Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-771/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, mülki iddiaçı - “Abituriyent” jurnalı redaksiyasının nümayəndəsi Bağırov Əkbər Məmməd oğlunun, məhkum olunmuş şəxslər Məhkum1 və Məhkum2 müdafiəçisi Xudaquluyev Samir Məhəbbət oğlunun iştirakları ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 12.1, 165.2.2 və 29, 165.2.2-ci maddələri ilə bəraət verilməsinə onların hər birisinin CM-nin 29, 165.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli hökmündən məhkum olunmuş şəxslərin müdafiəçisi S.M.Xudaquluyev tərəfindən və zərər çəkmiş şəxs və mülki iddiaçı “Abituriyent” jurnalı redaksiyasının nümayəndəsi Ə.M.Bağırov tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Tağıyev Cavid Tahir oğlu) Məhkum1, xxxxxxxxx il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, və Məhkum2, xxxxxxxxxxxxx il tarixdə Ermənistan Respublikasının Kalinino rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, onların əməllərində CM-nin 12.1, 165.2.2 və 29, 165.2.2-ci maddələrinin tərkibi olmadığına görə bəraət verilmişdi r. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə və zərər çəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 02 sentyabr 2020-ci il tarixli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum1 və Məhkum2, hər birisi CM-nin 29, 165.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onlara həmin maddələrlə cəza təyin edilməmiş, zərər çə kmiş şəxs “Abituriyent” jurnalı redaksiyasının mülki iddiası isə təmin edilməmişdir. İşin halları: Apellyasiya instansiyası məhkəməsinin ittiham hökmünə əsasən, Məhkum1 Azərbaycan Respublikasının vətəndaşı olmaqla digər Azərbaycan Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin cinayət qanunvericiliyinə əsasən cinayət sayılan və həmin əmələ görə xarici dövlətdə məhkum olunmamaqla, Azərbaycan Respublikası hüdudlarından kənarda özgənin elmi və başqa əsərini qanunsuz olaraq yenidən dərc edib müəllifliyini mənimsəyərək xeyli miqdarda ziyan vurmaqla müəlliflik hüququ obyektlərindən qanunsuz istifadə etmiş, vahid qəsdlə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilavasitə cinayət törətməyə yönələn özgənin elmi və başqa əsərini qanunsuz olaraq xeyli miqdarda ziyan vurmaqla yaymadan ibarət qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin cinayəti törətməyə cəhd etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən, müəlliflik hüququnun qanunla qorunmasına və "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının 5 iyun 1996-cı il tarixli, 115-İQ nömrəli Qanunun 4, 5, 15 və 44-cü maddələrinə əsasən, təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan, açıqlanmış, obyektiv formada mövcud olan elmi və başqa əsərlər müəlliflik hüququ obyekti olmaqla həmin əsərlərdən hər hansı formada və üsulla, o cümlədən, əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarma (surətçıxarma hüququ), əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yayma (yaymaq hüququ) və əsərin nüsxələrini (o cümlədən, müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmədə (idxal hüququ) ifadə edilən ondan istifadə etməyə müstəsna hüququn əsər müəllifi və ya əsərə müəlliflik hüququnun digər sahibinə məxsus olmasına, əsərin istənilən texniki mühafizə vasitələrinin və ya onun hissələrinin istehsalına, yayılmasına, kirayəyə verilməsinə, müvəqqəti istifadəsinə, idxalına, reklamına, gəlir götürmək məqsədi ilə istifadəsinə, yaxud texniki mühafizə vasitələrinin tətbiqini qeyrimümkün edən və y a texniki vasitələrlə bu hüquqların lazımi müdafiəsinin təmin edilməsinə yönəldilmiş hərəkətlərin qadağan edilməsinə və istehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun pozulmasına səbəb olan əsər nüsxələrinin pirat nüsxələr sayılmasına baxmayaraq, özgənin elmi və başqa əsərini vahid niyyətlə qanunsuz olaraq yenidən dərc etmə və yaymaqla müəllifliyini mənimsəyib xeyli miqdarda ziyan vurmaqla müəlliflik hüququ obyektlərindən qanunsuz istifadə edərək ölkə ərazisində geniş miqyasda satışını həyata keçirmək məqsədilə 11 yanvar 2018-ci il tarixində Türkiyə Respublikasının Ankara şəhərinə gedərək, çap üsulu ilə pirat kitabların nəşrini və dərcini həyata keçirə biləcəyi mətbəə barədə maraqlanıb həmin şəhərin İskit qəsəbəsində istintaqla müəyyən edilməyən şəxs tərəfindən ticarət fəali yyətinin həyata keçirildiyi mətbəəni müəyyən edərək, həmin mətbəədə qeyd edilən nəşri və dərci həyata keçirə biləcəyinə əmin olduqdan sonra 13 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikasına qayıdıb, satış bazarında kütləvi alıcı təlabatına malik olan nəşrləri müəyyən edərək xüsusi tələbatın olduğu dərsliklər, dərs vəsaitləri və test toplularından ibarət ayrı-ayrı kitabların orijinal nüsxələrini satış obyektlərindən əldə edib, onlar üzərində müəlliflik hüququnun məxsus olduğu redaksiya və nəşriyyatlardan kitabların yenidən dərc olunması, yayılması, surətinin çıxarılması və digər formada çoxaldılması barədə yazılı və şifahi razılıq almadan, onlardan xəbərsiz olaraq, həmin nüsxələr əsasında mətbəədə çap edilib hazırlanaraq pirat məhsul kimi kütlənin tələbatını ödəməkdən ötrü satmaqla döv riyyəyə buraxılıb ondan istifadəyə imkan yaradılması yolu ilə dərc etdirməklə yayıb qazanc əldə etməyə dair 13-15 yanvar 2018-ci il tarixləri ərzində Bakı şəhəri, Nizami rayonunda yerləşən Qara Qarayev metrostansiyasının yaxınlığında tanışı X11 ilə görüşərək həmin cinayətin törədilməsi üçün müzakirələr aparmaqla cinayətin birlikdə törədilməsinə razılaşaraq onunla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarında olan cinayətkar niyyətə uyğun olaraq, Ankara şəhəri İskit qəsəbəsində birlikdə yenidən nəşr və dərc etdirəcəkləri özgənin elmi və başqa əsərinin mətbəədən götürülüb daşınaraq Azərbaycan Respublikasına gətirilməsinin Məhkum2in tanışı olan cinayətdən xəbərsiz şəxslər vasitəsilə həyata keçirilməsinə dair aralarındakı razılaşmaya əsasən, özü, gələcəkdə əldə edəcəkləri q azancdan çıxılacağı nəzərə alınmaqla, həmin vaxt Məhkum2ə daşınma və gömrük xərcləri üçün 20.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 manat pul verdikdən sonra, satış bazarında kütləvi alıcı kütləsinə malik olan kitabları müəyyən edərək xüsusi tələbatın olduğu müəlliflik hüququ Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsinə məxsus olan, yuxarı sinif şagirdləri və təhsil işçiləri üçün elmi-metodiki və informatik materialların çap olunduğu rəsmi müntəzəm nəşr olan Respublika Mətbuat və İnformasiya Nazirliyinin 18 fevral 1999-cu il tarixli, B171 saylı, Ədliyyə Nazirliyinin 16 sentyabr 1996-cı il tarixli, D 1567 saylı qərarı ilə dövlət qeydiyyatından keçmiş “Abituriyent” jurnalı və 2009-cu ildə təsis edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmaqla məzmununda müxtəli f elmi və başqa əsərlərin nəşr olunduğu dərsliklər, dərs vəsaitləri və test toplularından ibarət həmin kitabların hər birindən bir orijinal nüsxəni Bakı şəhərində ayrı-ayrı satış məntəqlərindən satın alıb hüquq sahibi olan qeyd edilən redaksiya və nəşriyyatların razılığı və məlumatı olmadan özü ilə 15 yanvar 2018-ci il tarixdə Ankara şəhərinə aparıb, qeyd edilən qəsəbədə yerləşən mətbəədə məzmununda özgənin elmi və başqa əsəri olan orijinal nüsxələri təqdim etməklə onlar əsasında müəlliflik hüququ “Abituriyent” jurnalına məxsus olan 6.690 ədəd “İngilis dili 5-ci sinif test tapşırıqları”, 6.150 ədəd “İngilis dili 6-cı sinif test tapşırıqları”, 630 ədəd “Azərbaycan dili 5ci sinif test tapşırıqları”, 2.340 ədəd “Azərbaycan dili 6-cı sinif test tapşırıqları”, 1.060 ədəd “Azərbaycan dili 7-ci s inif test tapşırıqları”, 8.600 ədəd “Riyaziyyat 5-ci sinif test tapşırıqları”, 6.840 ədəd “Riyaziyyat 6-cı sinif test tapşırıqları”, 7.340 ədəd “Riyaziyyat 7-ci sinif test tapşırıqları” olmaqla, ümumilikdə 79.235,3 manat dəyərində 39.650 ədəd və müəlliflik hüququ "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan 12.810 manat dəyərində 3.660 ədəd abituriyentlər üçün dərs vəsaiti olan “Azərbaycan dili V-Xİ sinif” kitablarının qanunsuz olaraq yenidən nəşr və dərc edilməsini həyata keçirməklə Azərbaycan Respublikasının vətəndaşı kimi digər Azərbaycan Respublikası vətəndaşı olan Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, həm Azərbaycan Respublikasının, həm də Türkiyə Respublikasının cinayət qanunvericiliyinə əsasən cinayət sayılan və həmin əmələ görə xarici dövlətdə məhkum olunm amaqla, Türkiyə Respublikası ərazisində özgənin elmi və başqa əsərini qanunsuz olaraq yenidən dərc edib Dövlət İmtahan Mərkəzinin “Abituriyent Jurnalı redaksiyası”na 79.235,3 manat və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 12.810 manat olmaqla, vahid niyyətlə həmin nəşriyyatlara xeyli miqdarda, cəmi 92.045,3 manat məbləğində ziyan vurmaqla müəllifliklərini mənimsəyərək müəlliflik hüququ obyektlərindən qanunsuz istifadə etmiş, qeyd edilən vahid qəsdlə, həmin kitabların artıq daşınmaya hazır olmasını Məhkum2ə bildirdikdən sonra, onun vasitəsilə malın daşınması üçün təqdim edildiyi cinayətdən xəbərsiz olan “xxxx” MMC-in səlahiyyətli şəxsi ilə yükdaşıma fəaliyyətini həyata keçirən “X22 A.Ş.” şirkəti arasında qeyd edilən kitabların daşınması üçün 19 yanvar 2018-ci il tarixdə müqavilə bağlanmaql a “X22 A.Ş.” şirkətinin cinayətdən xəbərsiz olan sürücüsü Türkiyə Respublikası vətəndaşı Mehmet Tangalın idarə etdiyi “SCHMİTZ” markalı yarımqoşqusu olan “***************” markalı, ** *** dövlət qeydiyyat nömrəli yük avtomaşını ilə həmin kitabların daşınaraq 25 yanvar 2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinə gətirildiyi zaman vahid niyyətlə cinayət əməllərini davam etdirərək həmin kitabları “xxxx” MMC-nin həmin Gömrük İdarəsində cinayətdən xəbərsiz olan etibarnamə üzrə nümayəndəsi X21 tərəfindən, qaçaqmalçılıq niyyəti olmadan, rəsmi qaydada bəyan edilərək gömrük orqanına təqdim edilməklə rəsmiləşdirilməsi həyata keçirilərkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparıl an ekspertiza üzrəverilmiş 7 mart 2018-ci il tarixli ekspert rəyinə əsasən, həmin kitabların hüquq sahibi olan qeyd edilən redaksiya və nəşriyyatların razılığı və məlumatı olmadan qanunsuz olaraq yenidən dərc edilməsi müəyyən olunduğundan bilavasitə cinayət törətməyə yönələn özgənin elmi və başqa əsərini qanunsuz olaraq yaymadan ibarət qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Dövlət İmtahan Mərkəzinin “Abituriyent Jurnalı redaksiyası”na 79.235,3 manat və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 12.810 manat olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə həmin nəşriyyatlara xeyli miqdar təşkil edən cəmi 92.045,3 manat məbləğində ziyan vurmaqla özgənin elmi və və başqa əsərini qanunsuz olaraq yaymağa cəhd etmişdir. X11 Azərbaycan Respublikasının vətəndaşı olmaqla digər Azərbaycan Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin cinayət qanunvericiliyinə əsasən cinayət sayılan və həmin əmələ görə xarici dövlətdə məhkum olunmamaqla, Azərbaycan Respublikası hüdudlarından kənarda özgənin elmi və başqa əsərini qanunsuz olaraq yenidən dərc edib müəllifliyini mənimsəyərək xeyli miqdarda ziyan vurmaqla müəlliflik hüququ obyektlərindən qanunsuz istifadə etmiş, vahid qəsdlə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilavasitə cinayət törətməyə yönələn özgənin elmi və başqa əsərini qanunsuz olaraq xeyli miqdarda ziyan vurmaqla yaymadan ibarət qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməy ərək, həmin cinayəti törətməyə cəhd etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən, müəlliflik hüququnun qanunla qorunmasına və "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının 5 iyun 1996-cı il tarixli, 115-İQ nömrəli Qanunun 4, 5, 15 və 44-cü maddələrinə əsasən, təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan, açıqlanmış, obyektiv formada mövcud olan elmi və başqa əsərlər müəlliflik hüququ obyekti olmaqla həmin əsərlərdən hər hansı formada və üsulla, o cümlədən, əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarma (surətçıxarma hüququ), əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yayma (yaymaq hüququ) və əsərin nüsxələrini (o cümlədən, müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmədə (idxal hüququ) ifadə edilən ondan istifadə etməyə müstəsna hüququn əsər müəllifi və ya əsərə müəlliflik hüququnun digər sahibinə məxsus olmasına, əsərin istənilən texniki mühafizə vasitələrinin və ya onun hissələrinin istehsalına, yayılmasına, kirayəyə verilməsinə, müvəqqəti istifadəsinə, idxalına, reklamına, gəlir götürmək məqsədi ilə istifadəsinə, yaxud texniki mühafizə vasitələrinin tətbiqini qeyrimümkün edən və ya texniki vasitələrlə bu hüquqların lazımi müdafiəsinin təmin edilməsinə yönəldilmiş hərəkətlərin qadağan edilməsinə və istehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququn un pozulmasına səbəb olan əsər nüsxələrinin pirat nüsxələr sayılmasına baxmayaraq, özgənin elmi və başqa əsərini vahid niyyətlə qanunsuz olaraq yenidən dərc etmə və yaymaqla müəllifliyini mənimsəyib xeyli miqdarda ziyan vurmaqla müəlliflik hüququ obyektlərindən qanunsuz istifadə edərək ölkə ərazisində geniş miqyasda satışını həyata keçirmək məqsədilə 13-15 yanvar 2018-ci il tarixləri ərzində Bakı şəhəri, Nizami rayonunda yerləşən Qara Qarayev metrostansiyasının yaxınlığında tanışı Məhkum1 ilə görüşərək onunla sonuncunun 11 yanvar 2018-ci il tarixində Türkiyə Respublikasının Ankara şəhəri, İskit qəsəbəsində istintaqla müəyyən edilməyən şəxsə məxsus mətbəəni artıq müəyyən etməsi və həmin mətbəədə qeyd edilən nəşri və dərci həyata keçirə biləcəklərinə, habelə, Azərbaycan Respublikası üzrə sat ış bazarında kütləvi alıcı təlabatına malik olan nəşrləri müəyyən edərək xüsusi tələbatın olduğu dərsliklər, dərs vəsaitləri və test toplularından ibarət ayrı-ayrı kitabların orijinal nüsxələrini satış obyektlərindən əldə edib, onlar üzərində müəlliflik hüququnun məxsus olduğu redaksiya və nəşriyyatlardan kitabların yenidən dərc olunması, yayılması, surətinin çıxarılması və digər formada çoxaldılması barədə yazılı və şifahi razılıq almadan, onlardan xəbərsiz olaraq, həmin nüsxələr əsasında qeyd olunan mətbəədə çap edilib hazırlanaraq pirat məhsul kimi kütlənin tələbatını ödəməkdən ötrü satmaqla dövriyyəyə buraxılıb ondan istifadəyə imkan yaradılması yolu ilə dərc etdirməklə yayıb qazanc əldə etməyə dair müzakirələr aparıb qeyd edilən cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs qismində tö rətməyə dair razılığa gəlib, aralarında olan cinayətkar niyyətə uyğun olaraq, Ankara şəhəri İskit qəsəbəsində birlikdə yenidən nəşr və dərc etdirəcəkləri özgənin elmi və başqa əsərinin mətbəədən götürülüb daşınaraq Azərbaycan Respublikasına gətirilməsinin özünün tanışı olan cinayətdən xəbərsiz şəxslər vasitəsilə həyata keçirilməsinə dair öhdəsinə götürdüyü razılaşmaya əsasən, Məhkum1 gələcəkdə əldə edəcəkləri qazancdan çıxılacağı nəzərə alınmaqla, daşınma və gömrük xərcləri üçün 20.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 manat pul aldıqdan sonra, satış bazarında kütləvi alıcı kütləsinə malik olan kitabları Məhkum1 müəyyən edərək xüsusi tələbatın olduğu müəlliflik hüququ Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsinə məxsus olan, yuxarı sinif şagirdləri və təhsil işçiləri üçü n elmi-metodiki və informatik materialların çap olunduğu rəsmi müntəzəm nəşr olan Respublika Mətbuat və İnformasiya Nazirliyinin 18 fevral 1999-cu il tarixli, B171 saylı, Ədliyyə Nazirliyinin 16 sentyabr 1996-cı il tarixli, D 1567 saylı qərarı ilə dövlət qeydiyyatından keçmiş “Abituriyent” jurnalı və 2009-cu ildə təsis edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmaqla məzmununda müxtəlif elmi və başqa əsərlərin nəşr olunduğu dərsliklər, dərs vəsaitləri və test toplularından ibarət həmin kitabların hər birindən bir orijinal nüsxəni Bakı şəhərində ayrıayrı satış məntəqlərindən satın alıb hüquq sahibi olan qeyd edilən redaksiya və nəşriyyatların razılığı və məlumatı olmadan özü ilə, Azərbaycan Respublikasının vətəndaşı kimi, 15 yanvar 2018-ci il tarixdə Ankara şəhərinə aparıb, qey d edilən qəsəbədə yerləşən mətbəədə məzmununda özgənin elmi və başqa əsəri olan orijinal nüsxələri təqdim etməklə onlar əsasında müəlliflik hüququ “Abituriyent” jurnalına məxsus olan 6.690 ədəd “İngilis dili 5-ci sinif test tapşırıqları”, 6.150 ədəd “İngilis dili 6-cı sinif test tapşırıqları”, 630 ədəd “Azərbaycan dili 5-ci sinif test tapşırıqları”, 2.340 ədəd “Azərbaycan dili 6-cı sinif test tapşırıqları”, 1.060 ədəd “Azərbaycan dili 7-ci sinif test tapşırıqları”, 8.600 ədəd “Riyaziyyat 5-ci sinif test tapşırıqları”, 6.840 ədəd “Riyaziyyat 6-cı sinif test tapşırıqları”, 7.340 ədəd “Riyaziyyat 7-ci sinif test tapşırıqları” olmaqla, ümumilikdə 79.235,3 manat dəyərində 39.650 ədəd və müəlliflik hüququ "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan 12.810 manat dəyərində 3.660 ədəd abit uriyentlər üçün dərs vəsaiti olan “Azərbaycan dili V-Xİ sinif” kitablarının qanunsuz olaraq yenidən nəşr və dərc edilməsini həyata keçirməklə Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, həm Azərbaycan Respublikasının, həm də Türkiyə Respublikasının cinayət qanunvericiliyinə əsasən cinayət sayılan və həmin əmələ görə xarici dövlətdə məhkum olunmamaqla, Türkiyə Respublikası ərazisində özgənin elmi və başqa əsərini qanunsuz olaraq yenidən dərc edib Dövlət İmtahan Mərkəzinin “Abituriyent Jurnalı redaksiyası”na 79.235,3 manat və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 12.810 manat olmaqla, vahid niyyətlə həmin nəşriyyatlara xeyli miqdarda, cəmi 92.045,3 manat məbləğində ziyan vurmaqla müəllifliklərini mənimsəyərək müəlliflik hüququ obyektlərindən qanunsuz istifadə etmiş, qeyd edilən vahid qəsdlə, həmin kitabların artıq daşınmaya hazır olmasını Məhkum1 bildirməsindən sonra, özü həmin pirat malın daşınması üçün təqdim edildiyi cinayətdən xəbərsiz olan “xxxx” MMC-nin səlahiyyətli şəxsi ilə yükdaşıma fəaliyyətini həyata keçirən “X22 A.Ş.” şirkəti arasında 19 yanvar 2018-ci il tarixdə müqavilə bağlanmaqla “X22 A.Ş.” şirkətinin cinayətdən xəbərsiz olan sürücüsü Türkiyə Respublikası vətəndaşı Mehmet Tangalın idarə etdiyi “SCHMİTZ” markalı yarımqoşqusu olan “***************” markalı, ***** dövlət qeydiyyat nömrəli yük avtomaşını ilə həmin kitabların daşınaraq 25 yanvar 2018-ci il tarixdə ünvan 6 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinə gətirildiyi zaman vahid niyyətlə cinayət əməllərini davam etdirərək həmin kitabları “xxxx” MMC-nin həmin Gömrük İdarəsində cinayətdən xəbərsiz olan etibarnamə üzrə nümayəndəsi X21 tərəfindən, qaçaqmalçılıq niyyəti olmadan, rəsmi qaydada bəyan edilərək gömrük orqanına təqdim edilməklə rəsmiləşdirilməsi həyata keçirilərkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan ekspertiza üzrə verilmiş 7 mart 2018ci il tarixli ekspert rəyinə əsasən, həmin kitabların hüquq sahibi olan qeyd edilən redaksiya və nəşriyyatların razılığı və məlumatı olmadan qanunsuz olaraq yenidən dərc edilməsi müəyyən olunduğundan bilavasitə cinayət törətməyə yönələn özgənin elmi və başqa əsərini qanunsuz olaraq yaymadan ibarət qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Dövlət İmtahan Mərkəzinin “Abituriyent Jurnalı redaksiyas ı”na 79.235,3 manat və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 12.810 manat olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə həmin nəşriyyatlara xeyli miqdar təşkil edən cəmi 92.045,3 manat məbləğində ziyan vurmaqla özgənin elmi və və başqa əsərini qanunsuz olaraq yaymağa cəhd etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli hökmündən məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi S.M.Xudaquluyev və mülki iddiaçı - “Abituriyent” jurnalı redaksiyasının nümayəndəsi Ə.M.Bağırov kassasiya şikayəti verərək, müdafiəçi apellyasiya instansiyası məhkəməsinin həmin hökmünün ləğv edilməsini və Məhkum1 və Məhkum2 əməllərində cinayət tərkibinin olmaması əsası ilə onların barəsində bəraət hökmünün çıxarılmasını, nümayəndə isə hökmün mülki iddian ın təmin edilməməsi hissəsində ləğv edilməsini və mülki iddianın təmin edilməsi haqqında qərar qəbul ediməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarındakı hüquqi mövqeyə istinad edən və işin faktiki hallarını mübahisələrindən müdafiəçi S.M.Xudaquluyev həmin şikayətini belə əsaslandırmışdır ki, appellyasiya instansiyası məhkəməsi ittiham hökmünün çıxarılması barədə nəticəyə gələrkən yalnız özünün daxili inamını əsas götürmüş, ümumiyyətlə həmin kitabların pirat yolu ilə hazırlanması barədə əvvəldən məlumatı olmasını təsdiq edən hər hansı bir mötəbər sübut olmamasma baxmayaraq məhkə mə yalnız məhkumların ibtidai araşdırmanın ilkin mərhələsində verdikləri ifadələrə əsaslanmış, lakin sonuncuların həmin ifadələrində də kitabların qanunsuz yolla çap edilməsi barədə heç nə göstərməmiş, Məhkum2 və Məhkum1 üzləşdirilməsi zamanı da bu hal təsdiqini tapmamış, məhkəmə isə bu hala düzgün hüquqi qiymət verməmişdir ki, həmin kitabalar “xxxx” MMC şirkətinin adından gətirilmiş, qeyd edilən kitablar barəsində müvafiq məlumatların hamısı təqdim edilmiş, həttda bu barədə Təhsil Nazirliyinə və İmtahan Mərkəzinə rəsmi olaraq həmin çap məhsulunun ölkəyə buraxılması üçün icazə tələb olunmuş, lakin kitabların ölkəyə gətirilməsi üçün Təhsil Nazirliyi tərəfindən hər hans bir icazənin verilməməsi aydınlaşmışdır. Belə bir halda, yəni həqiqətən Məhkum2in və Məhkum1 həmin kitabların pirat məhsu l olması barədə məlumatları olduğu halda onların nəyə görə bu kitabları qanuni yolla gömrük orqanlarına bəyan etməklə gətirmək istəmələri, bu barədə aidiyyəti orqanlara rəsmi müraciət etmələri kimi iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamış və bu hallara düzgün hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsaslanaraq müdafiəçi S.M.Xudaquluyev apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini və Məhkum1 və Məhkum2 əməlində cinayət tərkibinin olmaması əsası ilə onların barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) “Abituriyent” jurnalı redaksiyasının nümayəndəsi Ə.M.Bağırov kassasiya şikayətini onun la əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi məhkumların barəsindəki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) “Abituriyent” jurnalı redaksiyasının nümayəndəsinin ifadəsinə, ekspert rəyinə hüquqi qiymət verməmiş və qanunun tələblərini pozaraq qaldırılmış mülki iddianı əsassız olaraq təmin etməmişdir. Kassasiya şikayətinin müəllifi qeyd edir ki, məhkəmə verilmiş mülki iddianı təmin etməməsini belə əsaslandırmışdır, işin hallarına görə Məhkum1 və Məhkum2 müəlliflik hüququ Abituriyentjurnalına məxsus olan kitabları satıb gəlir əldə edə bilməmişlər, həmin kitablar gömrük sərhədində saxlanılmışdır və buna görə də Məhk um1 və Məhkum2 əməli nəticəsində “Abituriyent” jurnalı redaksiyasına heç bir ziyan vurulmamışdır. Zərər çəkmiş şəxsin nümayəndəsinin mövqeyinə görə, işə baxan məhkəmənin bu mövqeyi tamamilə qanunsuz və əsassızdır, onunla razılaşmaq olmaz ona görə ki, hüquqları “Abituriyent” jurnalı redaksiyasına məxsus kitabların satılıb-satılmamasından asılı olmayaraq, məhkum edilmiş şəxslərin həmin vəsaitləri satmaq məqsədi ilə əldə etdikləri andan “Abituriyent” jurnalının redaksiyasına zərərin vurulması hesab edilməlidir. İşə baxan məhkəmələr isə mülki iddia ilə bağlı məsələni həll edərkən ibtidai istintaq zamanı Əqli Mülkiyyət Agentliyindən alınmış və iş materiallarına əlavə edilmiş məktubu nəzərə almamış, Agentliyin nümayəndəsinin iş üzrə mütəxəssis qismində cəlb edilərək dindirilməsi barədə qaldırılm ış vəsatəti əsassız olaraq təmin etməmişlər. Vurulmuş zərərin hesablanması məsələsinə gəldikdə, göstərilən məktubda və sorğuya cavabda orijinal məhsulun qiymətinin saxta məhsulun nüsxələrinin sayına vurulması və nəticədə alınan məbləğin dəymiş zərərin yuxarı həddini təşkil etdiyi göstərilmişdir. Qanunvericiliyin tələbindən və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin yuxarıda göstərilən mövqeyindən görünür ki, CM-nin 29,165.2.2 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxs (mülki iddiaçı) “Abituriyent” jurnalı redaksiyasına məxsus test toplularının, jurnalların və digər vəsaitlərin pirat nüsxələrini satmaq məqsədi ilə əldə etdikləri andan müəlliflik hüququnu pozmuşlar, buna görə də “Abituriyent” jurnalı redaksiyasın a vurulmuş zərərin əvəzini ödəməlidirlər. Bunula da, nümayəndə Ə.M.Bağırov mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkumlar Məhkum1 və Məhkum2 məhkəmə iclasına naməlum səbəblərdən gəlməmişlər. Məhkəmə kollegiyası bu məsələyə dair dövlət ittihamçısının rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM- nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumların iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Müdafiəçi S.M.Xudaquluyevin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, Məhkum1 və Məhkum2 elan o lunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməməsini, apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilməməsini iddia edərək həmin məhkəmənin çıxardığı hökmün ləğv edilməli olması haqqında tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi Ə.M.Bağırovun kassasiya şikayətinə görə, onun müəllifi birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə baxılması zamanı faktiki olaraq təqdim olunmuş sübutların apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunmamasını, həmin sübutlara düzgün qiymət verilməməsini, nəticədə əsassız olaraq mülki iddianın təmin edilməməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11-ci maddələrinə əsasən isə,kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.6.məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11.məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 müdafiəçisinin, habelə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə cinayət işinin materiallarını, o cümlədən bu iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmü yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraqmüraciətin dəlillərindən asılı olmayaraqyalnız hüquq məsəl ələri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallar a əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam veri lməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökmlərinin və ya qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegi yası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə jörə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respu blikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutla rın əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Müdafiəçi S.M.Xudaquluyevin kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkumlar Məhkum1 və Məhkum2 təqsirliliklərinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni çoxsaylı şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən həmin sübutların tam şəkildə hazırki qərarda təsvirinə eh tiyac görmür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsindən, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, məhkumların müdafiəçisi S.M.Xudaquluyevin kassasiya şikayətində irəli sürüldüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması, həmin qərarın ləğv edilməsi və Məhkum1 və Məhkum2 barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında Qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İş materiallarından göründüyü kimi, bu halların əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın ək sinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum1 və Məhkum2, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqla rının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Məhkumların müdafiəçisi S.M.Xudaquluyevin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumların ölkəyə gətirmək istədikləri kitabların pirat məhsul olması barədə əvvəlcədən məlumatlarının olmasını təsdiq edən hər hansı bir mötəbər sübutun əldə edilməməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2 CM-nin 29, 165.2.2-ci maddəsi ilə təqsirli bilib məhkum etmişdir. Bu dəlillə bağlı, məhkəmə kolegiyası əvvəla qeyd edir ki, CM-nin 165.1-ci maddəsinə əsasən, müəlliflik h üququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa, göstərilən maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Qanunun tələbinə və mənasına görə, CM-nin 165.1-ci maddəsinin dispoziyasında nəzərdə tutulmuş əməlləri qanunsuz, o cümlədən müəlliflik və ya digər əlaqələri hüquqlara sahib olan fiziki və ya hüquqi şəxslərin məlumatı və ya rəsmi qaydada razılığı olmadan bu huquqların obyektlərindən istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, həmin əməllər xeyli miqdarda zərərin vurulmasına səbəb olduqda müəllifliq hüquqlarının pozulması kimi qiymətləndirilməli və CM-nin göstərilən maddəsi ilə tövsif edilməlidir. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə həmin əməlləri törətmiş şəxslərin əməlləri CM-nin 165.2.2-ci maddəsi ilə tövsif edilir. CM-nin 165-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 165-166-cı maddələrində “xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Məhkum1 və Məhkum2 CM-nin 165.1-ci maddəsində göstərilən əməllərin hamısını deyil, özgənin elmi (imtahan te stləri toplularını və dərs vasiətlərini) xeyli miqdarda - 92.045,3 manat yaymağa cəhd etdiklərinə görə təqsirli bilinmişlər. Cinayət işinin materialları üzrə toplanmış sübutlarla müəyyən edilir ki, Məhkum1 və Məhkum2 Türkiyə Respublikasında əldə edərək Azərbaycan Respublikasına gətirmək və ölkə ərazisində yaymaq niyyətində olduqları dərsliklər, test topluları və digər bu kimi elmi əsərlərin nəşr edilməsi və yayılması, yəni göstərilən elmi əsərlərə müəlliflik hüququ müstəsna olaraq cinayət işinə əlavə edilmiş Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının 5 iyun 1996-cı il tarixli 115-İQ nömrəli Qanunun tələblərrinə uyğun olaraq Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin 18 fevral 1999-cu il tarixli, B171 saylı, Ədliyyə Nazirliyinin 16 sentyabr 1996-cı il tarixli, D 1567 saylı qərarı ilə dövlət qeydiyyatından keçmiş “Abituriyent” jurnalına və 2009-cu ildə təsis edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmuşdur. Bu baxımdan onların təqsirli bilindikləri hərəkətlərin edilməsi yalnız buna müəlliflik hüququ olan hüquqi şəxslərin razılığı ilə mümkün idi. İş materiallarından isə görünür ki, əvvəla məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikasına gətirərək yaymaq niyyətində olduqları elmi əsərlərin Türkiyə Respublikasında istintaqla müəyyən olunmamış mətbəədə bu əsərlərə müəllifli hüququ olan hüquqi şəxslərin deyil, naməlum şəxslərin sifarişi ilə nəşr edilməsini bilsələr də həm buna, həm də ölkəyə gətirilərək yayılmasına “Abituriyent” jurnalı redaksiyasının razılığının olmasını aydınlaşdırmamış və buna baxmayaraq fa ktiki qanunsuz nəşr edilmiş əsərlərin qazanc əldə etmək üçün yayılması məqsədi izləmişlər. Belə ki, Məhkum1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən hazırki qərarın “İşin halları” hisəsində təsvir edilən cinayət əməllərini törətməsini etiraf edərək həmin cinayətlərin törədilməsi halları barədə sərbəst şəkildə ifadələr vermiş və bildirmişdir ki, o, 2012-ci il tarixdə birinci dəfə Türkiyənin İğdır şəhərində mətbəəçi qismində çalışan tanışı İsmayıl Arazdan 4500 ədəd “Azərbaycan dili” İ-İİİ-cü sinif iş dəftərləri gətirib gömrükdə rəsmiləşdirərək vergi və gömrük rüsumlarını ödəyərək satmış, lakin həmin dəftər satışından gə lir əldə edə bilməmişdir. 2018-ci ildə Ankara şəhərində mətbəəçi qismində çalışan X22 ilə tanış olmuş, onun mətbəəsində çap olunan pivə və araqlar üçün nəzərdə tutulmuş etiketləri alaraq Naxçıvan şəhərində yerləşən “Prestij” adlı zavoda göndərmişdir. Həmin ildə o, həmçinin X22 dəvəti ilə onun işlətdiyi mətbəədə olarkən, X22 mətbəədə artıq çap edilmiş kitabları ona göstərərək həmin kitabları Azərbaycan Respublikası vətəndaşının sifariş etdiyini, lakin aralarında yaranmış pul mübahisəsinə görə bu kitabları ona vermədiyini söyləmişdir. X22 ona 44980 ədəd Azərbaycan dilində olan test kitablarını 30.991,22 ABŞ dollarına satdığını bildirdikdən sonra, o, Bakı şəhərində kitabların satışı aparılan “Sədərək bazarı”na X22 ona təklif etdiyi kitabların satış qiymətləri ilə maraqlanmış və satıcılar belə ondan 2,40 manata alacaqlarını bildirərək eyni zamanda qeyd edilən test kitablarını rəsmi çapı ilə məşğul olan “Abituriyent” və “Hədəf” nəşriyyatından 4 manata aldıqlarını söyləmişlər (buradan görünür ki, Məhkum1 ölkə ərazisində həm pirat məhsulların, həm də rəsmi aydada çap olunan test toplularının və dərsliklərin fərqli qiymətlərlə alınıb-satılması barədə məlumatlı olmuşdur). Buna görə, o, X22 təklif etdiyi kitab ticarəti ilə məşğul olaraq qazanc əldə edə biləcəyini müəyyən edərək Volkanın təklifini dəyərləndirməyi düşünmüş, lakin pulu olmadığı üçün tanışı X23la görüşüb ondan borca pul istəmişdir. X23 ona 30.991,22 ABŞ dollar borc pul vermiş, lakin o, konkret olaraq X23 hansı kitabları alıb satacağı barədə bir söz deməmişdir. Bundan sonra Türkiyədən yük gətirmə işinə baxan tanışı Məhkum 2lə 2018-ci ilin yanvar ayının əvvəllərində görüşmüş, Məhkum2dən Azərbaycan dilində olan test kitabçalarını Türkiyənin Ankara şəhərindən Azərbaycana gətirilməsini xahiş etmişdir. Məhkum2 ondan yükün hər bir tonuna görə 1000 dollar alacağını və bunun müqabilində yükü Azərbaycana gətirərək burada rəsmiləşdirib vergi və gömrük rüsumlarını ödəməklə kitabları ona təhvil verəcəyini vəd etmişdir. Əvvəl X22 kitabların çəkisinin 23 ton olduğunu bildirsə də, sonradan kitabların çəkisinin 20 ton olduğu müəyyən edilmişdir. Məhkum 2 bütün yüklə bağlı sənədləşdirmə işlərini özü aparacağını bildirdiyindən, o, kitabların daşınması və rəsmiləşdirilməsi ilə bağlı heç bir sənədi imzalamamış, X22 ümumilikdə kitabların dəyəri olan 30.991.22 ABŞ dolları məbləğində puldan 27000 ABŞ dollarını ödəmiş, qalanını isə sonra ödəyəcəyinə söz vermişdir. Məhkum isə yükü gətirdikdən sonra 20000 ABŞ dolları verəcəyini vəd etmişdir. 25 yanvar 2018-ci il tarixdə ona məlum olmuşdur ki, gətirilən mallar gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar ayının əvvəllərində Məhkum1 Türkiyə Respublikasından Azərbaycan Respublikasına 20 ton çəkidə və 30.992 ABŞ dolları dəyərində olan kitablar gətirmək istəməsini demiş, o, isə buna görə ondan ümumilikdə 20.000 ABŞ dolları alacağını bildirmişdir. Məhkum1 onunla razılaşmış və pulu kitablar gəldikdən sonra verəcəyini vəd etmişdir. Bundan sonra həmin kitabları gətirmək üçün o, “xxxx” MMC-nin rəhbəri X 3 ilə danışmışdır. X24 ona bildirmişdir ki, 2017-ci ilin dekabr ayında Türkiyədən 231 qutu 397800 ədəd “Pen SAN” markalı mürəkkəbli diyircəkli qələmin Bakıya gətirilməsi ilə bağlı İstanbulda yerləşən “X22 ANONİM” şirkəti ilə müqavilə bağlamış və həmin qələmləri İstanbuldan gətirməyini xahiş edən zaman o, X4 gətirmək istədiyi kitabları da onun cəmiyyəti adından gətirmək üçün icazə almışdır. X24 razılığından sonra tanışı X24la danışıb vəziyyəti ona başa salaraq ona bildirmişdir ki, tırla dolu yük Gəncə Gömrük İdarəsinə gələcək və orada sənədləşmə işlərinin görülməsi üçün o, nümayəndə qismində iştirak etməlidir. Gəncə şəhərinə gedib bu işləri görmək üçün ona yol xərcləri verəcəyini söyləmişdir. X24 onun tanışı olduğu üçün ondan bu işləri görmək üçün pul istəməmişdir, lakin o, sonradan ona h örmət edib pul verəcəyini fikirləşmişdir. Belə ki, X27 “xxxx” MMC adından X24a etibarnamə verməsini xahiş etmiş, X27 onunla razılaşaraq notariusdan X24 gömrükdə sənədləşmə işlərinin aparılması üçün etibarnamə vermişdir. X24 Gəncədə olarkən gömrük rəsmiləşdirilməsi zamanı ona “xxxx” MMC-nin adından gətirilmiş kitablara görə Təhsil Nazirliyinin razılıq məktubunun alınmasının vacibliyi bildirilmiş, əks halda həmin kitabların rəsmiləşdirilməyəcəyi söylənilmişdir. O, həmin kitabların qanuni olubolmamasını yoxlamaq üçün ekspertizanın keçirilməsinə sərəncam verilməsi barədə şirkətin 01 fevral 2018-ci il tarixli məktubu Gəncə gömrük idarəsinə ünvanlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2018-ci il tarixli ekspert rəyinə əsasən təqdim edilən kita bların pirat kitablar olması müəyyən edilmişdir. “xxxx” MMC üçün gətirdikləri “Pensan” qələmlər isə müvafiq qaydada bəyan edilərək 26 fevral 2018-ci il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır. Qeyd olunan kitabların pirat kitablar olmasından nə onun, nə də “xxxx” MMC-nin rəhbəri X23 xəbəri olmamışdır. Belə ki, həmin kitablar Məhkum1 aid olmuşdur. O, yalnız fərdi qaydada yük daşımasını həyata keçirdiyi üçün kitabları “xxxx” MMC-nin adından gətirmişdir. O, “Caspi LTD” MMC-yə məxsus yüklərlə Məhkum1 kitab yüklərini eyni vaxtda gətirdiyi üçün rəsmiləşdirmənin də eyni vaxta edərək vaxt itkisinin olmaması və yük gətirən tırda boş qalan yerləri doldurmaq məqsədi ilə kitabları “xxxx” MMC-nin adından gətirmişdir. Onun sadaladıqlarından başqa niyyəti olmamışdır. Məhkum1 tamamilə yalan danışdığını, həmin kitabların ekspertizadan keçirilməsinin təşəbbüskarı özü olduğunu, həmin kitabların pirat nəşir olduğunu bildiyi halda onların Azərbaycan Respublikası ərazisinə gətirməyə razılıq verməyəcəyini bildirmişdir. Məhkum1 həmin kitabların qanunsuz pirat nəşir olmasını ona bildirməmişdir. Bu ifadələrin alınması zamanı Məhkum1 və Məhkum2 hər hansı şəxs, o cümlədən müstəntiq tərəfindən təzyiqin, fiziki və ya psixi zorakılığın tətbiq edilməsi, aldadılması, nəyəsəinandırılması və sair bu kimi qanunsuz hərəkətlərin edilməsi iş materialları ilə müəyyən edilmir. Buna görə məhkəmə kollegiyası həmin ifadələrin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusu ilə üst-üstə düşməsini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq Məhk um1 və Məhkum2 ibtidai araşdırma zamanı verdikləri bu ifadələrini sübut növü kimi qəbul edib onların məhkəmə iclasında verdikləri ifadələrini özünümüdafiə xarakterli və məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmişdir. Belə ki, ibtidai araşdırma zamanı ayrı-ayrılıqda dindirilmiş Məhkum1 və Məhkum2 ifadələrindən məlum olur ki, 2018-ci ilin yanvar ayında Məhkum1 tanışı X22 mətbəəsindən əvvəlcədən başqa şəxs tərəfindən sifariş edilərək dərc edilmiş pirat (kontrafakt) olan Azərbaycan dilində test kitablarını Azərbaycan Respublikasına gətirmək istəmiş, bu barədə tanışı Məhkum2ə bildirmiş, sonuncu həmin kitabların Azərbaycana gətirilməsinin mümkünlüyü barədə tanışlarından məlumat alaraq Məhəmmədə razılıq vermiş, Məhəmməd həmin kitabların sayı və qiyməti barədə məlumatla rı Məhkum2 bildirmiş, sonuncu isə kitabların gömrük sərhədində rəsmiləşdirilməsi üçün onların hər tonuna görə Məhkum1 1000 ABŞ dolları məbləğində pul istəmiş və eyni zamanda sənədləşdirmə işlərinini tanış bir şirkətin adından aparacağını demişdir. İşin bu qeyd edilən halları Məhkum1 və Məhkum2 ifadələri ilə yanaşı, şahidlər X16, X7 ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təsdiq edilir. Gəncə Gömrük İdarəsi tərəfindən aparılmış araşdırma zamanı "xxxx” MMC-nin adına 99 JG052/10ZX449 nömrə nişanı ilə qeydiyyatda olan yük avtomaşınındakı kitabların respublikaya idxalının uyğun olub-olmaması halı kitabların gətirilməsi üçün Təhsil Nazirliyindən rəsmi icazə sənədi olmadığından ekspertiza təyin edilməklə yoxlanılmışdır. Yoxlamanın nəticəsi olaraq isə həm in kitabların pirat məhsullarına aid olması müəyyən edilmişdir. Bundan sonra, Gəncə Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı mübarizə şöbəsi tərəfindən “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 448-ci (saxta və ya keyfiyyətsiz malların idxal edilməsi) və 482.3-cü (malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi) maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, işə məhkəmədə baxılarkən isə pirat kitabların idxalının cinayət məsuliyyəti yaratdığı müəyyən edilmiş və bu fakt araşdırılması üçün prokurorluğa göndərilmişdir. İş üzrə təyin edilmiş kontrafakt və əmtəəşünaslıq ekspertizasının 07 mart 2018-ci il tarixli, 5481/5482 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş “İngilis dili test tapşırıqları 5-ci sinif”, “İngilis dili test tapşırıqları 6-cı sinif”, “Azərbaycan dili test tapşırıqları 7-ci sinif”, “Riyaziyyat test tapşırıqları 5-ci sinif”, “Riyaziyyat test tapşırıqları 6-ci sinif”, “Riyaziyyat test tapşırıqları 7-ci sinif”, test vəsaitlər və “Azərbaycan dili Abituriyentlər üçün vəsait V-Xİ sinif” kitabları “Tədqiqat prosesinin təsviri” hissəsində göstərilən əlamətlərə əsasən pirat məhsullara aiddirlər. Azərbaycan Respublikasında kontrafakt və ya saxta məhsullarının satışı qadağan olduğu üçün yuxarıda adları sadalanan kitablar üzrə qiymətləndirmə aparılmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 15 avqust 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, müəlliflik hüququ “Abituriyent” jurnalı redaksiyasına məxsus olan test tapşırıqlarının sayı 3 9.650 ədəd, maya dəyəri 119.041,7 manat, satış dəyəri 198.250 manat, müəlliflik hüququ "Hədəf” nəşriyyatına məxsus pirat kitablarının sayı 3.660 ədəd, maya dəyəri 9.150 manat, satış dəyəri 21.960 manat olmaqla, ümumilikdə siyahıda olan test tapşırıqlarının və pirat kitabların sayı 43.310 ədəd, maya dəyəri 128.191,7 manat, satış dəyəri 220.210 manat olmuşdur. İş materiallarında olan gömrük sənədləri və bəyannamələrdən müəyyən olunur ki, “xxxx” MMC-nin səlahiyyətli şəxsi ilə yükdaşıma fəaliyyətini həyata keçirən “X22 A.Ş.” şirkəti arasında kitabların daşınması üçün 19 yanvar 2018-ci il tarixdə müqavilə bağlanmaqla “X22 A.Ş.” şirkətinin sürücüsü Türkiyə Respublikası vətəndaşı X26 idarə etdiyi “******” markalı yarımqoşqusu olan “************” markalı, ***** dövlət qeydiyyat nömrəli yük avtomaş ını ilə kitabların daşınaraq 25 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinə gətirilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 01 avqust 2018-ci il tarixli 400-13-9-5/1 nömrəli "Əqli Mülkiyyət Agentliyi”nin məktubundan görünür ki, test tapşırıqlarının və kitabların hüquq sahibləri barədə təsdiqedici sənədlər (təsis sənədlərinin və test tapşırıqlarının müəllifləri ilə bağlanılmış müəllif müqavilələrinin müvafiq qaydada təsdiq edilmiş surətləri), habelə həmin vəsaitlərin dövlət sifarişi və ya kommersiya məqsədi ilə çap edilməsi barədə sənədləri və məlumatı təqdim etmək üçün “Abituriyent” jurnalına və “Hədəf” nəşriyyatına 09 iyul 2018-ci il tarixli sorğu məktubları göndərilmişdir. Buna səbəb isə test tapşırıqları və kitab ların dövlət qeydiyyatına alınması üçün hüquq sahibləri tərəfindən Agentliyə müraciət olunmaması və həmin vəsaitlərin dövlət qeydiyyatından keçirilməməsidir. “Abituriyent” jurnalı və “Hədəf” nəşriyyatının yazdığı cavab məktublarında test tapşırıqları və kitabın kommersiya məqsədi ilə çap edildiyi bildirilmiş və həmin vəsaitlərə hüquq sahibliyini təsdiq edən sənədlər Agentliyə təqdim edilmişdir (cavab məktubları və təsdiq edici sənədlər əlavə olunur). Təqdim edilmiş sənədlərə əsasən bildirilmişdir ki, test tapşırıqlarına hüquq sahibliyi “Abituriyent” jurnalına, kitablara isə hüquq sahibliyi Hədəf” nəşriyyatına məxsusdur. Müəlliflik hüquqlarının pozulması nəticəsində vurulan ziyanın məbləğinin hesablanması ilə bağlı bildirilmişdir ki, zərərin əvəzinin ödənilməsi zamanı nəzərə alınmalı olan hallar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45-ci maddəsində və Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 6-cı maddəsində göstərilmişdir. Bununla yanaşı bildirilmişdir ki, pirat nüsxələrin satış qiymətini müəyyən etmək mümkün olmadığı halda, təcrübədə müəlliflik hüquqlarının pozulması nəticəsində vurulan zərərin məbləği hesablanarkən, orijinal məhsulun qiyməti saxta məhsulun nüsxələrinin sayına vurulur və nəticədə alınan məbləğ hüquq sahibinin ona məxsus əqli mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirin (əldən çıxmış faydanın) və dəymiş zərərin yuxarı həddini təşkil edir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının 5 iyun 1996-cı il tarixli Qanununun 4, 5, 15 və 44-cü ma ddələrinə əsasən təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan, açılanmış, obyektiv formada mövcud olan elmi və başqa əsərlər müəlliflik hüququ obyekti olmaqla həmin əsərlərdən hər hansı formada və üsulla, o cümlədən əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarma (sürətçıxarma hüququ), əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymada (yayma hüququ) ifadə edilən ondan istifadə etməyə müstəsna hüququn əsər müəllifi və ya əsərə müəlliflik hüququnun digər sahibinə məxsusdur. Əsərin istənilən texniki mühafizə vasitələrinin və ya onun hissələrinin istehsalına, yayılmasına, kirayə verilməsinə, müvəqqəti istifadəsinə, idxalına, reklamına, gəlir götürmək məqsəd i ilə istifadəsinə, yaxud texniki mühafizə vasitələrinin tətbiqini qeyri-mümkün edən və ya texniki vasitələrlə bu hüquqların lazımi müdafiəsinin təmin edilməsinə yönəldilmiş hərəkətlərin qadağan edilmiş, istehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun pozulmasına səbəb olan əsər nüsxələri pirat nüsxələr hesab edilir. Beləliklə, məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 CM-nin 29, 165.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət əməllərinin törədilməsinin göstərilən sübutlarla tamamilə təsdiq olunduğunu, bu barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığını qeyd edərək müdafiəçi S.M.Xudaquluyevin kassasiya şikayətində göstərdiyi dəlilləri qəbuledilməz sayır və buna görə də müdafiəçinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, dövlət ittihamçıs ının, çıxışlarını dinləyərək müdafiəçi S.M.Xudaquluyevin kassasiya şikayətinin kassasiya müraciətində irəli sürülmüş dəlillərə uyğun olaraq təmin edilməməsini məqsədə uyğun hesab edir. Zərər çəkmiş hüquqi şəxs – “Abituriyent” jurnalı redaksiyasının nümayəndəsi Ə.M.Bağırovun kassasiya şikayətində mülki iddianın təmin edilməsi haqqında irəli sürülmüş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinin, o cümlədən CPM-nin 419-cu maddəsinin tələblərinə və mənasına görə, kassasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini və ya bir neçəsini (apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün müəyyən edilmiş əsaslar) aşkar etsə belə, məhkum olun muş şəxsin vəziyyətinin hansısa şəkildə ağırlaşdırılması, məsələn onun əməlinin təqsirli bilindiyi CM-nin müvafiq maddəsindən daha ağır cinayətə görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilməsi və ya ona təyin olunmuş cəzanın ağırlaşdırılması, yaxud nəzərə alınmamış cəzanı ağırlaşdıran halların nəzərə alınması, yaxud da təmin olunmamış mülki iddianın təmin edilməsi və sair belə məsələlərin kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışı nəticəsində həll olunmasına dair qərar qəbul etmək səlahiyyətində deyil və bu kimi hallarda kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edir. Qanunvericiliyin göstərilən tələbi isə ona dəlalət edir ki, məhkumun b arəsində onun vəziyyətini pisləşdirən qərarın qəbul edilməsi zərurəti müəyyən edildiyi halda apellyasiya instansiyası məhkəməsinin iş üzrə yekun qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Bundan başqa, məhkəmə kollegtiyası vurğulamağı lazım bilir ki, Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə dövlətin təminat verdiyi hüquqlardan biri də Konstitusiyanın 26-cı maddəsində və “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquququdur. CPM-nin 12.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.2-ci maddəsinin tələblərinə görə, cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Qanunvericiliyin bu normalarının mənasına görə, digər cinayətlərlə yanaşı CM-nin 165-ci maddəsndə nəzərdə tutulmuş cinayətin də törədilməsi nəticəsində zərərçəkmişə maddi və ya mənəvi zərər vurulduqda, o, vurulmuş həmin zərəri tələb etmək hüququna malikdir və bu hüquq digər vasitələrlə yanaşı mülki iddia verməklə həyata keçirilə bilər. Məhkəmənin isə vəzifəsidir ki, belə iddia veri ldikdə tədqiq etdiyi sübutlara əsasən onun düzgün həll edilməsi barədə əsaslandırılmış qərar qəbul etsin. Belə təfsir CPM-nin 179-cu və digər maddələrinin tələblərindən irəli gəlir. Belə ki, CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə görə, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericil ik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 181.1-ci maddəsinin tələblərindən görünür ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, ə mtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətində göstərdiyi əsas dəlili ondan ibarətdir ki, işə baxarkən düzg ün araşdırma aparmamış, sübutlar məhkəmələr tərəfindən tədqiq olunmamış, sübutlara düzgün qiymət verilməmiş və nəticədə mülki iddia əsassız olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası mülki iddia ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxslərə elan olunmuş ittihamdan və işin yuxarıda qeyd edilən faktiki hallarından məlum olduğu kimi, Məhkum1 və Məhkum2 müəlliflik hüququ “Abituriyent” jurnalına məxsus olan 6.690 ədəd “İngilis dili 5-ci sinif test tapşırıqları”, 6.150 ədəd “İngilis dili 6-cı sinif test tapşırıqları”, 630 ədəd “Azərbaycan dili 5-ci sinif test tapşırıqları”, 2.340 ədəd “Azərbaycan dili 6-cı sinif test tapşırıqları”, 1.060 ədəd “Azərbaycan dili 7-ci sinif test tapşırıqları”, 8.600 ədəd “Riyaziyyat 5-ci sinif test tapşırıqları”, 6.840 ədəd “Riyaziyyat 6-cı sinif test tapş ırıqları”, 7.340 ədəd “Riyaziyyat 7-ci sinif test tapşırıqları” olmaqla, ümumilikdə 79.235,3 manat dəyərində 39.650 ədəd və müəlliflik hüququ xxxx” MMC-yə məxsus olan 12.810 manat dəyərində 3.660 ədəd abituriyentlər üçün dərs vəsaiti olan “Azərbaycan dili V-Xİ sinif” kitablarını satıb gəlir əldə edə bilməmişlər, həmin kitablar gömrük sərhədində saxlanılmışdır və buna görə də, Məhkum1 və Məhkum2 əməli nəticəsində istər “Abituriyent” jurnalı redaksiyasına, istərsə də, “xxxx” MMC-yə heç bir ziyan vurulmamışdır. Bu səbəbdən də, mülki iddia əsassız olduğundan təmin olunmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında təkzib edilməz sübutlarla müəyyən edilir ki, yuxarıda göstərilən test toplularının və dərs vəsaitl ərinin nəşri və yayılması “Abituriyent” jurnalına və“xxxx” MMC-yə məxsus olmasına baxmayaraq, Məhkum1 və Məhkum2 bu çap vəsaitəlirini pirat nüsxələrini Azərbaycan Respublikasına gətirib burada yaymaq və beləliklə də qazanc əldə etmək niyyəti izləmiş, lakin iradələrindən asılı olmayan səbəblərdən öz cinayət əməllərini başa çatdıra bilməmiş, nəticədə də bu çap məhsullarını özləri yaya bilmədiklərinə görə qazanc əldə edə bilməmiş, göstərilən hüquqi şəxslərə isə heç bir maddi ziyan vurulmamışdır. Eyni zamanda, iş materallarının təhlili belə nəticəyə gəlmək üçün əsas verir ki, Məhkum1 və Məhkum2 törətdikləri cinayətlə əlaqədar da zərər çəkmiş şəxslərə hər şansı maddi zərər vurulmamış və sonuncuların hansısa əmlakı itirilməmiş və ya zədələnməmişdir. Bu baxımdan iş üzrə mülki iddianın verilməsi ü çün əsaslar da olmamışdır. Belə olan halda, məhkəmə kollegyiası nümayəndə Ə.M.Bağırovun da kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və həmin şikayətin təmin edilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası məhkumların müdafiəçisinin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikatətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının, müdafiəçi S.M.Xudaquluyevin öz şikayətinin təmin edilməsi, zərər çəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin təmin edilməməsi, həmçinin nümayəndə Ə.M.Bağırovun onun tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, müdafiəçinin kassasiya şikayətinin isə təmin edilməməsi haqda çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, hər iki kassasiya şikayəti təmin edilməməklə Məhkum1 və Məhkum2, hər birisinin CM-nin 2 9,165.2.2-ci maddəsi təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 165.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-771/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-771/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver