Məhkəmə qərarları › İş №1(102)-770/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-770/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-770/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfind ən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Eldar İsmayılov) 08 avqust 2021-ci il tarixli, 1(101)1195/2021nömrəli hökmü ilə 22 noyabr 1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, 1ci qrup əlil, ünvan 1 ünvanda yaşamış X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,177.2.1, 29,177.2.3 və 232.2.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 29,177.2.1 və 29,177.2.3 maddələri ilə 2 (iki) il müddətinə, CM-in 232.2.1-ci maddəsi ilə 5 (beş) il müddətinə, azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X4 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 23 dekabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanının mövqeyinə əsasən X8 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışıları X9 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Ruslan» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs Abşeron rayonu, Saray qəsəbəsi, Vəli Axundov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evində 4000 manat pul olduğunu hesab edərək, həmin pulu oğurlamaq barədə aralarında razılığa gələrək, öz niyyətlərini həyata keçirmək üçün 03 oktyabr 2018-ci il tarixdə saat 18 radələrində birlikdə Zərərçəkmiş şəxs hasarının üstündən keçməklə evinin həyətinə gəlmiş, Əli Abbasov və «Ruslan» adlı şəxs pəncərəni açıb qanunsuz olaraq evə yəni yaşayış sahəsinə daxil olub, o isə ev sahiblərinin gələcəyi halda xəbər vermək üçün həyətdə dayanıb müşahidə aparmış, yaşayış sahəsinə qanunsuz daxil olan şəxslər isə evdə pul tapmadıqlarından Əli Abbasov həmin evin yataq otağında divara söykədilmiş vəziyyətdə olan xüsusi icazə ilə Zərərçəkmiş şəxs məxsus 1200 (bir min iki yüz) manat dəyərində 01 ədəd U-880566 №-li keçmiş SSRİ dövlətində zavod üsulu ilə Tula silah zavodunda istehsal olunmuş TOZ-34-28 modelli, çaxmaqsız, şaquli vəziyyətdə hamar qoşa lüləli ov tüfəngi olan odlu yivsiz silahı götürüb pəncərədən ona ötürmüş və o, həmin silahı götürməklə ö z cinayət əməlinin ictimai təhlükəliliyini dərk edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq talamış, 4000 manat pulu tapmadıqlarından öz iradəsindən asılı olmayan səbəblərdən əməllərini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Məhəmmədəli Rzayev) 21 yanvar 2022-ci il tarixli 1(105)-37/2022 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1195/2021 saylı, 04 avqust 2021-ci il tarixli hökmü məhkumun və Müdafiəçi2 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, məhkumun və müdafiəçinin apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyas ının (hakimlər İlqar Qılıcov (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və İlkin Rəcəbov) 19 yanvar 2023-cü il tarixli 1(102)-23/2023 nömrəli qərarı ilə məhkum Rəşad Qəribovun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Rəşad Qəribov barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Azər İsmayılov (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və Ruhiyyə Əsgərova) 05 sentyabr 2023-cü il tarixli 1(105)-296/2023 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 1(101)-1195/2021 nömrəli hökmü ləğv edi lmiş, X4 Azərbaycan Respublikası CM-in 29,177.2.1, 29,177.2.3 və 232.2.1-ci maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən hökm çıxarılarkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq X4 əsassız və qanunsuz bəraət verildiyindən həmin hökm ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin ed ilməlidir. İşin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmuyu ilə inkar olunan Rəşad Qəribovun məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli verdiyi ifadə, məhkəmə kollegiyası tərəfindən əsassız olaraq yeganə sübut kimi qəbul edilmiş, ədalətsiz və qanunsuz hökmün əsasını təşkil etmişdir. Hansı ki, iş materiallarında olan şahid ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlar əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Cinayət işi materiallarından görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs X2 istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı foto, video çəkilişlər aparılmış və tərtib olunmuş protokola əlavə edilmiş dir. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi və törədilmiş əməlin tövsif edilməsi barədə” 28 aprel 2021 -ci il tarixli qərardan və cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə 1 may 2021 -ci il tarixli qərardan görünür ki, hazırki cinayət işi üzrə X7 və “Ruslan” adlı şəxsin yerini müəyyən edib məsuliyyətə cəlb etmək mümkün olmadığından, ********* nömrəli cinayət işindən, onların barəsində Azərbaycan Respublikası CM-nin 29,177.2.1,29,177.2.3 və 232.2.1-ci maddələri ilə cinayət işi ayrılmış, ********* nömrə altında istintaqı davam etdirilir. Cinayət işinin materiallarında olan 28 iyun 2023-cü il tarixli məktubdan görünür ki, işə apellyasiya baxışı zamanı ********* nömrəli cinayət işinin nəticəsi barədə A bşeron Rayon Polis İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, Abşeron RPİ-nin istintaq şöbəsində ibtidai istintaqı aparılan ********* cinayət işinin icraatı təqsirləndirilən şəxs X7 ibtidai istintaqdan yayınması, habelə “Ruslan” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməməsinə görə 01 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Məhkəmə kollegiyasının gəldiyi nəticədən fərqli olaraq yuxarıda göstərilən mötəbər sübütların təhlilindən göründüyü kimi, təqsirləndirilən şəxs X2 CM-in 29,177.2.1, 29,177.2.3 və 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Əksər oğurluq cinayətlərindən fərqli olaraq baxılan cinayət işi üzrə maddi sübut olan oğurlanmış əmlak aparı lmış əməliyyat-axtarış tədbirləri nəticəsində tapılmış və Rəşad Qəribov həmin silahın onlar (Ruslan və Əli adlı şəxslə birlikdə) tərəfindən oğurlanmasını əyani şəkildə hadisə yerində göstərməklə video müşahidə altında ifadəsi yerində yoxlanmışdır. Məhkəmə kollegiyası bu cür mötəbər sübuta subyektiv yanaşaraq Rəşad Qəribovun etiraf edici ifadəsindən başqa iş materiallarında başqa sübut növünün olmadığı bildirmişdir. Hansı ki, iş üzrə mötəbər sübut, oğurluq (odlu silahı talama) cinayətinin predimenti olan maddi sübut, Tula silah zavodunda istehsal olunmuş TOZ-34-28 modelli, çaxmaqsız, hamar qoşa lüləli ov tüfənginin mərhum zərər çəkmiş şəxsin köməkliyi ilə tapılaraq işə əlavə olunması əsassız olaraq nəzərə alınmamışdır. Göründüyü kimi, Rəşad Qəribov CM-in 29,177.2.1,29,177.2.3 və 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə kollegiyasının gəldiyi nəticədən fərqli olaraq yuxarıda şərh olunan, özündə işin obyektiv hallarını əks etdirən, biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin məhkum edilmiş şəxsin əməlinin ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməməsi, onun ifadələrinə düzgün hüquqi qiymət vermədən əməlinin CM-in 29,177,2.1, 29,177.2.3 və 232.2.1-ci maddələri İlə düzgün tövsif edilməməsi barədə qənaəti və bununla bağlı irəli sürmüş olduğu dəlillər əsassızdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin ed ilməsi, müdafiəçinin isə kassasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci v ə ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X2 Azərbaycan Respublikası CM-in 29,177,2.1, 29,177.2.3 və 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən X4 qarşı irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları X9 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Ruslan» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs Abşeron rayonu. Saray qəsəbəsi, Vəli Axundov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evində 4000 manat pul olduğunu hesab edərək, həmin pulu oğurlamaq barədə aralarında razılığa gələrək, öz niyyətlərini həyata keçirmək üçün 03 oktyabr 2018-ci il tarixdə saat 18 radələrində birlikdə Zərərçəkmiş şəxs hasarının üstündən keçməklə evinin həyətinə gəlmiş, Əli Abbasov və «Ruslan» adlı şəxs pəncərəni açıb qanunsuz olaraq evə yəni yaşayış sahəsinə daxil olub, o isə ev sahiblərinin gələcəyi halda xəbər vermək üçün həyətdə dayanıb müşahidə aparmış, yaşayış sahəsinə qanunsuz daxil olan şəxslər isə evdə pul tapmadıqlarından Əli Abbasov həmin evin yataq otağında divara söykədilmiş vəziyyətdə olan xüsusi icazə ilə Zərərçəkmiş şəxs məxsus 1200 (bir min iki yüz) manat dəyərində 01 ədəd U-880566 №-li keçmiş SSRİ dövlətində zavod üsulu ilə Tula silah zavodunda istehsal olunmuş TOZ-34-28 modelli, çaxmaqsız, şaquli vəziyyətdə hamar qoşa lüləli ov tüfəngi olan odlu yivsiz silahı götürüb pəncərədən ona ötürmüş və o, həmin silahı götürməklə öz cinayət əməlinin ictimai təhlükəliliyini dərk edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında yasayiş sahəsinə qanunsuz daxil olaraq talamış, 4000 manat pulu ta pmadıqlarından öz iradəsindən asılı olmayan səbəblərdən əməllərini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. İstintaq orqanı X4 Azərbaycan Respublikası CM-in 29,177,2.1, 29, 177.2.3 və 232.2.1-ci maddələri ilə ittiham elan etmiş və cinayət işini baxılması üçün məhkəməyə göndərmişdir. İttiham tərəfi X2 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə məhkumun ibtidai istintaq zamanı verdiyi ifadə, Zərərçəkmiş şəxs ifadəsi, polis əməkdaşı Şahid ifadəsi, məhkəmə ekspertizasının rəyini təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutları tədqiq edərək nəticəyə gəlmişdir ki, X2 Azərbaycan Respublikası CM-in 29,177,2.1, 29,177.2.3 və 232.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Kassasiya protestində isə, məhkəmənin mövqeyinin əsassız olmasını, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilməsini, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə olmadığını, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilmədiyini X4 isə elan edilmiş ittiham üzrə təqsirinin tam sübuta yetirildiyini qeyd etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlid ir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respub likası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İşdən göründüyü kimi apell yasiya instansiyası məhkəməsi X4 Azərbaycan Respublikası CM-in 29,177,2.1, 29,177.2.3 və 232.2.1-ci maddələri ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci və apellyasiya məhkəmələrinin məhkəmə iclaslarında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Cinayət işi üzrə ibtidai istintaqda X8 ifadə verərək göstərmişdir ki, 03 oktyabr 2018-ci ildə Əli və Ruslan tanışları ilə birlikdə Saray qəsəbəsində yerləşən fərdi evdən ov tüfəngi o ğurlamışlar. Əli oğurladıqları ov tüfəngini ertəsi günü satacağını deyib, həmin tüfəngi onlarla birlikdə Sumqayıt şəhəri 39 nömrəli məktəbin idman meydançasına gedib tüfəngi oradakı oturacaqların arxasında gizlətmişdir. Ertəsi gün, saat təxminən 15-16 radələrində onlar həmin meydançanın yanında görüşmüşlər. Əli adlı şəxs, tüfəngi satmaq istədiyi tanışına zəng edib tüfəngi 400 manata satmaq istədiyini demişdir. 15-20 dəqiqədən sonra, təxminən 37-38 yaşında olan, qarayanız dolu bədənli, tanımadığı şəxs “Priora" markalı avtomobillə onların yanlarına gəlmişdir. Əli oğurladıqları tüfəngi gizlətdiyi yerdən götürüb onlarla birlikdə həmin avtomobilə minib tüfəngi həmin şəxsə göstərmişdir. Həmin şəxsdə tüfəngə baxıb bəyənmiş və Əliyə 400 manat pul verdikdən sonra tüfəngi götürüb oranı tərk etmişdir. Bundan sonra Əli həmin puldan 150 manat ona, 100 manat da Ruslana vermişdir. Oğurluq yolu ilə əldə etdikləri pulu 2-3 gün ərzində şəxsi ehtiyaclarına xərcləmişlər. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs X8 ona elan edilmiş ittihamla bağlı özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, tutulmamışdan əvvəl hazırda vəfat etmiş Qulu ləqəbli Ceyhun adlı şəxs ona ov silahı verərək onu satmağını xahiş etdi. Həmin silahın satışından əldə olunan pulun bir hissəsini Quluya verəcəkdi və müəyyən hissəsi onun olacaqdı. Qulu həmin silahı narkotik vasitə satdığı şəxslə barter etdiyini bildirdi. O, həmin ov silahını satmazdan əvvəl onun kimə məxsus olmasını sorğulayırdı. Ov silahının həqiqətən sahibi olması ona sonradan məlum olan həmkəndlisi olan İntiqam adlı şəxsin olduğu və 2 018-ci ildə onun yaşadığı evdən oğurlandığını bildi. Bundan sonra İntiqam adlı şəxs onunla dəfələrlə əlaqə saxlayaraq, silahın ona məxsus olduğunu bildirib silahı ona qaytarmağını xahiş etdi. Lakin o, silahın İntiqam adlı şəxsə məxsus olmasından şübhə edirdi və əgər silahı ona versəydi Qulu adlı şəxsə pul verə bilməyəcəkdi. Buna görə də həmin silahı İntiqama verməkdən imtina etdi. Bir dəfə İntiqamla telefonla danışdıqdan sonra çayxanada idi və yanında Əli və Ruslan var idi. Onlara əgər İntiqamın yenidən silahı istəyəcəyi halda silahın onlara məxsus olmasını deyəcəyini bildirdi. Bundan sonra İntiqama 400 manat pul verəcəyi halda silahı ona verəcəyini bildirdi. Bundan bir neçə gün sonra Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. Orada ona guya həmin silahı İntiqamın ev indən oğurladığı məzmunda ifadə verəcəyi halda onu buraxacaqlarını bildirdilər və o da onların dediyi formada ifadəni imzaladı. O tutulduğuna görə Ruslan silahı gizlətdiyi yerdən götürüb İntiqama vermişdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs X8 ona elan edilmiş ittihamla bağlı özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, onun oğurluq cinayətinə aidiyyəti yoxdur. Qeyd olunan silah ona eyni qəsəbədə yaşadığı şəxs tərəfindən satmaq üçün verilmişdir. Ona qarşı irəli sürülmüş ittiham uydurmadır. 2018-ci ildə oğurlanmış silah 2 il müddətində müxtəlif əllərdən keçərək sonda ona satmaq üçün verilmişdir. O, 1-ci qrup əlildir. Onun anadangəlmə 8 barmağı olmadığından 2 metr hündürlükdə olan hasarı aşmaqla zərərçəkmiş şəxsin evinin həyətinə daxil olması və cinayət əməlini törətməsi m ümkün deyil. Silahın da onda olduğunu aşkara çıxaran Zərərçəkmiş şəxs olmuşdur. Hətta o, evində saxlanılarkən zərərçəkmiş şəxs də polis əməkdaşlarının yanında olmuşdur. Tutulduqdan sonra silahı satdığı şəxslər silahı zərərçəkmiş şəxsin həyətinə atmışlar. Saxlanıldıqdan sonra polis bölməsində işgəncələrə məruz qalmışdır. Əgər o, bu cinayəti boynuna almasaydı, narkotik cinayəti ilə onu təqsirli biləcəkdilər. İttihamda qeyd edilən Əli və Ruslan adlı şəxslərin də bu cinayətə heç bir aidiyyətləri yoxdur. Əli onun silahı satmağında vasitəçi kimi iştirak etmiş bir şəxsdir. Ruslan adlı şəxs ümumiyyətlə olmayıb. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi ev 12A-da yaşayır. Ailə üzvləri isə Saray qəsəbəsi, M.Ə.Rəsulzadə keçəs indəki evlərində yaşayırlar. İşsizdir, təqaüd alır. 03 oktyabr 2018-ci ildə, saat 12 radələrində yaşadığı evdən təmir üçün vintlər götürüb ailə üzvlərinin yaşadığı digər evlərinə getmişdir. Saat 20 radələrində həmin evə qayıdıb evinin sol tərəfindəki qonaq otağının dəmir barmaqlığı olmayan plastik pəncərəsinin açıq olduğunu və yataq otağında divara söykədilmiş vəziyyətdə saxladığı 1200 manat dəyərində olan 1 ədəd qoşa lüləli, T03-3- markalı 28 kalibrli ov tüfənginin yerində olmadığını görüb evindən oğurluq olduğunu yəqin edib mobil telefonla zəng edərək bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Birinci instansiya məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində Zərərçəkmiş şəxs ifadəsində göstərilmiş halları təsdiq etmiş, silah hadisənin üstü a çıldıqdan və Rəşad Qəribov saxlanıldıqdan qısa müddət sonra həyətlərinə atıldığını bildirmişdir. Şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid göstərmişdir ki, 2020-ci ilin dekabr ayında mərhum Zərərçəkmiş şəxs ona məlumat vermişdir ki, onun evindən 2018-ci ildə ov silahını Rəşad Qəribov oğurlamışdır. O, Rəşad Qəribovu yerini müəyyən etmiş və polis idarəsinə dəvət etmişdir. R.Qəribov ona bildirmişdir ki, cinayət Əli və Ruslan adlı şəxslərlə birlikdə onun tərəfindən törədilmişdir. Cinayət işi materiallarından görünür ki, 23 dekabr 2020-ci il tarixdə Rəşad Qəribov hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, 28 dekabr 2020-ci il tarixdə isə oğurlanmış TOZ-34-28 modelli ov tüfəngi Zərərçəkmiş şəxs yaşadığı Abşeron ray onu, Saray qəsəbəsi, V.Axundov küçəsində yerləşən evin həyətində aşkar edilərək götürülmüşdür. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X2, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X1 və şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid Yusif oğlunun ifadələrini Rəşad Qəribovun təqsirliliyini təsdiq edən sübutlar kimi qəbul edərək, sonuncunu Azərbaycan Respublikası CM-in 29,177.2.1, 29,177.2.3 və 232.2.1-ci maddələri ilə təqsirli bilmişdir. Təqsirləndirilən şəxs X2 birinci instansiya məhkəməsində özünü təqsirli bilməməsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə təqsirləndirilən şəxs X2 məhkəmə prosesində özünü oğurluqda iştirak etməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaş araq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bu cür mövqeyi əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi barədə ifadəsinə o zaman müdafiə cəhdi kimi qiymət verilə bilərdi ki, onun həmin ifadəsini təkzib edən kifayət qədər mötəbər sübutlar əldə edilmiş olsun. Cinayət işi üzrə elə mötəbər sübutlar əldə edilməli idi ki, onlar yaranmış ziddiyyətləri aradan qaldırsın və ittihamın həlli üçün kifayət etsin. Lakin cinayət işinin materiallarında Rəşad Qəribovun ibtidai istintaqda verdiyi etirafedici ifadəsindən başqa onun təqsirliliyini təsdiq edən heç bir möt əbər sübut mövcud deyildir. Belə ki, Rəşad Qəribova qarşı irəli sürülmüş ittihamın əsasını məhz onun ibtidai istintaq zamanı verdiyi ifadə təşkil edir. Rəşad Qəribovun ittihamına əsasən onunla birlikdə oğurluq edən şəxslər dindirilməmiş, zərərçəkmiş şəxsin ifadəsi, əkspertiza rəyi, hadisə yerinə baxış protokolu və digər sübutlar isə Rəşad Qəribovun ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətməsini təsdiq etmir, onun məhkəmə iclasında cinayətin törətməməsi barədə ifadəni də təkzib etmir. Qeyd olunmalıdır ki, həmin sübutlara əsasən Rəşad Qəribovun məhkəmədə yox, məhz ibtidai istintaqda verdiyi ifadələrin doğru və həqiqətə olması barədə nəticəyə gəlmək də mümkün deyildir, çünki həmin sübutlar Rəşad Qəribovun təqsirliliyi təsdiq edən məlumatları özündə əks etdirməyən, kifayə t edici kriteriyaya malik olmayan sübutlardır. Şahid isə faktiki olaraq hadisənin şahidi olmamış, ifadəni Rəşad Qəribovun sözləri əsasında vermişdir. Azərbaycan Respublikası CPM-in 126.2-ci maddəsinin tələblərinə görə yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Göründüyü kimi qanunun tələblərinə g örə Şahid ifadəsi Rəşad Qəribovun təqsirini müəyyən etmək üçün mötəbər sübut kimi qəbul edilməsi yol verilməzdir. Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə, istintaq orqanı X6 yalnız onun məhkəmə baxışı zamanı onun tərəfindən təkzib edilmiş ibtidai istintaq zamanı verdiyi ifadə əsasında cinayət törətməyə görə təqsirləndirilən şəxs qismində cəlb etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğun a əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bütün təsvir edilənləri tamamlayaraq məhkəm ə kollegiyası qeyd edir ki, X4 qarşı irəli sürülmüş ittihamın əsasını təşkil etmiş sübutlar onun tərəfindən ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətlərin tərədilməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respubli kası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X2 Azərbaycan Respublikası CM-in 29,177.2.1, 29,177.2.3 və 232.2.1-ci maddələrində nəzərdə tut ulmuş cinayətləri törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X2 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X8 barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsir ləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Az ərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X8 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar