Məhkəmə qərarları › İş №1(102)-776/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-776/2019

04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-776/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 144.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən), Abdullayev Mehdixan Ədil oğlu və Hacıyev Asim Hacımirzə oğlundan ibarət tərkibdə) 20 aprel 2018-ci il tarixli hökmü ilə xx.xx.1994-cü ildə Ağcabədi rayonu, Minəxorlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu Minəxorlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin CM-nin 144.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona CM-in 144.3-cü maddəsi ilə 10 (on) il müddətə, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza – 10 (on) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 23 noyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X3 və X5 təqsirli bilinərək məhkum edilmişlər. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Camalov Etibar Əli oğlu (sədrlik edən, məruzəçi hakim), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 11 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum, X3, və X5 CM-nin 144.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər, ona görə ki, X3 həmkəndliləri X5 və Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında X7 evlənmək məqsədilə zorla qaçırılması barədə razılığa gəlib, əvvəlcədən öz aralarında vəzifə bölgüsü apararaq 23 noyabr 20 17-ci il tarixdə saat 16:20 radələrində Ağcabədi rayonu, Minəxorlu kəndində yerləşən bulaqdan evlərinə su gətirən 05 oktyabr 2002-ci ildə anadan olmuş, yetkinlik yaşına çatmayan X8 yaxınlaşaraq qollarından tutmuş, həmin vaxt onun yanında olan X3 da X4 qollarından tutub dartaraq, sağ və sol bazu nahiyələrinə qançır xəsarətləri yetirməklə Məhkum idarə etdiyi “VAZ-21063” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zorla əyləşdirib, X4nı iradəsinə zidd daimi yaşadığı yerdən qanunsuz olaraq ünvan 1, təzə məhəllədə yerləşən fərdi yaşayış evinə aparmaqla oğurlamışlar. Bundan başqa X3 zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli, ümumi uzumluğu 329 mm olan bıçağı, Məhkum zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli, ümumi uzumluğu 211 mm olan bıçağı və X5 zavod üsulu ilə kastet (beşbar maq) üslubunda hazırlanmış qatlanan ov tipli, ümumi uzunluğu 197 mm olan bıçağı, yəni soyuq silahları qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib üzərilərində gəzdirmişlər, 23 noyabr 2017-ci il tarixdə saat 20:00 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin soyuq silahlar aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərar əsassız, ədalətsiz və qanunsuzdur. İstər ibtidai istintaq orqanı, istərsə ə məhkəmələr tərəfindən işin faktiki hallarına ədalətlə baxılıb hüquqi qiymət verilməmişdir. Belə ki, zərərçəkmiş şəxs X6 ifadəsindən və ərizəsindən də açıq-aydın görünür ki, hər iki gəncin arasında razılaşmaya əsasən ailə qurmaq üçün qəti qərara gəlinmiş, lakin bu məsələ ilə bağlı iş istintaq orqanı tərəfindən araşdırılarkən X4 ifadəsinə süni surətdə tərif edilmiş və qondarma sözlər əlavə edilmişdir. Qeyd olunanlara əsasən barəsində olan yüngülləşdirici halları nəzərə alaraq cəzasının başqa cəza növü ilə dəyişdirilməsini və ya daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıd ır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası A li Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində Məhkum cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsi 20 aprel 2018-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən törətdiyi cinayət əməlindən səmimi peşimançılıq çəkməsini, ailə üzvlərinin məhkumun himayəsində olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin onlara azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə xahişlə məhkəməyə müraci ət etməsini, cinayət törədərkən məqsəd və motivlərini, yəni dayısı oğlu X3un ailə qurmasına kömək məqsədi ilə zərərçəkmiş şəxsi oğurlamasını, cəzasını ağırlaşdıran halların olmamasını, cinayətə meyilli şəxs olmamasının məcmusunu müstəsna hal kimi qiymətləndirərək təqsirli bilindikləri əməlin ictimai təhlükəliliyini və CMnin 60-cı maddəsinin CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcminin bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməməsinə dair tələblərini nəzərə almaqla Məhkum CM-nin 144.3-cü maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə təqsirləndiri ldikləri maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddən də az, yəni 04 (dörd) il 6 (altı) ay müddətə, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilməsini, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti cəza - 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinay ətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Göründüyü kimi məhkəmə CM-nin 62-ci maddəsinin müddəalarına əsaslanaraq məhkuma qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin hallarını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsinə əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı ona aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar