Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-767/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Zərərçəkmiş şəxs iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 1 iyun 2023-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim: Əliyev Fikrət Hüseyn oğlu) 1 iyun 2023-cü il tarixli hökmü ilə xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində fərdi evdə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmış və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan çəkilmiş 11 ay 24 gün müddəti təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, hökmün icrası yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılmışdır. O nun üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 21:30-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsindəki fərdi evi tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İsmayılov Azər İbrahim oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rə şadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 10 oktyabr 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-200/2023 nömrəli, xx.xx.2023cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətləri təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum aralarında tez-tez mübahisə yarandığından, ünvan 3 ünvanında yaşayan qonşusu, polis nəfəri Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb edilərək, Abşeron rayon mühafizə idarəsindəki iş yerindən çıxarılmasına nail olmaq üçün, guya Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə təxminən saat 07:40 radələrində yaşadığı evin yaxınlığında bıç aqlanaraq xəsarət alması cinayətinin törədilməsinin görüntüsünü yaratmaq məqsədilə, istintaqa məlum olmayan şəraitdə, ekspert rəyinə əsasən özü-özünə yetirməsi inkar olunmayan döş qəfəsi və qarın nahiyyələrinin kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərəvurmaya aid xəsarətlərin Zərərçəkmiş şəxs tərəfindən ona bıçaqla yetirilməsi ilə əlaqədar süni ittiham sübutları yaratdıqdan sonra guya sonuncu tərəfindən bıçaqlanaraq xəsarət alması cinayətinin törədilməsi barədə DİN-nin 102 məlumat mərkəzinə məlumat verilməsinə nail olmuş, aidiyyəti üzrə Sumqayıt şəhər prokurorluğunda aparılan araşdırma zamanı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikası CM- nin 296-cı maddəsində göstərilən məsuli yyət barədə xəbərdar olunmasına baxmayaraq Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə, təxminən saat 07:40 radələrində yaşadığı evin yaxınlığında bıçaqlanması barədə rəsmi ərizə ilə müraciət edərək, izahat vermiş, lakin aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə təxminən saat 07:40 radələrində ümumiyyətlə onunla hər hansı bir təmasının olmaması, əldə olunmuş kamera görüntüləri və izahatlarla öz təsdiqini tapdığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyindən ibtidai istintaq orqanının normal fəaliyyətinin və Zərərçəkmiş şəxs əsassız cinayət təqibinə məruz qalmaqla əlaqədar rahatlığının pozulmasına səbəb olub süni ittiham sübutlarının yaradılması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. Kas sasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, Apellyasiya məhkəməsində cinayət işi birtərəfli, qeyri-obyektiv və natamam araşdırımış və sübutlara önəm verilməmiş, ifadələr təhrif edilmişdir. Cinayət işinə əlavə edilmiş video disklərdə guya onun cinayət işini törətməyinin görüntüləri vardır. Halbuki həmin video-disklərə birinci instansiya məhkəməsində baxılmış, amma cinayət əməlini sübut edən heç bir görüntü olmamış, həmçinin şahid ifadələri ilə onun cinayəti törətdiyi təsdiq olunmamışdır. Hətta Sumqayıt Apellyasiya Məhkəməsinə sübutlar təqdim etmək istədikdə belə sübutlarına baxılmamışdır. İş qeyri-obyektiv, qərəzli və natamam şəkildə araşdırılmış və hökm dəyişdirilmədən saxlanılmışdır. Barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəza sının təyin edilməsi barədə ittiham hökmü çıxarılmışdır. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd o lunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2023-cü il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28. 5-ci maddəsi). Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, onun əsassız məhkum edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdırıb hesab edir ki, işə baxan məhkəmələr Məhkum Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkum bilə-bilə yalan xəbərçilik etməməsi ilə bağlı kassasiya şikayətində göstərilən dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Məhkum Cinayət Məcəlləsinin ittiham olunduğu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməli ni CM-nin 296.2-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. CM-in 296.2-ci maddəsində Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. İstər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr tərəfindən işin müəyyən edilmiş faktiki halların əsasına qoyulmuş həm məhkumun, həm də iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, habelə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış başqa sübutlarla dəqiqliklə müəyyən edilir ki, Məhkum aralarında tez-tez mübahisə yarandığından, qonşusu, polis nəf əri Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb edilərək, Abşeron rayon mühafizə idarəsindəki iş yerindən çıxarılmasına nail olmaq üçün, guya Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə təxminən saat 07:40 radələrində yaşadığı evin yaxınlığında bıçaqlanaraq xəsarət alması cinayətinin törədilməsinin görüntüsünü yaratmaq məqsədilə, istintaqa məlum olmayan şəraitdə, ekspert rəyinə əsasən özü-özünə yetirməsi inkar olunmayan döş qəfəsi və qarın nahiyyələrinin kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərəvurmaya aid xəsarətlərin Zərərçəkmiş şəxs tərəfindən ona bıçaqla yetirilməsi ilə əlaqədar süni ittiham sübutları yaratdıqdan sonra guya sonuncu tərəfindən bıçaqlanaraq xəsarət alması cinayətinin törədilməsi barədə DİN-nin 102 məlumat mərkəzinə məlumat verilməsinə nail olmuş və aşağı instansiya məhkəmələrinin onun hərəkətlərini süni sübutlar yaratmaqla bilə-bilə yalan xəbərçilik etmə kimi qiymətləndirilməsi, həmin əməlin isə CM-in 296.2-ci maddəsi ilə tövsif edilməsi həm araşdırılmış sübutlara əsasən işin faktiki hallarına, həm cinayət qanunvericiliyi normalarının tələblərinə uyğun olmaqla əsaslıdır. Belə ki, cinayət işinin mareriallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış: Məhkəmə-tibb ekspertizasının 992 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Məhkum bədəni üzərində aşağıdakı xəsarətlər vardır:döş qəfəsi nahiyyəsinin və qarın nahiyyəsinin kəsilmiş yaraları. Qeyd olunan xəsarət iti kənarlı əşyanın təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan əvvəl olmaqla qərarda göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin Məhkum həm özü tərəfindən, həm də kənar şəxs tərəfindən yetirilə bilərdilər; "Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, video yazılardan birincisində xx.xx.2021-ci il tarixində səhər saat 07:37:01 saniyəsində Şahid1 evdən piyada şəkildə çıxdığı onun ardınca isə saat 07:37:16 saniyəsində Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes-Benz markalı X dövlət nömrə nişanlı avtomobilin evdən çıxaraq yolun sol istiqamətinə doğru hərəkət etdiyi, daha sonra saat 07:38:16 saniyəsində Şahid1 evə doğru hərəkət etməsi, həmin ərəfədə Məhkum yolda tək hərəkət etdiyi və 07:38:21 saniyəsində geriyə dönərək baxması daha sonra öz yoluna davam etməsi, 07:38:30 saniyəsində Şahid1 evə girməsi, 07:39:20 saniyəsində Şahid4 Məhkum getdiyi istiqamətdə asta addımlarla hərəkət etməsi, 07:40:40 saniyəsində Şahid4 digər qızı olan Leylanın asta addımlarla qucağında uşağı ilə birgə Məhkum olduğu istiqamətə hərəkət etdiyi, 07:41:20 saniyəsində sağda Şahid4, ortada Məhkum sol əli ilə göbək hissəsini bağlamış formada və solda bacısı Leylanın qucağında uşağı ilə birgə evlərinə doğru hərəkət etdiyi müşahidə olunur. 2 nömrəsi ilə qeyd olunmuş videoyazıda 07:37:29 saniyəsində Məhkum evdən çıxdığı, 07:38:08 saniyəsində geriyə dönərək baxması və daha sonra yoluna davam etməsi və yenidən 07:38:21 saniyəsində geriyə dönərək b axması daha sonra isə yoluna davam etməsi, 07:38:45 saniyəsində Şahid4 evdən çıxaraq Məhkum hərəkət etdiyi istiqamətdə asta addımlarla getməsi, 07:39:50 saniyəsində Məhkum bacısı Leylanın evdən çıxaraq eyni istiqamətdə qucağında uşaq ilə asta addımlarla hərəkət etməsi, 07:41:40 saniyəsində Şahid4 sağda, Məhkum ortada əli ilə göbəyini bağlamış formada və solda bacısı Leyla solda olmaqla evə doğru hərəkət etmələri müşahidə olunur. 3 nömrəsi ilə qeyd olunmuş videoyazıda texniki səbəblərdən saat 1 saat 15 dəqiqə geridə qalmışdır, bu səbəbdən də digər video yazılarda göstərilən saatla uyğunlaşmamaqdadır. Həmin videoyazıya əsasən saat 06:21:59 saniyəsində Zərərçəkmiş şəxs idarəsində olan Mercedes markalı maşının yola çıxaraq hərəkət etdiyi və avtomobili saxlamadan hərəkət etdiyi, daha sonra Şahi d1 geriyə dönərək evinə qayıtması, 06:23:30 saniyəsində Məhkum yola çıxaraq ətrafı müşahidə etməsi, bundan sonra 06:24 radələrində Şahid4 həmin yerə gələrək onunla birgə ətrafı müşahidə etməsi və ikisinin birgə geriyə qayıtması müşahidə olunur. 4 nömrəsi ilə qeyd olunmuş videoyazıda hadisə üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir görüntüyə rast gəlinmədi. 5 nömrəsi ilə qeyd olunmuş videoyazıda 06:21:59 saniyəsində Zərərçəkmiş şəxs idarəsində olan avtomobilin yola çıxaraq maşını saxlamadan hərəkət etməsi, 06:23:30 saniyəsində Məhkum yola çıxaraq ətrafı müşahidə etməsi müşahidə olunur. 6 nömrəsi ilə qeyd olunmuş video yazıda xx.xx.2021- ci il tarixində saat 06:35:08 saniyəsində Zərərçəkmiş şəxs idarəsində olan avtomobilin dayanmadan hərəkət etməsi müşahidə olunur. 7 nömrəsi ilə qeyd olunmuş videoyazıda xx.xx.2021-ci il tarixdə saat 06:35:08 saniyəsində Zərərçəkmiş şəxs idarəsində olan avtomobilin dayanmadan hərəkət etməsi müşahidə olunur.; "Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Məhkum Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə verdiyi məlumata əsasən onun xəsarət aldığı yerə baxış keçirilmişdir. Baxış zamanı Məhkum xəsarət aldığı yer evindən təxminən 20-25 metr aralıda yerləşir. Ərazi məhlələrarası küçədir, hər iki ətrafda fərdi tikili evlər yerləşir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələr Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş və qiymətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlmə yə imkan verən sübutların məcmusu ilə əsaslandırılmışdır. Kassasiya şikayətində məhkəmənin gəldiyi nəticələri şübhə altına almağa imkan verən hər hansı mötəbər sübutlara və dəlillərə istinad edilməmişdir. Ona görə də Məhkum əməlində cinayət tərkibinin olmaması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir CPM-nin 145.1 -145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymə tləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş –zərərçəkmiş şəxs,şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmu su ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən ci nayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 296.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq norma ları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edi lməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2023-cü il tarixli qərarı qan uni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-767/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-767/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver