Məhkəmə qərarları › İş №1(102)-769/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-769/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-769/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə4, Məhkum və onun müdafiəçisi Məmişov Anar Mövsüm oğlunun iştiraklar ı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 144.2.3 və 144.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlləri törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi müəyyən edilmədiyindən bəraət verilməsinə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixi hökmü ilə isə Məhkum CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə4 və Məhkum müdafiəçisi A.M.Məmişov tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1984-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan1də qeydiyyatda olmaqla, ünvan 2də yaşamış, CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlləri törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi müəyyən edilmədiyindən bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətmişdir Belə ki, Məhkum 29 iyul 2019-cu il tarixdə saat 19 radələrində qohumları Şahid12, Şahid13 və “X13” adlı şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs nikaha girməyə məcbur etmək məqsədi ilə, qrupun üzvü Şahid12 idarə etdiyi “Opel Omeqa” markalı, **-TM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyatov küçəsində yerləşən “Ellada” şadlıq sarayının yanına gəlmiş, orada Zərərçəkmiş şəxs yerini müəyyən etdikdən sonra avtomobilini saxlayıb ona yaxınlaşaraq Zərərçəkmiş şəxs bədənindən yapışıb sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib ona üst alveol qövsünün sağdan İ dişinin hissəvi sınması ilə müşaiyət olunan üst dodağın yumşaq to xumasının əziyi, selikli qişasının və üst damağın qansızması, üz nahiyəsinin sıyrıqları, sağ saidin, sol saidin sağ diz oynağının sağ budun, sağ baldırın, sol diz oynağının və sol baldırın qançırları, sağ əlin kəsilmiş yaraları, sol əlin V barmağının əzilmiş yarası ilə müşaiyət olunan dərəcələrinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirib, iradəsinə zidd olaraq avtomobilin salonuna salmaqla avtomobilini idarə edib Bakı şəhəri, Xəzər rayonu ərasizinə “Koroğlu” metrostansiyasının çıxışına gələrək qrupun üzvü “X13" adlı şəxsə avtomobili idarə etməsini tapşıraraq, özü avtomobilin arxa oturacağına əyləşib Zərərçəkmiş şəxs tutub saxlamış, “X13" adlı şəxs isə avtomobili idarə edib Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə gəlmiş, orada gözləyən X3 həmin avtomobilə arxa oturacaqda əyləşib Zərərçəkmiş şəxs əlini yapışqan lentlə bağlamış, daha sonra Şahid12 onunla mobil telefonla zəngləşərək avtomobilində yaranmış nasazlıq səbəbindən öz avtomobili ilə Sabunçu rayonu, Maştağa qəsəbəsinə gəlməsini tapşırmış və Zərərçəkmiş şəxs Şahid12 ilə birlikdə zorla onun idarə etdiyi “Mersedes” markalı dövlət nömrəsi məlum olmayan qara rəngli avtomobilinin arxa oturacağına əyləşdirmiş, qrupun üzvü “X13” adlı şəxs isə “Opel Omeqa” markalı ** TM *** dövlət nömrə nişanlı avtomobili sürüb apardıqdan sonra digər qrup üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs başqa yerə aparılması üçün tutub saxlamaqla qohumları Şahid1 İsmayıllı rayonunun Diyallı kəndindəki fərdi yaşayış evinə aparıb saxlayaraq adam oğurluğu cinayətini törətmişdir. Bakı Ağı r Cinayətlər Məhkəməsinin 3 avqust 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı Mehdiyev Orxan Səftər oğlu tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzaçi), Abbasov Mirzəli Əbdüləli oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 22 avqust 2023-cü il tarixli hökmü ilə birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş və Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 4 avqust 2020-ci il tarixdən 3 avqust 2021ci il tarixədək həbsdə saxlanı ldığı 1 (bir) il müddət təyin edilmiş həmin cəzadan çıxılaraq, məhkum olunmuş şəxsin üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli hökmündən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə4 və Məhkum müdafiəçisi A.M.Məmişov kassasiya şikayətləri verərək aşağıdakı xahiş etmişlər: - Nümayəndə4 - hökmün dəyişdirilərək Məhkum 10 ildən az olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə qərarın qəbul edilməsini; - müdafiəçi A.M.Məmişov isə - hökmün ləğv olunmasını və Məhkum əməlində cinayət tərkibi olmadığı və onun cinayətə aidiyyəti olmadığı üçün cinayət işinə bəraətverici əsasla xitam verilməs barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi Qərarlarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli Qərarına, Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihama və iş üzrə çıxarılmış hökmlərə istinad edən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə4 kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyərək onun təqsirini təsdiq edən sübutlar barəsində özünü müdafiə xarakterli ziddiyyətli, biri digərini təkzib edən və uyğunluq y aratmayan (tamamlamayan) ifadələr verərək, özünü məsuliyyətdən kənarda saxlamağa çalışmış və sonuncu cinayət əməlini səmimi olaraq etiraf etməyərək, cinayətin açılmasına köməklik göstərməyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməyə nail olmamışdır. Nümayəndənin fikrincə, Məhkum bu cür davranışı onun prosessual hüquqlarına uyğun olsa da, belə davranışı onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirilməli və belə olan halda, öz əməlinin ictimai təhlükəliliyini ümumiyyətlə qəbul etməyən və əməlinə görə peşmanlıq hissi keçirməyən şəxsə daha ağır cəzanın təyin edilməsi nəzərdən keçirilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə bu hallara diqqət yetirməyib humanistlik nümayiş etdirərək Məhkum onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı hə ddində cəza təyin etmişdir ki, bu cəzanı da qanuni və ədalətli və cəzanın məqsədlərini təmin edən cəza hesab etmək mümkün deyil. Qeyd olunan dəlillərə əsaslanaraq, Nümayəndə4 onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum müdafiəçisi A.M.Məmişov kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının, CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in), “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının bir sıra maddələrinə, “İnsan hüquq və azadlıqları haqqında” 1948-ci il Ümumdünya Bəyannaməsinə, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakta, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 3 mart 2005-ci il və 24 dekabr 2021-ci il tarixli Qərarlarına, iş üzrə toplanmış və araşdırılmış, özü tərəfindən isə ətraflı təsvir edilmiş bir çox sübutlara (əsasən hazırki iş üzrə məhkumun, zərərçəkmiş şəxsin və çoxsaylı şahidlərin ibtidai araşdırma və məhkəmə iclaslarında verdikləri ifadələrinə), bu sübutlar əsasında qurduğu mövqeyinə, hüquq elmləri doktoru professor F.Y.Səməndərovun redaksiyası altında “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Komentariyasında” adam oğurluğu cinayətinə verilmiş təfsirə, bir sıra məsələlər üzrə hüquq elmində çalışan alimlərin mövqeyinə, 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin evlənmək məqsədilə qız qaçırmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuş 176-cı maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin bəzi müddəalarına, Məhkum qarşı irəli sürülmüş ittihama və birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökmlərə, bu hökmlər üzrə məhkəmələrin gəldikləri fərqli nəticələrə istinad edərək və işin faktiki hallarını mübahisələndirərək həmin şikayətini onunla əsaslandırmışdır ki, Məhkum qarşı CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə onun cinayət əməllərini, yəni qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən və zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edilməklə adam oğurluğu cinayətini törətməsi toplanmış və araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdı r. Belə ki, işin ittiham tərəfindən qəbul olunan mübahisəsiz halı bundan ibarətdir ki, 29 iyul 2019-cu il tarixdə saat 19 radələrində Məhkum qohumu Şahid12 idarə etdiyi “Opel Omeqa” markalı **-TM*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsində yerləşən “Ellada” şadlıq sarayının yanına gəlmiş, orada Zərərçəkmiş şəxs yerini müəyyən etdikdən sonra avtomobilini saxlayıb ona yaxınlaşaraq sonuncunun bədənindən yapışaraq onun sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib ona üst alveol qövsünün sağdan İ dişinin hissəvi sınması ilə müşayiət olunan üst dodağın yumşaq toxumasının əziyi, selikli qişasının və üst damağın qansızması, üz nahiyəsinin sıyrıqları, sağ saidin, sol saidin, sağ diz oynağının, sağ budun, sağ baldırın, sol diz oynağının və sol baldırın qan çırları, sağ əlin kəsilmiş yaraları, sol əlin V barmağının əzilmiş yarası ilə müşayiət olunan, dərəcələrinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan, sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq avtomobilin salonuna salmaqla avtomobilini idarə edib oradan uzaqlaşmışdır. Həmin vaxt avtomobildə və ya həmin ərazidə başqa şəxslər, o cümlədən Məhkum olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin ittiham hökmünün əsası kimi qəbul etdiyi 077 720-71- 71 mobil nömrəsinin anten məlumatları ilə də yuxanda qeyd olunan məsələlər bir daha sübut olunur. Belə ki həmin məlumatlardan görünür ki, 070 ***-**-** mobil nömrəsi 29 iyul 2019-cu il saat 20 radələrinə qədər (həmin vaxt artıq cinayətin bitməsi verilmiş ittihamda da öz əksini tapır) Məhkum anten m əlumatlarının əksər hallarda olduğu və yaşadığı yerin yaxınlığındakı Bakı şəhəri Xətai rayonunun müxtəlif küçələrinin adı qeyd edilmişdir. Müdafiəçinin fikrincə, bu isə bir daha Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət törətməsi ilə bağlı elan olunmuş ittihamın əsassızlığını sübut edir, onun barəsində çıxarılmış ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmir. Hökm məhkəmə istintaq zamanı araşdırılmış sübutlar əsasında çıxarılmamaqla bərabər, bütün ziddiyyətli məqamlar qanunvericiliyin tələblərinə zidd olaraq Məhkum əleyhinə şərh edilmişdir. Belə olan halda isə, onun barəsində birinci instansiya məhkəməsinin çıx ardığı bəraət hökmünün ləğv edilməsi və ibtidai araşdırma orqanı tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham üzrə yeni hökmün çıxarılması üçün heç bir əsas olmamışdır. Şərh olunan dəlillərə əsaslanaraq, müdafiəçi A.M.Məmişov onun da kassasiya şikayətinin təmin olunmasını xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasə n, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Əvvəla Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə4 kassasiya şikayətinin məzmunundan görünür ki, sonuncu Məhkum onun törətdiyi əməlin xarakterinə və ictimai təlükəlilik dərəcəsinə uyğun olmayan cəzanın təyin olunmasını, bu zaman apellyasiya instansiyası məhkəməsi tərəfindən onun cinayət təqibinin müxtəlif mərhələlərində davranışının nəzərə alınmasmasını iddia edərək, ona daha ağır cəzanın təyin olunması barədə qərarın qəbul edilməsi haqqında tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinə əsasən isə, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Müdafiəçi A.M.Məmişovun kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməməsinə və onun bu cinayətə aidiyyətinin olmasının müəyyən edilməməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara qanunda nəzərdə tutulmuş qayda da düzgün qiymət verməyərək onun haqqında ittiham hökmü çıxarmışdır. Bunlarla bağlı dəlillərə əsaslanaraq, müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki həmin hökmün ləğv edilməsi və cinayət işinin icraatına bəratverici əsaslarla xitam verilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüqu quna malikdir. Odur ki, məhkəmə kollegiyası Nümayəndə4 və müdafiəçi A.M.Məmişovun kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə C.V Əhədzadənin barəsindəki cinayət işinin materiallarını, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslağını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, əvvəlki qnərarlarında olduğu kimi, növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci ma ddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraat ına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışının nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qa ydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasi ya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bu ndan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında ma ddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı və ilk növbədə müdafiəçi A.M.Məmişovun kassasiya şikayətinə cəvab verilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirə n orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzər də tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinme tələblərindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ h issəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçıların a işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəməni n təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası n əzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bi r cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarl arında da əksini tapmışdır. Belə ki, kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata k eçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cin ayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibin in düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyə n edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçulu q prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər fo rmada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyekti vliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənəd ək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibt örədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübut lar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qay dalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarın da qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbay can Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üz rə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikd ir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçü n yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutl arı qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız mə hkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenmunun tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum müdafiəçisi A.M.Məmişovun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin hökmünün qeyri-obyektiv sayılması və məhkuma bəraət verilməsi haqqında tələbinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Əvvəla, işin təkzibedilməz halları ondan ibarətdir (bu hallar kassasiya şikayətində də inkar edilmir) Məhkum qohumu Şahid12 29 iyul 2019-cu il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs onun iradəsinə zidd olaraq nikaha girməyə məcbur etmək məqsədi ilə idarə etdiyi “Opel Omeqa” markalı **-TM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyatov küçəsində yerləşən “Ellada” şadlıq sarayının yanına gə lmiş, orada Zərərçəkmiş şəxs yerini müəyyən etdikdən sonra avtomobilini saxlayıb ona yaxınlaşaraq zərərçəkmiş şəxsin bədənindən yapışaraq sonuncuya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib ona üst alveol qövsünün sağdan İ dişinin hissəvi sınması ilə müşaiyət olunan üst dodağın yumşaq toxumasının əziyi, selikli qişasının və üst damağın qansızması, üz nahiyəsinin sıyrıqları, sağ saidin, sol saidin sağ diz oynağının sağ budun, sağ baldırın, sol diz oynağının və sol baldırın qançırları, sağ əlin kəsilmiş yaraları, sol əlin V barmağının əzilmiş yarası ilə müşaiyət olunan dərəcələrinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirib onu oğurlayaraq əvvəl Sabunçu rayonunun Maştağa qəsəbəsinə, oradan isə qohumu Şahid1 İsmayıllı rayonunu n Diyallı kəndində yerləşən evinə aparmışdır. İş uzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla bu hallar tam sübuta yetirilmiş və həmin hallar hazırki iş üzrə həm Məhkumun barəsində çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 avqust 2021-ci il tarixli və Bakı Apellasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli hökmləri, habelə Şahid12 və Şahid13 barələrindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə və həmin hökmün dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2023-cü il tarili qərarı ilə müəyyən edilmiş, eyni zamanda təsvir edilən halların baş verməsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası E.E.və Şahidlərin barələrində qəbul etdiyi 18 noyabr 2021-ci il tarixli qərarında da razılaşmışdır. Əvvəla, kassasiya şikayətində Şahid12 törətdiyi əməlin adam oğurluğu cinayəti kimi düzgün qiymətləndirilməməsinə dair dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həmin şikayətdə də istinad olunan 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-in 176-cı maddəsində qız qaçırmaya görə cinayət məsuliyyəti nəzərdə tutulsa da, həmin tarixdə qüvvəyə minmiş CM-in tələblərinə və bu tələblərə uğun olaraq uzun illər ərzində formalaşmış məhkəmə təcrübəsinə əsasən qız qaçırma əməli adam oğurluğu kimi qiymətləndirilir və bu əmələ görə məsuliyyət nəzərdə tutulmuş CM-in 144-cü maddəsi ilə, həmin maddədə göstərilən tövsifedici əlamətlərin müəyən edilib edilməməsindən asılı olaraq isə CM-in 144.1 və ya 144.2, yaxud da 144.3 -cü maddəsi ilə tövsif edilir. Bu baxımdan məhkəmə kollegiyası qız qaçırma cinayət əməlinin başqa cür qiymətləndirilməsi üçün əsaslar görmür, Məhkum Şahid12la birlikdə belə əməli törətməsində iştirakının sübuta yetirilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün isə cinayət işi üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bir sıra sübutlara müraciət etməyi zəruri bilir. Belə ki, cinayət təqibinin bütün mərhələlrində eyni məzmunda ifadlələr verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclaslarında da göstərmişdir ki, o, həm hazırki, həm də başqa cinayət işi üzrə məsuliyyətə cəlb edilmiş şəxslərdən yalnız Şahid12 əvvəlcədən tanımış, onun əmisi oğlu Şahid13 və qohumu Məhkum isə hadisə, yəni onun oğurlanması baş vermiş gün görüb tanımışdır. 29 iyul 2019-cu il tarixdə saat 19 radələrində o, rəsmi dərs dediyi kurslardan çıxıb evə getmək məqsədilə avtobusa minərək “Ellada” şadlıq sarayının qarşısında avtobusdan düşmüş və piyada yaşadığı evə doğru hərəkət etməyə başlamışdır. Bu vaxt onun üzərinə nömrəsini görmədiyi və markasını bilmədiyi avtomaşın gələrək qarşısında dayanmış və Şahid12 həmin avtomaşından düşüb ona yaxınlaşaraq onu sürüyə-sürüyə həmin avtomaşına tərəf aparmağa başlamışdır. O, əvvəlcə müqavimət göstərmiş, lakin Şahid12 onun başını maşına çırpmış və bunun nəticəsində onun dişi sınmışdır. Sonra Şahid2 onu zorla avtomaşının salonuna atmış, bundan sonra o, özündə olmamış, maşında başqa kimlərin olmasına isə fikir verməmiş, özünə gələndə isə avtomaşının körpü kimi yerdə dayandığını görmüş, lakin həmin yerin hara olduğunu tam ayırd edə bilməmişdir. Həmin yerdə avtomaşına tanımadığı bir şəxs – adını sonradan bildiyi X13 adlı şəxs minmiş və avtomaşını həmin şəxs idarə etmiş, Şahid2 isə qabaq oturacaqda onun yanında oturmuşdur. O, azad olunması üçün avtomaşında da müqavimət göstərərək qışqırmış, köynəyi və şalvarı qana bulaşmış, həmçinin təpik zərbəsi ilə avtomaşının şüşəsini də sındırmışdır. Belə olan halda Şahid2 kömək üçün X3a zəng vurmuş və ona əvvəlcədən ona tapşırdığı nəyi isə gətirməyi demişdir. Bundan bir qədər sonra, artıq hava qaralanda X13 adlı şəxs avtomaşını tanımadığı yerdə saxlamış və həmin yerə sonradan bildiyi kimi, Şahid13 gəlmişdir. Sonuncu Şahid2la birlikdə onun əllərini skoçla bağlamış, o, isə yenə müqavimət göstərərək bir neçə dəfə əllərini açmış, onlar da artıq ilk olaraq Şahid2nin idarə etdiyi avtom aşında onu apara bilməyəcəklərini başa düşüb məcbur qalaraq olduqları yerə Məhkum çağırmışlar. Bir qədər sonra onların olduqları yerə Məhkum idarə etdiyi avtomaşın gəlib onun olduğu avtomaşının qarşısında dayanmış və Şahid2la X3 köməkləşib biri onun əllərindən, digəri isə ayaqlarından tutaraq zibil kimi Məhkumun gəldiyi avtomaşına atmış və artıq həmin vaxt onun ayağında ayaqqabıları olmamışdır. Daha sonra Məhkumun avtomaşınına Şahid2və X3 da əyləşmiş və həmin avtomaşını Məhkum idarə etmiş, qeyd olunan avtomaşında isə o, sonradan bildiyi kimi, İsmayıllı rayonunun tanımadığı kəndinə, Şahid2ın qohumlarının yaşadıqları evə aparılmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs həmçinin qeyd etmişdir ki, Şahid2la X3 onun əllərini skoçla bağlayarkən Məhkum də onlara kömək etmiş, kəndə çatdıqda isə yolda bir yoxuş olmasına görə Məhkum maşını həmin yolla sürmək istəməsə də Şahid2ın təkidi ilə hərəkətini davam etdirib avtomaşını sonuncunun qohumlarının yaşadıqları evin qarşısında saxlamışdır. Daha sonra o, Şahid2ın hədə-qorxusu altında həmin evə aparılmış, orada ona guya könüllü gəlməsi barədə ərizə yazdırmaq istəmişlər, lakin o, bununla razılaşmamışdır. Az keçdikdən sonra X3 və Məhkum getmiş, daha sonra isə Şahid2 qohumları ilə birlikdə onu Xırdalan şəhərində yaşayan xalasının evinə aparmış, valideynləri də onu oradan götürmüşlər. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı Məhkum Zərərçəkmiş şəxs tanınmaya təqdim edilərkən, zərərçəkmiş şəxs onu tanıyaraq bildirmişdir ki, o, 29 iyul 2029-cu il tarixdə oğurlandıqdan sonra məhz Məhkum idarə etdiyi avtomaşında İsmayıllı rayonuna aparılmışdır. İbtidai araşdırma dövründə Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək Zərərçəkmiş şəxs oğurlanmasında iştirak etmədiyini bildirib ətraflı ifadələr verməkdən və ona verilmiş sualları cavablandırmaqdan imtina etsə də, o, ilk dəfə 25 noyabr 2020-ci il tarixdə məhkəmə iclasında dindirilərkən göstərmişdir ki, qohumu Şahid12 xahişi ilə idarə etdiyi öz avtomaşınında Zərərçəkmiş şəxs İsmayıllı rayonuna aparmış, lakin həmin vaxt sonuncuya qarşı zor tətbiq etməmişdir. Həmin ifadələrində Məhkum həmçinin qeyd etmişdir, Şahid2 həmin gün, yəni 29 iyul 2019-cu il tarixdə ona zəng vurub onunla işi olduğunu bildirərək onu Maştağa qəsəbəsinə çağırmış, lakin qız qaçırması barədə ona məlumat verməmişdir. Şahid2ın dediyi yerə gəldkdə Zərərçəkmiş şəxs sərbəst şəkildə onun avtomaşınına əyləşmiş, sonra onlar birlikdə İsmayıllı rayonuna yola düşmüş, yolda o, özü də Zərərçəkmiş şəxsdan narazı olub-olmamasını soruşmuş və sonuncu heç bir narazılığı olmadığını bildirmişdir. Növbəti məhkəmə iclasında isə Məhkum bu ifadələrindən də imtina edərək həmin ifadələri Zərərçəkmiş şəxs qohumlarının təsiri altında verdiyini, bunun səbəbini isə sonuncuların ondan 10.000 manat məbləğində pul tələb etmələri ilə izah edib yenə də Zərərçəkmiş şəxs oğurlanmasında və onun İsmayıllı rayonuna aparılmasında iştirak etmədiyini bildirmişdir. Halbuki onun bu ifadələri, habelə bu ifadələr üzərində qurulmuş kassasiya şikayətinin dəlilləri araşdırılmış sübutlarla təsdiq olunmamış, əksinə həmin ifadələr məhkəmə iclaslarında tədqiq edilmiş digər sübutlarla təkzib edilmişdir. Hazı rki iş üzrə məhkəmə iclaslarında şahid qismində dindirilmiş və digər cinayət işi üzrə məhkum olunmuş Şahid12 və Şahid13, hər birisi ayrı-ayrılıqda Məhkum onların təqsirli bilindikləri cinayətin törədilməsində iştirak etməməsini bildirsələr də, ibtidai araşdırma zamanı Şahid13 ona CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək eyni zamanda göstərmişdir ki, 29 iyul 2019-cu il tarixdə əmisi oğlu Şahid12 təxminən saat 17:30 radələrində zəng edərək onun Maştağa yoluna gəlməsini xahiş etmiş, o, da bu xahişə əsasən sonuncunun dediyi yerə getmişdir. Həmin yerə çatdıqda o, Şahid2ı yolun kənarında gözləmiş və bu vaxt əmsi oğlu da idarə etdiyi “Opel” markalı avtomobillə oraya gəlmişdir. O, Şahid2ın idarə etdiyi avtomaşına əyləşdikdə arxa oturacaqda Şahid 2ın sevdiyi Zərərçəkmiş şəxs görmüş, Şahid2da ona evlənmək məqsədilə həmin qızı qaçırdığını bildirmişdir. O, Şahid2a Zərərçəkmiş şəxsı aparacağı yer barədə sual versə də, Şahid2 bu haqda ona heç nə deməmişdir. Bundan sonra o, avtomobili idarə edərək Maştağa qəsəbəsi ərazisində olarkən Şahid2bibisinin kürəkəni Məhkuma zəng etmiş və onu da Maştağa qəsəbəsinə çağırmışdır. Təxminən bir saat sonra Məhkum idarə etdiyi qara rəngli, “Mersedes" markalı avtomobillə Maştağa qəsəbəsinə gəlmiş və onlar görüşmüşlər. Həmin zaman Şahid2 Məhkuma bildirmişdir ki, Zərərçəkmiş şəxsı qaçırmış və saxlamağa yer axtarır. Daha sonra Şahid2ın idarə etdiyi avtomaşında nasazlıq olduğuna görə onu yolun kənarında saxlamış və Şahid2digər qohumu X13 ilə əlaqə saxlayaraq avtomaşını ordan götürüb aparmasını tapşırmış, onla r, yəni o, Şahid2və Zərərçəkmiş şəxs Məhkumun idarə etdiyi avtomaşına əyləşmiş, Şahid2da qızı aparmağa yer axtarmışdır. Hərəkətdə olarkən onunla Şahid2ın arasında oturmuş Zərərçəkmiş şəxs səs-küy salmağa başlamış, buna görə həm o, yəni Şahid13, həm də Məhkum Şahid2a Zərərçəkmiş şəxsın qaçırılmasına razılığının olmamasını bildirmiş, sonuncu isə buna əhəmiyyət vermədən Məhkumdan onları bibisi Məlahətin yaşadığı İsmayıllı rayonuna aparmasını xahiş etmişdir. Onlar həmin vəziyyətdə, yəni Zərərçəkmiş şəxs yol boyu polis əməkdaşlarının, eləcə də çoxlu əhalinin olduqları yerlərdə səs-küy sala-sala səhərə yaxın təxminən saat 05 radəsində İsmayıllı rayonunun Diyallı kəndinə, bibisi Məlahətin yaşadığı evə çatmış, orada Şahid2 Zərərçəkmiş şəxsı evdə olan otaqların birinə aparmış, bundan təxminən 1-2 saat sonra isə o, Məhkum ilə birlikdə Bakı şəhərinə qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxsın anası Şahid2ın ailəsi ilə razılaşmış və onlara demişdir ki, Şahid2 qızı gətirib təhvil versin və toylarını etsinlər. Sonradan isə o, bilmişdir ki, həmin günü, yəni 30 iyul 2019-cu il tarixdə axşam saatlarında Şahid2 Zərərçəkmiş şəxsı Xırdalan şəhərində yaşayan öz qohumlarının mənzilinə gətirib onu qızın qohumlarına təhvil vermiş, lakin Zərərçəkmiş şəxsın qohumları razı olmadıqlarına görə sonuncuların verdikləri vəd üzrə məsələ həll olunmamışdır. Həmin ifadələrində Şahid13 həmçinin qeyd etmişdir ki, onlar hadisə günü Məhkum idarə etdiyi avtomaşında İsmayıllı rayonuna gedərkən Zərərçəkmiş şəxsı arxa oturacaqda, özlərinin arasında ona görə əyləşdirmişlər ki, sonuncu yolda avtom aşından düşüb qaça bilməsin. Bundan əvvəl isə, Zərərçəkmiş şəxs hələ Şahid2ın avtomaşınında olarkən Zərərçəkmiş şəxs müqavimət göstərməsin deyə, o, qızın əllərini tutmuş, Şahid2 isə yapışqan lentlə onun əllərini bağlamışdır. Şahid13 məhkəmə iclaslarında təsvir edilmiş ifadələrini polis əməkdaşlarının təzyiqi və təsiri nəticəsində verməsini, həmin ifadələr əks olunmuş protokolları isə oxumadan imzalanmasını bildirsə də, cinayət işinin materiallarının təhlili göstərir ki, onun bu iddiaları toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmur, digər tərəfdən isə adı çəkilən şahidin ibtidai araşdırma zamanı verdiyi ifadələri həm Zərərçəkmiş şəxs tərəfindən ardıcıl olaraq verilmiş eyni məzmunlu ifadələri, habelə Məhkum məhkəmə iclasında qismən də olsa verdiyi etirafedici ifadələri ilə və apellya siya instansiyası məhkəməsinin tam, hərtərəfli və obyektiv araşdırdığı digər sübutlarla da üst-üstə düşür. Belə ki, apellyasiya icraatı zamanı Məhkum istifadə etdiyi” 070 908-01-02” mobil nömrəsinin 25 iyul 2019-cu il tarixdən 30 iyul 2019-cu il tarixədək GPRS, yəni anten dairəsi üzrə məlumatlar əldə edilmiş və həmin məlumatlarla müəyyən edilmişdir ki, 29 iyul 2019-cu il tarixdə saat 20 radələrinə qədər göstərilən mobil nömrənin istifadəçisi Bakı şəhərinin Xətai rayonu ərazisində, daha sonra, yəni 20:50 radələrindən etibarən isə Bakı şəhərinin Suraxanı rayonu ərazisindən başlayaraq Hövsan qəsəbəsi, Abşeron rayonu, Pirallahı yolu, Buzovna qəsəbəsi və Maştağa qəsəbəsi istiqamətində hərəkətdə, saat 21 radələrindən isə Maştağa qəsəbəsinin ərazisində olmuşdur. Bundan başqa, həmin anten dairəsi üzrə məlumatlardan görünür ki, yuxarıda göstərilən mobil nömrə 29 iyul 2019-cu il tarixdə saat 22 radələrindən 30 iyul 2019-cu il tarixdə saat 01:30 radələrinədək Şüvəlan qəsəbəsində, Xəzər rayonunda, Abşeron rayonunda, Suraxanı rayonu–Zığ şossesində, Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində, Bakı-Şamaxı yolunda, Qobustan rayonunda, Ağsu rayonunda, Şamaxı rayonunda və son olaraq İsmayıllı rayonunun Diyallı kəndində qeydiyyata alınmışdır. Təhlil göstərir ki, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə müəyyən edilmiş işin faktiki halları təsvir edilmiş məlumatlar da uyğunluq təşkil edir, apellyasiya icraatı zamanı da müəyyən edilmişdir ki, Məhkum məxsus “070 908-xx-xx” mobil nömrəsi hadisədən əvvəl və bundan sonrakı vaxtlarda məhz onun üzərində olmuşdur. Birinci instansiya məhkəməsinin hökmünd ən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə məhkəmə baxışı iclasında Məhkum “070 908-01-02” mobil telefon nömrəsinin ona məxsus olmasını etiraf etmiş, lakin eyni zamanda göstərmişdir ki, tam dəqiq xatırlamasa da, təxminən hadisədən 3-4 gün əvvəl o, həmin nömrəni telefonla birlikdə Şahid12 vermiş, hadisədən dərhal sonra Şahid12 atası onun telefonunu qaytarmışdır. Daha sonra 15 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Məhkum əvvəlki ifadələrini dəyişərək bildirmişdir ki, hadisə baş verən 29 iyul 2019-cu il tarixdə Şahid12 ona zəng edərək “070 908-01-02” mobil nömrəsini və telefonu ona verməsini xahiş etmiş və buna görə də o, həmin tarixdə günortadan sonra Şahid2ın dostu olan X adlı şəxsin vasitəsilə telefonunu Şahid2a göndərmiş, hadisədən dərhal sonra isə sonunc unun atası həmin telefonu ona qaytarmışdır. Göründüyü kimi, istifadəsində olmuş telefonla bağlı Məhkum biri-birinə ziddiyyət təşkil edən müxtəlif məzmunda ifadələr vermiş, lakin bunun səbəbini izah edə bilməmişdir. O, sonuncu ifadələrində telefonun 29 iyul 2019-cu il tarixdə günortadan sonra Şahid12 istifadəsində olmasını göstərsə də, “070 908-01-02” mobil nömrənin anten dairəsinə dair məlumatlarla onun bu haqda verdiyi ifadələri tam təkzib edilmişdir. Həmin məlumatlarla isə dəqiqliklə müəyyən edilmişdir ki, göstərilən nömrə Zərərçəkmiş şəxs Şahid12 tərəfindən qaçırılmazdan bilavasitə əvvəl yalnız Məhkum əksər hallarda olduğu yerlərdə qeydə alınmış, həmin nömrənin telefonla birlikdə zərərçəkmiş şəxsin oğurlandığı vaxtda və yerdə - Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyatov küçəsində yerləş ən “Ellada” şadlıq sarayının yerləşdiyi ərazidə qeydə alınması isə müəyyən edilməmişdir. Həmçinin apellyasiya icraatı zamanı o, da müəyyən edilmişdir ki, Şahid12 faktiki istifadə etdiyi və üzərində olmuş “070-88023-73” mobil telefon nömrəsinin 29 iyul 2019-cu il tarixdə saat 20 radələrinədək olan anten dairəsi üzrə məlumatlar Məhkum üzərində olmuş “070 908-xx-xx” mobil telefon nömrəsinin anten dairəsinə dair məlumatlarla üst-üstə düşə bilməmişdir. Eyni zamanda əldə olunmuş məlumatlarla Məhkum arvadı ilə birlikdə istifadə etdiyi “077 720-xx-xx” mobil telefon nömrəsinin “070 908-xx-xx” nömrənin eyni ərazilərdə qeydə alınması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə bütün əldə olunmuş obyektiv sübutlar yuxarıda təsvir edilmiş ifadələrlə birlikdə ona dəlalət edir ki, “070 908- xx-xx” mobil telefon nömrəsi 29 iyul 2019-cu il tarixdə Şahid12 deyil, məhz Məhkum istifadəsində olmuş və Zərərçəkmiş şəxs Şahid12 tərəfindən oğurlandıqdan sonra o, zərərçəkmiş şəxsi özünün idarə etdiyi avtomaşında İsmayıllı rayonunun Diyallı kəndinə aparmaqla adam oğurluğu cinayətinin törədilməsində bilavasitə icraçı qismində iştirak etmişdr. Bu baxımdan məhkəmə kollegiyası Məhkum heç bir cinayət əməli törətməməsi barədə müdafiəçi A.M.Məmişovun kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və hesab edir ki, bu dəlillər hər hansı mötəbər sübutla təsdiq olunmadığından, əksinə toplanmış və araşdırılmış sübutlarla təkzib edildiyindən, onlar Məhkum cinayət məsuliyyətindən kənarda qalmasına yönəldilmiş dəlillər kimi dəyərləndirilməlidir. Bununla belə, məhkəmə kol legiyası işin hallarını, kassasiya şikayətinin dəlillərini nəzərdən keçirib cinayət qanunu normasının tələblərinə əsaslanaraq, həmin dəlillərin yalnız bir hissəsi - Məhkum adam oğurluğu cinayətini Şahid12la və digər şəxslərlə qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməməsinə dair dəlili ilə razılaşır və hesab edir ki, məhkum olunmuş şəxs həmin cinayəti ona qarşı irəli sürülmüş ittihamda göstərilən şəxslərlə qabaqcadan əlbir olmuş bir qrup şəklində deyil, həmin şəxslərlə qrup şəklində törətmişdir. Belə ki, toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Şahid12 29 iyul 2019-cu il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs “Ellada” şadlıq sarayının qarşısında oğurladıqdan sonra onu özünün idarə etdiyi “Opel Omeqa” markalı **-TM-*** dövlət nömrə nişanlı avtomaşında Maş tağa qəsəbəsinə aparmış, lakin həmin avtomaşında nasazlıq olmasını müəyyən etdikdə, zərərçəkmiş şəxsi başqa yerə aparmaq, yəni adam oğurluğu cinayətini davam etdirmək məqsədilə Məhkum müraciət edərək onun olduğu yerə gəlməsini xahiş etmiş, lakin istər bu zaman, istərsə də bundan əvvəl Zərərçəkmiş şəxs sonuncunun iradəsinə zidd olaraq qaçıracağını və qaçırmasını ona bildirməmiş, yəni onların arasında əvvəlcədən heç bir sövdələşmə olmamışdır. Həmin sübutlardan görünən odur ki, Zərərçəkmiş şəxs ona qarşı zor tətbiq edilməklə Məhkum idarə etdiyi avtomaşına əyləşdirildikdən sonra, həbelə həmin avtomaşında müqavimət xarakterli hərəkətlər etdiyini müşahidə etdikdə Məhkum sonuncunun iradəsi əleyhinə qaçırılmasını anlamış, lakin buna baxmayaraq qrupun digər üzvlərinə qoşularaq zərərçəkmiş şəxsin İs mayıllı rayonunun Diyallı kəndinə aparılmasını təmin etməklə bir qrup şəxs şəklində adam oğurluğu cinayətinin törədilməsində icraçı qismində iştirak etmişdir. Qeyd olunanlardan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, Məhkum bu əməli CM-in 144.2.3 maddəsi ilə düzgün tövsif edilsə də, istər ibtidai araşdırma orqanı ona qarşı həmin maddə ilə ittiham irəli sürərkən, istərsə də apellyasiya instansiyası məhkəməsi onu bu maddə ilə təqsirli bilərkən cinayət qanununun təhlil edilən normasında nəzərdə tutulmuş tövsifedici əlaməti düzgün müəyyən etməmişlər. Belə ki, CM-in 144.2.3-cü maddəsinə əsasən adam oğurluğu cinayəti bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə həmin əməlləri törətmiş şəx slər bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilirlər. Qanunun bu normasının tələbindən göründüyü kimi, işin müəyyən edilmiş hallarından asılı olaraq adam oğurluğu cinayətinin bir qrup şəxs və ya qabaqcadan əlbir olmuş bir qrup şəxs, yaxud da mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi halında bunun üçün cinayətin icraçılarının (iki və ya daha çox) hansı şəkildə birləşmələri dəqiq müəyyən edilməli və bundan sonra törədilmiş əməl CM-in 144.2.3-cü maddəsi ilə tövsif edilməklə cinayət törətmiş şəxslərə qarşı bu maddədə nəzərdə tutulmuş tövsifedici əlamətlərin biri ilə ittiham irəli sürülməlidir. CM-in 34.1-ci maddəsində təsbit edilmişdir ki, qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayə t hesab olunur. Hazırki cinayət işi üzrə toplanmış və araşdırılmış sübutlarla Məhkum Şahid12la və digər şəxslərlə Zərərçəkmiş şəxs oğurlanması üçün qabaqcadan razılaşmaları müəyyən edilməsə də, o, bu cinayətin törədilməsində icraçı qismində iştirak etmiş, yəni həmin cinayəti bir qrup şəxs şəklində törətmişdir. Belə olan halda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, müdafiəçi A.M.Məmişovun kassasiya şikayəti yalnız təhlil edilən hissədə, yəni qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli hökmündə dəyişiklik edilməli, Məhkum CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsinə dair tövsifedici əlamət isə onun həmin cinayəti bir qrup şəxs kimi törətməsinə dair tövsifedici əlamətlə əvəz olunmalıdır. Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı heç bir zorakı hərəkət etməməsi və ona hansısa xəsarət yetirməməsi, buna görə onun CM-in 144.2.4-cü maddəsi ilə də əsassız məhkum olunması barədə müdafiəçi A.M.Məmişovun kassasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası yenə də işin müəyyən olunmuş faktiki hallarına və həmin halların arxasında duran sübutlara müraciət etməyi zəruri bilir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə toplanmış sübutlara əsasən Şahid12 Zərərçəkmiş şəxs onun iradəsi əleyhinə qaçırarkən, yəni onu oğurlayarkən sonuncu buna qarşı həm bilavasitə oğurlandığı yerdə, həm də ki, nəqliyyat vasitələrində, o cümlədən Məhkum idarə etdiyi avtomaşında müxtəlif yerlərə aparılarkən bu qanunsuz hərəkətlərə qarşı müqavimət göstərmiş, Şahid12 isə onun bu müqavimətini qırmaq məqsədilə cinayəti törətməyə başladığı yerdə və sonradan, o cümlədən zərərçəkmiş şəxs Məhkum idarə etdiyi avtomaşında İsmayıllı rayonunun Diyallı kəndinə aparılarkən müxtəlif hərəkətləri ilə ona qarşı zor tətbiq etmiş və bu zorun nəticəsində sonuncuya məhkəmə tibbi ekspertizasının 1 avqust 2019-cu il tarixli 424 nömrəli rəyi ilə müəyyən edilmiş xəsarətlər yetirmişdir. Həmin rəydən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş üst alveol qövsünün sağdan İ dişinin hissəvi sınması ilə müşayiət olunan üst dodağın yumşaq toxumasının əziyi, selikli qişasının və üst damağın qansızması, üz nahiyəsinin sıyrıqları, sağ saidin, sol saidin sağ diz oynağının, sağ budun, sağ baldırın, sol diz oynağının və sol baldırın qançırları, sol əlin V barm ağının əzilmiş yarası kimi xəsarətlər bərk küt (küt kənarlı) əşyanın (əşyaların) təsirindən, sağ əlin kəsilmiş yaraları isə kənarı və ucu iti alətin təsirindən əmələ gəlmişlər. Qeyd edilən xəsarətlərin əmələ gəlmə müddəti 29 iyul 2019-cu il tarixinə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığı qısa müddətdə pozan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bu xəsarətlərin xarakterinə, əmələ gəlmə mexanizminə və dərəcəsinə dair ekspertin gəldiyi nəticənin iş üzrə toplanmış və araşdırılmış digər sübutlarlaa, xüsusən də zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələri ilə birgə müqayisəli təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, sonuncuda aşkar edilmiş xəsarətlər onun oğurlanması cinayətinin törədildiyi bütün müddətdə, o cümlədən Məhkum idarə etdiyi avtomaşında İsmayıl lı rayonunun Diyallı kəndinə aparılarkən də yetirilmişdir, çünki zərərçəkmiş şəxs Şahid12 və Şahid13 tərəfindən həmin avtomaşına zorla yerləşdirilərkən və İsmayıllı rayonuna aparılarkən də ona qarşı qanunsuz hərəkətlərin edilməsinə müqavimət göstərməyə çalışmış, lakin Şahid2və Şahid13lar bu zaman da etdikləri zorakı hərəkətlərlə onun müqavimətini qıraraq zərərçəkmişin azad olunmasına imkan verməmiş, Məhkum isə bilavasitə özü Zərərçəkmiş şəxs qarşı heç bir zorakılıq göstərməyib ona hər hansı xəsarət yetirməsə də, avtomaşını idarə etməkdə davam etdirməklə, bu vaxt Zərərçəkmiş şəxs oğurlanması barədə məlumatlı olmaqla, digər tərəfdən özünün də hərəkətləri ilə onun azad olunması imkanlarını məhdudlaşdırmaqla şüurlu surətdə sonuncuya qarşı zorakılıq hərəkətlərinin edilməsinə və avtomaşında da o na sağlamlığı üçün təhlükəli olan xəsarətlərin yetirilməsinə şərait yaratmışdır. Məhkəmə kollegiyasınının qənaətinə görə, belə olan halda Məhkum də etdiyi hərəkətləri ilə adam oğurluğu cinayətini bir qrup şəxs şəklində törətməklə yanaşı, həmçinin həmin cinayət nəticəsində Zərərçəkmiş şəxs onun sağlamlığı üçün təhlükəli zorun tətbiq edilməsində icraçı qismində iştirak etmiş və bu baxımdan onun bu əməlləri CM-in 144.2.3cü maddəsi ilə yanaşı həm də CM-in 144.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməklə ümumilikdə göstərilən maddələrlə düzgün tövsif edilmişdir. Bu qənaət üzrə məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, bu və ya digər cinayətin törədilməsi zamanı həmin cinayətin törədilməsində iştirak edən şəxslərdən biri və ya bir neçəsi zərərçəkmiş şəxsə q arşı bilavasitə zor tətbiq etməklə onun sağlamlığı və ya həyatı üçün təhlükəli olan, yaxud da olmayan hər hansı zərər vurarkən digər şəxs öz hərəkətləri ilə şüurlu surətdə bunun üçün əlverişli şərait yaratdıqda (məsələn, zərərçəkmiş şəxsin müqavimət göstərmə hərəkətlərinin qarşısını aldıqda və ya belə hərəkətlərin edilməsini məhdudlaşdırdıqda, yaxud zor tətbiq edən şəxsi hər hansı əşya və ya silahla təmin etdikdə və s.) sonuncu da zor tətbiq etmə əməllərin törədilməsində icraçı qismində iştirak edən şəxs hesab olunmalı və onun da əməlləri bir qrup şəxs və ya qabaqcadan əlbir olmuş bir qrup şəxs, yaxud da mütəşəkkil dəstə və ya cinayəkar birlik tərəfindən törədilmiş əməllər kimi qiymətləndirilməklə cinayət qanunun buna görə məsuliyyət nəzərdə tutulan müvafiq maddəsi ilə (CM-in 32-ci maddəsi nə istinad olunmadan) tövsif edilməldir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, bu hüquqi mövqe cinayət qanunun tələbləri ilə yanaşı, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında əksini tapmış izahları və tövsiyələri də uzlaşır. Belə ki, CM-in 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, adam öldürmə cina yəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Hazırkı iş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs oğurlanaraq Məhkum idarə etdiyi avtomaşına zorla yerləşdirildikdən sonra sonuncu bu oğurluğun törədilməs ində bilavasitə iştirak edərək Zərərçəkmiş şəxs iradəsi əleyhinə onun İsmayıllı rayonuna aparılmasını təmin etmiş və bu hərəkəti ilə zərərçəkmişin müqavimət göstərmək və azad olunmaq imkanlarını məhdudlaşdıraraq eyni zamanda sonuncuya qarşı onun sağlamlığı üçün təhlükəli olan zorun tətbiq edilməsi üçün şərait yaratmış, bununla da şüurlu sürətdə, yəni qəsdən bu cinayət əməllərinin törədilməsində icraçı qismində iştirak etmişdir. Məhkəmə kollegiyası bütün təsvir edilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, Məhkum barəsindəki 22 avqust 2023-cü il tarixli hökmün ləğv edilərək müdafiəçi A.M.Məmişovun kassasiya şikayətində göstərdiyi hər hansı əsasla cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar yoxdur və buna görə həmin şikayətdə irəli sürülmüş tələb təmin edilməməildir. Məhkum təyin olunmuş cəzanın açıq-aşkar yüngül olması barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə4 kassasiya şikayətində əsaslandığı dəlillərə və bu dəlillərə uğun olaraq həmin cəzanın ağırlaşdırılması haqqında qərarın qəbul edilməsi haqda tələbinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə CPM-in 419-cu maddəsinin tələblərindən çıxış edərək xatırlatmağı lazım bilir ki, apellyasiya instansiyası məhkəməsinin hökmündən və ya digər yekun qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxan kassasiya instansiyası məhkəməsi, məsələn, təqsirkara təyin olunmuş cəzanın açıq-aşkar yüngül olması, törətdiyi əməlin əsassız olaraq CM-in bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməsi, və ya təqsirləndirilən şəxsə əsassız olaraq bəraət verilməsi, yaxud da o na qarşı verilmiş mülki iddianın qanunsuz olaraq təmin edilməməsi və sair bu kimi halları müəyyən edib bunlarla bağlı kassasiya müraciətlərində irəli sürülmüş dəlillərlə razılaşsa belə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktını ləğv etmək və həmin müraciətləri təmin edərək məhkum olunmuş şəxsin vəziyyətinin ağırlaşdırılması haqqında qərar qəbul etmək səlahiyyətinə malik deyil və belə hallarda kassasiya kollegiyası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntunun müəyyən edilməsi və bu pozuntuya əsasən apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi, cinayət işinin isə yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edir. Odur ki, məhkəmə kollegiyası Nümayəndə4 kassasiya şikayətində irəli sürdüyü tələbin təmin olunmasını mümkün bilmir, Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında dəlillərə münasibətdə isə əvvəla qeyd edir ki, onun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunduğu CM-in 144.2.3 və 144.2.4-cü maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, apellyasiya instansiyası məhkəməsi də öz hökmündə həmin maddələrin tələblərinə əsaslanıb Məhkum törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ona istinad olunan əməlin törədilməsi hallarını və şəraitini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, cəzanın məqsədlərinə nail olmaq imkanını kifa yət qədər nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında göstərilən növdə və həddə cəzanın təyin edilməsini mümkün bilmiş və bununla bağlı da gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır. Məhkum törətdiyi əməllər barədə cinayət təqibinin müxtəlif mərhələlərində, xüsusən də məhkəmə iclaslarında təqsirini etiraf etməyərək ziddiyyətli ifadələr verməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alınması barədə dəlillərlə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirini etiraf etməmək, özünün müdafiəsini qurmaq üçün bu ittihama uyğun olmayan ifadələr vermək və ya ümumiyyətlə ifadə verməkdən imtina etmək onun hüququdur və belə hallar CM-in 61.1-ci maddəsində cəzanı ağır laşdıran hallar kimi nəzərdə tutulmadığından onlar cəza təyini zamanı CM-in 61.2-ci maddəsinin tələblərinə əsasən cəzanı ağırlaşdıran hallar kimi nəzərə alına bilməz Buna görə məhkəmə kollegiyası Nümayəndə4 da kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq həmin şikayətin təmin olunması, Məhkum təyin edilmiş cəzanın isə açıq-aşkar yüngül, ədalətsiz və qanunsuz hesab edilməsi üçün əsaslar görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələni həll edərkən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməmiş, digər tərəfdən isə həmin məhkəmə tərəfindən aşağıda göstərilənlərə tam əməl olunmuşdur. Belə ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mü hakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin x arakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Belə tələblər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hall ar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər mə sələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, cinay ət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsiplərinə, sübutlar və sübutetməyə dair normalara, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalarına (CPM-in 349.5-ci maddəsi) digər məsələlərin həlli ilə yanaşı, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəl ləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1 -ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağır laşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə ai d olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcə sini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticə lərin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. oxdur. Beləliklə məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə bir daha təhlil edib apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin şikayətlərlə ehtiva olunan CPM-in 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsini müəyyən etmir və müdafiəçi A.M.Məmişovun kassasiya şikayətinin təmin edilməsi, Nümayəndə4 isə kassasiya şikayətinin təmin edilməməsi barədə Məhkum və onun müdafiəçisinin, özünün kassasiya şikayətinin təmin edilməsi, müdafiəçi A.M.Məmişovun kassasiya şikayətinin təmin edilməməsi haqda Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə4, habelə hər iki kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda göstərilən əsaslara görə Nümayəndə4 kassasiya şikayəti təmin edilməməli, müdafiəçi A.M.Məmişovun kassasiya şikayəti isə qismən təmin edilməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli hökmündə dəyişiklik edilməli, Məhkum CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsinə dair tövsifedici əlamət isə onun həmin cinayəti bir qrup şəxs kimi törətməsinə dair tövsifedici əlamətlə əvəz olunmalıdır Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə4 tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2023-cü il tarixli hökmündə dəyişiklik edilərək, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsinə dair tövsifedici əlamət onun həmin cinayəti bir qrup şəxs kimi törətməsinə dair tövsifedici əlamətlə əvəz olunsun. Hökm kassasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar