Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-77/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X23 ibarət tərkibdə, məhkəmə iclas katibi X37, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X53, Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1270/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qərarından Məhkum tərəfində n verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Zərərçəkmiş şəxs2 MMCnin baş mühasibi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, ünvan 3 ünvanında yaşamışdır. 2. 07 sentyabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 24 sentyabr 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürül müş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 30 mart 2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X154 Qeydiyyatı İdarəsi tərəfindən ********** VÖEN-i əsasında dövlət qeydiyyatına alınmaqla hazır yeməklərin göndərilməsi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2n direktoru ilə bağladığı 20 iyun 2016-cı il tarixli, 93 nömrəli əmək müqaviləsi əsasında həmin Cəmiyyətin baş mühasibi vəzifəsinə işə qəbul olunmaqla həmin vəzifədə işləyərkən qeyd edilən əmək müqaviləsi və eyni tarixli baş mühasibin vəzifə təlimatlarına görə, müəssisədə uçotun formalaşdırılması, baş vermiş maliyyə-təsərrüfat fəali yyətləri üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılması, həmin məlumatların qeydiyyatı və ümumiləşdirilməsi, bu məlumatlara uyğun analitik və sintetik uçotun aparılması, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin etmək, xərclər smetasının hazırlanmasını təşkil etmək, məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, bi rdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta haqqı, icbari sığorta, işsizlikdən sığorta, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayırmaları həyata keçirmək və digər səlahiyyətlərə malik maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş həmin Cəmiyyətə məxsus əmlakı mənimsəməklə talamaq məqsədilə 01 yanvar 2018-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 15 ünvanında yerləşən həmin Cəmiyyətə məxsus inzibati binadakı xidməti otağındakı kompüterdə rəsmi sənəd olan cəmiyyətin işçilərinin aylıq əmək haqqı cədvəllərinə, yəni 2018-ci ilin yanvar, fevra l, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə ümumilikdə 24 ədəd cədvələ tamah niyyətilə özü də daxil olmaqla Cəmiyyətdə işləyən digər işçilərin, o cümlədən, X189, X166, X76, X167, X77, X24, X168, X102, X50, X38, X78, X190, X54, X79, X111, X112, X131, X70, X80, X55, X25, X113, X114, X56, X57, X1, X9, X58, X81, X14, X82, X83, X84, X15, X59, X16, X17, X85, X143, X115, X86, X87, X191, X144, X60, X61, X18, X88, X145, X146, X39, X62, X89, X19, X40, X147, X20, X63, X41, X26, X10, X90, X91, X27, X42, X241, X11, X8, X169, X170, X171, X116, X117, smayılov Sərxan Əli oğlu, X118, X64, X92, X43, X148, X3, X44, X28, X45, X2, X29, X119, X120, X4, X93, X46, X149, X150, X121, X242, X4, X172, X122, X94, X123, X124, X95, X65, X12, X192, X30, X125, X43, X47, X126, X96, X48, X127, X151, X88, X128, X66, X152, X5, X13, X67, X47, X31, X127, X21, X68, X32, X97, X127, X33, X153, X129, X34, X98, X142, X148, X99, X100, X128, X69, X52 və X7, ümumilikdə 142 (yüz qırx iki) nəfərin adlarını qanuni şəkildə əmək haqqı almaq hüquqlarına uyğun bir dəfə yazmaqla bərabər diqqət çəkməməsi və gözdən yayınması üçün seçim əsasında hər dəfə bir qisminin adlarını ayrı-ayrı vaxtlarda təkrarən də yazıb, təkrar yazdığı adların qarşısında isə "xxxx" ASC-dən özünün adına verilmiş 4169 74** **** 2187 nömrəli ödəniş kartının **********0104 saylı, həmin bankın Səbail filialından 2019-cu ilin iyun ayında təhvil alaraq bir ay ərzində özündə saxladığı, həmin cəmiyyətdə aşbaz vəzi fəsində işləyən cinayətdən xəbərsiz Şahid4 adına olan 4169 74** **** 0164 nömrəli ödəniş kartının **********0104 saylı, 2019-cu ilin sentyabr ayında həmin bankın qeyd olunan filialından təhvil alıb 2020-ci ilin yanvar ayına kimi özündə saxladığı, həmin cəmiyyətdə aşbaz vəzifəsində işə qəbul olunması üçün 22 avqust 2019-cu il tarixli əmək müqaviləsi bağlanılsa da, işə başlamamış cinayətdən xəbərsiz X49 adına olan 4169 74** **** 0572 nömrəli ödəniş kartının **********0104 saylı və 2019-cu ilin noyabr ayında həmin bankın qeyd olunan filialından təhvil alaraq 2020-ci ilin yanvar ayına kimi özündə saxladığı, həmin cəmiyyətdə aşbaz vəzifəsində işə qəbul olunması üçün 08 noyabr 2019-cu il tarixli əmək müqaviləsi bağlanılsa da, işə başlamamış cinayətdən xəbərsiz Şahid5 adına olan 4169 74** **** 26 22 nömrəli ödəniş kartının **********0104 saylı hesab nömrələrini yazmaqla, bilə-bilə məzmununa yalan məlumatları daxil etdiyi həmin cədvəlləri qeyd edilən müddət ərzində hər ay olmaqla çap qurğusu (printer) vasitəsilə surətini kağız daşıyıcıda çıxardıb cədvəllərin cəmiyyətin cinayətdən xəbərsiz olan direktoru X101 tərəfindən təsdiq edilərək aidiyyəti üzrə icra edilməsi üçün "xxxx" ASC-nin Səbail filialına göndərilməsinə nail olmaqla, öz adına olan **********0104 saylı hesaba 2 (iki) şəxsin adı qarşısında yazılmaqla 06 mart 2018-ci il tarixdə 1.509,08 manat, 1 (bir) şəxsin adı qarşısında yazılmaqla 10 aprel 2018-ci il tarixdə 1.806 manat, 2 (iki) şəxsin adı qarşısında yazılmaqla 04 may 2018-ci il tarixdə 3.600 manat, 3 (üç) şəxsin adı qarşısında yazılmaqla 05 iyun 2018-ci il tarixdə 5.60 0 manat, 3 (üç) şəxsin adı qarşısında yazılmaqla 04 iyul 2018-ci il tarixdə 2.615,04 manat, 9 (doqquz) şəxsin adı qarşısında yazılmaqla 06 avqust 2018-ci il tarixdə 5.065,94 manat, 9 (doqquz) şəxsin adı qarşısında yazılmaqla 07 sentyabr 2018-ci il tarixdə 7.000 manat, 19 (on doqquz) şəxsin adı qarşısında yazılmaqla 03 oktyabr 2018- ci il tarixdə 6.608 manat, 9 (doqquz) şəxsin adı qarşısında yazılmaqla 05 noyabr 2018-ci il tarixdə 4.021 manat, 18 (on səkkiz) şəxsin adı qarşısında yazılmaqla 05 dekabr 2018-ci il tarixdə 9.500 manat, 21 (iyirmi bir) şəxsin adı qarşısında yazılmaqla 27 dekabr 2018-ci il tarixdə 11.025,22 manat, 23 (iyirmi üç) şəxsin adı qarşısında yazılmaqla 14 fevral 2019-cu il tarixdə 11.947,16 manat, 20 (iyirmi) şəxsin adı qarşısında yazılmaqla 07 mart 2019-cu il tarixdə 8. 600 manat, 26 (iyirmi altı) şəxsin adı qarşısında yazılmaqla 10 aprel 2019-cu il tarixdə 16.000 manat, 37 (otuz yeddi) şəxsin adı qarşısında yazılmaqla 07 may 2019-cu il tarixdə 16.556,12 manat, 25 (iyirmi beş) şəxsin adı qarşısında yazılmaqla 04 iyun 2019-cu il tarixdə 10.084,34 manat, 19 (on doqquz) şəxsin adı qarşısında yazılmaqla 05 iyul 2019- cu il tarixdə 10.518,19 manat, 38 (otuz səkkiz) şəxsin adı qarşısında yazılmaqla 06 avqust 2019-cu il tarixdə 16.000 manat, 21 (iyirmi bir) şəxsin adı qarşısında yazılmaqla 06 sentyabr 2019-cu il tarixdə 13.192,53 manat, 19 (on doqquz) şəxsin adı qarşısında yazılmaqla 08 oktyabr 2019cu il tarixdə 9.431,48 manat, 24 (iyirmi dörd) şəxsin adı qarşısında yazılmaqla 05 noyabr 2019-cu il tarixdə 11.156,44 manat, 16 (on altı) şəxsin adı qarşısında yazıl maqla 03 dekabr 2019-cu il tarixdə 8.732,68 manat və 14 (on dörd) şəxsin adı qarşısında yazılmaqla 27 dekabr 2019-cu il tarixdə 7.562,98 manat olmaqla, cəmi 198.132,2 manat (yüz doxsan səkkiz min yüz otuz iki manat iyirmi qəpik), Şahid4 adına olan **********0104 saylı hesaba 14 (on dörd) şəxsin adı qarşısında yazılmaqla 05 iyul 2019-cu il tarixdə cəmi 6.981,71 manat (altı min doqquz yüz səksən bir manat yetmiş bir qəpik), Khan Muhammadın adına olan **********0104 saylı hesaba 16 (on altı) şəxsin adı qarşısında yazılmaqla 06 sentyabr 2019-cu il tarixdə 7.507,47 manat, 24 (iyirmi dörd) şəxsin adı qarşısında yazılmaqla 08 oktyabr 2019-cu il tarixdə 10.273,91 manat, 21 (iyirmi bir) şəxsin adı qarşısında yazılmaqla 05 noyabr 2019- cu il tarixdə 10.543,57 manat, 18 (on səkkiz) şəxsin adı qarşısı nda yazılmaqla 03 dekabr 2019-cu il tarixdə 8.808,97 manat və 19 (on doqquz) şəxsin adı qarşısında yazılmaqla 27 dekabr 2019-cu il tarixdə 11.115,44 manat olmaqla, cəmi 48.249,36 manat (qırx səkkiz min iki yüz qırx doqquz manat otuz altı qəpik) və Şahid5 adına olan **********0104 saylı hesaba 17 (on yeddi) şəxsin adı qarşısında yazılmaqla 03 dekabr 2019-cu il tarixdə 9.458,35 manat və 16 (on altı) şəxsin adı qarşısında yazılmaqla 27 dekabr 2019-cu il tarixdə 10.656,58 manat olmaqla, cəmi 20.114,93 manat (iyirmi min yüz on dörd manat doxsan üç qəpik) olmaqla, ümumilikdə cəmi 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitinin köçürülməsinə nail olub, 01 fevral 2018-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddət ərzində qeyd edilən ödəniş kartları vasitəsilə "xxxx" ASC-nin Bakı şəhərində yerləşən müxtəlif bankomatlarından həmin pul vəsaitini tam şəkildə şəxsən məxaric edib şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olmaqla ona etibar olunmuş 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talama cinayətini, eləcə də vəzifəli şəxs qismində rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-296/2021 nömrəli, 26 may 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü və 66.4-cü maddələrinə əsasən üzərində qəti olaraq ona 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum ed ilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkməsinin əvvəlinin 26 may 2021-ci il tarixdən hesablanması qərara alınmış, hökmlə həmçinin digər məsələlər də həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti və şikayətinə əlavə verərək, hökmünün dəyişdirilməsini və Məhkum barəsində daha yüngül cəza təyin olunmasını, daha sonra isə sonuncu barəsində bəraət qərarının qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1270/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və şikayətə verilmiş əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkə məsinin 1(101)-296/2021 nömrəli, 26 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətlərində təyin edilən cəzanın ağır olduğu və Məhkum törətdiyi cinayət əməlində təqsirliliyinin sübuta yetirilmədiyini iddia edilməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1270/2021 nömrəli, 06 avqust 2021-ci il qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş edilir.
10. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya insta nsiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasi ya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətlərində ona təyin edil miş cəzanın ağır olduğunu və təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1270/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. Baxılan işdə Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
22. Öz növbəsində apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarını və mövcud məhkəmə təcrübəsini nəzərə almaqla toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış, bu sübutları tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirmiş, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Cinayət Məcəlləsinin istinad edilən müvafiq maddələri ilə düzgün tövsif edil miş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə münasibətdə gəldiyi nəticə məhkumun müdafiəçisinin verdiyi apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin qərarını təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini istisna e dən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz qərarını həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
24. Məhkəmə kollegiyası həmçinin Məhkum daha yüngül cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin bu hissədə nümayiş etdiyi mövqeyi ilə razılaşır və hesab edir ki, onların qəbul etdiyi müvafiq qərarlar maddi və prosessual cinayət-hüquqi normalarına uyğunundur. Məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hal kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayəti Şahid6 qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, ailəli olmasını, qismən ziyanı ödəməsini (23.000 manat) və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafe yinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasl arın olmadığını təsdiqləyir.
26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum verdiyi kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1270/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1270/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.