Məhkəmə qərarları › İş №1(102)-77/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-77/2020

15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-77/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Zaqatala rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəs i ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli hökmü ilə (hakim Məmmədov Elbrus Hacıbala oğlu) xx xxxx 1970-ci ildə Zaqatala rayonu, Qarqay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 263.1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum еdilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə m üəssisəsində çəkməklə, 01 il 06 ay müddətə аzаdlıqdаn məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Zaqatala rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 04 oktyabr 2018-ci il tarixdə saat 18 radələrində, “QAZ-69” markalı AZ**-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etməklə Zaqatala rayonunun Muxax kəndindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50- ci maddəsinin 1-ci hissəsində təsbit olunmuş müddəalara, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərə riayət etməli olduğu halda bunu etmə yərək, rayonun Muxax kəndi ərazisində hərəkətdə olarkən 41,90 metr məsafədən yolun sol kənarında torpaq ərazidə dayanan X4 ilə azyaşlı Zərərçəkmiş şəxs dayandığını görərək hərəkəti davam etdirib 24 metr məsafədən Zərərçəkmiş şəxs yolun solundan sağına qaçaraq keçdiyini görüb təhlükəni hiss etsə də avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək əvəzinə tormoz vermədən sükan çarxını sağa döndərməklə hərəkət yolundan torpaq yola çıxmış və təhlükəni hiss etdiyi yerdən 24 metr yol qət etdikdən sonra Zərərçəkmiş şəxs vurmaqla onun baş beyinin ağır dərəcəli əzilməsi, travmatik subraxnoidial qansızma, sol təpə sümüyünün basılmış sınığı, sol təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, ənsə nahiyəsində yara, iki tərəfli paraorbital hematoma xəsarətləri ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olmuşdur. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Hüseynov Elçin Şirin oğlu, hakimlər Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə) 22 iyul 2019-cu il tarixli qərarı ilə Zaqatala rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işin yenidən apellyasiya məhkəməsində baxılması nın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçisi Şərifov Samir Cuma oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, iş üzrə şahid X2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri arasında kəskin ziddiyyət vardır. Belə ki, ibtidai istintaq zamanı X4 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs arxasınca baxa-baxa diqqət yetirəndə üzü Zaqatala rayonun Çatdaxlar kəndindi istiqamətində 24,50 metr məsafədən avtomobil gəldiyini gördüyünü, Zərərçəkmiş şəxs asfalt yola çıxıb yolu qaçaraq keçərkən asfalt yolla hərəkətdə olan avtomobilin istiqamətini uşağın qaçdığı yerə tərəf çəkib, asfalt hissədən torpaq yola çıxdığını; avtomobilin 24 metr məsaf ə qət edəndən sonra öz tərəfi ilə Zərərçəkmiş şəxsi vurub avtomobili saxlamadan hərəkətini davam etdirərək təxminən 50 metr irəli getdiyini; nəvəsinin Zərərçəkmiş şəxsin maşın onu vuran kimi su arxına yıxıldığını görmüşdür. Göründüyü kimi, ibtidai istintaq zamanı verilmiş ifadəyə əsasən Məhkum idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs bas nahiyəsinin sol hissəsinə xəsarət yetirməsi qeyri- mümkün idi. Çünki zərərçəkmiş şəxsin qacıdığı istiqamət nəzərə alınarsa bu halda o, avtomobil tərəfə olan basının sağ nahiyəsindən xəsarət almalı idi. Lakin, müdafiə tərəfinin arqumentlərinin əsaslı olduğunu gördükdə X4 məhkəmə istintaqı zamanı bildirmişdir ki, o, avtomobilin gəldiyini ani olaraq görmüş (5 metr məsafədə); həmin vaxtı uşağın qarşı zolağın qırağında üzü ona tərəf dayanadığını və anidən maşı nın gəlib uşağı vurduğunu; uşağın yerində qaldığını; avtomobilin çox yüksək surətlə hərəkət etdiyindən, 50 metr öndə avtomobilin dayana bildiyini bildirmişdir. X2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi nəzərə alınaraq tədqiqat aparılsa belə hadisənin mexanizmi yenə də xəsarətin yalnız Zərərçəkmiş şəxs baş nahiyəsinin sol hissəsinə xəsarət yetirməsi qeyri-mümkün idi. Belə ki, həqiqətən də X2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə əsasən Zərərçəkmiş şəxs baş nahiyəsinin sol hissəsinə xəsarət yetirməsi mümkün olardı. Lakin, bu zaman Zərərçəkmiş şəxs yolun yanındakı su kanalına yox, dəymənin təsirindən avtomobilin hərəkət istiqamətinə sovrularaq yıxılmalı, bas nahiyəsinin sol hissəsindən əvvəl avtomobilin gövdəsi onun sol üst ətrafına, yəni, sol qoluna dəyməli, o cümlədən sov rulmanın təsiri ilə başqa bədən üzvləri də xəsarət almalı idi. Lakin, ekspert rəyindən də göründüyü kimi, Zərərçəkmiş şəxs bədənin yalnız baş və ənsə nahiyəsində xəsarətlər aşkar olunmuşdur. Məhkum isə iddia edir ki, o, ümumiyyətlə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurmamış, uşaq qaçarkən yolun kənarında yerləşən su kanalına yıxılaraq həmin xəsarəti almışdır. Qeyd olunan hal məhkəmə tərəfindən hadisə yerinə keçirilmiş baxış zamanı da öz təsdiqini tapmışdır. Belə ki, həqiqətən də hadisənin baş verdiyi ərazidə ətrafı daşlarla əhatə olunmuş su kanalı vardır. Bu hal iş materiallarında olan foto şəkillərdə bir daha öz təsdiqini tapır. Həmçinin şikayətdə qeyd edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən hadisəni görən şahidlərin dairəsi də tam araq araşdırılmamış, belə ki, Zaqatal a rayonu, Yuxarı Çardaqlar kənd sakini X14 da həmin hadisəni görmüş, qeyd olunan şəxs "Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında" protokolda imza edərək, hadisənin baş vermə mexanizmini təsdiq etmişdir. Bütün bunlar isə sonda cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması əlavə eksperimentinin keçirilməsi və Zaqatala rayonu, Yuxarı Çardaqlar kənd sakini X7 əlavə şahid qismində dindirilməsinin zəruri etmişdir. Həmin işin məhkəmə araşdırması zamanı birinci instansiya məhkəməsi və apellyasiva məhkəməsində müdafiə tərəfi qeyd olunan məsələlərlə bağlı vəsatət vermişdir. Lakin məhkəmələr qeyd olunan xüsusatları və müdafiə tərəfinin əsaslarını nəzərə almadan birtərəfli qaydada vəsatətin təmin olunmaması qənaətinə gəlmişlər. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi ape llyasiya məhkəməsinin qərarını ləğv etməklə işin yenidən apellyasiya məhkəməsində baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2019-cu il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanunun bu tələblərinə riayət etməklə apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin də dəlillərini nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi onun gəldiyi nəticənin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, ittihamın sübut edilməsində yaranmış şübhələrin aradan qaldırılması, müdafiə tərəfinin irəli sürdüyü dəlillərin ətraflı yoxlaması üçün müvafiq tədbirləri görməmişdir. Hökmdə Məhkum təqsirini təsdiq edən sübutlar sadalanar kan onun özünün etirafedici ifadələrinə də istinad edilmişdir. Lakin iş materiallarından, o cümlədən məhkəmə iclas protokolundan görünür ki, Məhkum etirafedici ifadə verməmiş, cinayət törətməsini göstərməmiş, əksinə, bildirmişdir ki, onun idarə etdiyi avtomaşın zərərçəkmiş şəxsə dəyməmiş, sonuncu özü qaçıb kanala yıxılmış və başı orada olan daşa dəymişdir. Müdafiə tərəfi hətta özünün bu mövqeyi ilə əlaqədar hadisə yerinə baxış keçirilməsi, məhkəmə tibbi ekspertizasının təyin edilməsi və X7 əlavə şahid qismində dindirilməsi barədə vəsatətlər qaldırmışdır. Birinci instansiya məhkəməsi yalnız hadisə yerinə baxış keçirilməsinə dair vəsatəti təmin edərək belə baxış keçirsə də, həmin istintaq hərəkətinə dair protokolda göstərmişdir ki, “uşağın yıxıldığı kanal ətrafında başı dəyə biləcək bir daş müəyyən edilmədi”. Halbuki, ibtidai istintaq orqanı tərəfindən keçirilmiş hadisə yerinə baxış protokoluna əlavə olunmuş fotoşəkillərdən birmənalı olaraq görünür ki, hadisə yerində, yəni uşağın yıxıldığı kanal ətrafında kifayət qədər daş yığılmışdır. Həmin protokolda həm də birmənalı olaraq belə bir fikir əks etdirilmişdir: “Baxış zamanı müəyyən edilmişdir:.... avtomobilin dayandığı yerlə uşağın yıxıldığı yer arasında məsafə 2 metr...”. İbtidai istintaq zamanı keçirilmiş, hadisə yerinə baxışa dair protokolda isə göstərilmişdir ki, “... hadisə yerində nəqliyyat vasitələrinin vəziyyəti: QAZ-69 markalı AZ**-BA-*** nömrəli avtomobilin hadisənin baş verdiyi yerdən 30 metr yol istiqamətində kənarda saxladığı müəyyən edildi...”. Göründüyü kimi, ibtidai istintaq orqanı və məhkəmə hadisə yerinə b axış zamanı birbirindən kəskin şəkildə fərqlənən hallar müəyyən etmişdir. Birinci instansiya məhkəməsi isə bu ziddiyyətin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Bu hallara dair məlumatların isə ekspert tədqiqi və gələcək nəticə üçün əhəmiyyət kəsb etdiyi mübahisəsizdir. Yuxarıda göstərildiyi kimi, müdafiə tərəfi müvafiq ekspertizanın keçirilməsi (ekspert qarşısında qoyulan suallar göstərilməklə) və hadisə yerinə baxış protokolu imzalamış hal şahidi X7 əlavə şahid qismində dindirilməsi barədə vəsatət vermişdir. Birinci instansiya məhkəməsi vəsatəti X7 dindirilməsinə dair hissədə müzakirə belə etməmiş, vəsatətin həmin hissəsinə münasibət bildirməmiş, protokolda buna dair fikir əks etdirilməmişdir, yəni vəsatətə həmin hissədə faktiki olaraq baxılmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə X7 dindirilməsi zərurəti məsələsinə Azərbaycan Respublikası CPM-nin 19.4.5-ci maddəsinin tələbini və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının 6-cı maddəsinin 3d bəndinin müddəaları baxımından yanaşılmalıdır (ittiham tərəfi X7 hal şahidi kimi imzaladığı hadisə yerinə baxış protokoluna ittihamı təsdiq edən sübut kimi istinad etmiş, yəni həmin protokolundan Məhkum əleyhinə istifadə olunmuşdur). Müdafiə tərəfinin vəsatətində məhkəmə eksperimentinin keçirilməsi xahiş edilməsə də, həmin sənədin əsaslandırıcı hissəsində birmənalı olaraq göstərilmişdir ki, belə eksperimentin keçirilməsi zərurəti mövcuddur. Birinci instansiya məhkəməsi isə vəsatətin bu dəlilinə də münasibət bildirməmişdir. Bundan başqa, məhkəmə iclas protokolundan göründüyü kimi, müd afiə tərəfinin vəsatətinə ekspertizanın keçirilməsi hissəsində baxılsa da (müzakirə edilməklə) onun rədd edilməsi barədə qərar heç cür əsaslandırılmamış, vəsatətin rədd edilməsinin qərara alındığı protokolda göstərilməklə kifayətlənilmişdir. Bu səbəbdən də məhkəmələrin həmin məsələdə mövqeyinin əsaslı və qanuni olub-olmadığı barədə fikir söyləmək mümkün deyildir. Məhkəmə kollegiyası isə müvafiq ekspertizanın keçirilməsini həm də ona görə vacib hesab edir ki, hələ ibtidai istintaq zamanı bilavasitə hadisədən sonra hadisə yerinə baxış keçirilərkən “avtomobilin heç bir yerində şübhə doğuracaq hər hansı iz müəyyən edilməmiş” (protokoldan göründüyü kimi) və zərərçəkmiş şəxsin başının avtomaşına dəyməsindən avtomobildə izin qalmamasının mümkün olub-olmadığının müəyyən edilməsi üçün xüsusi bilikl ərə ehtiyac duyulduğu mübahisəsizdir. Birinci instansiya məhkəməsi isə qeyd olunanlara əhəmiyyət verməmiş, ittihamın sübut edilməsində bunlarla əlaqədar olaraq yaranmış müəyyən şübhələrin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görməmişdir. Apellyasiya məhkəməsi də bu çatışmazlıqları aradan qaldırmamış, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, qərarda onlarla razılaşmadığının səbəblərinə dair ağlabatan və inandırıcı fikir əks etdirməmiş, ekspertiza keçirilməsinə və əlavə şahidin dindirilməsinə dair verdiyi vəsatətin rədd edilməsi barədə qərarının heç cür əsaslandırmamış, vəsatətin məhkəmə eksperimenti keçirilməli olduğuna dair dəlilinə münasibət belə bildirməmiş, apellyasiya şikayətinin dəlillərini yekun qərarında qanunla nəzərdə tutulmuş qaydada cavablandırma mış, iş üzrə mövqeyini faktiki olaraq əsaslandırmamışdır. Apellyasiya məhkəməsi iş üzrə mövqeyini (Məhkum təqsirinin sübuta yetirilməsinə dair nəticəni) qərarında aşağıdakı kimi əks etdirmişdir: “... Məhkəmə kollegiyası təqsirləndirilən Məhkum ona istinad edilən əməli törətməkdə özünü təqsirli bilməməsi barədə ifadələrinə də tənqidi yanaşaraq qeyd edir ki, onun həmin ifadələri özünü müdafiə xarakteri daşıdığından və iş materialları ilə təkzib edildiyindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, baş vermiş hadisədən sonra, Məhkum zərərçəkmiş şəxsin Bakı şəhərində Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılmasını eşidib özü də həmin xəstəxanaya getməsi, orada uşağın müalicəsinə təxminən 500 manat pul xərcləməsi də onun ifadəsinin həqiqiliyini və inandırıcılığını şübhə altın a alır. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyində də Zərərçəkmiş şəxs aldığı xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində baş verməsinə xarakterik olduğu, yəni hərəkətdə olan avtomobilin qabarıq hissələrinin piyadanı vurmasına uyğun göstərilmişdir...”. Apellyasiya məhkəməsinin qərarında göstərilən bu fikirlə əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, Məhkum azyaşlı zərərçəkmiş şəxsin müalicəsinə hər hansı bir niyyətlə pul xərcləməsi özü-özülüyündə onun təqsirini göstərən, ifadələrini təkzib edən amil kimi qiymətləndirilə bilməz. Belə mövqe (yanaşma) Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan sübutetmə prinsipindən irəli gəlir. Qərarda istinad edilən ekspert rəyinə gəlincə isə, qeyd olunmalıdır ki, həmin rəyin (18 noyabr 2018-ci il tarixli 432 nömrəli) nəticə hissəsində göstərilən fikir apellyasiya məhkəməsinin qərarında bir qədər təhrif olunmuşdur. Həmin rəydə “xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində baş verməsinə xarakterik olduğu, yəni hərəkətdə olan avtomobilin qabarıq hissəslərinin piyadanı vurmasına uyğun” olması fikri deyil, aşağıdakı məzmunda ifadə əks etdirilmişdir: “... xəsarətlər hərəkətdə olan avtomobilin qabarıq hissələrinin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər”. Rəydə göstərilən bu fikir həm də belə qənaətə gəlməyə əsas verir ki, xəsarətlərin başqa şəraitdə də əmələ gələ bilməsi ekspert tərəfindən inkar (istisna) edilmir. Göründüyü kimi, apellyasiya məhkəməsi də ittihamın sübut edilməsində yaranmış müəyyən şübhələri aradan qaldırmamış, bu istiqamətdə müvafiq tədbirləri görməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bir sıra halları araşdırmamış, özünün mövqeyini faktiki olaraq heç cür əsaslandırmamışdır. Mübahisəsizdir ki, bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 28.5, 145.3, 146.1, 331.3, 351.2, 392.3 və 397.2-ci maddələrinin tələblərini, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. A zərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçü n mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 331.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, ekspertin rəyi tədqiq edildikdən sonra məhkəmə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinləməklə cinayət prosesi tərəflərinin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə təkrar və ya əlavə ekspertiza təyin etmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin ə saslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərar ının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvis aari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və qanunun normalarının tələblərinə əsaslanaraq qeyd edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı isə ləğv edilməlidir (Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsində göstərilən əsaslarla). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2019-cu il tarixli qərarı Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar