Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-774/2021 03.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 206. 3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi Muradov Ədalət Qəzənfər oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X.A.Nuriyev, hakimlər O.Y.Cəlilov və A.Ə.Musayevdən ibarət tərkibdə) 07 avqust 1978-ci ildə Masallı rayonu, Tatyan kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə t əqsirli bilinərək, CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən yeni təyin edilmiş cəzaya Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 04 ay müddətə azadlıqdan məhum etmə cəzasını qismən toplamaq yolu ilə üzərində qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin, X2 və X3 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən məhkum R.E.Kiçibəyov və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş və digərləri tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim K.S.Bəşirov, hakimlər İ.H.Əhmədov və E.İ.Əliyevdən ibarət tərkibdə) hökm dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli qərarından məhkum Məhkum və müdafiəçisi Muradov Ədalət Qəzənfər oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2021-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhk um R.E.Kiçibəyov məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbayc an Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayətlər geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi Muradov Ədalət Qəzənfər oğlu tə rəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-774/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-774/2021
03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver