Məhkəmə qərarları › İş №1(102)-771/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-771/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-771/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 aprel 2024-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-485/2024 nömrəli, 6 aprel 2024-cü il tarixli (sədrlik edən hakim Eldar İsmayılov, hakimlər Cavid Hüseynov və Səbuhi Hüseynov) hökmü ilə xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Məhkum оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 -cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 mart 2023 -cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən X4 barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını 1(103)-1326/2024 saylı, 12 iyun 2024-cü il tarixli (sədrlik edən X5, hakimlər X2 və X1 ibarət tərkibdə) qərarı ilə məhkumun müd afiəçisinin apellyasiya şikayətinin qismən təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 06 aprel 2024-cü il tarixli hökmünün dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin qərardan Dövlət ittihamçısı4 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1326/2024 saylı, xx.xx.2024 nömrəli qərarının ləğv edilməsini və onun əməlinin təqsirli bilindiyi AR CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilə n məhkəmə aktları çıxarılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,539 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 2,296 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 19:30-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci Polis bölməsinə aparılmış, orada üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 3,539 qram təşkil edən ağ rəngli kristalşəkilli kustar üsulia hazırlanmış psixotrop maddə metamfetamin 1 ədəd bükümdə və külli miqdarda, yəni təmiz çəkisi 2,296 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin 1 ədəd bükümdə olmaqla onun əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün ləğv edilərək, Məhkum daha yüngül cəza təyin edilməsini, həmçinin müdafiəçiyə hüquqi yardıma görə pul vəsaitinin ödənilməsi haqqındakı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilərək, 78 saat hüquqi yardıma görə müdafiəçiyə 468 manat ödəniş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlill əri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, həmin qərar əsassız olduğuna görə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. İttiham tərəfinin məhkəməyə əməlin satış məqsədi ilə törədilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməməsi ilə bağlı məhkəmə kollegiyasının dəlili aşağıda şərh olunan sübutların məcmuyu ilə uzlaşmır. Belə ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, satış məqsədi ilə narkotik vasitə və psixotrop maddənin əldə edilməsi və saxlanılması ci nayət əməli üzrə sübut edilməli olan narkotik vasitə və psixotrop maddənin satışı faktı deyil, cinayət əməlinin subyektiv cəhəti, məqsədidir. Bu baxımdan məhkəmənin gəldiyi nəticə reallığa və işin hallarına uyğun deyildir. Bundan başqa, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, CM-in 234.4.3-cü maddəsi yalnız narkotik vasitələrin və ya psixotrop maddələrin satışına görə deyil, satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələrin əlde edilməsinə görə də cinayət məsuliyyəti müəyyən etmişdir və şəxs tərəfindən narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi ilə əldə edildiyi andan artıq həmin cinayət əməli başa çatmış hesab edilir. Bunun üçün hər hansı satış faktının real mövcud olması tələb edilə bilməz. Apellyasiya məhkəməsinin qərarında əks etdirilən mövqe narkotik vasit ələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, bu sahədə layiqli cəzalandırma üzrə qanuni mübarizə imkanlarını məhdudlaşdırmaqla ümumilikdə ictimai dəyərlərin mühafizəsinə xidmət etmir. Hüquq mühafizə orqanları ictimai təhlükəlilik dərəcəsi yüksək olan bu qəbildən olan cinayət əməlləri barədə məlumat əldə etdikdə satış faktını bilavasitə qeydə ala bilmək üçün müvafiq şəxslərə cinayət əməllərini davam etdirməyə imkan yaratmağa haqlı deyil. Narkotik vasitə və ya psixotrop maddənin külli miqdarının ümumi həcmi cinayətin xarakterini müəyyən etməyə imkan verdiyindən bu zaman satış məqsədi də şübhəsizdir. Satış məqsədi isə Məhkum üzərində aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə olan metamfetaminin çəkiləri ilə də təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində ara şdırılmış sübutlar və onların əsasında müəyyən olunmuş hallar, o cümlədən narkotik vasitə və psixotrop maddənin külli miqdarda olması, 2 ayrı bükümdə olmaqla, növ müxtəlifliyi, Məhkum istifadəsində olan mobil nömrəsi ilə digər nömrələr arasındakı sms yazışmaları, təqsirləndirilən şəxsin qismən etirafedici ifadələr verməsi Məhkum həmin psixotrop maddə ле narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dəlalət etdiyi və ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın düzgünlüyünü təsdiq etdiyi halda məhkəmə kollegiyası sübutların məcmusuna A 3 əsaslanmayan nəticəyə gəlib, sübutların tədqiqində səhvə yol verərək Məhkum əməlini CM-in 234.1-1-ci maddəsinə tövsif etmişdir. Mübahisələndirilən qərarda məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 144-146-c maddələrini rəhbər tutmaqla sübutları tam, hərtərəfli və obyektiv yoxlamasını, müqayisəli şəkildə təhlil etməsini, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməsini qeyd etsə də, yekun qərarda əksini tapmış mülahizələrindən məhz belə təhlilin və qiymətləndirmənin aparılmadığı müəyyən olunur. Bununla belə məhkəmə kollagiyası özünün istinad etdiyi Plenum qərarının, eləcə də sübutların qiymətləndirilməsinə dair CPM-in 145-ci maddəsinin ziddinə olaraq nə üçün həmin hallara və bu halları təsdiq edən sübutlara əsaslanmadığını izah etməmiş, həmin halları və sübutları qəbul etməməsinin motivlərini əsaslandırmamışdır. Qeyd olunanlardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi zəruri sübutları toplamamış, mövcud sübutları kifayət qədər yoxlamamış və lazımınca, yəni sübutlar ın məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla qiymətləndirməmiş, bununla da CPM-in 143146-cı maddələrinin tələblərinin pozulmasına yol vermişdir. Belə vəziyyətdə sübutların məhkəmə kollegiyası tərəfindən sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməsi üçün imkan verdiyini, yəni cinayət kollegiyasının Məhkum hərəkətlərində psixotrop maddə və narkotik vasitənin satışı məqsədini müəyyən etməyib onun əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etdiyini (CPM-in 146, 349-cu maddələrinin tələblərinə əməl olunduğunu) söyləmək mümkün deyil. 4 Üzərinə faktları araşdırmaq və müəyyən etmək vəzifəsi qoyulmuş apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmayıb işdə olan sübutları belə tədqiq etmədən Məhk um aşkar edilmiş narkotik vasitələr və psixotrop maddəni guya ki, özünün istifadəsi üçün əldə etməsini əsas götürüb, işin faktiki hallarını nəzərə almadan əsassız olaraq onun əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etmişdir. Halbuki, apellyasiya şikayətində irəli sürülən dəlillərə və tələblərə düzgün cavab verilməsi üçün iş üzrə məhkəmə istintaqının aparılması, bu dəlillər üzrə sübutların yenidən tam, obyektiv və hərətərəfli araşdırılması labüd idi. Buradan görünən həmçinin odur ki, sübutları təkrarən tədqiq etməyən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən yekun qərarı faktiki olaraq bu məhkəmə tərəfindən məhkəmə iclasında araşdırılmış sübutlara deyil, yalnız birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlara əsasla nmışdır ki, bu da qanunvericiliyin tələblərinə əsasən yol verilməzdir və belə olduğu təqdirdə məhkəmənin yekun qərarı əsaslı hesab edilə bilməz. Hesab edirəm ki, Məhkum külli miqdardan artıq olan metamfetamin və heroini üzərinde saxlayaraq daşıması, əməliyyat tədbiri zamanı üzərindən həmin narkotik vasitə və psixotrop maddənin aşkar edilərək götürülməsi onun həmin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsinə, saxlamasına dəlalət edən amillərdən biridir. Hansı ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi məsələsinin həllinə dair göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tə rəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.... Məhkəmə isin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar isdə tərəflərin tələblərini müəvvən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmələrin hazırki işin faktiki hallarına əhəmiyyət verməyərək yalnız prosessual tərəfdən formal yanaşmaları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət çərçivəsində aparılan effektiv mübarizə tədbirlərinin səmərəliliyini aşağı salmaqla bərabər, bu cür cinayət əməlini törətməkdə ittiham olunan bir şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzasızlıq şəraitinə və eyni xarakterli cinayət əməlləri törətmiş şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdared ici funksiyasının əhəmiyyətinin itirilməsinə yol açmışdır. Dövlət ittihamçısı yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarının ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının və kassasiya protestinin təmin olunmaması barədə məhkumun çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilmə məlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələlərdən biri Məhkum törətdiyi cinayət əməlinin ə sassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsinə dair apellyasiya instansiyası məhkəmləsinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli q ərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzr ə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onu n məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin c inayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə gəldiyi nə ticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinin Məhkum həmin maddə ilə düzgün tövsif olunmaması barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum törətdiyi əməlinin Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif edilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Apellyasiya məhkkəməsi öz qərarında göstərmişdir ki, “....Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına g örə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin, həmçinin 2-ci Siyahısının 67- ci bəndinə əsasən – 2 (iki) qramdan artıq çəkidə metamfetamin külli miqdar təşkil edir. İbtidai araşdırma zamanı toplanmaqla və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum xx.xx.2023-cü il tarixdə 1 bükümdə 2,296 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 bükümdə 3,539 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlayaraq daşımışdır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli 9594 nömrəli məktubla daxil olmuş bir ədəd diskə xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, diskin yaddaşına “WinRAR ZİP” proqramı vasitəsilə “**********99.txt”, “**********99_SMS.txt”, “**********89_SMS.txt” “**********20.txt”, “**********20_SMS.txt”, “abuneciler.xlsx”, “antenna-2022.xisx” və “antenna-2023.xtsx” adlı 8 ədəd fayl yerləşdirilmişdir. İş üçün əhəmiyyət kəsb edən “**********20_SMS.txt” adlı fayla baxış keçirildikdə müəyyən edilmişdir ki, xx.xx.2022-ci İl tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Məhkum istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan “sms” yazışmaları yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı 050 ***-**-** saylı mobil nömrədən digər nömrələrə “Qaqas 30 m birdene duzeld ancaq yari yari olsun”, “Qaqas goturekde pul var hemde adamvar gozduyur dur biryerde gedək”, “Qaqas qurbansene gun uydurdu gedek mehlede sehere tap da qardasim yarida olsa lap gedek biryerde partdadaq”, “Sen torpaqi otur mene getde qaqas men soz vermisəm bayaxdan s...(söyüş var) doluyuram Bularİ indi catir busat catir”, “15 m torpaq ele 10 m das ele imkan varsa torpaqi dobru ele Qaqas uc neferik xecalet inden cixaram”, “Qaqas gelir bir saata pulu goturub gelirem qardasimsan teli yaniva qoy ureyim partdiyar yoxsa” kimi müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin isti fadəsi, alqı-satqısı məzmununda “sms”lər göndərilməsi müəyyən edilmişdir. “abuneciler.xlsx” adlı fayla baxış keçirildikdə müəyyən edilmişdir ki, həmin faylda müxtəlif mobil nömrələrin adlarına olduğu şəxslərin siyahısı göstərilmişdir. Həmin məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, 050 ***-**-** və 050 ***-**-** saylı mobil nömrələr Məhkum adına qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsi hökmdə müxtəlif mobil operatorlara məxsus nömrələrdən Məhkum məxsus mobil nömrəyə narkotik və psixotrop maddələrin sifariş edilməsi və satışının həyata keçirilməsi ilə əlaqədar “SMS” yazışmalarının müəyyən edildiyini qeyd etsə də, iş materiallarında olan həmin “SMS” yazışmalarından digər şəxslərin Məhkum deyil, Məhkum istifadəsində olan ***-***-**-** nömrəsindən digər şəxslərə sms göndəri lərək, onlardan narkotik vasitə və psixotrop maddəni “istifadə etmək məqsədi ilə” almaq istəməsi görünür. Sözügedən məlumatlarda Məhkum üzərində aşkar edilmiş psixotrop maddəni və narkotik vasitəni məhz satış məqsədilə əldə edib, üzərində saxlamaqla daşımasını təsdiq edən hər hansı sübut əhəmiyyətinə malik olan məlumat müəyyən edilməmişdir. Digər şəxslərin Məhkum narkotik vasitə almaq istəməsi ilə bağlı hər hansı “sms” yazışması isə iş materiallarında mövcud deyildir. İş materiallarından aydın olur ki, ibtidai araşdırma zamanı Məhkum CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək narkotik vasitəni və psixotrop maddəni məhz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Məhkum narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı və sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Məhkum yuxarıda qeyd olunan narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, birinci instansiya məhkəməsində onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağl ı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, istintaq orqanının özü belə Məhkum barəsində CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlamış, sonra isə hər hansı bir mötəbər sübut əldə etmədən əsassız olaraq onun əməlini CM-in 234.4.3-cü maddəsinə tövs if etmişdir. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Məhkum onda aşkar edilərək götürülmüş heroini və metamfetamini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni və metamfetamini ona satacağı barədə hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin vəya psixotrop maddənin müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İ İİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.121.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin tə qsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yox lama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məh kəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin üzərindən bir ədəd bükümdə külli miqdarda narkotik vasitə olan heroin və bir ədəd bükümdə külli miqdarda psixotrop maddənin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir. Qeyd edilən sübutlar da Məhkum üzərindən aşkar edilmiş narkotik və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etməsinə, saxlaması və ya daşımasına dəlalət edir. Beləliklə, qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə gəlməsinə əsas verən süb ut kimi qəbul edilmiş sms mətnlərin satış məqsədinin sübut olunmasında mötəbərliyi və mənsubluğu şübhə altına alınmış olur. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Təqdim olunan sübutlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirləndirilən şəxsin əməlinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu satış məqsədinin sübut olunmasında aradan qaldırıla bilməyən şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxs Məhkum şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Bu halların müəyyən edilməsi təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində mühüm rol oynayır. Bu səbəbdən də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum xx.xx.2023-cü il tarixdə tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraitini və tutulması üçün səbəbləri ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə qeyd edilir ki, təqsirləndirilən Məhkum tutulanadək onun narkotik maddələrin satışı ilə məşğul olması, habelə onun tərəfindən satış məqsədi ilə narkotik maddələ rin əldə edilməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Cinayət işinin materiallarında Məhkum digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin özü tərəfindən çəkilib xırda bağlamalara bükülməsi və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gələcək sübutlar aşkar edilməmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, əsassız mülahizələrə və ehtimallara istinad etmişdir. Hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddəni əldə etməsi və dövriyyəsi qadağan olunmu ş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən 1 (bir) bükümdə narkotik vasitənin və 1(bir) bükümdə psixotrop maddənin aşkarlanması özüözlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddəni satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Məhkum narkotik maddənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə narkotik maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətm ədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Beləliklə, məhkəmə kollegiyası Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunması, yəni onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayəti törətməsi barədə istintaq orqanının mövqeyi ilə razılaşan birinci instansiya məhkəməsinin gəldiyi nəticələri əsassız və işin faktiki hallarına uyğun olmayan hesab edir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmədiyindən Məhkum üzərində aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 3,539 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təmiz çəkisi 2,296 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədilə əldə edib üzərində saxlamaqla daşıması müəyyən edildiyindən onun əməlinin Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsinə tövsif edilməsi qanunauyğundur....” Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi barədə irəli sürülmüş dəlillərdə qanuni əsaslar mövcud deyil və kassasiya protestinin bu barədə dəlilləri tam əsas sızdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya məhkəməsi Məhkum əməlini Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə məsuliyyət nəzərdə tutulmuşdur. “Na rkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisi yada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11-ci mаddəsində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Sözügedən plenum qərаrınа əsаsən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılаşmаqlа iki və ya da ha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd оlunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə y önəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirаk etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmç inin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum narkotik vasitəni məhz satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı ci nayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunl uğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsin i müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhk əmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cin ayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar