Məhkəmə qərarları › İş №1(102)-768/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-768/2021

22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-768/2021 22.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X5, məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 1(103)-742 /2020 saylı qərarından məhkum Rüstəmov Səbuhi Əşrəf oğlunun Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Rüstəmov Səbuhi Əşrəf oğlu xx xxxxxx 1964-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, 04 dekabr 2018-ci il tarixdə Qazaxıstan Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum aldatma və etibardan sui-istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqs ədi ilə, Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib onun oğlu X4 Federasiyası Mahaçqala şəhərində yerləşən Universitetdə təhsil alması üçün düzəldəcəyini yalandan vəd verərək aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 20 dekabr 2016-cı ildə Bakı şəhəri, Səbail rayonu, 20-cı sahə ərazisində 3.000 manat, ikinci dəfə 2017-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xətai rayonu ərazisində «Həzi Aslanov» metrosunun yaxınlığında 2.000 manat pulunu alaraq ələ keçirməklə, verdiyi vədinə əməl etmədən Zərərçəkmiş şəxs6a cəmi 5.000 (beş min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrar tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, qızı X3 Federasiyasının Mahaçqala Texniki Univers iteti tərəfindən verilmiş diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirəcəyini yalandan vəd verərək aldadıb tanışı Şahid1 vasitəsi ilə 20 aprel 2017-ci ildə ünvan 3 ünvanında yerləşən «Rahat» marketinin qarşısında 4.000 manat məbləğdə pulunu almaqla ələ keçirib verdiyi vədinə əməl etmədən Zərərçəkmiş şəxs3 4.000 (dörd min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, Məhkum təkrar tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Veysel oğlunun etibarından sui-istifadə edib onun arvadını Bakı şəhəri, Binəqədi rayonunda olan orta məktəblərdən birinə müəllimə işinə düzəldəcəyini yalandan vəd verərək aldadıb tanışı Şahid1 vasitəsi ilə 02 avqust 2017-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Bakı Tennis Akademiyasının qarş ısında 5.000 manatını alıb ələ keçirərək verdiyi vədinə əməl etmədən, Zərərçəkmiş şəxs1 5.000 (beş min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Məhkum təkrar tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onun arvadını Bakı şəhəri Binəqədi rayonunda orta məktəblərdən birinə müəllimə işinə düzəldəcəyini yalandan vəd verərək aldadıb tanışı Şahid1 vasitəsi ilə 04 avqust 2017-ci il tarixdə Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi, 3158/3156 ünvanda olan Bakı Tennis Akademiyasının qarşısında 6000 manatını almaqla ələ keçirərək verdiyi vədinə əməl etmədən Zərərçəkmiş şəxs2 6.000 (altı min) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla yanaşı, Məhkum təkrar tamah niyyətilə özg ənin əmlakını ələ keçirmə məqsədi ilə, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onun arvadını Bakı şəhəri ərazisində yerləşən orta məktəblərdən birinə müəllimə işinə düzəldəcəyini yalandan vəd verərək aldadıb tanışı Şahid1 vasitəsilə 04 avqust 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49 ünvanında yerləşən Təhsil Nazirliyinin inzibati binasının qarşısında 7.000 manatını alıb ələ keçirərək vədinə əməl etmədən Zərərçəkmiş şəxs4 7.000 (yeddi min) manat məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Daha sonra, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib onun arvadını Bakı şəhərinin Səbail və ya Yasamal rayonları ərazisində olan orta məktəblərdən birinə dil-ədəbiyyat müə lliməsi işinə düzəldəcəyini yalandan vəd verərək aldadıb tanışı Şahid1 vasitəsi ilə 2017-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Heydər» parkında olan çayxanada 9.000 (doqquz min) manat məbləğdə pulu almaqla ələ keçirərək verdiyi vədinə əməl etmədən Zərərçəkmiş şəxs5 9.000 (doqquz min) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Eyni zamanda, Məhkum təkrar tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib bacısını Astara rayonunda olan orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyini yalandan vəd verərək aldadıb ilk dəfə 2017-ci ilin iyul ayının ortalarında ünvan 8 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkk il Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının qarşısında 5.000, ikinci dəfə 2017-ci ilin iyul ayının axırlarında eyni ünvanda 7.000 manat, üçüncü dəfə 31 iyul 2017-ci ildə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində olan «Maklerlər Bağı» adı ilə tanınan parkda 3.000 manat və sonuncu dəfə 05 avqust 2017-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində olan parkda «Humay» restoranı yanında 20.000 manatını alaraq ələ keçirməklə vədinə əməl etmədən Zərərçəkmiş şəxs7 vahid niyyətlə əhatə edilən qəsdlə cəmi 35.000 (otuz beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 1(001)-27/2020 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 04 dekabr 2018-ci ildən 09 may 2019cu il tarixədək həbsdə saxlanıldığı 05 ay 05 gün və 09 may 2019-cu il tarixdən 10 iyun 2020-ci il tarixədək “ev dustaqlığında” olduğu 01 il 01 ay 01 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, cəzasının əvvəli 10 iyun 2020-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

4. Hökmdən təqsirləndirilən şəxsin Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərə k birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və müdafiə etdiyi şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən Məhkum iş üzrə zərərçəkmiş şəxs qismində tanınan şəxsləri tanımamış, onlarla hansı bir formada əlaqəsi və münasibəti olmamış, kimisə işə düzəltmək səlahiyyəti olmamış və bununla bağlı ona müraciət edilməmişdir. 2017-ci ilin avqust ayında biznes fəaliyyəti ilə bağlı Rusiyaya, oradan Qazaxıstana getmiş, şirkətlər qrupu təşkil edib 04 dekabr 2018-ci il tarixədək bizneslə məşğul olmuşdur. İş üzrə keçən zərərçəkmiş şəxslər Şahid1 adlı şəxs tərəfindən işə düzəltmək adı ilə aldadılmış və onların əmlaklarını ələ keçirmişdir. Zərə rçəkmiş birmənalı şəkildə ərizə, izahat və ifadələrində bunları təsdiq etmişdir. Ərizələrin tarixindən də bu hadisələr Məhkum Azərbaycandan getməsindən bir neçə ay sonra baş vermişdir. Rövşən adlı şəxs Məhkum oğlu ilə ona 3000 manat göndərmiş və məqsədi pul müqabilində Məhkum yaratdığı və təsisçisi olduğu şirkətdə özünə karyera qazanmaq və bunun üçün müəyyən işlərdə ona köməklik etmək olmuşdur. Verilmiş ittihamların Məhkum aidiyyəti olmamış, baş verənlərin Məhkumla heç bir səbəbli əlaqəsi olmamış, Məhkum əməlində cinayət tərkibi yoxdur. Ona görə də, onun barəsində bəraət hökmü çıxarılmalıdır. Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, bacısını işə düzəltmək adı ilə Məhkum 6-7 dəfəyə 35.000 manat vermişdir. İfadənin nə qədər mötəbər və doğru olmasının yoxlamaq üçün bacısı barədə suallar verilsə də, heç bir səbəb olmadan cavablandırılmamışdır. Vəsatət qaldırılaraq Zərərçəkmiş şəxs7 bacısının məhkəməyə gəlməsi, ona məxsus diplom və digər işə qəbul olunmaqla bağlı zəruri sənədlərə baxış keçirilməsi xahiş edilsə də, vəsatət təmin olunmamışdır. Rövşənin deməsinə görə pulu tək olarkən vermişdir. Lakin, Ə.Rüstəmovun atası Qazaxıstanda olarkən, iki dəfə cəmi 3000 manat alaraq atasına poçt vasitəsilə göndərmiş və bu barədə rəsmi poçt qəbzini məhkəməyə təqdim etməklə bunun bir daha həqiqət olduğunu təsdiq etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə Təhsil Nazirliyində işləyən Şahid1 5000 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs4 Şahid6 7000 manat və bu puldan 500 manat qaytarılması, zərərçəkmiş Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə Şahid1 6000 manat verməsini və zərə rçəkmiş Zərərçəkmiş şəxs3 eyni məqsədlə 5000 manat istəməsini, onun isə 4000 manat verməsini ifadələrində göstərmişlər. Zərərçəkmiş şəxslərin hər biri ifadələrində Məhkum adlı şəxsi tanımamış və məhkəməyə qədər onu görməmişləl, onunla heç bir əlaqələri olmamış və ona qarşı hər hansı tələbləri, iddiaları və şikayətləri yoxdur. Yalnız istintaqda Məhkum adı çəkilmiş, onların pullarını Şahid1 mənimsəmiş və hazırda da pullarını ondan tələb edirlər. Belə olan halda müstəntiq Şahid1 məsuliyyətə cəlb etməli olduğu halda bunu etməmiş, nəticədə cinayəti törədən şəxs cəzasız saxlanılmışdır. Şahidlərdə həmin məsələ ilə bağlı öz ifadələrində Səbuhi adlı şəxsin adını yalnız istintaq zamanı müstəntiq tərəfindən eşitdiklərini bildirməklə yanaşı, zərərçəkmiş şəxslərin ifadələrini təsdiq etmişlər. Şahid1 şahid qismində ifadəsində Məhkum qarşı dediklərinə gəldikdə isə təbii ki, onun mövqeyini başa düşmək olar, məqsədi məsuliyyətdən yayınmaq, insanları aldadıb əldə etdiyi pulları qaytarmamaqdır. İş materiallarından görünür ki, ərizə, ilk izahatlar və ifadələr Şahid1 barəsində olmuş, şübhəli şəxs kimi saxlanılmış, sonradan qanunsuz və əsassız olaraq azad edilmişdir. Məhkum öz xidməti işi ilə bağlı Azərbaycanda olmamasından istifadə edilərək qaçmaq, istintaqdan yayınma adı ilə ona qarşı ittihamlar irəli sürülmüşdür. Eyni zamanda, zərərçəkmiş kimi tanınan Zərərçəkmiş şəxs7 ifadəsinin mötəbərliyinin yoxlanılması üçün verilmiş və məhkəmə istintaqının hərtərəfli və obyektiv aparılmasına xidmət edən vəsatət əsassız olaraq təmin olunmamış, bu günə kimi Zərərçəkmiş şəxs7 doğrudan bacısının olması, pu lun kimin olması, bacısının ali təhsili alması, işə düzəltmək üçün hansı sənədlərin toplanması, pulun kimin yanında verilməsi və sair kimi əhəmiyyətli məqamlar və hallar qaranlıq qalmışdır. Odur ki, bu vəziyyətdə Zərərçəkmiş şəxs7 ifadəsinə istinad etmək, sübut kimi onu qəbul etmək və belə vəziyyətdə müdafiə etdiyi şəxs barəsində ittiham hökmü çıxarmaq yolverilməzdir. Digər tərəfdən, göstərilən məsələlərin araşdırılmasını nəzərə alaraq, verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxış iclasının qismən məhkəmə istintaqı ilə aparılması xahiş edilir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 1(103)-742/2020 saylı qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsini n Məhkum barəsində olan 10 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

7. Məhkum Rüstəmov Səbuhi Əşrəf oğlunun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, kassator onları təkrarlamaqla Bakı Apellyasiya Məhkəməsinin 1(103)-742/2020 saylı cinayət işi üzrə 14 oktyabr 2020-ci il tarixli qərarını ləğv edərək, Rüstəmov Səbuhi Əşrəf oğlu barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş ed ir.

8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanunu nun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan bir i) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

13. Məhkum Rüstəmov Səbuhi Əşrəf oğlunun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxs Rüstəmov Səbuhi Əşrəf oğlunun əməlində cinayət tərkibinin əlamətlərinin olmadığını, cinayət təqibinin istisna edən halların mövcudluğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Cinayət-Prosessual Məcəlləsinin 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

14. Odur ki, kollegiya məhkumun müda fiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Rüstəmov Səbuhi Əşrəf oğlunun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

16. Rüstəmov Səbuhi Əşrəf oğlunun qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə müdafiəçisinin dəlilləri (cinayət törətməməsi, təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları) müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, ibtidai istintaq dövründə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı baxış, götürmə, müayinə, üzləşdirmə, tanınma və digər istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və tədqiq olunmuş digər mötəbər və təkzibedilməz subutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir.

17. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmu nda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Rüstəmov Səbuhi Əşrəf oğlunun hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddələri dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Rüstəmov Səbuhi Əşrəf oğlunun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yən i Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

18. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Rüstəmov Səbuhi Əşrəf oğlunun əməlinin Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

19. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMnin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

20. Odur ki, məh kəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Rüstəmov Səbuhi Əşrəf oğlunun barəsində olan 14 oktyabr 2020ci il tarixli, 1(103)-742/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Rüstəmov Səbuhi Əşrəf oğlunun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Rüstəmov Səbuhi Əşrəf oğlunun barəsində olan 14 oktyabr 2020-ci il tarixli, 1(103)-742/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar