Məhkəmə qərarları › İş №1(102)-775/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-775/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-775/2025 09.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli 1(103)-1919/2024 nömrəli qərarından zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 1(094)-11/2024 nömrəli hökmü ilə (hakim Faiq Qasımov) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 1 fevral 2024-cü il ta rixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli 1(103)-1919/2024 nömrəli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 1(094)-11/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talamaqla yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə qəsdən tamah niyyəti ilə 29 yanvar 2024-cü il tarixdə saat 02 radələrindən saat 03 radələrinədək olan müddət ərzində X3 yaşadığı, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə, fərdi yaşayış evinin giriş qapısını həyətdən götürdüyü taxta parçası ilə sındırmaqla qanunsuz daxil olaraq, əvvəlcə həmin fərdi yaşayış evinin yataq otağında paltar dolabının içərisində asılmış paltonun iç cibindən 20.000 manat pulu, həmçinin paltonun çöl cibindən və girişdə yerləşən otaqdakı stolun üstündə olan qızıl qabının içərisindən 1 ədəd 600 manat dəyərində 583 əyarlı Rusiya istehsalı qadın üzüyünü, 1 ədəd 500 manat dəyərində 583 əyarlı Rusiya istehsalı qadın üzüyünü, 1 cüt 1.600 manat dəyərində 583 əyarlı Rusiya istehsalı olan qızıl sırğanı, 1 ədəd 1.800 manat dəyərində 583 əyarlı Rusiya istehsalı olan qızıl boyunbağını, 1 ədəd 500 manat dəyərində 583 əyarlı Rusiya istehsalı olan qızıl qolbağı, 1 ədəd 1.600 manat dəyərində “LG” markalı televizoru, 1 ədəd 500 manat dəyərində “Samsung A51” markalı mobil telefonu, 1 ədəd 110 manat dəyərində TV aparatı, 1 ədəd 140 manat dəyərində “Seruti” markalı ətiri, 1 ədəd 170 manat dəyərində “Pako rabani” markalı ətiri, 1 ədəd 40 manat dəyərində qulaqlığı, 1 ədəd 50 manat dəyərində “FLY” markalı mobil telefonu göturərək yaşayış evini tərk etmişdir. O, oğurladığı yuxarıda qeyd olunan əşyaları yaşadığı evində gizlətdikdən sonra yenidən talama cinayət əməlini törətdiyi evə qayıdaraq oradan 1 ədəd 80 manat dəyərində “Bosch” markalı su qızdırıcısını vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb ələ keçirməklə, zərərçəkmiş Lolita Mirzoyevaya 27.690 manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsinin yenidən baxışına təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, iş üzrə şahidlər Şahid1 və Şahid2 cinayətin iştirakçılarıdır. Lakin onlar əsassız olaraq cinayət işi üzrə şahid qismində tanınmışdır. 29 yanvar 2024-cü ildə o, 102 xidmətinə ünvan 3 ünvanında yerləşən kirayə götürdüyü evdə saxlanan şəxsi əmlakının oğruluq yolu ilə talanması faktı üzrə müraciət etmiş. Oğurluq hadisəsi zamanı ona 27.000 manat məbləğində maddi zərər vurulmuşdur. İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, oğurlanan qızılı Məhkum sonradan satılması üçün özünün iki ən yaxın tanışına Şahid2 və Şahid1 vermişdir, onlar da öz növbəsində qeyd olunan qızıl məmulatlarını ayrı-ayrılıqda Bakı şəhərinin iki lombardında satmışlar. Təhqiqat və ibtidai istintaq əməkdaşları faktiki olaraq ondan qızılının kimin satması haqqında faktları gizlətmişlər. Lakin cinayətin iştirakçıları Şahid2 və Şahid1 tutulmamışdır, onlar barəsində həbs qətimkan tədbiri seçilməmişdir. Yuxarıda qeyd olunan məsələ ilə bağlı əsaslandırılmış etirazına cavab olaraq cinayət işinin icraatını həyata keçirən müstəntiq Elmir Mansurov onu əmin etməyə çalışmışdır ki, Şahid2 və Şahid1 qeyd olunan cinayə tin iştirakçıları hesab oluna bilməzlər, onların hərəkətlərini cinayətdə iştirakçılıq kimi tövsif edilə bilməz, çünki onlar oğurlanan əmlakı satarkən (faktiki olaraq dəyər-dəyməzə) onlar bilmirdilər ki, qeyd olunan qızıl məmulatları oğurlanmışdır. Bu səbəbdən onlar qeyd olunan cinayət işi üzrə şahid qismində keçirlər. Bununla belə müstəntiqin qeyd olunan dəlili adi məntiqə ziddir. Belə ki, Məhkum öz ifadələrində göstərmişdir ki, o, Şahid2 və Şahid1 ilə yoldaşdılar, qonşuluqda yaşayırlar və çoxdan tanışdırlar. Belə bir hallarda kiçik yaşayış məntəqəsində qeyd olunan şəxslər bilməyə bilməzdilər ki, Nəsir assosial şəxsiyyətdir, narkomandır və heç bir yerdə işləmir. Bu səbəbdən onda bu cür yüksək məbləğdə qızıl məmulatları ola bilməzdi. Həmçinin Şahid2 və Şahid1 həmin qızılı çox aşağı qiymət ə satmışdır, heç lom kimi satmamışdır. Çünki, onlar bilirdilər ki, qızıl oğurluqdur və kişi üçün deyil, qadın üçün nəzərdə tutulan həmin qızıl məmulatlarını təz bir şəkildə problemsiz satmaq vacibdir. Bundan əlavə, lombard sahibləri qızıl məmulatlarını dəyər-dəyməzə qanunu aşkar şəkildə pozaraq almağa razı olmuşlar. Həmçinin əvvəllər istintaq şöbəsi əməkdaşları ona bildirmişlər ki, qızılı lombarddan qaytarmaq mümkün deyil, çünki onu lom kimi qəbul ediblər və əridiblər. Adətən lombard sahibi bu cür hallara çox şübhəli yanaşır. Axı onun yanına qeyd olunan qadın qızıl məmulatlarının heç cür sahibi olmayan iki nəfər gəlmişdir, qeyd olunan dəlilin təsdiqi lombard tərəfindən qızılın çox aşağı qiymətə alınmasıdır. Müstəntiq onu inandırmağa çalışır ki, Şahid2 və Şahid1 pul tələb etmək mümkün deyil, çünki, qızılın satışından əldə olunan pulları onlar Nəsirə qaytarmışlar. Bununla belə Məhkum yoldaşları ünvanda qeyd olunan səbəblərdən cinayət iştirakçılarıdır, bu səbəbdən birgə məsuliyyət qaydasında ona vurulmuş maddi - mənəvi zərəri ödəməlidirlər. Ona görə hesab edir ki, qeyd olunan cinayət işi hərtərəfli, tam və obyektiv baxılması üçün yenidən istintaqa qaytarılmalıdır və cinayət işinin istintaqı digər müstəntiqə tapşırılmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş verilmiş kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilm ədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasi ya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən qəbul edilmiş qərarların ədalətsiz və qanunsuz olması mübahisə edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Zərərçəkmiş şəxsin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübut etməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum özünün istintaq və birin ci instansiya məhkəməsində verdiyi etirafedici ifadəsi, istintaq zamanı və birinci instansiya məhkəməsində ifadə vermiş zərərçəkmiş şəxs X3 ifadələri, şahidlər Şahid1, Şahid2, Şahid4 və X2 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş Məhkum ifadəsinin yerində yoxlanılması haqqında protokol, Şahid2 və Şahid1 ilə təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş üzləşdirmə haqqında protokol, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 3-16- 16/2-9/1672/2024 saylı, 29 mart 2024-cü il tarixli rəyi, əməliyyat tapşırıqlarına verilmiş cavab məktublar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 690 saylı ekspertiza rəyi, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum digər şəxslərlə cinayət əlaqəsinə girməklə deyil, təkbaşına tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə X4 məxsus yaşayış evindən zərərçəkən şəxsə məxsus olan əmlakları gizli yolla talayaraq oğurlaması nəticəsinə gəlinmiş və ona CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəz ərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin, apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlini CM-in 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin də lillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum haqqında Bakı Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarı zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar