Məhkəmə qərarları › İş №1(102)-766/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-766/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-766/2025 16.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2 və 32.3,222-2.1, maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi ü zrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi8 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi) X9 və X1 ibarət tərkibdə) 1 mart 1975-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 70-ci maddəsinə əsasən həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisində cəzaçəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3, 222-2.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə, CM-in 32.3,188.1-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-in 32.3,188.2-ci maddəsi ilə 02 (iki) il müddətə, CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə 5 (beş) il müddətə, CM-in 32.3, 222-2.1-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə növündə əsas və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 75.1.1-ci maddəsinə əsasən isə CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə ona cəza təyin edilməmişdir. CM-in 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü ilə Məhkum barəsində tətbiq edilmiş şərti məhkum etmə ləğv edilərək həmin hökmlə təyin olunmuş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 67-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və ona 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən isə onun 18 noyabr 2021-ci il tarixdən 20 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş həmin cəzadan çıxılaraq üzərində qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması hökm edilmişdir. Hökmlə maddi məsrəflər həll ed ilmişdir. Həmən hökmlə, həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 da məhkum olunmuşdur. Məhkumun müdafiəçisi Müdafiəçi6 birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il nömrəli qərarına əsasən birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarından Məhkum müdafiəçiləri tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. Qərardan kassasiya protesti və kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluq la ələ keçirərək qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasını təmin etmək məqsədi ilə tanışları Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il və 10 iyun 2019-cu il tarixli hökmlərinə əsasən məhkum edilmiş Şahid3, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmünə əsasən məhkum edilmiş Şahid4, həmçinin X8 və şəxsiyyətləri araşdırılmaqda davam etdirilən qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhərində yerləşən müxtəlif banklarda girov qoyulmuş avtomobilləri ucuz qiymətə alıb ölkədən çıxarmaqla Rusiya Federasiyasında satışını təşkil etmək barədə razılığa gələrək Zərərçəkmiş şəxs6 tərəfindən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialı ilə bağlanılmış AKL-008/12P nömrəli kredit müqaviləsinin təmin atı olaraq banka girov qoyulmuş 70.000 manat dəyərində 2012-ci il buraxılışlı “Lexus LX 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs6 tərəfindən Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən “Mir” avtomobil satış mərkəzinə satışa qoyulması barədə məlumat əldə edib Zərərçəkmiş şəxs6 etibarnamə üzrə təmsil etmək hüququna malik cinayətə aidiyyəti olmayan “Mir” avtomobil satış mərkəzində satıcı işləyən Şahid12 həmin dövrün məzənnəsi ilə 22355,4 manat təşkil edən 28500 ABŞ dollarını ödəyərək Zərərçəkmiş şəxs6 Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialından götürdüyü 88032 manat kreditin qalıq məbləğini bir ay müddətində banka ödəyəcəklərinə inandırmaqla aldadıb Şahid12 Bakı şəhəri 19 saylı notariat kontorunda Zərərçəkmiş şəxs6 tərəfindən etibar edilmiş s əlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqların 17 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24a ünvanında yerləşən ünvan 3 Şahid11 verilməsinə nail olaraq avtomobili etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs6 70.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib avtomobili əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətin digər iştirakçısı Şahid3 təhvil vermiş, Şahid3 də öz növbəsində həmin avtomobili Azərbaycan Respublikası ərazisindən kənara qaçaqmalçılıq yolu ilə çıxarmaq məqsədi ilə 25 sentyabr 2014-cü il tarixdə tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blankların verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən X3 xidmətdə olduğu Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomobillərin sıxlığına görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomobilin öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs Arif Rzayevin qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək avtomobilin sənədlərini tələb edib yoxlama aparmadan elektron imza kartı ilə 25 sentyabr 2014-cü il tarixdə saat 02:52 dəqiqədə Dövlət Gömrük Komit əsinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil etməklə avtomobili Şahid3 adına “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında avtomobili həmin tarixdə və saatda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda keçirib qaçaqmalçılıq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluqla ələ keçirərək qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması təmin etmək məqsədi ilə tanışları Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il və 10 iyun 2019-cu il tarixli hökmlərinə əsasən məhkum edilmiş Şahid3, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmünə əsasən məhkum edilmiş Şahid4, həmçinin X8 və şəxsiyyətləri araşdırılmaqda davam etdirilən qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhərində yerləşən müxtəlif banklarda girov qoyulmuş avtomobilləri ucuz qiymətə alıb ölkədən çıxarmaqla Rusiya Federasiyasında satışını təşkil etmək barədə razılığa gələrək Zərərçəkmiş şəxs5 tərəfindən "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin 11 saylı filialı ilə bağlanılmış 23-A-1-070-13 nömrəli kredit müqaviləsinin təminatı olaraq banka girov qoyulmuş 80.000 manat dəyərində 2013-cü il buraxılışlı “Lexus LX 570” markalı 10-UV314 dövlət qeydiyyat nişanlı a vtomobilin etibarnamə üzrə təmsil etmək hüququna malik cinayətə aidiyyəti olmayan Şahid13 tərəfindən satışa qoyulması barədə məlumat əldə edib Şahid13 həmin dövrün məzənnəsi ilə 15688 manat təşkil edən 20000 ABŞ dollarını ödəyərək Zərərçəkmiş şəxs5 "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin 11 saylı filialından götürdüyü 108200 ABŞ dolları məbləğində kreditin qalıq məbləğini qısa müddətdə banka ödəyəcəklərinə inandırmaqla aldadıb Şahid13 Bakı şəhəri 6 saylı notariat kontorunda Zərərçəkmiş şəxs5 tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqların 24 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24a ünvanında yerləşən ünvan 3 X10 veri lməsinə nail olaraq avtomobili etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs5 80.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib avtomobili əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətin digər iştirakçısı Şahid3 təhvil vermiş, Şahid3 də öz növbəsində avtomobili Azərbaycan Respublikası ərazisindən kənara qaçaqmalçılıq yolu ilə çıxarmaq məqsədi ilə 1 oktyabr 2014-cü il tarixdə tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blankların verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən X3 xidmətdə olduğu Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomobillərin sıxlığın a görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomobilin öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs Arif Rzayevin qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək avtomobilin sənədlərini tələb edib yoxlama aparmadan elektron imza kartı ilə 1 oktyabr 2014-cü il tarixdə saat 13:27 dəqiqədə Dövlət Gömrük Komitəsinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil etməklə avtomobili Şahid3 adına “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasın da avtomobili həmin tarixdə və saatda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda keçirib qaçaqmalçılıq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluqla ələ keçirərək qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması təmin etmək məqsədi ilə tanışları Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il və 10 iyun 2019-cu il tarixli hökmlərinə əsasən məhkum edilmiş Şahid3, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmünə əsasən məhkum edilmiş Şahid4, həmçinin X8 və şəxsiyyətləri araşdırılmaqda davam etdirilən qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaq cadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhərində yerləşən müxtəlif banklarda girov qoyulmuş avtomobilləri ucuz qiymətə alıb ölkədən çıxarmaqla Rusiya Federasiyasında satışını təşkil etmək barədə razılığa gələrək Zərərçəkmiş şəxs4 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə bağlanılmış 419 nömrəli kredit müqaviləsinin təminatı olaraq banka girov qoyulmuş 69.000 manat dəyərində 2012ci il buraxılışlı “Porsche Cayenne” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə təmsil etmək hüququna malik cinayətə aidiyyəti olmayan Şahid1 tərəfindən satışa qoyulması barədə məlumat əldə edib Şahid1 23000 manat ödəyərək Zərərçəkmiş şəxs4 Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialından götürdüyü 70400 manat kreditin qalıq m əbləğini qısa müddətdə banka ödəyəcəklərinə inandırmaqla aldadıb Şahid1 Bakı şəhəri 6 saylı notariat kontorunda Zərərçəkmiş şəxs4 tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqların 6 oktyabr 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24a ünvanında yerləşən ünvan 3 X13 verilməsinə nail olaraq avtomobili etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 69.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib avtomobili əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətin digər iştirakçısı Şahid3 təhvil vermiş, Şahid3 də öz növbəsində avtomobili A zərbaycan Respublikası ərazisindən kənara qaçaqmalçılıq yolu ilə çıxarmaq məqsədi ilə 8 oktyabr 2014-cü il tarixdə tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blankların verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən X3 xidmətdə olduğu Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomobillərin sıxlığına görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomobilin öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs Arif Rzayevin qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək a vtomobilin sənədlərini tələb edib yoxlama aparmadan elektron imza kartı ilə 8 oktyabr 2014-cü il tarixdə saat 02:20 dəqiqədə Dövlət Gömrük Komitəsinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil etməklə avtomobili Şahid3 adına “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən suiistifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında avtomobili həmin tarixdə və saatda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda keçirib qaçaqmalçılıq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq verən və rəsmi sənəd hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 600 kvadrat metr torpaq sahəsinin ayrılması haqqında Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 187 saylı sərəncamını istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə saxtalaşdırıb hazırladıqdan sonra həmin sərəncamı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 göstərib etibarından sui-istifadə edərək sərəncamda qeyd edilən torpaq sahəsinin özünə məxsus olmasına dair yalan məlumat verib inandırmaqla ona ayrılmış həmin torpaq sahəsindən 300 kvadrat metrini sonuncuya satacağına dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 8 may 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 7 saylı notariat ofisində saxtal aşdırdığı Buzovna Bələdiyyəsinin 30 dekabr 2005ci il tarixli 187 saylı sərəncamını bilə-bilə istifadə edərək ayrılmış 600 kvadrat metr torpaq sahəsinin 300 kvadrat metr hissəsi üzərində sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs2 etibarnamə verib onun inamını qazanaraq qeyd olunan notariat ofisinin qarşısında 9000 manat, 2020-ci ilin avqust ayının ortalarında isə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində 2500 manat olmaqla ümumilikdə 11500 manat pulunu götürdükdən sonra 20 avqust 2020-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinə təkrar müraciət edərək 8 may 2020-ci il tarixli etibarnaməyə xitam verib Zərərçəkmiş şəxs2 11500 manat pulunu vahid niyyətini əhatə edən qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdi r. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq verən və rəsmi sənəd hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 800 kvadrat metr torpaq sahəsinin ayrılması haqqında Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə saxtalaşdırıb hazırladıqdan sonra həmin sərəncamı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 göstərib etibarından sui-istifadə edərək sərəncamda qeyd edilən torpaq sahəsinin özünə məxsus olmasına dair yalan məlumat verib inandırmaqla ona ayrılmış həmin torpaq sahəsindən 150 kvadrat metrini sonuncuya satacağına dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 20 oktya br 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 7 saylı notariat ofisində saxtalaşdırdığı Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını bilə-bilə istifadə edərək ayrılmış 800 kvadrat metr torpaq sahəsinin 150 kvadrat metr hissəsi üzərində sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs1 etibarnamə verib onun inamını qazanaraq notariat ofisinin qarşısında 6500 manat pulunu götürdükdən sonra 9 avqust 2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinə təkrar müraciət edərək 20 oktyabr 2020-ci il tarixli etibarnaməyə xitam verib Zərərçəkmiş şəxs1 6500 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq verən və r əsmi sənəd hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 800 kvadrat metr torpaq sahəsinin ayrılması haqqında Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə saxtalaşdırıb hazırladıqdan sonra həmin sərəncamı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 göstərib etibarından sui-istifadə edərək sərəncamda qeyd edilən torpaq sahəsinin özünə məxsus olmasına dair yalan məlumat verib inandırmaqla ona ayrılmış həmin torpaq sahəsindən 150 kvadrat metrini sonuncuya satacağına dair vəd verib etibarından sui-istifadə etməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 28 oktyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 7 saylı notariat ofisində saxtalaşdırdığı Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını bilə-bilə istifadə edərək ayrılmış 800 kvadrat metr torpaq sahəsinin 150 kvadrat metr hissəsi üzərində sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs1 etibarnamə verib onun inamını qazanaraq notariat ofisinin qarşısında 6700 manat pulunu götürdükdən sonra 9 avqust 2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinə təkrar müraciət edərək 28 oktyabr 2020-ci il tarixli etibarnaməyə xitam verib Zərərçəkmiş şəxs1 6700 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq verən və rəsmi sənəd hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 800 kvadrat metr torpa q sahəsinin ayrılması haqqında Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə saxtalaşdırıb hazırladıqdan sonra həmin sərəncamı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 göstərib etibarından sui-istifadə edərək sərəncamda qeyd edilən torpaq sahəsinin özünə məxsus olmasına dair yalan məlumat verib inandırmaqla ona ayrılmış həmin torpaq sahəsindən 150 kvadrat metrini sonuncuya satacağına dair vəd verib etibarından suiistifadə etməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 3 noyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 7 saylı notariat ofisində saxtalaşdırdığı Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını bilə-bilə istifadə ed ərək ayrılmış 800 kvadrat metr torpaq sahəsinin 150 kvadrat metr hissəsi üzərində sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs1 etibarnamə verib onun inamını qazanaraq notariat ofisinin qarşısında 7000 manat pulunu götürdükdən sonra 9 avqust 2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinə təkrar müraciət edərək 3 noyabr 2020-ci il tarixli etibarnaməyə xitam verib Zərərçəkmiş şəxs1 7000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı, baxılan iş üzrə digər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib Azərbaycan Respublikas ı Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs8 “H.Z.Tağıyev” adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrinin daxilində yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə alacağını vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2021-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs8 “H.Z.Tağıyev” adına Neft və Qaz Çıxarma İdarəsinin 1220 saylı işlək neft buruğunun yanında 3000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan neft buruğunun mühafizə zonasında yerləşən torpaq sahəsini özbaşına tutmaqla üzərində tikintinin aparılması barədə tanışları – baxılan cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, həmçinin X14 və şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyriləri ilə razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2021-ci ilin mart ayında keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə X2 Nəzarət və DağMədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 Nəzarət və X12 Agentliyi) tərəfindən verilmiş 18 may 1999-cu il tarixli, 186 nömrəli Dağ-Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x-417936, y-4486104 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq həmin ərazi hüdudları daxilində işlək vəziyyətdə olan 1220 saylı neft buruğundan 20 metr məsafədə yerləşmiş neft buruğunun mühafizə zonasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan özbaşına tikinti işləri aparmaq məqsədilə qrupun digər təşkilatçısı Təqsirləndirilən şəxs1la birlikdə cinayətin törədilməsini təşkil edərək özbaşına aparılan tikinti işlərinin dayandırılması ilə bağlı müvafiq dövlət qurumlarının qanuni tələb və müdaxiləsinin qarşısın ı alıb maneələri aradan qaldırmaqla cinayətkar niyyətlərini həyata keçirməsinə kömək etmək məqsədi ilə cəmiyyət tərəfindən həssas qrup kimi qəbul edilən Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları olan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, həmçinin X14 və şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyrilərini cəlb edib müəyyən məbləğdə pul müqabilində ələ alaraq yuxarıda qeyd olunan qanunsuz özbaşına tikinti işləri aparılan ərazidə dayanıb səs-küy salmaqla guya tikilən evin yaşayış yeri olmayan Qarabağ müharibəsi əlili Təqsirləndirilən şəxs2 qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs7 üçün tikildiyini bildirərək özbaşına aparılan tikinti işlərinin başa çatdırılmasına nail olub qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tor paq sahəsini özbaşına tutmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan neft buruğunun mühafizə zonasında tikinti işlərinin aparılmasını təşkil etmişlər. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi6 kassasiya şikayətində göstərir ki, məhkum barəsində çıxarılmış hökm tamamilə qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyasında məhkəmə iclasının qanunvericiliyə uyğun şəkildə audio-video yazı aparılmasına və həmin iclaslarda şəxsən iştirak etməklərinə baxmayaraq, hakim Mirzəli Abbasov şahid ifadələrini saxtalaşdıraraq, onların istintaq zamanı verdiyi ifadələri qərara cüzi dəyişikliklərlə kopyalamışdır. Bundan başqa, bəzi şəxslərin şahid kimi dindirilməsi barədə vəsatət versələrdə, vəsatətlər təmin olunmamış və həlledici ifadə verə bi ləcək şəxslər dindirilməmişdirlər. Bununla yanaşı, qeyd olunmuşdur ki, Məhkum heç bir cinayət əməli törətməmiş, onun işi sadəcə Şahid4 xahişi və istəyi əsasında ona avtomobil tapmaq və qiyməti azaltmaq və s. Olmuşdur. Şahid3, Şamxal Racəbbədinov adlı şəxsləri ümumiyyətcə tanımamış, heç vaxt görüşməmiş və aralarında telefon danışığı olmamışdır. Eyni zamanda, avtomobillərin sonrakı taleyi barədə də məlumatı olmamışdır. Avtomobili almaq üçün özü pul verməmiş, heç bir avtomobili özü təhvil almamışdır. Buna görə də, məhkum edilmiş şəxsin dələduzluq və qaçaqmalçılıq əməlləri ilə təqsirləndirilməsi absurddur. Hər üç avtomobili almış şəxs Şahid4 apellyasiya instansiyası məhkəməsində ifadə verərək öz təqsirini boynuna almış, Məhkum təqsirli olmamasını, avtomobilllərin alqı-satqısından sonra kimə ça tdırılacağı ilə bağlı məlumatı olmamasını bildirmişdir. Məhkum sadəcə avtomobil alverçisi kimi onların qiymətinin aşağı salınması ilə məşğul olmuş və buna görə də cüzi haqq almışdır. Bundan başqa, kassasiya şikayətinin müəllifi qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin etdiyi kobud qanun pozuntusu cinayət məsuliyyətinə cəlb etmə müddətinin ötürülməsi ilə bağlıdır. Belə ki, hüquqları müdafiə olunan Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 188.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 (bir) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. İttiham hökmü isə apelyasiya i nstansiya məhkəməsinin qərarının elan edilməsindən dərhal sonra qüvvəyə minir. Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin böyük ictimai təhlükə törətməyən cinayətlər fəslinə aid olmasından və törədilməsi ehtimal edilən cinayətin 2021-ci ildə baş verməsinə görə hesab edilir ki, apelyasiya instansiya məhkəməsi həmin maddə üzrə hüquqlarını müdafiə etdiyim şəxsə cəza təyin etməkdə yalnışlığa yol vermişdir. Bu isə əlbəttə ki, kobud pozuntu hesab edilməldir. Şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-516/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişdir. Müdafiəçi8 kassasiya şikayətində göstərir ki, məhkum barəsində çıxarılmış hökm tamamilə qanunsuz və əsassızdır. Bəzi şəxslərin şahid kimi dindirilməsi ba rədə vəsatət versələrdə, vəsatətlər təmin olunmamış və həlledici ifadə verə biləcək şəxslər məhkəmə iclasında dindirilməmişdirlər. Bundan başqa, zərərçəkmiş şəxslərin ifadələrindən də görünür ki, onlar Məhkum barəsində bir söz deməmişdirlər. Bundan başqa, məhkəmə qərarın əsaslandırma hissəsində saxtalaşdırılmış şahid ifadələrinə istinad etsə də, apelyasiya instansiya məhkəməsi zamanı şahid qismində dindirilmiş avtomobilləri alan Şahid4, avtomobilləri satan şəxslər Şahid13 və Şahid2 öz ifadələrində yuxarıda qeyd etdiyimiz məzmunda ifadə verərək behin və pul alış verişinin Şahid4 tərəfindən edilməsini bildirmişdir. Şahid3 isə ifadəsində ümumiyyətlə Məhkum adını çəkməmişdir, Hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 3 49-cü maddəsinin tələblərini pozmuşdur. Belə qənaətə gəlir ki, göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Bununla da, belə çıxır ki, Məhkum barəsində çıxarılmış məhkəmə hökmü və qərarı qanunsuz və əsassızdır. İşin maraqlı tərəfi budur ki, hüquqlarını müdafiə etdiyim şəxsin təqsirli olmasına aid əsaslı şübhələr də mövcud deyildir. Hər üç avtomobili almış şəxs Şahid4 apelyasiya instansiya məhkəməsində ifadə verərək öz təqsirini boynuna almış, Rəşidin təqsirli olmamasını, avtomobillərin alqı-satqısından sonra haraya, kimə çatdırılacağı ilə bağlı məlumatı olmamasını bildirmişdir. Avtomobili satan şəxslər isə pul alqı-satqısının avtomobili alan şəxs Şahid4lə olmasını, behi və pu lu verəri şəxsin Ramil olmasını bildirmiş və Rəşidin vasitəçi(makler olmasını) bildirmişdir. Yuxarıda göstərilənlərə, əsasən, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-516/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını əlaqəli şəkildə öyrənib, kassasiya şikayətlərinin təmin olunması barədə müdafiəçinin və kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin e dilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bi lməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından s əlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələbləri nə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hö kmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən ya lnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum CM-in 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2 və 32.3,222-2.1-cü maddələri ilə təqsirlilik məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmələ münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin fakti ki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2 və 32.3,222-2.1-cü maddələrinin dispozisiyasılarından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya mə hkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2 və 32.3,222-2.1-cü maddələri ilə tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şər h edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb hesab etmişdir ki, apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum təsvir edilmiş cinayətkar hərəkəti törətməsi, Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş, yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfin dən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2 və 32.3,222-2.1-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2 və 32.3,222-2.1-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 125.8 -ci maddəsinə əsasən, «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum həmin cinayət əməlini törətməsini, cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutlarla təsdiq olunmuş, məhkum və müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Məhkumun müdafiəçilərinin müvafiq məzmunlu iddiası hər hansı sübuta və fakta deyil, yalnız bəsit formalı subyektiv mülahizəyə əsaslanmışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2 və 32.3,222-2.1-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndiri lmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barə də işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2 və 32.3,222-2.1-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Lakin məhkəmə kollegiyası Məhkum təyin olunan cəzaya münasibətdə Azərbaycan Respublikası CM-nin 8, 41, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumun barəsində olan yüngülləşdirici halları əsas götürərək hesab edir ki, mübahisələndirilən qərar məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslə rə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüd udları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmas ının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ailə vəziyyətini səciyyələndirən halları, həmçinin zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və onlara dəymiş ziyanın tam ödənilməsini, himayəsində iki azyaşlı uşağının olmasını kifay ət qədər nəzərə alaraq və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilm iş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə mü əyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olu nması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cin ayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara q arşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Məhkum məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəs inə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçiləri Müdafiəçi8 və Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1 və 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçiləri Müdafiəçi6 və X11 tər əfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarı Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Cinayət Məcəlləsinin 32.3,188.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 32.3,188.2-ci maddəsi ilə 2 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.3,222-2.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzalarını Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum üzərində qəti olaraq 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Məhkum hazırkı qərarla təyin olunan 1 (b ir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü üzrə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə cəza çəkməsi üçün ona qəti olaraq 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar