məhkum bərəsində ol an cinayət işi üzrə cinayət qanunun təqsirə görə məsuliyyət prinsipi, ədalətli araşdırma və törədilən əmələ görə ədalətli cəza təyin edilməsi prinsipləri açıq-aşkar pozulmuşdur. Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.1 maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası həddində məsuliyyət daşımalıdır. İstintaq və işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum əməlinin tövsifi ilə bağlı düzgün nəticəyə gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin qərarında maddi və prosessual hüquq normaları sadalanmış, məhkəmə gəldiyi nəticəni işin halları ilə əlaqələndirməmiş və məhkəmə kollegiyasının qərarı yalnız ümumi sözlərlə əsaslandırılmışdır. İşin hallarına, yol verilmiş kobud prosessual pozuntulara münasibət bildirilməmişdir. Hansı ki, apellyasiya icraatı zamanı müdafiə tərəfi olaraq dəlillərini yazılı şəkildə məhkəmə kollegiyasına təqdim etmişlər. Ona görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməli və müdafiə tərəfinin dəlillərinə düzgün qiymət verilməsi üçün apellyasiya instansiyasına qaytarılmalıdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, işin hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum barəsində hər hansı yeni cəzanı yüngülləşdirən hal müəyyən etməmiş, ümumi mülahizələrlə təyin edilmiş cəzanı yüngülləşdirmişdir. Lakin görünən odur ki, məhkəmə kollegiyası nəinki əsaslandırma aparmamış, birinci instansiya məhkəməsi zamanı da məlum olan faktların hansı səbəbdən cəzanın yüngüləşdirilməsinə əsas verməsini göstərməmişdir. Məhkəmə kollegiyası qərarında birinci instansiya məhkəməsi Məhkum cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını nəzərə aldığını qeyd etsə də, yəni sonuncuya ədalətli cəza təyin olunduğunu qəbul etsə də, nədənsə yenidən humanizm xatirinə Məhkum cəzasının yüngülləşdirilməli olduğu nəticəsinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ”CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən e dilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış və nəticədə ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş yanlışlığı da təkrarlayaraq cinayət qanun normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, Məhkum CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmündən göründüyü kimi, Məhkum 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixə kimi şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmələr tərəfindən qəti cəza müəyyən edilərkən Məhkum əvvəlki iş üzrə şübhəli kimi saxlanıldığı 2 gün müddət nəzərə alınmayaraq təyin edilmiş cəzadan çıxılmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protesti və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışların ı dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, kassasiya protesti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilməlidır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkumun müda fiəçisi Müdafiəçi2 verdiyi kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələrdə işə baxılarkən işin faktiki halları düzgün araşdırılmamış və məhkumun əməli işin hallarına uyğun düzgün tövsif edilməmişdir. Belə ki, məhkumun cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi iləqanunsuz olaraq psixotrop maddə, külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamaqla və satmaqla, eləcədə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrəvə psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuzolaraq əldə edib daşıyaraq saxlamaqla törətməsi sübuta yetirilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadi səsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyas ının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Kassasiya kollegiyası birinci və apellyasiya məhkəmələrinin qanunun həmin normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edilmiş və iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini mü vafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkəmə kollegiyası Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini düzgün sayır. Məhkum birinci instansiyası məhkəməsində irəli sürülən ittihamda özünü qismən təqsirli bilmiş, yəni o, özünü İran vətəndaşı kimi təqdim etmiş Mehti adlı şəxslə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməmiş, 29 iyun 2021-ci il tarixdə yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələrini və psixotrop maddələrini Mehtidən öz şəxsi istifadəsi üçün almışdır. Lakin ibtidai istintaq zamanı verdiyi əvvəlki ifadələrini, həmçinin üzərinə və evinə baxış keçirilməsinə dair protokolların məzmununu qismən təsdiq edir. Bəli, o, narkomandır və narkotikin müxtəlif növlərindən istifadə edir. Əldə etdiyi vasitələr də məhz şəxsi istifadəsi üçün olmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum və şahid qismində dindirilmiş Şahid1 məhkəmədə bir-birini tanımamaları, birincinin digərinə narkotik vasitə və psixotrop maddə satmaması barədə ifadələr ini həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirmişdir. Belə ki, ibtidai araşdırma zamanı verdikləri ifadələrində Məhkum Şahid1 tanıdığını və ona 25 iyun 2021-ci il tarixdə 30 manata üç büküm heroin və bir büküm metafetamin satdığını, Şahid1 isə 25 iyun 2021-ci il tarixdə 30 manat ödəməklə DSK yolunda yaşayan Məhkum üç büküm heroin və bir büküm metafetamin aldığının göstərmişdir. Həmçinin Şahid1 barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə çıxarılmış 20 oktyabr 2021-ci il tarixli hökmdən müəyyən olunur ki, o 25 iyun 2021-ci il tarixdə təxminən saat 10 radələrində tanışı Məhkum 30 manat nağd pul ödəyərək üç ədəd bükümdə təmiz çəkisi 1,002 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,05 qram psixotrop maddə olan metafetamin əldə etmişdir. Şahid1 barəsində olan məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismindəverdiyi ifadəsində 25 iyun 2021-ci il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Mədən 1, Korpus 43 ünvanının yaxınlığında yaşayan “Maştağalı” ləqəbli Məhkum 30 manata üç büküm heroin və bir büküm metafetamin əldə etməsini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun CM-in 234.4.1, 234.4.3 və 240.2.1ci maddələri ilə təqsiri onun özünün cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmələrdə verdiyi ifadələrdən başqa məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Həmin sübutlar apel lyasiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmişdir. Hökmdən görünür ki, apellyasiya məhkəməsi hökmdə göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Belə ki, iş materiallarına əsasən təhqiqat və ibtidai istintaq orqanları tərəfindən istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq aparılmış və bu barədə müvafiq protokolları tərtib etmişdir. Bundan başqa, iş materiallarından da göründüyü kimi məhkəmələr də sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübu tlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası işin hallarını və yuxarıda qeyd edilən Plenum Qərarının izahını nəzərə alaraq hesab edir ki, Məhkum narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması, eləcədə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrəvə psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması əməlini törətməsi tam sübuta yetirilmiş və onun əməlinin CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrinə tövsif edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsind ə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmiş, barəsində olan CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə olan cinayət təqibinə xitam verilməsi, onun əməlinin CM-in 234.4.1, 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya protestinin başlıca dəlili birinci instansiya məhkəməsi t ərəfindən Məhkum cəza təyin edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəza təyin edilməsi və cinayət qanun normasının tətbiqində səhvə yol verilməsi ilə bağlıdır. Kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və h əm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Cinayət işin materiallarında Məhkum cəzasının ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Bundan əlavə kassasiya protestinin digər dəlili apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət qanun normasının tətbiqində səhvə yol verilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmündən göründ üyü kimi, Məhkum 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixə kimi şübhəli şəxs qismində saxlanılmışdır. Lakin, apellyasiya məhkəməsi Məhkum qəti cəza təyin edərkən onun əvvəlki iş üzrə şübhəli kimi saxlanıldığı 2 gün müddəti həmin cəzaya hesablamamışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, kassasiya protestinin dəlilləri ilə isə qismən razılaşaraq, həmin protestin qismən təmin edilməsini, Məhkum haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-cü il tarixli qərarının kassasiya protestinin cinayət qanun normasının tətbiqində səhv edilməsi hissəsinə münasibətdə dəyişdirilməsini, qalan hissədə həmin qərarın dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti qismən təmin edilsin. Məhkum oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Bakı şəhəri Binəqədi Ray on Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixə kimi şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı ilə CM-nin 66.5-ci maddəsinə əsasən ona təyin edilmiş 07 (yeddi) il 06 (alt) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Qərar baxılmış kassasiya şikayəti və kassasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-766/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-766/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver