Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-77/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdaifəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cina yət kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azad Məcidov (sədrlik edən və məruzəçi), Zeynal Ağayev və Səbuhi Hüseynov) 02 mart 2022-ci il tarixli, 1(101)-488/2022 nömrəli hökmü ilə xx xxx 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, xxxx şəhəri, xxxx xxxx, ev xxxx ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bu ndan sonra CM-in) 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib CM-in 32.5,206.3.2-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 ( on) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 13 (on üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmünə əsasən Məhkum 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 ay 2 gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü az adlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 2 ay 1 gün müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Məhkum qəti olaraq 13 (on üç) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Məhkum satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləc ə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Əsgər» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Əsgər» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də satış məqsədi və tamah niyyəti i lə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Əsgər» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 6274,139 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 1504,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 112 qram olan 2800 ədəd narkotik vasitə metadonu və külli miqdarda təsiredici maddəsinin ümum i miqdarı 967,5 qram olan 4300 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxloridi istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən «Əsgər» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin külli miqdarda 20,055 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs öz üzərində, külli miqdarda 14,084 qram çəkidə hissəsini isə Məhkum öz üzərində saxlamaqla daşımış, qalan külli miqdarda 6 240 qram narkotik vasitə heroini, külli miqdarda 1504,2 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 112 qram olan 2800 ədəd metadon tərkibli dərman preparatlarını, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 967,5 qram olan 4300 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxloridini özünün idarə etdiyi “Opel Astra” markalı, **-DD-*** qeydiyyat nişanlı avtomobilin yük hissəsində Təqsirləndirilən şəxs ilə birlikdə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Məhkum 03 sentyabr 2021 -ci il tarixdə, saat 22:30-da Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanının yaxınlığında saxlanılaraq sonuncunun idarə etdiyi “Opel Astra" markalı, 50-DD614 qeydiyyat nişanlı avtomobili ilə birlikdə BNMİ-yə gətirilmiş və orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 20,055 qram heroin, Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 14,084 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 04 sentyabr 2021-ci il tarixdə saat 00:45dən etibarən Məhkum öz könüllü razılığı və Təqsirləndiri lən şəxs iştirakı ilə birlikdə Məhkum idarə etdiyi “Opel Astra” markalı, **-DD-*** qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin yük hissəsindən bir ədəd polietilen torbanın içərisində olan altı ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1010 qram, 1065 qram, 1070 qram, 1000 qram, 1030 qram və 1065 qram olmaqla ümumi çəkisi 6240 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs və Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada külli miqdarda təmiz çəkisi 1504,2 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və b ir ədəd qara rəngli sellofan torbada külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 112 qram olan üzərində “Methadone” markalanma göstəricisi olan tərkiblərindəki təsiredici maddəsinin miqdarına və markalanma göstəricisinə görə eynilik təşkil edən 280 ədəd konvalyutda hər konvalyutda 10 ədəd olmaqla ümumi 2800 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş metadon tərkibli dərman preparatları və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 967,5 qram üzərində Timol-XX markalanma göstəricisi olan tərkiblərindəki təsiredici maddəsinin miqdarına və markalanma göstəricisinə görə eynilik təşkil edən 430 ədəd konvalyutda hər konvalyutda 10 ədəd olmaqla ümumi 4300 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxloridi aşkar edilərək götürülm üşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi) Mirzəli Abbasov və Vaqif Mursaqılov) 08 iyul 2022-ci il tarixli, 1(103)-936/2022 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Müdafiəçi4 kassasiya şikayətinə əlavə verərək Məhkum təqsiri sübuta yetmədiyinə və onun əməlində elan olunmuş ittihamların tərkibi olmadığına görə onun barəsində olan Bakı Apelyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarının ona aid hissədə ləğv edilərək, təqsiri sübuta yetmədiyinə və əməlində elan edilmiş ittihamlar üzrə cinayət tərkibi olmadığına görə onun barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından narazıdır. Ona qarşı irəli sürülmüş ibtidai istintaq və məhkəmə prosesi zamanı prosessual pozuntularla müşahidə olunmuşdur. Əlavə olaraq bildirir ki, ilk məhkumluğunu, ailəli olmasını, cavanlığını, cinayət əməlində iştirakının olmamasının nəzərə alınmasını xahiş etmişdir. Kassasiya şikayətinə əlavənin dəlillə ri: Müdafiəçi4 kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, iş materiallarından və məhkumların məhkəmə iclaslarında vermiş olduqları ifadələrindən də görünür ki, Məhkum “Əsgər” adlı şəxslə hər hansı bir əlaqəda olmamış,onunla hər hansı bir narkotik vasitənin Azərbaycana gətirilməsi barədə hər hansı bir razılığı olmamış və həmin malın Azərbaycanın sərhəddindən keçirilməsinə hər hansı bir köməkliyi olmamışdır. Qonşusu Təqsirləndirilən şəxs ondan Bakıya getməyi xahiş edənə qədər onun ümumiyyətlə bu hadisələrdən hər hansı bir məlumatı olmamışdır və hər hansı bir işbirliyində olmamışdır, həmin vaxt narkotik vasitə artıq Azərbaycan sərhəddindən çoxdan keçərək Bakı şəhərində olmuşdur. Belə olan təqdirdə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5.,206.3.2. maddəsi ilə təqsirli bilib mə hkum etməkdə məhkəməklər haqlı olmamışlar. Belə olduğu təqdirdə bu barədə olan ittihamda Məhkum təqsiri sübuta yetmədiyinə görə və onun əməlində bu maddəinin tərkibi olmadığına görə, qərar bu hissədə qanunsuz hesab edilməklə, bu hissədə cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 234.4.1., 234.4.3. və 240.3.2. maddələri üzrə Məhkum ittiham və məhkumluq istintaq zamanı təqsirləndirilən şəxslərin fiziki və mənəvi təzyiq nəticəsində vermiş olduqları izahat və ifadələrə əsasən verilmişdir. Məhkəmələr yalnız istintaq zamanı fiziki və mənəvi təzyiq natəcəsində əldə edilmiş ilkin izahatı və ifadələri əsas götürərək ittiham hökmü çıxarmışlar. Bu isə qanuna ziddir. Çünki Avropa Məhkəməsinin presedent hüqüqlu qərarlarındakı hüquqi mövqeyə əsasən, məhkəmələr təqsirlənd irilən şəxslərin istintaq və məhkəmə zamanı ifadələrindəki ziddiyyətləri həll edərkən,onların məhkəmə zamanı vermiş olduqları ifadələri daha mötəbər hesab etməlidirlər, çünki istintaq zamanı həmin ifadələr ittiham tərəfindən öz ittihamlarını əsaslandırmaq üçün ittihama uyğun tərtib edilir və bu zaman təqsirləndirilən şəxslərin ifadələri təhrif də edilir. Bu mövqeyə baxmayaraq, digər heç bir sübutla təsdiq edilməyən təqsirləndirilən şəxslərin istintaqda vermiş olduqları ifadələrə əsasən Məhkum barəsində bu qanunsuz və əsassız məhkəmə qərarların qəbul edilməsi yolverilməzdir. Ona görə də belə hesab edir ki, bu maddələrlə irəli sürülən ittihamlar məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığına, Məhkum əməlində elan olunmuş ittihamların tərkibi mövcud olmadığına və təqsiri ona qanuni əsaslarla sübuta yetmədiyinə görə bu ittiham üzrə də cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin olunmalı və qərar dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci v ə ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və məhkumun Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, məhkəmələrdə işə baxılarkən işin faktiki halları tam və obyektiv araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, nəticədə əsassız olaraq Məhkum barəsində ittiham hökmü çıxarılmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqs irliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, həmin sübutların məcmusu ilə Məhkum CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirilmiş və onu həmin maddələrlə təqsirli bilmişdir. Apelyasiya məhkəməsi apelyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəld iyi nəticə ilə razılaşmış, hökmü güvvədə saxlamışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara və işin hallarına nəzər salıb məhkəmələrin Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli olmasına dair qəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun və digər məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələr ilə yanaşı, məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərin protokolları, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq məhkumların M əhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi barədə məhkəmə iclasında verdikləri ifadələr cinayət işi üzrə digər sübutların məcmusu ilə təkzib olunduqdan həqiqətə uyğun olmayan Məhkum cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Apelyasiya şikayətinə əlavədə məhkumların ibtidai istintaq zamanı verdikləri ifadələrin polis əməkdaşlarının təzyiqi altında verməsi barədə dəlil irəli sürülsə də, həmin dəlili təsdiq edən heç bir hal və ya sübut göstərilməmiş, cinayət işinin matertiallarında da bunu təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq orqanı, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya insta nsiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli olmasına dair gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı mad dələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibi yaratdığı üçün onun əməlinin həmin maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə əsassız məhkum edilməsinə dair hissəsi ilə razılaşmır. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinm əsinin əsassız olması barədə dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, həm ibtidai istintaq orqanı, həm birinci və həm də apelyasiya instansiyası məhkəmələri Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etməsi, daşıması və saxlaması ilə bağlı əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri yanaşı Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə tövsif edərkən hüquqi səhvə yol vermişlər. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud oldu ğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 206.2-ci maddədə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin dispozisiyasında CM-in 206.1-206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsində ifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət veri lir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-in 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətin i təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin b aş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Yuxarıda qeyd edilən qanun normalarından və Ali Məhkəmənin Plenumunun qərarında verilmiş izahlardan görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün məhkəmə iclasında tədqiq edilmiş sübutlarla onun digər şəxsə (şəxslərə) qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin gətirilməsində köməklik göstərməsi müəyyən edilməli, onlar arasında bu barədə razılaşma (əlbirlik) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsindən əvvəl baş tutmalıdır. İşdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə nəzərdə tutuilmuş cinayət əməlini törətməsi barədə ittiham yalnız onun və digər məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrə əsaslanır. Həmin ifadələrdə məhkumlar göstərmişlər ki, cinayət işi üzrə digər məhkum Təqsirləndirilən şəxs İİR vətəndaşı ilə narkotik vasitənin və güclü təsir edən maddələrin alınması barədə razılığa gəlmişdir. Məhkum X.M.Abbasovla cinayət birliyi isə İİR vətəndaşı tərəfindən həmin narkotik vasitəni Azərbaycan Respublikasına gətirilib X.M.Abbasova bu barədə məlumat verdikdən sonra yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs xahişi ilə Məhkum onunla birlikdə artıq Azərbaycan Respublikasında olan narkotik vasitənin və güclü təsir edən maddələrin götürmək üçün getmiş və onlar həmin narkotik vasitə və güclü təsir edən maddə götürdükdən sonra polis əməkdaşları tərəfindən tutulmuşlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlar məhkumların yuxarıda göstərilən ifadələrin i təkzib etmir, həmin sübutlarla Məhkum Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitənin və güclü təsir edən maddələrin dalınca gedənədək İİR vətəndaşı ilə cinayət əlbirliyinin olmasına dəlalət edən heç bir hal müəyyən olunmur. İstintaq orqanı tərəfindən Məhkum istintaqa şəxsiyyəti müəyyən edilməyən İran İslam Respublikası vətəndaşı «Əsgər» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək nəticəyə gəlir ki, həmin sübutlar Məhkum tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və güclü təsir edən maddənin satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilməsi və saxlanması təsdiq edilsə də, onun həmin na rkotik vasitələrin və güclü təsir edən maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində iştirakı təsdiq olunmur. Belə ki, iş materiallarında olan və məhkəmələrin istinad etdiyi sübutların heç birində Q,N.Qədimovun narkotik vasitənin və güclü təsir edən maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilməsində köməklik etməsindən ötrü qabaqcadan razılaşma əldə etməsi, həmin narkotik vasitənin keçirilməsində və bundan sonra onun tərəfindən saxlamaqla daşınmasında köməkçi qismində iştirakı müəyyən edilməmişdir. Bu isə onun narkotik vasitənin qaçaqmalçılığında köməkçi qismində iştirakının ehtimal əsasında müəyyən edildiyi qənaətini qaçılmaz edir. İş materialları il ə müəyyən olunur ki, Məhkum əməli hazırkı cinayət işi üzrə maddi sübut qismində tanınmış külli miqdarda narkotik vasitə və güclü təsir edən maddə ölkə ərazisinə gətirildikdən sonra Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq onları əldə etməsi, daşıması və saxlaması ilə bağlı olmuşdur. Məhkəmələr tərəfindən Məhkum qaçaqmalçılıq cinayət əməlinin törətməsi barədə gəldiyi nəticə sübutlara deyil, ehtimallara əsaslanır, bu isə Azərbaycan Respublikası CPMin 139, 349.3 və 351.2-ci maddələrinin tələblərinə ziddir Ona görə də məhkəmə kollegiyası Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gələrək hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tə rkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün düzgün olaraq həmin maddələr ilə tövsif edilsə də, onun bu əməlinin həm də sözü gedən narkotik vasitələrin və güclü təsir edən maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi kimi qiymətləndirilməsi və CM-in 32.5, 206.3.2-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutlara və işin hallarına nəzər salıb, belə nəticəyə gəlir ki, Məhkum CM-in 32.5,206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə görə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində ona qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası C PM-in 416.1.11-ci maddələrinə əsasən məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşə kassasiya şikayəti üzrə baxan məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya və apelyasiya instansiyası məhkəmələri sübutlara və işin hallarına düzgün və obyektiv qiymət verməmiş və bununla da, təqsirləndirilən şəxsin təqsiri və əməlinin tövsifi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən ş əxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkumun kassasiya şikayəti və ona verilmiş əlavənin Məhkum əsassız olaraq CM-in 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilməsinə dair dəlili əsaslı olduğundan şikayət və ona verilmiş əlavə bu hissədə təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı dəyişdirilməli, birinci instansiya məhkəməsinin hökmü Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməli və həmin maddə üzrə icraat a təqsirliliyi sübuta yetirmədiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.4, 416.0.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirli bilinməsi və həmin maddə ilə ona cəza təyin edilməsin ə dair hissədə ləğv edilsin və həmin hissədə cinayət işi üzrə icraata təqsirliliyi sübuta yetirmədiyinə görə xitam verilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təyin edilmiş cəzaları Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaqla ona 12 (on iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 4 ay 2 gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutu lsun və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum qəti olaraq 12 (on iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-77/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-77/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver