Məhkəmə qərarları › İş №1(102)-767/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-767/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-767/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri X17 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzr ə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İlham Mahmudov (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və Səbuhi Hüseynov) 24 fevral 2022-ci il tarixli, 1(101)-143/2022 nömrəli hökmü ilə 01 may 1978-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olmuş, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, ünvan 2 ünvanında yaşamış X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinərək, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-260/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməyən 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 günü, azadlıqdan məhrum etmə cəzasının 1 gününə hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən hazırkı cinayət üzrə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin ittiham hökmünə əsasən X18 təqsirli bilinmişdir ona görə ki, o, istintaqa məlum olmayan zamanda qanunsuz olaraq satış məqsədi ilə bir ədəd bükümdə təmiz çəkisi 106,745 qram olan qəhvəyimtıl rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 28 yanvar 2021-ci il tarixdə saat 20:15 dəqiqədə Yasamal rayon polis idarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq satış məqsədi ilə əldə edərə k üzərində saxlamaqla daşıdığı 1 (bir) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümdə təmiz çəkisi 106,745 qram olan qəhvəyimtıl rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin əynindəki qara rəngli, qolsuz dəri gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və İbrahim İbrahimli) 31 oktyabr 2022-ci il tarixli 1(103)-848/2022 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 1(101)-143/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, X9 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üz rə təqsirliliyi sübuta yetirilmədiyi və cinayətin törədilməsinə aidiyyəti olmadığı üçün bəraət verilmiş, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası 31 oktyabr 2022-ci il tarixli hökmü çıxararkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin təl əblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirməmiş, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Burada əvvəla Səadət Sadıqovanın üzərində axtarış aparılması üçün təhqiqatçının üzləşdiyi bir sıra problemlərə diqqət yetirək. Məlum olduğu kimi, vəkil bürosu saat 18 radələrində bağlanır və reallıq ondan ibarətdir ki, növbətçi vəkil büroda oturmur, ümumiyyətlə növbətçini müəyyən edilməsi üçün təhqiqatçı (müstəntiq) büronun müdiri ilə əlaqə saxlamalı, ona hansı vəkilin ayrıla biləcəyi barədə məlumat alandan sonra həmin vəkili axtarmağa başlayır və ən əsas faktor ondan ibarətdir ki, evdə oturan vəkil təhqiqatçının (müstəntiqin) çağırışı ilə dərhal tələb olunan yerə gəlmir. Təbii ki, bu proses müəyyən bir vaxt aparır. Bundan başqa, Səadət Sadıqova qadın cinslidir və onun üzərində axtarış aparılması üçün təhqiqatçı qadın cinsli bir əməliyyatçını bu prosedura cəlb etmişdir. Təbii ki, bu da müəyyən bir vaxt tələb etmişdir. Sonda isə, onu da göstərmək istəyirəm ki, Səadət Sadıqovanın saxlanıldığı vaxtdan üzərinə baxış keçirilməsinə qədər 4 saat deyil, təxminən 3 saat 45 dəqiqə keçmişdir. Belə olan halda, yəni yuxarıda sadalanmış amilləri nəzərə alınmaqla həmin vaxtın keçməsinə ağlabatan müddət hesab edir. «Fatooooooo» və «Elmar» adlı şəxslərin müəyyən edilməsi üçün məhkəmə tərəfindən həmin telefon nömrələrinə zənglərdən başqa hər hansı bir ciddi tədbir görülməmiş, həmin şəxslərin kimliyinin müəyyən edilməsi üçün ən azından müvafiq mobil operatorlara heç bir sorğu belə göndərilməmişdir. Bundan başqa, məhkəmə göstərmişdir ki, Səadət Sad ıqovaya məxsus “Samsung» markalı telefonun açılması və ona baxış keçirilməsi mümkün olmamışdır. Həqiqətən, dəfələrlə cəhd göstərilsə də, həmin telefonu işə salmaq mümkün olmamışdır. Lakin, iş materiallarında telefona baxış keçirilməsinə dair müstəntiqin tərtib etdiyi protokol var. Həmin protokolda olan məlumatlara şübhə ilə yanaşmasına hər hansı bir əsas olmamış və məhkəmə qərarında buna dair hər hansı bir qeyd edilməmişdir. Belə olan halda, yəni telefonun açılmaması məgər ona baxış keçirilməsinə dair protokolu əsassız hesab edir? Məhkəmə bu protokolda əks olunmuş məlumatları qəbul etmirsə, yəni Səadət Sadıqovanın narkotik vasitələrinin satışı ilə məşğul olduğuna şübhə ilə yanaşırsa, onun əməlini CM-in 234.1-ci maddəsinə tövsif etməli idi, çünki baxış zamanı sonuncunun üzərindən 106,745 qr am çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroinin aşkar edilməsi danılmaz bir faktdır. Lakin məhkəmə bu hala da “vəkilin müdafiəni formal keçirilməsi” adı altında üzərində şəxsi axtarış keçirilməsinə dair protokolu da etibarsız sübut kimi qiymətləndirir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, “... bağlamanın polislər tərəfindən onun cibinə yerləşdirildiyini təkidlə bildirdiyi halda, müdafiəçinin buna susqunluq nümayiş etdirməsi və protokola heç bir qeyd vermədən protokolu imzalaması da şübhəli şəxsin təqsirliliyinə dair kifayət qədər əsaslı şübhələr yaradır”. Bu cümlədən belə nəticəyə gəlinir ki, məhkəmə vəkili müdafiə taktikasını düzgün seçilməməsində təqsirləndirir və sətirarası müdafiəçinin hərəkətlərini (daha dəqiq hərəkətsizliyini) sonuncunun polis əməkdaşları ilə əlbir olub onu “saxta” sübutların toplamasında günahlandırır. Həmçinin məhkəmə “...təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi”ni və “bu yolla əldə edilmiş sübutların mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir” qeyd etməklə sanki təhqiqatçını da müdafiəçinin hərəkətsizliyində təqsirləndirir. Burada bir sual yaranır: məgər təhqiqatçı müdafiəçinin işə formal yanaşdığını gördükdə onu işdən kənarlaşdırılmalıdır? Ümumiyyətlə cinayət qanunvericiliyində belə hallarda təhqiqatçının (və ya müstəntiqin) üzərinə hər hansı bir vəzifə qoyulurmu? Təbii ki, cinayət-prosessual qanunvericiliyində bu hala dair hər hansı bir xüsusi qayda nəzərdə tutulmamışdır. Məhkəmə isə müdafiəçinin işə formal yanaşdığını və müdafiənin lazımi səviyyədə keçirilməm əsi qənaətinə gəlmişdirsə, ən azından müdafiəçi haqqında xüsusi qərar çıxara bilərdi. Lakin məhkəmə kollegiyası müdafiəçinin qeyri-peşəkar hərəkətlərini qeyd etməklə, onun iştirakı ilə əldə edilmiş ittihamın sübutlarını mötəbər sübut kimi qəbul edilməzliyini göstərir və sonda təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yaln ız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X6 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, X18 28 yanvar 2021-ci il tarixdə saat 20:15 dəqiqədə Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd polietilen bükümdə 106,745 qram olan kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı X9 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. X19 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun üzərində baxış keçirilməsi barədə 28 yanvar 2021-ci il tarixli protokol, baxışda iştirak etmiş şəxslərin şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi təqdim etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qismən məhkəmə istintaqı aparmaqla sübutları təkrarən araşdırıb belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutlar təşkil etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş X18 özünü ona elan edilmiş ittiham üzr ə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Şahid5 oğlu Şahid4lə münasibətdə olduğuna görə dəfələrlə münasibətlərinə son qoymaq üçün ondan hüquq mühafizə orqanlarına şikayət etmişdir ki, qardaşı narkotikə görə tutulub, qardaşının kimlərlə iş görməsindən xəbəri var. Bununla bağlı onu Yasamal Rayon Polis İdarəsinə çağıraraq əməkdaşlıq etməsini istəmiş, vaxt qoyaraq demişlər ki, əməkdaşlıq etməsə, onu məsuliyyətə cəlb edəcəklər. 29 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları onu götürüb Yasamal Rayon Polis İdarəsinə gətirmişlər. Gecə saat 12-yə qədər, yəni saat 24-ə qədər onu əməkdaşlıq etmək üçün təzyiq göstərmişlər. O polis əməkdaşlarına heç nə bilmədiyini demiş, sonra isə ona müxtəlif sənədlərə imza etm əyi təklif etmişlər, o isə vəkilini tələb etmişdir. Bundan sonra vəkilinin gəlməsinə baxmayaraq, həmin vəkili deyil, başqa vəkili ona təqdim etmişlər. Həmin vəkildən imtina etməsinə baxmayaraq həmin vəkil baxışda iştirak etmişdir. Onun üzərində hər hansı bir narkotik olmamış, videoçəkilişdən əvvəl sol tərəfində duran polis əməkdaşı narkotik vasitəni onun cibinə qoymuş, lakin onda hər hansı bir narkotik olmamışdır. Onun üzərində içərisində 830 manat olan pul kisəsi olmuş, həmin pul kisəsini də polis əməkdaşları götürmüşlər. Bundan başqa apellyasiya icraatı zamanı dindirilmiş məhkum olunmuş şəxs X18 birinci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, onun «Samsung J6+» markalı mobil telefonunda ümumiyyətlə “vatsap” proqramı olmamışdır. İş materiallar ı ilə tanış olarkən həmin yazışmaların ona və müdafiəçisinə təqdim edilməsi xahiş edilmiş, lakin həmin yazışmalar onlara təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sübutları tədqiq edərək nəticəyə gəlmişdir ki, Səadət Sadıqovanın Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya məhkəməsi öz hökmündə qeyd etmişdir ki, Səadət Sadıqovanın şəxsi axtarış və götürmə dərhal və ya qısa “ağlabatan” müddət ərzində deyil S.T.Sadıqova saxlanıldıqdan təxminən 4 saat sonra aparılmışdır. Kassasiya protestində isə qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərli yinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, Səadət Sadıqovaya elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərba ycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübh ələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsir ləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İşdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi X9 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası düzgün nəticəyə gəlmişdir. Belə ki, X6 üzərində aşkar edilmiş narkotik vasitədən başqa digər hallarda narkotik vasitələrin qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər-hansı bir mötəbər sübut əldə edilməmişdir. X2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittihamın əsasında məhz 29 yanvar 2021-ci il tarixdə saxlanılarkən üzərindən narkotik vasitə heroinin aşkar edilməsi dayanır. Həmin xüsusat Bakı şəhəri Yasamal RPİ-nin baş təhqiqatçısı Şahid6 Məmməd oğlunun həmin idarənin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə tərtib etdiyi “şəxsi axtarış və götürmə haqqında” 29 yanvar 2021-ci il tarixli protokolla müəyyən edilir. Yalnız bu protokolla müəyyən edilən hallar üzrə əldə edilmiş digər sübutlar – narkotik vasitə barədə məhkəmə-kimyəvi ekspertizasının rəyi, əməliyyat müvəkkillərinin şahid qismində ifadələri, eləcə də, aşkar edilmiş narkotik vasitənin ma ddi sübut kimi tanınması həm ibtidai istintaq orqanı tərəfindən ittiham elan edilməsi üçün, həm də birinci instansiya məhkəməsi tərəfindən S.T.Sadıqovanı cinayət əməlini törətməkdə təqsirli bilinməsi üçün istinad edilən yeganə sübutlardır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxs S.T.Sadıqovanın barəsində birinci instansiya məhkəməsinin ittiham hökmü yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən S.T.Sadıqovanın üzərində şəxsi axtarış nəticəsində üzərində narkotik vasitənin tapılmasına əsasən çıxarılmışdır. İş materiallarından görünür ki, X3 İdarəsinə gətirildikdən sonra onun üzərində axtarış dərhal deyil, təxminən 4 saat sonra aparılmışdır. Nəzərə almaq lazımdır ki, şübhəli şəxs X1 andan üzərinə şəxsi axtarış aparılanadək 4 saat ərzində polislərin nəzarəti altında olmuş, onun üzərinə axtarışın polis bölməsinə gətirildikdən dərhal sonra aparılmaması onun təqsirliliyinə dair kifayət qədər əsaslı şübhələr yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.7.7-ci maddəsinə əsasən şübhəli şəxsin müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüquqları vardır. Cinayət işinin materiallarında olan X6 üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında 28 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, X18 ona dövlət hesabına ayrılmış vəkil X7 imtina etdiyini və özünün seçdiyi vəkilin prosesdə iştirak etməsini bildirməsinə baxmayaraq, həmin istintaq hərəkəti vəkil X10 iştirakı ilə aparılmışdır. Həmçinin apellyasiya məhkəməsinin hökmündə qeyd edilmişdir ki, şübhəli şəxs X9 dövlət hesabına müdafiəçi (X21) təyin olunmuş və onun tutulmuş şəxsin hüquqlarının müdafiəsi üçün hər hansı bir fəaliyyəti olmamış, hətta axtarış zamanı tutulmuş şəxsin onun gödəkcəsinin cibindən çıxarılmış bükümün ona məxsus olmadığını bildirməsinə baxmayaraq bununla əlaqədar heç bir sual da vermədən polis əməkdaşı tərəfindən tərtib edilmiş protokolu imzalamışdır. Belə olan halda məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin istintaq hərəkəti şübhəli şəxs X6 müdafiə hüququnun pozulmaqla keçirilmişdir. Həmçinin, aparılmış istintaq və keçirilmiş əməliyyat tədbirləri zamanı X6 istifadə etmiş olduğu qeyd olunan mobil telefon nömrələri ilə telefon danışıqları aparmış ********* sim kart nömrəsinin sahibi Baki şəhəri, Yasamal rayonu, Z.Xəlilov küç, ev.54- də qeydiyyatda olan Elçin Ağalarzadəni, ********* sim kart nömrəsinin sahibi Haciqabul şəhəri, H.Aslanov küç, ev 1, mənzil 1-də qeydiyyatda olan Rövşən Quliyevi, ********* sim kart nömrəsinin sahibi Tovuz rayonu, Qovlar qəsəbəsi, 28 May küçəsi, ev 49-da qeydiyyatda olan İbrahim Kazimovu, ********* sim kart nömrəsinin sahibi Mingəçevi r şəhəri, Ş.İ.Xətai küçəsi. Ev 4\l, mənzil 24-də qeydiyyatda olan Pərviz İbrahimovu, ********* sim kart nömrəsinin sahibi Jalə Şıxıyevanı, ********* sim kart nömrəsinin sahibi Sumqayıt şəhəri, 4cü məhəllə, ev 26A/26, mənzil 8-də qeydiyyatda olan Mayıl Bəşirovu, ********* sim kart nömrəsinin sahibi Qaradağ rayonu, Qizildaş ərazi dairəsi. Qizildaş qəsəbəsi, ev 37, mənzil 5 qeydiyyatda olan X11, ********* sim kart nömrəsinin sahibi Baki şəhəri, Yasamal rayonu, 2-Ci Alatava küçəsi, ev 83Q- də qeydiyyatda olan X12, ********* sim kart nömrəsi Tovuz şəhəri, Nəriman Nərimanov küçəsi, ev 50 qeydiyyatda olan X15, ********* sim kart nömrəsi Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsi yataqxana ev 14, otaq 7A-da qeydiyyatda olan X13. ********* sim kart nömrəsinin sahibi ünvan 4 ünvanında qeydiyyatda olan X20. ********* sim kart nömrəsinin sahibi Ağdaş rayonu Arablar kəndində qeydiyyatda olan X16, ********* sim kart nömrəsinin sahibi Bakı şəhəri Balandı № 40 ünvanında qeydiyyatda olan X14 və ***-***-**-** saylı "Whatsap” mobil telefon nömrəsindən istifadə edən «Fatooooooo», ***-***-**-** saylı, ’’Whatsap” mobil telefon nömrəsindən istifadə «Elmar» və 099-872-00- 07 saylı "Whatsap” mobil telefon nömrəsindən istifadə edən «Toni-cin» adlı şəxslərin şəxsiyyətlərini və olduğu yerləri müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan mobil telefon nömrələrinə dəfələrlə zənglər olunmasına baxmayaraq telefonlar bağlı olduğundan onlarla əlaqə saxlamaq və istintaqa dəvət edib cinayət işi üzrə ifadələrinin alınması mümkün olmamışdır. İstintaq orqanının həmin şəxslərdən heç birinin olduğu yerini və şəxsiy yətini müəyyən edə bilməməsi və məhkəmə iclasında mobil telefona baxış keçirməyə mümkün olmaması kifayət qədər şübhəli məqam olmaqla, həmin məlumatlara şübhə ilə yanaşmağa əsas verir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş q aydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşü r. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, X9 qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən baxış keçirilməsi barədə protokol şübhə doğurur və mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi nin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X8 təqsirinin sübuta yetirilməməsini müəyyə n edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X18 barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiya sı məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2022ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X18 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar