Məhkəmə qərarları › İş №1(102)-771/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-771/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-771/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Zərərçəkmiş şəxs1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-135/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə məsləhətçi-mühəndis vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 2. 02 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 aprel 2022-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin haz ırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri ərazisində yerləşən Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyətində olan 0,36 ha torpaq sahəsinə dair çıxarış verilməsində köməklik göstərəcəyinə dair yalan vədlər verib inandırmaqla onun etibarından suiistifadə edib aldadaraq vahid niyyətlə 15 iyul 2019-cu il tarixdə Sumqayıt şəhəri, 1 saylı Notariat kontorunda sonuncunun oğlu Şahid1 Zərərçəkmiş şəxs1 məxsus 15000 (on beş min) manat, 10 avqust 2019-cu il tarixdə Sumqayıt ASAN xidmətində sonuncunun oğlu Şahid1 Zərərçəkmiş şəxs1 məxsus 15000 (on beş min) manat, 2019-cu ilin sentyabr ayının əvvəllərində Sumqayıt şəhəri, Dəmir yolu Yük həyətinin ərazisində yerləşən 0,36 ha torpaq sahəsinin həyətində 15000 (on beş min) manat və 20 sentyabr 2019-cu il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Çəllək Pub” kafesində 10000 (on min), ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 55000 (əlli beş min) manat pulunu ələ keçirib sonradan 9700 (doqquz min yeddi yüz) manat pulunu qaytarsa da, qalan 45300 (qırx beş min üç yüz) manat pulun qaytarılması və torpaq sahəsinə dair çıxarış verilməsi üçün heç bir tədbir görməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qohumu Zərərçəkmiş şəxs 2 etibarından sui-istifadə edib aldadaraq sonuncunun arvadı Şahid4 Sumqayıt şəhərində yerləşən uşaq bağçalarından birinə işə düzəldilməsində köməklik göstərəcəyinə dair yalan vədlər verib inandırmaqla 17 fevral 2021-ci il tarixdə, saat 19:30-da Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində olan 47 saylı binanın qarşısında Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 6500 (altı min beş yüz) manat pulunu ələ keçirib sonradan 500 (beş yüz) manat pulunu qaytarsa da, qalan 6000 (altı min) manat pulun qaytarılması və Şahid4 işə düzəldilməsi üçün heç bir tədbir görməyərək dələduzluq etmişdir.

5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-153/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində tə qsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 13 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixədək, 23 avqust 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 4 (dörd) gün müddətin təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 avqust 2021-c i il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Hüseynova Nigar Aydın qızı apellyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-135/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-153/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Məhkum kassasiya şikayətində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən müəyyən məbləğlərdə pul vəsaitləri alsa da, bütün istintaq materiallarında həmin pul vəsaitlərinin məbləği şişirdilmiş formada, yəni həqiqətdə olduğu qədər deyil, daha yuxarı miqdarda göstərilmişdir. O, Zərərçəkmiş şəxs1 torpaq sahəsini özəlləşdirmək məqsədi ilə cəmi 55000 məbləğində pul alıb sonradan həmin pulun müəyyən bir hissəsini, 10000 manatını qaytarsa da, ibtidai istintaq orqanı qəsdən dəymiş ziyanı daha yuxarı məbləğdə göstərmiş, bu səbəbdən əməli Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Halbuki, mövcud qanunvericiliyin tələblərinə əsasən zərərçəkmiş şəxsə qaytardığı həmin məbləğ heç bir halda cinayət əməlinin obyekti hesab oluna bilməz. Ondan şikayət verildiyi vaxt dəymiş ziyan 45000 manat təşki l edirdi ki, bu da Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində göstərilmiş əməlin cinayət tərkibini yaradır. Məhkəmə törətdiyi əmələ düzgün qiymət verməmiş, məhkəməyə təqdim olunmuş sübutları yetərliliyi və mötəbərliliyi baxımından düzgün tədqiq etməmiş, nəticədə əməli əsassız olaraq Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Bundan başqa lazımi sənədlər təqdim olunsa da, istintaq materiallarında və məhkəmə sənədlərində himayəsində olan azyaşlı uşaqların sayı düzgün göstərilməmişdir. Bununla bağlı hökmdən müdafiəçi vasitəsi ilə apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etsə də, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri yetərli hesab etməyərək, hökmü dəyişdirmədən saxlamışdır. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 1(105)-135/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərarının dəyişdirilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən eyni Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilməsi, ona həmin maddənin sanksiyası hədlərində ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktl arı təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilmə məsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin tövsifini, həmçinin ona təyin edilmiş cəzanı mübahisələndirməklə xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi tə sbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-135/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu no rmada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən m ühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

22. Belə ki, məhkum tərəfindən verilmiş kassasiya müraciətinin ümumi məzmunundan görünür ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamın birinci bəndi üzrə Zərərçəkmiş şəxs1 55000 manat məbləğində maddi ziyan vurulması hissəsi ilə razılaşmayaraq, vurulmuş maddi ziyanın külli miqdardan aşağı olan 45000 manat məbləğ təşkil etdiyini, bununla da onun əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkib əlamətinin yaranmadığını iddia etməklə, əməlinin Azərbayc an Respublikası CM-nin 178.2.2-ci maddəsinə tövsif edilməsini xahiş edir. Buna əsas olaraq isə vurulmuş maddi ziyanın 10000 manat hissəsinin ona qarşı ittiham irəli sürülməmişdən əvvəl Zərərçəkmiş şəxs1 geri qaytarması ilə əsaslandırmışdır.

23. Lakin sözügedən cinayətin təsvirindən, eləcə də hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında gətirilən əsaslandırmalarla müəyyən edilir ki, Məhkum təqsirli bilindiyi birinci epizod üzrə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edib zərərçəkmiş Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri ərazisində yerləşən Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyətində olan 0,36 ha torpaq sahəsinə dair çıxarış verilməsində köməklik göstərəcəyinə dair yalan vədlər verib inandırmaqla onun etibarından sui-istifadə edib ald adaraq ayrı-ayrı tarixlərdə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 55000 (əlli beş min) manat pulunu ələ keçirmiş, həmin cinayəti başa çatdırdıqdan sonra vurulmuş maddi ziyanın 9700 (doqquz min yeddi yüz) manat hissəsini zərərçəkmiş şəxsə geri qaytarmışdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

25. Eləcə də, vahid m əhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrıayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərərçəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 7, §§ 4 və 31, 11 iyun 2015-ci il).

26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, başa çatmış cinayət üzrə vurulmuş maddi ziyanın qismən ödənilməsi, şəxsin əməlində törətdiyi cinayətin tərkibinin yaranmasını istisna etmir, eləcə də əməlin tövsifinə təsir edən amil deyildir. Dəymiş ziyanın qismən ödənilm əsi şəxsin məsuliyyətini yüngülləşdirən hal olaraq nəzərdə tutulur. Belə olan halda isə Məhkum törətdiyi əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli olması ilə bağlı məhkəmələrin gəldikləri nəticə əsaslı olmuşdur.

27. Təfsir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırda mübahisələndirilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tu tulan cinayət əməlini törətməsinin təsdiqi özünün ibtidai istintaq zamanı və məhkəmə araşdırması dövründə verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, “səs yazılarına baxış keçirilməsi haqqında” və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun verdiyi apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya i nstansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

29. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar həmçinin müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.

30. Belə ki, məhkəmələr Məhkum cəza təyin edərkən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində azyaşlı uşaqlarının olmasını, könüllü olaraq gəlib təqsirini boynuna almasın ı, dəymiş ziyanı qismən ödəməsini, eyni zamanda cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza müddəti seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

31. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

32. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinay ət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

33. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-135/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(105)-135/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar