Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-768/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X15, Bəraət almış şəxslər – X6 və X2, Müdafiəçilər – S.A.Səfərovun müdafiəçisi Müdafiəçi2 və D.M.Atakişiyevin müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, X8 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə bəraət v erilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-22/2024 saylı, 19 aprel 2024-cü il tarixli (hakimlər V.İ.Əhmədov (sədrlik edən), N.N.Hüseynov və N.H.Məmmədov) hökmü ilə 28 iyul 1986-cı ildə Naxçıvan MR-nın Ordubad rayonu, Anabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarə sinin rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X11 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmiş; barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dərhal ləğv edilməsi; CPM-in 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi, 11 sentyabr 1982-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsində işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmiş; barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dərhal ləğv edilməsi; CPM-in 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi, iş üzrə maddi süb ut kimi tanınaraq saxlıanılması üçün Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinə təhvil verilmiş 10 ədəd üzərində “rüşvət 2022” sözləri qeyd edilmiş C47490431, C33290926, A61282661, A43687206, C81954328, B12941923, A47185529, A65736217, A97884542, A43346074 seriya və nömrəli ümumilikdə 1000 (bir min) manat məbləğində pul əskinasların hökm qanuni qüvvəyə mindikdən sonra DTX-nin Maliyyə İdarəsinə qaytarılması, iş üzrə maddi sübut kimi tanınmış 43/22-13 №-li 43/22-15 №-li və 43/22-17 №-li yaddaş qurğuları, Dəyanət Atakişiyevin və Ayxan Səfərovun şübhəli şəxs qismində ifadə verərkən qeydə alınmış videogörüntülərin əks olunduğu 2 ədəd CD disklər, Beyləqan rayon Türklər bələdiyyəsinin adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın cinayət işinin materialla rında saxlanılması, X16 və X2 170 (yüz yetmiş) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməsi və həmin pulun dövlət büdcəsinə aid edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-562/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli (hakimlər: Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə) qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X6 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-22/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istinta q orqanı tərəfindən X11 irəli sürülən ittihama görə o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə 14 aprel 2020-ci il tarixli QK-39 nömrəli əmri, struktur dəyişikliyi ilə əlaqədar həmin Dövlət Xidməti üzrə xx.xx.2022-ci il tarixli K-51 nömrəli əmri ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsinə təyin edilməklə 18 noyabr 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2009-cu il tairixli 3-1 nömrəli qərarı ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət reyestri sahəsinə aid qulluqçu X23 Sorğu kitabçasına əsasən Daşınmaz əmlak üzərində mülkiyyət və digə r əşya hüquqlarının dövlət qeydiyyatının qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının müvafiq qanunvericilik aktlarına uyğun aparılması üçün sənədlərin düzgün rəsmiləşdirilməsinə nəzarət etmək, hüquqların dövlət qeydiyyatının qanunvericiliyin tələblərinə uyğun aparılmasına görə məsuliyyət daşımaq, Dövlət reyestrindən verilən çıxarışları və arayışları imzalamaq və xidməti möhürü ilə təsdiq etmək, həmçinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 28 fevral 2022-ci il tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinə əsasən, idarəni təmsil etmək, əmr, sərəncam və göstərişlər vermək, idar ənin fəaliyyətini təşkil etmək üçün mal-materiallar və pul vəsaitləri üzərində sərəncam vermək, idarənin struktur bölmələrinin əsasnamələrini təsdiq etmək, idarənin bütün işçiləri üçün icrası məcburi olan əmr və göstərişlər vermək, idarənin kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək və sair səlahiyyətlərə malik olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, tanışı 6 saylı Beyləqan Ərazi İdarəsinin Arxiv işinin təşkili idarəsinin müdiri X2 cinayət yolu ilə əldə edilmiş pul vəsaitini qəbul edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin (səl ahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlıq, yəni rəhbəri olduğu regional idarənin yurisdiksiyasında olan Beyləqan rayonu Türklər qəsəbəsində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla 12 ha torpaq sahəsinin Türklər Bələdiyyəsinin mülkiyyətinə qeydiyyata alınmasına görə Türklər Bələdiyyəsinin sədri Şahid1 Dəyanət Atakişiyev vasitəsi ilə özünə müraciəti ilə əlaqədar sonuncu və özü üçün birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat pul vəsaitini 2021-ci ilin mart-aprel aylarında 6 saylı ünvan 3 ünvanında yerləşən inzibati binasında görüşləri zamanı Şahid1 Dəyanət Atakişiyev vasitəsi ilə rüşvət qismində istəyərək Şahid1 1500 manat məbləğində pul vəsaitini verə biləcəyinə dair razılığını alıb, Beyləqan rayo nu Türklər kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 12 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə ********** nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı hazır edib özündə saxladıqdan sonra, həmin niyyətlə 2022-ci ilin yanvar ayında 6 saylı ünvan 4 ünvanında yerləşən inzibati binasında Dəyanət Atakişiyev vasitəsilə sonuncu və özü üçün birbaşa yolla Şahid1 500 manat, eyni niyyətlə 2022-ci ilin may ayında həmin yerdə 1000 manat olmaqla cəmi 1500 manat pul vəsaitini alıb Dəyanət Atakişiyevlə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, sonuncu və özü üçün birbaşa yolla maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə Dəyanət Atakişiyevin köməkçiliyi ilə rüş vət qismində almış, həmin hərəkətləri ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə həyata keçirilməsi ilə əlaqədar həmin Xidmətin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə Dəyanət Atakişiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici funksiyaları həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istif adə edərək, tanışı 6 saylı Beyləqan Ərazi İdarəsinin Arxiv işinin təşkili idarəsinin müdiri X2 cinayət yolu ilə əldə edilmiş pul vəsaitini qəbul edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlıq, yəni rəhbəri olduğu regional idarənin yurisdiksiyasında olan Beyləqan rayonu Türklər qəsəbəsində yerləşən 0.24 ha torpaq sahəsinin Türklər Bələdiyyəsinin mülkiyyətinə qeydiyyata alınmaqla Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə görə Türklər Bələdiyyəsinin sədri Şahid1 Dəyanət Atakişiyev vasitəsi ilə özünə müraciəti ilə əlaqədar sonuncu və özü üçün birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat pul vəsaitini 15 noyabr 2022-ci il tarixdə 6 saylı ünvan 3 ünvanında yerləşən inzibati binasında görüşləri zamanı Şahid1 Dəyanət Atakişiyev vasitəsi ilə rüşvət qismində təkrarən istəmiş, həmin niyyətlə 16 noyabr 2022-ci il tarixdə 6 saylı ünvan 4 ünvanında yerləşən inzibati binasında Dəyanət Atakişiyev və özü üçün birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini Şahid1 Dəyanət Atakişiyevin köməkçiliyi ilə təkrarən rüşvət qismində almış, həmin hərəkətləri ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə həyata keçirilməsi ilə əlaqədar həmin Xidmətin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunl a qorunan mənafelərinə Dəyanət Atakişiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən X3 irəli sürülmüş ittihama görə o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə xx.xx.2012-ci il tarixli 106/K nömrəli əmri, struktur dəyişikliyi ilə əlaqədar həmin Dövlət Xidməti üzrə xx.xx.2022-ci il tarixli K-062 nömrəli əmri ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Arxiv işinin təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edilməklə 18 noyabr 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyinin 11 iyun 1997-ci il tairixli 20-4 nömrəli qərarı ilə təsdiq edilmiş, Arxiv işi sahəsinə aid olan qulluqçu X23-İxtisas Sorğu kitabçasına əsasən idarə arxivlərinə təşkilat-metodiki rəhbərliyi həyata keçirmək, arxivin komplektləşmə mənbələrini və sənədlərin tərkib və məzmununu müəyyən etmək, idarə arxivlərinə, idarələrdə kargüzarlığın təşkilinə və onların ekspert komissiyalarının fəaliyyətinə nəzarəti həyata keçirmək, siyahıların ekspert-yoxlama komissiyasında təsdiqi planını hazırlamaq və onun icrasına nəzarət etmək, dövlət mühafizəsinə vermək üçün seçilən sənədlərin keyfiyyətinə nəzarət etmək, idarələrdə mühafizə olunan sənədlərin qeydiyyatını təşkil etmək və sair səlahiyyətlərə malik olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası i lə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, vəzifəli şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi X11 cinayət yolu ilə əldə edilmiş pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə Ayxan Səfərovun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlıq, yəni sonuncunun rəisi olduğu regional idarənin yurisdiksiyasında olan Beyləqan rayonu Türklər qəsəbəsində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla 12 ha torpaq sahəsinin Türklər Bələdiyyəsinin mülkiyyətinə qeydiyyata alınmasına görə Türklər Bələdiyyəsinin sədri Şahid1 özü vasitəsi ilə Ayxan Səfərova müraciəti ilə əlaqədar sonuncu və özü üçün birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat pul vəsaitini 2021-ci ilin mart-aprel aylarında 6 saylı ünvan 3 ünvanında yerləşən inzibati binasında görüşləri zamanı Şahid1 rüşvət qismində istəyərək Şahid1 1500 manat məbləğində pul vəsaitini verə biləcəyinə dair razılığını alıb, Beyləqan rayonu Türklər kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 12 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə ********** nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı hazır edib Ayxan Səfərov tərəfindən saxladıqdan sonra, həmin niyyətlə 2022-ci ilin yanvar ayında 6 saylı ünvan 4 ünvanında yerləşən inzibat i binasında özü vasitəsilə Ayxan Səfərov və özü üçün birbaşa yolla Şahid1 500 manat, eyni niyyətlə 2022-ci ilin may ayında həmin yerdə 1000 manat olmaqla cəmi 1500 manat pul vəsaitini qəbul etdikdən sonra həmin pul vəsaitini Ayxan Səfərova 6 saylı ünvan 4 ünvanında yerləşən inzibati binasında verməklə, həmin pul vəsaitini Ayxan Səfərovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncunun maddi nemət olan 1500 (bir min beş yüz) manat pul vəsaitini özü və onun üçün birbaşa yolla özü vasitəsilə rüşvət qismində almasında köməkçi qismində iştirak etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə həyata keçirilməsi ilə əl aqədar həmin Xidmətin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə Ayxan Səfərovla qabaqcadan əlbir olan bir qrup şəxs halında mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, vəzifəli şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi X11 cinayət yolu ilə əldə edilmiş pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə Ayxan Səfərovun xidməti v əzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlıq, yəni sonuncunun rəisi olduğu regional idarənin yurisdiksiyasında olan Beyləqan rayonu Türklər qəsəbəsində yerləşən, 0.24 ha torpaq sahəsinin Türklər Bələdiyyəsinin mülkiyyətinə qeydiyyata alınmaqla Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə görə Türklər Bələdiyyəsinin sədri Şahid1 özü vasitəsi ilə Ayxan Səfərova müraciəti ilə əlaqədar sonuncu və özü üçün birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat pul vəsaitini 15 noyabr 2022-ci il tarixdə 6 saylı ünvan 3 ünvanında yerləşən inzibati binasında görüşləri zamanı Şahid1 rüşvət qismində təkrarən istəmiş, həmin niyyətlə 16 noyabr 2022-ci il tarixdə 6 saylı ünvan 4 ünvanında yerləşən inzibati bin asında Şahid1 maddi nemət olan 1000 (bir min) manat pul vəsaitini özü və Ayxan Səfərov üçün birbaşa yolla özü vasitəsilə təkrarən rüşvət qismində almasında köməkçi qismində iştirak etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə həyata keçirilməsi ilə əlaqədar həmin Xidmətin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə Ayxan Səfərovla qabaqcadan əlbir olan bir qrup şəxs halında mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-562/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərə findən kassasiya protesti verilmişdir. Qərardan kassasiya protestinə qarşı müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən etiraz verilmiş, kassasiya şikayəti isə verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin və protestə qarşı etirazın dəlilləri: Protest müəllifi qeyd edir ki, Birinci instansiya məhkəməsi X11 CM-nin 308.1 və 311.3.2-ci maddələri ilə və X3 CM-nin 308.1 və 32.5, 311.3.2-ci maddələri ilə bəraət verərkən yalnız təqsirləndirilən şəxslər Ayxan Səfərovun və Dəyanət Atakişiyevin məhkəmədə verdikləri qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özlərini müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, həmçinin onun məsuliyyətdən yayınmasında maraqlı şəxslər olan əlavə şahidl ərin ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya X9 və X2 təqsirlərinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi 6 isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymış, bununla da işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Belə ki, işin hallarından göründüyü kimi, X9 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publ ik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, 6 saylı Beyləqan Ərazi İdarəsinin Arxiv işinin təşkili idarəsinin müdiri X1 ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlıq, yəni rəhbəri olduğu regional idarənin yurisdiksiyasında olan Beyləqan rayonu Türklər qəsəbəsində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla 12 ha torpaq sahəsinin Türklər Bələdiyyəsinin mülkiyyətinə qeydiyyata alınmasına görə 1500 manat pul vəsaitini 2021-ci ilin mart-ap rel aylarında Şahid1 rüşvət qismində istəyərək alması, bundan başqa, onun həmin vəzifədə işləyərkən təkrarən, 15 noyabr 2022-ci il tarixdə 6 saylı ünvan 3 ünvanında yerləşən inzibati binasında Beyləqan rayonu Türklər qəsəbəsində yerləşən 0.24 ha torpaq sahəsinin Türklər Bələdiyyəsinin mülkiyyətinə qeydiyyata alınmaqla Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə görə 1000 manat pul vəsaitini Şahid1 Dəyanət Atakişiyev vasitəsi ilə rüşvət qismində təkrarən istəməsi və alması iş üzrə toplanmış birbirini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi isə Ayxan Səfərovun rüşvət istəyərək almasının və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinin, Dəyanət Atakişiyevin isə onun rüşvət istəyərək a lmasında köməkçi qismində iştirak etməsinin və vəzifə səlahiyyətlərindən suiistifadə etməsinin mötəbər sübutlarla təsdiqini tapmaması qənaətinə gəlməklə X11 CMnin 308.1 və 311.3.2-ci maddələri ilə və X3 CM-nin 308.1 və 32.5, 311.3.2-ci maddələri ilə bəraət verərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxslər Ayxan Səfərovun və Dəyanət Atakişiyevin məhkəmədə verdikləri özlərini müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib X12 və X5 cinayət məsuliyyətindən əsassız olaraq kənarda qo ymuşdur. Məhkəmə bəraət hökmünü çıxararkən mövqeyini onunla əsaslandırmışdır ki, Dəyanət Atakişiyev ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, birinci intansiya məhkəməsində özünü təqsirli bilməmiş və istintaq zamanı vermiş olduğu ifadələrini dəyişdirməsinin səbəbini ona qarşı təzyiq olunması nəticəsində etirafedici ifadələr verməsi ilə izah etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, Dəyanət Atakişiyev ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələr versə də, həmin ifadələri təzyiq altında verdiyindən məhkəmə onun etirafedici ifadələrini sübut kimi qəbul etmir. Məhkəmə bu nəticəyə gələrkən yalnız təqsirləndirilən şəxs Dəyanət Atakişiyevin məhkəmədəki ifadəsinə və onun iş yoldaşları olan əlavə şahidlərin məhkəmədəki ifadələrinə istinad etmi şdir. Halbuki, X10 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində törətdiyi cinayət əməlləri barədə tam təfsilatı ilə etirafedici ifadələr vermiş, o cümlədən həmin ifadələrində ona qarşı təzyiq olunması və hər hansı qanunsuz hərəkətə yol verilməsi barədə göstərməmişdir. Bundan başqa, iş materiallarında olan Dəyanət Atakişiyevin şübhəli şəxs qsimində dindirilməsi protokoluna əlavə edilmiş videoçəkilişdən də görünür ki, həmin dindirmə zamanı Dəyanət Atakişiyev tam sərbəst şəkildə ifadə verərək müstəntiqin suallarına ətraflı cavablar vermiş və törətdiyi cinayəti etiraf etmişdir, həmin istintaq hərəkəti müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir, lakin həmin vaxt o hər hansı qanunsuz təsir və təzyiqə məruz qalması barədə heç nə bildirməmişdir. Bundan əlavə, iş materiallarında olan baxış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən də aydın şəkildə görünür ki, baxış zamanı Dəyanət Atakişiyevin şalvarının sağ yan cibindən üzərində "rüşvət 2022" yazılmış 10 ədəd 100 manatlıq pul əskinasları aşkar edilmiş, sorğu-sual zamanı Dəyanət Atakişiyev həmin pulları Şahid1 aldığını sərbəst şəkildə demiş, lakin həmin vaxt da onun hər hansı qanunsuz təsir və təzyiqə məruz qalması müəyyən edilməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs X10 18 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən də ittiham olunduğu cinayət əməllərini etiraf etmiş və hər hansı qanunsuz psixi və ya fiziki təsir və təzyiqə mər uz qalması barədə məhkəməyə heç nə bildirməmişdir. (cild 1, səh. 72-75) Həmçinin, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X10 və X16 təcridxanaya daxil olarkən tibbi müayinələri aparılmış, adlarına xəstəlik tarixi tərtib edilmiş, üzərilərində hər hansı xəsarət izləri aşkar edilməmişdir. (cild 3, səh. 170) Eləcə də, məhkəmələr Dəyanət Atakişiyevə təzyiq olunmasını əsaslandırmaq üçün onun iş yoldaşları olan əlavə şahidlərin məhkəmədəki ifadələrinə istinad etsələr də, lakin Dəyanət Atakişiyevin məsuliyyətdən yayınmasında maraqlı olan şəxslər, onun iş yoldaşları olan əlavə şahidlər Şahid4, Elvin Əliyevin, Aynur Aslanovanın və Zülfiyyə Məmmədovanın məh kəmədə müdafiə xarakterli ifadələr vermələrini və bununla da X2 cinayət məsuliyyətindən kənarda qalmasına çalışmalarını nəzərə almamışdır. O cümlədən, məhkəmənin Dəyanət Atakişiyevə guya təzyiq göstərilməsi barədə istinad etdiyi ifadələri vermiş həmin şəxslərdən heç biri məhkəmə baxışı zamanı ifadələrində Dəyanət Atakişiyevə fiziki və ya psixoloji zorun, hər hansı təzyiqin tətbiq edildiyini bildirməmişlər. Göründüyü kimi iş materialları ilə tam olaraq sübut olunur ki, şübhəli və təqsirləndirilən şəxs qsimində ifadələri alınarkən, eləcə də istintaq təcridxanasına daxil olarkən təqsirləndirilən şəxsin bədəni üzərində hər hansı xəsarət olmamışdır. Əks halda tibbi müayinə zamanı həmin 11 xəsarət qeyd olunmalı idi. Lakin məhkəmə bu məsələni ümumiyyətlə araşdırmamış və hökmdə hüquqi cəhətdən qiy mətləndirməmişdir. Ona görə də, birinci intansiya məhkəməsinin X2 təzyiq nəticəsində ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi qənaətinə gəlməsi və apellyasiya məhkəməsinin də həmin müövqeyi müdafiə etməsi tamamilə əsassız olmuşdur. Bundan başqa, məhkəmə bəraət hökmünü çıxararkən mövqeyini onunla əsaslandırmışdır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayonu Türklər Bələdiyyəsinin sədri Şahid1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Arxiv işinin təşkili şəbəsinin müdiri Dəyanət Atakişiyevə 1000 manat verməsi ilə əhatə olunan tədbir, yəni əməliyyat eksperimenti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və "Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun tələbləri kobud surətdə pozulmaqla keçirilmişdir. Belə ki, qeyd edilən əməliyyat tədbirinin keçirilməsinə dair məhkəmənin, istintaq orqanının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin müvafiq qərarı olmamışdır ki, bu da həmin tədbirin tamamilə qanunsuz keçirilməsinin birbaşa sübutudur. Kassasiya protestində X8 və X3 Azərbaycan Respublikası CM-in 311.3.2 və 308.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Müdafiəçilər hər biri ayrı-ayrılıqda kassasiya protestinə qarşı etiraz verərək göstərmişlər ki, Şirvan Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024cü il tarixli qərarının əsaslı və ədalətli olduğundan, kassasiya protestinin isə əsassız olduğundan protestin təmin edilməmisini və qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair, bəraət almış şəxslərin və müdafiəçilərinin kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassa siya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktını n müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X8 və X3 Cina yət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxslərin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X8 və X3 Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilməsi nə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci ma ddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmi n sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, o nun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X6 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X8 və X3 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, müstəntiq ondan bələdiyyəyə pul verib verməməsini soruşmuş, pul vermədiyini demiş, 12 sot torpaqla bağlı ondan ifadə alınmış, ona 2013-cü ild ə köhnə bələdiyyənin vaxtında evin arxasında olan torpaq sahəsinə dair sənəd verilmiş, 12 sot torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı o və atası Şahid1 müraciət etməmiş, Sabiri kənd sakini kimi tanımışdır. İstifadələrində olan 12 sot torpağın sənədləri yoxdur, həmin sənədlə bağlı harasa müraciət etməmiş, torpağa çıxarış alınması üçün Şahid1, Rəhman Kazımova və yaxud başqa bir şəxsə pul verməmişlər. Şahid1 onun adına olan torpaq sahəsinə çıxarış alınması üçün ona Türkiyədən 2000 manat pul göndərilməsini yalan deyir. Şahid1la isə 5 ildir ki, münasibəti yoxdur. Şahid1 onların xəbəri olmadan ona məxsus torpaq sənədlərini toplamasının səbəbini bilmir. O özü, atası və digər ailə üzvləri Şahid1 torpaq sahəsinin sənədləşdirilməsinin aparılması ilə bağlı etibarnamə verməmişlər. Məhkəmə istintaq ı zamanı şahid qismində bir neçə dəfə dindirilən Şahid1 02 fevral 2024-cü il tarixli məhkəmə iclası zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, DTXnın tanımadığı əməkdaşı ona zəng edib onu DTX-ya dəvət etmiş və oraya getmişdir. Hadisədən bir gün qabaq onu DTX-ya dəvət etmişlər. DTX-nın köhnə işçisi Aydının Ayxan və Dəyanətlə nə problemi olduğunu bilmir. Reyestr xidmətində Elvin adlı işçinin Aydınla münasibəti olmuş, bu iş onların Dəyanət və Ayxanla problemindən başlamışdır. Onun Dəyanətlə və ümumiyyətlə, reyestr idarəsində kimləsə problemi olmamışdır. Aydın bir neçə dəfə ona zəng etmiş, bir dəfə də idarəyə gəlmiş, lakin o, orada olmamışdır. Onlar öz işlərinin xətrinə onu pis vəzyətdə saxlamışlar. Aydın ona Dəyanət və Ayxanla problemi olduğunu bildirmiş və «sən ora girib-çıxırsa n, onlarla elə eləmisən, belə eləmisən» demişdir. Onun barəsində olan məlumatı da eşitdiyinə görə Ayxanla aralarında nəsə problem olan Elvin Aydına vermişdir. Ondan ərizənin alınmasını Aydın təşkil etmiş, Elvinlə heç bir söhbəti olmamış, Elvin və Aydınla bir yerdə görüşməmişdir. 12 hektar torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı şikayət ərizəsini ona çayxanada Aydın yazdırmış, həmin vaxt çayxanada heç kim olmamış, ikisi olmuşlar. DTXnın əməkdaşları onu təlimatlandırmış, əməliyyatçıların məqsədi yəqin ki, Dəyanəti ilişdirmək olmuş, məcbur olub əməliyyatda iştirak etmiş, buna razı olsa da, orada məhkəməyə getməyəcəyini də rəisə bildirmişdir. Aydın adlı əməkdaş onu ilkin olaraq bu işlərə sövq etməsəydi, özü-öz təşəbbüsü ilə DTX-ya, polisə və yaxud digər yerə Ayxan və Dəyanət barədə şikayə t etməzdi. Ayxan və Dəyanət tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkət olmamışdır. Bu hadisə təhrik olunması nəticəsində baş vermişdir. İşlədiyi müddətdə Ayxan Səfərov və Dəyanət Atakişiyev ondan hansısa işə görə pul tələb etməmişdir. X32 aldığı pulları yuxarıya aparması barədə sözləri özü yazmış, idarə rəisi kimi onun aldığı pulları yuxarı aparmasını ehtimal etmişdir. Əməliyyatçıların əsas məqsədi onun vasitəsilə pulu Ayxan Səfərova çatdırmaq olmuşdur. Sənəd sahiblərinin Türkiyədə olmasını Dəyanatə deməyini Aydın ona demişdir. 12 hektar torpaqla bağlı ərizə yazanda Aydın ona «çıxarışı vermir» sözlərini yazmasını demişdir. 12 hektar torpaq sahəsinə çıxarış almaqdan ötrü Dəyanatə pul verməmişdir. Aydın ondan ərizəni çayxanada alanda onun DTX-də işləyib işləmədiyini bilməmişdir. Onu n məhkəmədə verdiyi ifadə düzdür. DTX-yə verdiyi ərizəni təsdiq etmir. Sonradan məcbur olub ərizəni verdiyi məzmunda da izahat və prokurorluqda ifadə vermişdir. Məhkəmə kollegiyası Şahid1 göstərilən ifadəsini cinayət işinin digər sübutları ilə də müqayisəli təhlil edib bu nəticəyə gəlir ki, onun son ifadəsindəki etiraflarından əslində Sabirin özünün DTX əməkdaşları tərəfindən D.Atakişiyevə pul verməyə təhrik olunması açıq-aydın görünür və onun qeyd etdikləri ittihamın əsas sübutlarından biri kimi qiymətləndirilməlidir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsininin qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyən Şahid4 verilən suallara cavab olaraq göstərmişdir ki, X38 Yunusovdan hər hansı bir sənəd qəbul etməyi barədə ona göstəriş verməmiş, onlar restorana gedəndə işlə bağlı aralarında hər hansı bir söhbət olmamışdır. 16 noyabr 2022-ci il tarixdə idarədə səsküy gəlmiş və DTX əməkdaşları idarədə otaqlara daxil olub onlardan telefonlarını almış, arxiv otağının işçilərini onların otağına keçirmişlər. Dəyanət Atakişiyev isə öz otağında qalmışdır. İşçilər 15-20 dəqiqə onların otağında qaldıqdan sonra onları otaqdan çıxarmışlar. Bir müddətdən sonra həmin işçiləri yenə də onların otağına keçirmişlər. Arxiv şöbəsinin işçilərini onların otağına keçirəndən sonra onların üzərinə nəzarətçi qoymuşlar. DTX əməkdaşlarının kameraların yaddaş kartını götürmələrindən xəbəri yoxdur, lakin DTX-nin əməkdaşları idarəyə gəlib gedəndən sonra aparata qoşulan xətlər ayrıldığına görə kameralar işləməmişdir. Şahid1 idarənin əməkdaşları ilə hər hansı bir qərəzliyi olmamışdır. DTX-nın əməkdaşları ondan vintaçan istəmiş, sonra isə özləri kameralara gedən xətləri qırmış və server otağını soruşub ora keçmişlər. Onların orada nə etdiklərini bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X21 ifadəsində Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsininin arxiv işinin təşkili şöbəsində mütəxəssis vəzifəsində işləyən X28 verilən suallara cavab ol araq göstərmişdir ki, 16 noyabr 2022-ci il tarixdə saat 09:00-da işə gəlmiş, saat 10-11 radələrində Dəyanət yuxarı, otağa qalxmış, həmin vaxt onlar işlərini görmüşlər. Otaqda olduqları vaxt 7-8 nəfər DTX əməkdaşı otağa daxil olub Dəyanət Atakişiyev kimdir deyə soruşmuşlar. Dəyanət özünü təqdim etdikdən sonra onun cibindən pul aşkar olunmuşdur. Sorğu-sual zamanı dedi pulu Şahid1 aldığını demişdir. Dəyanətin cibindən çıxan pulları stolun üzərinə düzmüşlər və bundan sonra onlar otaqdan çıxarılmışlar. Bir neçə dəqiqən sonra onları yenə otağa dəvət etmiş və Dəyanəti yenidən sorğu-sual etmişlər. O,yenə də pulları Şahid1 aldığını demişdir. Sonra onları yenə otaqdan çıxarmışlar. Təxminən 20-25 dəqiqədən sonra onları yenə də otağa çağırıb telefonlarını kiliddən çıxarmalarını demişlər. Telefonları nı kiliddən çıxarandan sonra onları yenə də otaqdan çıxarmışlar. Bir neçə dəqiqən sonra isə telefonları onlara qaytarılmışdır. Arxiv otağından səs-küy gəldiyini qapıya yaxın olduğu üçün eşitmiş, amma nə səs-küy olduğunu bilməmişdir. Onları arxiv otağından çıxarıb Rəsul müəllimin otağına salmışlar. Səhv etmirsə onları birinci dəfə otaqdan çıxarandan sonra içəridən səs gəlmişdir. Onları ikinci dəfə otağa salanda Dəyanət yenə də pulu Şahid1 aldığını demiş, həmin vaxt videoçəkliş aparılmışdır. DTX əməkdaşları kameraların harada olduğunu soruşmuş, onlara arxiv otağında, rəisin otağında və qəbul otağında kamera olduğunu demişdir. Əməkdaşlar vintaçan axtarmış, kameraların haradan idarə olunduğunu soruşduqda isə onlara kameraların server otağından idarə olunduğunu bildirmişdir. DTX əməkdaşları ota ğa daxil olanda o Dəyanətlə otaqda olmuş, o biri otaqda isə iki qız işçi olmuşdur. DTX əməkdaşları otağa daxil olanda əllərində hansısa sənəd olmuş, Dəyanətə rüşvət almaqda təqsirli bilindiyini demişlər. Dəyanət özü cibindən 10 ədəd 100 manatlıq əskinaz çıxarmışdır. Onlara iki dəfə otaqdan çıxarıb yenə otağa dəvət etmişlər və hər dəfə Dəyanətdən soruşduqda o, Sabirdən pul aldığını bildirmişdir. Birinci dəfə çəkiliş olmuş, ikinci dəfə çəkiliş aparılmasına fikir verməmişdir. Onlar otaqdan çıxandan sonra oradan yüksək səs gəlmişdir. İkinci dəfə otağa daxil olanda Dəyanətin vəziyyətinə fikir verməmişdir. Bundan sonra telefonlarının kilidini açmaq üçün otağa çağırılarkən Dəyanətin üzərində xəsarət görməmişdir. Dəyanət Sabirdən iş görüb pul aldığını demişdir. DTX əməkdaşları Dəyanətdən Sabirdən nə qədər pul almasını soruşmamışlar. Dəyanətin DTX əməkdaşlarına «səhv etmişəm, şeytan aldatdı məni» kimi sözlər deməsini eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsininin arxiv işinin təşkili şöbəsinin işçiləri X29 və X13 şahid Elvin Əliyev ilə oxşar ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X26 verilən suallara cavab olaraq göstərmişdir ki, Şahid2 onun oğludur. 2013-cü ildə topraq sahəsinin alınması üçün müraciət etmiş və 2017-ci ildə oğlu Şahid2 adına torpaq sahəsi almış, həmin torpaq sahəsini heç kimin istifadəsinə və sahibliyinə verməmiş, özləri istifadə etmişlər. Şahid1 kəndin bələdiyyə sədridir, o 12 sot torpaq sahəsinə çıxarış alınması ilə bağlı Şahid1 xahiş etməmiş, həmin torpaq sahəsi ilə bağlı Sabirə heç bir sənəd verməmişdir. Rəhman Kazımov kənd sakini kimi tanıyır, Rəhmandan torpaq sahəsi ilə bağlı Sabirə müraciət etməsini xahiş etməmiş, ona həmin torpaq sahəsini icarəyə verməmiş və satmamışdır. Torpağın sənədlərini Sabirə kimin verməsini bilmir. Eyni zamanda həmin torpaq sahəsi ilə bağlı əvvəllər kəndin sabiq bələdiyyə sədri Dursunəli Məmmədova müraciət etmiş, torpaq sahəsini ondan almışdır. Sənədlərin əslinin kimdə olduğunu bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X24 verilən suallara cavab olaraq göstərmişdir ki, 12 sot torpaq sahəsinin onlara nə vaxt verilməsini bilmir. Həmin torpaq sahəsi hal hazırda onlardadır, həmin torpaq sahəsini heç kimə verməmiş və satma mışlar. Torpaq sahəsinə çıxarış alınması üçün Sabirə, Rəhmana və heç kimə müraciət etməmiş, pul, ərizə verməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(009)-1877/2022 qərarından görünür ki, X16 və X2 ətrafında 6 ay müddətində texniki vasitələrdən istifadə edilməklə gizli foto və video çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən digər yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirmə əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “pul vəsaitinin və xüsusi texniki vasitənin təqdim edilməsi haqqında” protokoldan görünür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı X18 tərəfindən Şahid1 C47490431, C33290926, A61282661, A43687206, C81954328, B12941923, A47185529, A65736217, A97884542, A43346074 seriya nömrəli 10 ədəd yüz (yüz) manatlıq əskinaslardan ibarət, ümumilikdə 1000 (min) manat pul təqdim edilməklə, pulun Şahid1 verilməsi zamanı audio və video yazının aparılması məqsədilə şikayətçinin üzərindəki paltara xüsusi səs və video yazan texniki avadanlığı quraşdırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 16 noyabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən Beyləqan rayonunda yerləşən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyeste ri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsi rəisi X16 və X2 xidməti otaqlarına baxış keçirilmiş, baxış zamanı Dəyanət Atakişiyevin şalvarının sağ yan cibindən üzərində rüşvət 2022 yazılmış 10 ədəd C47490431, C33290926, A61282661, A43687206, C81954328, B12941923, A47185529, A65736217, A97884542, A43346074 seriya və nömrəli 100 manatlıq pul əskinasları götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə sənədlərin texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 5/1539 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 10 ədəd C47490431, C33290926, A61282661, A43687206, C81954328, B12941923, A47185529, A65736217, A97884542, A43346074 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələtlə təchiz olunmaqla poliqrafik çap üs ulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş 10 ədəd C47490431, C33290926, A61282661, A43687206, C81954328, B12941923, A47185529, A65736217, A97884542, A43346074 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində UB işıqda görünən “Rüşvət 2022” yazıları aşkar olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 43/22-13 №-li 43/22-15 №-li və 43/22-17 №-li yaddaş qurğularında olan videogörüntülərə və audioyazılara 28 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 43/22-13 №-li yaddaş qurğusunda Şahid1 Dəyanət Atakişiyevlə danışığını əks etdirən videogörüntülər, 43/22-15 №-li yaddaş qurğusunda 6 saylı Beyləqan ərazi idarəsinin inzibati binasına baxış, axtarış və götürmə istintaq hərəkətlərinin aparılmasını əks etdirən videogörüntülər və 43/22-17 №-li yaddaş qurğusunda Dəyanət Atakişiyevin səs yazıları və videogörüntülərin olması müşahidə edilmişdir. Şahid1 Dəyanət Atakişiyevlə DƏDKR PHŞ-nin 6 saylı Beyləqan ərazi idarəsində görüşmələri və cinayət işi üzrə əhəmiyyət kəsb edən danışıq aparmalarını əks etdirən “REC2-004” adlı faylda olan videogörüntülərdə X20 Yunusov arasında əvvəlcə qeyriməsələlərlə əlaqədar danışıq aparılmış, sonra D.Atakişiyev Şahid1 onun məsələsinə gəldikdə, hərəsini “nol beş”lə həll edəcəyini demişdir. Şahid1 ödənişi də onun ödəməsini dedikdə, D.Atakişiyev bundan imtina etmişdir. Bundan sonra D.Atakişiyev rəisə deyəcəyini bildirib pilləkənlə yuxarı mərtəbəyə qalxmışdır. Bir neçə dəqiqə sonra D.Atakişiyev Şahid1 yanına gəlmiş və “deyir ərizələr mütləqdir, həftəsonu gətirə bilirsə sənədini qəbul edək gətirsin” deyə bildirmişdir. Bundan sonra, D.Atakişiyev hansı sənədləri təqdim etməsini və həmin sənədlərə hansı qaydada düzəliş etməsini bildirmişdir. Şahid1 “nə verəcəm sənə” deyə soruşduqda, D.Atakişiyev “nol beş, nol beş hərəsinə” deyə bildirmiş və ödənişlərin hərəsinə təxminən 200 manat veriləcəyini demişdir. Şahid1 qəzetin arasında olan pulu çıxarıb sayaraq D.Atakişiyevə vermiş, sonuncu da pulu sayıb götürmüş və puldan qəti danışmamasını, 12 ha ilə bağlı hərrac da olacağını, buna görə heç nəyə görə ehtiyac olmadığını bildirmişdir. Şahid1 ödənişləri də D.Atakişiyevə verməsini xahiş etsə də, sonuncu bir daha bundan imtina etmişdir. Həmin qurğuda “REC2-005” və “beylegan xx.xx.2022” adlı fayllardakı videogörüntülə rdə X27 Yunusovla danışığı zamanı, sonuncuya Ziyanın yanında deməməsini, gedib qiymət qaldırdığını, D.Atakişiyev isə “Nəisə sakit, heç kim bilməsin” deyə bildirmişdir. Həmin görüntülərdə Şahid1 Dəyanət Atakişiyevə çıxarış məsələsini həll etməsini xahiş etmiş, sonuncu da sonra rəislə danışacağını və ona bildirəcəyini bildirmişdir. Bundan başqa baxış keçirilən yaddaş qurğularında həmçinin əməliyyat çəkilişləri və audioyazılar əks olunmuşdur. Belə ki, “C0334”, “CO335”, “CO336” və “CO337” adlı fayllarda Dəyanət Atakişiyevin və Ayxan Səfərovun xidməti otaqlarına baxış keçirilməsi, D.Atakişiyevin sağ yan cibindən 1.000 manat məbləğində və ultrabənövşəyi şüa ilə əks etdirildikdə üzərində “rüşvət 2022” sözləri yazılması oxunan 100 manatlıq əskinasların, eləcə də otaqlardan telefonların və sənədl ərin götürülməsi müşahidə edilmişdir. Yaddaş qurğularında olan audioyazılarda Dəyanət Atakişiyev, Rəsul adlı şəxs və Ayxan Səfərov arasında məişət xarakterli danışıqlar aparılması, həmçinin işdə olan çətinliklərlə əlaqədar söhbət edilməsi müşahidə edilmişdir. Həmçinin, “00299” adlı faylda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının 6 saylı Beyləqan ərazi idarəsinin inzibati binasına daxil olması, Ayxan Səfərovun otağında axtarış etməsi görüntürləri əks olunmuşdur. “00302”, “00303”, “00304”, “00305”, “00306” adlı fayllarda məhkəmə qərarlarının D.Atakişiyevə və A.Səfərova elan edilməsi, habelə sənədlərin iştirakçılara imzalanması əks olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Beyləqan rayonu Türklər Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 6 saylı qərarı ilə kənd təsərrüfatı istehsalı üçün ayrılmış 12.0 ha torpaq sahəsi üzərində Türklər Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin plan ölçüsü sənədi verilməsi ilə əlaqədar Türklər Bələdiyyəsi sədri Şahid1 tərəfindən xx.xx.2021-ci il tarixli 11 nömrəli məktubla Daşınmaz Əmlakın Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin həmin dövrdə rəisi Ayxan Səfərova müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixdə plan və ölçü tərtib edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatına alınmasına dair” çıxarışın məzmunundan görünür ki, Beyləqan rayonu Türklər qəsəbəsində yerləşən 12 ha torpaq sahəsinə dair çıxarışın tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** kimidir. Cinayət işinin materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Beyləqan rayon Türklər bələdiyyəsinin adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış xx.xx.2022-ci il tarixdə Türklər bələdiyyə sədri Şahid1 tərəfindən götürülmüşdür. Yuxarıda qeyd edilən sübutları tam, hərtərəfli və obyektiv şəkildə nəzərdən keçirən məhkəmə hesab et mişdir ki, A.Səfərova və D.Atakişiyevə istinad olunan cinayət əməllərinin törədilməsində onların təqsiri sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onları n şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X6 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından birinci instansiya məhkəməsi tərəfindən X8 və X3 bəraət vermiş və apellyasiya məhkəməsi haqlı olaraq həmin hökmü qüvvəsində saxlamışdır. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birin dən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün süb utların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınm ası ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X6 və X2 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıd ır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X6 və X2 Azərbaycan Respublikası CM-in 311.3.2 və 308.1-ci maddələri ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının po zulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizli yini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X14 haqqı nda” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 130 aprel 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü ma ddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 o ktyabr 2024-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qe yd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X8 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-5 62/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-768/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-768/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver