Məhkəmə qərarları › İş №1(102)-771/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-771/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-771/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: Yaqubov Fərid Murtuza oğlu) Məhkum – xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il ta rixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum verilmiş ittihama əsasən, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2019-cu il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan yaşadığı ünvan 2 ünvanın qarşısında saxladığı “Tofaş” markalı, **-KV-*** dövlət qeydiyyat ni şanlı avtomobilin içərisindən 1 ədəd 500 manat dəyərində “Delfin” markalı maqnitafonu və hər birinin dəyəri 75 manat olan, 2 ədəd ümumi dəyəri 150 manat təşkil edən səs gücləndiricilərini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs2 ümumi olaraq 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2019-cu il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan yaşadığı ünvan 3 ünvanın qarşısında saxladığı “Opel Astra” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən 1 ədəd 80 manat dəyərində “Kenwood” markalı, KDCW534U modelli, USB/CD/MP3 oxuducu maqnitafonu, 2 ədəd hər birinin dəyəri 20 manat olan ümumi dəyərləri 40 manat təşkil edən “Pioneer” markalı, TS-A6961E modelli səsgüclə ndiriciləri gizli olaraq talamağa cəhd etmiş, lakin cinayət onun iradəsindən asılı olmayaraq başa çatmadığından, Zərərçəkmiş şəxs1 ümumi olaraq 120 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş Apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: N.E.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş Apelyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin Apelyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tari xli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsində işə baxılarkən məhkəmə onu dinləməmiş, barəsində heç bir şikayət olmadığını, əməlindən peşiman olmağını və iş üzrə digər yüngülləşdirici halları nəzərə almadan qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını dəyişərək cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsəl ələr: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin C inayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və Apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsində işə baxılarkən məhkəmə onu dinləməmiş, barəsində heç bir şikayət olmadığını, əməlindən peşiman olmağını və iş üzrə digər yüngülləşdirici halları nəzərə almadan qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını dəyişərək cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinə baxmış birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə cəza təyin edərkən,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər sırasına aid edilməsini, Məhkum şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs Məhkum törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran hallar müəyyən edilməməsini nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin hökmü ndən müəyyən edilir ki, məhkəmə bu halları, eləcə də məhkəmə iclasında tədqiq edilmiş digər halları nəzərə almaqla Məhkum sanksiyanın nisbətən aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkuma təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün qanuni əsasların mövcudluğu müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Cinayət işinin ibtidai istintaqı, birinci və Apelyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, Məhkummüdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixl i qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində göstərilən hallara uyğun əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar