Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-772/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4 və Məhkum iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.1, 32. 5,206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli, 1(106)-119/2020 saylı qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Cinayət işinin materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Asim Hacıyev, hakimlər Elşad Əliyev və Mehdixan Abdullayevdən ibarət tərkibdə) 29 sentyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 32.5, 206.3.1-ci və 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu gündən, yəni 01 iyun 2017-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmdən Məhkum apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərarı ilə buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinay ətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli müddətin bərpasından imtina barədə qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassator kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin əsası kimi hökm elan olunduqdan sonra onun stress və həyəcan keçirməsini və hüquqi savadının olmaması səbəbindən vaxtında apellyasiya şikayəti verə bilməməsini, müdafiəçinin ona keyfiyyətsiz hüquqi yardım göstərməsini, apellyasiya şikayətinin müdafiəçi tərəfindən verildiyini fikirləşməsini, habelə ibtidai istintaq zamanı hal şahidi kimi işt irak etmiş X7 Lənkəran rayonlar arası Narkoloji Xəstəxanasında 2009-cu ildən X5 ilə qeydiyyatda olmaqla, asılı xəstə olmasına, başqa şəxslərin (X8 və X3) cinayət işlərində də hal şahidliyi etməsinə, işin bu prosessual pozuntu üzrə halından hökmdən xeyli müddət sonra, kassasiya şikayətinə əlavə verməzdən bir neçə ay əvvəl öyrəndiyinə istinad etmiş və məhkəmə kollegiyasından müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsinə dair Məhkum, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsinə dair dövlət ittihamçısı H6 çıxışlarını di nləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, Məhkum barəsindəki Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hall ara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.1, 32.5,206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 32.5, 206.3.1-ci və 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu gündən, yəni 01 iyun 2017-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmdən Məhkum apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilmə si barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərarı ilə buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli müddətin bərpasından imtina barədə qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarındakı qəbzdən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkə məsinin 29 sentyabr 2017-ci il tarixli hökmünün surəti 27 oktyabr 2017-ci il tarixdə Məhkum imza etdirilməklə təqdim edilmişdir (cild 2, iş vərəqə 59). Cinayət işinin materiallarındakı məktubdan müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmünün surəti 04 oktyabr 2017-ci il tarixdə məhkumun müdafiəçisi X1 göndərilmişdir (cild 2, iş vərəqə 56). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qüvvədə olan qanunvericiliyə əsasən hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı 28 oktyabr 2017- ci il tarixdən başlamış və 16 noyabr 2017-ci il tarixdə başa çatmışdır. Məhkum isə apellyasiya şikayətini 20 gün müddətində deyil, hökm qanuni qüvvəyə mindikdən 02 (iki) il vaxt keçdikdən sonra, yəni 14 noyabr 2019-cu il tarixdə vermişdir. Məhkum şikayət vermə müddətinin ötürülmə səbəbini hökm oxunandan sonra çox stres, həyəcan keçirməsi və hüquqi savadının olmaması, dövlət vəsaiti hesabına təyin edilmiş müdafiəçi tərəfindən hökmdən apelyasiya şikayəti verilməli olduğu halda verilməməsi nəticəsində faktiki keyfiyyətsiz hüquqi yardımla təmin edilməsi, apellyasiya şikayətinin müdafiəçi tərəfindən verildiyini fikirləşməsi, cinayət işinin ibtidai istintaqı zamanı hal şahidi kimi iştirak etmiş X6 Lənkəran rayonlararası Narkoloji Xəstəxanasında 2009-cu ildən X5 ilə qeydiyyatda olduğu halda əvvəl lər başqa cinayət işləri üzrə ibtidai istintaq dövründə hal şahidliyi etməsi ilə əsaslandırmışdır. Məhkumun hökm elan olunduqdan sonra onun stress və həyəcan keçirməsi və hüquqi savadının olmaması səbəbindən vaxtında apellyasiya şikayəti verə bilməməsi, müdafiəçinin ona keyfiyyətsiz hüquqi yardım göstərməsi, apellyasiya şikayətinin müdafiəçi tərəfindən verildiyini fikirləşməsindən ibarət dəlillərinə kassasiya şikayətinə əsasən mübahisələndirilən qərarda cinayət prosessual qanunvericiliyə uyğun qanuni və əsaslandırlımış münasibət bildirilmişdir. Hal şahidi ilə bağlı istinad edilən arqument cinayət işinə mahiyyəti üzrə baxılarkən araşdırma predmetinə aid olmaqla müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab edilmir. Göründüyü kimi məhkumun apellyasiya şikayətini vaxtında verməsinə qanunve ricilikdə nəzərdə tutulmuş hər hansı bir maneə olmamışdır. Məhkumun birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuş, müddətin bərpası barədə vəsatətin təmin edilməməsindən verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində məhkumun və müdafiəçisinin iştirakı ilə baxılmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Prosessual normanın tələblərindən aydın olu r ki, müddəti buraxmış şəxslərin müraciəti müddətin bərpası üçün yetərli deyil. Bunun üçün müddətin buraxılmasının səbəbləri üzrlü olmalıdır. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum barəsində gəldikləri qənaətlərini əsaslı hesab edir və kassatorun bununla bağlı dəlillərini əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısını və məhkumu dinləyib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə əsassız olduğundan təmin edilməməli və Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.1, 32.5,206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosess ual müddətin bərpasından imtina olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-772/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-772/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver