Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-776/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), ), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının, bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Abasov Nizami Novruz oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəmənin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı X12 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəmənin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə (hakimlər E.H.Vəliyev (sədrlik edən və məruzəçi), Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, heç yerdə işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və ünvan 2 ünvanında yaşayan, CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 6 (altı) ay 11 (on bir) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, X21 özgənin əmlakını ələ keçirmək məqsədi ilə digər şəxslə əlbir olan bir qrup şəxs halında İlqar Tağıyevin xalası oğlu X13 və onun həyat yoldaşı X7 etibarından sui-istifadə edərək X10 məxsus Bakı şəhəri, Bilgəh qəsəb əsində yerləşən 0,0938 ha torpaq sahəsindən ibarət 986 saylı bağ sahəsini 40.000 manata və X19 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən ümumi sahəsi 85,5 kv.m olan, yaşayış sahəsi 68,4 kv.m köməkçi sahəsi 17,1 kv.m olan 4 otaqlı 986 A saylı bağ evini və mülkiyyətində olan 0,12 ha torpaq sahəsini 80.000 manata, cəmi 120.000 manata satması barədə razılaşıb həmin torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixdə və xx xxxxxx 2008-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, 46 saylı notariat kontorunda öz adına X1 birlikdə aldadıb etibarnamələr almasına nail olub X2 məxsus torpaq sahəsini 30.000 manata və X3 məxsus torpaq sahəsi üzərində olan tikililərlə birlikdə 47.000 manata X1 barədə xx xxxxxx 2009-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, 46 saylı notariat kontorunda bağlanılmış alqı-satq ı müqaviləsinə əsasən rəsmiləşdirilməsinə baxmayaraq, X4 120.000 manata satıb əldə etdikləri pulun 55.000 manatını X2 verib qalan 65.000 manatı şəxsi ehtiyaclarına xərcləməklə zərər çəkmiş şəxs Dilarə Əhmədovanın etibarından sui-istifadə edərək ona məxsus külli miqdarda 65.000 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi N.N.Abasov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Q.F.Məmmədov (sədrlik edən və məruzəçi) A.K.Abdinbəyov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) xx xxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsini və bəraətverici əsaslarla işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər G.L.Rzayeva (sədrlik edən və məruzəçi), F.A.Kərimov və İ.T.Hacıqayıbovdan ibarət tərkibdə) xx xxx 2018-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi N.N.Abasovun kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 416.0.2-ci maddəsində göstərilən əsasla (sübutların tədqiqinə dair CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydaların pozulmasına görə) ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər M.Ə.Abbasov (sədrlik edən və məruzəçi) Q.X.Babayev və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə müdafiəçi N.N.Abasovun apelyasiya şikayəti yenə də təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bu qərardan da narazı qalan müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini və bəraətverici əsaslarla işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayə t Kollegiyasının (hakimlər H.Q.Nəsibov (sədrlik edən və məruzəçi) T.Ə.Kazımov və A.Ə.İsgəndərovdan ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və növbəti dəfə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Müdafiəçi N.N.Abasovun apellyasiya şikayətinə əsasən təkrarən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər S.A.Mirzəyev (sədrlik edən və məruzəçi), E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəmənin xx xxxxxx 2016-cı il tarixli hökmü ləğv edilmiş, Məhkum təqsirliliyi sübuta yetirlmədiyinə görə ona bəraət verilmiş və bəraət almış şəxsə cinayət prosesinin gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah olumuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı A.Ə.Məmmədov kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şprotestinin dəlilləri: İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələrinə istinad edərək işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları CPM-nin 143-146cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş və qiymətləndirməmiş və bunun nəticəsi olaraq Məhkum əsassız olaraq CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilmişdir. İş materiallarından görünür ki, zərər çəkmiş şəxs vəfat etmiş, onun hüquqlarının müdafiəsi üçün zərər çəkmiş şəxsin nümayəndəsi işə buraxılmışdır. Lakin, məhkəmə CPM-nin tələblərini kobud surətdə pozaraq məhkəmə istintaqını yekunlaşdırıb məhkəmə çıxışları mərhələsinə keçərkən zərər çəkmiş şəxsin nümayəndəsinin çıxış etməsinə şərait yaratmamış və onun nümayəndəsinin heç məhkəmə baxışında iştirak etməsini lazımi qaydada təmin etməmişdir. Belə ki, növbəti iclasın Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında xx xxxxxx 2020-ci il tarixə təyin edilməsinin məhkəmə prosesində elan edilməsinə, bu haqda məlumatın Bakı Apellyasya Məhkəməsinin rəsmi int ernet səhifəsində yerləşdirilməsinə baxmayaraq məhkəmə baxışı xx xxxxxx 2020-ci il tarixdə deyil, xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş, bu haqda zərər çəkmiş şəxsin nümayəndəsi məlumatlandırılmamış, məhkəmə baxışı tələm-tələsik həmin tarixdə yekunlaşdırılmış, zərər çəkmiş şəxsin nümayəndəsinin isə məhkəmə iclasında iştirakı təmin edilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında dövlət ittihamçısı ona çıxışlara hazılaşmaq üçün vaxt verilməsi və bunun üçün iclasın xx xxxxxx 2020-ci il tarixə keçirilməsi barədə vəsatət qaldırsa da, onun bu vəsatəti təmin edilməmiş, həmin gün məhkəmə çıxışları keçirildikdən sonra təqsirləndirilən şəxsə son söz verilmiş və onun barəsində yeni hökm çıxarılmışdır. Beləliklə məhkəmə tərəfindən CPM-nin 416.0.18-ci maddəsinin tələbləri pozu lmuşdur. Məhkəmə öz hökmündə yalnız Məhkum özünümüdafiə xarakterli ifadələrinə üstünlük vermiş, iş üzrə toplanmış digər sübutları isə nəzərə almayaraq qanuna müvafiq qaydada qiymətləndirməmiş və əsassız olaraq təqsirləndirilən şəxs haqqında bəraət hökmü çıxarmışdır. Dövlət ittihamçısı həmçinin qeyd etmişdir ki, məhkəmə tərkibinə daxil olmuş hakim Kamran Əkbərov Məhkum barəsindəki cinayət işi ilə faktiki eyni olan İlqar Tağıyevin barəsindəki cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmasında və sonuncunun haqqında da xx xxxx 2020-ci il tarixdə bəraət hökmünün çıxarılmasında iştirak etdiyindən hazırki işə baxılması zamanı CPM-nin etirazlar barədə 109-cu maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən verdiyi kassasiya protestinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsi nin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunveiciliyinin tə ləblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyas ının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilməsini və prosessual qanunun digər normalarının tələblərini pozmasını iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi haqqında kassasiya tələbini CPM-nin 416.1.2, 416.1.3, 416.1.17 və 416.1.18-ci maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olu nmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-pr osessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cina yət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 15.3-cü maddəsinin tələbindən görünür ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlar a əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymət ləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki b u hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmal ıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o demə kdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İş materialarından göründüyü kimi, A.İ.X14baqcadan əlbir olub cinayət əlaqəsinə girərək zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə görə ittiham olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə bu əməlləri törətdiyinə görə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. CM-nin 178.1-ci maddəsinin dispozisiasına görə, dələduzluq cinayəti etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmədə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. Bu cina yət zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə əməl CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə y alan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliy ini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Kassasiya protestinin müəllifi qeyd edir ki, Məhkum əməlində ittiham edildiyi dələduzluq cinayətin in törədilməsində təqsirinin təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. İş materiallarından isə görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki xx xxxxxx 2016-cı il tarixli hökmdən müdafiəçi N.N.Abasov tərəfindən verilmiş apellyasiya şikayətinə növbəti dəfə qismən məhkəmə istintaqı aparılmaqla baxmış və məhkəmə baxışı iclasında təqsirləndirilən şəxslərlə yanaşı, şahidlər, əsasən də şahid X3 dindirilmiş, zərərçəkmiş X2 ifadələri və sübut əhəmiyyətli sənədlər elan olunaraq tədqiq edilmiş və məhkəmə həmin sübutların hamısına istinad edib onlara müqayisəli şəkildə qiymət verdikdən sonra təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çı xarmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında araşdırdığı sübutların təkrarən ətraflı şərh edilməsinə zərurət görməyərək eyni zamanda qeyd etməyi lazım bilir ki, Məhkum elan olunmuş ittihamın əsasını zərərçəkmiş X3 hazırki iş üzrə ibtidai araşdırma zamanı verdiyi və birinci instansiya məhkəməsinin, habelə X9 və X11 barəsində olan cinayət işi üzrə ayrıca icraatda məhkəmədə təkrarladığı ziddiyyətli ifadələri, onun həyat yoldaşı X13 eyni məzmunlu ifadələri və şahid X3 ibtidai araşdırma zamanı verdiyi ifadələri təşkil etmişdir. Həmin ifadələrdə bağ sahələrinin tikililərlə birlikdə Məhkum və X4 tərəfindən X3 120.000 manata satılması qeyd olunsa da, X2 xx xxxx 2016cı il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə birinci instansiya məhkəməsinə mür aciət edərək, ibtidai istintaqda onun şahid qismində dindirilməsi haqqında protokolda qeyd olunmuş ifadəni inkar etmiş, torpaq sahələrinin ifadələrində qeyd olunduğu kimi, 130.000 manata deyil, alqı-satqı müqavilələrində göstərilən 30.000 və 47.000, cəmi isə 77.000 manata ona satıldığını, həmin pulun notarius X6 tərəfindən verilən sənəd əsasında “Respublika” Bankında açılmış depozit hesaba keçirildiyini, alqı-satqıda X15 adında şəxsin deyil, X7 özünün və onun nümayəndəsi Məhkum iştirak etdiyini, pulu da (77.000 manatı) X2 özünün götürdüyünü bildirmişdir. Apellyasiya şikayətinə sonuncu dəfə baxılarkən əvvəllər məhkəmədə dindirilməmiş şahid X2 nəhayət ki, dindirilmiş və o, ifadələrində bağ sahələrini cəmisi 77.000 manata aldığını, lakin bundan çox vaxt keçdiyinə və onun yaddaşı zəif olduğuna görə alqı-satqı ilə bağlı əməliyyatların təfərrüatları yadında qalmadığını bildirmişdir. Bununla belə bu ifadələrin, Məhkum ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq sonuncu məhkəmə iclasında da verdiyi ardıcıl ifadələrinin, habelə şahid qismində dindirilmiş notarius A1, şahid A2 ifadələrinin, notariat və bank sənədlərinin təhlili göstərir ki, D.M.Əhmədovaya məxsus olmuş bağ sahələrinin X2 77.000 manata yox, 120.000 manata satılması və həmin pulun yalnız 55.000 manatının X3 verilməsi, qalan pulun isə Məhkum və A1 tərəfindən ələ keçirilməsi məhkəmə araşdırmaları zamanı sübuta yetirilməmiş və apellyasiya instansiyası məhkəməsi də araşdırdığı sübutlara onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymət verərək eyni nəticəyə gəlmişdir. Bu nəicəyə gələrkən, məhkəmə təkcə Məh kum ifadələrinə (kassasiya protestində qeyd edildiyi kimi, özünü müdafiə xarakterli ifadələrinə) deyil, həmçinin araşdırdığı və ittihamın əsasını təşkil edən sübutların qəbul edilənliyini inkar edən digər sübutlara və qanunvericiliyin yuxarıda şərh edilən tələblərinə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun tövsiyələrinə də əsaslanmışdır. Məhkəmənin hökmündən göründüyü kimi, iş üzrə toplanmış bütün sübutları qanuna müvafiq qaydada araşdıran və yolverilməz sübutlardan istifadə etməyən apellyasiya instansiyası məhəməsi Məhkum ona elan olunmuş ittiham üzrə əməllər törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gələrkən müvafiq hüquqi prosedurlar daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin xey rinə həll etmiş, həmin sübutların hər birisini mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmişdir. Məhkəmə kollegiyası apellyasiya instasiyası məhkəməsinin qanunda nəzərdə tutulmuş bu hərəkətlərindən çıxış edərək, hesab edir ki, Məhkum bəraət verilməsi haqqında hökm üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, yəni Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi heç bir şübhə doğurmadığından və məhkəmənin müəyyən etdiyi faktiki halların məcmusu ilə təkzib edilmədiyindən, kassasiya protestinin bu məsələyə dair dəlilləri əsassızdır və protestin bu hissədə təmin edilməsi mümkünsüzdür. Zərər çəkmiş şəxsin nümayəndəsi A1 sonuncu məhkəmə iclasında iştirak etməsi və məhkəmə çıxışlarında nitq söyləməsi üçün imkanın yaradılmaması ilə bağlı kassasiya protestinin dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, əvvəla A1 təkcə sonuncu iclasa deyil, apellyasiya şikayətinə məhkəmə baxışının digər iclaslarına da naməlum səbəblərdən gəlməmiş və onu məhkəmə iclaslarında vəkil A2 təmsil edərək onun hüquqlarını müdafiə etmişdir. Bundan başqa, apellyasiya şikayətinə məhkəmə baxışı iclasının xx xxxxxx 2020-ci il tarixə təyin edilməsi barədə proses iştirakçılarına SMS-bildiriş göndərilmiş və bu bildirişə uyğun təqsirləndirilən şəxs və onun müdafiəçisi ilə yanaşı həmçinin dövlət ittihamçısının özü də məhkəmə iclasında iştirak etmiş, dövlət ittihamçısı və müdafiəçi məhkəmə istintaqı yekunlaşdıqdan sonra müvafiq olaraq ittiham və müdafiə nitqi ilə çıxış etmiş, təqsirləndirilən şəxs isə son sözünü demişdir. Məhkəmə iclas protokolundan göründüyü kimi, dövlət ittihamçısı məhkəmə çıxışlarına hazırlaşmaqdan ötrü ona vaxt verilməsi və həm buna, həm də zərər çəkmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinə görə məhkəmə iclasının başqa vaxta keçirilməsi haqda vəsatət qaldırmamış, zərər çəkmiş şəxsin nümayəndəsi A1 naməlum səbəbdən məhkəmə iclasına gəlmədiyinə görə apellyasiya şikayətinə məhkəmə baxışı onun iştirakı olmadan davam etdirilərək bəraət hökmünün çıxarılması ilə yekunlaşmışdır. Belə vəziyyətdə, apelly asiya instansiyası məhkəməsi tərəfindən zərər çəkmiş şəxsin nümayəndəsi A1 və dövlət ittihamçısının məhkəmə iclasında iştiraklarına dair hüquqlarının pozulmasından söhbət gedə bilməz və nümayəndənin öz hüququqlarından istifadə etməyərək məhkəmə iclasına naməlum səbəbdən gəlməməklə məhkəmə çıxışlarında iştirak etməməsi 416.1.18-ci maddəsində (xx xxxx 2020-ci il tarixdə verilmiş kassasiya protestində CPM-nin 416.0.18-ci maddə kimi göstərilmişdir ki, baxmayaraq ki, xx xxxx 2020-ci il tarixdən həmin maddə 416.1.18-ci maddə hesab edilir) nəzərdə tutulmuş pozuntu kimi qiymətləndirilməməlidir. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün CPM-nin 416.1.18-ci maddəsinə əsasən də ləğv edilməsini mümkün bilmir və bu hissədə də kassas iya protestinin təmin edilməməsini qanuni sayır. Kassasiya protestinin sonuncu dəlili ondan ibarətdir ki, Məhkum barəsindəki cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə baxmış və onunla birlikdə eyni dələduzluq əməllərini törətmiş İ.K.Tağıyevin barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxan məhkəmə kollegiyalarının tərkibində eyni hakim – X16 iştirak etmiş və bununla da hakimə etirazın əsasları haqqında CPM-nin 109-cu maddəsinin tələbləri pozulmuşdur. Lakin həm kassasiya protestindən, həm də cinayət işinin materiallarından görünür ki, Məhkum barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə, A1 barəsindəki apellyasiya şikayətinə isə xx xxxx 2020-ci il tarixdə baxılaraq yekun verilmiş və hakim Kamran Ək bərovun özü-özünə etiraz etməsi və ya ona etiraz edilməsi üçün əsaslar Məhkum haqqında apellyasiya şikayətinə baxılarkən deyil, A1 barəsindəki apellyasiya şiayətinə baxılarkən yaranmışdır. Qeyd edilməlidir ki, buna görə hakim özü-özünə etiraz verməmiş və prosesin digər iştirakçıları, o cümlədən dövlət ittihamçısı tərəfindən də ona etiraz verilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hakim Məhkum barəsindəki apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyasının tərkibində hakim Kamran Əkbərovun iştirak etməsi nəticəsində hər hansı qanun pozuntusuna, o cümlədən etirazlar haqqında CPM-nin 107-109-cu maddələrində nəzərdə tutulmuş tələblərin pozulmasına yol verildiyi müəyyən edilmir və bu baxımdan kassasiya protestinin bununla bağlı da də lili qəbuledilməzdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısın, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış Məhkum və onun müdafiəçisi N.N.Abasovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə onun təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Şahin Yusifov
Məhkəmə qərarları › İş №1(102)-776/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-776/2020
30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver