Məhkəmə qərarları › İş №1(102)-770/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-770/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-770/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi İsmayılov Yusif Yaşar oğlunun iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Mə hkəməsinin 16 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 152.1-ci maddəsində nəzər tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 noyabr 2024-cü il tarixli hökmü ilə isə Məhkum CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Y.Y.İsmayılov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Qurbanova Aygün Arzu qızı) Məhkum, xx xxx 1998-ci il tarixdə Bakı şəhərin də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Göyçay Rayon Məhkəməsinin 3 may 2016-cı il tarixli hökmü ilə CM-in 204.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 70-ci maddəsinə əsasən həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, CM-in 152.1-ci maddəsində nəzər tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 152.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o 17 avqust 2022-ci il tarixdə tanışı 16 yaşına çatmamış, xx xxx xxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Lake” otelə gələrək orada saat 02 radələrində otelin otağında yerləşən çarpayıda öz cinsi orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə daxil edib çıxartmaqla öz seksual ehtirasını təmin etdikdən sonra davamlı olaraq 19 avqust 2022-ci il tarixdə saat 01 radələrində və 21 avqust 2022-ci il tarixdə saat 02 radələrində həmin otelin otağında yerləşən çarpayıda eyni şəraitdə 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkum barəsində cinayət işinə mahiyyəti üzrə baxan Binəqədi Rayon Məhkəməsi iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq onun elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməkdə təq sirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş və bu əsasla onun haqqında yuxarıda göstərilən bəraət hökmünü çıxarmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Tağıyev Fuad Nazim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 5 noyabr 2024-cü il tarixli hökmü ilə apellyasiya protesti təmin olunmuş, birinci instansiya məhkəməsinin hökmü ləğv edilərək Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib həmin maddə əsasında 1 (b ir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən onun 2024-cü il may ayının 24-dən 26-dək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla məhkum olunmuş şəxsin üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 noyabr 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Y.Y.İsmayılov kassasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin ona elan olunmuş ittiham üzrə cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədinə görə ona bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassas iya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir çox maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi Qərarlarına, Məhkum qarşı irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsinin hökmü ilə təqsirli bilindiyi ittihama, iş üzrə toplanmış və araşdırılmış bir sıra sübutlara və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi Y.Y.İsmayılov həmin şikayətini belə əsaslandırmışdır ki, onun kassasiya qaydasında mübahisələndirildiyi hökm əssasız olmaqla həm də ədalətsizdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara düzgün qiymət verməmiş və bu hökmü çıxararkən ehtimal xarakterli məhkəmə- tibbi ekspertizasının rəyinə əsaslanmışdır. Halbuki, iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən onun 16 yaşına çatmaması barədə bilməmiş, sonuncu isə ona həmin dövrdə 17 yaşının olmasını bildirmiş və bu haqda da cinayət təqibinin bütün mərhələlərində eyni cür ifadələr vermiş, bunun əksini təsdiq edən sübutlar isə ibtidai araşdırma orqanı tərəfindən əldə olunmamışdır. Lakin, ibtidai araşdırma orqanı kimi, apellyasiya instansiyası məhkəməsi də həmin ifadələri nəzərə almamış, bununla da prosessual hüquq normalarının tələblərinin pozulmasına yol vermiş və hüquqlarını müdafiə etdiyi şəxs haqqında ittiham hökmü çıxarıldığından o, qanunsuz olaraq məhkum edilmişdir. Qeyd olunanları nəzərə alaraq müdafiəçi Y.Y.İsmayılov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayəti nə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2025-ci il iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi Y.Y.İsmayılovun rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Məhkum iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhk əməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum müdafiəçisi Y.Y.İsmayılovun kassasiya şikayətinin məzmunundan belə nəticə hasil olur ki, şikayət müəllifi öz müraciətində apellasiya instansiyası məhkəməsi tərəfindən sübutlara qanunvericilikdə nəzərdə tutulmuş şəkildə qiymət verilməməsini, hüquqlarını müdafiə etdiyi şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilmədiyi halda əsas sız və qanunsuz olaraq məhkum edildiyini iddia edir və bunlarla əlaqədar öz dəlillərini və bu dəlillər əsasında irəli sürdüyü kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Y.Y.İsmayılovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin mat eriallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üz rə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş ka ssasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə baxılması nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanunil iyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araş dırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya tələbləri həmçinin cinayə t törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələblər eyni zamanda hər bir insanın, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, habelə cinayət törətmiş şəxslərin ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri müəyyən edildikdə məhkum olunaraq cəzalandırılmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş ins an və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edil məsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməs indən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən z əruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməlləri n cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstit usiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəf li öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşı sında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəl i əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlə rdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digə r qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1- ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində i ttihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn m ötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəf lərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib- törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, m əlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət ha disəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərli yi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq et diyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şə xsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsa slılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məh kəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nət icəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və y alnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunveri ciliyin tələb etdiyi kimi, bu hökmün əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifələrin yerinə yetirilməsi və müdafiəçi Y.Y.İsmayılovun kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası cinayət qanunu normalarının tələblərinə müraciət edərək onlara aşağıdakı şəkildə təfsir verilməsini, bunun üçün isə iş üzrə ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında araşdırılmış sübutların bir hissəsini təhlil etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, C M-in 152.1-ci maddəsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, belə əməlləri törətmiş şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu normaya təfsir verən məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, cinsi azadlıq və cinsi toxunulmazlıq hüququ hər bir şəxsə mənsub olan hüquq olmaqla qanunvericilik aktları ilə qorunur və Konstitusiyanın yuxarıda istinad edilən müddəaları dövlətin üzərinə hər bir vətəndaşın layiqli şəraitdə yaşamaq və onun sağlamlığının təmin edilməsi üçün müvafiq vəzifəl ərin həyata keçirilməsini, bunun üçün isə institusional və qanunverici tədbirlərinin görülməsini nəzərdə tutur. Bu vəzifələrin yerinə yetirilməsi zamanı isə azyaşlı və ya yetkinlik yaşına çatmayan uşaqların bütün hüquqlarının, o cümlədən cinsi toxunulmazlıq hüququnun qorunması xüsusi əhəmiyyət kəsb edir. Uşaq hüquqlarının təmin edilməsi, onları hər hansı təcavüzdən, o cümlədən cinsi zorakılıqdan qorunması sahəsində dövlətlərin üzərinə müvafiq vəzifələrin qoyulması barədə tövsiyələr, bu vəzifələrin yerinə yetirilməsi sahəsində inzibati, qanunverici və digər tədbirlərin görülməsi zəruriliyi isə milli qanunvericiliklə yanaşı Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq müqavilələrdə də nəzərdə tutulmuşdur (məsələn BMT-nin 20 noyabr 1959-cu il tarixli “Uşaq Hüquqları Bəyannaməsi”, “Uşaq Hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiya və s.). Qanunverici Konstitusiyada nəzərdə tutulmuş uşaqların bütün hüquqlarının təmin edilməsi sahəsində dövlətin üzərinə qoyulmuş vəzifələrdən və beynəlxalq müqavilələrdə göstərilən tövsiyələrdən çıxış edərək cinayət qanunvericiliyində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlara qarşı törədilən cinayətlərə görə daha sərt məsuliyyət nəzərdə tutulan normalar müəyyən etmişdir, belə normalara həmçinin CM-in “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər” adlanan 20-ci fəslinin bir sıra maddələrini göstərmək olar ki, təhlil edilən cinayətlərə CM-in 152-ci maddəsində nəzərdə tutulmuş cinayətlər də aiddir. Həmin maddədə isə həm ona altına yaşına çatmamış, həm də azyaşlı (on iki yaşına çatmış, lak in on dörd yaşına çatmamış) uşaqla cinsi əlaqədə olma və belə uşaqla seksual xarakterli digər əməllərin (məsələn, uşaqbazlıq) törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmiş və bu cinayətin obyektiv cəhətini maddənin dispozisiyasında göstərilən hərəkətlər, həmin cinayətin obyektini isə sonuncuların sağlamlığı, onların cinsi toxunulmazlığı və cinsi azadlığı təşkil edir. Cinayət qanunu normasının təhlil edilən normasının mənasına görə, belə əməlləri törətmiş şəxsin CM-in 152-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün aşağıdakı halların müəyyən edilməsi tələb olunur: 1) zərər çəkmiş şəxsin göstərilən yaş hədlərinə (on dörd, yaxud on altı yaşına) çatmaması; 2) təqsirkarla zərər çəkmiş şəxsin yaş hədlərində iki ildən artıq fərqin olması (CM-in 152-ci maddəsinin “Qeyd” hissəs i); 3) təqsirkarın özünün on altı yaşının tamam olması (CM-in 20.1-ci maddəsi); 4) cinsi əlaqəyə girmə və ya digər seksual xarakterli əməllərin zor tətbiq edilmədən törədilməsi. Göstərilən maddədə nəzərdə tutulmuş cinayətlər isə yalnız birbaşa qəsdlə törədilir və təqsirkarla zərər çəkmiş şəxsin cinsi əlaqəyə girməsi, yaxud da sonuncuya qarşı digər seksual xarakterli hərəkətlərin edilməsi anından başa çatır. Məhkəmə kollegiyası qeyd edir ki, işə kassasiya qaydasında baxılarkən Məhkum təqsirliliyi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin müxtəlif mövqelərdən çıxış etmələri nəzərə alınaraq ibtidai və məhkəmə araşdırmaları zamanı sübuta yetirilməli hallardan biri də həmin cinayəti törətmiş şəxsin zərər çəkmişin bu maddədə nəzərdə tutulmuş yaş həddinə çatmaması barədə bilib- bilməməsi məsələsinə dair həm hüquq nəzəriyyəsində əksini tapmış izahlar, həm də bu xarakterli cinayətlərə dair istintaq və məhkəmə təcrübəsi də öyrənilmiş və müəyyən edilmişdir ki, həmin məsələyə biri-birinə uyğun olmayan fərqli yanaşmalar mövcuddur. Belə ki, bu yanaşmalardan biri ondan ibarətdir ki, təqsirkar CM-in 152-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməzdən əvvəl seksual toxunulmazlığına təcavüz etdiyi şəxsin 14 və ya 16 yaşına çatmasını bilməməsi haqda ifadələr verdikdə, onun bu ifadələri əsas götürülür və sonuncunun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsindən imtina edilir. Hazırki iş üzrə Binəqədi Rayon Məhkəməsinin çıxardığı 16 iyul 2024-cü il tarixli hökmdən göründüyü kimi, məhkəmə məhkumun təqsirlilik məsələsinə qiymət verərkən məhz bu mövqedən çıxış etmiş və yeganə olaraq sonuncunun və zərər çəkmiş Zərərçəkmiş şəxs ifadələrinə əsaslanmışdır. Digər hüquqi mövqeyə görə, təqsirkar zərər çəkmişin göstərilən yaş hədlərinə çatmasının bilmədiyi halda ifadələr vermiş olsa da, onun cinayət məsuliyyətinə cəlb edilməsi zamanı bu məsələ üzrə təkcə onun ifadələri deyil, həmçinin müvafiq sübutlarla təsdiq olunan digər hallar da (məsələn, zərər çəkmiş şəxsin xarici görkəmi, fiziki inkişafı, onun davranışı, öz fikirlərini çatdırmaq qabiliyyəti və üsulları, bunlara dair məhkəmə ekspertizalarının rəyləri və s.) nəzərə alınmalıdır və təqsirkarın təqsirlilik məsələsi belə halların məcmusuna əsasən həll edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, bu kimi halların arxasında duran sübutlar zərər çəkmişin on dörd və ya on altı yaşına çatmamasına dair nəticəyə gəl məyə kifayət qədər əsas verdikdə istər onun özünün daha çox yaşda olmasının bildirməsi, istərsə də təqsirkarın sonuncudan həmin məlumatı alması barədə verdikləri ifadələr heç bir əhəmiyyət kəsb etmir və belə hallarda CM-in 152-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə kollegiyası təsvir edilən yanaşmalardan ikincisinə üstünlük verərək hesab edir ki, Məhkum təqsirlilik məsələsini həll edən apellyasiya instansiyası məhkəməsi də eyni hüquqi mövqedən çıxış etmiş və haqlı olaraq təkcə sonuncunun və zərər çəkmiş Zərərçəkmiş şəxs ifadələrini deyil, həmçinin yuxarıda göstərilən bir sıra halları təsdiq edən təkzib edilməz sübutları nəzərə alaraq Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə mötəbər nəticəyə gəlmi şdir. Kassasiya şikayətinin təhlil edilən məsələyə həsr olunmuş dəlillərinə cavab verərək məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, həmin müraciətində müdafiəçi Y.Y.İsmayılov Məhkum qarşı irəli sürülmüş ittihamda göstərilən tarixlərdə, vaxtlarda və şəraitdə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmasını, bu halların sübuta yetirilib-yetirilməməsini mübahisələndirmir, bu məsələ ilə bağlı heç bir dəlil irəli sürməyərək isə yalnız bir məsələni – sonuncunun həmin əməlləri törədərkən zərər çəkmişin on altı yaşına çatmaması haqda bilmədiyini iddia edir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlər törətməsi onun özünün cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi etira fedici ifadələri ilə yanaşı həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi, Şahid ifadələri ilə, məhkəmə-tibbi ekspertizasının 6 sentyabr 2022-ci il tarixli və 28 may 2023-cü il tarixli 233 saylı, məhkəmə-psixoloji ekspertizasının 2 mart 2023-cü il tarixli 578 saylı və 4 may 2023-cü il tarixli, ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 may 2023-cü il tarixli 1478 saylı rəyləri ilə, habelə digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası kassasiya şikayətində mübahisələndirilməyən məsələləri bir daha təftiş etməyi zəruri bilməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də Zərərçəkmiş şəxs ilə sonuncunun təklifi və razılığı əsasında “Lake” oteldə birlikdə qaldıqlar ı müddətlərdə qeyri-təbii yolla cinsi əlaqədə olmasını etiraf etmişdir. Bununla yanaşı Məhkum göstərmişdir ki, o, sonradan tanış olduğu Zərərçəkmiş şəxs 15 avqust 2022-ci il tarixdə dənizkənarı bulvarda gəzərkən ağladığını görüb ona yaxınlaşmış, ondan ağlamasının səbəbini soruşmuş, sonuncu da ona evdən qaçdığını bildirdikdə ona səhv hərəkət etməsini, bu hərəkətinə görə anasının narahat olacağını demiş və elə həmin vaxt onu evlərinə aparmasını təklif etmiş, lakin Zərərçəkmiş şəxs buna razı olmamışdır. Zərərçəkmiş şəxs danışıqlarından o, qızın psixoloji vəziyyətində problemlər olmasını başa düşmüş və onunla həmin axşam və gecə xeyli gəzərək ona evlərinə getməli olmasına inandırmağa çalışmış, lakin Zərərçəkmiş şəxs heç cür onunla razılaşmamışdır. Məhkum həmçinin qeyd etmişdir ki, o, Zərərçəkm iş şəxsla tanış olarkən onun yaşı barədə də ona sual vermiş, sonuncu da ona yaşının 17 olmasını bildirmişdir. Həmin vaxt onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə Zərərçəkmiş şəxs bu sözünə inanmış və əsl həqiqətdə onun 15 yaşının olması barədə bilməmişdir. “Lake” oteldə qaldıqları müddətdə Zərərçəkmiş şəxs ona təbii yolla da onunla cinsi əlaqədə olmasını təklif edərək bakirəliyinin pozulmamasını bildirdikdə, o, qızın bədbəxt olmaması üçün bu təklifi yerinə yetirməkdən imtina etmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum ilə yuxarıda göstərilən şəraitdə tanış olarkən onun yaşının on yeddi olmasını bildirməsini, lakin 10-cu sinifdə oxumasını, əslində həmin vaxt onun on beş yaşının olmasını, sonuncunun onu evlərinə aparıb anasına təhvil verməyi təklif etməsi ni, bu təkliflə razılaşmamasını, onunla birlikdə “Lake” mehmanxanasında bir həftə ərzində qalaraq həmin müddətdə özünün razılığı ilə Məhkum onunla üç dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmasını həmçinin ibtidai araşdırma zamanı və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında dindirilərkən verdiyi ifadələrində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da təsdiq etmişdir. Məhkəmə-psixoloji ekspertizasının 2 mart 2023-cü il tarixli 578 nömrəli rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs əqli və psixi inkişafının yaş xüsusiyyətlərinə uyğun olmaqla norma daxilində olduğu aşkar olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstr avertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Adaptivlik, ünsiyyətçillik, fəallıq, zirəklik kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs əqli inkişafı normaya uyğundur və o, əqli inkişaf və fərdi-psixi xüsusiyyətlərinə görə etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Məhkəmə-psixoloji ekspertizasının 4 may 2023-cü il tarixli 11/172 nömrəli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin və öz etdiyi hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək, ona qarşı edilmiş seksual hərəkətlərə q arşı müqavimət göstərmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir, onun fərdipsixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyililik əlamətləri müəyyən olunmur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında keçirilmiş məhkəmə-tibbi ekspertizasınn 24 may 2024-cü il tarixli 134 nömrəli rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs fiziki inkişafı əlamətləri, xarici görünüşü və həmçinin skelet yaşı bioloji yaşına 17-17,5 ilə uyğun gəlir. Zərərçəkmiş şəxs hal-hazırda, yəni 6 may 2024-cü il tarixə instrumental müayinənin nəticəsinə əsasən 2022-ci ilin avqust ayında yaşı 15,5-16 ilə uyğun ola bilər. Həm Məhkum, həm də zərər çəkmiş Zərərçəkmiş şəxs təsvir edilmiş ifadələrinin iş üzrə toplanmış digər sübutlarla, o cümlə dən məhkəmə-psixoloji ekspertizalarının rəyləri və məhkəmə-tibbi ekspertizasının 24 may 2024-cü il tarixli 134 nömrəli rəyi ilə əlaqəli şəkildə müqayisəli təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Zərərçəkmiş şəxs Məhkum ilə tanış olarkən onun yaşının 17 olmasını bildirsə də, sonuncu onun bu haqda ona ünvanladığı suala verilmiş cavaba özü də şübhə ilə yanaşmış və ifadələrində qeyd etdiyi kimi, Zərərçəkmiş şəxs psixoloji durumunda problemlər olmasını müəyyən etmiş, faktiki olaraq isə - bu cavaba inanmamış və məhz buna görə də sonuncuya kömək etmək məqsədilə hətta onu evlərinə aparıb anasına təhvil verməyi təklif etmiş, yəni zərər çəkmişin dediyi kimi, onun on yeddi yaşında deyil, bundan az yaşda olmasını yəqin etmişdir. Onun belə ehtimalı isə həmçinin Zərərçəkmiş şəx s fiziki cəhətlərinə (sonuncunun cinayətin törədildiyi dövrdə dediyi yaşda deyil, bundan az yaşda olması iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür), onun danışıq tərzinə, etdiyi söhbətlərin məzmununa, o cümlədən anasının ona bəslədiyi münasibətdən şikayətlər etməsinə əsaslanmış, lakin bütün bunlara baxmayaraq o, on altı yaşına çatmamış şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bütün təsvir edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olarkən onun on altı yaşına çatmamasını dəqiq bilməsə də, onun bu yaşdan artıq yaşda olmasını da dəqiqliklə müəyyən etməmiş, belə halın mövcudluğuna dair ibtidai araşdırma orqanı və məhkəmələr mötəbər sübutlar əldə etməmiş və belə olan halda apellyasiya instansiya sı məhkəməsi haqlı olaraq işin faktiki hallarından və bu halların arxasında duran sübutlardan çıxış edərək Məhkum ona istinad olunan əməlləri məhz on altı yaşına çatmamış şəxsə qarşı törətməsi, yəni onun CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Burada apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşan məhkəmə kollegiyası maddi hüquq normasına yuxarıda göstərilən qaydada verdiyi təfsirin davamı olaraq vurğulamağı lazım bilir ki, CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş şəxs üçün onun cinsi toxunulmazlığına təcavüz etdiyi şəxsin həmin maddədə göstərilən yaş həddinə çatıb-çatmaması kimi hal qeyri-müəyyən olduqda, yəni onun bu haqda dəqiq bilməməsi halında sonuncunun göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi zamanı həqiqətə uyğun olmayan məlumatlar deyil, işin faktiki halları və bu halların təsdiq edilməsinə dair toplanaraq araşdırılmış mötəbər və təkzib edilməz sübutlar nəzərə alınmalıdır. Hazırki iş üzrə isə Zərərçəkmiş şəxs öz yaşı barədə yalan məlumatlar verməsinə baxmayaraq onun 23 iyul 2007-ci il tarixdə anadan olmuş şəxs kimi 2022-ci ilin avqust ayında on altı yaşına çatmaması təkzib edilməz şəkildə tam sübuta yetirilmiş, onun dediyi yaşda olmasına işarə verən əks sübutlar isə nə ibtidai araşdırma zamanı, nə də ki işə məhkəmələrdə baxılarkən əldə olunmamışdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işinin materiallarına əsasən istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən həm ibtidai araşdırma orqan ı, həm də məhkəmələr tərəfindən, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş, iş üzrə keçirilmiş ekspertiza rəyləri, işə əlavə olunmuş sənədlər və başqa sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, apellyasiya instansiyası məhkəməsi isə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması barədə çıxardığı 5 noyabr 2024-cü il tarixli hökmün əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və özü də əsaslandığı sübutların qəbuledilməzl iyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin Məhkum “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları tam həcmdə təmin olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməsini və qiymətləndirilməsini, yəni CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini, iş üzrə həmin məhkəmənin gəldiyi nəticənin kifayət qədər əsaslandırılmasını qeyd edərək bunun əksinə olan kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır, bu dəlillərin üzərində qurulmuş tələbin təmin edilməsi - 5 noyabr 2024-cü il tarixli hökmün ləğv edilərək Məhkum barəsindəki cinayət işinin icraatına xitam verilməsi üçün isə əsaslar görmür. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün bunlar Məhkum tam qanuni və əsaslı olaraq ona qarşı CM-in 152.1-ci maddəsi irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək məhkum olunmasına, yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən həm də CPM-in 416.1.11-ci maddəsində göstərilən pozuntuya yol verilməməsinə dəlalət edir. Kassasiya şikayətində müdafiəçi Y.Y.İsmayılov Məhkuma onun təqsirli bilindiyi maddə ilə təyin edilmiş cəzaların ağırlığını mübahisələndirməsə də, məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq bu məsələni də yoxlamış və müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi 5 noyabr 2024-cü il tarixli hökmlə bu məsələni həll edərkən Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona qarşı şikayətinin və tələbinin olmaması və ona yüngül cəzanın təyin edilməsi barədə mövqeyini, həmçinin iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəz ərə almış və ona bu hallara uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, eyni zamanda CM-in 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə riayət edərək cəza təyini sahəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin Plenumunun bəzi Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə uyğun olan mövqe sərgiləmişdir. Məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı hissədə də apellyasiya instansiyası məhkəməsinin 5 noyabr 2024-cü il tarixli hökmünü qanuni və əsaslı hesab edir və ümumilikdə həmin məhkəmə CPM-in 416.1-ci maddəsində sadalanan hər hansı pozuntuya yol vermədiyindən göstərilən hökmün ləğv edilməsini və ya dəyişdirilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlər i nəzərə alıb müdafiəçi Y.Y.İsmayılovun kassasiya şikayətinin dəlillərini bir daha iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə sonuncunun, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 noyabr 2024-cü il tarixli hökmü isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 noyabr 2024-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar