Məhkəmə qərarları › İş №1(102)-773/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-773/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-773/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X9 və Məhkum iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 1 78.2.3, 29,178.2.3 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: D.H.İmanov (sədrlik edən), M.Ə.Bağırov və N.T.Əliyevdən ibarət tərkibdə ) 19 avqust 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1979-cu il tarixdə Samux rayonu, Alıncalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Samux rayonu, qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikasının Cin ayət Məcəlləsinin 178.2.3, 29,178.2.3 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 178.2.3, 29,178.2.3-cü maddələri ilə ona CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4, 312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzaları qismən toplamaq yolu ilə əlavə cəzanı əsas cəzaya tam birləşdirməklə, qəti olaraq 1 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) i l müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq əsas cəzası şərti hesab edilməklə ona 03 (üç) il sınaq müddəti müəyyən edilməsi, təyin edilmiş sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, təyin olunmuş 1 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddətinin hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması, üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələrinin qoyulması, davranışı üzərində nəzarətin Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə) 11 noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə bilə- bilə qanunsuz edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, Gəncə Dövlət Universitetinin rektorunun 05.01.2015-ci il tarixli 1/03 nömrəli əmri ilə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə dekan müavini vəzifəsinə təyin edilməklə 05.01.2015-ci il tarixdən 13.01.2020-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan tanışı X6 vasitəsi ilə tanıdığı XXa XX Tahir qızının Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə qismində qəbul edilməsində köməklik göstərməsi ilə bağlı 2019-cu ilin iyul ayında özünə müraciəti ilə əlaqəd ar, XX X4 Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə dekan müavini olmaqla Bakı şəhərində təhsil sahəsində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə XX XXanı qeyd edilən universitetin baytarliq fakültəsinə tələbə qismində qəbul etdirmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar XX XXanın xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, 2019-cu ilin iyul ayından həmin ilin oktyabr ayınadək olan müddətdə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Zabitlər evi nin” qarşısında sonuncu ilə istintaqla müəyyən edilməyən günlərdə bir neçə dəfə görüşüb universitetə tələb olunan şəxsiyyət vəsiqəsinin surəti, abituriyent ərizəsinin əslini, şəxsi kabinetin pin kodunu və şifrəsini almaqla, habelə XX XXanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə özünün istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsindən “whatsap” proqram vasitəsi ilə əlaqə saxlayaraq, “Çünki mən iki-üç iş görmüşəm təmiz olub, əgər hər şey yaxşı olsa bizə qalır ancaq əmrləşmək, perevod üçün Ukraynadadılar 6 günə burda olacaq, ama demək olarki hazırdı” məzmunlu sms-lər göndərib özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 22 iyul 2019-cu il tar ixdə Gəncə şəhəri Nizami prospektində yerləşən “Zabitlər evinin” qarşısında həmin adla ondan 1.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə XX XXaya məxsus 1.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar XX XXanın xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3000 manat pul vəsaitini rüşvət qismində verməyə XX XXanı təhrik etmiş, sonuncu işinin düzəlmədiyini, uzandığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək qalan 2000 manat məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəs indən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə XX XXaya məxsus 3.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Kassasiya protestinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2020-ci il tarixli qərarındən Dövlət ittihamçısı Nizami oğlu tərəfindən kassasiya protesti verilmişdir. Dövlət ittihamçısı qərarın əsassız olduğunu, Məhkum törətdiyi cinayət onun şəxsiyyətinin cəmiyyət üçün çox təhlükəli olmasını açıq surətdə göstərdiyini vurğulayaraq kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı nəticəsində müəyyən olunaraq məhkəmənin hökmündə öz təsdiqini tapmış işin halları ilə Məhkum tərəfindən törədilən cinayətin x arakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək, nəticələrinin ağır olmasına dəlalət edərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini deyil, məhz çəkilməsini şərtləndirməsinə, şəxsiyyəti nəzərə alınaraq təqsirləndirilən şəxsin həmin cəzanı çəkmədən islah olunmasının mümkün olmamasına baxmayaraq məhkəmə bunun əksinə olaraq Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını şərti hesab etməyi məqsədəuyğun hesab etmişdir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah olunmasına və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülmüş CM-in 32.4,312.2-ci maddəsində nəzərdə tutulan cinayət «korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər» kateqoriyasına aid olmaqla əməlin ictimai təhlükəliliyi ilk növbədə cinayətin obyekti ilə bağlıdır. Belə ki, burada əsas obyekt qismində dövlət orqanlarının normal fəaliyyəti, əlavə obyekt qismində isə vətəndaşların və ya təşkilatların hüquq və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Təqsirkar öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vətəndaşların, dövlətin və ya təşkilatların hüquqlarına və ya qanuni mənafelərinə ziyan vurur. CM-ın 178.2.3 və 29,178.2.3-cü maddəsində nəzərdə tutulan əməl isə «mülkiyyət əleyhinə olan cinayətlər» fəslinə aid olmaqla özgənin əmlakı, mülkiyyət münasibətləri ilə bağlıdır. Qeyd olunan cinayətlərdən CM-in 312.2-ci maddəsində nəzərdə tutulan cinayət formal tərkiblidir, CM-in 178-ci maddəsində nəzərdə tutulan cinayət isə maddi tərkibli olmaqla əməlin nəticəsindən bilavasitə asılıdır. Subyektiv cəhətdən hər iki əməl birbaşa qəsdlə törədilir. Rüşvət verməyə təhrik etmə ağır, qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmə isə az ağır cinayətlər kateqoriyasına aiddir. Bundan başqa, Məhkum törətdiyi əməllərin ictimai təhlükəliliyini artıran başlıca amil həmin əməllərin bir-birini tamamlaması, bir-biri ilə sıx bağlı olmasıdır. X8 ilə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələləri üzrə dekan müavini vəzifəsində işləməsinə görə əlaqə yaratmış, Məhkum qulluq mövqeyindən istifadə etməklə hər iki əməli törətmişdir. Lakin məhkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, şərti hesab edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Məhkəmə cəza təyini məsələsini həll edərkən cəzanı yüngülləşdirən hallara əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli həmin halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyin ə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını əsaslandırmalıdır. Əsaslandırma isə elə olmalıdır ki, qeyd olunan hallar barədə təsəvvür formalaşdırsın, qərarı və həmin hallar üzrə məhkəmənin mülahizələrini dinləyənləri, oxuyanları məhkəmə qənaətinin düzgün olduğuna inandırsın. Ancaq belə olduqda müəyyən edilmiş hallar təqsirkar şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş yüngül cəzanın təyin edilməsinə əsas yaratması haqqında məhkəmənin mövqeyi aydın və inandırıcı olacaqdır. Məhkəmə Məhkum törətdiyi əməldən səmimi peşmançılıq keçirməsini, müsbət xarakterizə olunmasını, habelə onun və arvadının xəstəlikdən əziyyət çəkməsinin CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas kimi qəbul etsə də, təqsirləndirilən şəxsin hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını, səmimi peşmançılıq keçirməsinin nədə ifadə olunmasını hökmdə ümumiyyətlə göstərməmiş, həmin halları hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırmamışdır. Göründüyü kimi məhkəmə tərəfindən cinayət əməli tam sübuta yetirilmiş Məhkum cəza çəkmədən islah olunması mümkün sayılaraq onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab olunması həmin maddənin müstəsna əhəmiyyətinin itirilməsinə səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərarının ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi bərədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun çıxışlarını dinləyib, kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və c inayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət v ə cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya protestində işin faktiki halları və əməlin tövsifi deyil, məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Məhkəmə kollegiyası cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şə xsiyyətini düzgün nəzərə almamış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən yüngül cəza təyin etmişdir. Belə ki, ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin e dilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətin i səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zam anı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə i craatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmin cəza gələcəkdə həm Məhkum, həm də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3, 62 və 70-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam a raşdırmamış, bu hallara, habelə məhkumların şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təyin olunmuş cəzanın məqsədini təmin etməyən yüngül cəza təyin etməklə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Gəncə Apellyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna ma likdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, işin hallarına uyğun olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiya sı Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar