Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-773/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrilərinin barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Mehdixan Abdullayev, hakimlər İlkin Abdullayev və Cəlil Nəbiyevdən ibarət tərkibdə) 1(099)-308/2019 nömrəli 23 avqust 2019-cu il tarixli hökmü ilə Məhkum,08 dekabr 1962-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, ***** rayonu, ****** qəsəbəsi, ********* küçəsi, *** saylı evin, **** saylı mən zilində qeydiyyatda olan və yaşamış; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, ona CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X7 və X6 da təqsirli bilinib məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, satış məqsədi ilə külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 28 fevral 2018-ci il tarixdə Bakı şəhərində X7, X6, X4, X3 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 01 mart 2018-ci il tarixdə idarə etdiyi avtomobillə Biləsuvar Gömrük İdarəsinin qarşısına getdikdən sonra avtomobili*dayanacaqda saxlayaraq həmin gün X4 və X3 ilə birlikdə piyada xətti ilə İran islam Respublikasına getmiş, 04 mart 2018-ci il tarixdə X3 qrupun İran İslam Respublikasındakı istintaqla müəyyən edilməmiş üzvləri ndən onlara çatdırılması üçün 2 bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 49,583 qram təşkil edən metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etmiş və cinsiyyət orqanında gizlətmək üçün X1 vermiş, sonuncu 2 bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 49,583 qram təşkil edən metamfetamin psixotrop maddəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək cinsiyyət orqanında yerləşdirib saxlamış, daşımış və Azərbaycan Respublikasına gətirib onlara çatdırılması üçün 04 mart 2018-ci il tarixdə saat 17 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuşd ur. Hökmdən iş üzrə məhkum edilmiş şəxs İ6, müdafiəçisi J6 və məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X5 tərəfindən verilən apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-564/2019 nömrəli 27 dekabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Rafiq Cəfərov, hakimlər Fuad Soltanov və İsmayıl Əhmədovdan ibarət tərkibdə) məhkum edilmiş şəxs İ6 və müdafiəçisi Janna Bağırova tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Ə6 apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2019-cu il tarixli hökmü Məhkum CM-in 206.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmiş, Məhkum qaçaqmalçılıq cinayəti ilə bağlı əməli CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilmiş və o, CM-in 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona hökmlə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və CM-in 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzaları CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanmaqla, ona qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasi ya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi onun qaçaqmalçılıqla bağlı əməlini CM-in 206.3.2 maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməsinə baxmayaraq cəza müddətini olduğu kimi saxlamışdır. Məhkum törətdiyi cinayəti tam etiraf etməklə yanaşı bundan səmimi peşman olduğunu, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq onun cəzasını daha da yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayə ti təmin edilməli və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilməli və məhkumun cəzası yüngülləşdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək aşağıdakılarəı qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Məhkum aid hissədə Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, iş üzrə digər məhkumların ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar ). Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara Məhkum aid hissədə onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəməsinin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri apel lyasiya instansiya məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassatorun başlıca dəlili əməlinin Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməklə təyin olunmuş məhkum cəza müddətinin dəyişdirilmədən saxlanılmasının qanunsuz və əsassız olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkum satış məqsədi ilə külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gi zli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 28 fevral 2018-ci il tarixdə Bakı şəhərində X7, X6, X4, X3 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 01 mart 2018-ci il tarixdə idarə etdiyi avtomobillə Biləsuvar Gömrük İdarəsinin qarşısına getdikdən sonra avtomobili dayanacaqda saxlayaraq həmin gün X4 və X3 ilə birlikdə piyada xətti ilə İran islam Respublikasına getmiş, 04 mart 2018-ci il tarixdə X3 qrupun İran İslam Respublikasındakı istintaqla müəyyən edilməmiş üzvlərindən onlara çatdırılması üçün 2 bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 49,583 qram təşkil edən metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etmiş və cinsiyyət orqanında gizlətmək üçün X1 vermiş, sonuncu 2 bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 49,583 qram təşkil edən metamfetamin psixotrop maddəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək cinsiyyət orqanında yerləşdirib saxlamış, daşımış və Azərbaycan Respublikasına gətirib onlara çatdırılması üçün 04 mart 2018-ci il tarixdə saat 17 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsini hökmündən Məhkum müdafiəçisi Ənnağı Məmmədli apellyasiya şikayəti verərək məhkuma bəraət verilməsini xahiş etmişdir. İşə baxan Şirv an Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hökmü Məhkum aid hissədə dəyişdirmiş, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsinə tövsif etməsinə baxmayaraq, ona hökmlə bu maddə ilə təyin edilmiş eyni həddə - 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, bel ə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iş üzrə Məhkum narkotik vasitənin ölkəyə keçirilməsi ilə əlaqədar olan qaçaqmalçılıq cinayətinin birbaşa icraçısı olmamış, bu cinayətin icraçısı olan digər şəxslərlə razılaşaraq, həmin narkotik vasitələrin əldə olunmasını və başqa şəxslərə satılmasını qabaqcadan vəd etməklə digər şəxslər tərəfindən bu narkotik vasitələrin Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə köməklik etmişdir. Bu səbəbdən məhkumun Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası a pellyasiya məhkəməsinin məhkumun əməlinin tövsifi ilə bağlı gəldiyi qənaəti qanuni və əsaslı hesab edir, lakin tövsifin dəyişməsinə rəğmən Məhkum təyin edilən cəzanın həddində heç bir dəyişiklik etməməsini əsaslı və ədalətli hesab etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarş ısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözs üz təmin etməlidirlər. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalıdır. Başqa sözlə, cəza törədilən cinayətə adekvat olmalıdır. İstər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyyələri baxımından yanaşdıqda apellyasiya məhkəməsinin qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təyin edilmiş cəzanın müddəti əsaslı və ədalətli görünmür. Belə olan halda, məhkəmə kollegiyası Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşır və belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilmə li, mübahisələndirilən qərar dəyişdirilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş cəza müddəti aşağı endirilməli və hazırki qərarla müəyyən edilmiş cəza ona hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilən cəza ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum qəti cəza təyin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2019-cu il tarixli qərarı Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum aid hissədə dəyişdirilsin. MəhkumAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il 06 (altı) aya endirilsin. Hazırki qərarla təyin edilmiş cəza hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə Məhkum təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkumna qəti olaraq 06 (altı) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-773/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-773/2020
05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver