Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-774/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi X2 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2018 il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM- nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı1 Adil oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2018 il tarixli (hakimlər: Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), Əzizov Sevindik Əziz oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə) hökmü ilə xx.xx.1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda da yaşayan, Məhkum, Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cin ayət əməllərini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum 12 yanvar 2018-ci il tarixdən 10 may 2018-ci il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay 28 (iyirmi səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il 02 (iki) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 12.11.2018-ci il tarixdən hesablanması, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının icrasının isə əsas cəzanın çəkilib qurtarmasından sonra başlanması, cəzasını ümumi rejimli cə zaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmdən Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 22 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barəd ə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən X9, Məhkum 09 oktyabr 2017-ci il tarixdə, saat 22.20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ yəni, sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21063 minik markalı AZ **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir-Kür avtomobil yolunun Şəmkir rayonu, Yeniabad kəndi ərazisindən keçən 12-ci kilometrliyində Şəmkir rayonunun Kür qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni avtomobili yaşayış məntəqəsində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli oldu ğu halda, mövcud şəraitdə avtomobili saatda 70 kilometr sürətlə hərəkət etdirərək həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub yolun hərəkət hissəsinin sağ kənarı ilə Şəmkir rayonunun Kür qəsəbəsi istiqamətində hərəkət edən piyadalar X5 və X10 avtomobilin qabaq hissəsi ilə vuraraq yolnəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan X1un sağ ağ ciyər arteriyasının trombemboliyası ilə fəsadlaşmış sol bud sümüyünün yuxarı üçdə birinin qapalı yerini dəyişmiş sınığı, sağ əlin arxa səthinin, sağ diz oynağının ön və arxa-iç səthinin sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət lər alaraq sol bud sümüyünün qapalı yerdəyişən sınığı nəticəsində yaranmış ağ ciyər arteriyasının mənfəzinin qapanması nəticəsində 10 oktyabr 2017-ci il tarixdə ölümünə, X2un isə başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş yarası və sıyrıqları, baş beyinin yüngül dərəcəli əzilməsi, 5-ci boyun fəqərəsinin yerini dəyişmiş sınığı, onurğa beyninin boyun şöbəsinin ağır dərəcəli əzilməsi, 4-5-ci bel fəqərələrinin sol yan çıxıntısının yerini dəyişmiş sınıqları, İ oma fəqərəsinin, sol qalça sümüyünün sınıqları, simfizin aralanması, sağ dirsək oynağının arxa səthinin, sol diz oynağıınn ön səthinin, sağ baldırın ön səthinin sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ağır qapalı onurğa beyni travması nəticəsində onurğa beyninin boyun şöb əsinin ağır dərəcəli əzilməsi səbəbindən 05 yanvar 2018-ci il tarixdə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq sürücülük vəsiqəsi olmadan ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törədən Məhkum məhkəmə əsassız olaraq CM-nin 263-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etmiş, hökmdə sonuncuya cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq cəza təyini zamanı Məhkum tərəfindən törədilən cinayətin ağır nəticələrə səbəb olmasını, həmin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bununla da ona CM-nin 2631.4-cü maddəsində nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını mümkün edən islah olunma yolunda olmamasını, belə olan halda Məhkum gələcəkdə islah olunması üçün ona aşağı həddə deyil, məhz CM-nin 263-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olmasını nəzərə almamışdır. Məhkəmələr törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan, cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edib cinayət qanunu normasını düzgün tətbiq etməyərək, törədilən cinayətin xarakterinə və ictima i təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq kassasiya protestinin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlan ılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə c inayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Kassasiya protestinin dəlilləri Məhkum təyin edilmiş cəzanın yüngüllüyünün əsassızlığı barədədir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə görə isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, məhkumun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun ilk dəfə ehtiyyatsızlıqdan cinayət törətməsini, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 a zyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq Məhkum təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasını aşağı həddə ycəza təyin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun cəzasının həddinin daha da ağırlaşdırılması üçün heç bir əsas yoxdur. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Koll egiya hesab edir ki, məhkəmələr cinayət işi üzrə cəza təyini zamanı, cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2 maddələrinin tələblərini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 03 iyun tarixli 04 saylı qərarının tövsiyyələrini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin təyin edilmiş cəzanın yüngüllüyü barədə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 22 yanvar 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-774/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-774/2019
04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver