Məhkəmə qərarları › İş №1(102)-767/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-767/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-767/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, məhkəmə iclas katibi- İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas X4, Zərərçəkmiş şəxs, Məhkum və onun müdafiəçisi-vəkil Müdafiəçi iştirakları ilə, Bakı Ağır Ci nayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə, CM-nin 221.3-ci maddəsi ilə bəraət almasına dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum X3 müdafiəçisi-vəkil Müdafiəçi Əli qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.Y.Nəbiyev (sədrlik edən), Ə.N.Hacıyev və F.A.Qəribovdan ibarət tərkibdə) Məhkum - xx xxxx 1990-cı il tarixdə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Lerik rayonu, Cəngəmiran kəndində qeydiyyatda ol maqla ünvan 1 yerləşən fərdi yaşayış evində kirayədə yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Məhkum bəraət verilmişdir. İşin halları: Məhkum qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 2018-ci ilin sentyabr ayında bacısı Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə müxtəlif kişilərlə ünsiyyət saxlaması, 2018-ci ilin oktyabr ayının əvvəllərində azyaşlı uşaqlarını aparıb Lerik rayonunun Anbu kəndinə əri X5 yaşadığı evə qoyaraq Bakı şəhərinə geri qayıdıb ailə üzvlərinə məlum olmayan ünvanlarda yaşaması, tanımadığı şəxslə çəkilmiş videogörüntüsünün “İnstagram” sosial şəbəkəsində yayılması, yaşadığı kənddə tanıdığı şəxslər arasında Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsi barədə söz-söhbətlərin olması səbəbindən sonuncuya xx.xx.2018-ci il tarixdə, saat 22 radələrində istifadəsində olan mobil telefondan başqa şəxsin adından əvvəlcə “Vatsap” proqramında yazaraq, daha sonra isə zəng edib 100 manat pul müqabilində cinsi əlaqə barədə etdiyi təklifinə razılıq verərək görüşə gəldiyinə görə, Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini özün də qətiləşdirərək, namusunu qorumaq, onu və ailəsini qohumları və tanışları arasında rüsvay etməsinə görə qisas almaq məqsədilə bacısı Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək bu niyyətini həyata keçirmək üçün yaşadığı evdən bıçaq götürüb xx.xx.2018-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs başqa şəxsin adından 100 manat pul müqabilində intim münasibətdə olmağa getmək üçün təyin edilmiş görüş yeri olan 51 nömrəli sərnişin avtobusunun sonuncu dayanacaq yeri kimi tanınan, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsinə gəlmiş, Zərərçəkmiş şəxs yanında iki nəfər tanımadığı cavan oğlanlarla yanaşı gəldiyini, həmin oğlanlardan birinin Zərərçəkmiş şəxs qulaq hissəsinə sığal çəkdiyini gördükdən sonra daha da hiddətlənərək xx.xx.2018-ci il tarixdə, saat 00:03 radələrində ünvan 2 ünv anda yerləşən, “Meyvə-tərəvəz topdan satış” adlı ərzaq malları mağazasının qarşısında bacısı Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək, üzərində gəzdirdiyi, silah qismində istifadə etdiyi bıçağı çıxardıb qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə sonuncuya “öl, ölməyin məsləhətdir” sözlərini deyərək həmin bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin sol yarısında üç ədəd, sol bazu nahiyəsində iki ədəd, hər iki sağrı nahiyələrində iki ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid olan deşilmiş–kəsilmiş xəsarətlər, döş qəfəsinin arxa səthinin sol yarısında, daxilə - sol plevra boşluğuna nüfuz edərək, dalaq və diafraqmanın sol yarısının deşilib-kəsilməsi, bir tərəfli hemopnevmotoraks və splektomiya (dalağın cərrahi yolla çıxarılması) ilə müşayiət olunan həyat üçün təhl ükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olan bir ədəd deşilmiş-kəsilmiş xəsarət yetirmiş, Zərərçəkmiş şəxs ayaqları ilə bıçaq zərbələrinin qarşısını almaq üçün aktiv müqavimət göstərdiyindən, habelə hadisə yerinə toplaşaraq cinayətkar hərəkətlərini davam etdirməsinə mane olan şəxslərin onu döymələrindən qorxub hadisə yerindən qaçaraq uzaqlaşdığından, Zərərçəkmiş şəxs isə vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən verilmiş apelyasiya protestinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kol legiyasının (hakimlər: R.K. Səfərov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və R.M.Abdulovdan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə apelyasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsini Cinayət Kollegiyasının (hakimlər: T.L.Kazımov (sədrlik edən və məruzəçi), H.Q.Nəsibov və Ə.S.Seyfəliyevdən ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya protesti təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş yeni apelyasiya baxışına təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: E.E.Rəhimov (sədrlik edən və hakim), M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət tərkibdəxx xxxxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilərək Məhkum barəsində tətbiq olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin müddəaları hökmdən xaric edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 07 (yeddi) il, 10 (on) ay, 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına qaldırılmışdır. Cəzasının əvvəlinin xx xxxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi Əli qızı kassasiya şikayəti v ermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi Əli qızı kassasiya şikayəti verərək bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündə Məhkum cəza təyin edərkən onun barəsində sadalanmış cəzanı yüngülləşdirən hallar kimi cinayətin məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin bacı qardaş olmasını, ailə vəziyyətini, onun məhkəmə istintaqı zamanı davranışlarını nəzərə alaraq, məhkəmə əsaslı olaraq hesab etmişdir ki, Məhkum daha az müddətə cəmiyyətdən təcrid olunmaqla da islah və yenidən tərbiyə oluna bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs bacı qardaşdır. İş üzrə zərəçəkmiş şəxs ibtidai istintaq və məhkəmə istintaqı dövründə ərizələr v erərək qardaşına qarşı şikayətinin olmadığını və həqiqətən qardaşının ona dəfələrlə əxlaqsız yoldan çəkinməsini bildirməsini göstərmişdir. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdikləri arayışlardan da görünür ki, təqsirləndirilən şəxsin müsbət xarakterizə olunması, hadisədən sonra könüllü olaraq gedib hüquq mühafizə orqanlarına təslim olması, əvvəllər məhkumluğunun olmaması, himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması və s kimi hallar nəzərə alınaraq, Məhkum Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin tətbiq edilməsini və təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qanunvericiliyin tələbinə əsasən təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsinin onun islah və yenidən tərbiyə olunma sına, cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlinmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında təqsirləndirilən şəxsin əməlinin “təqsirləndirilən şəxsin - əməlimdən səmimi peşmanam sözünü deməsini, hüquqi müstəvidə, səmimi peşmanlıq anlayışını əks etdirmədiyini və məhkəmənin onun özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmadığını qeyd etmişdir. Eyni zamanda Məhkum iş yeri və qeydiyyatda olduğu yer üzrə xasiyyətnamələr alınmışdır. Verilmiş xasiyyətnamələrdən Məhkum müsbət xarakterizə olunmuşdur. Lakin Bakı Apelyasiya Məhkəməsi bu halı da, nəzərə almayaraq, onun məhz şəxsi keyfiyyətlərinin tam, obyektiv əhatə və əks olunmadığına əsaslanmışdır. İş üzrə ədalət mühakiməsini araşdıran Bakı Apelyas iya Məhkəməsi xx.xx.2020-ci il tarixli qərarında şikayətin, tələbin olmadığını, ailə zəminində baş verən bir hadisənin olduğunu nəzərə almayaraq, yalnız cəzanın yüngül verilməsinə görə hökmü ləğv etmiş, eyni zamanda təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul etməsinə baxmayaraq, məhz buna görə niyə Azərbaycan Respublikasının 62-cı maddəsinin tətbiq edilməsini əsas olmasının hökmdə görmədiyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən və Bakı Apelyasiya Məhkəməsinin qərarından görünür ki, Məhkum törətdiyi əməldə cəzanı ağırlaşdıran hər hansı bir hal yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmalıdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx xxx xxx 2020-ci il tarixli qərarında təqsirləndirilən şəxsə təyin olunmuş bütün yüngülləşdirici halları nəzərə almamış və bütün bu halların təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas görməmişdir. Lakin bu nəticəyə nə əsasla gəldiyini isə öz qərarımda şərh edə bilməmişdir. Hakim qərar qəbul edərkən, daxili inamına əsaslanaraq ədalətli qərar qəbul etməlidir. Məhz dövlət ittihamçısının protestini təmin etmək üçün tətbiq edilmiş cəzanı yüngülləşdirən halların ləğv edilərək, cəzanın ağırlaşdırılaraq qərar qəbul etməsi -təqsirləndirilən şəxsin hüququnu kobud şəkildə pozur. Əlavə olaraq qeydi etmişdir ki, təqirləndirilən şəxs Lerik rayonu Mərkəzi Xəstəxanasının psixonevroloji kabinetində “ensefalopatiya qıcolma tutmaları” diaqnozu ilə dispanser qey diiyyatındadır. Onun həyatı hal-hazırda təhlükə qarşısındadır. Dəfələrlə məhkəmə iclasında ibtidai istintaq zamanı onda bu tutmalar tutmuş, təcili yardımın köməkliyi ilə ayılmışdır. Təqsirləndirilən şəxs gündəlik nevroloji dərmanlar qəbul edir. Təqsirləndirilən şəxsə məhz belə bir cəzanın təyin edilməsi onun səhhətinə mənfi təsir göstərəcəkdir. Hesab edirəm ki, Bakı Apelyasiya Məhkəməsi qərarında ədalət prinsipinin tələbləri baxımından məhkuma cəza təyin edərkən yuxarıda qeyd olunan halları nəzərə almamışdır. Odur ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv edərək və iş üzrə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun,müdafiəçisinin və zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Kassasiya şikayətinin dəlilləri məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi barədədir. Kassasiya şikayətində göstərilmişdir ki, birinci instan siya məhkəməsi cəzanı yüngülləşdirən hallar kimi cinayətin məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin bacı qardaş olmasını, ailə vəziyyətini, onun məhkəmə istintaqı zamanı davranışlarını nəzərə alaraq, əsaslı olaraq hesab etmişdir ki, Məhkum daha az müddətə cəmiyyətdən təcrid olunmaqla da islah və yenidən tərbiyə oluna bilər. Təqsirləndirilən şəxsin hadisədən sonra könüllü olaraq gedib hüquq mühafizə orqanlarına təslim olması, əvvəllər məhkumluğunun olmaması, himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması və s. kimi hallar nəzərə alınaraq, Məhkum Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qanunve riciliyin tələbinə əsasən təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsinin onun islah və yenidən tərbiyə olunmasına, cəzanın məqsədlərinə cavab verərdi. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında təqsirləndirilən şəxsin əməlinin “təqsirləndirilən şəxsin - əməlimdən səmimi peşmanam sözünü deməsini, hüquqi müstəvidə, səmimi peşmanlıq anlayışını əks etdirmədiyini və məhkəmənin onun özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmadığını qeyd etmişdir. Eyni zamanda Məhkum iş yeri və qeydiyyatda olduğu yer üzrə xasiyyətnamələr alınmışdır. Verilmiş xasiyyətnamələrdən Məhkum müsbət xarakterizə olunmuşdur. Lakin Bakı Apelyasiya Məhkəməsi bu halı da, nəzərə almayaraq, onun məhz şəxsi keyfiyyətlərinin tam, obyektiv əhatə və əks olunmadığına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası cəza təyini məsələsini həll edərkən cinayət işi üzrə məhkumun cəzasını yüngülləşdirən hallar, o cümlədən kassasiya şikayətində sadalanan hallar nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində cinayətin və cinayət törətmiş şəxsin ictimai təhlükəsizliyini azaldan cəzanı yüngülləşdirən hallar ayrılaraq, həmin halların mövcudluğu zamanı cəzanı ağırlaşdıran hal yoxdursa cəza təyin etmənin xüsusi metodu müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzan ı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eləcə də Azərbaycan Respublikası CM-nin 63-cü maddəsində başa çatmayan cinayət görə cəza təyin edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, məhkəmə kollegiyası məhkum barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqinə əsas verən cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə almış, həm də cinayətə cəhdə görə cəza təyin etmənin qanunda nəzərdə tutulmuş qaydası üzrə cəza təyin etmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya protesti təmin olunarkən məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair kassasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları əsasında yoxlayaraq və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Məhkumn təyin edilmiş cəzanın yüngülləşdirilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq üçün hüquqi əsaslar mövcud olmadığından kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi Əli qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 29,120.1-ci madddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar