Məhkəmə qərarları › İş №1(102)-774/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-774/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-774/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Həsənov Kamran Asəf oğlunun, məhkum x1nun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il t arixli hökmü ilə x1nun Azərbaycan Respublikası CM-nin 150.2.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qrarından məhkum x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: F.N.Mahmudov (sədrlik edən və məruzəçi), E.İ.Rüstəmov və X.H.Səmədovdan ibarət tərkibdə) x1 - xx xxxxx 1999-cu ildə Rusiya Federasiyası, Udmurtiya Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İV sinif təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcının şübhə edilən şəxs qismində tutulduğu xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə x1 və x2 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Hökmə əsasən x1 və x1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri, həmiçinin x2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişlər. Belə ki, x1 cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə tanışları x1 və x2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində ünvan 2 yerləşən mərhum x3 məxsus istifadə olunmayan fərdi yaşayış evində tanışları x4 yumruqla bir zərbə vurub ona sağ yanaq nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarət yetirərək x4 bir neçə dəqiqə özünün və x2 cinsiyyət orqanlarını əlləri ilə sığallamağa məcbur etmiş, bundan sonra x5 x4n sağ baldır nahiyəsinə yumruqla bir zərbə vurub ona fiziki ağrı yetirərək zor tətbiq etməklə əynindəki şalvarını aşağı çəkmiş və birlikdə sonuncunun sağrı nahiyələrini əlləmişlər. Sonra x2 x4n arxasına keçib boyunundan tutaraq gövdəsini irəliyə əymiş və sağrı nahiyələrindən tutub sıxaraq hərəkət ini məhdudlaşdırıb öz gərginləşmiş cinsiyyət üvünü zorla onun anus dəliyinə yeridərək təxminən 2 (iki) dəqiqə hərəkət etdirməklə x4 anus dəliyində sıyrıqla nəticələnən xəsarət yetirmiş, sonra x5 x4n qolundan tutub zor tətbiq etməklə sonuncunu ağzı üstə döşəmənin üzərində olan döşəyin üstünə uzadaraq öz gərginləşmiş cinsiyyət üzvünü onun sağrı nahiyələrinə 3-4 (üç-dörd) dəqiqə sürtmüş, bu müddət ərzində isə x1 x2 ilə birgə x4 tamaşa etməklə öz cinsiyyət orqanlarını sığallayıb cinsi ehtirasını pozğun şəkildə təmin etmiş, beləliklə də onlar cinsi ehtiraslarını pozğun formada təmin etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs x4 qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişlər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tar ixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə hökm məhkum x1na təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq etməklə x1na təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 03 (üç) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkum x1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum x1 kassasiya şikayətində zərərçəkmiş şəxsə az a ğır xəsarət yetirdiyini əsas gətirərək Azərbaycan Respublikası CM-nin 150.2.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Qərardan narazı olduğunu bildirərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qan ununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində hər hansı konkret dəlil göstərmədən cinayət işi üzrə özünü Azərbaycan Respublikası CM-nin 150.2.1-ci maddəsi ilə təqsirli bilmədiyini göstərmiş və ona görə də apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan və hökmündən müəyyən edilmişdir ki, məhkumun cinayət əməlləri cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 146-153-cü maddələrinə müvafiq toplanıb məhkəmə iclasında tədqiq edilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə təsdiq edilərək düzgün tövsif edilmişdir. Məhkum və onun müdafiəçisi biri nci instansiya məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətlərində məhkuma təyin edilmiş cəzanın ağırlığından şikayət etmişlər və Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə onların apellyasiya şikayətləri təmin edilərək, x1nun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilmiş, cəzası təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 150.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də aşağı həddə endirilərək yüngülləşdirilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə məhkumun cinayət əməlinin hüquqi tövsifindən kassasiya şikayəti verməsi üçün və belə məzmunlu kassasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsasalrın mövcudluğu müəyyən ed ilməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum x1nun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin və ona əlavənin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum x1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. x1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar