Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-771/2023 13.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qəribov Fikrət Atlıxan oğlu, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə) 03 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan X17 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham onun əməlində cinayət tərkibi olmadığından, cinayətin törədilməsin ə aidiyyatı olmadığından, təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən bəraət verilmiş, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abdulov Rəşad Məhərrəm oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən ka ssasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən tərəfindən tərtib edilmiş ittiham aktına əsasən X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, X17 01 avqust 2021-ci il tarixdə, saat 20 radələrində qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddə əldə etmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan «Baba» adlı İran İslam Respublikasının vətəndaşı ilə «WhatsApp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq sonuncuya məxsus istintaqla müəyyən edilməyən bank hesabına 1.800 (bir min səkkiz yüz) manat ödəniş etdikdən sonra 02 avqust 2021-ci il tarixdə «Baba» adlı şəxsin göstərdiyi Bakı şəhər i, Qaradağ rayonu, «Meyvəlinin dairəsi» adlanan əraziyə gedərək «Tır» adlanan yük avtomaşının arxa təkərinin altına istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 96,763 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini götürməklə əldə edib üzərində daşımaqla saxlamış, 12 avqust 2021-ci il tarixdə, saat 12:20-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq 27-ci Polis Bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən təmiz çəkis i 96,763 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Belə ki, Məhkəmə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə Elvin Hüseynovun üzərindən çıxan təmiz çəkisi 96,763 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsən təhvil verib təhvil alan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 istifadəsində olmuş istifadəsində ol muş və onun xalası oğlu X6 adında qeydiyyatda olan ***-***-**-** mobil nömrəsinin 12 avqust 2021-ci il tarixdə saat 00:00- dan həmin gün saat 24:00-dək hansı anten dairəsini müəyyən edilməsi barədə müdafiə tərəfinin vəsatətini müzakirə edib təmin edərkən nə adına qeydiyyatda olan nömrənin sahibi R.Cavadovu dindirməmişdir ki, bu da özlüyündə Ruslan Cavadovun adında qeydiyyatda olan ***-***-**** mobil nömrənin 12 avqust 2021-ci il tarixdə saat 15:00-dan həmin gün saat 18:00-dək konkret Hikmət Xubayoruvun istifadəsində olması şübhəlidir. Məhkəmənin bəraət verməsinin əsası kimi “əsas sübut” hesab etdiyi ekspert X3 ifadəsində və onun tərəfindən imzalanan prosessual sənəd olmayan imza edilən aktada tədqiqat nümunələrinin təhvil alıb geri qaytarmasına dair vaxtı “müəyyən edərkən” nə Bakı şəhəri Y asamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin baş təhqiqatçısı X15 tərəfindən xx.xx.2021-ci il tarixdə saat 14:40-dan saat 15:00-dək olan müddət ərzində tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, eyni zamanda baş təhqiqatçı Nəsimi Seyidzadə və həmin İdarənin 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadələrini təkzib edəcək əsaslı sübutlar qoymamış, həmçinin “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd edilən vaxtda, yəni xx.xx.2021- ci il tarixdə saat 14:40-dan saat 15:00-dək aparılmış istintaq hərəkətində iştirak edən X7 vəkili X10 dindirilməmiş, yalnız X6 adında qeydiyyatda olan ***-***-**-** mobil nömrəninin 12 avqust 2021 -ci il tarixdə saat 00:00-dan həmin gün saat 24:00-dək hansı anten dairəsində olması barədə məlumat v erilməsi üçün "xxxx" MMC-dən daxil olmuş sorğu ilə kifayətlənmişdirlər ki, bu da mötəbər sübut ola bilməz. Bu da bir daha göstərir ki, cinayət işi materiallarında olan mötəbər sübutlara məhkəmə qərəzli münasibət sərgiləməklə əsasız hesab etmiş, mötəbərliyi və mümkünlüyü şübhə doğuran "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmuş CD markalı diskə istinad edərək tədqiqat üçün maddi sübutu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininə təqdim edən və oradan təhvil alan Hikmət Xubayarovun xx.xx.2021-ci il tarixdə saat 15:00-da və xx.xx.2021-ci il tarixdə saat 18:00-da Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binasının yerləşdiyi ünvan 3 ünvanda olmasını dəqiq müəyyən etməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15№-li Qərarının 59-cu bəndində göstərilmişdir ki, şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Məhkəmə təqsirləndirilən şəxs X9 CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində cinayət tərkibi olmadığından, cinayətin törədilməsinə aidiyyəti olmadığından və təqsirliyi sübuta yetirilmədiyindən ona Cinayət-Prosessual Məcəllənin 42.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən bəraət verməklə qeyd olunan qərarın 59-cu maddəsini kobud pozmuşdur ki, bu da məhkəmənin bəraət hökmü çıxarmasında qərarsız olmasını göstərir. Apellyasiya baxışı zamanı sms yazışmaları elan edilərək tədqiq edilmiş və müəyyən olunmuşdur ki, qeyri-müəyyən olmaqla h əmin yazışmalara əsasən hər hansı daxili inamlı nəticəyə gəlmək mümkün deyildir. Hansı ki, həmin yazışmalar əsasında heç hüquqşünas olmayan, orta təhsilli birində obyektiv daxili inamın yaranması mümkündür. X7 istifadəsində olmuş 070 ***-**-** mobil telefon nömrəsinə müxtəlif vaxtlarda ayrı-ayrı telefon nömrələrindən daxil olmuş smslər, həmçinin istifadəsində olmuş 070 *****-** mobil telefon nömrəsindən müxtəlif vaxtlarda ayrı-ayrı telefon nömrələrinə göndərdiyi smslərdən aydın olur ki, kifayət qədər “müştəri çevrəsi” nə malik olan X7 özü də apellyasiya icraatı zamanı qeyd olunan yazışmalar tədqiq olunarkən ondan istənilən bu məhsulların narkotik vasitə olmasını etiraf etmişdir. Bundan başqa, məhkəmə kollegiyası tamamilə əsassız olaraq hesab etmişdir ki, X7 ibtidai istintaq zamanı müdafi ə hüququnun pozulmasına dair məqamlarda mövcüd olmuşdur. Belə ki, iş materiallarından görünür ki, istintaq orqanı tərəfindən şübhəli şəxs X9 dövlət hesabına müdafiəçi təyin olunmuş və vəkilin hüquqlarını müdafiə etdiyi şəxsin xeyrinə hər hansı prosessual fəaliyyəti (məsələn barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verməsi, hər hansı sübutun tədqiq edilməsi və ya xaric edilməsi, hər hansı şahidin dindirilməsi və s.) ümumiyyətlə olmamışdır və belə təəsürat yaranır ki, müdafiəçinin fəaliyyəti sanki prosessual sənədləri imzalamaqdan ibarət olmuşdur. Məhkəmələr işi qeyri-obyektiv, birtərəfli şəkildə apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, yalnız maraqlı tərəflərin ifadələrini, səhih olmayan anten məlumatla rım və sübut hesab olunmayan, qeyriprosessual şəxs tərəfindən tərtib edilmiş aktı əsas gətirib, hansısa əhəmiyyətsiz bir texniki səhvi rəhbər tutub, kifayət qədər mötəbər və təkzibolunmaz sübutları şübhə altna almış, bunun nəticəsi olaraq ağır cinayət əməli törətmiş, xalqın genofonduna qəsd edən, xalqın və dövlətin gələcəyini təhlükə altında qoyan fəaliyyətlə məşğul olan E.Hüseynov cinayət məsuliyyətindən və layiqli cəza almaqdan kənarda qalmışdır ki, bu da onun bugün də həmin fəaliyyətini davam etdirməsinə münbit şərait yaratmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarın ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbayc an Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş kassasiya protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin norma larının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi, əməldə cinayət tərkibi olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması haqqında nəticəyə gəlib, ona bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə ai d olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin süb utlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə əməldə cinayət tərkibi olmamış, cinayətin törədilməsinə aidiyyəti olmamış və təqsirliliyi sübuta yetirilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi hə min nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakılardan çıxış etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin 12 avqust 2021-ci il tarixli raportundan görünür ki, X7 Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə bölməyə daxil olmuş məlumatın yoxlanılması məqsədilə 12 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, həmin gün saat 12:20-də Yasamal rayonu, S.Əsgərova küçəsi, ev 89 ünvanın qarşısında saxlanılaraq bölmənin inzibati binasına gətirilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin 12 avqust 2021-ci il tarixli protokolundan görünür ki, X17 həmin tarixdə, saat 13:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin 12 avqut 2021-ci il tarixli protokolundan görünür ki, həmin gün, saat 14:40-da bölmənin inzibati binasında X7 üzərində şəxsi axtarış və götürmə aparılarkən o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan paketə bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim edərək həmin kütlənin «şüşə» kimi tanınan metafetamin olduğunu bildirmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Protokola əsasən həmin bükümün içərisində şəffaf rəngli kristal formalı psixotrop maddə hesab olunun metafetaminə bənzər maddənin olması müəyyən edilmişdir. İstintaq hərəkəti saat 15:15-də başa çatmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3464 nömrəli 12 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N168» dairəvi möhür əksi olan «şübhəli şəxs imza X29 …..» yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 96,763 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazi sində dövriyyəsi qadağan edilən psixotrop maddələri»in siyahısına (Siyahı İ) daxildir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin 12 avqust 2021-ci il tarixli protokolundan görünür ki, həmin gün, saat 14:40-da bölmənin inzibati binasında X7 üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti saat 15:15-də başa çatmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» 12 avqust 2021-ci il tarixli aktda hazırki cinayət işi üzrə maddi sübutun tədqiq olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərk əzinin səlahiyyyətli şəxsi tərəfindən həmin gün saat 15:00-da təhvil alınması və elə həmin gün saat 18:00-da geri təhvil verilməsi qeyd olunmuşdur. Belə olan halda, yəni 12 avqust 2021-ci il tarixdə, saat 14:40-da başlanılmış və saat 15:15-də başa çatmış şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində əldə olunmuş maddi sübutun tədqiq olunmaq üçün elə həmin gün saat 15:00-da ekspertiza idarəsində təhvil verilməsinə hər-hansı ağlabatan izah müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə Şahid3 ifadəsində Elvin Hüseynovun üzərində aparılmış istintaq hərəkəti zamanı aşkar edilmiş kütləni Məhkəmə Ekspertizası Mərkəzində tədqiqatdan sonra ekspertdən təhvil aldığını xatırlamamasını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksp ertizası Mərkəzinin eksperti X3 ifadəsindən məlum olur ki, 12 avqust 2021-ci il tarixdə günorta saatlarında Məhkəmə Ekspertiza Mərkəzinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşı tərəfindən tədqiq edilmək üçün gətirilmiş psixotrop maddə olan metafetamini mərkəzinin girişində olan xüsusi ayrılmış sahədə akt tərtib etməklə saat 15:00-da təhvil almış və üç saat ərzində tədqiqat apardıqdan sonra mərkəzdə saat 18:00da nümunəni gətirən şəxsə təhvil vermiş, bu barədə tərəfindən tərtib olunmuş akt hər ikisi tərəfindən imzalanmışdır. Həmin aktda təhvil-təslim vaxtını əks etdirən tarix və saatda hər hansı bir texniki səhvə yol verilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin BKC/LGL-6308/22 nömrəli xx.xx.2022-c i il tarixli məktuba əlavə olunmuş bir ədəd CD markalı diskə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Şahid3 12 avqust 2021-ci il tarixdə istifadəsində olmuş 055 487-88-88 mobil telefon nömrəsi 12 avqust 2021-ci il tarixdə, saat 12:21:42; saat 12:22:32 və 12:24:00-da LBBK3977O1/LBBK3977 Gizil-Sherg/«Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq hərbi şəhərciyi, 22 saylı ev, 16 saylı mənzilin damı»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 13:31:17-də LBBK3935O1/LBBK3935 Tbilisi prospekt Qaraj/«Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 13:31:31-də UBBK3921E/UBBK3921Consert Komp/«Bakı şəhəri, H.Əliyev adına İdman Konsert Komleksi»/Nəsimi;12 avqust 2021-ci il tarixdə, saat 13:34:56-da LBBK3977O1/LBBK3977 Gizil-Sherg/«Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq hərbi şəhərciyi, 22 saylı ev, 16 saylı mənzilin damı»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 14:38:28-də LBBK5675O2/LBBK5675 Khaqani 19/«Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 19/13, mənzil 33»/Yasamal; 12 avqust 2021-ci il tarixdə, saat 14:43:06-da LBBK3977O4/LBBK3977 Gizil-Sherg/«Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq hərbi şəhərciyi, 22 saylı ev, 16 saylı mənzilin damı»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 14:43:11-də LBBK4019O1/LBBK4019 Hyatt-Hotel/«Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi 1»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 14:43:11-də LBBK6227O2/LBBK6227Aptek Semashka/«Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasım küçəsi 1,634 saylı aptek»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 14:44:13-də LBBK2469O1/LBBK2469 Xarici Dillər Universi teti/«Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov 134»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 14:52:48-də LBBK0104 Gənclik dairə/«Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 1»/Nərimanov; 12 avqust 2021-ci il tarixdə, saat 15:10:03-də LBBK4171O1/LBBK4171 Sharur Parket/«Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev, ev 82»/Nərimanov; 12 avqust 2021-ci il tarixdə, saat 15:10:07-də LBBK2666O3/LBBK266628 Mall_OUT/«Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti45»/Nəsimi; 12 avqust 2021-ci il tarixdə, saat 15:17:07-də LBBK1474 İrshad Hotel/«Bakı şəhəri, Vaqif prospekti, ev 11 A»/Nərimanov; 12 avqust 2021-ci il tarixdə, saat 17:59:20 vəsaat 18:05:42-də LBBK0249O2/LBBK0249 Shuse Plaza/«Bakı şəhəri, Hüseyn Cavid prospekti 17»/Yasamal;12 avqust 2021-ci il tarixdə, saat 19:50:40 və saa t 19:52:17-də LABS2887O2/LABS2887 GORADİL/«Goradil bağlar»/Sabunçu; 12 avqust 2021-ci il tarixdə, saat20:00:41-də UABS4495A/UABS4495 Goradil kənd/«Abşeron rayonu, Goradil kəndi»/Abşeron; 12 avqust 2021-ci il tarixdə, saat 20:05:45-də LABS2887O2/LABS2887 GORADİL/«Goradil bağlar»/Sabunçu anten dairələrində olmuşdur. "xxxx" MMC-nin BKC/LGL-6308/22 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş CD markalı diskə keçirilmiş baxışın nəticəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 12 avqust 2021-ci il tarixdə istifadəsində olmuş 055 ***-**-** mobil nömrənin anten dairələrinə nəzər salanda məlum olur ki, o, qeyd olunan tarixdə və saatlarda müvafiq istintaq hərəkət lərinin aparıldığı zaman həmin hərəkətlərin bir qisminin aparıldığı yerlərdən fərqli yerlərin anten dairəsinin təsiri altında olmuşdur və hansı ki, ittihamın əsasını məhz həmin istintaq hərəkətləri nəticəsində tərtib olunmuş sənədlər (şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokol; «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» xx.xx.2021-ci il tarixli akt) təşkil edir. X17 ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, iki ildir narkotik vasitə olan h eroin və metafetamini çəkmək yolu ilə qəbul edir, həmçinin həmin vasitələrin satışı ilə məşğul olur. Lakin, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş X17 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yalnız narkotik vasitələrin sadəcə istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirmişdir. Belə ki, beş ildən çoxdur narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün əldə etmişdir və aldığı şəxslərin adlarını xatırlamır. Bundan əlavə verdiyi ifadəsində E.Hüseynov göstərmişdir ki, ünvan 4 ünvanda faktiki birlikdə olduğu Şahid4 və dörd uşağı ilə birlikdə yaşamışdır. 12 avqust 2021-ci il tarixdə yaşadığı evdə old uğu vaxt səhər saat 09-10 radələrində qapının səsinə yuxudan ayılmışdır. Qapını döyən şəxslər polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt özü narkotik vasitənin təsiri altında olmuş, Şahid4 evdə olmamış, uşağı baxçaya apardığından evin qapısını açarla qıfılladığı üçün qapını aça bilməmiş, Kəmalə bağçadan gəlib qapını açmış və içəri daxil olan polis əməkdaşları onun üzərinə və yaşdığı mənzilə baxış və axtarış keçirmiş, lakin heç nə tapmamışlar. Polis əməkdaşları axtarış və baxış zamanı hər hansı bir qanunsuz əşya aşkar etməsələr də, onu özləri ilə polis bölməsinə aparmışlar. O yaşadıqları evdən tutulub aparılmış, cinayət işi materiallarına əsasən yolda piyada hərəkətdə olarkən saxlanılmamışdır. Qeyd edilən xüsusatı həmçinin məhkəmədə şahid qismində dindirilmiş Şahid4 da təsdiq ed ərək ifadəsində göstərmişdir ki, X17 ilə 2014-cü ildən qeyri-rəsmi nikahda yaşayır. Elvin Hüseynovu tanıdığı vaxtdan onun narkotik vasitələrdən istifadə etdiyi barədə bilmiş, lakin Elvin yaşadıqları evə narkotik gətirməmiş, onun yanında narkotik vasitə qəbul etməmişdir. Elvin Hüseynov tutulduğu gün, yəni 12 avqust 2021-ci il tarixdə səhər saatlarında uşağını bağçaya aparmış, Elvin ona zəng edərək mənzilin qapısının döyüldüyünü, evə gəlib qapını açmağı demiş, dərhal evə gələrək mənzilin önündə polis əməkdaşlarının olduğunu görmüşdür. Həmin vaxt saat 09:00 radələri olardı. Polis əməkdaşlarına mənzilin qapısını o, açmış, polislər mənzilə daxil olub, axtarış aparmış, lakin heç nə tapmamışlar. Tutulan zaman Elvinin üzərində idman şalvarı və qısaqol köynək olmuşdur. Elvin yaşadıqları evdə tutulu b aparılmış, yolda piyada hərəkətdə olarkən saxlanılmamışdır. Apellyasiya icraatı zamanı dindirilmiş bəraət almış şəxs X17 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 10 noyabr 2021-ci il tarixli 4394 nömrəli rəyindən görünür ki, X8 opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət g örülür. Kassasiya protestinin dəlillərində məhkəmələrin gəldiyi nəticəni mübahisələndirərək məhkum Elvin Hüseynovun ibtidai istintaq zamanı özünü təqsirli bildiyini bildirdiyini, istintaq zamanı hər hansı fiziki zorakılığa və digər təzyiq və ya təsirə məruz qalması ilə bağlı vəsatət və ya tələb irəli sürməməsi qeyd edilmişdir. Bununla bağlı, məhkəmələr Elvin Hüseynovun istintaq zamanı hər hansı fiziki zorakılığa və digər təzyiq və ya təsirə məruz qalması barədə özü, yaxud vəkili tərəfindən ibtidai araşdırma orqanına hər hansı müraciətinin olmaması və özünü təqsirli bilməsi məhkəmələrdə təsdiq olunmuş müəyyən olunmuş hallarla müqayisədə bəraət verilmiş şəxsin CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmasına dəlalət edən hal kimi qiymətləndirilməmişdir. Əvvəla kassasiya məhkəmə kollegiyası məhkumun ibtidai istintaq zamanı etiraf ifadəsi verməsinə dair kassasiya protestinin dəlilinə münasibət bildirərək qeyd edir ki, CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmələr tərəfindən gəlinən nəticəyə əsasən Elvin Hüseynovun cinayət törətməkdə öz təqsirini etiraf etməsi nəinki onun sonradan verdiyi ifadələr, həmçinin iş üzrə tədqiq olunmuş sübutların məcmusu ilə təkzib olunub. Bundan əlavə, CPM-in 91.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib ç ıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, birinci instansiya məhkəməsinin bəraət hökmünə və apellyasiya məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, birinci instansiya və apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Elvin Hüseynovun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaət ə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, Elvin Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təq sirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə v ə onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və apellyasiya məhkə məsinin qərarının yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya p rotestinin, yalnız məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən Elvin Hüseynova bəraət verilməsinin qanunvericiliyin tələblərinin pozulmasına dair dəlilləri ilə razılaşır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayətprosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Bu səbəbdən də, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 i yul 2022-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarından X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə onun cinayətin törədilməsinə aidiyyatı olmadığından (CPM-nin 42.1.3-cü maddə) və təqsirliliyi sübuta yetirilmədiyindən (CPM-nin 42.1.4-cü maddə) bəraət verilməsinə dair müddəalar xaric edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarından X9 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən bəraət verilməsinə dair müddəalar xaric edilməli, hökm və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarından X9 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən bəraət verilməsinə dair müddəalar xaric edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə
Məhkəmə qərarları › İş №1(102)-771/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-771/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver