Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-772/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda o lan, ünvan 2anda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-231/2024 nömrəli 22 avqust 2024cü il tarixli hökmünə əsasən (sədrlik edən M.Hacıyeva) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs k imi tutulduğu 21 noyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2278/2024 nömrəli 31 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-231/2024 nömrəli 22 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttihama əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,130 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 21 noyabr 2023- cü il tarixdə saat 2 0 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, 46 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4nda yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 4 ədəd ağ rəngli sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,262 qram, 0,351 qram, 0,312 qram, 0,205 qram, ümumi təmiz çəkisi 1,130 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və gödəkcəsinin sol iç cibindən üzərində metamfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 1,130 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işi üzrə yeni apellyasiya baxışı təyin edilməsi xahiş edilir. Protestdə bildirilir ki, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş metamfetamin 0,262 qram, 0,351 qram, 0,312 qram, 0,205 qram çəkidə 4 ədəd bükümdə olmuşdur. Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək nə bükümlərin, nə də tərəzinin ona məxsus olmadığını, hətta baxışdan az əvvəl həmin əşyaların polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirmişdir. Həmin ifadə məhkəmələr (həm birinci, həm də apellyasiya instansiyası) tərəfindən qəbul edilməmiş, müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Belə olan halda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadənin təhlil edilməsi zəruridir. Təqsirləndirilən şəxs həmin ifadədə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, metamfetamini şəxsi istifadə üçün əldə etmiş, tərəzi ona məxsus olmaqla onu narkotik və ya psixotrop maddəni alarkən aldanmamaq üçün üzərində gəzdirmişdir. Hesab edək ki, təqsirləndirilən şəxsin tərəzini gəzdirməkdə məqsədi həqiqətən aldığı maddələri kontrol etmək olmuşdur. Belə olan halda həmin maddəni hansısa dükan və köşkdən a lmadığı halda, sadəcə satıcı tərəfindən konkret yerə (“zakladka’’ kimi) qoyulduğu təqdirdə, həmin maddənin həmin yerdə tərəzidə kontrol çəkdirməsinin nə faydası var? Bunu ev şəraitində etmək daha rahat deyilmi? Digər tərəfdən, hesab edək ki, təqsirləndirilən şəxs həmin 1,130 qram çəkidə psixotrop maddə metamfetamini çəkdirərkən məntiqlə bükümlərin içərisində olan kütləni 1 bükümə çəmləşdirib çəkdirməli idi. Lakin 1,130 qram çəkidə metamfetaminin 4 bükümdə olmağı, həmçinin tərəzidə həmin metanfetaminin izlərinin olması onu göstərir ki, təqsirləndirilən şəxs metamfetamini kontrol formada çəkməmiş, əksinə, bir bağlamada olan kütləni satmaq məqsədi ilə 4 bərabər paylara bölmüş və bunun məqsədi məhz satış olmuşdur. Bundan başqa məhkəmələr Məhkum əməlini CM-nin ağır maddəsindən yüngül maddəsinə tövsif edərkən onun tərəfindən törədilən CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayətlər olmasını, aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək əksəriyyəti gənc olmaqla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum q ərarının tövsiyələrini nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsinin səbəblərini nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi öz yekun qərarlarında əsaslandırmamışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərind ən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim oluna n sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə məsuliyyət nəzərdə tutulur və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbay can Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur və üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətl əri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM -də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olma lıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir lər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arası nda cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Protestdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haq qında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum istintaq tərəfindən ittiham edildiyi CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsində göstərilən cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Dövlət ittihamçısı kassasiya protestində Məhkum üzərində olan tərəzinin olmasını, narkotik vasitənin xeyli miqdarda olmasını və həmin narkotik vasitənin bükümlərdə olmasını məhkumun narkotik vasitənin satışı ilə məşğul olmasının əsas dəlilləri kimi gös tərmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə bağlı bildirir ki, məhkəmə qərarlarından görünür ki, şəxsi axtarış və götürmə aparılması haqqında 21 noyabr 2023cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X3, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2, polis kapitanı X1, polis baş leytenantı Şahid1, Müdafiəçi1 iştirakları ilə 21 noyabr 2023-cü il tarixdə saat 20:20 radələrində Məhkum üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdən əvvəl Məhkum paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla d övriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Məhkum əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 4 ədəd ağ rəngli sellofan bükümdə, içərisində ağ rəngli maddə olan bükümü təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Məhkum həmin ağ rəngli sellofan bükümdə olan maddənin metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu, şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşından Whatsapp tətbiqi vasitəsi ilə əlaqə yaratdığını, ödəniş etmədən aldığını və üzərində saxladığını demişdir. Məhkum əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən 1 ədəd üzərində “QC Pass” sözləri yazılmış elektron tərəzini təqdim etmiş və həmin tərəzini isə aldığı narkotik vasitələrin çəkis ini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə qərarlarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə ekspertizasının 22 noyabr 2023-cü il tarixli, 3-16-16/1-6/6112 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Məhkum (imza)...” sözləri olan zərfdəki 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,262 qram, 0,351 qram, 0,312 qram, 0,205 qram, ümumi təmiz çəkisi 1,130 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, bir ədəd elektron tərəzidə psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İş m ateriallarında olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibini yaratdığı üçün cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunmuş və Məhkum həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə qərarlarında olan baxış keçirilməsi haqqında 26 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Məhkum istifadəsində olmuş “Samsung” markalı telefonuna baxış keçirilmiş və telefonda iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qərarlarında olan diskə baxış keçirilməsi haqqında 10 fevral 2024-cü il tarixli protokollardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş “CD” disklərə baxış zamanı Məhkum istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı nömrələrə 01 noyabr 2023-cü il tarixdən 20 noyabr 2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan SMSlərdə Məhkum hər hansı bir şəxs ilə aralarında narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə hər hansı bir yazışma aşkar olunmamışdır. Həmçinin disklərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. Məhkəmə qərarlarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 X8-Narkoloji tibbi yoxlamanın 29 dekabr 2023-cü il tarixli, 8498 nömrəli rəyinin nəticə hi ssəsindən görünür ki, Məhkum kannabinoidlərin və psixostimulyatorların qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - toplanmış sübutların qiymətləndirilməsi haqqında 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Məhkum aşkar edilmiş 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,262 qram, 0,351 qram, 0,312 qram, 0,205 qram, ümumi təmiz çəkisi 1,130 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamin, 1 ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izləri olan elektron tərəzi və şəxsi axtarışın aparılmasının əks olunduğu 1 ədəd “CD” disk iş üzrə mad di sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 1,030 qram olan psixotrop maddə metamfetamin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş və 1 ədəd “CD” disk cinayət işinə əlavə edilmişdir. Göründüyü kimi iş materiallarında kassasiya protestində israr edilən məhkumun narkotik vasitələrin satışı ilə məşğul olmasını sübut edəcək heç bir hal yoxdur. Protestdə psixotrop maddənin büküm sayının çoxluğu, tərəzinin olmasının satış məqsədinin olmasına istinad etdiyi qeyd edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən 4 bükümdə psixotrop maddənin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Məhkəmə kollegiyası bildirir ki, Məhkum həm ibtidai istintaq, həm məhkəmə istintaqında ifadələrində narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamasını, aşkar olunmuş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, elektron tərəzini aldığı psixotrop maddənin çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmiş və bu ifadələr cinayət işinin digər materialları ilə təkzib edilməmişdir ki, məhkəmələr də düzgün olaraq bu ifadələri inandırıcı qəbul etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azər baycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasit ənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.1-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsini düzgün hesab etmişdir. Cinayət işinin materiallarından görünür ki, ittiham tərəfi kassasiya protestində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini deyil, CM-nin 234.1-i maddəsində göstərilmiş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya protestinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqda qanunsuzluğa yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhku m barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin protestin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyi l və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-772/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-772/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver