Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-770/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Müdafiəçi iştirakları ilə, Şəki Ağır Cinayətlər Məh kəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmadı barədə cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (X13 (sədrlik edən), X9 (məruzəçi) və X5 ibarət tərkibdə) Təqsirləndirilən şəxs - xx xxxx 1976-cı ildə İsmayıllı rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Zeyvə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, şübhəli şəxs qismində tutulduğu 2 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 il 11 ay 28 gün məddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X16, X8 və X6 təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə X2 rayonu Zeyvə kənd ümumi orta məktəbində fransız dili müəlliməsi işləyən Zərərçəkmiş şəxs evlənmək məqsədilə zorla qaçırmaq istədiyini əvvəlcədən yeznələri X7 və Təqsirləndirilən şəxs, habelə tanışı X3 bildirdikdən so nra bu məqsədlə x1, Təqsirləndirilən şəxs və x3 qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək aralarında olan ümumi razılığa əsasən birlikdə xx xxxxx 2018-ci il tarixdə, saat 16 radələrində sonuncunun idarə etdiyi “VAZ-21074” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisindən Zeyvə kəndi istiqamətində hərəkət etmiş, Zeyvə kəndinin içərisindəki yolda Zərərçəkmiş şəxs Sumqayıt şəhərindən gələn sərnişin avtobusundan düşüb yol ilə piyada yaşadığı ev istiqamətində getdiyini gördükdə aralarındakı vəzifə bölgüsünə uyğun olaraq, x3İsmayılov avtomobili Zərərçəkmiş şəxs yanında işlək vəziyyətdə saxlamış, o, x1 və Təqsirləndirilən şəxsla birlikdə avtomobildən düşərək Zərərçəkmiş şəxs qarşısına keçib sonuncunu qəsdən oğurlamaq məqsədi ilə qolları ndan və ağzından tutub iradəsinə zidd olaraq zorla avtomobilin arxa oturacağına otuzdurmuş, X20 müqavimətini qırmaq məqsədi ilə sonuncunun ayaqlarını avtomobilin içərisinə salaraq özü də avtomobilə, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs yerə düşmüş çantası və gödəkçəsini götürərək qabaq oturacaqda əyləşmiş, o və x1 avtomobilin arxa oturacağında hər biri müvafiq olaraq Zərərçəkmiş şəxs sağ və sol qollarından tutub sıxmaqla müqavimətinin qarşısını alan zaman sonuncuya sağ və sol bazunun qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs qışqıraraq avtomobildən düşürülməsinə nail olmaq üçün sağ qolundan dişləyib ona sağ saidin yarası kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əhəmiyyət verilməmiş, sürücü x3İsmayılov avtomobili idarə e dib hadisə yerindən uşaqlaşdırmaqla Zərərçəkmiş şəxs İsmayıllı rayonu Basqal qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı və nəzarət etdiyi Bakı şəhər sakini X11 məxsus bağ evinə aparmış, Zərərçəkmiş şəxs xx xxxxx 2018-ci il tarixdə saat 20 radələrinədək rayonun Basqal qəsəbəsi, Kürdüvan və Zeyvə kəndlərində müxtəlif ünvanlarda saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayətini törətmişlər. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: A.M.Eyvazov (sədrlik edən və məruzəçi), R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsi tətbiq edilməklə, 5 (beş) il müddətə endirilmiş, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumlar Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şi kayəti verərək bildirmişdir ki, hər iki məhkuma təyin olunmuş 5(beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədlərini təmin etmir, eyni zamanda, onun zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsi, üzr istəyərək onunla barışması, zərərçəkmiş şəxsin onu bağışlaması, məhkəməyə müraciət edərək onun bağışlanılmasını xahiş etməsi və məhkum olunmuş şəxsn törətdiyi əməldən səmimi peşiman olması kimi cinayətin təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan, yəni Azərbaycan Respublikasının CM-70-ci maddəsində nəzərdə tutulmuş bu müstəsna halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq, sınaq müddəti təyin olunmalıdır. Cinayət işində olan və məhkəmə baxışları zamanı tədqiq olunmuş Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq olun muş ərizəsindən görünür ki, onun məhkum olunmuş şəxsə qarşı heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Belə olan halda nə üçün məhkəmə ədalət prinsipinə tam yox, yarımçıq əməl etməlidir. Cinayət işinə əlavə olunmuş və məhkəmə baxışları zamanı tədqiq olunmuş materiallardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı vardır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs verilən cəza onun şəxsiyyəti, işin obyektiv halları, ən əsası isə ailə vəziyyəti nəzərə alınsa, həddindən artıq ağırdır. Qeyd olunanlara əsasən hüquqlarını müdafiə etdiyi məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilərək təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi ilə 1 (bir) il müddətinə sınaq müddəti təyin edilməsi haqqında qərar qabul edilməsini xahiş et mişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyri nə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkumun zərərçəkmiş şəxslə barışıq əldə etməsinə və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilərək nəzərə alınmış digər cəzanı yüng ülləşdirən hallara istinad edilərək onlun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Birinci instansiya məhkəməsinin hökmü ndən müəyyən edilir ki, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, himayəsində 2 azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağın olmasını, əməlindən səmimi peşimançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə aldığını hökmdə sadalamış və məhkuma sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə əsasən işin müstəsna halı kimi qiymətləndirərək məhəkuma təqsirli bilindiyi CM-nin 144.2.3-cü maddəsinin sanksiyasında təsbit edilmiş azadlıqd an məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilən cinayət qanunlarının mənasına görə məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə məhkumu n cəzanı yüngülləşdirən hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Məhkumlar qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qəsdən oğurlamaq məqsədi ilə qollarından və ağzından tutub iradəsinə zidd olaraq zor tətbiq etmələri, onun müqavimətinin qarşısını alan zaman sonuncuya sağ və sol bazunun qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmələri, onu xx xxxxx 2018-ci il tarixdə saat 20 radələrinədək iradəsinə zidd olaraq müxtəlif ünvanlarda saxlamaları, mobil telefonunu da əlindən alaraq, onun qaşırılması barədə zərərçəkmiş şəxsin valideynlərinə və yaxın adamlarına xəbər verməmələri, zərərçəkmiş şəxsə könüllü gələməsi barədə polisə bildirməsini təkid etmələri kimi hallar törətdikləri əməllərin və onların özlərinin ictimai təhlükəliliyini xarakterizə edən hallardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, belə halların mövcudluğu vəziyyətində məhkumun cəza çəkmədən islah olunacağına əsas vermir. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi ndə nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-770/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-770/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver