Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-774/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə) Məhkum, 8 iyul 1986-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər Abşeron rayon məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 126.2.1 və 126.2.4-cü maddələri 07 (yeddi) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cinayətlərin məcmusu üzrə cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il 06 (altı) ay müdd ətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ona görə məhkum edilmişdir ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə silah qismində istifadə olunan əşyadan istifadə edilməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri və xuliqanlıq niyyəti ilə iki şəxsə qarşı insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, o, 18 iyun 2019-cu il tarixdə saat 23 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Abşeron rayonu, Fatmayı kəndində yerləşən Şahid1 evinin qarşısındakı küçədə oğlu X üçün təşkil olunmuş xeyli sayda şəxslərin iştirak etdiyi toy axşamı məclisində onunla bir masada əy ləşmiş həmkəndliləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq sözlər işlətməsini cüzi səbəb kimi bəhanə edib əsaslı səbəb olmadan onlarla mübahisə edərək özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqində qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək şəxslər üzərində zor tədbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə hər iki şəxsə qarşı zor tədbiq edərək üzərində gəzdirdiyi silah qismində istifa də etdiyi soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağı ilə əvvəlcə Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə bir dəfə zərbə ilə vuraraq ona qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edərək mədə cisminin ön divarının yaralanması və daxili qanaxma ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, bundan sonra öz cinayət əməlini davam etdirərək həmin bıçaqla Zərərçəkmiş şəxs2 qarın nahiyəsindən bir dəfə zərbə ilə vuraraq ona qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edən, mədənin böyük əyriliyini və böyük piyliyi yaralayaraq daxili qanaxma ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, onun bu qərəzli hərəkətləri 15-20 dəqiqə ərzində davam etməklə toy axşamı şənliyi və şənlik də iştirak edən çox saylı şəxslərin rahatlığı və dincliyi pozulmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 24 iyul 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 126.2.1 və 126.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ilədək endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən isə həmin cəza hökmlə CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cə zası ilə qismən toplamaqla üzərində qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 22 iyun 2023-cü il tarixdə Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2020-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək əməlinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrindən CM-nin 126.1 və 221.ci maddəsinin müvafiq bəndlərinə tövsif edilərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmiş və eyni zamanda apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əsgərov a Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), İsmayılov Azər İbrahim oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 02 avqust 2023-cü il tarixli qərarı ilə məhkumun vəsatəti təmin edilməmiş, onun Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasından isə imtina edilmişdir. Həmin qərardan Məhkum kassasiya şikayəti verərək onun dəyişdirilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ədalətli olsa da, iş üzrə mövcud olan çoxsaylı mötəbər sübutlar nəzərə alınmamış və bu sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə zamanı özünü CM-nin 126.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilmiş, məhkəmələr tərəfindən hadisənin hansı səbəbdən baş verməsi, cinayətin xarakteri, işin obyektiv halları düzgün araşdırılmamış, barəsində qərar qəbul edilərkən onun zərərçəkmiş şəxslərlə barışması nəzərə alınmamışdır. Həmçinin şikayət müəllifi hüquqi savadının olmamasına, ona təqdim edilmiş apellyasiya instansiya məhkəməsinin qərarını naməlum səbəblərdən itirdiyinə görə, həmçinin dünyada surətlə yayılmış “COVİD19” virusu ilə bağlı tətbiq edilmiş bir sıra məhdudiyyətlər səbəbindən heç bir hüquqi yardım ala bilmədiyindən və on a köməklik göstərəcək müdafiəçi ilə müqavilə bağlamaq imkanı olmadığından kassasiya şikayətini vaxtında verə bilməmiş, qeyd olunan səbəblərdən də kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət onun tərəfindən buraxılmışdır. Kassasiya şikayətində göstərdiyi bu hallara əsaslanaraq Məhkum kassasiya şikayətinin təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2023-cü il tarixli qərarının dəyişdirilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 v ə Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun və Məhkum bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəx sin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların ma hiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar mə hkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, b u instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu hüquq həmçinin cinayət-p rosessual qanunvericiliyində də öz əksini tapmış və Azərbaycan Respublikasında üçpilləli məhkəmə sisteminin yaradılması və fəaliyyət göstərməsi nəzərə alınaraq hər bir məhkum olunmuş şəxsin onun barəsindəki ittiham hökmündən apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinn hökm və ya qərarından isə - kassasiya şikayəti vermək hüququna malik olması müəyyən edilmişdir. Belə ki, CPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır. CPM-nin 35.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək aşağ ıdakı hüquqları həyata keçirir: 35.2.1. barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını xahiş etmək; 35.2.2. barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək. CPM-nin 35.3-cü maddəsinin tədəbinə görə isə, məhkumun bu Məcəllənin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. CPM-nin 12.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə icraatının sonsuz davam etməsinin qarşısının alınması, digər tərəfdən isə cinayət mühakimə icraatında hüq uqi müəyyənlik prinsipinin də təmin edilməsi üçün qanunverici aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarından müvafiq olaraq apellyasiya və ya kassasiya şikayətlərinin (protestlərinin) verilməsi üçün müxtəlif müddətlər müəyyən etmişdir. Eyni zamanda hər bir məhkum olunmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici apellyasiya və ya kassasiya şikayətinin (protestinin) verilməsi üçün müxtəlif müddətlərlə yanaşı həmin müddətlər üzrlü səbəblərdən buraxıldığı hallarda bu müddətlərin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Bu haqda müraciətlər olduqda isə məhkəmənin vəzifəsi müddətin həqiqətən qanunvericilikdə göstərilən üzrlü səbəblərdən buraxılıb-buraxılmamasını yoxlamaq, yəni müddətlərin bərpa edilməsini xahiş edən proses iştirakç ısının irəli sürdüyü dəlilləri təsdiq və ya təkzib edən sübutları araşdırmaq və yalnız bundan sonra belə müraciətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməkdir. Belə araşdırma aparılmadan istər müddətin bərpa edilməsi, istərsə də müddətn bərpa edilməsindən imtina olunması haqqında qəbul edilmiş qərar isə əsaslı və qanuni sayıla bilməz. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası əvvəla apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, 15 iyul 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Re spublikasının 25 iyun 2020-ci il tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-nin 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəalarına” müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. CPM-nin 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1 -ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. CPM-nin 411-ci maddəsinin tələblərinə görə, kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin ve rilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkum barəsindəki cinayət işinin materiallarından görünür ki, 25 iyun 2020-ci il tarixli Qanunla CPM-nin 410-cu maddəsinə edilmiş dəyişikliklər qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2020-ci il tarixli qərarının surəti Məhkum təqdim edilməsi üçün 29 iyul 2020-ci il tarixli 1(105)-139/2020 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmiş və o, həmin qərarın surətini 21 sentyabr 2020-ci il tarixdə qəbzə imza etməklə qəbul etmişdir. Göründüyü kimi, kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş 12 (on iki) aylıq prosessual müddətin axımı m əhkum üçün 21 sentyabr 2020-ci il tarixdən başlamış və sonuncunun həmin şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət 21 sentyabr 2021-ci il tarixdə başa çatmışdır. Məhkum isə yalnız 22 iyun 2023-cü il tarixdə, yəni Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2020-ci il tarixli qərarının qəbul edildiyi vaxtdan 2 (iki) il 09 (doqquz) ay 01 (bir) gün sonra həmin qərardan kassasiya şikayəti verərək həmin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət qaldırmış, vəsatətində isə göstərilən müddəti buraxmasının səbəblərini hüquqi savadının olmaması, ona təqdim edilmiş apellyasiya instansiya məhkəməsinin qərarını itirməsi, COVİD-19 virusunun yayılması ilə bağlı bir sıra məhdudiyyətlərin tətbiq edilməsi, buna görə doğmaları ilə görüş ə bilməməsi və ona hüquqi cəhətdən yardım edəcək kimsənin olmaması ilə əlaqələndirmişdir. Eyni zamanda məhkum 21 sentyabr 2021-ci il tarixədək 24 iyul 2020-ci il tarixli qərardan kassasiya şikayəti verməməsinin səbəblərini hər hansı qaydada, yəni müvafiq sübutlara istinad edərək onların prosessual müddətin buraxmasının səbəbini üzrlü hesab edilməsinə dəlalət edən sübutlar kimi qiymətləndirilməsini hər hansı şəkildə əsaslandırmamışdır. Halbuki, CPM-nin 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal ba ş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinayət işinin materiallarından görünür ki, məhkəmə aktlarının, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının qanunda nəzərdə tutulmuş müddətlərdə ona verilməsinə baxmayaraq, sonuncu CPM-nin 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 12 (on iki) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin məhz yuxarıda göstərilən və üzrlü hesab etdiyi səbəblərə görə buraxmasını isə izah etməmişdir. CPM-nin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasın a üzrlü səbəb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. İş materiallarından, o cümlədən Məhkum tərəfindən verilmiş vəsatətdən məhkum barəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra onun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum 24 iyul 2020-ci il tarixli qərardan kassasiya şikayətini vaxtında ver məsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da, o, sonradan öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum 02 avqust 2023-cü il tarixli qərardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum barəsindəki cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, bu qərardan kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221. 3cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-774/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-774/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver