Məhkəmə qərarları › İş №1(102)-768/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-768/2019

28.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-768/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X8 iştirakı ilə 23 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan son ra CM-in) 177.3.1 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2011-ci il tarixli hökmünə əsasən (hakimlər: N.A.Kərimov (sədlik edən), R.A.Allahverdiyeva və T.X.Nəsrullayeva) Məhkum Azərbaycan Respublikası CM-nin 177.3.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 177.3.1-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, ona qəti olaraq 09 (doqquz) il müddətinə az adlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və cəzaçəkmə müddətinin başlanğıcının 28 sentyabr 2009-cu il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: Q.F.Məmmədov (sədrlik edən), R.K.Səfərov və Ə.İ.Qasımov) apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2011-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-nin 177.3.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 08 ildən 05 il 03 aya endirilmiş, CMnin 66.3-cü maddəsinə əsasən həmin cəza Bakı Apellyasiya Məhkəməsinin 11 may 2012- ci il tarixli hökmü ilə CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə, ona qəti olaraq 05 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 3 il müddət təyin edilmiş cəzadan çıxılmaqla çəkməsi üçün 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və cəzaçəkmə müddətinin başlanğıcının 05 sentyabr 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə görə X5 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə M.R.Nuxayev və Məhkum ibarət mütəşəkkil dəstə yaratmış və 2009-cu ilin sentyabr ayının 01-dən 04-nə qədər olan müddətdə mütəşəkkil dəstənin üzvü Məhkum idarə etdiyi minik maşını ilə Bakı şəhəri, *************************** N°-li binada Zərərçəkmiş şəxs2 məxsus 24 N°-li mənzilin giriş qapısının qıfılını xüsusi alətlə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs2 məxsus 100 manat dəyərində spirtli içkiləri və bir ədəd qıfılını aça bilmədikləri diplomat çantasını gizli yolla talayaraq Bakı şəhərində kirayənişin yaşadığı mənzilə aparmışlar. Həmin mənzildə oğurladıqları çantanın içərisindən barəsində ölməsi ilə əlaqədar olaraq cinayət təqibinə xitam verilmiş C6 məxsus Rusiya Federasiyasının Tula şəhərinin silah zavodunda istehsal olunmuş, istifadəyə yararlı, yivli odlu silah sayılan bir ədəd Tokarev (TT) konstruksi yalı, gövdəsində «384», lüləsinin səthində isə «A 2640» N°-li, 7,62 mm kalibrli tapança, həmin tipli tapançaların komplekt hissəsi olan patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş 03 ədəd sandıqça, nömrəsi silinmiş, istifadəyə yararlı, yivli odlu silah sayılan «Makarov» PM konstruksiyalı 9,0 mm kalibrli tapança, həmin konstruksiyalı tapancaların komplekt hissəsi olan patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş 03 ədəd sandıqça, nömrəsi silinmiş, istifadəyə yararlı, yivli odlu silah sayılan «Naqan» konstruksiyalı, 7,62 mm kalibrli revolver, döyüş sursatı sayılan Tokarev (TT) və «Naqan» konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, 55 ədəd 7,62 mm kalibrli, «Makarov» PM və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, 84 ədəd 9,0 mm kalibrli döyüş sursatı sayılan patronları aşkar edib, qanunsuz olaraq həmin silahları, döyüş sursatı hesab edilən patronları və tapançaların komplekt hissələrini əldə edib öz aralarında bölüşdürərək «Naqan» tipli yivli odlu silah-revolveri, həmin tipli silahda istifadəsi nəzərdə tutulmuş, istifadəyə yararlı, döyüş sursatı-patronlarını D6 özünə götürüb Bakı şəhəri ****************************** yaxınlığında yerləşən «Şüşəli bazar» adlanan istifadəsiz tikilinin içərisində gizlədib saxlamış, 09 oktyabr 2009-cu il tarixdə qeyd olunan odlu silah və döyüş sursatları Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanc yerindən aşkar edilərək götürülmüş, «Makarov» tipli tapançanı, 3 ədəd həmin tipli tapançaların funksional komplekt hissəsi sandıqçaları, 23 ədəd həmin çaplı «Makarov» tipli tapançalarda istifadə etmək üçün nəzərdə tutulmuş istifadə üçün yararlı olan döyüş sursatları-patronları M6 vermiş, o da həmin silah və sursatları qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, (TT) Tula-Tokarev konstruksiyalı tapançanı həmin tipli tapançaların funksional əhəmiyyət daşıyan komplekt hissəsi olan 03 ədəd sandıqçasını, 49 adəd 7.62 mm çaplı “TT” tipli tapançalarda istifadə etmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı döyüş sursatlarıpatronları Məhkum vermişlər. O da həmin silah sursatları əldə edib, daşıyıb, yaşadığı ünvan 2 ünvanda saxlamış, 28 sentyabr 2009-cu il tarixdə saat 18-00 dəqiqə radələrində isə yaşadığı evin qarşısında Bakı şəhər BPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən həmin silah və döyüş sursatları ondan aşkar edilib götürülmüşdür. Bundan başqa, 20 sentyabr 2009-cu il tarixdə Məhkum mütəşəkkil dəstənin digər üzvü X5 ilə birlikdə Bakı səhəri, ************************************* da yerləsən E6 məxsus 37 nömrəli mənzilin giriş qapısının qıfılını xüsusi alətlə açıb qanunsuz olaraq, həmin mənzilə daxil olub, oradan 250 manat dəyərində gümüş üzük, sırğa, boyunbağı və bilərzikdən ibarət dəst, 200 manat dəyərində sarı metaldan «Seiko» markalı qadın qol saatı, ümumi dəyəri 1.700 manat təşkil edən dörd dəst kişi kostyumu, dəyəri 250 manat olan bir ədəd kişi gödəkçəsi, dəyəri 260 manat olan bir ədəd «Çetroni» markalı qol saatı, bir ədəd dəyəri 130 manat olan pnevmatik tapança, 424 manat dəyərində «Sony» markalı «DCR-DVD» 202E modelli videokamera, 50 qəpikliklərdən ibarət 175 manat məbləğində xırda pul, Azərbaycan Respublikası milli pul vahidinin məzənnəsi ilə 47.296 manat təşkil edən 40 avro, Azərbaycan Respublikası milli pul vahidinin məzənnəsi ilə 10.91 manat təşkil edən 20 türk lirəsi, Azərbaycan Respublikası milli pul vahidinin məzənnəsi ilə 19,1 manat təşkil edən 40 lari və Azərbaycan Respublikası milli pul vahidinin məzənnəsi ilə 8,03 manat təşkil edən 10 ABŞ dolları məbləğində nağd pulları gizli yolla talayaraq, zərərçəkmiş şəxs E6, ümumilikdə, 3.474,33 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşlar. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilməsi və təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr işin bütün hallarını araşdırmadan, ibtidai istintaq materiallarını analiz etmədən ədalətsiz qərar qəbul etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məc əllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şikayətdə məhkumun baş vermiş cinayət hadisəsi ilə heç bir aidiyyətinin olmaması, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, habelə təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “A zərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sü butetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və birinci instansiya məhkəməsinin iclasında araşdırılıb q iymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, Məhkum elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, iş materiallarına əlavə edilmiş, iş üzrə digər məhkum edilmiş şəxslər X3 və X7 məhkəmədə elan edilib araşdırılmış ifadələri, zərərçəkmiş şəxslər X11 və Zərərçəkmiş şəxs2, şahid ifadələri, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş, X3 məhkəmədə elan edilib araşdırılmış ifadələrindən görünür ki, 2009-cu ilin sentyabr ayının əvvəlləri saat 24 radələrində Məhkum öz avtomaşınında M6 birlikdə onu Mərkəzi Statistik Komitəsinin inzibati binasının yaxınlığına gətirmiş, o və M6 avtomaşından düşərək həmin binanın qarş ısına gəlmiş, M6 binanın həyətində gözləmiş, o, həmin mənzilin giriş qapısının qıfıllarını xüsusi alətlə açaraq oradan bir neçə şüşə spirtli içkilər, içərisində 1 ədəd Naqan tipli revolver ədəd PM Makarov və 1 ədəd TT markalı tapança, çoxlu sayda patronlar olan ağzı bağlı çamadanı oğurladıqdan sonra Məhkum avtomaşınına əyləşərək kirayə qaldıqları evlərinə qayıtmışlar, o, Naqan tipli revolveri və 6 ədəd patronları özünə götürmüş, PM tipli tapançanı və 9 mm kalibri patronları M6 və TT markalı tapançanı onları avtomobildə hadisə yerinə aparmış Məhkum vermişdir. Bundan başqa, X7 məhkəməda elan edilib araşdırılmış ifadələrindən görünür ki, 2009-cu ilin avqust ayının axırları, sentyabr ayının əvvəllərində Yasamal rayonu ərazisində "Kontinental" marketin arxasında yerləşən 9 mərtəbəli binadan**** ******************* mənzil ***** ünvanda X1 oğurluq etmişlər. Həmin oğurluğu üçlükdə Məhkum iştirakı ilə etmişlər. Belə ki, Məhkum onların oğurluqla məşğul olduqlarından xəbəri olduğundan onlarla birlikdə özü də oğurluqda iştirak etmək istədiyini bildirdikdə onlar buna razı olmuşlar. E6 maşınında kənarda gözləmiş, o isə D6 9 mərtəbəli yaşayış binasının həyətinə gəlmiş, gələn olarsa D6 xəbərdar etsin deyə o, həyətdə qalmışdır. D6 isə orta mərtəbələrin birində mənzildə heç kimin olmadığını müəyyən etdikdən sonra mənzilin qapısının qıfılını xüsusi düzəldilmiş alətlərlə açaraq oradan otaqlardan birindən ağzı bağlı olan çamadanı özləri ilə götürərək birlikdə E6 maşınına oturub kirayə qaldıqları mənzilə gəlmişlər. Evdə çamadanı "otvyorka" ilə açdıqda içərisində 1 ədəd "Makarov", bir ədəd "TT', bir ədəd "Naqan" tipli tapança və patronlar olmuşdur. Həmin silahlardan o, "Makarov" tipli tapançanı və iki ədəd sandıqçaları götürmüş, “TT” markalı tapançanı E6 və "Naqan" tipli tapançanı isə David götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən arqument, yəni məhkumun heç bir cinayət törətməməsi iş materialları ilə təsdiq olunmur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhl ükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumun un 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsi yyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, hə m də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun ailə vəziyyəti, məhkumun cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətin residivinin olması nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv a raşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar