Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-773/2023 25.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Behbudov Elşən Vahid oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 237.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.V.Behbudov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli hökmü ilə (hakimlər Məmmədov Əli İrfan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uş aqları olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2-də nömrəsiz fərdi yaşayış evində yaşamış, CM-nin 237.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 237.2.3-cü maddəsi üzrə 6 (altı) il müddətə, CM-nin 234.4.3-cü maddəsi üzrə 9 (doqquz) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək kultivasiya etmiş, eləcə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxla mışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və şəraitdə yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib 30 iyun 2021-ci il tarixədək olan müddət ərzində külli miqdarda, ümumilikdə 4676 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, eyni zamanda istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 33 kiloqram 730,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı və ümumi təmiz çəkisi 93 kiloqram yaş vəziyyətdə, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkilərinin h issələrini əldə edib yaşadığı qeyd olunan ünvana daşımaqla saxlamış, Məhkum tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 30 iyun 2021-ci il tarixdə, saat 15:20-də Məhkum yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən, evin həyətyanı sahəsində yerləşən üzəri ağ rəngli sellofanla örtülmüş istixananın içərisində qanunsuz olaraq əkilib-yetişdirilməklə kultivasiya edilmiş külli miqdarda, yəni ümumi çəkisi 4 ton 573 kiloqram olmaqla, 4676 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 7 ədəd ağ rəngli sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 5670,0 qram, 3750,0 qram, 4370,0 qram, 4370,0 qram, 5670,0 qram, 5300,0 qram və 4600,0 qram olmaqla, ümumilikdə 33 kiloqram 730,0 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə narkotik tərkibli çətənə bitkiləri ilə eynilik təşkil edən narkotik vasitə qurudulmamış marixuana və istixananın içərisində yerə sərilmiş 2 ədəd sellofanın üzərindən ümumi təmiz çəkisi 93 kiloqram yaş vəziyyətdə, əkilib-becərilməsi qadağan olunmuş tərkiblərinə görə narkotik tərkibli çətənə bitkiləri ilə eynilik təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkilərinin hissələri aşkar edilərək götürül müşdür. Hökmdən Məhkum müdafiəçisi Nurməmmədov Araz Mayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 08 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.V.Behbudov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi və CM-nin 237.2.3cü maddəsinin sanskiyasında nəzərdə tutulumuş cəzanın aşağı həddində cəza təyin edilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin), CM-nin bir sıra maddələrinə, Məhkum ifadələrinə, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi E.V.Behbudov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də ki işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə hüquqlarını müdafiə etdiyi şəxsə qarşı CMnin 234.4.3-cü maddəsi ilə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdu r. Müdafiəçi bildirir ki, Məhkum özünü CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilməmiş, onun yaşadığı ünvanda qurudulmuş marixuana olmamış, həmin marixuananın kim tərəfindən və nəvaxt evə qoyulmasını bilmir və o, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. O, yalnız çətənə bitkisinin toxumlarını tapıb evinin həyətində həmin toxumları əkib becərmiş, həyətində aşkar edilib götürülmüş kollar tam yetişməmiş, yetişdiyi halda isə yalnız özünün marixuanadan istifadə etmək niyyətində olmuşdur. Həmçinin müdafiəçi E.V.Behbudov qeyd etmişdir ki, Məhkum təqsirli bilindiyi CM-nin 237.2.3-cü maddəsi ilə ağır cəza təyin edilmiş və bu zaman onun ilk dəfə məhkum olunması, himayəsində iki azyaşlı uşaqlarının və yaşlı atasının olmaları kifayə qədər nəzərə a lınmamışdır. Şər olunan dəlillərə əsaslanaraq müdafiəçi onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkə mənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi E.V.Behbudovun həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum elan olunmuş ittiham üzrə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilməmiş, ittihamın bu hissəsi ilə məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq göstərilən maddə ilə təqsirli bilinərək məhkum edilmiş, həmçinin ona CM-nin 237.2.3-cü maddəsi ilə cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamışdır. Bununla da, müdafiəçi E.V.Behbudov apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi E.V.Behbudovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri ü zrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tə ləblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsindətətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu tə sbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya h akimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə t utulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prose sində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilmə zdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qan unu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etmə sinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və y alnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı əməl olunmalıdır. Yal nız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi ü çün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığınınşərtlərindən biri də hökmdə müəyyən edilmiş h alların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarə n araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, o cümlədən Məhkum ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə verdi yi etirafedici ifadəri ilə yanaşı şahidlərin ifadələri, baxış və götürmə haqqında 30 iyun 2021-ci il tarixli protokolla, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum qanunsuz olaraq tərkibində narkotik m addələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək kultivasiya etmiş, eləcə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamaqla, istintaqa məlum olmayan vaxtda və şəraitdə yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib 30 iyun 2021-ci il tarixədək olan müddət ərzində külli miqdarda, ümumilikdə 4676 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, eyni zamanda istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 33 kiloqram 730,0 qram kustar üsull a hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı və ümumi təmiz çəkisi 93 kiloqram yaş vəziyyətdə, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkilərinin hissələrini əldə edib yaşadığı qeyd olunan ünvana daşımaqla saxlamış, Məhkum tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 30 iyun 2021-ci il tarixdə, saat 15:20-də Məhkum yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən, evin həyətyanı sahəsində yerləşən üzəri ağ rəngli sellofanla örtülmüş i stixananın içərisində qanunsuz olaraq əkilib-yetişdirilməklə kultivasiya edilmiş külli miqdarda, yəni ümumi çəkisi 4 ton 573 kiloqram olmaqla, 4676 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 7 ədəd ağ rəngli sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 5670,0 qram, 3750,0 qram, 4370,0 qram, 4370,0 qram, 5670,0 qram, 5300,0 qram və 4600,0 qram olmaqla, ümumilikdə 33 kiloqram 730,0 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə narkotik tərkibli çətənə bitkiləri ilə eynilik təşkil edən narkotik vasitə qurudulmamış marixuana və istixananın içərisində yerə sərilmiş 2 ədəd sellofanın üzərindən ümumi təmiz çəkisi 93 kiloqram yaş vəziyyətdə, əkilib-becəril məsi qadağan olunmuş tərkiblərinə görə narkotik tərkibli çətənə bitkiləri ilə eynilik təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkilərinin hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək həqiqətən də 4000 ədəd çətənə bitkisinin toxumlarını əkib becərməsini, bu toxumlardan 4676 ədəd kolun yetişməsini, lakin yaşadığı evdə qurudulmuş marixuananın olmamasını göstərsə də, ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, narkotik vasitə olan marixuanadan təxminən 3-4 il əvvəl istifadə etmiş, lakin hazırda istifadə etmir. Ölkə ərazisində olan pandemiyadan qabaq o, toylarda musiqiçi kimi iştirak edərək, habelə həyətyanı sahədə xiyar, pomidor əkməklə gəlir əldə edib özünü və ailəsini dolandırmış, ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi bağ evini 7-8 ay bundan əvvəl Şamo adlı tanışından 50000 (əlli min) manat müqabilində almış, lakin pulu tam ödəyə bilmədiyindən adına sənədləşdirməmiş, ailə üzvləri qaynanasına məxsus evdə yaşasalar da, o əkdiyi bitkilərə nəzarət etmək məqsədilə orada qalmış, bağın hətəyanı sahəsində on a məxsus 4 ədəd istixana olmuşdur. Narkotik vasitə marixuananın toxumlarını təxminən 3-4 il bundan öncə marixuanadan istifadə edən zaman həmin vaxtlarda tanıdığı Namiq adlı şəxsdən almış, sonradan marixuanadan istifadə etmədiyindən onları nə vaxtsa kiməsə vermək məqsədilə özündə saxlamış, 2021-ci ilin əvvəllərində bağda olan istixanalara xiyar əkmiş, lakin istixananı qazla təmin edə bilmədiyindən əkdiyi xiyarlar məhv olmuş, bu səbəbdən maddi cəhətdən sıxıntıları yaranmışdır. Belə olan halda maddi dəstəyi olmadığından evdə saxladığı marixuana toxumlarını istixanada əkməyə qərar vermiş, məqsədi toxumları əkib yetişdirdikdən sonra onları qurudub satmaqla qazanc əldə etmək olmuş, bu məqsədlə 2021-ci ilin aprel ayında ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi bağ evinin həyətində olan istixanal arın ikisində təxminən 4000 ədəd toxum əkmişdir. Bundan sonra o, həmin toxumlara aqrotexniki qaydada qulluq etmiş, 2021-ci ilin iyun ayının sonlarında marixuana kolları artıq yetişdiyindən onları yığıb qurutmağa başlamış, tutulmamışdan təxminən 3 gün əvvəl kolların arasından bəzilərini yığıb quruması üçün istixananın qarşısına yığmış, məqsədi quruduqdan sonra onları satmaq olmuşdur. 30 iyun 2021-ci il tarixdə saat 15:20- də bağ evinin qapısının döyüldüyünü eşidib, qapını açıb çölə çıxmış, çölə çıxan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, özünü təqdim etdib anket məlumatlarını dedikdən sonra polis əməkdaşları onun yaşadığı bağ evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməklə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərarla onu tanış etmiş, o, da yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf etməyə qərar vermiş və hazırda yaşadığı qeyd edilən bağ evinin həyətində yerləşən istixanada narkotik tərkibli çətənə bitkisi kolları əkib-becərməklə məşğul olduğunu demişdir. Polis əməkdaşları bununla bağlı yaşadığı bağ evinə və evin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu bildirmiş və bununla bağlı ondan icazə istəmiş, o, polis əməkdaşları tərəfindən yaşadığı bağ evinə və evin həyətyanı sahəsinə baxış keçiri lməsinə etiraz etmədiyi üçün onları bağ evinin həyətinə dəvət etmiş, yaşadığı bağ evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı onun yazılı şəkildə ərizə alınmış və polis əməkdaşları ona təklif etmişlər ki, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi kollarının əkdiyi istixanaları onlara göstərsin. O, polis əməkdaşlarını yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanaya dəvət edib, 2 istixanada əkdiyi narkotik tərkibli çətənə bitkisi kollarını onlara göstərmiş, baxışda iştirak edən aqronom həmin bitkilərin yarpaqlarına və gövdəsinə baxıb bitkilərin narkotik xassəli çətənə bitkisi olduğunu, bitkilərin ətrafının yabanı ot örtüyündən təmizləndiyini, diblərinin boşaldıldığını, diblərinə üzvi və mineral kübrələr verildiyini, torpağ ında damcı üsulu ilə suvarılma əlamətləri aşkar edildiyini bildirərək bitkilərin tam inkişaf fazasında olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini bildirmişdir. Baxış zamanı istixanada əkilmiş bitkilərin bir hissəsinin əvvəlcədən torpaqdan kökləri ilə birlikdə çıxarılması, həmin bitkilərin bir hissəsinin istixananın içində qalan hissəsinin isə istixananın qarşı hissəsində yerə yığılması, eyni zamanda torpaqdan çıxarılmış çətənə bitkilərinin kollarının bir hissəsinin yarpaqları və hissələrinin yığılaraq istixananın içərisində iki yerdə sellofanın üzərində sərilmiş vəziyyətdə və 07 ədəd sintetik kisəyə yığılmış halda olması müəyyən edilmiş, bundan əlavə mütəxəssis əvvəlcədən torpaqdan çıxarılaraq istixananın qarşısına və istixananın içərisinə yığılmış kolların, eyni z amanda həmin bitkilərdən yığılaraq 02 ədəd sellofanın üzərində yerə sərilmiş və 07 ədəd sintetik kisəyə yığılmış yarpaqların yaş vəziyyətdə olduğunu bildirmişdir. Sorğu zamanı istixanaların içərisində əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, 2021-ci ilin aprel ayının ortalarında özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su, üzvi və mineral gübrələr verərək onlara qulluq etdiyini qeyd etmiş, çətənə bitkilərini əkməkdə məqsədinin onları yetişdirib sonra qurudaraq satıb qazanc əldə etmək olduğunu bildirmiş, həmçinin qeyd etmişdir ki, istixananın içində olan və istixananın qarşısına yığılmış çətənə bitkiləri kollarını təxminən 3 gün əvvəl özü istixanadan çıxarıb qurutmaq məqsədi ilə aşkar olunduqları yerlərə yığmış, eyni zamanda torpaqda n çıxardığı çətənə bitkisi kollarının bir hissəsinin yarpaqlarını və hissələrini yığaraq qurutmaq məqsədi ilə istixanada 2 yerdə sellofanın üzərinə sərdiyini və eyni zamanda yarpaqların qalan hissəsinin isə kisələrə yığmasını etiraf etmişdir. Bundan sonra istixananın içərisində əkilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar kollar polis əməkdaşları tərəfindən bir-bir torpaqdan çıxarılmış və tam yığılıb qurtardıqdan sonra əvvəlcədən onun tərəfindən çıxarılmış çətənə bitkisi kolları ilə birlikdə sayılmış və yaşadığı bağ evinin həyətyanı sahəsində aşkar olunmuş bitkilərin ümumi sayının 4676 ədəd olması müəyyən edilmişdir. Həyətyanı sahəyə baxış keçirilməsi başa çatdıqdan sonra yaşadığı bağ evinin yaşayış sahəsinə baxış keçirilmiş, baxış zamanı yaşadığı otaqdan ona məxsus olan 02 ədəd “Samsu ng” markalı mobil telefon aşkar olunmuş və mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüş, sonra üzərinə baxış keçirilmiş və üzərində qanunsuz əşya və predmetlər aşkar edilməmiş, bundan sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş 4676 ədəd çətənə bitkisinin kolları 86 ədəd sellofan bağlamada, çətənə bitkisi kollarından yığılmış yarpaqlar və hissələr isə 02 ədəd sellofan və 07 ədəd sintetik kisələrdə qablaşdırılmış, bağlamaların və kisələrin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirilməsi prosesi 01 iyul 2021-ci il tarixdə təxminən saat 00:45 radələrində başa çatmış, daha sonra yaşadığı bağ evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsi davam etdirilmiş, lakin başqa qanunsuz əşyalar və maddələr aşkar olunmamışdır. Yaşadığı bağ evinə baxış k eçirilməsi zamanı polis əməkdaşları tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmış, baxışın keçirilməsi başa çatdıqdan sonra sənədləşmə işlərinin aparılması ilə bağlı polis əməkdaşları onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin olunmuş, sonra şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi bağ evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsinin nəticəsinə dair polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarından gör ündüyü kimi, Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr yuxarıda sadalanan digər sübutlarla tam təsdiq edilmişdir. 30 iyun 2021-ci il tarixdə Məhkum yaşadığı evinə və evin həyatyanı sahəsinə, habelə köməkçi tikililərə (istixanalara) baxışın keçirilməsi, həmin baxış nəticəsində sonuncuya elan olunmuş itiahmda göstərilən miqdarlarda, çəkidə və sayda narkotik tərkibli çətənə bitkisinin kollarının və qurudulmuş və qurudulmamış marixuananın aşkar edilərək götürlmüsinə dair məhkumun ifadələrinə uyğun ifadələ ri həmçinin ibtidai araşdırma zamanı və məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 da vermişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 30 iyun 2021-ci il tarixdə Məhkum yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi bağ evinə baxış keçirilən zaman ünvanın həyətyanı sahəsində yerləşən 2 (iki) istixanadan aşkar olunmuş bitkilər narkotik tərkibli çətənə bitkisi kollarıdır. Baxış zamanı müəyyən olunmuşdur ki, aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Belə ki, çətənə bitkiləri mütəmadi olaraq damlama üsulu ilə suvar ılmış, dibləri yumuşaldılmış, həmin bitkilərin əkildiyi sahə alaq otlarından təmizlənmiş, torpağa üzvi və mineral gübrələr verilmişdir. Bitkilər aqrotexniki qaydada əkilmiş və bitkilərin tam inkişaf fazasında olması müşahidə edilmiş, hündürlükləri ortalama 0,8-1,2 metr ölçüsündədir. Bundan əlavə bitkilərin bir hissəsi əvvəlcədən torpaqdan kökləri ilə birlikdə çıxarılmış, həmin bitkilərin bir hissəsi istixananın içində və qalan hissəsi isə istixananın qarşı hissəsində qurudulması məqsədi ilə tədarük edilmiş və həmin bitkilərin yaş halda olması müşahidə edilmişdir. Eyni zamanda torpaqdan çıxarılmış çətənə bitkilərinin bir hissəsinin yarpaqları yığılaraq istixananın içərisində 2 ədəd sellofanın üzərində sərilmiş vəziyyətdə və 7 ədəd sintetik kisəyə yığılmış halda aşkar olunmuşdur, həmin bit ki hissələrinin yaş halda olması müşahidə edilmişdir. Məhkum yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi bağ evinin həyətyanı sahəsindən aşkar olunmuş narkotik tərkibli çətənə bitkisi kolları tərəfimizdən kökləri ilə birlikdə torpaq səthindən çıxarılmış, tərəfimizdən çıxarılmış və eyni zamanda əvvəlcədən torpaqdan çıxarılmış çətənə bitkiləri tək-tək sayılmış və bitkilərin ümumi sayının 4676 ədəd olması müəyyən edilmişdir. 01 iyul 2021-ci il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Məhkum yaşadığı fərdi yaşayış evinin həyətində olan 1-ci və 2-ci istixanaları göstərib həmin istixanalarda ümumiyyətlə hər hansı bir bitkilər əkibbecərmədiyini bildirib, iştirakçıları 3-cü və 4-cü istixanalara dəvət etmiş, əvvəlcə 3-cü istixanaya və daha sonra isə 4-cü istixanaya daxil olduqda, istixanaların içərisində torpaq səthində bitkilərin əkildiyi məlum olmuş, baxışda iştirak etməsi üçün dəvət olunmuş mütəxəssis X həmin bitkilərə baxış keçirən zaman aşkarlanmış kolların yarpaqlarına, gövdəsinə, zoğuna və iyinə görə narkotik xassəli çətənə bitkisi olduğunu, bitkilərin ətrafının yabanı ot örtüyündən təmizləndiyini, diblərinin boşaldıldığını, diblərinə üzvi və mineral kübrələr verildiyini, torpaqda suvarma əlamətləri aşkar edildiyini bildirərək gövdələrin inkişafda olması, budaqların və yarpaqların inkişaf müddətinə uyğun tam inkişaf fazasında olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini bildirmiş, baxış zamanı müəyyən edilmişdir ki, 3-cü istixanada əkilmiş bitkilərin bir hissəsi əvvəlcədən torpa qdan kökləri ilə birlikdə çıxarılmış, həmin bitkilərin bir hissəsi istixananın içində, qalan hissəsi isə istixananın qarşı hissəsində yerə yığılmış, eyni zamanda torpaqdan çıxarılmış çətənə bitkilərinə oxşar kolların bir hissəsinin yarpaqları yığılaraq 3-cü istixananın içərisində 2 ədəd sellofanın üzərində sərilmiş vəziyyətdə və 7 ədəd sintetik kisəyə yığılmış halda aşkar olunmuşdur. Mütəxəssis X torpaqdan çıxarılaraq istixananın qarşısına və istixananın içərisinə yığılmış kolların, eyni zamanda həmin bitkilərdən yığılaraq 2 ədəd sellofanın üzərində yerə sərilmiş və 7 ədəd sintetik kisəyə yığılmış yarpaqların yaş vəziyyətdə olduğunu bildirmiş, sorğu zamanı Məhkum istixanaların içərisində əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, 2021-ci ilin aprel ayının ortalar ında özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su, üzvi və mineral kübrələr verərək onlara qulluq etdiyini qeyd etmiş, çətənə bitkilərini əkməkdə məqsədinin satıb qazanc əldə etmək olduğunu bildirmiş, həmçinin istixananın içində olan və istixananın qarşısına yığılmış çətənə bitkiləri kollarını təxminən 3 gün əvvəl özü istixanadan çıxarıb qurudulması məqsədi ilə aşkar olunduqları yerlərə yığdığını, eyni zamanda torpaqdan çıxardığı çətənə bitkisi kollarının bir hissəsinin yarpaqlarını yığaraq qurutmaq məqsədi ilə istixanada sellofanın üzərinə sərdiyini və eyni zamanda yarpaqların qalan hissəsinin isə kisələrə yığdığını bildirmişdir. Bundan sonra istixananın içərisində əkilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar kollar bir-bir torpaqdan çıxarılmış və tam yığılıb qurtardıqdan sonra əvvəlcədən çıxarılmış çətənə bitkisinə oxşar kollarla birlikdə sayılmış və aşkar olunmuş bitkilərin ümumi sayının 4676 ədəd olması müəyyən edilmiş, həyətyanı sahəyə baxış keçirilməsi başa çatdıqdan sonra Məhkum təklif edilmişdir ki, yaşadığı bağ evinin yaşayış sahəsində narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş predmetlər saxlayırsa həmin maddələri və əşyaları təqdim etsin. Məhkum yaşadığı bağ evində narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş predmetlər olmadığını bildirmiş, bundan sonra Məhkum iştirakı ilə onun yaşadığı bağ evinin yaşayış sahəsinə baxış keçirilmiş, baxış zamanı Məhkum yaşadığı otaqdan ona məxsus olan 2 ədəd "Samsung” markalı mobil telefon aşkar olunmuş və mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. Baxış zamanı Məhkum yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi bağ evinin yaşayış sahəsindən və evin həyətyanı sahəsindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmiş, Məhkum üzərinə baxış keçirilmiş və onun üzərindən qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş çətənə bitkilərinə oxşar kollar və həmin kolların yığılmış yarpaqları cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan çətənə bitkisinə oxşar kollarla 86 ədəd sellofanda, çətənə bitkisinə oxşar kolların yığılmış yarpaqları isə 2 ədəd sellofanda və 7 ədəd sintetik kisədə qablaşdırılmış və üzərləri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 01 iyul 2021-ci il tari xli 7/622 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Məhkum yaşadığı bağ evindən aşkar olunmuş” yazılar və imzalar olan 7 ədəd ağ rəngli sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkisi – 5670,0 qram, 3750,0 qram; 4370,0 qram; 4370,0 qram; 5670,0 qram; 5300,0 qram; 4600 qram, ümumi çəkisi - 33 kq 730,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanalardır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Məhkum yaşadığı bağ evindən aşkar olunmuş narkotik tərkibli çətənə bitkisi kollarının hissələri" yazılar və imzalar olan 2 ədəd sellofan bağlamalarda yaş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri - 43 kq və 50 kq olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin hissələridir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Məhkum... yaşadığı bağ evindən aşkar olunmuş narkotik tərkibli çətənə bitkisinin kolları” yazılar və imzalar olan baş-başa keçinmiş 86 ədəd ağ rəngli sintetik kisələrdə yaş vəziyyətdə, ümumi sayı - 4676 ədəd, çəkisi isə - 4 ton 573 kq olan bitki nümunələri, tərkiblərinə görə eyni növdən olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş marixuanalar, çətənə (kannabis) bitkiləri və çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. Məhkum əkib-be cərdiyi narkotik tərkibli çətənə bitkisi kollarından toplanmış və toplayacağı və qurudulmuş və qurudacağı həmin kolların hissələrini qurudulmuş marixuana şəklində özhünün istifadəsi üçün deyil, satmaq niyyətilə saxlamasına dəlalət edən sübutlardan biri də iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyidir. Belə ki, həmin ekspertizanın 13 sentyabr 2021-ci il tarixli 3400 nömrəli rəyinə görə, Məhkum kannabioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum sonradan narkotik vasitə olan qurudulmuş marixuanan ın öz istifadəsi üçün əldə etmək məqsədilə ona qarşı irəli sürülmüş ittihamda gösərilən sayda çətənə bitkisi kollarını əkib-becərməsi inandırıcı görünmür və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli araşdırılmış sübutların məcmusu ilə məhkumun həm onun yaşadığı evdən götürülmüş, həm də sonradan əldə edəcəyi qurudulmuş marixunanı satmaq niyyətində olmasına dəlalət edir. Məhkəmə iclasında Məhkum 30 iyun 2021-ci il tarixdə onun evinə və evinin həyatyanı sahəsinə baxışın keçirilməsi zamanı orada qurudulmamış və qurudulmuş marixuananın aşkar edilərək götürülməsini inkar etsə də, iş baxan məhkəmələr haqlı olaraq onun sonuncu ifadələrinə tənqidi yanaşmış və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş təqsirləndiri lən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə üstünlük vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin bu hərəkəti qanuni olmuş, çünki digər sübutlarla yanaşı məhkumun ibtidai araşdırma zamanı verdiyi ifadələrin qanunsuz yolla əldə edilməsi, yəni ibtidai aradırma orqanı tərəfindən CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə sübutların əldə edilməsi halı iş materialları ilə müəyyən edilmir. CPM-nin 125.2-ci maddəsinə əsasən isə, yalnız aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, araşdırılmış sübutların fonunda Məhkum əməllərinin CM-nin 134.43 və 237.2.3-cü maddələri ilə tövsif edilməsi də qanunvericiliyin tələblərinə, cinayət qanunu normalarına aşağıd akı şəkildə verilmiş təfsirə və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə uyğundur. Belə ki, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs maddələnin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, nar kotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikas ının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbi ldən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum təqsirli bilindiyi itihamda göstərilən miqdarda narkotik vasitə olan həm qurudulmuş, həm də qurudulmamış marixuananı məhz satış məqsədilə yaşadığı evdə və evin həyətində saxlaması obyektiv olaraq təkcə onun digər sübutlarla təsdiq olunan ibtidai araşdırma zamanı etirafedici ifadələri ilə deyil, həmçinin obyektiv olaraq dövriyyəsi müvafiq icazə olmadan qadağan e dilmiş bu vasitələrin miqdarı, kultivasiya etdiyi çətənə bitkisi kollarının sayı və çəkisi ilə sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir, istər ibtidai araşdırma orqanı, istərsə də işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri bu haqda nəticəyə gələrkən nəinki sübutların toplanmasına, araşdırılmasına və qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə, həmçinin prosessual hüquq normalarının aşağıdakı tələbləinə də əməl etmişlər. Belə ki, CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanm ış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsinin tələblərinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək qeyd etməyi zəruri bilir ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsir ləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Digər tərəfdən məhkəmə kollegiyası bir daha vurğulayır ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlləri CM-nin 237.2.3 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə həm bəraətin əsasları (CPM-nin 42-ci maddəsində təsbi edilmiş), həm də Məhkum əməllərinin başqa cür tövsif edilməsi üçün əsaslar, nəticə etibarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə, CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əh əmiyət kəsb edən digər hallara uyğun olmalıdır. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmadan təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətsiz və qanunsuz hesab edilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddə sinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58. 3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zama nı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda istinad olunan CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətl iyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenu munun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir ci nayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan əlavə, cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şə raitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Mə hkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il taixli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza tədbiri seçərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdırlar. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitə lərdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan mü alicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınmalı olması barədə tövsiyə Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tələblərindən də irəli gəlir. Məhkum barəsindəki birinci instansiyası məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktlarından görünür ki, məhkəmələr Məhkum barəsində həm ayrı-ayrılıqda CM-nin 237.2.3 və 234.4.3-cü maddələri ilə, həm də cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi məsələsini həll edərkən onun törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı evli olmaqla himayəsində iki azyaşlı uşaqlarının, yaşlı atasının olmalarını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini müvafiq olaraq CM-nin 59.1.4 və 59.2-ci maddələrinin tələblərinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirməklə həm bu halları, həm də iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi kifayət qədər humanstlik və ədalətlilik nümayiş etdirərək Məhkum CM-nin 237.2.3 və 234.4.3-cü maddələrinin sanksiyası həddlərində cəza təyin etmiş, təyin olunmuş cəzaları qismən toplayarkən və qəti cəzanın müddətini müəyyən edərkən isə ağlabatan həddləri aşmamışdır. Apellyasiya şikayətinə baxılarkən apellyasiya instansiyası məhkəməsi bu nəticə ilə razılaşmış və bu cəzanın növünə və həddinə təsir edə biləcək hər hansı yen i hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin bu mövqeyi ilə razılaşaraq eyni zamanda qeyd edir ki, məhkumun kassasiya şikayətinə baxılarkən də həmin məhkəmələrin cəza təyini zamanı nəzərə almadıqları hər hansı yeni hal müəyyən edilməmiş və müdafiəçi E.V.Behbudov həmin halların olması barədə hər hansı yetərli dəlil irəli sürməmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi E.V.Behbudovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və sonuncunun həmin şikayətin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 237.2.3 və 234.4.3-cü m addələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-773/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-773/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver