Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-772/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3- cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Abbas Abbaslı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X4, (sədrlik edən və məruzəçi) X6 və X1 ibarət tərkibdə) 1(101)-285/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü ma ddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum1 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin faktiki tutulduğu gündən, yəni 21 mart 2020-ci il tarixdən hesablanması, Məhkum1 barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum1 Azərbaycan Respublikası CM-nin 93.1.2- ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirlərinin təyin təyin edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, xx xxxxxx 1987-ci ildə Gürcüstan Respublikası Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 359, mənzil 5-də qeydiyyatda olan, hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum2 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin faktiki tutulduğu gündən, yəni 21 mart 2020-ci il tarixdən hesablanması, Məhkum2 barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Məhkum2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvv əyə minənədək dəyişdirilməməsi, Məhkum2 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməməsi, onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Həmin hökmdən məhkum edilmiş şəxs Məhkum2 və onun müdafiəçisi Müdafiəçi3, məhkum edilmiş şəxs Məhkum1 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli, 1(103)-248/2023 saylı qərarı ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə) apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-cü il tarixli, 1(101)-285/2022 nömrəli h ökmü dəyişdirilmiş, “narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür” epizodu Məhkum1 və Məhkum2 təqsirinin sübuta yetirilməməsi əsası ilə barələrində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmiş və həmin hissə ittihamdan xaric edilmiş, Məhkum1 və Məhkum2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti hər birinə münasibətdə 01 il azaldılaraq Məhkum1 və Məhkum2 hər birinin cəzası 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş ittihamdan ikinci epizod xaric edildiyindən, həmin hissədə cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldığından cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan təqsirləndirilən şəxslər tərəfindən kassasiya şikayəti və ya kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İş in halları: İstintaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, mütəşəkkil dəstə tərkibində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini qəsdən əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qazanc əldə etmək üçün tanışları Azərbaycan Respublikasının vətəndaşı Məhkum2 və şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib, külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınması il ə bağlı razılığa gəlib, tamah niyyətilə dəstə üzvləri tərəfindən Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində yolun sağ kənarında quraşdırılmış, üzərində “131” yazısı olan dəmir lövhənin yanında gizlədiləcəyi barədə məlumat alıb dəstə üzvləri aralarındakı rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitələri əldə edib daşıyaraq satışını həyata keçirmək üçün 21 mart 2020-ci il tarixdə saat 01:30 radələrində mütəşəkkil dəstənin üzvü Məhkum2 idarə etdiyi, ona məxsus qara metal rəngli, “BMW 525” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə Məhkum2 ilə birlikdə Cəlilabad rayonu Qarazəncir kəndi ərazisinə gəlib Ələt-Astara avtomobil yolunun həmin kəndin ərazisindən keçən hissəsində, istiqamətlərinə uyğun olaraq yolun sağ kənarında q uraşdırılmış, üzərində “131” yazısı olan dəmir lövhənin yanında Məhkum2 avtomobili saxladıqdan sonra, o, əyləşdiyi qabaq sərnişin oturacağından, avtomobildən enərək həmin lövhəyə yaxınlaşıb orada gizlədilmiş üzəri yapışqan lentlə bağlı olan 3 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1015 qram və 1200 qram, ümumi təmiz çəkisi 3225 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz, çəkisi 2000 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamini taparaq qanunsuz olaraq əldə etdikdən sonra avtomobilə doğru hərəkət edib özü ilə həmin bükümlərdə olan külli miqdarda narkotik vasitə və psixotrop maddəni daşıyarkən Cəlilabad rayon polis şöbəsinin əməliyyat məlumatı əsasında 21 mart 2020-ci il tarixli qərarı ilə təşkil olunmuş əməliyyat tədbirində iştirak edən həmin şöbənin post patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid6 tərəfindən olduğu yerdə durması ilə bağlı "Makar” tipli, 1447 nömrəli xidməti silah tətbiq edilməklə 1 ədəd havaya atəş açılaraq xəbərdarlıq edilərkən ifşa olunduğunu dərk edib dərhal avtomobilə tərəf sürətlə hərəkət edərkən qanunsuz əldə etdikləri narkotik vasitə və psixotrop maddələrdən 2 ədəd şəffaf polietilen bağlamada olan və ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroini yerə düşürmüş, lakin götürmədən hərəkətini davam etdirib özü ilə daşıdığı narkotik vasitə 1200 qram heroini və 2000 qram metamfetamini 2 ədəd bağlama ilə birlikdə "BMW 525” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərkən polis əməkdaşı Şahid6 tərəfindən açılmış atəş nəticəsində o, "sağ ayağın güllə yarası" xəsarəti almış, dəstə üzvü Məhkum2 isə bundan dərhal sonra avtomobili irəliyə Astara rayonu istiqamətində hərəkət etdirməyə başlayarkən polis əməkdaşı Şahid6 açmış olduğu növbəti atəşi nəticəsində Məhkum2 “döş qəfəsinin güllə yarası” xəsarəti alsa da, hərəkətini davam etdirib avtomobili sürətlə idarə etmiş, bir qədər irəliyə hərəkət etdikdən sonra isə, qarşıdan əks istiqamətdə, yəni Bakı şəhəri istiqamətində döndərərək hərəkətlərini davam etdirmiş, almış olduğu xəsarətdən avto mobili idarə etməkdə çətinlik çəkdiyi üçün yolda sükanı dəyişib dəstə üzvü Məhkum2 əks oturacağa keçmiş, yolun qalan hissəsini isə o, idarə etmiş, lakin keçirilən əməliyyat təbdbiri nəticəsində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində, müvəqqəti polis postunda saxlanıldıqdan sonra həmin avtomobilə baxış keçirilərkən üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan psixotrop maddə olan metamfetamin av tomobilin sağ arxa oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülmüş, daha sonra onun iştirakı ilə narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrıayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. İstintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr il ə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, mütəşəkkil dəstə tərkibində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini qəsdən əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qazanc əldə etmək üçün tanışları Azərbaycan Respublikasının vətəndaşı Məhkum1 və şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib, külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlib, tamah niyyəti ilə dəstə üzvləri tərəfindən Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində yolun sağ kənarında quraşdırılmış, üzərində “131” yazıs ı olan dəmir lövhənin yanında gizlədiləcəyi barədə məlumat alıb dəstə üzvləri aralarındakı rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitələri əldə edib daşıyaraq satışını həyata keçirmək üçün 21 mart 2020-ci il tarixdə saat 01:30 radələrində idarə etdiyi, dəstə üzvü Məhkum1 məxsus qara metal rəngli, “BMW 525” minik markalı, **BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncu ilə birlikdə Cəlilabad rayonu Qarazəncir kəndi ərazisinə gəlib Ələt Astara avtomobil yolunun həmin kəndin ərazisindən keçən hissəsində istiqamətlərinə uyğun olaraq yolun sağ kənarında quraşdırılmış üzərində 131 yazısı olan dəmir lövhənin yanında avtomobili saxladıqdan sonra qabaq sərnişin oturacağında əyləşmiş mütəşəkkil dəstənin digər üzvü Məhkum1 avtomobildən enərək həmin lövhəyə yaxınlaşıb orada gizlədilmiş üzər i yapışqan lentlə bağlı olan 3 ədəd şəffaf polietilen bağlamada, ayrıayrılıqda təmiz çəkisi 1010 qram, 1015 qram və 1200 qram, ümumi təmiz çəkisi 3225 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamini taparaq qanunsuz olaraq əldə etdikdən sonra avtomobilə doğru hərəkət edib özü ilə həmin bükümlərdə olan külli miqdarda narkotik vasitə və psixotrop maddəni tərəf daşıyarkən Cəlilabad rayon polis şöbəsinin əməliyyat məlumatı əsasında 21 mart 2020-ci il tarixli qərarı ilə təşkil olunmuş əməliyyat tədbirində iştirak edən həmin şöbənin p ost-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid6 tərəfindən olduğu yerdə durması ilə bağlı “Makar” tipli 1447 Nö-li xidməti silah tətbiq edilməklə 1 ədəd havaya atəş açılaraq xəbərdarlıq edilərkən ifşa olunduğunu dərk edib dərhal avtomobilə tərəf sürətlə hərəkət edərkən qanunsuz əldə etdikləri narkotik vasitə və psixotrop maddələrdən 2 ədəd şəffaf polietilen bağlamada olan və ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroini yerə düşürmüş, lakin götürmədən hərəkətini davam etdirib özü ilə daşıdığı narkotik vasitə 1200 qram heroini və 2000 qram metamfetamini 2 ədəd bağlama ilə birlikdə "BMW 525” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avt omobilə əyləşərkən polis əməkdaşı tərəfindən açılmış atəş nəticəsində Məhkum1 "sağ ayağın güllə yarası" xəsarəti almış, o, isə bundan dərhal sonra avtomobili irəliyə Astara rayonu istiqamətində hərəkət etdirməyə başlayarkən polis əməkdaşı Şahid6 açmış olduğu növbəti atəşi nəticəsində o, “döş qəfəsinin güllə yarası” xəsarəti alsa da, hərəkətini davam etdirib avtomobili sürətlə idarə etmiş, bir qədər irəliyə hərəkət etdikdən sonra isə, qarşıdan əks istiqamətdə, yəni Bakı şəhəri istiqamətində döndərərək hərəkətlərini davam etdirmiş, almış olduğu xəsarətdən avtomobili idarə etməkdə çətinlik çəkdiyi üçün yolda Məhkum1la sükanı dəyişib özü əks oturacağa keçmiş, yolun qalan hissəsini isə mütəşəkkil dəstənin digər üzvü Məhkum1 idarə etmiş, lakin keçirilən əməliyyat təbdbiri nəticəsində Baş Dövlə t Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən müvəqqəti polis postunda saxlanıldıqdan sonra həmin avtomobilə baxış keçirilərkən üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan psixotrop maddə olan metamfetamin avtomobilin sağ arxa oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülmüş, daha sonra mütəşəkkil dəstənin digər üzvü Məhkum1 iştirakı ilə narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrıayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Məhkəmə kollegiyasının qənaətinə əsasən, Məhkum1 və Məhkum2 ittiham edildikləri Cəlilabad rayonunda aşkar edilmiş 2025 qram narkotik vasitə epizodu ilə bağlı narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə dair ittiham ibtidai istintaq orqanının mülahizəsinə əsaslandığ ından, mötəbər sübutlarla öz təsdiqini tapmadığından, həmin epizod üzrə ittihamın sübut olunması zamanı yaranmış şübhələr toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin xeyrinə həll edilməlidir. Məhkəmə öz mövqeyini onunla əsalandırmışdır ki, hadisə yerinə baxış protokolundan göründüyü kimi, hadisə avtomobildən 3-4 metr məsafədə baş vermiş, 21 mart 2020-ci il tarixdə saat 05:30- da Calilabad Rayon Prokurorluğunun müstəntiqi hadisə yerinə baxış keçirtmiş, həmin vaxt orada Şahid6 da olmuş və "131” yazısı olan dəmir lövhədən 3-4 metr məsafədə 04 ədəd giliz aşkarlanmış, hadisədən 5 saat sonra 21 mart 2020-ci il tarixdə saat 10:30-da hadisə yerinə ikinci baxış keçirilmiş, h adisə yerindən bu dəfə 2025 qram narkotik vasitə heroin aşkarlanmış və bu barədə Cəlilabad RPŞ-nin təhqiqatçısı Xalid Feyziyev tərəfindən protokol tərtib olunmuşdur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hadisə yerinə birinci dəfə baxış keçirilərkən "131” yazısı olan dəmir lövhədən 3-4 metr məsafədə 04 ədəd giliz aşkar edildiyi halda, 2025 qram narkotik vasitənin aşkar edilməməsi nəinki ağlabatan deyil, hətta mümkünsüzdür. Aşağıdakı əsaslara görə hesab edirəm ki, məhkəmə işin faktiki hallarına uyğun olmayan, qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, məhkəmə ikinci epizod üzrə yəni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin epizoduna bəraətverici əsaslarla xitam verərkən həmin əraziyə 21 mart 2020-ci il tarixdə saat 05:30 radələrində Calilabad Rayon Prokurorluğunun müstəntiqi Zöhrab Verdiyev tərəfindən baxış keçirilərkən narkotik vasitənin aşkar edilməməsi və yalnız 04 ədəd giliz aşkar edilməsini əsas gətirsə də, nəzərə almamışdır ki, həmin zaman baxış keçirilərkən hava şəraiti qaranlıq olmuş və yalnız süni işıqlandırma şəraitində baxış keçirilmişdir. Eyni zamanda baxış keçirilən ərazi açıq sahə olduğuna görə həmin iki ədəd bağlamanın birinci dəfə baxış keçirilərkən aşkar edilməməsi ta m real haldır. Bundan başqa məhkəmə kollegiyası ikinci epizod üzrə narkotik vasitənin aşkar edilməsini şübhə altına alarkən cinayət işi üzrə keçirilmiş məhkəmə kimyəvi ekspertizasının 21 mart 2020-ci il tarixli 18/367 saylı rəyini də nəzərə almamışdır. Belə ki, həmin ekspertiza rəyinə əsasən məhkəmənin mümkünsüz hesab etdiyi ƏlətAstara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlə Məhkum1 məxsus BMW markalı avtomobildən aşkar edilmiş 1 bükümdə 1200 qram çə kidə narkotik vasitə olan heroin eynitərkiblidirlər. (c-1, i.v. 50-53) Belə olan halda sual yaranır ki, məhkəmə kollegiyası İİ epizod üzrə aşkar edilmiş narkotik vasitəni mümkünsüz hesab edərək, sonradan oraya qoyulmasını ehtimal edirsə, bu zaman həmin narkotik vasitə ilə eynitərkibli olan avtomobildən aşkar edilmiş narkotik vasitə heroini necə əsaslı hesab edir? Məhkəmənin gəldiyi mövqeyin yanlış olmasını təqsirləndirilən şəxslərin və şahdlərin ifadələri də təsdiq edir. Məhkum1 da ifadəsindən göründüyü kimi, polis və prokurorluq əməkdaşları hadisə baş vermiş əraziyə 2 bükümdə narkotik vasitə düşdüyündən məlumatsız olmuşlar. Məhkum1 həmin ifadəni verdikdə isə artıq Cəlilabad rayon prokurorunun müstəntiqi tərəfindən hadisə yerinə baxış istintaq hərəkəti keçirilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Məhkum1 sellofan torbada olan narkotik vasitəni götürüb qaçan zaman iki bükümdə olan narkotik vasitənin həmin ərazidə “131” yazısının yaxınlığında yerə düşməsini etiraf etmişdir. Daha sonra o, hadisədən sonra sabah vaxtı hadisə yerinə baxış keçirilməsində işrirak etmiş və hadisə yerində narkotik vasitə tapıldığına şahid olmuşdur. Şahidin ifadəsindən də göründüyü kimi Şahid6 Cəlilabad rayon prokurorluğunun müstəntiqi tərəfindən hadisə yerinə baxış keçirilərkən həmin əraziyə narkotik vasitənin düşməsindən xəbərsiz olmuşdur. Göründüyü kimi məhkəmə yekun qərara gələrkən təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, baxış keçirilməsi protokollarım, ekspertiza rəyini düzgün qiymətləndirmədən nəticəyə gəlmişdir. Məhkəmə, təqsirləndirilən şəxs təqsirləndirilən şəxslərin məhkəmədə özünü müdafiə xarakterli ifadələrini əsas götürərək həmin halları digər sübutların məcmusu üzrə düzgün qiymətləndirməmiş, sonda da işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə Məhkum1 və Məhkum2 təyin edilmiş azadıqdan məhrum etmə cəzasının müddətini 9 ilə endirməklə də haqlı olmamışdır. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticələr əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Beləliklə, Bakı Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu halda qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq 1 epizod üzrə səhv nəticəyə gələrək məhkumlara əsassız olaraq həmin epizod üzrə bəraət verilmişdir, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Qanııııun bu tələblərinə əməl edilməməsi isə CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15, və 416.1.21-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərarının ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müə yyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiy a instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələlərdən biri məhkumlara “narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür” epizodu üzrə Məhkum1 və Məhkum2 təqsirinin sübuta yetirilməməsi əsası ilə barələrində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsinə dair apelly asiya instansiyası məhkəməinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmun undan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərə findən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə n əzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarlarında müəyyən olunan hallar əsasında məhkumlar Məhkum1 və Məhkum2 “narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından ü zəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür” epizodu üzrə təqsirli olmamaları barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestində həmin epizod üzrə irəli süülmüş dəlillər əsassızdır. Göstərilən nəticə kassasiya protetində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkumların bu epizod üzrə təqsirli bilinmələri üçün cinayət prosessual qanun vericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Bakı Apellyasiya Məhkəməsi gəldiyi nəticə ilə bağlı öz qərarında göstərmişdir ki, “...məhkəmə kollegiyası apellyasiya şikayətlərinin ittihamın ikinci epizodu, yəni “ƏlətAstara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrıayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi” dəlili ilə razılaşaraq qeyd edir ki, cinayət işi materiallarıından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat 05:30- 06: 15-də Cəlilabad rayon prokurorluğunun müstəntiqi Zöhrab Verdiyev tərəfindən hadisə yerinə baxış protokolu tərtib edilmişdir. Həmin vaxt hadisə yerində olan Şahid6 izahat verərək hadisəni təsvir etmişdir. Lakin Şahid6 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələrində bildirmişdir ki, Məhkum1 02 bağlama narkotik vasitəni qaçarkən yerə düşürtmüşdür. Buna baxmayaraq, Şahid6 hadisə yerinə baxış istintaq hərəkətində iştirak edərkən həmin “yerə düşdüyü iddia edilən narkotik vasitəni görməməsi” diqqət çəkir və həmin zaman hadisə yerindən narkotik vasitə aşkar edilmir, sadəcə 04 (dörd) ədəd giliz aşkar edilərək götürülür. Həmçinin, cinayət işinin materialları ilə müəyyən edilir ki, eyni hadisə yerinə ikinci dəfə 21 mart 2020-ci il tarixdə saat 10:30-da Cəlilabad RPŞ-ni n təhqiqatçısı Xalid Feyziyev tərəfindən baxış keçirilir, əlavə 02 bağlama narkotik vasitə aşkar olunur və nəticəsinə müvafiq olaraq protokol tərtib edilir. Məhkum edilmiş şəxslərin ittiham edildikləri cinayətlər üzrə əməllərinin ikinci epizodunun əsasını məhz ikinci dəfə baxış keçirilərkən hadisə yerindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroin təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum1 və Məhkum2 mütəşəkkil dəstə tərkibində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini qəsdən əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. Amma Məhkum1 və Məh kum2 ikinci epizod üzrə narkotik vasitə heroini satış məqsədi ilə əldə etmələri barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Apellyasiya icraatı zamanı məhkəmə baxışında da Məhkum1 və Məhkum2 ikinci epizod üzrə satış məqsədi ilə narkotik vasitə əldə etmələri, saxlamaları və daşımalarını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən Məhkum1 və Məhkum2 ikinci epizod üzrə satış məqsədi ilə narkotik vasitə əldə etmələri, saxlamaları və daşımaları ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hadisə yerinə baxış protokolundan göründüyü kimi, hadisə avtomobildən 3-4 metr məsafədə baş vermiş, 21 mart 2020ci il tarixdə saat 05:30-da Calilabad Rayon Prokurorluğunun müstəntiqi hadisə yerinə baxış keçirtmiş, həmin vaxt orada Şahid6 da olmuş və "131” yazısı olan dəmir lövhədən 3-4 metr məsafədə 04 ədəd giliz aşkarlanmış, hadisədən 5 saat sonra 21 mart 2020-ci il tarixdə saat 10:30-da hadisə yerinə ikinci baxış keçirilmiş, hadisə yerindən bu dəfə 2025 qram narkotik vasitə heroin aşkarlanmış və bu barədə Cəlilabad RPŞ-nin təhqiqatçısı Xalid Feyziyev tərəfindən protokol tərtib olunmuşdur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hadisə yerinə birinci dəfə baxış keçirilərkən "131” yazısı olan dəmir lövhədən 3-4 metr məsafədə 04 ədəd giliz aşkar edildiyi halda, 2025 qram narkotik vasitənin aşkar edilməməsi nəinki ağlabatan deyil, hətta mümkünsüzdür. Bu səbəbdən də məhkəmə k ollegiyası məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 Cəlilabad rayonunda aşkar edilmiş 2025 qram narkotik vasitə epizodu ilə bağlı təqsirlərinin sübut edilməsi üçün iş materiallarında sübutların kifayet etməməsi və həmin epizodla bağlı hər iki məhkum edilmiş şəxsin təqsirlərinin sübut olunmaması qənaətinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 və Məhkum2 ittiham edildikləri Cəlilabad rayonunda aşkar edilmiş 2025 qram narkotik vasitə epizodu ilə bağlı narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə dair ittiham ibtidai istintaq orqanının mülahizəsinə əsaslandığından, mötəbər sübutlarla öz təsdiqini tapmadığından, həmin epizod üzrə ittihamın sübut olunması zamanı yaranmış şübhələr toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcə lləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 irəli sürülmüş ittihamdan Cəlilabad rayonunda aşkar edilmiş 2025 qram narkotik vasitə epizodunun xaric olunması qənaətinə gəlməsinə baxmayaraq, kollegiya birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərin əməllərinin AR CM-in 234.4.1 və 234.4.3-cü maddəsinə tövsif edilməsi hissəsində mövqeyi ilə razılaşır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Onların “Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində, müvəqqəti polis postunda saxlanıldıqdan sonra həmin avtomobilə baxış keçirilərkən üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan psixotrop maddə olan metamfetamin avtomobilin sağ arxa oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülməsi” epizodu üzrə üzrə işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Məhkum1 və Məhkum2 cinayət məs uliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Kollegiya eyni zamanda apellyasiya icraatı zamanı qismən məhkəmə istintaqı keçirilməklə əldə edilmiş sübutları cinayət işi materiallarında olan ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı əldə edilmiş sübutlarla qarşılıqlı şəkildə tədqiq edib qiymətləndirir və hesab edir ki, məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 elan edilmiş ittiham üzrə ikinci epizod, yəni “narkotik vasitənin götürüldüyü ƏlətAstara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrıayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür” hissəsində Məhkum1 və Məhkum2 təqsirliliyini sübuta yetirən kifayət qədər sübutlar mövcud olmadığından, həmçinin mövcud olan sübutlar şübhəli olduğundan, onların barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilərək, həmin epizod verilmiş ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir və bu qaydada nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla x itam verilmiş hesab olunur....” Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumlar Məhkum1 və Məhkum2 mübahisələndirilən epizod üzrə təqsirli bilinmələri barədə irəli sürülmüş dəlillərdə qanuni əsaslar mövcud deyil və kassasiya protestinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya məhkəməsi məhkumlar Məhkum1 və Məhkum2 əməlini Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinə tövsif edilməsi və kassasiya protestində mübahisələndirilən epizod üzrə bəraət verilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgü n istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarında olan 21 mart 2020-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Məhkum1 məxsus “BMW” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin sürətlər qutusunun yanından dəstəyi ağ və qırmızı rəngli müxtəlif naxışlar olan bir ədəd qatlanan bıçaq, avtomobilin arxa oturacağından dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçaq, dəstəyi gümüşü rəngli olan bir ədəd qatlanan bıçaq, arxa sağ ayaqaltısından bir ədəd qara rəngli polietilen torbada üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış iki ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Məhkum1 dəstəyi qırmızı rəngli taxtadan olan bir ədəd qatlanan bıçağın ona məxsus olduğunu, digər iki ədəd bıçaq və narkotik vasitə olan heroinə bənzər kütlələrin isə kimə məxsus olmasından məlumatı olmadığını göstərmişdir. Aşkar olunmuş iki bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr və bıçaqlar iş üzrə əhəmiyyətli olduğu üçün götürülmüşdür. Cinayət işinin materiallarında olan 12 sentyabr 2020-ci il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum2 şəxsi istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif şəxslərə məxsus mobil telefon nömrələri arasında danışıqlar və narkotik vasit ələrin qanunsuz dövriyyəsi ilə bağlı sms yazışmalarının olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 11 sentyabr 2020-ci il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif şəxslərə məxsus mobil telefon nömrələri arasında danışıqlar və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sms yazışmalarının olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 18 may 2020-ci il tarixli “fotoşəkillərlə tanınma keçirilməsi barədə” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid6 ona təqdim olunan fotoşəkillərin arasından Məhkum2 Mehman oğlunun fotoşəklini tanımışdır. Cinayət işinin materiallarında olan 18 may 2020-ci il tarixli “fotoşəkillərlə tanınma keçirilməsi barədə” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid6 ona təqdim olunan fotoşəkillərin arasından Məhkum1 fotoşəklini tanımışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən daxil olan 22 aprel 2020-ci il tarixli 3644-1220 nömrəli məktubdan görünür ki, Məhkum1n adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir, etibarnamə ilə qara metallik rəngli BMW 525 minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanası publik hüquqi şəxsdən daxil olan 18 aprel 2020-ci il tarixli 3006 nömrəli məktubdan görünür ki, Məhkum2 və Məhkum1 həmin xəstəxanada müalicə olmamışl ar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 21 mart 2020-ci il tarixli 18/367 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Məhkum1 təqdim etdiyi 2 ədəd bağlamada...” sözləri yazılmış polietilen torbanı açdıqda 02 ədəd üzəri yapşqan lentlə bağlı olan şəffaf polietilen bağlamlarda ayrı ayrılıqda təmiz çəkisi 1010 qram, 105 qram ümumi təmiz çəkisi 2025 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “... Məhkum1.. BMW markalı...” sözləri yazılmış polietilen torbanı açdıqda 01 ədəd üzəri yapşıqan lentlə bağlı olan şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan qəhvəyi mtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd üzəri yapşıqan lentlə bağl olan şəffaf bağlamada təmiz çəkisi 2000 qram olan ağ rıəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilən 3 ədəd bağlamada olan heroin eyni tərkiblidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə narkoloji ekspetizasının 23 mart 2020-ci il tarixli 213 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınma sı məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsin məhkəmə narkoloji ekspetizasının 22 iyun 2020-ci il tarixli 1708 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum2 narkotik vasitələrdən periodik istifadə etmə halları olub. Lakin halhazırda Məhkum2 müayinə zamanı narkomaniya, alkoqolizm və toksikomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Məhkum2 narkomaniya, alkoqolizm və toksikomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə lifli ekspertizasının 04 iyun 2020-ci il tarixli 6/50 2 nömrəli rəyindən görünür ki, tədqiqat təqdim edilmiş BMW” markalı 99- BU-525 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və qabaq sol oturacağından silinib götürülməsi qeyd edilən qubkalar üzərində kənar lif mikrohissəcikləri vardır. - “BMW” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağından silinib götürülməsi qeyd edilən qubka üzərindən tapılmış tünd boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Məhkum2 məxsus olması qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. - BMW” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağından silinib götürülməsi qeyd edilən qubka üzərindən tapılmış tünd boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Məhkum2 məxsus olması qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. - Məhkum2 məxsus olm ası qeyd edilən paltarlar üzərində “BMW” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və qabaq sol oturacağına məxsus olması qeyd edilən üzlük hissələrinin tərkib liflərindən yoxdur. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən epizod üzrə düzgün hüquqi qiymət verilməmişdir. Məhkumlar Məhkum1 və Məhkum2 ibtidai araşdırma dövründə verdiyi ifadələri, iş üzrə toplanmış yuxarıda qeyd edilən digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər hesab edərək və məhz həmin ifadələr əsas götürülərək onların barəsində həmin epizod üzrə apelyasiya məhkəməsi tərəfindən düzgün olaraq bəraət verilmiş, digər epizodlar üzrə törədilən cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə onların əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda törədildikdə) satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanu nsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsu liyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11-ci mаddəsində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Sözügedən plenum qərаrınа əsаsən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılаşmаqlа iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd оlunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bila vasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirаk etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumlar Məhkum1 və Məhkum2 narkotik vasitəni məhz satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq əldə edərək birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunması barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası bundan əlavə qeyd etmək istəyir ki, ''Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirlən dirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Belə ki, Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət i şləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qəra r) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respub likası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsas ında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında mübahisələndirilən epizod üzrə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 və Məhkum2 törətdiyi cinayət əməlinin tövsifində və “narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür” hissəsində bəraət verilməsi barədə səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər han sı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 29 avqust 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-772/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-772/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver