Məhkəmə qərarları › İş №1(102)-770/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-770/2019

25.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-770/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM- nin 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Xankişiyev Mirzə Aslan oğlu) xx.xx.1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1-də pasport qeydiyyatında olan, ünvan 2yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzas ına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 aprel 2017-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 10 aprel 2017-ci il tarixdə saat 23:45 radələrində ünvan 1 ünvanın qarşısında əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla X2 bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının daxilə nüfüz edərək ağ ciyəri zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət, eləcə də X4 da həmin bıçaqla bir dəfə vuraraq ona İİİ dərəcəli hemorrafik şokla müşayət olunan sol saidin dəlib-keçən deşilmiş-kəsilmiş yarası kimi hər iki şəxsin həyatları üçün təhlükəli olan qəsdən sağlamlıqlarına ağı r zərər vurmuşdur. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Mirzəyev Sahibxan Arzuman oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 22 noyabr 2017-ci il tarixli qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2017-ci il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək qərara dəyişiklik edilərək, Məhkum bar əsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkuma cəza təyin edilərkən cəzasını yüngülləşdirən hallar – himayəsində iki az yaşlı övladı olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, ağırlaşdırıcı halın olmaması lazımınca nəzərə alınmamış, ona ağır və ədalətsiz cəza təyin edilmişdir. Müdafiə tərəfi qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, məhkumun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir k i, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəliləri təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədədir. Müdafiə tərəfi cinayət əməlinin hüquqi tövsifini kassasiya şikayətində mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası cinayət işinə baxmış məhkəmələr tərəfindən məhkuma təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğuna hüquqi qiymət verəcəkdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2017-ci il tarixli qərarından görünür ki, məhkəmələr Məhkum cəza təyin edərkən qanunvericiliyin tələblərinə əməl etmiş, həmçinin cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün məhkuma ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsa sən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi üzrə cəzanı yüngülləşdirən hallar, cinayətin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar və göstərilən cinayət qanunu normalarının tələbləri nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilmişdir. Cəzanın daha da yüngülləşdirilməsinə qanuni əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2017ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar